Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-144/2022 23.09.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Bakı şəhəri 3 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1990-cı ildə Quba rayonu İsnovqışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, taksi sürücüsü işləmiş, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş və Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək, özündə saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumilikdə təmiz çəkisi 6,083 qram narkotik vasitə qurudulmuş marixuana əldə edib üzərində və VAZ-2106 markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilində saxlayaraq daşımış, 08 dekabr 2021-ci il tarixdə saat 19:30 radələrində Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Quba şəhəri, Ərdəbil küçəsində saxlanılaraq üzərində şəxsi axtarış aparılan zaman əynində olan idman şalvarının sol yan cibindən 01 ədəd kibrit qutusunun içərisində 3,065 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, həmçinin ona məxsus **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman həmin avtomobilin sürücü əyləşən oturacağının alt hissəsindən 01 ədəd kibrit qutusunda 3,018 qram çəkidə, ümumilikdə 6,083 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən 06 fevral 2022-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri Nəsimi rayonu “Kubinka” kimi tanınan yerdə Şahid1 30 (otuz) manat məbləğində pulun müqabilində satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd sarı rəngli kağıza bükülmüş bükümdə 0.481 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək, üzərində saxlamaqla daşımış, 07 fevral 2022-ci il tarixdə Səbail RPİ-nin 9-cu Polis Bölməsi və X3 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin tarixdə saat 20:30 radələrində ünvan 2 ünvanın qarşısında saxlanılaraq, Səbail RPİ-nin 9-cu Polis Bölməsinə aparılmış və orada üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynində olmuş tünd göy rəngli şalvarın sol yan cibindən bir ədəd sarı rəngli kağıza bükülmüş bükümdə 0.481 qram çəkidə kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş itthamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, qısa müddətdir ki, narkotik vasitələrdən istifadə edir. 2021-ci ilin dekabr ayının əvvəllərində yaşadığı Quba şəhərində idarə etdiyi avtomobilin yanında dayanarkən Quba rayon PŞ-nin əməkdaşları tərəfindən saxlanıldıqda bir müddət əvvəl yerdən taparaq özündə saxlayıb daşıdığı iki kibrit qutusunda olan qurudulmuş marixuananın biri üzərindən digəri isə ona məxsus avtomobilindən aşkar edilərək götürülmüşdür. İstintaqda işi olan dostunun telefonuna baxış keçirdikdən sonra o, Qubada 48 saat ərzində saxlanılmışdır. Buraxıldıqdan sonra Bakıya taksi fəaliyyəti ilə məşğul olmaq üçün gəlmişdir. Bir müddət sonra o. Quba RPŞ-si tərəfindən axtarışa verilmiş və 2021-ci ilin fevral ayının əvvəllərində Səbail RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq, Səbail RPİ-nin 9-cu Polis Bölməsinə aparılmış və orada üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman üzərindən bir büküm heroin aşkar edilərək götürülmüşdür. Üzərindən aşkar olunmuş narkotik vasitəni bir neçə gün əvvəl tanışı Neymətdən götürmüş, bir yerdə Neymətlə istifadə etdikdən sonra qalan heroini özünə götürmüş. Neymətin 30 manat borcunu vermiş, bu zaman Nicat bunu görmüşdür. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs məktəb vaxtından tanımış və Bakıda onlar bir yerdə kirayədə qalmışlar. Şahid1 isə bir neçə ildir ki tanıyır. Kubinkada Sərvər və Neymət bir yerdə Sərvərin maşınında narkotik vasitə heroin istifadə edərkən , kənarda telefonla danışdığı üçün o, maşında olmamış və Neymətdən heç vaxt narkotik vasitə almamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, son iki ildir narkotik vasitə heroindən çəkmək yolu ilə istifadə edir. Taksi sürücüsü Şahid2 vasitəsi ilə Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Onlar Sərvər ilə bir yerdə bir neçə dəfə heroin istifadə etmişlər. Sonuncu dəfə bir yerdə istifadə etdikdən sonra qalan narkotiki bir bükümdə Sərvərə vermişdir. Sonrdan Sərvər üzərində heroin olduğu üçün polis tərəfindən saxlanılmışdır. Narkotiki sosial şəbəkə vasitəsi ilə tanımadığı İran vətandaşından 15 manat onlayn pul köçürməklə almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-nin Səbail RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid6 ifadəsində göstərmişdir ki, 07 fevral 2022-ci il tarixdə etibarlı və qərəzsiz mənbədən xx xxxxx 1990-cı il təvəllüdlü ünvan 4 ünvanında qeydiyyatla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz istifadəsi və alqı-satqısı ilə məşğul olması barədə daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar Səbail RPİ-nin 9-cu Polis Bölməsinin rəis müavini, polis mayoru Şahid4 rəhbərliyi ilə o, 9-cu Polis Bölməsinin YYÇİ üzrə baş inspektoru, polis mayoru Şahid9 və Səbail RPİ-nin 9-cu Polis Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid5 ibarət tərkibdə əməliyyat qrupu yaradılaraq Təqsirləndirilən şəxs zahiri əlamətləri barədə qrup üzvləri təlimatlandırılmışdı. Həmin gün saat 20:15 radələrində qrup üzvləri ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Lermontov küçəsində Təqsirləndirilən şəxs ilə zahiri görünüşləri oxşar olan şəxs müəyyən edilərək müşahidə aparılmış, həmin gün saat 20:30 radələrində Səbail rayonu, A.Nəsirov küçəsi 1 saylı ünvanının qarşısında həmin şəxsə yaxınlaşaraq Səbail RPİ-nin əməkdaşları olduqlarını bildirib özlərini təqdim edib şəxiyyətini aydınlaşdırdıqda o, Təqsirləndirilən şəxs olduğunu bildirmişdi. Həmin şəxsi 9-cu Polis Bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birlikdə Polis Bölməsinə getmiş, sonra xidməti iş otaqlarının birində Təqsirləndirilən şəxs üzərinə dəvət edilmiş müdafiəçinin və şahidlərin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış aparılmışdı. Təqsirləndirilən şəxs Sələr oğlunun üzərinə şəxsi axtarış zamanı əynindəki tünd göy rəngli şalvarın sol yan cibindən içərisində narkotik vasitə olan heroinə bənzər kütlənin olduğu 01 ədəd sarı rəngli kağız büküm, həmin şalvarın sağ yan cibindən “Samsung A50” markalı mobil telefon, həmin şalvarın sağ arxa cibindən içərisində bir ədəd Unibank plastik kartı, 01 ədəd Bakukart və sənədlər olan pul kisəsi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş maddənin heroin olduğunu, dostu Nicat və tanışı Neymət adlı şəxslərdən 30 manat məbləğində pula öz istifadəsi üçün aldığını və üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinə bənzər kütlənin olduğu 01 ədəd sarı rəngli kağız büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan başqa bir kağız zərfə qoyularaq qablaşdırılıb DİN-nin «zərflər üçün» 166 saylı möhürü ilə möhrlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid3 və Səbail RPİ-nin 9-cu Polis Bölməsinin rəis müavini, polis mayoru Şahid4 məhkəməyə eyni məzmunlu ifadə verərək Şahid6 göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Səbail RPİ-nin 9-cu Polis Bölməsinin YYÇİ üzrə baş inspektoru, polis mayoru Şahid9 məhkəməyə teleqram göndərməklə ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Şahid9 ibtidai istintaq zamanı Şahid6 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Quba RPŞ-nin CAB-nin əməliyyat müvvəkkili Şahid7 ifadəsində göstərmişdir ki, 08 dekabr 2021-ci il tarixdə Quba şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olduğundan CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid8, KTQ-nın baş inspektoru polis mayoru Fuad İslamovdan ibarət əməliyyat qrupu təşkil edilmiş, məlumat əsasında həmin gün saat 19:15 radələrində Quba şəhəri, Ərdəbil küçəsinə getmişlər. Onlar həmin küçəyə gəldikdə Təqsirləndirilən şəxs həmin küçədə olduğunu görmüş, yaxınlaşıb özlərini təqdim edib ondan özünü təqdim etməsini bildirmişlər. Həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmiş, ona qanunsuz olaraq narkotik vasitələrin saxlanılmasında şübhəli olduğunu deyərək üzərində videoçəkilişlə vəkilin iştirakı ilə şəxsi axtarış keçiriləcəyini bildirmişlər. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində olan qanunsuz əşyaları təqdim etməsini təklif etmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan boz rəngli idman şalvarının sol yan cibində saxladığı 01 ədəd kibrit qutusunu çıxarıb təqdim etmişdi. Həmin kibrit qutusu açıldıqda içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər spesifik iyə malik, yaşıl rəngli, ot şəkilli kütlə aşkar edilmişdi. Təqsirləndirilən şəxs bildirmişdi ki, həmin kütlə qurudulmuş marixuanadır, həmin kütləni 08 dekabr 2021-ci il tarixdə yaşadığı evdən aralıda yerləşən zibil qutularının yanında tapmış, əynində olan boz rəngli idman şalvarının sol yan cibində saxlamışdır. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş kütlə elektron tərəzidə çəkilmiş, kağız zərfə qoyularaq qablaşdırılmışdı. Daha sanra Təqsirləndirilən şəxs avtomobilində narkotik vasitə olub-olmadığını soruşduqda o, avtomobilində narkotik vasitə olduğunu bildirib avtomobilinin sürücü əyləşən oturacağının alt hissəsində saxladığı kibrit qutusunu çıxarıb onlara təqdim etmişdi. Həmin kibrit qutusu açıldıqda içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər spesifik iyə malik, yaşıl rəngli, ot şəkilli kütlə aşkar edilmişdi. Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitəni bir müddət əvvəl yaşadığı evin yaxınlığında yerləşən zibil qutularının yanında yerdən tapdığını və özü istifadə etmək üçün avtomobilində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilərək götürülmüş həmin kütlə elektron tərəziyə qoyularaq çəkilmiş, zərfə qoyularaq qablaşdırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 məhkəməyə eyni məzmunlu ifadə verərək Şahid7 göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan “cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi barədə” 08 fevral 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respubnlikası CMnin 234.1, 234.2 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanılmışdır. İş materiallarında olan “cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 fevral 2022-ci il tarixdə saat 21:00-da tutulmuşdur. İş materiallarında olan “baxış, şəxsi axtarış və götürmə aparılması haqqında” 07 fevral 2022ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmış, şəxsi axtarış zamanı əynindəki tünd göy rəngli şalvarın sol yan cibindən içərisində narkotik vasitə olan heroinə bənzər kütlənin olduğu bir ədəd sarı rəngli kağız bükümü, həmin şalvarın sağ yan cibindən Samsung A50 markalı mobil telefonu və həmin şalvarın arxa sağ cibindən isə içərisində bir ədəd Unibank plastik kartı, bir ədəd Bakukart və sənədlər olan qara rəngli pul kisəsini çıxarıb masanın üzərinə qoyur. Təqsirləndirilən şəxs üzərində olan bükümün içərisində narkotik vasitə olan “kokos” olduğunu, həmin maddəni dostu Nicat və tanışı Neymət adlı şəxslərdən 30 manat məbləğində pula əldə etdiyini bildirir. Aşkar olunmuş büküm zərfə qoyularaq DİN-in 166 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı istifadə edilən videoçəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 08 fevral 2022-ci il tarixli, 6/776 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Vətəndaş Şahid2...» sözləri olan 1 №-li zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0.363 qram olan qəhvəyi rəngli maddə, üzərində «Vətəndaş Təqsirləndirilən şəxs...» sözləri olan 2 №-li zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,481 qram olan qəhvəyi rəngli maddə, üzərində «Vətəndaş Şahid1...» sözləri olan 3 №-li zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,578 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı 1) daxildir. Tədqiqatın dəyəri 81 (səksən bir) manatdır. İş materiallarında olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlənin geri qaytarılmasına dair 08 fevral 2022-ci il tarixli aktdan görünür ki, AR DİN Səbail RPİ-nin 9-cu PB-si tərəfindən 1 №-li zərfdə 1 ədəd bükümdə 0,363 qram qəhvəyi rəngli kütlə qəbul edilmiş, 0,050 qram nümunə götürülmüş, 0,313 qram maddə geri qaytarılmış, 2 №-li zərfdə 1 ədəd bükümdə 0,481 qram qəhvəyi rəngli kütlə qəbul edilmiş, 0,050 qram nümunə götürülmüş, 0,431 qram maddə geri qaytarılmış, 3 №-li zərfdə 1 ədəd bükümdə 1,578 qram qəhvəyi rəngli kütlə qəbul edilmiş, 0,050 qram nümunə götürülmüş, 1,528 qram maddə geri qaytarılmışdır. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 09 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” Səbail rayon Prokuroru baş ədliyyə müşaviri Natiq Əsədovun 09 fevral 2022-ci il tarixli Qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və Təqsirləndirilən şəxs dərhal saxlanıldığı MSY-dən azad edilmişdir. İş materiallarında olan “təqsirləndirilən şəxsin X6 azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 09 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Bakı şəhəri, Səbail rayon Polis İdarəsinin MSY-dən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan maddi sübut kimi tanınma haqqında 10 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir bükümdə təmiz çəkisi 0,481 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Səbail RPİnin Növbətçi Hissəsinə təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 25 fevral 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan 22 mart 2022-ci il tarixli cinayət işinin bir icraatda birləşdirilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və istintaq ********* nömrəsi ilə davam etdirilmişdir. İş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 dekabr 2021-ci il tarixdə saat 19:15-də tutulmuşdur. İş materiallarında olan “şəxsi axtarışın keçirilməsi haqqında” 08 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynindəki boz rəngli idman şalvarının sol cibindən 01 ədəd kibrit qutusunun içərisində marixuanaya oxşar kütlə aşkar olunmuş, elektron tərəziyə qoyulub çəkilən zaman həmin kütlənin çəkisinin 5.9 qram olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs aşkar olunmuş kütlənin narkotik vasitə marixuana olduğunu, həmin maddəni yaşadığı evdən bir az aralıda yerləşən zibil qutusunun yanından tapdığını bildirir. Aşkar olunmuş kütlə zərfə qoyularaq DİN-in 67 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı istifadə edilən videoçəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə edilmişdir. İş materiallarında olan “baxış keçirilməsi haqqında” 08 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs məxsus **-BB-*** dövlət qeydiyyat nişanlı, VAZ- 2106 markalı nəqliyyat vasitəsinə baxış zamanı nəqliyyat vasitəsinin salonundan sürücü əyləşən oturacağın alt hissəsindən 01 ədəd kibrit qutusunun içərisində marixuana oxşar kütlə aşkar olunmuş, elektron tərəziyə qoyulub çəkilən zaman həmin kütlənin ümumi çəkisinin 6 qram olduğu müəyyən olunmuşdur. Həmin kütlə zərfə qoyularaq DİN-in 67 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı istifadə edilən videoçəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 08 dekabr 2021-ci il tarixli, 7/1265 saylı rəyindən görünür ki. tədqiqata təqdim olunmuş üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə...» yazılar və imzalar olan 1 nömrəli zərfdə bir ədəd kibrit qutusunda təmiz çəkisi 3,065 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində «Təqsirləndirilən şəxs məxsus nəqliyyat vasitəsindən aşkar edilərək götürülmüş narkotik vasitəyə bənzər kütlə» yazılar və imzalar olan 2 nömrəli zərfdə bir ədəd kibrit qutusunda təmiz çəkisi 3,018 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqdim olunmuş №-li və 2 №-li zərflərdə olan marixuanalar tərkiblərinə görə eynidir. Həmin marixuanaların ümumi çəkisi 6.083 qramdır. Tədqiqatın dəyəri 66.46 (altmış altı manat qırx altı qəpik) manatdır. İş materiallarında olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlənin geri qaytarılmasına dair 09 dekabr 2021-ci il tarixli aktdan görünür ki, Quba RPŞ-si tərəfindən 1 №-li zərfdə 1 kibrit qutusunda 3,065 qram kütlə qəbul edilmiş, 0,02 qram nümunə götürülmüş, 3,045 qram maddə geri qaytarılmış, 2 №-li zərfdə bir ədəd kibrit qutusunda təmiz çəkisi 3,018 qram qəhvəyi rəngli kütlə qəbul edilmiş, 0,02 qram nümunə götürülmüş, 2,998 qram maddə geri qaytarılmışdır. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 10 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” Quba rayon Prokuroru baş ədliyyə müşaviri Namiq Muradovun 10 dekabr 2021-ci il tarixli Qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və Təqsirləndirilən şəxs dərhal saxlanıldığı MSY-dən azad edilmişdir. İş materiallarında olan “polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” 10 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan maddi sübut kimi tanınma haqqında 14 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və avtomobilindən aşkar edilərək götürülmüş, təmiz çəkisi 3,065 qram və 3,018 qram olan, tədqiqata sərf edildikdən sonra qalan 3,045 qram və 2,998 qram narkotik vasitə qurudulmuş marixuana Quba RPŞ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan “axtarışda olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, X4 09 fevral 2022-ci il tarixdə, saat 23:20 dəqiqədə Səbail RPİ-nin əməkdaşları tərəfindən Quba RPŞnin MSY-yə təhvil verilmişdir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 11 fevral 2022-ci il tarixli 4(027)-13/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 09 fevral 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan 25 fevral 2022-ci il tarixli cinayət işinin aidiyyət üzrə göndərilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi istintaqın davam etdirilməsi üçün Səbail RPİ-yə göndərilmişdir İş materiallarında 28 mart 2022-ci il tarixli elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında protokoldan görünür ki, istintaq zamanı Quba RPŞ-də başlanılmış cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd kompakt diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, təhqiqatçının Təqsirləndirilən şəxs harada saxlanıldığı barədə verdiyi suala cavab olaraq sonuncu, 08 dekabr 2021-ci il tarixdə saat 19:30 radələrində Quba şəhəri, Ərdəbil küçəsində VAZ 2106 markalı, **-BB-*** dövlət nömrə nişanlı avtomobilinin yanında dayandığı zaman polis əməkdaşları tərəfindən saxlanıldığını deyir. Bundan sonra axtarış keçirilməzdən əvvəl polis əməkdaşları ona üzərində olan qanunsuz əşyaları çıxarıb təqdim etməyi təklif edir, o, əynində olan boz rəngli idman şalvarının sol yan cibindən 01 ədəd kibrit qutusunu çıxarıb polis əməkdaşlarına təqdim edir. Polis əməkdaşalraı ondan həmin kütlənin nə olduğunu və haradan əldə etdiyini soruşduqda həmin kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitəni bir müddət əvvəl yaşadığı evin yaxınlığında olan zibil qutularının yanından tapdığını və özü istifadə etməyi üçün üzərində saxladığını bildirir. Həmin kütlə elektron tərəziyə qoyularaq ölçülü, sonra isə zərfə qoyularaq qablaşdırılır. Daha sonra polis əməkdaşları bundan başqa üzərində və ya avtombilində hər hansı qanunsuz əşyanın olub-olmadığını soruşduqda o, avtomobilində içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin olduğu 01 ədəd kibrit qutusunun olduğunu bildirir. Avtomobilə baxış zamanı Təqsirləndirilən şəxs avtomobilində sürücü əyləşən oturacağın alt hissəsində saxladığı 01 ədəd kibrit qutusunu çıxarıb təqdim edir. Polis əməkdaşaları ondan həmin kütlənin nə olduğunu və haradan əldə etdiyini soruşduqda həmin kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitəni bir müddət əvvəl yaşadığı evin yaxınlığında olan zibil qutularının yanından tapdığını və özü istifadə etməyi üçün avtomobilində saxladığını bildirir. İş materiallarında 02 aprel 2022-ci il tarixli elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında protokoldan görünür ki, istintaq zamanı cinayət işinə əlavə olunmuş bir ədəd kompakt diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, təhqiqatçının üzərində narkotik vasitələrin olub-olmaması barədə sualına Təqsirləndirilən şəxs üzərində narkotik vasitənin olmasını etiraf edir və əynindəki tünd göy rəngli şalvarın sol yan cibindən içərisində narkotik vasitə olan heroinə bənzər kütlənin olduğu bir ədəd sarı rəngli kağız bükümü, həmin şalvarın sağ yan cibindən Samsung A50 markalı mobil telefonu və həmin şalvarın arxa sağ cibindən isə içərisində bir ədəd Unibank plastik kartı, bir ədəd Bakukart və sənədlər olan qara rəngli pul kisəsini çıxarıb masanın üzərinə qoyur. Sarı rəngli kağız büküm açıldıqda içərisində tünd qəhvəyi rəngli, tozşəkilli maddənin olması müşahidə edilir. Həmin maddənin nə olmasına dair suala Təqsirləndirilən şəxs toz şəkilli maddənin özü istifadə etməsi üçün üzərində saxlayaraq gəzdirdiyi heroin olduğunu bildirir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs həmin maddəni hardan və kimdən əldə etməsi barədə sualına Təqsirləndirilən şəxs həmin maddəni dostu Nicat və tanışı Neymət adlı şəxslərdən 30 manat məbləğində pula əldə eldiyini bildirir. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs fiziki olaraq şəxsi axtarışını keçirir, lakin hər hansı bir əşya aşkar edilmir. İş materiallarında 06 may 2022-ci il tarixli elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında protokoldan görünür ki, istintaq zamanı Bakcell” MMC-nin 18 aprel 2022-ci il tarixli, BKC/LGL-5907/22 nömrəli məktubu ilə daxil olmuş və cinayət işi materiallarına əlavə edilmiş bir ədəd kompakt diskə baxış keçirilmiş, diskdə olan “Zənglərin məxsusluq tarixçələri **********3711” adlı fayla baxış keçirilən zaman ***-***-**-** saylı mobil nömrənin Şahid1 (Bakı şəhəri, Nəsimi rayonu, R.Rza küçəsi ev 127) adlı şəxsə, ***-***-**-** saylı mobil nömrənin Təqsirləndirilən şəxs (Quba şəhəri, H.Əliyev prospekti ev 99) adlı şəxsə və ***-***-**-** savlı mobil nömrənin isə Şahid2 (Quba şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 120) adlı şəxsə məxsus olması müəyyən olunmuşdur. Diskdə olan “SMS Tarixçəsi **********2517 556125191” adlı fayla baxış keçirilən zaman xx.xx.2022ci il tarixdə saat 23:46 radələrində ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə göndərilmiş “Mana 5m kola ver” məzmununda SMS olması müəyyən olunmuşdur. Diskdə olan “SMS Tarixçəsi **********2521 556125191” adlı fayla baxış keçirilən zaman xx.xx.2022-ci il tarixdə saat 23:19:40-da ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə göndərilmiş “Qaqas geliremde elimde is gorurem axi sennen başqada adamlar var birdefeliy ciximda bayira” məzmununda SMS və bundan başqa, xx.xx.2022-ci il tarixdə saat 21:19:11- də ***- ***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə göndərilmiş “Tema duzeldirdim cixdim” məzmununda SMS olması müəyyən olunmuşdur. Diskdə olan “Zənglərin Tarixçəsi” adlı fayla baxış keçirilən zaman xx.xx.2022-ci il tarixdə saat 20:13:07-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə zəng getməsi, ***-***-**-** saylı mobil nömrənin həmin tarixdə saat 20:13:07-də Bakı şəhəri, Səbail rayonu, 1128- ci keçid, 504-cü məhəllədə anlen dairəsində, ***-***-**-** saylı mobil nömrənin həmin tarixdə saat 20:13:07-də Bakı şəhəri, Yasamal rayonu. Şərifzadə küçəsində anlen dairəsində olması, bundan sonra ***-***-**-** saylı mobil nömrənin Yasamal rayonu, İnşaatçılar prospekti ilə hərəkətdə olması, həmin tarixdə saat 20:28:42də Səbail rayonu, 1128-ci keçid, 504-cü məhəllədə anten dairəsində olması müəyyən olunmuşdur. Baxış zamanı diskdə olan digər fayllara baxış keçirilmiş, cinayət təqibi üzrə əhəmiyyət kəsb edən digər hallar aşkar edilməmişdir. İş materiallarında 06 may 2022-ci il tarixli elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında protokoldan görünür ki, istintaq zamanı "xxxx" MMC-nin 14 aprel 2022-ci il tarixli. AZF/LGL-7974/22 nömrəli məktubu ilə daxil olmuş və cinayət işi materiallarına əlavə edilmiş bir ədəd kompakt diskə baxış keçirilmiş, diskdə olan “Zənglərin məxsusluq tarixçələri **********256” adlı fayla baxış keçirilən zaman 070-399-0036 və ***-***-**-** saylı mobil nömrələrin Təqsirləndirilən şəxs (Quba şəhəri, G.Əsədov küçəsi ev 9) adlı şəxsə məxsus olması müəyyən olunmuşdur. Diskdə olan “Zənglərin detallaşması **********229” adlı fayla baxış keçirilən zaman xx.xx.2022-ci il tarixdə saat 20:13:07-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə zənglərin getməsi və zənglərin həmin tarixdə saat 20:16:52-də bitməsi. ***-***-**-** saylı mobil nömrənin həmin tarixdə saat 20:13:07-də Bakı şəhəri, Səbail rayonu, 1128-ci keçid, 504-cü məhəllədə anten dairəsində olması, bundan başqa həmin tarixdə saat 20:17:03-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə zənglərin getməsi və zənglərin həmin tarixdə saat 21:21:42-də bitməsi, ***-***-**-** saylı mobil nömrənin həmin saatlarda Bakı şəhəri, Səbail rayonu, 1128-ci keçid, 504-cü məhəllədə anten dairəsində olması müəyyən olunmuşdur. Baxış zamanı diskdə olan digər fayllara baxış keçirilmiş, cinayət təqibi üzrə əhəmiyyət kəsb edən digər hallar aşkar edilməmişdir. İş materiallarında 12 may 2022-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə yeni məzmunda yenidən ittiham elan edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 10 mart 2022-ci tarixli, 1205 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərdən istifadə etmə halları olub. Lakin halhazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliynin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Quba rayon Mərkəzi xəstaxanası tərəfindən verilmiş 23 iyun 2022-ci il tarixli 398 saylı arayışdan müəyyən olunur ki, X1 C xəstəsidir, xx.xx.2014-cü il tarixdən qeydiyyatdadır. İş materiallarında olan Quba rayon Mərkəzi xəstaxanası tərəfindən verilmiş 24 iyun 2022-ci il tarixli 399 saylı arayışdan müəyyən olunur ki, X8 orta ağırlıqlı diabet xəstəsidir. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımağa görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun özünün ifadəsi, şahidin ifadələri, ekspertiza rəyləri, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olmasını, anasının Hepatit C və diabet xəstəsi olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən CM-nin eyni maddəsi ilə nəzərdə tutulmuş cinayətin təkrar törədilməsi onun məsuliyyətini ağırlaşdıran hal hesab olunur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, törətdiyi əməlin nəticələrinə dair məsuliyyəti dərk etməsini, məhkəmə iclasındakı davranışını, işin digər mühüm və diqqətə layiq hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını məqsədəuyğun hesab edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təyin edilən azadlığın məhdudlaşdırılması cəzası cəzanın məqsədini təmin edir. Məhkəmə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə təyin ediləcək cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs 08 dekabr 2021-ci il tarixdən 10 dekabr 2021-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət, 07 fevral 2022-ci il tarixdən 23 sentyabr 2022-ci il tarixədək həbsdə olduğu 07 (yeddi) ay 16 (on altı) gün müddət, cəmi 07 (yeddi) ay 18 (on səkkiz) gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 01 (bir) il, 03 (üç) ay 06 (altı) gün müddət ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 22:00-dan saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Quba rayon ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmasını məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə maddi sübut – Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş Quba RPŞ-də saxlanılan 6,043 qram narkotik vasitə qurudulmuş marixuana, Səbail rayon Polis İdarəsində saxlanılan 0,431 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut – 08 (səkkiz) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul vəsaitinin tutulmasını əsaslı hesab edir. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 106 manat 96 qəpik (bir yüz altı manat doxsan altı qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346- 349, 351-353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 08 dekabr 2021-ci il tarixdən 10 dekabr 2021-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət, 07 fevral 2022-ci il tarixdən 23 sentyabr 2022-ci il tarixədək həbsdə olduğu 07 (yeddi) ay 16 (on altı) gün müddət, cəmi 07 (yeddi) ay 18 (on səkkiz) gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 01 (bir) il, 03 (üç) ay 06 (altı) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 02 (iki) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 22:00-dan saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Quba rayon ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Quba rayonunun İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə maddi sübut olan 08 (səkkiz) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan – Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş Quba RPŞ-də saxlanılan 6,043 qram narkotik vasitə qurudulmuş marixuana, Səbail rayon Polis İdarəsində saxlanılan 0,431 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci –106 manat 96 qəpik (bir yüz altı manat doxsan altı qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X5 Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Bakı şəhəri 3 saylı Vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 300 (üç yüz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 3 saylı Vəkil Bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesab AZ37NABZ013501**********1944, 3 saylı Vəkil Bürosu VÖEN **********, İBAN AZ75AİİB********************) bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Günel Səmədova
Məhkəmə qərarları › İş №1(009)-144/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-144/2022
23.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver