Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-146/2022 14.09.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər Bakı şəhəri 12 saylı vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhər 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə xx xxxxxx 1990-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 xx xxxxxx 1981-cı ildə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən özgənin əmlakını açıq yolla talamaqla zərərçəkmiş şəxslərə ziyan vuraraq soyğunçuluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını ələ keçirmək məqsədi ilə 21 yanvar 2022-ci il tarixdə saat 20 radələrində metronun “Qara Qarayev” stansiyasından “Dərnəgül” stansiyası istiqamətində hərəkət edən qatarın metronun “Koroğlu” stansiyasında dayanıb qapılarını açılmasından istifadə edərək qatarda olan sərnişin Zərərçəkmiş şəxs1 əlindəki dəyəri 300 manat olan 01 ədəd «Samsung» markalı, «SM-A325F/DS (A32)» modelli mobil telefonu, həmin telefonun üzərindəki dəyəri 10 manat olan ***-***-**-** saylı GSM nömrəsi, dəyəri 7 manat olan ***-***-**-** saylı GSM nömrəsi, dəyəri 8 manat olan telefon kabrosu və dəyəri 5 manat olan ekran qoruycusu ilə birlikdə qəflətən əlindən alıb qaçmaqla açıq talayıb ələ keçirərək, Zərərçəkmiş şəxs1 qızma ümumilikdə 330 manat məbləğində maddi ziyan vuraraq soyğunçuluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını ələ keçirmək məqsədi ilə 22 yanvar 2022-ci il tarixdə saat 17:50-də metronun “İçəri Şəhər” stansiyasından “Nəriman Nərimanov” stansiyası istiqamətində hərəkət edən qatarın metronun “Sahil” stansiyasında dayanıb qapılarını açılmasından istifadə edərək qatarda olan sərnişin Zərərçəkmiş şəxs2 əlindəki dəyəri 400 manat olan bir ədəd «Samsung Galaxy»markalı, «SM-A525/DS»modelli mobil telefonu, həmin telefonun üzərindəki dəyəri 4 manat olan ***-***-**-** saylı GSM nömrəsi, dəyəri 4 manat olan ekran qoruycusu və dəyəri 7 manat olan telefon kabrosu ilə birlikdə qəflətən əlindən alıb qaçmaqla açıq talayıb ələ keçirərək, Zərərçəkmiş şəxs2 ümumilikdə 415 manat məbləğində maddi ziyan vuraraq soyğunçuluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən özgənin əmlakını açıq yolla talamaqla zərərçəkmiş şəxslərə ziyan vuraraq soyğunçuluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını ələ keçirmək məqsədi ilə 21 yanvar 2022-ci il tarixdə saat 20 radələrində metronun “Qara Qarayev” stansiyasından “Dərnəgül” stansiyası istiqamətində hərəkət edən qatarın metronun “Koroğlu” stansiyasında dayanıb qapılarını açılmasından istifadə edərək qatarda olan sərnişin Zərərçəkmiş şəxs1 əlindəki dəyəri 300 manat olan 01 ədəd «Samsung» markalı, «SM-A325F/DS (A32)» modelli mobil telefonu, həmin telefonun üzərindəki dəyəri 10 manat olan ***-***-**-** saylı GSM nömrəsi, dəyəri 7 manat olan ***-***-**-** saylı GSM nömrəsi, dəyəri 8 manat olan telefon kabrosu və dəyəri 5 manat olan ekran qoruycusu ilə birlikdə qəflətən əlindən alıb qaçmaqla açıq talayıb ələ keçirərək, Zərərçəkmiş şəxs1 qızma ümumilikdə 330 manat məbləğində maddi ziyan vuraraq soyğunçuluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını ələ keçirmək məqsədi ilə 22 yanvar 2022-ci il tarixdə saat 17:50-də metronun “İçəri Şəhər” stansiyasından “Nəriman Nərimanov” stansiyası istiqamətində hərəkət edən qatarın metronun “Sahil” stansiyasında dayanıb qapılarını açılmasından istifadə edərək qatarda olan sərnişin Zərərçəkmiş şəxs2 əlindəki dəyəri 400 manat olan bir ədəd «Samsung Galaxy»markalı, «SM-A525/DS»modelli mobil telefonu, həmin telefonun üzərindəki dəyəri 4 manat olan ***-***-**-** saylı GSM nömrəsi, dəyəri 4 manat olan ekran qoruycusu və dəyəri 7 manat olan telefon kabrosu ilə birlikdə qəflətən əlindən alıb qaçmaqla açıq talayıb ələ keçirərək, Zərərçəkmiş şəxs2 ümumilikdə 415 manat məbləğində maddi ziyan vuraraq soyğunçuluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.2-ci maddələri ilə elan edilmiş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2013-cü ildən Təqsirləndirilən şəxs2 tanıyır. İkisidə işsiz olduğundan ailələrinin dolandırmaq üçün xx.xx.2022-ci il tarixdə saat 19:40-da Rəşad ilə birlikdə metronun “Xalqlar Dostluğu” stansiyasına daxil olub “Elmlər Akademiyası” istiqamətində hərəkətdə olan qatara minmişlər. Rəşad ilə birlikdə metronun “Qara Qarayev” stansiyasında qatardan düşərək stansiyasının platformasında dayanıb sərnişinləri nəzərdən keçirərkən həmin vaxt platformada sonradan adını bildiyi Zərərçəkmiş şəxs1 əlində mobil telefonla qatar gözlədiyini görmüşdür. Saat 20 radələrində Günay metronun “Dərnəgül” stansiyası istiqamətində hərəkət edən qatara minmiş, onlar da birlikdə qatara minmiş, Günay qatarın vaqonunda giriş-çıxış qapısının yanında olan oturacaqda oturmuşdur. “Koroğlu” stansiyasında qatar platformada dayanmış və sərnişinlərin düşüb mindiyi zaman bassırıq olmasından istifadə edərək qəflətən Günayın əlində olan mobil telefonu alıb Rəşadla birlikdə vaqondan düşüb metrodan çıxaraq taksi ilə metronun “Neftçilər” stansiyasının yaxınlığına getmişlər. Orada mobil telefonu Rəşadın yerdən tapdığı şəxsiyyət vəsiqəsi ilə “Lombarda” girov qoyub götürdükləri 180 manat pulu Rəşadla bölmüşlər. Bundan sonra xx.xx.2022-ci il tarixdə saat 16 radələrində Rəşad ilə birlikdə metronun “Neftçilər” stansiyasına daxil olub, “İçəri Şəhər” stansiyası istiqamətində hərəkət edən qatara minmişlər. Həmin gün saat 17:50-də metronun “İçəri Şəhər” stansiyasında sonradan adını bildiyi Zərərçəkmiş şəxs2 vaqona minmiş və əlində mobil telefon olmuşdur. Qatar metronun “Sahil” stansiyasında dayanmış, sərnişinlər qatara minib düşən zaman fürsətdən istifadə edərək Zərərçəkmiş şəxs2 əlində olan mobil telefonu əlindən alıb qatardan düşmüş, Rəşadda onun telefonu götürdüyünü görüb vaqondan düşmüşdür. Mobil telefonu cibinə qoyub metrodan çıxmaq istəyən zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş, Rəşad polis əməkdaşlarının ona yaxınlaşdığını görüb oradan uzaqlaşıb getmişdir. Polis əməkdaşları onun vətəndaşa qarşı soyğunçuluq cinayəti törətdiyini bildirib onu polis şöbəsinə dəvət etmişdilər.Telefonu polis əməkdaşlarına polis şöbəsində təhvil vermişdir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxslərlə barışmış və onlara dəymiş ziyanı tam ödəmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.2-ci maddələri ilə elan edilmiş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2013-cü ildən Təqsirləndirilən şəxs1 tanıyır. xx.xx.2022-ci il tarixdə saat 19:40-da tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə metronun “Xalqlar Dostluğu” stansiyasına daxil olub “Elmlər Akademiyası” istiqamətində hərəkətdə olan qatara minmişlər. İmranla birlikdə metronun “Qara Qarayev” stansiyasında qatardan düşərək stansiyasının platformasında dayanıb sərnişinləri nəzərdən keçirərkən həmin vaxt platformada sonradan adını bildiyi Zərərçəkmiş şəxs1 əlində mobil telefon qatar gözlədiyini görmüşdür. Saat 20 radələrində Günay metronun “Dərnəgül” stansiyası istiqamətində hərəkət edən qatara minmiş, onlar da birlikdə qatara minmiş, Günay qatarın vaqonunda giriş-çıxış qapısının yanında olan oturacaqda oturmuşdur. “Koroğlu” stansiyasında qatar platformada dayanmış və sərnişinlərin düşüb mindiyi zaman İmran bassırıq olmasından istifadə edərək qəflətən Günayın əlində olan mobil telefonu almış və onlar birlikdə vaqondan düşüb metrodan çıxaraq taksi ilə metronun “Neftçilər” stansiyasının yaxınlığına getmişlər. Orada mobil telefonu onun təsadüfən yerdən tapdığı şəxsiyyət vəsiqəsi ilə “Lombarda” girov qoyub götürdükləri 180 manat pulu İmranla bölmüşlər. Bundan sonra xx.xx.2022-ci il tarixdə saat 16 radələrində İmranla birlikdə metronun “Neftçilər” stansiyasına daxil olub, “İçəri Şəhər” stansiyası istiqamətində hərəkət edən qatara minmişlər. Həmin gün saat 17:50-də metronun “İçəri Şəhər” stansiyasında sonradan adını bildiyi Zərərçəkmiş şəxs2 vaqona minmiş və əlində mobil telefon olmuşdur. Qatar metronun “Sahil” stansiyasında dayanmış, sərnişinlər qatara minib düşən zaman İmran fürsətdən istifadə edərək Zərərçəkmiş şəxs2 əlində olan mobil telefonu alıb qatardan düşmüş, o da İmranın telefonu götürdüyünü görüb vaqondan düşmüşdür. İmran mobil telefonu cibinə qoyub metrodan çıxmaq istəyən zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş, polis əməkdaşlarının İmrana yaxınlaşdığını görüb oradan uzaqlaşıb getmişdir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxslərlə barışmış və onlara dəymiş ziyanı tam ödəmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 20 radələrində Bakı Metropoliteni QSC-nin "Qara Qarayev” stansiyasına daxil olmuş, stansiyanın platformasında “Dərnəgül” stansiyası istiqamətində hərəkət edən qatarın yadında qalmayan vaqonuna minmiş, vaqonun orta qapısının yanında olan oturacaqda oturmuş və ona məxsus “Samsung A32” telefonu əlində olmuşdur. Qatar metronun “Koroğlu” stansiyasına çatdıqda sərnişinlər düşdükdən sonra vaqonun qapıları bağlanmağına bir neçə saniyə qalmış bir müddət əvvəldən onun yanında dayanmış tanımadığı bir şəxs qəflətən əlində olan mobil telefonu alaraq vaqondan platformaya çıxmış və bu zaman vaqonun qapıları bağlanaraq qatar hərəkətini davam etdirmişdir. Həmin vaxt qatarda olan digər sərnişinlər qatarın maşinisti ilə əlaqə saxlamaq istəsədə mümkün olmamışdır. Metronun “Ulduz” stansiyasında vaqondan düşmüş, platformada olan metro işçisinə hadisə barədə danışmış, həmin işçi onu X7 yönləndirmişdir. Hadisə nəticəsində ona ümumilikdə 330 manat maddi ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan ödənilmiş, tələbi və şikəyəti yoxdur. Təqsirləndirilən şəxslərlə barışmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 09 noyabr 2021-ci il tarixdə o, satıcı işlədiyi mağazada işdə olarkən ona məxsus “Samsung A51” markalı mobil telefonunun oğurlandığını aşkar etmiş və oğurlanmış telefonun kaburosunda onun şəxsiyyət vəsiqəsi olmuşdur. Baş vermiş oğurluq cinayəti barədə ərazi aidiyyəti üzrə Nizami RPİ-nin 24-cü PB-nə ərizə ilə müraciət etmişdir. xx.xx.2022-ci il tarixdə işdə olan zaman Nizami RPİ-nin 25-ci PBdən ona zəng gəlmiş, zəng edən polis əməkdaşı özünü ona təqdim edərək polis bölməsinə dəvət etmişdir. O, Nizami RPİ-nin 25-ci PB-nə getmiş, həmin vaxt ona məlum olmuşdur ki, işlədiyi mağazadan telefonu və telefonun kaburosunda olan şəxsiyyət vəsiqəsini oğurlamış şəxs şəxsiyyət vəsiqəsindən istifadə edərək Nizami RPİ-nin 25-ci PB-nin ərazisində fəaliyyət göstərən telefon mağazasına telefon satmışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanımır. İş materiallarında olan 22 yanvar 2022-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 180.2.1 və 180.2.2-ci maddələri ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilmişdir. İş materiallarında olan 21 yanvar 2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi barədə” protokoldan görünür ki, hadisə yeri olan Bakı Metropoliten QSC-nin “Koroğlu” stansiyasında zərərçəkmiş şəxsin iştirakı ilə baxış istintaq hərəkəti keçirilmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan 22 yanvar 2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi barədə” protokoldan görünür ki, hadisə yeri olan Bakı Metropoliten QSC-nin “Sahil” stansiyasında zərərçəkmiş şəxsin iştirakı ilə baxış istintaq hərəkəti keçirilmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınma haqqında 22 aprel 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 22 yanvar 2022-ci il tarixdə saat 20:30-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 22 yanvar 2022-ci il il tarixli “götürmə haqqında” protokoldan görünür ki, maddi sübut olaraq əhəmiyyət kəsb etdiyindən Təqsirləndirilən şəxs1 01 ədəd «Samsung A52» markalı mobil telefonu götürülmüşdür. İş materiallarında olan 22 yanvar 2022-ci il il tarixli “DVD diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, bir ədəd DVD diskinə baxış zamanı müəyyən edildi ki, videogörüntü metronun “Koroğlu” stansiyasının video müşahidə kameralarının yaddaşından götürülmüşdür. Həmin video görüntündən görünür ki, metronun “Koroğlu” stansiyasında qatarın qapıları bağlanan zaman Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qatardan çıxmaları və Təqsirləndirilən şəxs1 əlində mobil telefon olması əks olunmuşdur. Təqsirləndirilən şəxs1 diskə baxış zamanı bildirmişdir ki, Zərərçəkmiş şəxs1 əlindən mobil telefonu alan şəxs onun özüdür. İkinci videogörüntü metronun «Sahil» stansiyasının video müşahidə kameralarının yaddaşından götürülmüşdür. Həmin video görüntüdən görünür ki, metronun “Sahil” stansiyasında qatarın qapıları bağlanan zaman Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qatardan çıxmaları və Təqsirləndirilən şəxs1 əlində mobil telefon olması və qatardan çıxdıqdan sonra qaçması əks olunmuşdur. Təqsirləndirilən şəxs1 diskə baxış zamanı bildirmişdir ki, Zərərçəkmiş şəxs2 əlindən mobil telefonu alan şəxs onun özüdür. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınma haqqında 22 aprel 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmə barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 24 yanvar 2022-ci il tarixdə iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.2-ci maddələri ilə ittiham elan edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-53/2022 saylı 24 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəlinin 22 yanvar 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. İş materiallarında olan 22 yanvar 2022-ci il il tarixli “götürmə haqqında” protokoldan görünür ki, maddi sübut olaraq əhəmiyyət kəsb etdiyindən telefon mağazası işlədən X5 01 ədəd «Samsung» markalı, «SM-A325F/DS (A32)» modelli mobil telefonu götürülmüşdür. İş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 25 yanvar 2022-ci il tarixdə saat 19:00-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 25 yanvar 2022-ci il il tarixli “DVD diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, bir ədəd DVD diskinə baxış zamanı müəyyən edildi ki, videogörüntü metronun “Koroğlu” stansiyasının video müşahidə kameralarının yaddaşından götürülmüşdür. Həmin video görüntündən görünür ki, metronun “Koroğlu” stansiyasında qatarın qapıları bağlanan zaman Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qatardan çıxmaları və Təqsirləndirilən şəxs1 əlində mobil telefon olması əks olunmuşdur. Təqsirləndirilən şəxs2 diskə baxış zamanı bildirmişdir ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 əlindən mobil telefonu alan zaman onları yanında olmasını və qatardan çıxdıqdan sonra Təqsirləndirilən şəxs1 yanında olan şəxsin özü olduğunu bildirmişdir. İkinci videogörüntü metronun «Sahil» stansiyasının video müşahidə kameralarının yaddaşından götürülmüşdür. Həmin video görüntündən görünür ki, metronun “Sahil” stansiyasında qatarın qapıları bağlanan zaman Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qatardan çıxmaları və Təqsirləndirilən şəxs1 əlində mobil telefon olması və qatardan çıxdıqdan sonra qaçması əks olunmuşdur. Təqsirləndirilən şəxs2 diskə baxış zamanı qatardan düşüb qaçan şəxs Təqsirləndirilən şəxs1 olduğunu və onunla bərabər qatardan düşən şəxsin özü olduğunu bildirmişdir. İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmə barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 27 yanvar 2022-ci il tarixdə iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.2-ci maddələri ilə ittiham elan edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-71/2022 saylı 24 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəlinin 25 yanvar 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/682 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd Viyetnam istehsallı, “Samsung Galaxy” markalı, “SM-A525/DS” modelli mobil telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını və istifadədə olduğunu nəzərə alaraq 2022-ci ilin fevral ayına olan orta bazar qiyməti təxminən 400,00 manat müəyyən olunur. Tədqiqatın dəyəri 50 (əlli) manatdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/2870 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd «Samsung» markalı, «SM-A325F/DS (A32)» modelli mobil telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını və istifadədə olduğunu nəzərə alaraq 2022-ci ilin fevral ayına olan orta bazar qiyməti təxminən 300,00 manat müəyyən olunur. Tədqiqatın dəyəri 50 (əlli) manatdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2018ci ildə anadan olmuş X6 atası Təqsirləndirilən şəxs1dur. İş materiallarında olan 34 saylı MKİS-dən daxil olmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 2000-ci ildən ünvan 3 ünvanında qeydiyyatdadır. Yaşayış yeri üzrə müsbət xarakterizə olunur, qeydiyyatda olduğu müdət ərzində Təqsirləndirilən şəxs2 barəsində 34 saylı MKİS-ə heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2009-cu ildə anadan olmuş X2 atası Təqsirləndirilən şəxs2dur. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2010-cu ildə anadan olmuş X3 atası Təqsirləndirilən şəxs2dur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 11 aprel 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 Nizami rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə 01 il, 05 ay, 04 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli “8 noyabr zəfər günü münasibətilə aministiya elan edilməsi haqqinda” qərarının 2.5-ci bədinə əsasən azadlıqdan məhdudlaşdırılmış cəzasından azad edilmiş və üzərindən məhkumluq götürülmüşdür. İş materiallarında olan “sübutların qiymətləndirilməsi barədə” 13 may 2022-ci il tarixli qərardan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs1 məxsus «Samsung» markalı, «SM- A325F/DS (A32)» modelli mobil telefonu və Zərərçəkmiş şəxs2 məxsus “Samsung Galaxy” markalı, “SM- A525/DS” modelli mobil telefonu maddi sübut kimi tanınmış və məhkəmə hökmünə kimi saxlanılması üçün zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınmışdır. İş materiallarında olan 13 may 2022-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.2-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan 13 may 2022-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.2-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, cinayət nəticəsində ona dəymiş ziyan ödənilmişdir, heç bir şikayət və tələbi yoxdur, aralarında barışıq əldə olunmuşdur. İş materiallarında olan Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, cinayət nəticəsində ona dəymiş ziyan ödənilmişdir, heç ir şikayət və tələbi yoxdur, aralarında barışıq əldə olunmuşdur. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlləri məhkəmə iclasında araşdırılmış, onların özlərinin etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, şahidin ifadələri, ekspert rəyləri, maddi sübutlar, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.2-ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından onlara cəza təyin olunmalıdır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir. Əgər sadalanan kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbir görmüşlərsə (məsələn, hüquqazidd hərəkətlərin dayandırılmasını tələb etmişlərsə), bu zaman təqsirli şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi ilə məsuliyyət daşımalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs1 himayəsində 1 azyaşlı uşağın olmasını, cinayət nəticəsində dəymiş ziyanı ödəməsini, əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bununla yanaşı, Təqsirləndirilən şəxs1 törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, nəticələrinə dair məsuliyyəti dərk etməsini, onun şəxsiyyətini xarakterizə edən halları, ailə vəziyyətini, törətdiyi əməli etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini, o cümlədən cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, cəzanın fərdiləşdirilməsi prinsipini, öz vəziyyətinə tənqidi münasibət bəsləməsini, ibtidai istintaq və məhkəmə baxışı zamanı üzərinə düşən cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, habelə məhkəmə iclasındakı davranışını, işin digər mühüm və diqqətə layiq hallarını nəzərə alaraq, məhkəmə onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını çəkmədən də islah olunması mümkün sayır. Bu səbəbdən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin olunacaq cəza Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən sınaq müddəti müəyyən olunmaqla şərti olaraq tətbiq edilməlidir. Bu, qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 22 yanvar 2022-ci il tarixdən 14 sentyabr 2022-ci il tarixədək, yəni 07 (yeddi) ay 23 (iyirmi üç) gün həbsdə olduğu müddətin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutularaq, 07 (yeddi) ay 23 (iyirmi üç) gün təyin olunacaq cəzadan çıxılmaqla, ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinin tələbinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti təyin edilir, həmin Məcəllənin 70.5-ci maddəsinə görə isə məhkəmə şərti məhkum etmə təyin edərkən həmin şəxsin üzərinə onun islah olunmasına kömək edən bir sıra vəzifələr qoya bilər. Məhkəmə hesab edir ki, sınaq müddəti ərzində Təqsirləndirilən şəxs1 üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 himayəsində 2 yetkinlik yaşına çatmayan uşağın olmasını, əməlindən peşmançılıq çəkməsini, cinayət nəticəsində dəymiş ziyanı ödəməsini, əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bununla yanaşı, Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, nəticələrinə dair məsuliyyəti dərk etməsini, onun şəxsiyyətini xarakterizə edən halları, ailə vəziyyətini, törətdiyi əməli etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini, o cümlədən cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, cəzanın fərdiləşdirilməsi prinsipini, öz vəziyyətinə tənqidi münasibət bəsləməsini, ibtidai istintaq və məhkəmə baxışı zamanı üzərinə düşən cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, habelə məhkəmə iclasındakı davranışını, işin digər mühüm və diqqətə layiq hallarını nəzərə alaraq, məhkəmə onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını çəkmədən də islah olunması mümkün sayır. Bu səbəbdən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təyin olunacaq cəza Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən sınaq müddəti müəyyən olunmaqla şərti olaraq tətbiq edilməlidir. Bu, qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 25 yanvar 2022-ci il tarixdən 14 sentyabr 2022-ci il tarixədək, yəni 07 (yeddi) ay 20 (iyirmi) gün həbsdə olduğu müddətin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutularaq, 07 (yeddi) ay 20 (iyirmi) gün təyin olunacaq cəzadan çıxılmaqla, ona qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, sınaq müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış «Samsung» markalı, «SM- A325F/DS (A32)» modelli mobil telefonunun Zərərçəkmiş şəxs1 qaytarılması, “Samsung Galaxy” markalı, “SM-A525/DS” modelli mobil telefonunun Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 100 (bir yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada (hər birindən 50 (əlli) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 22 yanvar 2022-ci il tarixdən 14 sentyabr 2022-ci il tarixədək, yəni 07 (yeddi) ay 23 (iyirmi üç) gün həbsdə olduğu müddətinin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutularaq, 07 (yeddi) ay 23 (iyirmi üç) gün təyin olunmuş cəzadan çıxılmaqla, ona qəti olaraq 02 (iki) il 04 (dörd) ay 07 (yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş 02 (iki) il 04 (dörd) ay 07 (yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 02 (iki) il 04 (dörd) ay sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən sınaq müddəti ərzində Təqsirləndirilən şəxs1 üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs1 üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs1 barəsində hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 25 yanvar 2022-ci il tarixdən 14 sentyabr 2022-ci il tarixədək, yəni 07 (yeddi) ay 20 (iyirmi) gün həbsdə olduğu müddətinin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutularaq, 07 (yeddi) ay 20 (iyirmi) gün təyin olunmuş cəzadan çıxılmaqla, ona qəti olaraq 02 (iki) il 04 (dörd) ay 10 (on) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş 02 (iki) il 04 (ay) ay 10 (on) gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 02 (iki) il 04 (dörd) ay sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən sınaq müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs2 barəsində hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin. İş materiallarında olan 02 (iki) ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış «Samsung» markalı, «SM- A325F/DS (A32)» modelli mobil telefonunun Zərərçəkmiş şəxs1 qaytarılması, “Samsung Galaxy” markalı, “SM-A525/DS” modelli mobil telefonunun Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 100 (bir yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada (hər birindən 50 (əlli) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X4 Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Bakı şəhəri 12 saylı vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən məhkum Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 204 (iki yüz dörd) manat pul vəsaiti Azərbaycan Respublikası Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 12 saylı vəkil Bürosunun ("xxxx" QSC-nin Səbail rayon filialı, kod 504960, müxbir hesabı AZ37 NABZ 013501**********56944, SWİFT ACABAZ 22, Hesab AZ 20 ACAB ********************, VÖEN**********) bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №1(009)-146/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-146/2022
14.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver