Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-145/2021 05.07.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Məmiyev Elnur Azər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, xx xxxxxxx 1993-cü ildə Lənkəran rayonu, Türkəkaran kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, “Green City” restoranında xidmətçi işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs karantin rejimini pozaraq yaşadığı evi tərk etmiş və xəstəliyin yayılması üçün real təhlükə yaratmışdır. Belə ki, Təqsirləndirilən şəxs 20 noyabr 2020-ci il tarixdə verdiyi analizin nəticəsinə əsasən yeni növ koronavirus (COVİD-19) infeksiyasına yoluxmaqla hava-damcı yolu ilə keçən həmin yolxucu xəstəliyin daşıyıcısı olduğunu bildiyi halda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin əhalinin həyat və sağlamlığının qorunmasını təmin etmək məqsədi ilə «Sanitariyaepidemioloji salamatlıq haqqında» Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli, 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş «Yoluxucu, parazita rvə kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi qaydaları»nın, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 may 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma qaydaları»nın 4.5.5-ci maddəsinin, yəni «Yaşadığı və olduğu yerdə karantin nəzarətinə götürülmüş şəxs mənzili (evi) tərk etməməlidir» tələblərini pozaraq, yaşadığı ünvanı tərk etməməsi barədə xəbərdar olunmasına, eləcə də özünə və ailə üzvlərinə 21 noyabr 2020-ci il tarixdən 05 dekabr 2020-ci il tarixədək, yəni 14 gün ərzində karantin müddəti təyin edilməsinə baxmayaraq, ona təyin edilmiş məhdudiyyətlərə riayət etməyib yaşadığı ünvan 2 ünvanında olan evini tərk edərək ünvan 3il rayonu Ö.F.Nemanzadə-48, Bibiheybət məscidinin yanında olan Yanacaq doldurma məntəqəsində, 20-ci sahə dairəsi 125 saylı köşkün damı, X4 idarəsinin 3 saylı Neft Qazçıxarma sahəsində, Salyan şossesi 2-ci Yubiley döngəsi, Səbail rayonu M.Hüseynov küçəsi-21, Səbail rayonu, Neftçilər küçəsi-93, İstiqlaliyyət küçəsi-21, Zərifə Əliyeva küçəsi-8, Bülbül prospekti-2, Nizami küçəsi-123, Nəsimi rayonu S.Əsgərova-159, S.Vurğun küçəsi-73 73A, Nəsimi rayonu D.Əliyeva-123/8, Dəmir yolu idarəsi, Azadlıq prospekti-23 Foto Nur, Mirəli Qaşqay küçəsi-43, 28 May Texnoloji korpusun damı, Nizami rayonu Xalqlar dostluğu yarmarkası, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Qənbərov küçəsi-6, Xətai rayonu, F.Bayramov küçəsi və sair ünvanlarda olmaqla epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və xüsusi karantin rejimini pozub bədənində, paltarında və sair formada yeni növ koronavirus (COVİD-19) infeksiyasını bir yerdən başqa yerə daşımaqla digər şəxslərin yoluxmalarına real təhlükə yaratmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 5 ünvanında yaşayır. X1 İdarəsində fəhlə işləyirdi. 20 noyabr 2020-ci il tarixdə hərarəti olduğundan X3i müəssəsində analiz vermiş və 21 noyabr 2020-ci il tarixdə ona tibb müəssəsindən istifadəsində olan ***-***-**-** nomrəli mobil telefonuna test analizinin nəticəsi pozitivdir olması barədə cavab gəlmiş, bayıra çıxmaq qadağandır, əks halda cinayət məsuliyyəti daşıyır. Bu barədə o öz rəhbərinə, yəni iş icraçısı Şahid1 məlumat vermiş və ev şəraitində müalicəsinə başlamışdır. 01 dekabr 2020-ci il tarixdə müalicəsini bitirib Şahid1 məlumat vermiş və özünü yaxşı hiss etdiyini bildirmişdir, Şahid1 də ona 02 dekabr 2020-ci il tarixdə işə çıxmasına göstəriş vermişdir. 02 dekabr 2020-ci il tarixdə işə çıxmış və işləyən zaman polis əməkdaşları ona yaxınlaşaraq koronavirus xəstəsi olduğunu və icazəsiz evi tərk etdiyni deyərək polis idarəsinə gətirmişlər. Özünü normal hiss etdiyindən düşünmüşdür ki, artıq sağalmışdır və bu səbəbdən təkrar analiz verməyib rəsmi cavab almadan işə çıxmışdır. Əməldən səmimi olaraq peşmandır, maddi ehtiyaclarınıı təmin etmək məqsədi ilə ona tətbiq edilmiş karantin rejimi qaydalarını pozaraq özünütəcrid şəraitində evdə qalmalı olduğu halda evi tərki edib müəyyən işlər görmüşdür, lakin evi tərk etdiyi vaxtlarda ara məsafəsini saxlamaqla maska taxmış və əhalinin sıx olduğu yerlərdə olmamışdır. Maddi ehtiyaclarını təmin etmək məqsədi ilə karantin rejimi qaydalarını pozaraq ayrı-ayrı ünvanlara getmiş və bu əməlinə görə səmimi olaraq peşmandır. Hazırda və həmin dövrdə də istifadəsində ***-***-**-** mobil nömrəsi olmuşdur. İstifadəsində olan ***-***-**-** mobil nömrəsi daim öz istifadəsində olmuş və həmin nömrəni 20 noyabr 2020-ci il-05 dekabr 2020-ci il tarixi arasındakı müddətdə heç kimə verməmiş və daim öz istifadəsində olmuşdur. «Covid-19» virus infeksiyasına yoluxması barədə «Təbib»dən rəsmi məlumat verilsə də, o müalicəsini davam etdirirmiş və özündə hər hansı xəstəliyin ağırlaşmasını hiss etmirmiş, hərarəti yox imiş, iy-dad bilməsi var imiş, ona görə də maddi ehtiyaclarını təmin etmək məqsədi ilə ayrı-ayrı ünvanlarda, iki dəfə Mirəli Qaşqay küçəsində yerləşən Təzə Bazarda olmuşdur və hazırda öz əməlindən səmimi peşmandır. Məhkəmə iclasında şahid Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin polis sahə inspektoru Şahid4 ifadəsində göstərmişdir ki, sahə inspektoru kimi xidməti ərazisində qeydiyyatda olub yaşayan və «Covid-19» virus infeksiyasına yoluxmaqla yaşadıqları ünvanlarda özünütəcrid şəraitində qalıb müalicələrini davam etdirməli olan xəstələrin virus infeksiyasının inkubasiyası dövründə yaşadıqları ünvanları tərk etməmələrini yoxlamaq üçün siyahı verilir və belə xəstələri mütəmadi olaraq yoxlayırmışlar. ünvan 5 ünvanında qeydiyyatda olmaqla yaşayan və 21 noyabr 2020-ci il tarixdə «Covid-19» virus infeksiyasından verdiyi analizin cavabı pozitiv çıxmış xx.xx.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs özünütəcrid şəraitində evdə qalıb müalicə olunub-olunmadığını yoxlamaq məqsədi ilə 02 dekabr 2020-ci il tarixdə Bakı şəhər Səbail Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfərləri Şahid2 və Şahid3 ilə birlikdə onun yaşadığı ünvanda, yəni Səbail rayonu, Nasosnı küçəsi ev-31 ünvanında olmuşlar, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng etdikdə cavab vermişdir ki, evdədir, ona təklif etmişlər ki, küçədə evlərinin qarşısında onu gözləyirlər, o gələcəyini desə də bir müddət gözləmişlər, lakin Təqsirləndirilən şəxs gəlməmişdir. Təkrar zəng etdikdə bildirmişdir ki, X1 idarəsində fəhlə işləyir, tikinti yerindədir, onun iş yerinin ünvanını öyrənib həmin tikinti sahəsinə, yəni Bakı şəhəri, Səbail rayonu, Bünyad Sərdarov küçəsinə getmişlər və xəstə Təqsirləndirilən şəxs tikinti sahəsində aşkar etmişlər. «Covid-19» virus infeksiyasının daşıyıcısı olmaqla evdə özünütəcrid şəraitində qalıb müalicə olunmalı olduğu halda hansı səbəbdən yaşadığı ünvanı tərk etdiyini soruşduqda Təqsirləndirilən şəxs bildirmişdir ki, həqiqətən də 21 noyabr 2020-ci ildə işlədiyi tikintinin aid olduğu X3 müəssisəsində «Covid-19» virusu ilə əlaqədar analiz vermiş, analizinin cavabı pozitiv çıxmış və yaşadığı ünvanda qalıb müalicəsini davam etdirməli olması, müalicənin sonuna qədər yaşadığı ünvanı tərk etməməsi ona tapşırılmış və özünü yaxşı, sağalmış hiss etdiyindən iş icraçısı Əvəz müəllimə zəng etmiş, işə çıxmaq istədiyini demiş, Əvəz müəllim də 02 dekabr 2020-ci ildə işə çıxmasını demişdir. Ona görə də həmin tarixdə işə çıxmışdır. Onlar «Covid-19» virus infeksiyasının daşıyıcısı Təqsirləndirilən şəxs evdə qalıb müalicə olunmasını tapşıraraq və evdən çıxmasına görə cinayət məsuliyyəti daşıması haqda xəbərdarlıq edərək, bu barədə raport tərtib edib rəhbərliyə məruzə etmişlər. Həmin yoxlamanın gedişatını istifadəsində olan «İphone 7» markalı mobil telefonumun videokamerasına çəkmişdir və həmin videogörüntünü istintaqa təqdim edir. Məhkəmə iclasında şahidlər Bakı şəhər Səbail Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfərləri Şahid2 və Şahid3 eyni məzmunlu ifadə verərək Şahid4 qeyd etdiyi xususatları təsdiq etmişlər. Məhkəmə iclasında Şahid5 ifadəsində göstərmişdir ki, Rəşad onun böyük övladıdır, evlidir və ailəsi ilə birlikdə onunla bir ünvan 1 ünvanında yaşayır. Rəşad əvvəllər Prezident Administrasiyasına aid olan tikinti sahələrində fəhlə işləyirdi. Rəşad 20 noyabr 2020-ci il tarixdə səhər işə getmiş və işə gedənə qədər onda hər hansı xəstəlik əlaməti olmamışdır, həmin gün işdən gəlmiş və hərarəti olduğundan işdə «Covid-19» virus infeksiyasından analiz götürüldüyünü demişdir, 21 noyabr 2020-ci il tarixdə Rəşadın verdiyi analizin nəticəsi pozitiv çıxmışdır və ona tapşırıblar ki, evdə özünütəcrid şəraitində qalıb sahə həkimi tərəfindən müalicə olunmalıdır. Bundan sonra sahə həkimi evə gəlib Rəşadın «Covid-19» virus infeksiyasından müalicəsini edib, dərmanlar verirmiş, Rəşadda hər hansı ağır xəstəlik əlamətləri olmamışdır. Lakin buna baxmayaraq o evdən kənara çıxmamış və evdə ailə üzvlərindən də özünütəcrid şəraitində müalicəsini alırdı. 2020-ci ilin dekabr ayının əvvəlində Rəşadda hər hansı xəstəlik əlaməti olmadığından və ailənin dolandırılması üçün pula ehtiyacları olduğundan, ailənin də yeganə dolandırıcısı Rəşad olduğundan ailənin ehtiyaclarını təmin etmək üçün işə çıxmaq istəmiş və işə çıxmaq üçün iş yerində iş icraçısına zəng edib icazə istəmişdir. İş icraçısı da bildirmişdir ki, sağalmışdırsa, işə çıxsın. Ona görə də Rəşad 02 dekabr 2020-ci ildə işə çıxmış və elə həmin gün polis əməkdaşları onların evlərinə gəlib Rəşadı evdə tapmamışlar. Onun iş yerinə gedib «Covid-19» infeksiyası daşıyıcısı kimi işə getməsini protokollaşdırmışlar və Rəşadı polis idarəsinə aparmışlar. Həmin gün Rəşad yenidən analiz vermiş və analizin də cavabı neqativ çıxmışdır. Rəşadın evdə özünütəcrid şəraitində qalmasının son tarixi 04 dekabr 2020-ci il tarixi olsa da, Rəşad özünü yaxşı hiss etdiyindən, tam sağaldığından iş yerinin rəhbərinin razılığı əsasında işə çıxmışdır və həmin tarixə verdiyi analizin nəticəsi neqativ olmuşdur. 23.02.2021-ci il tarixli, ***-**** nömrəli sorğu əsasında Azərbaycan Respublikası DİN-nin baş İnformasiya və Kommunikasiya idarəsindən daxil olmuş və Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** Baksell mobil nömrəsinin 20 noyabr 2020-ci il tarixdən 05 dekabr 2020-ci il tarixədək müddətdə anten dairəsinin izahlı qaiməsi yazılmış bir ədəd CD-R diskindəki görüntülərə keçirilmiş baxış protokolundan görünür ki, antenn dairəsi barədə məlumatlar olan cədvəldə 4980 sıra nömrəsi ilə siyahı vardır. Həmin siyahının ilk sırasında olan -20.11.2020-ci il saat 07:50:29-dan həmin gün 07:54:25-dək **********40 nömrəsininn Səbail rayonu Akademik A.Yaqubov küçəsi dalan-1 ev-2 anten dairəsində olması, 20.11.2020ci il saat 07:54:25-dən həmin gün 08.12.22-dək Səbail rayonunun müxtəlif ərazilərinin antenn dairələrində olması, sonrakı tarixlərdə Bakı şəhəri Səbail rayonunun Mikayıl Hüseynov küçəsində, Neftçilər prospektində, İstiqlaliyyət küçəsində, Neftçi Qurban küçəsində, Dövlət Bayrağı meydanında, Asəf Zeynallı küçəsində, 128-ci məhəllədə, Mehdi Hüseyn küçəsində Parlament prospekti-76 ünvanında, Lermontov-107, A.İldırım, Bünyad Sərdarov, Şeyx Şamil, Gənclər meydanı, Bülbül prospekti, 20-ci dairə 125 saylı köşkün üstü, Ö.F.Nemanzadə küçəsi, Nəsimi rayonu Bülbül prospekti-30, Nəsimi rayonu R.Behbudov-17(Xalifa klub), Mirəli Qaşqay küçələri, Azadlıq prospekti-2, Dəmir yolu vağzalı, Dənizkənarı Milli park, Nəsimi rayonu S.Əsgərova küçəsi, Sabunçu rayonu Bakıxanov qəsəbəsi, Nizami rayonü Qara Qarayev prospekti-70B, Nizami rayonu Nəvai küçəsi-5, Xətai rayonu Fəzail Bayramov küçəsi, Yasamal rayonu H.Cavid prospekti 506-cı məhəllə, Binəqədi rayonu Cavadxan küçəsi və sair antenn dairələrində olması göstərilmişdir. Anten dairəsi barədə siyahıya baxışla müəyyən olundu ki, «Covid-19» virusu ilə xəstələnmiş şəxs kimi «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» publik hüquqi şəxsin evdə özünütəcrid şəraitində qalması barədə qeydiyyatına alınmış və yaşayış yerini tərk etməməsi barədə xəbərdar olunmuş Təqsirləndirilən şəxs 2020-ci ilin noyabr ayının 20-dən dekabr ayının 05-dək olan dövrdə Bakı şəhərinin Səbail, Nəsimi, Yasamal, Nəsimi, Xətai, Nizami, Sabunçu, Binəqədi rayonları ərazilərində olmaqla özünütəcrid şəraitində evdə qalıb müalicə olunmalı olduğu halda yaşadığı ünvanı tərk edərək karantin rejimi qaydalarını pozaraq «Covid-19» virusu xəstəliyinin yayılması üçün real təhlükə yaratmışdır. Təqsirləndirilən şəxs istifadəsində olan və ***-***-**-** nömrəsi ilə işlətdiyi «Samsung Galaxy A5» markalı mobil telefonun «SMS» bölməsinə daxil olan yazışmalara keçirilmiş 25.02.2021-ci il tarixli baxış protokolundan görünür ki, 04.12.2020-ci il tarixdə «İTS.GOV.AZ» saytından saat 09:06-da «Hörmətli Təqsirləndirilən şəxs Sizin 02.12.2020-ci il tarixində «Covid-19» ilə bağlı verdiyiniz analizin nəticəsi neqativdir, virus aşkar edilmədi», 05.12.2020-ci il tarixdə, saat 13:33-də həmin saytdan «Hörmətli Təqsirləndirilən şəxs, Siz və Sizinlə eyni evdə yaşayan şəxslərin «Covid-19» ilə bağlı evdə özünütəcrid müddəti bitmişdir. Sağlamlığınızı qoruyun» məlumatları göndərilmişdir. Məhkəmə-tibbi ekspertizasının 02 mart 2021-ci il tarixli, 268/KEŞ saylı ekspert rəyində göstərilmişdir ki, 21.11.2020-ci il tarixdə yeni növ virus infeksiyasının (Covid-19PCR) təyini üçün aparılmış laborator müayinə zamanı Təqsirləndirilən şəxs müayinənin nəticəsinin pozitiv olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs «Covid-19» virus infeksiyasının daşıyıcısı olduğu halda sanitar-gigiyena qaydalarını pozmaqla digər şəxsləri xəstəliyə yoluxdura biləcəyi istisna edilmir. «Covid-19» virus infeksiyasının inkubasiya dövrü 1-14 gün arası davam edir və orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq sağalma müddəti müxtəlif olur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 22 dekabr 2020-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş üzrə 149 saylı Mənzil Kommunal İstismar Sahəsinin 11 mart 2021-ci il tarixli arayışda göstərilmişdir ki, Təqsirləndirilən şəxs özü, atası Şahid5, bacısı və həyat yoldaşı ilə birlikdə ünvan 8 ünvanında qeydiyyatındadır və yaşayır. 149 saylı Mənzil Kommunal İstismar Sahəsinin xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 8 ünvanında qeydiyyatdadır və qeydiyyatda olduğu müddət ərzində onun haqqında 149 saylı MKİS-nə heç bir şikayət ərizəsi daxil olmamışdır. 02 dekabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə ittiham elan edilmişdir və o, təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. 02 dekabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, şahid ifadəsi, ekspert rəyi və işin digər rəyləri ilə tam sübuta yetirilir və ona düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, əvvəllər məhkum olunmamasını, əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, törətdiyi cinayət əməlinin ağırlıq dərəcəsini və nəticələrinə dair məsuliyyəti dərk etməsini, məhkəmə iclasındakı davranışını, işin digər mühüm və diqqətə layiq hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də o, təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəzaya məhkum edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırkı halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2500 (iki min beş yüz) manat miqdarında cərimə cəzası təyin edilsin. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 450 (dörd yüz əlli) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 3 saylı Vəkil Bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-145/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-145/2021
05.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver