Məhkəmə qərarları › İş №1(009)-145/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-145/2025

12.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-145/2025 12.11.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Mehdiyev Fərid Bəxtiyar oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X9, Müdafiəçi Bakı şəhər 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1973-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, "xxxx" MMC-də sahə mühəndisi işləyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi, ev 110, mənzil 159-da qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 12 noyabr 2025-ci il tarixdə saat 11:30-da məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, 15 avqust 2024-cü il tarixdə saat 06:25 radələrində idarə etdiyi “X19” markalı **-EF-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini, maksimum sürətin 60 km/saata qədər məhdudlaşdırıldığı Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan şossesi ilə Bibiheybət məscidi istiqamətində 50-60 km/saat sürətlə hərəkət etdirib, “Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, həmin maddənin tələblərinə əsasən yol hərəkəti üçün təhlükəsiz şəraiı yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda, buna əməl etməyib, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda hərəkətini davam etdirərək, həmin vaxt Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan şossesinin sol yan kənarında yolun səki hissəsində təmizlik işi ilə məşğul olan olan piyada xx.xx.1974-cü il təvəllüdlü X5 avtomobilin ön sağ hissəsi ilə vurub yol nəqliyyat hadisəsi törətmiş, nəticədə ona başın təpə və alın nahiyələrinin, burunun, alt dodağın sol yarısının, sağ əlin və sağ dirsək oynağı nahiyələrinin arxa səthlərinin, sol ayaq pəncəsinin ayaqarxası səthinin əzilmiş-cırılmış yaraları; sifət, sağ bel və qarm nahiyələrinin, sağ saidin yuxarı və orta 1/3-nin, sol bazunun yuxarı 1/3-nin arxa səthlərinin, sol budun bayır səthinin çoxsaylı sıyrıqları; burun sümüklərinin, sağ bazunun aşağı 1/3-nin açıq, sağ budun aşağı 1/3-nin qapalı sınıqları; sağ ağciyərin yuxarı payında zədələnmə, sağ döş boşluğuna çoxlu qanaxma, sağdan İ,İİ,111,İV,V soldan i,İİ,lil,İV,V,Vİ,Vİİ qabırğaların çoxsaylı sınıqları ilə müşayiət olunan döş qəfəsinin qapalı küt ıravmasının yaranmasına səbəb olan, yetirilərkən insan həyatı üçün təhlükəli olduğundan ehtiyatsızlıqdan zərərçəkmiş şəxs piyada X1 ağır zərər vurmuş, Həqiqət Abbasova hadisə zamanı aldığı sağ ağciyərin yuxarı payında cırılma, sağ döş boşluğuna çoxlu qanaxma, sağdan İ,İİ,İİİ,İV,V soldan İ,İİ,İİİ,İV,V,Vİ,Vİİ qabırğaların çoxsaylı sınıqları ilə müşayiət olunan döş qəfəsinin qapalı küt travması xəsarətləri nəticəsində 15 avqust 2024-cü il tarixdə hadisə yerində ölmüş, bu hərəkətləri ilə o, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yolnəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisə səhər radələrində Bibiheybət istiqamətində işə gedən zaman olmuşdur. Düz getdiyi yerdə sol tərəfindəki maşın anidən sağa doğru gəldiyi üçün maşını sağa çəkmək məcburiyyətində qalmışdır. Bu zaman xadimə qadın yolu soldan sağa doğru keçirdi və dayanmadığına görə hadisə baş vermişdir. Hadisə baş verməmişdən əvvəl qadın iki maşının arasında idi və görünmürdü. Piyadanı gördüyü an maşınla piyada arasında təxmini 3-5 metr məsafə olardı. Maşın səkiyə dəymiş, lakin səkinin üzərinə çıxmamışdır. Qadını səkidə deyil, magistral yolda vurmuşdur. Törətdiyi əməldə özünü qismən təqsirli bilsə də, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmışdır, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayətinin, tələbinin və mülki iddiasının olmamasını nəzərə almasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X10 ifadəsində göstərmişdir ki, süpürgəçilərə səkidən aşağı düşməyə icazə yoxdur. Bacısı səkidən aşağı düşməmiş, şəxs maşınla çıxıb onu səkidə vurmuşdur. Bacısının iş yoldaşları gəlib çatanda Elçin onlara sükan arxasında yatdığını, sadəcə qadını vuran zaman ayıldığını demişdir. Elçin onu səkidə vurmuş və mərhumun saçı yolun qırağındakı dəmir hasara qalmışdır. Hadisə yolun ortasında olmamışdır. Məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı şikayəti, tələbi və mülki iddiası yoxdur. Məhkəmə iclasında şahid qismində iştirak edən məhkəmə-tibb eksperti Abdullayev Xəlil öz ifadəsində bildirmişdir ki, sağ döş boşluğunda çoxlu qanaxma olmuşdur. Bundan əlavə Həqiqət Abbasova hadisə zamanı aldığı sağ ağciyərin yuxarı payında cırılma, sağ döş boşluğuna çoxlu qanaxma, sağdan İ,İİ,İİİ,İV,V soldan İ,İİ,İİİ,İV,V,Vİ,Vİİ qabırğaların çoxsaylı sınıqları müşahidə olmuşdur. İlk öncə şəxsə maşının hansı istiqamətdən dəydiyinə fikir vermək lazımdır. Sağ əlin və sağ dirsəkdə zədə olduğu üçün anlamaq olar ki zərbə sağ tərəfdən olmuşdur. Əlavə olaraq sağ ağciyərdə cırılma, sağ tərəfdə çoxlu sınıqlar müşahidə olunur. Ölümə səbəb sağ ağciyərin yuxarı payında cırılma, sağ döş boşluğuna çoxlu qanaxma, sağdan İ, İİ, İİİ, İV, V, soldan İ, İİ, İİİ, İV, V, Vİ, Vİİ qabırğaların çoxsaylı sınıqları ilə müşayiət olunan döş qəfəsinin qapalı küt travması olmuşdur. Zərbə sağ tərəfdən olmuşdur. Məhkəmə iclasında şahid qismində iştirak edən müstəntiq Şəmsəddin Balayev öz ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxs öz ifadəsində bildirmişdir ki, səhər saatlarında Binəqədi rayonundan hansısa bağ evindən gəlirmiş, qarşısında avtomobil keçmiş və piyadanı yolun hərəkət istiqamətində görmüşdür. Piyadanı gördüyü an məsafə çox az olduğundan əyləcə basa bilməmiş və sükanı çevirərək vəziyyətdən çıxmaq istəmişdir. Lakin sükanı səkiyə tərəf çevirdiyi an piyada da səkiyə çıxmışdır. Ona görə hadisə yeri səki olaraq götürülmüşdür. Hadisə yerindən yeganə real sübut şəxsin öz ifadəsi olmuşdur, çünki qadınla işləyən digər işçilər hadisə baş verdikdən sonra gəlib çatmışlar. Hadisə yerindən bəzi insanlar ifadə vermək istəməmişdir, həmçinin hadisə yerinin videogörüntüsü də yoxdur. Əlavə olaraq həmin saat insanların işə getmə saatıdır deyə maşınlar çox olur və buna görə də, təmizlik işçiləri heç vaxt yolun ortasını süpürmürlər. Məhkəmə iclasında iştirak edən Şahid öz ifadəsində bildirmişdir ki, həmin gün saat yeddiyə işləmiş işdə imiş. Süpürən zaman iş yoldaşı gəlib deyib ki, qadını maşın vurub. Həmin ərazidəki digər süpürgəçilərlə birlikdə taksiyə minib hadisə yerinə getmişlər. Onlar gedən zaman artıq ölmüş olmuşdur. Bədənin yarısı səkidə, beli və başı isə yolun üstündə olmuşdur. Ayaqları səkidə olmuşdur. Maşın necə vurubsa, saçı, corabı və s. yolun qırağındakı dəmirdə qalmışdır. Corabı səkidə, ayaqqabının bir tayı isə yerdə olmuşdur. Əlcəkləri əlində yox idi və əlləri çox yaralı görünürdü, sanki maşın onu yol ilə sürümüşdür. Üstü açıq olmuşdur, daha sonra digər qadınlarla birlikdə üstünü örtmüşlər. Başı partlamış, sağ tərəfdən qol və qıçı qırılmış, sağ əlini sanki qayçı ilə doğramışdılar. Ayaqqabının biri səkidə, digəri isə yolda olmuşdur. Məhkəmə iclasında şahid qismində iştirak edən yol-nəqliyyat ekspertizaları şöbəsinin eksperti X11 öz ifadəsində bildirmişdir ki, istintaq dövründə verdiyi rəyi müdafiə edir. Piyadanın hərəkət istiqaməti rəy üzrə gəldiyi nəticəyə təsir edir. Əgər piyada yolu sağdan sola keçsə idi, bu zaman hadisənin nəticəsi tamamən fərqli ola bilərdi. Ona verilən parametrlərdən istifadə edərək gəldiyi nəticə odur ki, sürücünün hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 42 №-li rəyindən görünür ki, X6 meyitində aşağıdakı xəsarət aşkar edilmişdir:

1. Başın təpə və alın nahiyələrinin, burunun, alt dodağın sol yarısının, sağ əlin və sağ dirsək oynağı nahiyələrinin arxa səthlərinin, sol ayaq pəncəsinin ayaqarxası səthinin əzilmiş-cırılmış yaraları; sifət, sağ bel və qarın nahiyələrinin, sağ saidin yuxarı və orta 1/3-nin, sol bazunun yuxarı 1/3-nin arxa səthlərinin, sol budun bayır səthinin çoxsaylı sıyrıqları; burun sümüklərinin, sağ bazunun aşağı 1/3-nin açıq, sağ budun aşağı 1/3-nin qapalı sınıqları; sağ ağciyərin yuxarı payında zədələnmə, sağ döş boşluğuna çoxlu qanaxma, sağdan İ, İİ, İİİ, İV, V, soldan İ, İİ, İİİ, İV, V, Vİ, Vİİ qabırğaların çoxsaylı sınıqları ilə müşayiət olunan döş qəfəsinin qapalı küt travması.

2. Qeyd olunan xəsarətlər həyati olub, ölümündən az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə yəni xx.xx.2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi, o cümlədən, piyadanın hərəkətdə olan avtomaşının qabarıq hissələri ilə vurulması nəticəsində əmələ gələ bilərdilər, baş vermiş ölümlə səbəbli əlaqələri vardır, dərəcəsinə görə ümumilikdə AĞİR zərərvurmanın əlamətlərinə aiddirlər.

3. Mərhum H.A.Abbasovanın ölümünə səbəb sağ ağciyərin yuxarı payında cırılma, sağ döş boşluğuna çoxlu qanaxma, sağdan İ, İİ, İİİ, İV, V, soldan İ, İİ, İİİ, İV, V, Vİ, Vİİ qabırğaların çoxsaylı sınıqları ilə müşayiət olunan döş qəfəsinin qapalı küt travması olmuşdur. Meyit əlamətlərinə görə demək olar ki, ölüm meyitin meyitxanadakı müayinəsindən təxminən 2-4 saat əvvəl baş vermişdir.

4. Mərhum H.A.Abbasovanın meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində alkoqol və narkotik maddələr aşkar edilməmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 22 yanvar 2025-ci il tarixli, 8/3021 nömrəli yolnəqliyyat hadisələrinin məhkəmə ekspertizasının rəyinə əsasən X20 markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs oğlunun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riyət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 128 (yüz iyirmi səkkiz) manatdır. Respublika Narkoloji Mərkəzinin sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəsinə dair xx.xx.2024-cü il tarixli, ******* nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə ayıq olmuşdur. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus sürücülük vəsiqəsindən müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə (xx.xx.2032-ci il tarixədək etibarlı olan) BB029940 nömrəli “B1, B” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. 15 avqust 2024-cü il tarixdə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılmış və ibtidai istintaqı aparılması üçün icraata qəbul edilmişdir. 02 oktyabr 2024-cü il tarixdə X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə istintaq olunan ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs tanınmış, X7 bacısı X10 zərərçəkmiş şəxsin hüquqi varisi təyin edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.1973-cü il təvəllüdlü Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. 21 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham elan edilmişdir. 21 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. 22 fevral 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarla Təqsirləndirilən şəxs idarə etdiyi “X19” markalı **-EF-*** dövlət qeydiyyat nişanlı minik avtomobili cinayət işi üzrə maddi sübut kimi tanınmış və qəbzlə geri qaytarılması nəzərə alınmışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi X8 ərizəsinə əsasən Təqsirləndirilən şəxs tərəfindən 34,800 manat təzminat ödənildiyindən onunla barışmış və ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs ərizəsinə əsasən ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi X10 ilə barışıq əldə etmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə ekspert rəyi, iş materiallarına əlavə edilmiş işin digər halları ilə onun avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan cinayətini törətməsi tamamilə sübuta yetirildi. Məhkəmə qeyd edir ki, onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamla qismən təqsirli bilməsini, iş materiallarında olan sənədlər, ekspert rəyi ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci bəndinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 1-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı Qərarda məhkəmələrin diqqətinin yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilməsi tövsiyyə edilmişdir. Həmin Qərarın 21-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü özlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin hadisələrin təsadüfi axarı zəminində törədilməsi, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını, onunla barışıq əldə edilməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə bu Bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Həmin Məcəllənin 59.1-ci maddəsinin 12-ci bəndinə görə zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, 13-cü bəndinə görə isə cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallardır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə növündə cəzası təyin edilməli və o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKMETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci - 128 (bir yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0000003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhər 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 660 (altı yüz altmış) manat Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.

Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar