Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-145/2022 19.12.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Qəribli Günel Adil qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs QSC-nin nümayəndəsi “Kəngərli və Partnyorları” Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs və onun müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Dövlət ittihamçısı1 iştirakları ilə, xx xxxx 1984-cü il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, Zərərçəkmiş şəxs QSC-də satış müvəkkili vəzifəsində işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Yasamal rayonu, X.Mustafayev 89 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 19 dekabr 2022-ci il tarixdə saat 10.45-də məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş xeyli miqdarda özgə əmlakını mənimsəmə yolu ilə talamışdır. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixli əmək müqaviləsi ilə Zərərçəkmiş şəxs QSC-də satış müvəkkili vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə ona etibar olunmuş özgə əmlakını vahid niyyətlə talama məqsədilə, həmin cəmiyyətlə bağlanmış xx.xx.2018-ci il tarixli maddi məsuliyyət daşıması haqqında müqaviləyə əsasən qulluq mövqeyinə görə müşaiyətedici sənədlərə uyğun olaraq anbardan məhsulu qəbul etmək, satış nöqtələrinə çatdırmaq, ona etibar edilmiş əmlakı gündəlik hesablaşma vərəqinə uyğun olaraq anbardan götürdüyü andan mal və yaxud pul şəklində qaytarana qədər həmin mallara tam olaraq maddi məsuliyyət daşımaq, ona etibar edilmiş maddi sərvətlərə və görüləcək işlərin tam qeydinə qalmaq, idarəyə, müəssisəyə və təşkilata heç bir səbəb üzündən ziyan vurmamaq, ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və başqa görüləcək işlərin dəqiq uçotunu aparmaq və digər səlahiyyətlərə məsul şəxs olmaqla, qeyd olunan cəmiyyətin Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi 5 ünvanında yerləşən anbarından xx.xx.2021-ci il tarixdə 50 blok “X16” adlı 1715 manat məbləğli, 200 blok “Winch KSSS Silver” adlı 4520 manat məbləğli, 50 blok “Comp White” adlı 1265 manat məbləğli, xx.xx.2021-ci il tarixdə 2 blok “W Xstyle Caster” adlı 61,40 manat məbləğli, 54 blok “X16” adlı 1852,20 manat məbləğli, 1 blok “X19” adlı 34,30 manat məbləğli, 1 blok “W Xstyle Dual” adlı 30,70 manat məbləğli, 10 blok “Winch KSSS Silver” adlı 226 manat məbləğli, 3 blok “Winch KSSS Blue” adlı 67,80 manat məbləğli, 4 blok “X15” adlı 90,40 manat məbləğli, 3 blok “X17” adlı 67,80 manat məbləğli, 1 blok “Winch KS Silver” adlı 20,80 manat məbləğli, 1 blok “Winch KS Blue” adlı 20,80 manat məbləğli, 110 blok “LD Club Platinium” adlı 2981 manat məbləğli, 54 blok “LD Comp White” adlı 1366,20 manat məbləğli, 2 blok “Sob KSSS White” adlı 70,40 manat məbləğli, 2 blok “Sob KSSS Black” adlı 70,40 manat məbləğli, 3 blok “Sob KSSS Blue” adlı 105,60 manat məbləğli, 2 blok “Sob KSSS White” adlı 70,40 manat məbləğli, 4 blok “W XS Silver” adlı 122,80 manat məbləğli, 1 blok “W XS Blue” adlı 30,70 manat məbləğli, 5 blok “W Xstyle Silver” adlı 153,50 manat məbləğli, xx.xx.2021 -ci il tarixdə 2 blok “Sob KSSS Caster” adlı 70,40 manat məbləğli, 16 blok “W Xstyle Caster” adlı 491,20 manat məbləğli, 25 blok “X16” adlı 857,50 manat məbləğli, 2 blok “X19” adlı 68,60 manat məbləğli, 5 blok “LD X18” adlı 126,50 manat məbləğli, 4 blok “Winch KSSS White” adlı 90,40 manat məbləğli, 9 blok “W Xstyle Dual” adlı 276,30 manat məbləğli, 75 blok “Winch KSSS Silver” adlı 1695 manat məbləğli, 6 blok “Winch KSSS Blue” adlı 135,60 manat məbləğli, 15 blok “X15” adlı 339 manat məbləğli, 5 blok “X17” adlı 113 manat məbləğli, 3 blok “Winch KS Silver” adlı 62,40 manat məbləğli, 5 blok “Winch KS Blue” adlı 104 manat məbləğli, 25 blok “LD Club Platinium” adlı 677.50 manat məbləğli, 30 blok “LD Comp White” adlı 759 manat məbləğli, 20 blok “Sob KSSS White” adlı 704 manat məbləğli, 6 blok “Sob KSSS Black” adlı 211,20 manat məbləğli, 20 blok “Sob KSSS Blue” adlı 704 manat məbləğli, 15 blok “Sob KS White” adlı 528 manat məbləğli, 5 blok “Sob KS Blue” adlı 176 manat məbləğli, 4 blok “W XS One” adlı 122,80 manat məbləğli, 20 blok “W XS Silver” adlı 614 manat məbləğli, 3 blok “W XS Blue” adlı 92,10 manat məbləğli, 30 blok “W Xstyle Silver” adlı 921 manat məbləğli, 5 blok “W Xstyle Bule” adlı 153.50 manat məbləğli, xx.xx.2021 -ci il tarixdə 5 blok “W Xstyle Caster” adlı 153.50 manat məbləğli, 25 blok “X16” adlı 857,50 manat məbləğli, 1 blok “W Xstyle Dual” adlı 30,70 manat məbləğli, 100 blok “Winch KSSS Silver” adlı 2260 manat məbləğli, 5 blok “Winch KSSS Blue” adlı 113 manat məbləğli, 15 blok “X15” adlı 339 manat məbləğli, 10 blok "X17” adlı 226 manat məbləğli, 20 blok “LD Club Platinium” adlı 542 manat məbləğli, 25 blok “LD Comp White” adlı 632,50 manat məbləğli, 10 blok “Sob KSSS White” adlı 352 manat məbləğli, 1 blok “Sob KSSS Black” adlı 35,20 manat məbləğli, 15 blok “Sob KSSS Blue” adlı 528 manat məbləğli, 10 blok “Sob KS White” adlı 352 manat məbləğli, 1 blok “Sob KS Blue” adlı 35,20 manat məbləğli, 25 blok “W XS Silver” adlı 767,50 manat məbləğli, 25 blok “W Xstyle Silver” adlı 767,50 manat məbləğli, 1 blok “W Xstyle Caster” adlı 30,70 manat məbləğli, 1 blok “X16” adlı 34,30 manat məbləğli, 3 blok “X15” adlı 67,80 manat məbləğli, 2 blok “X17” adlı 45,20 manat məbləğli, 2 blok “LD Club Platinium” adlı 54,20 manat məbləğli, 3 blok “LD Comp White” adlı 75,90 manat məbləğli, 1 blok “Sob KS Blue” adlı 35,20 manat məbləğli, ümumilikdə maddi məsuliyyətində olan 33371,10 manat dəyərində tütün mallarından 10286,50 manat məbləğində alıcılara təhvil vermiş, cəmi 23084,60 manat məbləğdə tütün məhsullarını isə nəzərdə tutulan şəxslərə deyil, digər ayrı-ayrı şəxslərə sataraq əldə etdiyi qeyd olunan məbləğdə pul vəsaitini Zərərçəkmiş şəxs QSC-nin xəzinəsinə mədaxil etməyərək özünün şəxsi ehtiyaclarına sərf etməklə ona etibar olunmuş xeyli miqdarda özgə əmlakını öz qulluq mövqeyindən istifadə edib mənimsəməklə talamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamla təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2016-cı ilin avqust ayından xx.xx.2021-ci il tarixədək Zərərçəkmiş şəxs Qapalı Səhmdar Cəmiyyətində satış müvəkkili vəzifəsində işləmişdir. Onunla rəsmi əmək müqaviləsi bağlanılmışdır. Əmək müqaviləsi üzrə vəzifə öhdəliyi gündəlik olaraq şirkət tərəfindən satışı həyata keçirilən tütün məmulatlarının alıcılara çatdırılması olmuşdur. Alıcılar tərəfindən sifariş olunmuş və müvafiq olaraq ödənişi həyata keçirilmiş mallar təhvil-təslim aktlarına əsasən Zərərçəkmiş şəxs QSC-nin Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi 5 ünvanında yerləşən anbarında ona verilmiş və tərəfindən gün ərzində alıcılara həmin malları çatdırılıb təhvil verilmişdir. İşlədiyi xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrdə ona həvalə olunmuş təxminən 23000 manat dəyərində malları alıcılara çatdırmamış, həmin məbləğdə malları mənimsəmişdir. Buna səbəb bundan əvvəlki illərdə anasının xərçəng xəstəliyindən, atasının isə insult xəstəliyindən əziyyət çəkməsi, bununla bağlı ailədə yaranmış borclarla əlaqədar olmuşdur. Onun niyyəti şirkətin pulunu mənimsəmək olmamışdır, Sarvan QSC-də işlədiyi beş il müddətində nöqsanı olmamış, sadəcə olaraq məcbur qalıb həmin məbləğdə pulları mənimsəmişdir. Belə ki, ilk olaraq 2021-ci ilin noyabr ayının sonlarında fərdi sahibkar Şahid4 şirkət tərəfindən çatdırılası təxminən 10000 manat dəyərində tütün məhsullarını şirkətin anbarından tam həcmdə götürüb 5000 manat dəyərində olan hissəsini sahibkara təhvil vermişdir. Həmin vaxt Şahid4 qalan 5000 manat dəyərində malları sabahı gün çatdıracağını desədə həmin malları Bakı şəhərinin müxtəlif rayonlarında yerləşən tanımadığı mağazalara satıb malları pula çevirmişdir. Bunu etməyində səbəb yuxarıda göstərdiyi ailə vəziyyəti ilə əlaqədar borclarının olması olmuşdur. Bundan başqa təxminən 2021-ci ilin noyabr ayının sonlarında “X8” MMC-yə şirkət tərəfindən çatdırılası təxminən 10093 manat dəyərində tütün məhsullarını şirkətin anbarından tam həcmdə götürüb sahibkara malları sabahı gün çatdıracağını desədə həmin malları bütövlükdə Bakı şəhərinin müxtəlif rayonlarında yerləşən tanımadığı mağazalara satıb malları pula çevirib borclarını vermişdir. Bundan başqa 01 dekabr 2021-ci il tarixdə fərdi sahibkar Şahid5 şirkət tərəfindən çatdırılası təxminən 7991.60 manat dəyərində tütün məhsullarını şirkətin anbarından tam həcmdə götürüb sahibkara malları sabahı gün çatdıracağını desədə həmin malları bütövlükdə eyni qaydada Bakı şəhərinin müxtəlif rayonlarında yerləşən tanımadığı mağazalara satıb malları pula çevirib borclarına vermişdir. Qeyd olunan təhvil-təslim aktları əsasında mallar müxtəlif tarixlərdə alıcılara çatdırılmaq məqsədilə ona həvalə olunmuş, lakin tərəfindən mallar alıcılara çatdırılmamış, bunun nəticəsində Zərərçəkmiş şəxs QSCyə ümumillikdə 23000 manat məbləğində maddi ziyan vurmuşdur. Bu barədə özü Zərərçəkmiş şəxs QSC-nin satış şöbəsinin müsirinə bildirmişdir. Bundan sonra şirkət auditə müraciət etmiş və yoxlama aparılmışdır. Əməlindən peşman olduğunu, cinayət əməlini maddi vəziyyəti ilə əlaqədar törətdiyini, dəymiş ziyandan qismən ödəniş etdiyini, iki azyaşlı övladının olmasını nəzərə alaraq məhkəmədən yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmənin xx.xx.2022-ciil tarixli iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs QSC-nin nümayəndəsi Nümayəndə göstərmişdir ki, o, 2020-ci ildən hal hazıradək "xxxx" MMC-nin böyük hüquqşünası vəzifəsində işləmişdir. Onun işlədiyi MMC ilə Zərərçəkmiş şəxs QSC arasında hüquqi xidmət müqaviləsi bağlanmış, həmin müqavilə əsasında da o, həmin QSC-nin nümayəndəsi kimi çıxış etmişdir. Onun vəzifəsi məhkəmə və digər dövlət orqanlarında şirkətin hüquq və qanuni mənafelərini təmsil etməkdir. Zərərçəkmiş şəxs Qapalı Səhmdar Cəmiyyətində satış müvəkkili vəzifəsində çalışan Təqsirləndirilən şəxs tərəfindən öz vəzifə səlahiyyətlərinin icrası zamanı mənimsəmə əməlinin törədildiyi aşkar edilmişdir. xx.xx.2018-ci il tarixində bağlanılmış əmək müqaviləsinə əsasən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs QSC şirkətində satış müvəkkili vəzifəsinə işə qəbul edilmiş və hal-hazırda da işləməkdədir. Əmək müqaviləsi üzrə vəzifə öhdəliyi kimi Təqsirləndirilən şəxs tərəfindən gündəlik olaraq şirkət tərəfindən satışı həyata keçirilən tütün məmulatlarının alıcılara çatdırılması həyata keçirilmişdir. Alıcılar tərəfindən sifariş olunmuş və müvafiq olaraq ödənişi həyata keçirilmiş mallar təhviltəslim aktlarına əsasən Zərərçəkmiş şəxs QSC-nin Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi 5 ünvanında yerləşən anbarında satış müvəkkilinə verilir və satış müvəkkili gün ərzində alıcılara həmin malları çatdırıb təhvil verir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs tərəfindən fərqli tarixlərdə sonuncuya həvalə olunmuş mallar alıcılara çatdırılmamış və mallar naməlum şəxslərə satılmışdır. İlk olaraq fərdi sahibkar Şahid4 ilə Zərərçəkmiş şəxs QSC arasında bağlanılmış müqavilə əsasında qarşılıqlı əməliyyatlar həyata keçirilməkdədir. Fərdi sahibkar tərəfindən xx.xx.2021-cu il tarixdə 7500 manat dəyərində mal sifariş edilmiş, müvafiq ödəniş həyata keçirilmiş və elektron-qaimə faktura təqdim olunmuşdur. Bundan başqa fərdi sahibkar X4 ilə Zərərçəkmiş şəxs QSC arasında bağlanılmış müqavilə əsasında qarşılıqlı əməliyyatlar həyata keçirilməkdədir. Fərdi sahibkar tərəfindən xx.xx.2021 -ci il tarixdə 7443.20 manat dəyərində mal sifariş edilmiş, müvafiq ödəniş həyata keçirilmiş və elektron-qaimə faktura təqdim olunmuşdur. Hər iki sahibkara çatacaq mallar xx.xx.2021-ci il tarixində Zərərçəkmiş şəxs QSC-nin anbarından Təqsirləndirilən şəxs təhvil verilmiş, lakin həmin gün mallar müştərilərə çatıdırılmamışdır. Təqsirləndirilən şəxs yalnız xx.xx.2021-ci il tarixdə qeyd olunan müştərilərə ümumilikdə 10000 manat dəyərində mal təhvil vermiş, 5000 manat dəyərində malı mənimsəmişdir. Bundan başqa “X8” MMC ilə Zərərçəkmiş şəxs QSC arasında bağlanılmış müqavilə əsasında qarşılıqlı əməliyyatlar həyata keçirilməkdədir. MMC tərəfindən 10093 manat dəyərində mal sifariş olunmuş, ödəniş aparılmış və müvafiq elektron-qaimə təqdim olunmuşdur. Həmin satış üzrə mallar Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə təhvil-təslim aktı əsasında təqdim olunmuş, lakin Təqsirləndirilən şəxs həmin malları MMC-yə çatdırmamışdır. Bundan başqa fərdi sahibkar Şahid5 ilə bağlanılmış müqavilə əsasında eyni əməliyyatlar həyata keçirilməkdədir. Fərdi sahibkar tərəfindən 7991.60 manat dəyərində mal sifariş olunmuş, ödəniş aparılmış və müvafiq elektron-qaimə təqdim olunmuşdur. Həmin mallar xx.xx.2021-ci il tarixdə təhvil-təslim aktı əsasında Təqsirləndirilən şəxs təqdim olunmuş, lakin sonuncu malları fərdi sahibkara məxsus mağazaya çatdırmamışdır. Qeyd olunan dörd hal üzrə təhvil-təslim aktları əsasında mallar müxtəlif tarixlərdə alıcılara çatdırılmaq məqsədilə Təqsirləndirilən şəxs həvalə olunmuş, lakin sonuncu tərəfindən öz vəzifə öhdəliklərinə uyğun olaraq mallar alıcılara çatdırılmamışdır. Bu hallarla bağlı Zərərçəkmiş şəxs QSC-nin nümayəndələri tərəfindən alıcıların ünvanlarına gedilərək dəqiqləşdirmə aparılmış və alıcılar tərəfindən malların həqiqətən çatdırılmadığı müəyyən edilmişdir. Təqsirləndirilən şəxs əməlləri nəticəsində Zərərçəkmiş şəxs QSC-yə ümumillikdə 23084.60 dəyərində maddi ziyan vurulmuşdur. Təqsirləndirilən şəxsla aparılmış söhbət zamanı sözügedən faktlar sonuncu tərəfindən etiraf edilmiş, lakin mənimsənilmiş vəsaitin geri qaytarılmasının mümkün olmayacağmı bildirilmişdir. Əmək müqaviləsi üzrə işçi olan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs QSC tərəfindən etibar edilmiş 23084.60 manat dəyərində tütün məmulatları sonuncu tərəfindən naməlum şəxslərə gizli yollarla satılmış və malların dəyəri mənimsənilmişdir. Buna görə də məhkəməyə Zərərçəkmiş şəxs QSC-yə vurulmuş maddi zərərin əvəzi olaraq 23084,60 manat, audit rəyinin alınması üçün 1500 manat və dövlət rüsumu üçün ödənilmiş 165 manat, ümumilikdə 24749,60 manat pulun cavabdeh Təqsirləndirilən şəxs alınaraq Zərərçəkmiş şəxs QSC-yə ödənilməsi barədə mülki iddia ilə məhkəməyə müraciət edilmişdir. Mülki iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, o, 2018-ci ildən hal hazıradək Zərərçəkmiş şəxs QSC-də satış şöbəsinin müdiri vəzifəsində işləyir. İşi əsasən tütün məmulatlarının satışına nəzarət etməkdən ibarətdir. Şirkət tərəfindən tütün məhsullarının satışı iki formada həyata keçirilir. İlk olaraq müştəri tərəfindən satış müvəkkilinə sifariş verilir, satış müvəkkili həmin sifarişi planşetdə şirkətin sisteminə daxil etdikdən sonra sifarişə uyğun müştəriyə qaimə göndərilir, müştəri qaimə əsasında şirkətin bank hesabına ödəniş edir. Ödəniş etdikdən sonra şirkətin anbardan tərəfindən ödənilən məbləğ tam görüldükdən sonra satış müvəkkilinə məlumat verilir, satış müvəkkili öz növbəsində həmin məbləğə uyğun tütün məlumatlarını Zərərçəkmiş şəxs QSC-nin Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi 5 ünvanında yerləşən anbarında təhvil təslim aktına əsasən təhvil alır, daha sonra gün ərzində müştərilərə çatdırılır. Mallar çatdırılan zaman satış müvəkkili tərəfindən planşetdə çatdırılması ilə bağlı qeyd aparılır. İkinci satış forması olaraq satış müvəkkili tərəfindən yerində mallar təqdim edilərək ödəniş almır. Hər iki halda satış müvəkkili iş gününün sonunda mal qalığı ilə birlikdə anbardara malları təhvil verir və gündəlik hesablaşma vərəqəsi tərtib edilir. Şirkətin satış müvəkkili vəzifəsində Təqsirləndirilən şəxs, anbardar vəzifəsində isə Şahid1 işləmişdir. Təhvil təslim aktları və hesablaşma vərəqələri hər üçü tərəfindən imzalanmışdır. Qaimələr isə elektron qaydada tərtib olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs ilə xx.xx.2018-ci il tarixdə bağlanılmış əmək müqaviləsinə əsasən Zərərçəkmiş şəxs QSC şirkətində satış müvəkkili vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi üzrə vəzifə öhdəliyinə uyğun olaraq Təqsirləndirilən şəxs tərəfindən gündəlik olaraq şirkət tərəfindən satışı həyata keçirilən tütün məmulatlarının alıcılara çatdırılması həyata keçirilmişdir. Şirkət tərəfindən aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs tərəfindən fərqli tarixlərdə ona həvalə olunmuş mallar alıcılara çatdırılmamış və mallar naməlum şəxslərə satılmışdır. Bu barədə İlham ələdov özü ona bildirmişdir.undan sonra yoxlama aparılmışdir. Müəyyən edilmişdir ki, fərdi sahibkar Şahid4 və X4 ilə Zərərçəkmiş şəxs QSC arasında bağlanılmış müqavilələr əsasında fərdi sahibkar Şahid4 tərəfindən xx.xx.2021 -ci il tarixdə 7500 manat, Şahid6 tərəfindən xx.xx.2021-ci il tarixdə 7443.20 manat dəyərində mal sifariş edilmiş, müvafiq ödənişlər həyata keçirilmiş və elektron-qaimə faktura təqdim olunmuşdur. Hər iki sahibkara çatacaq mallar xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs QSC-nin anbarından Təqsirləndirilən şəxs təhvil verilmiş, lakin həmin gün mallar müştərilərə çatıdırılmamışdır. Təqsirləndirilən şəxs yalnız xx.xx.2021-ci il tarixdə qeyd olunan müştərilərə ümumilikdə 10000 manat dəyərində mal təhvil vermiş, 5000 manat dəyərində malı isə mənimsəmişdir. Bundan başqa “X8” MMC ilə Zərərçəkmiş şəxs QSC arasında bağlanılmış müqavilə əsasında MMC tərəfindən 10093 manat dəyərində mal sifariş olunmuş, ödəniş aparılmış və müvafiq elektron-qaimə təqdim olunmuşdur. Həmin satış üzrə mallar da Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə təhvil-təslim aktı əsasında təqdim olunmuş, lakin Təqsirləndirilən şəxs həmin malları MMC-yə çatdırmamışdır. Bundan başqa fərdi sahibkar Şahid5 ilə bağlanılmış müqavilə əsasında sahibkar tərəfindən 7991.60 manat dəyərində mal sifariş olunmuş, ödəniş aparılmış və müvafiq elektron-qaimə təqdim olunmuşdur. Həmin mallar xx.xx.2021-ci il tarixində təhvil-təslim aktı əsasında Təqsirləndirilən şəxs təqdim olunmuş, lakin sonuncu malları fərdi sahibkara məxsus mağazaya çatdırmamışdır. Qeyd olunan dörd hal üzrə təhvil-təslim aktları əsasında mallar müxtəlif tarixlərdə alıcılara çatdırılmaq məqsədilə Təqsirləndirilən şəxs həvalə olunmuş, lakin sonuncu tərəfindən öz vəzifə öhdəliklərinə uyğun olaraq mallar alıcılara çatdırılmamışdır. Təqsirləndirilən şəxs tərəfindən qeyd olunan əməlləri nəticəsində Zərərçəkmiş şəxs QSC-yə ümumillikdə 23084.60 dəyərində maddi ziyan vurulmuşdur. Məhkəmə iclasında Şahid1 eyni məzmunlu ifadə verərək Şahid2 göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında Şahid4 ifadəsində göstərmişdir ki, o, fərdi sahibkar kimi Lökbatan qəsəbəsi ərazisində ərzaq məhsullarının pərakəndə satışı ilə məşğul olmuşdur. Mağazada həmçinin tütün məmulatlarının satışını həyata keçirmişdir.O, uzun müddətdir ki, Zərərçəkmiş şəxs QSC ilə işgüzar münasibətlər yaradaraq tütün məhsullarını həmin şirkətdən alıb satmışdır. Bununla bağlı Zərərçəkmiş şəxs QSC ilə aralarında 10 sentyabr 2019-cu il tarixdə müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərindən biri də alıcının sifariş etmiş olduğu malların dəyəri alıcı tərəfindən satıcının hesablaşma hesabına tam olaraq ödənildikdən sonra satıcı sifarişin 10 iş günü ərzində alıcıya çatıdırlmasmı öz üzərinə götürməlidir. İlk olaraq onun şirkətin satış müvəkkili Təqsirləndirilən şəxs sifariş verilir, satış müvəkkili həmin sifarişi şirkətin sisteminə daxil etdikdən sonra sifarişə uyğun olaraq şirkətdən elektron qaimə göndərilir, o, qaimə əsasında şirkətin bank hesabına ödəniş etdikdən sonra satış müvəkkili şirkətin anbarından həmin məbləğə uyğun tütün məmulatlarını götürərək gün ərzində onlara çatdırır. O, Sarvan QSC ilə hazırki dövrədək bu qaydada işləmişdir. Zərərçəkmiş şəxs QSC ilə aralarında olan müqaviləyə əsasən xx.xx.2021-ci il tarixdə 7500 manat dəyərində mal sifariş edilmiş və bank hesabına ödəniş aparılmışdır. Buna baxmyaraq satış müvəkkili vəzifəsində çalışan Təqsirləndirilən şəxs tərəfindən qeyd olunan tarixdə 5000 manat dəyərində mal onlara təqdim edilmiş, lakin 2500 manat dəyərində mal təqdim olunmamışdır. Sonradan ona məlum olmuşdur ki, satış müvəkkili Təqsirləndirilən şəxs Sarvan QSC-nin anbarından sifariş etdiyi 7500 manat məbləğində tütün mallarını tam həcmdə qəbul etmiş, lakin ona natamam şəkildə təhvil vermişdir. Sonradan həmin miqdarda mallar Zərərçəkmiş şəxs QSC tərəfindən öz hesabından onlara təqdim edilmişdir. Məhkəmə iclasında Şahid6 ifadəsində göstərmişdir ki, o, fərdi sahibkar kimi Lökbatan qəsəbəsi ərazisində ərzaq məhsullarının pərakəndə satışı ilə məşğul olmuş, həmçinin mağazada tütün məmulatlarının satışını həyata keçirmişdir. Sarvan QSC ilə aralarında olan müqaviləyə əsasən xx.xx.2021 -ci il tarixdə 7443,20 manat dəyərində mal sifariş edilmiş və bank hesabına ödəniş aparılmışdır. Buna baxmyaraq satış müvəkkili vəzifəsində çalışan Təqsirləndirilən şəxs tərəfindən qeyd olunan tarixdə 4943,20 manat dəyərində mal onlara təqdim edilmiş, lakin 2500 manat dəyərində mal təqdim olunmamışdır. Sonradan ona məlum olmuşdur ki, satış müvəkkili Təqsirləndirilən şəxs Sarvan QSC-nin anbarından sifariş etdiyi 7443,20 manat məbləğində tütün mallarını tam həcmdə qəbul etmiş, lakin ona natamam şəkildə təhvil vermişdir. Sonradan həmin miqdarda mallar Zərərçəkmiş şəxs QSC tərəfindən öz hesabından onlara təqdim edilmişdir. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Cəmiyyətə satış müvəkkili vəzifəsinə qəbul edilmiş və onunla xx.xx.2018-ci il tarixli, əmək müqaviləsi (kontraktı), xx.xx.2018-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. Bağlanmış əmək müqaviləsi və vəzifə təlimatında “İşçi əmək funksiyasının icrasını öhdəsinə götürür və əsəs vəzifələri” bəndində işçinin əmək funksiyaları- “müşayətedici sənədlərə uyğun olaraq anbardan məhsulu qəbul edir, satış nöqtələrinə çatdırır, çatıdırılmış yükün təhvili, pul vəsaitlərinin qəbulu və təhvili hesabatını aparır, satış müvəkkili satış müdirinin təsdiq etdiyi marşruta əsasən təhkim olunmuş ərazidə QSC-ə aid olan tütün məhsullarının satış məntəqələrinə çatdırılmasını və satışını həyata keçirir, iş gününün sonunda tütün məhsullarının qalığını anbara təhvil verməli və növbəti iş günü üçün sifarişin hazırlanmasında, eləcə də təqdim olunmasında iştirak etməlidir, iş gününün sonunda tütün məhsullarının satışından əldə olunmuş pul vəsaitinin hamısını xəzinəyə təhvil verməlidir, satış müvəkkili tütün məhsullarını gündəlik hesablaşma vərəqinə uyğun olaraq anbardan götürdüyü andan onları mal və yaxud pul şəklində qaytarana qədər həmin mallara tam olaraq maddi məsuliyyət daşıyır” göstərilmişdir. İmzalanmış tam maddi məsuliyyət haqqında müqavilədə, satış müvəkkili vəzifəsində işləyən “İşçi” ona etibar edilmiş maddi sərvətlərinvə görüləcək işlərin tam qeydinə qalmalıdır, eyni zamanda idarəyə, müəssisəyə və təşkilata heç bir səbəb üzündən ziyan vurmamalıdır və ziyankarlığa qarşı mübariz olmalıdır, ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və başqa görüləcək işlərin dəqiq uçotunu aparmalı, müəyyən edilmiş qaydada hesabat tərtib edib tələb olunan yerlərə təqdim edilməlidir, müəssisənin, idarənin, təşkilatın rəhbərliyinə vaxtı-vaxtmda öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi barədə məlumat verməli və lazım gəldikdə qorxulu vəziyyətin səbəblərini aydınlaşdırmalıdır, ona etibar edilmiş maddi sərvətlərin inventarizasiyasmda iştirak etməlidir” üzrə tam maddi məsuliyyəti öz üzərinə götürmüşdür. Zərərçəkmiş şəxs QSC-nin satış müvəkkili Təqsirləndirilən şəxs hesabında 23084,60 manat məbləğində çatışmazlığın yaranması elektron qaimə, təhvil təslim aktları, gündəlik hesablaşma vərəqləri, qalıq mallar üzrə gündəlik hesablaşma vərəqləri və fərdi sahibkarlar tərəfindən verilmiş arayışlarla da təsdiq edilir. Cinayət işi materiallarına əlavə edilmiş Şahid4 tərəfindən Sarvan QSC-nin rəhbərliyinə ünvanlanmış xx.xx.2021 -ci il tarixli arayışdan görünür ki, şirkətə 7500 manat dəyərində mal sifariş edilmiş və ödəniş aparılmış, xx.xx.2021-ci ilin tarixdə satış müvəkkili Təqsirləndirilən şəxs tərəfindən 5000 manat dəyərində mal təqdim edilmiş, lakin 2500 manat dəyərində mal təqdim olunmamışdır. Bundan başqa Şahid6 Fazil qızı tərəfindən Sarvan QSC-nin rəhbərliyinə ünvanlanmış xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, şirkətə 7443.20 manat dəyərində mal sifariş edilmiş və ödəniş aparılmış, xx.xx.2021-ci ilin tarixdə satış müvəkkili Təqsirləndirilən şəxs tərəfindən 4943.20 manat dəyərində mal təqdim edilmiş, lakin 2500 manat dəyərində mal təqdim olunmamışdır. “X8” MMC tərəfindən Sarvan QSC- nin rəhbərliyinə ünvanlanmış xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, şirkətə 10093 manat dəyərində mal sifariş edilmiş və ödəniş aparılmış, lakin sifariş olunmuş mallar xx.xx.2021-ci ilin tarixdə satış müvəkkili Təqsirləndirilən şəxs tərəfindən təqdim olunmamışdır. Şahid5 tərəfindən Sarvan QSC-nin rəhbərliyinə ünvanlanmış xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, şirkətə 7991.60 manat dəyərində mal sifariş edilmiş və ödəniş aparılmış, lakin sifariş olunmuş mallar xx.xx.2021-ci ilin tarixdə satış müvəkkili Təqsirləndirilən şəxs tərəfindən təqdim olunmamışdır. Bununla da, Təqsirləndirilən şəxs ümumilikdə 23.084,60 manat məbləğində tütün mallarını maddi məsuliyyətinə götürmüş, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi dövr ərzində fiziki və hüquqi şəxslərə həmin məbləğdə məhsulları təhvil verməmişdir. Cinayət işinin materiallarında olan 20 dekabr 2021-ci il tarixli auditor aktına əsasən Zərərçəkmiş şəxs QSC-nin satış müvəkkili Təqsirləndirilən şəxs tərəfindən anbar müdiri Şahid1 ümumi aldığı 33371,1 manat tütün mallarından 10286,50 manat məbləğində alıcılara təhvil verilmiş, alıcılara - fiziki və hüquqi şəxslərə ümumilikdə 23084,60 (2500+2500+10093+7991,60) manat məbləğdə tütün mallarının az verilməsi müəyyən olunur. Satış müvəkkili Təqsirləndirilən şəxs tərəfindən 23084,60 manat məbləğdə tütün malını təyinatları üzrə təhvil verməməklə Zərərçəkmiş şəxs QSC-yə ziyan vurulmuşdur. Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/536 nömrəli rəyinə əsasən sərbəst auditor X7 tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib edilmiş audit rəyində Zərərçəkmiş şəxs QSC-nin satış müvəkkili Təqsirləndirilən şəxs xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixə kimi dövr ərzində fiziki və hüquqi şəxslərə tütün mallarımın az verilməklə nəticədə Təqsirləndirilən şəxs hesabında 23.084,60 manat (33.371,10-10.286,50) məbləğində kənarlaşma müəyyən olunur. Ekspertiza xərclərinə dair bildirişə əsasən ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 150,00 (bir yüz əlli) manatdır. 08 aprel 2022-ci il tarixli qərarla Zərərçəkmiş şəxs QSC-nin satış müvəkkili vəzifəsində işləyən Təqsirləndirilən şəxs cəmiyyətə məxsus xeyli miqdarda əmlakının mənimsəməsi faktı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsi ilə cinayət işi başlanılmışdır. 12 aprel 2022-ci il tarixdə Zərərçəkmiş şəxs QSC cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Eyni tarixli qərarla Nümayəndə Zərərçəkmiş şəxs QSC-nin nümayəndəsi qismində tanınmışdır. 14 may 2022-ci il tarixli qərarla cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə mühasibatlıq ekspertizası zamanı tədqiq edilmiş elektron qaimələr, təhvil təslim aktları, gündəlik hesablaşma vərəqləri, qalıq mallar üzrə gündəlik hesablaşma vərəqləri və fərdi sahibkarlar tərəfindən verilmiş arayışlar maddi sübut kimi tanınmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə xətşünaslıq ekspertizasının xx.xx.2022ci il tarixli, 4/563 nömrəli rəyinə əsasən, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli gündəlik hesablaşma vərəqələrindəki “müvəkkil” qrafalarındakı imzalar, 23 noyabr 2021-ci il tarixli **********9 nömrəli, 23 noyabr 2021-ci il tarixli **********9 nömrəli, 25 noyabr 2021-ci il tarixli **********6 nömrəli, 25 noyabr 2021-ci il tarixli **********9 nömrəli, 25 noyabr 2021-ci il tarixli **********3 nömrəli, 30 noyabr 2021-ci il tarixli **********4 nömrəli, 01 dekabr 2021-ci il tarixli **********8 nömrəli təhvil təslim aktlarmdakı “təhvil alan” qrafalarmdakı imzalar, xx.xx.2018-ci il tarixli əmək müqaviləsinin 5-ci vərəqəsində “İşçi: Təqsirləndirilən şəxs, Şəki şəh. Bağbanlar küçəsi ev 67, m. 41 İmza” qrafasındakı imza, xx.xx.2018-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilədə “İşçi: Təqsirləndirilən şəxs” qrafasındakı imza, xx.xx.2018-ci il tarixli vəzifə təlimatının 2-ci vərəqəsində “Təqsirləndirilən şəxs” yazıları qarşısında “İmza/Signature” qrafasındakı imza, xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi barədə əlavədə “İşçi Təqsirləndirilən şəxs İmza” qrafasındakı imza, xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi barədə əlavədə “İmza Təqsirləndirilən şəxs” qrafasındakı imza - Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Ekspertiza xərclərinə dair bildirişə əsasən ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 110,00 (bir yüz on) manatdır. 18 may 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmiş, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş 26 aprel 2022-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Elektron İnformasiya Sistemindən çıxarışa əsasən Təqsirləndirilən şəxs iki azyaşlı övladı var. – xx.xx.2009-cu il təvəllüdlü X5, xx.xx.2007-ci il təvəllüdlü X6 İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli qəzlərə əsasən Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs QSC-nin hesabına 3000 manat və 1500 manat olmaqla, ümumilikdə 4500 manat ödənilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı,zərərçəkmiş şəxs və mülki iddiaçının nümayəndəsi, şahid ifadələri, ekspert rəyləri və iş materiallarına əlavə edilmiş işin digər halları ilə onun öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş xeyli miqdarda özgə əmlakı mənimsəmə yolu ilə talama cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-ci maddələri ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, dəymiş ziyandan qismən ödənilməsini, əvvəllər məhkum olunmamasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, iki azyaşlı övladının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşadığı Bakı şəhəri, Yasamal rayonu, X.Mustafayev 89 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 181-ci maddəsində göstərilmişdir ki, ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki şəxs mülki iddia verməyə haqlıdır. Bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. Mülki iddiaçı Zərərçəkmiş şəxs QSC iddia ərizəsində maddi zərərin əvəzi olaraq 23084,60 manat, audit rəyinin alınması üçün 1500 manat və dövlət rüsumu üçün ödənilmiş 165 manat, ümumilikdə 24749,60 manatın cavabdeh Təqsirləndirilən şəxs alınaraq Zərərçəkmiş şəxs QSC-yə ödənilməsini tələb etmişdir. Lakin məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs QSC-nin hesabına 3000 manat və 1500 manat olmaqla, ümumilikdə 4500 manat ödənilmişdir. Mülki iddia qismən təmin edilməlidir. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs özü Zərərçəkmiş şəxs QSC-yə pulun mənimsənilməsi barədə məlumat vermiş, bundan sonra Zərərçəkmiş şəxs QSC öz təşəbbüsü ilə sərbəst auditora müraciət etmiş və müvafiq rəy əldə etmişdir. Halbuki, şirkət mənimsəməni kənar auditə müraciət etmədən də daxili resursların hesabına müəyyən edə bilərdi, sərbəst auditor tərəfindən yoxlamanın aparılmasına lüzum yox idi. Ona görə iddianın bu hissədə təmin edilməsinə əsas yoxdur. Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir (CPM 179.2) . Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumunun ödənilməsi barədə qəbz əsasında müəyyən edilmişdir ki, iddiaçı iddia ərizəsinin verilməsinə görə 165 (bir yüz altmış beş) manat ödəmişdir. İddianın 76%-i təmin edildiyindən çəkilmiş məhkəmə xərci də həmin nisbətdə tərəflərə aid edilməlidir. Təqsirləndirilən şəxs 4500( dörd min beş yüz) manat ödəniş etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, mülki iddia qismən təmin edilməli, Təqsirləndirilən şəxs maddi zərərə görə 18584,6 (on səkkiz min beş yüz səksən dörd manat altmış qəpik) manat və 125,4 (bir yüz iyirmi beş manat qırx qəpik) manat ödənilmiş dövlət rüsumu, cəmi 18710 ( on səkkiz min yeddi yüz on) manat tutularaq Zərərçəkmiş şəxs QSC-yə ödənilməli, mülki iddia qalan hissəsində təmin edilməməlidir. İş üzrə aparılmış məhkəmə-xətşünaslıq və məhkəmə mühasibatlıq ekspertizası tədqiqatılarının xərci - müvafiq olaraq 110 ( bir yüz on ) manat və 150 ( bir yüz əlli) manat olmaqla, ümumilikdə 260 (iki yüz altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış elektron qaimələr, təhvil təslim aktları, gündəlik hesablaşma vərəqələri, qalıq mallar üzrə gündəlik hesablaşma vərəqələri və fərdi sahibkarlar tərəfindən verilmiş arayışlar cinayət işi materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356,358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşadığı Bakı şəhəri, Yasamal rayonu, X.Mustafayev 89 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Mülki iddia qismən təmin olunsun. Mülki cavabdeh Təqsirləndirilən şəxs maddi zərərə görə 18584,6 (on səkkiz min beş yüz səksən dörd manat altmış qəpik) manat və 125,4 (bir yüz iyirmi beş manat qırx qəpik) manat ödənilmiş dövlət rüsumu, cəmi 18710 ( on səkkiz min yeddi yüz on) manat tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs QSC-nin xeyrinə ödənilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə-xətşünaslıq və məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatılarının xərci - müvafiq olaraq 110 ( bir yüz on ) manat və 150 ( bir yüz əlli) manat olmaqla, ümumilikdə 260 (iki yüz altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış elektron qaimələr, təhvil təslim aktları, gündəlik hesablaşma vərəqələri, qalıq mallar üzrə gündəlik hesablaşma vərəqələri və fərdi sahibkarlar tərəfindən verilmiş arayışlar cinayət işi materiallarında saxlanılsın. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Dövlət ittihamçısı1 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 600 (altı yüz) manat Bakı şəhəri 3 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Səbail rayon filialındakı (kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-145/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-145/2022
19.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver