Məhkəmə qərarları › İş №1(009)-145/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-145/2020

26.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-145/2020 26.08.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əlirza Azər oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş Prokurorluğu Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1978-ci ildə Türkmənistan Respublikasının, Nebitdağ şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, işləməyən, ailəli, ünvan 1 mənzil 28 ünvanında qeydiyyatda olan, ünvan 2 mənzil 104 ünvanında yaşayan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair böyük ictimai təhlükə törətməyən aşkar cinayətlərə dair işlər üzrə məhkəməyədək sadələşdirilmiş icraata açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Belə ki, xx xxxx 2020-ci il tarixdə saat 21:00 radələrində Təqsirləndirilən şəxs kirayədə yaşadıqları Bakı şəhəri Səbail rayonu Xaqani küçəsi 36 saylı evin 104-cü mənzilində, girişdən sağdan birinci otaqda, ailə münasibətlərinin kəskinləşməsi zəminində yaranmış münaqişə gedişində arvadı Zərərçəkmiş şəxs başından və bədəninin müxtəlif nahiyyələrindən yumruqla vuraraq ona sol bazu oynağında ağrı və hərəkət məhdudluğu ilə müşayiət olunan sol bazunun yuxarı 1/3-nin ön və iç səthinin, sol dirsək oynağı nahiyyəsinin arxa səthinin, sağ mil-bilək oynağı nahiyyəsinin ön səthinin, sağ bazunun orta 1/3-nin arxa səthinin qançırları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında dindirilmiş cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs göstərmişdir ki, Zərərçəkmiş şəxslə 2006-cı ildən ailə həyatı qurmuş və birgə yaşayırlar. Afətlə aralarında problem olduğu üçün 2019-cu ilin dekabr ayında çıxıb atası evinə gedibmiş. Bundan sonra o, müalicə alıb spirtli içki qəbul etməyi tərgitmişdir. Mart ayında Afət yenidən evə qayıdıb gəlmiş, ancaq onunla mehriban davranmamışdır. İki gün sonra aralarında söz-söhbət olduğu üçün yenidən çıxıb getmişdir. Əvvəllər o, Afətlə barışmaq üçün çox cəhdlər etmişdir. Ancaq heç bir fayda verməyib. Afət diktə etməyi xoşalyır və hesab edir ki, o, Afətdən üzr istəməlidir. O isə Afətin bu cür yanaşmasını qəbul etmir. Sonuncu dəfə bu ayın 13-də Afət üç uşağı ilə birgə qayıdıb yaşadıqları mənzilə gəlib. Adını da qoyub ki, guya onun xəstə anasına baxmaq üçün gəlib. Anasının vəziyyəti həqiqətən yaxşı deyil. Anası xərçəng xəstəliyindən əziyyət çəkir. Afət gəldiyi gündən ona nə bir çay töküb, nə də bir dəfə yemək bişirib. Eyni zamanda uşaqları elə öyrədib ki, öz uşaqları da ona ataları kimi davranmır. Bütün bunları onun atası da görür. xx xxxx 2020-ci il tarixdə axşam saatlarında aralarında yaranan mübahisə zamanı atası Bəxtiyar haqlı yerə Afətə bildirmişdir ki, əgər barışmağa gəlməmisənsə çıxıb getsin. Afət də onun atasına cavab qaytarıb, evdən getməyəcəyini deyirmiş. Belə ki, onlar qarşıdakı günlərdə yeni evə köçməyi planlaşdırırlar. Həmin evə Afəti aparmaq fıkrləri yoxdur. Afət onun atası ilə mübahisə etdiyi, cavab qaytardığı üçün o, əsəbiləşib Afətin boğazından yapışmış və yumruqla bir neçə dəfə başına vumuşdur. Afəti evin qapısımdan içəri girən kimi birinci otaqda vurmuşdur. Daha sonra atası və anası onları ayırmışlar. Afət çəkilib kənarda stulda oturaraq danışmağa davam etdiyi üçün, Afəti yenidən döymüşdür. Hesab edir ki, sağ və sol qollarındakı xəsarəti Afətdə bu zaman yaranıb. Çünki Afətinqollarından da tutub sıxmışdır. Hadisə vaxtı evdə üç azyaşlı övladı, atası və anası olmuşdur. Hazırda onun Afətlə barışmaq fikri yoxdur. Afətlə boşanmaq istəyir. Hadisə xx xxxx 2020-ci il tarixdə saat 21:00 radələrində yaşadıqları Bakı şəhəri Səbail rayonu Xaqani küçəsi 36 saylı evin 104-cü mənzilində, girişdən birinci otaqda baş vermişdir. Afət “gəmidə oturub gəmiçiylə dava etmək” istəyir. Belə ki, onun evində otura-otura atası ilə mübahisə edir. Bütün bunları kişilik qüruruna sığışdıra bilmir, bunu qəbul edə bilmədiyi üçün əsəbiləşmiş və Afəti vurmuşdur. Afəti yumruqla başından vurmuşdur. Daha sonra əlbəyaxa olmuşlar. Hadisə vaxtı orada atası Bəxtiyarla, anası Tahirə olmuşlarr. Qadına əl qaldırdığı üçün peşmandır. Ancaq hesab edir ki, “yaxşı at özünə qamçı vurdurmaz”. Yəni onu bu vəziyyətə Afət özü çatdırıb. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməlindən peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxslə barışdığını, himayəsində üç azyaşlı uşağın olmasını və ərizə verərək barəsində olan iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsinə etiraz etməməsini bildirmişdir. Məhkəmə iclasında ifadəsi alınan Zərərçəkmiş şəxs göstərmişdir ki, Təqsirləndirilən şəxs Bəxtiyar oğlu ilə 2006-ci ildən evlidir və hazırda həmin nigahdan üç övladları var. Təqsirləndirilən şəxs eyni zamanda onun xalası oğludur. İki ildir ki, qayınatası Bəxtiyar, qayınanası Tahirə, Tofiq və üç övladı ilə birgə Xaqani küçəsi ev 36, mənzil 104 ünvanında yaşayırlar. Ailə qurduqları gündən bu günə kimi Tofiq heç bir səbəb olmadan evdə mübahisə yaradır və onu döyür. Buna baxmayaraq, Tofiq həm qohumu olduğu üçün, həm də ailəsi dağılmasın deyə indiyədək heç vaxt polisə şikayət etməmişdir. Hesab etmişdir ki, gələcəkdə düzələr. Ancaq Tofiqin hərəkətləri artıq dözülməz həddə çatıb. Sonuncu dəfə ötən ilin dekabr ayının 24-də Tofiq onu sərxoş vəziyyətdə döydüyü üçün evdən uşaqlarını da götürüb Lənkəran şəhərinə getmişdir. 2020-ci ilin mart ayının 6-da Tofiq artıq spirtli içki qəbul etməyəcəyinə dair söz verdiyi üçün o, yenidən evə qayıdıbmış. Ancaq elə həmin gün Tofiq yenə sərxoş vəziyyətdə onu döymüş və o, mart ayının 8-də Lənkərana, atası evinə qayıtmışdır. Bu ilin iyul ayının 13-də qayınanası Tahirənin vəziyyəti pis olduğu üçün yenidən evinə gəlmişdir. Qayınanası iki ildir ki, xərçəng xəstəliyindən əziyyət çəkir. Fikirləşmişdir ki, qayınanasına baxan lazımdır, həm də nəvələrini görsün. Buna baxmayaraq Tofiq onunla normal rəftar etmir. xx xxxx 2020-ci il tarixdə saat 21 radələrində yaşadıqları Səbail rayonu Xaqani küçəsi ev 36 mənzil 104 ünvanında olarkən qayınatası Bəxtiyar ona demişdir ki, əgər barışmağa gəlməyibsə evdən çıxıb getsin. O da qayınatasına getməyəcəyini, qalıb xalasına baxacağını demişdir. Bu zaman Tofiq də gəlib, “çıx get burdan” deyə bildirmişdir. O da Tofiqə “Sən kənara dur, mən səninlə danışmıram” deyə cavab vermişdir. Tofiq də onun qayınatasına cavab qaytarmasını bəhanə edərək onun boğazından əlləri ilə yapışmış və yumruqla başına vurmağa başlamışdır. Həmin vaxt o, ayaqüstə olmuşdur. Daha sonra digər otağa keçib stulda oturmuşdur. Stulda oturduğu vaxt iki qat durduğu üçün Tofiq gəlib qolundan və kürəyindən yumruq vurmağa başlamışdır. Buna görə kürəyində hələ də ağrı hiss edir. Qayınatası Bəxtiyar və qayınanası Tahirə onu güclə Tofiqin əlindən almışlar. Hadisə təxminən 5- 10 dəqiqə davam etmişdir. Ertəsi gün səhər saatlarında o, bədənində ağrılar hiss etdiyi üçün təcili tibbi yardıma müraciət etmişdir. Hazırda Tofiqdən boşanmaq istəyir. Buna görə də polisə Tofiqin barəsində ərizə ilə müraciət etmişdir. Hadisə xx xxxx 2020-ci il tarixdə saat 21:00 radələrində yaşadıqları ünvan 3 mənzil 104 ünvanda, mənzilin otaqlarında baş vermişdir. Həmçinin Zərərçəkmiş şəxs ərizə verərək, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı heç bir şikayəti və tələbinin olmadığını bildirmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid1 bildirmişdir ki, Tofq Allahverdiyev onun oğludur və bir yerdə yaşayırlar. Tofiqin xalası qızı Afət 2006-cı ildən onların gəlinidir. Əvəllər onlar arasında ciddi problem olmasa da son dövrlər heç cür barışa bilmirlər. Aralarında mübahisə olanda həmişə oğlunu danladığı üçün Afət də artıq Tofıqi saymır. Sonuncu dəfə xx xxxx 2020-ci il tarixdə saat 21 radələrində kirayə yaşadıqları Xaqani küçəsi 36, mənzil 114 ünvanında olarkən gəlini Afət ona demişdir ki, kirayə üçün aldıqları 250 manat puldan ona da verməlidirlər. Belə ki, onların Nəsimi rayonu, Zeynalov küçəsində yerləşən evləri söküldüyü üçün dövlət onlara müvəqqəti olaraq 250 manat məbləğində kirayə pulu verir. Afət sonuncu dəfə iyul ayının 13-də atası evindən çıxıb gəlib. Buna baxmayaraq həyat yoldaşı Tofıqi dindirmir. Aralarında olan söhbət zamanı o, Afətə demişdim ki, əgər barışmayacaqsa çıxıb atası evinə getsin. Afət də deyirmiş ki, dövlət tərəfindən onlara verilən 250 manat pulda onun da payı var. Onlar mübahisə edən vaxtı səs-küyə Tofiq də gəlmiş və mübahisəyə qoşulmuşdur. Afət Tofıqi nalayiq sözlərlə söyüb təhqir etmişdir. Tofiq də Afətin üzərinə gələndə əlbəyaxa olmuşlar. Tofiq yumruqla Afətin başından və qollarından bir neçə dəfə zərbə endirmişdir. Hadisə evə girən kimi sağdakı otaqda baş vermişdir. O, Tofiqlə Afəti ayırmışdır. Həyat yoldaşı Tahirə də ona ayırmaqda kömək etmişdir. Sakitləşəndən sonra Afət keçib stulda əyləşmişdir. Bu zaman Afət Tofıqə “alkaş” “narkoman” deyirmiş. Tofiq də Afəti yenidən döymüşdür. Ancaq onlar yenə ayırmışlar. Hadisə nəticəsində Afətin hər iki qolunun yuxarı hissəsində qaraltılar yaranmışdı. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid2 ifadəsində Şahid1 ifadəsində göstərilmiş xüsusatları təsdiq edərək eyni məzmunda ifadə vermişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş və ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 381 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sol bazu oynağında ağrı və hərəkət məhdudluğu ilə müşayiət olunan sol bazunun yuxarı 1/3-nin ön və iç səthinin, sol dirsək oynağı nahiyyəsinin arxa səthinin, sağ mil-bilək oynağı nahiyyəsinin ön səthinin, sağ bazunun orta 1/3-nin arxa səthinin qançırları küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 30 iyul .2020-ci il tarixdə qeyd olunan nahiyyələrə əl və yumruqla vurma nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlunun əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Ədliyyə Nazirliyinin Elektron Portal Çıxarışından görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs himayəsində xx xxxx 2012‑ci il təvəllüdlü X1, xx xxxxxxx 2013-cü il təvəllüdlü X2 və xx xxxxxxxx 2007-ci il təvəllüdlü X4 var. Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı övladının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal olaraq nəzərə alınmalıdır. Məhkəmə iclası zamanı Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı heç bir şikayəti və tələbinin olmadığını bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 37.4-cü maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş hallardan başqa, zərərçəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması ilə əlaqədar xitam verilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; həmin Məcəllənin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. “Azərbaycan Respublikası CPM-nin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli Qərarının 2-ci və 3-cü bəndlərinə əsasən, Azərbaycan Respublikası CPM-nin 37.4-cü maddəsinin tələblərinə görə, həmin Məcəllənin 37.3-cü maddəsində sadalanan ilk dəfə böyük ictimai təhlükə törətməyən şəxs zərərçəkmiş şəxslə barışdıqda və ya ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda ictimaixüsusi ittiham qaydasında cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikası CPM-nin 37.3-cü maddəsində sadalanan az ağır və ya ağır cinayətlər üzrə ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilə bilməz. Cinayət təqibi ictimai-xüsusi və ictimai ittiham qaydasında həyata keçirilərkən Azərbaycan Respublikası CM-nin 73-cü maddəsində nəzərdə tutulmuş hallar aşkar olunduqda bu Qərarın əsaslandırıcı hissəsində göstərilən şərtlərə riayət edilməklə icraatın məhkəməyədək mərhələsində təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hal məhkəmə baxışının gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər. Məhkəmə, iş üzrə zərərçəkmiş şəxsin və cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs qarşı şikayətinin və tələbinin olmamasını, himayəsində üç azyaşlı uşaqlarının olmasını, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməlindən peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxslə şəxslə barışdığını, himayəsində üç azyaşlı uşağın olmasını və ərizə verərək barəsində olan iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsinə etiraz etməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməklə cinayət işinin icraatına xitam verilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət‑Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxshüquqlarının məhkəmədə və ibtidai istintaq zamanı hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 40.1, 40.3, 43.1.2, 321.1, 321.2.1, 347, 384.1.3-cü maddələrini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128‑ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Bakı şəhəri, 03 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxshüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə 120 (yüz iyirmi) manat pul tutulub, “Kapital Bank” 1 saylı 3 saylı vəkil bürosunun Səbail filialındakı hesabına keçirilsin. Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclasları zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən 120 (yüz iyirmi) manat pul tutulub, “xxxxxxxxxx” QSC-nin Səbail filialındakı hesabına keçirilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar