Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-146/2023 18.05.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X3 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 20-də qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 177.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, tanışı Şahid3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaq məqsədi əvvəlcədən aralarında olan vəzifə bölgüsünə əsasən onun mağaza qarşısında dayanaraq ətrafı müşahidə etməsi, Səbinə Ağyevanın isə mağazaya daxil olaraq özgə əmlakını gizli olaraq ələ keçirməsi barədə razılaşdıqdan sonra o, Şahid3 ilə birlikdə 15 may 2022-ci il tarixdə saat 20:30 radələrində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsində yerləşən «Qarışıq mallar» mağazasına idarə etdiyi avtomobil ilə gəlib mağazanın qarşısında saxlayıb ətrafı müşahidə etmiş, Şahid3 isə həmin mağazaya daxil olub, orada olan satıcı X5 baxmaq üçün paltar istəməklə sonuncunun diqqətini yayındıraraq piştaxta üzərində qoyulmuş, Zərərçəkmiş şəxs məxsus bir ədəd 05 manat dəyərindəki ***-***-**-** saylı sim kart nömrə ilə istifadə edilən, bir ədəd 560 manat dəyərindəki «Honor X-8» markalı mobil telefon aparatını gizli olaraq talayıb, mağazanı tərk edərək onunla birlikdə hadisə yerində uzaqlaşmaqla qabaqcadan əlbir olub bir qrup şəxs halında Zərərçəkmiş şəxs cəmi 565 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd gümüşü rəngli bükümdə təmiz çəkisi 0,692 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib, 01 ədəd gümüşü rəngli metal qutunun içinə qoyaraq əynindəki göy rəngli cins şalvarının sağ yan cibində saxlamaqla daşımış, Bakı şəhəri, Səbail RPl-nin 41-nin PB-nin əməkdaşlarının Zərərçəkmiş şəxs əmlakının oğurlaması faktı üzrə keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs həmin cinayəti törətməkdə təqsirli bilindiyindən 19 avqust 2022-ci il tarixdə, saat 20:30 radələrində, ünvan 1 ünvanda yerləşən 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin yaxınlığında saxlanılıb, ünvan 3 ünvanda yerləşən, Bakı şəhəri, Səbail RPİ-nin 41-ci PB-nin inzibati binasına gətirilib, xidməti otaqların birində üzərinə şəxsi axtarış və götürmə keçirilərkən, əynindəki göy rəngli cins şalvarının sağ yan cibindəki bir ədəd gümüşü rəngli metal qutunun içindən bir ədəd gümüşü rəngli bükümdə təmiz çəkisi 0,692 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən 25 oktyabr 2022-ci il tarixdə, saat 16:30 radələrində, ünvan 5 ünvanında tanışı X9 bir ədəd büküm və həmin ünvanda digər tanışı Yasin Fərman oğlundan bir ədəd büküm şəkildə satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, cəmi iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,873 qram, 0,627 qram, ümumi təmiz çəkisi 1,500 qram olan ağ rəngli kristalik maddələr, kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamini və bir ədəd konvalyut kəsiyində üzərində “F/M40” göstəricisi olan bir ədəd həbin tərkibindəki metadonun təsir maddəsinin miqdarı 0,04 qram təşkil edən narkotik vasitəni qanunsuz olaraq əldə edib, əynindəki qara rəngli gödəkçənin sağ cibində saxlamış, 25 oktyabr 2022-ci il tarixdə, saat 17 radələrində, Bakı şəhəri, Səbail RPl-nin CAŞ-nin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri əməliyyat-axtarış tədbiri zamanı, o, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Şərq küçəsində şübhəli şəxs qismində saxlanılıb, ünvan 6 ünvanında yerləşən Səbail RPl-nin inzibati binasına gətirilib, xidməti otaqların birində üzərinə şəxsi axtarış və götürmə keçirilərkən, əynindəki qara rəngli gödəkçənin sağ cibində həmin iki ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,873 qram, 0,627 qram, ümumi təmiz çəkisi 1,500 qram olan ağ rəngli kristalik maddələr, kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamini və bir ədəd konvalyut kəsiyində üzərində “F/M40” göstəricisi olan bir ədəd həbin tərkibindəki metadonun təsir maddəsinin miqdarı 0,04 qram təşkil edən narkotik vasitə aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 234.1-ci maddələri ilə elan olunmuş ittihamlar üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 8 ünvanında yaşamış, rəsmi heç bir yerdə işləmir, icarəyə götürdüyü ÇİN-də istehsal olunmuş “BYD” markalı ** KN *** nömrəli minik avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olur. Şahid3 təxminən bir il olar ki, tanıyır normal münasibəti olub, yaşadığı evin qonşuluğunda yaşamış, eşitdiyinə görə Səbinənin əri də cinayət əməli törətdiyinə görə məhkum olunub. 15 may 2022-ci il tarixdə axşam saat 20 radələrində, o, idarə etdiyi avtomobili ilə tanışı Səbinə ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində gəzərkən, Səbinə ilə həmin ərazidə olan hər hansı bir mağazaya girib satıcısının mobil telefonunu oğurlasını, həmin telefonu da o,aparıb mobil telefon mağazsına satmasını və əldə etdikləri pulu birlikdə xərcləməyi razılaşmışlar. Sonra o, avtomobili Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsində yerləşən “Qarışıq mallar” adlanın mağazanın yaxınlığında saxlamış, Səbinə avtomobildən düşüb mağazaya getmiş və təxminən 5-10 dəqiqədən geriyə dönmüşdür. Səbinə mağazada tanımadığı satıcı qadının başı qarışıq olmasından istifadə edib bir ədəd ekranı sensorlu markasını xatırlamadığı mobil telefonu gətirmişdir. Sonra o, idarə etdiyi avtomobillə Bakı şəhəri, Nəsimi rayonu ərazisində, 3-cü mikrorayon yol dairəsi yaxınlığında yerləşən mobil telefon mağazalarının sırasına gəlmiş, orada tanımadığı saatıcıya mobil telefonu göstərib 120 manata razılaşıb şəxsiyyət vəsiqəsinin surəti ilə satmışdır. Mağaza satıcısı onun şəxsiyyət vəsiqəsinin surətini çıxarmış, üzərinə mobil telefonun markasını, İMEİ kodunu yazmış, o, da həmin sənədi imzalamışdır. Bundan sonra o, əldə etdiyi pulu Səbinə ilə birlikdə xərcləmişdir. O, mobil telefonu mağazada tanımadığı satıcıya satarkən oğurluq olmasını bildirməmişdir. Bundan başqa, 18 avqust 2022-ci il tarixdə saat 21:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, “Nəriman Nərmanov” heykəlinin yanında əvvəllədən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata bir ədəd gümüşü bükümə narkotik maddə olan heroin almış, həmin bükümü özünə məxsus olan 01 ədəd gümüşü rəgnli metal qutuya qoyub əynindəki göy rəngli cins şalvarın sağ yan cibində gizlədərək istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. 19 avqust 2022-ci il tarixdə saat 20:30 radələrində o, cibimdəki narkotik maddə olan heroin ilə birlikdə Yasamal rayonu, Şərifzadə küçəsindəki, 3 saylı Bakı “Asan xidmət” mərkəzinin yaxınlığında olan zaman ona mülki geyimdə bir neçə nəfər yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim etmişlər. Onun narkotik vasitə istifadəçisi olduğundan şübhələndiklərini bildirib Səbail RPl-nin 41-ci PB-nə dəvət etmişlər, o, da etiraz etmədən həmin bölmənin inzibati binasına gəlmiş, orada üzərinə şəxsi axtarış və götürmə keçiriləcəyi, bu zaman video çəkilişdən istifadə ediləcəyi və dövlət hesabına ona Kamran Musayev müdafiəçi təyin edildiyi barədə məlumat verilmiş, o, da etiraz etməmişdir. Polis bölməsinin inzibati binasının otaqlarından birində polis əməkdaşlarının və dəvət olunmuş vəkilin iştirakı ilə onun üzərinə video çəkilişdən istifadə etməklə şəxsi axtarış və götürmə keçirməkdən öncə, ona üzərində olan əşyaları təqdim etməsi təklif olunmuş, o, da əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd gümüşü rəngli metal qutunu çıxarıb masa üzərinə qoyaraq təqdim etmişdir. Həmin metal qutu açılıb içinə baxılan zaman içində narkotik vasitə heroin olan bir ədəd gümüşü rəngli büküm, içində limon turşusu olan 01 ədəd büküm, 01 ədəd kiçik ölçülü dəmir qayçı və şprisin iki ədəd iynə uduqları olması aşkar edilmişdir. Sonra bir ədəd gümüşü rəngli büküm açılıb baxılan zaman içində qəhvəyi rəngli kütlə olması müəyyən edilmiş, sorğu zamanı o, həmin bükümün içərisində olan qəhvəyi rəngli kütlənin narkotik vasitə heroin olmasını, həmin narkotik vasitənin bükümünü 18 avqust 2022-ci il tarixdə saat 21:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, “Nəriman Nərmanov” heykəlinin yaxınlığında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata almasını və üzərində saxlamasını bildirmişdir. Sonra polis əməkdaşları üzərinə əlavə axtarış aparmış və başqa heç bir əşya aşkar etməmişdir. Sonra polis əməkdaşı üzərindən aşkar edilmiş dəmir qutuda olan narkotik vasitənin bir ədəd bükümünü və həmin narkotik vasitəni qəbul etmək üçün istifadə etdiyi limon turşusu maddəsinin tozu olan bir ədəd bükümü, bir ədəd kiçik ölçülü dəmir qayçını və şprisin iki ədəd iynə uduqlarını boş zərfə qoyub qablaşdıraraq möhürləmişlər. Sonra həmin zərfin üzərinə o, vəkili və digər polis əməkdaşları imza etmişlər. Bundan sonra polis əməkdaşı həmin narkotik vasitənin bükümü aşkar edib götürülməsi barədə protokol tərib etmiş, həmin protokolun ucadan oxunduqdan sonra, düzgünlüyünü o, vəkili və digər polis əməkdaşları imza etmişlər. Bundan başqa, 25 oktyabr 2022-ci il tarixdə saat 17 radələrində, o, ünvan 9 ünvanda yerləşən mənzildən çıxıb ünvan 10işməsinə çatdıqda, idarə etdiyi avtomobili iki nəfər şəxs saxladıb yaxınlaşaraq, polis əməkdaşları olmalarını bildirib, ondan adını və soyadını soruşmuşlar. O,özünü təqdim etdikdən sonra, polis əməkdaşları üzərində narkotik maddə olub-olmasını soruşarkən, o, heç nə olmamasını bildirmiş, buna baxmayaraq həmin polis əməkdaşları onu Səbail Rayon Polis İdarəsinə dəvət emişlər. O da etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis İdarəsinə gəlmiş, orada otaqların birində onun hüquqlarını müdafiə etmək üçün vəkil dəvət edib təqdim etmişlər. Sonra ona və təqdim olunmuş müdafiəçiyə üzərində şəxsi axtarışın aparılmasına dair qərar elan edilmiş, daha sonra vəkilin iştirakı ilə video çəkiliş ilə üzərinə baxış keçirilərkən əynindəki qara rəngli gödəkçənin sağ cibindən siqaretin gümüşü kağızına bükülmüş iki ədəd bükülüdə psixotrop maddə metamfetamin, bir ədəd tibbi şpris, bir ədəd qırıq vəziyyətdə olan ampula, bir ədəd gəhvəyi rəngli bağlı vəziyyətdə olan həbb, əynindəki gödəkçənin sol yan cibindən tərəzi, əynində olan qara rəngli cins şalvarın qabaq sağ cibində ona məxsus şəxsiyyət vəsiqəsi aşkar edilərək polis əməkdaşı tərəfindən götürülmüşdür. Üzərindən aşkar edilmiş narkotik vasitə olan metamfetamin, 1 ədəd tibbi şpris, qırıq ampula, tərəzi orada olan şəxslərin iştirakı ilə boş zərfə qoyulub möhürlənmiş və həmin zərf, həmçinin həmin maddə və əşyaların aşkar edilib götürülməsi dair polis əməkdaşı tərəfindən tərtib edilmiş protokol, o, vəkili və digər iştirakçılar tərəfindən imzalanmışdır. Sonra o, üzərindən aşkar olunmuş narkotik vasitəni 25 oktyabr 2022-ci il tarixdə təxminən 16:30 radələrində ünvan 11 ünvanda yerləşən mənzildə Rza və Yasin adlı şəxsdən almasını və şəxsi istifadəsi üçün üzərində saxlamasını, üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini əldə etdiyi Rza və Yasin olduqları ünvanı göstərə biləcəyini polis əməkdaşlarına bildirmişdir. Sonra polis əməkdaşları onun iştirakı ilə həmin ünvana gedib video çəkilişlə evə baxış keçirərkən həmin ünvanda olan narkotik vasitə istifadəçiləri Rza, Yasin və Səkinə adlı qadının üzərinə baxış keçirmişlər. Təqsirləndirilən şəxs son sözündə əməlindən səmimi peşman olmasının, cinayətin açılmasında fəal kömək etməsinin, zərərçəkmiş şəxslə barışıq əldə edilməsinin, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələblərinin olmamasının və gənc olmasının nəzərə alınmasını məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməllərinii törətməkdə təqsiri özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, habelə məhkəmə və istintaq protokolları, eləcə də iş üçün əhəmiyyət kəsb edən işin digər faktiki halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş və məhkəməyədək icraat mərhələsində zərərçəkmiş şəxs qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, o, pasport qeydiyyatında Oğuz rayonu, Xaçmaz kəndində olsa da faktiki olaraq Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci massiv, 7-ci keçid ev 21 yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, faktiki ünvan 12 ünvanında yerləşən “Qarışıq mallar”geyim mağazasını icarəyə götürüb orada kişi və qadın geyimlərinin satışı ilə məşğul olur, hər gün səhər saat 09 radələrində mağazanı açıb, axşam saat 20 radələrində bağlayır, nahar fasiləsində mağazada olur, mağazanı nahar fasiləsinə bağlamır. 15 may 2022-ci il tarixdə, o, mağazanı səhər saat 11 radələrində açmış, həmin günü axşam saat 20:30 radələrində mağazada tək olarkən, mağazaya alıcı kimi bir nəfər təxminən 30-35 yaşlarında qadın gəlmiş, həmin qadın mağazada mallara baxıb bir neçə qadın paltarları ilə maraqlanmış, ondan arxa tərəfdə olan qadın paltarını göstərib gətirməsini xahiş etmiş, o, həmin vaxtı geriyə çevrilib paltarı gətirməyə gedib-qayıdanda, həmin qadın artıq mağazanı tərk edib getmiş olduğunu görüb təcüblənmişdir. Həmin qadın gedəndən sonra o, mağazada olan mallara baxıb hər hansı bir malın oğurlanıb-oğurlanmamasını yoxlanmış, lakin hər şey yerində olmuş, təxminən 5 dəqiqə sonra özünə məxsus “İrşad Telekom”-dan kreditlə aıldığı “Honor X-8” markalı mobil telefonunu paltarlardan arxada piştaxtanın üstündə olmadığını oğurlandığını aşkar etmişdir. O, dərhal mağazadan bayıra çıxıb ətrafa baxmış, hava qaralmış olduğundan, mağazaya müştəri kimi gələn qadını tapa bilməmişdir. Sonra o, DİNnin “102” xidmətinə zəng edib oğurluq barədə məlumat vermişdir. Həmin gündən sonra o, bir daha həmin qadını görməmişdir. Oğurlanmış mobil telefonu 07 may 2022-ci il tarixdə Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən “İrşad Telekom”-dan kreditlə 560 manata almasını,həmin mobil telefonda, dəyəri 05 manat olan ***-***-**-** saylı mobil nömrəni istifadə etməsini, ilkin izahatında həmin mobil telefonun qiymətini 600 manat göstərsə də, sonra mobil telefonu aldığı mağaza tərəfindən verilmiş zəmanət talonuna baxmasını və tam dəqiq olaraq mobil telefonun dəyəri 560 manat olmasını, zəmanət talonuda istintaqa təqdim etməsini, oğurluq hadisəsi nəticəsində cəmi 565 manat məbləğində maddi ziyan dəyməsini bildirmişdir. Zərərçəkmiş şəxs X10 notariat qaydasında təsdiq olunmuş ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam olaraq ödədiyini, onunla barışdığını, mobil telefonunun oğurlnması ilə əlaqədar Təqsirləndirilən şəxs və digər şəxslərə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, pasport qeydiyyatında ünvan 13 ünvanında olsada faktiki olaraq Bakı şəhəri.Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən dəqiq ünvanını bilmədiyi mənzildə tanışı Pərvizlə birlikdə yaşayır, rəsmi evlidir, əri Nicat Ağayev 2020-ci ilin təxminən ortalarında Yasamal rayon məhkəməsi tərəfindən 1 il 06 ay müddətinə həbs edilib, ərinin törətdiyi cinayət əməlin maddəsini bilmir. Onun Nicatla evliliyindən altı nəfər azyaşlı uşağı var, uşaqları Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, ev 89, blok 3-A, mənzil 29-da yaşayan anası Svetlana Balaqaşvili baxır. O, əvvəllər məhkum olmamış və heç bir cinayət əməli törətməmişdir. 15 may 2022-ci il tarixdə saat 20 radələrində, o, tanışı Təqsirləndirilən şəxs ilə birlikdə, sonuncunun idarə etdiyi qara rəngli Çində istehsal edilmiş,markasını bilmədiyi,dövlət nömrə nişanın rəqəmləri 543 saylı olan avtomobillə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsinə gəzməyə gəlmiş, orada o, avtomobildən düşüb mağazaları gəzərkən təsadüfən “Qarışıq mallar” adlanan paltar mağazasına girmiş, o, həmin mağazada bir neçə paltara baxarkən piştaxtanın üzərində açıq mavi rəngində “smartfon” modelli mobil telefon görmüşdür. Bu zaman mağazada bir nəfər tanımadığı orta yaşlı qadın satıcı olmuş, satıcı ona satışda olan paltarları göstərərkən, başı qarışdığından o, gizlincə piştaxtanın üzərindən mobil telefonu götürüb cibinə qoymuşdur. Sonra satıcıya gedib pul götürüb geri qayıdacağını deyib mağazanı tərk etmişdir. O, mağazadan bayıra çıxdıqda hava alatoran olmuş, o, mağazadan uzaqlaşıb tanışı Aqilə zəng edib görüşmüş, Aqillə birlikdə idarə etdiyi avtomobildə qaldığı evə gelmiş, mağazadan oğurladığı üzərinə «Honor X-8» sözləri yazılmış mobil telefonu göstərmiş, Aqil telefonun içərisində olan nömrəni çıxarıb atmışdır. O, Aqillə mobil telefonu satmaq qərarına gəlib, birlikdə Aqilin avtomobi ilə Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi yaxınlığında yerləşən mobil telefonların satışı mağazalarının sırasına gəlmiş, orada o, avtomobildə oturmuş, Aqil isə oğurluq mobil telefonu aparıb sataraq geri dönərək, ona 90 manata satdığını bildirmişdir. Sonra həmin pulu o, Aqil ilə birlikdə özləri üçün yemək-içmək üçün xərcləmişlər. O, Aqilin mobil telefonu satdığı mağazaya dəqiq fikir verməsədə mobil telefonlar mağazalarının sırasını göstərə biləcəyini, etmiş olduğu cinayət əməlindən səmimi peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Səbail RPl-nin CAŞ-nin əməkdaşı Şahid2 ifadəsində göstərmişdir ki, o, 25 oktyabr 2022-ci il tarixdə, Bakı şəhəri, Səbail RPİ-də xidmətdə olarkən, ünvan 15 ünvanda qeydiyyatda olan, Təqsirləndirilən şəxs Bakı şəhəri, Səbail rayonu ərazisində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumat almış, həmin məlumatı yoxlamaq məqsədi ilə yaradılmış əməliyyat qrupuna daxil edilmişdir. Təqsirləndirilən şəxs müəyyən edib ifşa etmək məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirərkən, Təqsirləndirilən şəxs 25 oktyabr 2022-ci il tarixdə, saat 17 radələrində, ünvan 17 ünvanda müəyyən edilib saxlanılmış və Səbail RPİnn inzibati binasına dəvət edilmişlər. Fakla bağlı müvafiq araşdırma və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmaqla müvafiq qərar qəbul edilməsi İdarənin TŞ-nin baş təhqiqatçısı E.Həsənova həvalə edilmişdir. Baş təhqiqatçı E.Həsəsənov tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edib təqdim edilmiş, sonuncunun AR CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutmaqla, hüquq və vəzifələri izah etmişdir. Sonra baş təhqiqatçı E.Həsəsənov qəbul etdiyi şəxsi axtarış və götürülmə aparılmasına dair qərar əsasında, əməliyyat-axtarış tədbirinin iştirakçılarının o cümlədən, şübhəli şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Səyyarə Əliyevanın iştirakı ilə video-çəkiliş aparılmaqla, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasına başlamazdan öncə şübhəli şəxsə təkrarən hüquq və vəzifələrini izah edilmiş, Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələr,qanunla dövriyyəsi qadağan edilmiş əşyaların və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif etmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən iki ədəd siqaretin gümüşü kağız parçasının bükülünü,bir ədəd boş şprisi.bir ədəd qırıq vəziyyətdə olan ampulanı.bir ədəd dərman həbini,həmin gödəkçənin sol yan cibindən bir ədəd elektron tərəzini və əynindəki qara rəngli cins şalvarın qabaq sağ cibindən adına olan şəxsiyyət vəsiqəsini çıxarıb təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra Təqsirləndirilən şəxs üzərinə baş təhqiqatçı tərəfindən əlavə axtarış aparılmış və başqa heç bir əşya aşkar edilməmiş, eyni zamanda baş təhqiqatçı E.Həsənov tərəfindən Təqsirləndirilən şəxs masa üzərinə qoyduğu bir ədəd iki ədəd siqaretin gümüşü rəngli kağız bükümü açıldıqda içərisində ağ kristal şəkildə psixotrop maddəyə oxşar kütlə olması müəyyən edilmiş, sorğular zamanı Təqsirləndirilən şəxs həmin bükümlərin işərisində olan psixotrop maddə “metamfetamin” olmasını, həmin bükümləri həmin günü yəni 25 oktyabr 2022-ci il tarixdə, saat 17 radələrində, Səbail rayonu, Badamdar qəsəbəsində yaşayan Rza və tanışı Yasin verməsini, özü qəbul etmək üçün üzərində gəzdirməsini, üzərində olan həb isə halı pisləşərkən qəbul etdiyi dərman olmasını,digər əşyaları isə narkotik vasitəni qəbul edərkən istifadə etməsini bildirmişdir. Bundan sonra baş təhqiqatçı E.Həsənov tərəfindən Təqsirləndirilən şəxs aşkar edilmiş bükümləri və əşyaları ayrı-ayrı üç ədəd boş zərfə qoyulub möhürlənmiş, həmin zərf onun və digər iştirakçılar tərəfindən imzalanmışdır. Sonra baş təhqiqatçı E.Həsənov tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına və üzərindən içərisində psixotrop maddəyə oxşar iki ədəd büküm, bir ədəd həb, bir ədəd boş şpris, bir ədəd qırıq vəziyyət ampula, bir ədəd elektron tərəzi və şəxsiyyət vəsiqəsi aşkar edilib götürülməsi barədə protokol tərtib etdi, həmin protokol ucadan oxunduqdan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs özü, vəkili, axtarışda iştirak etmiş o, və digər polis əməkdaşları tərəfindən imzalanmışdır. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs göstərməsinə əsasən əməliyyat qrupu ilə birlikdə video çəkiliş aparılmaqla, Aqilin onun narkotik vasitəni əldə etdiyi ünvan 19 ünvanda yerləşən həyət evinə və əyətdəki bir mərtəbəli evə daxil olduqda, otaqların birində özlərini Yasin Fərman oğlu və X1 təqdim edən şəxslər olmasını görmüşlər. Otaqda masa üzərində Yasin Fərman oğlunun qarşısında, özünə məxsus bir ədəd üzərində “Winchester” yazısı olan siqaret qutusu olmuş, həmin qutu baş təhqiqatçl tərəfindən açılıb baxıldıqda, içərisində bir ədəd gümüşü rəngli falqa bükümü, bir ədəd sellofan bükümü və iki ədəd pul əskinazından düzəldilmiş borucuqlar olmasını görmüşlər. Baş təhqiqatçı E.Fləsənov əvvəlcə bir ədəd gümüşü rəngli falqa bükümü açdıqda içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə olmasını, ikinci selofan bükülü açıldıqda içərisində ağ rəngli kristallik şəkildə psixotrop maddə metamfetaminə oxşar kütlə olmasını görmüşlər.Sorğular zamanı Yasin Fərman oğlu gümüşü bükümdəki maddə narkotik vasitə heroin, ikinci sellofan bükümdəki kütlə psixotrop maddə metenfetamin olmasını,hər ikisi özünə məxsus olmasını, qutuda olan pul əskinazlarından düzəldilmiş borucuqlar vasitəsi ilə narkotik vasitələri qəbul etdiyini bildirmişdir.Sonra baş təhqiqatçı tərəfindən həmin maddələrin bükümlərini və iki ədəd borucuqlar boş zərfə yerləşdirib qablaşdıraraq möhürlənmişdir. Həmin zərf Yasin Fərman oğlu və əməlliyyat tədbiri iştirakçıları imza etmişlər. Bundan sonra həmin otaqda olan S.Məmmədova şəxsi əşyalarına baxış zamanı, sonuncunun əl çantasından bir ədəd sellofan bağlama,bir ədəd qara rəngli sellofan büküm, bir ədəd üzərində “20K” yazısı selofan büküm,bir ədəd elektron tərəzi və bir ədəd plastik qaşıq aşkar edilmiş, selofan bağlama açıldıqda içərisində yaşıl rəngli narkotik vasitə marixuanaya oxşar ot kütlə, bir ədəd qara rəngli sellofan büküm açıldıqda, içərisində 08 ədəd ağ rəngli selofan bükümlərdə psixotrop maddə metamfetaminə oxşar kütlə, üzərində “20K” yazısı olan bir ədəd selofan büküm açıldıqda içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə oxşar kütlə olması aşkar edilmiş, sorğular zamanı S.R.Məmmədova bağlamadakı kütlə narkotik vasitə marixuana, “20K” yazısı olan bükümdəki narkotik vasitə heroin və digər bükümdəki maddə psixotrop maddə metafetamin olmasını, həmin maddə kütlələri və tərəzi özünə məxsus olmasını bildirmişdir. Sonra baş təhqiqatçı E.Həsənov həmin maddə kütlələri olan büküm və bağlamanı, elektron tərəzi və qaşığı ayrı-ayrı boş zərflərə yerləşdirib qablaşdıraraq möhürləmiş, həmin zərflər S.Məmmədova və əməlliyyat tədbirinin iştirakçıları imza etmişlər. Bundan sonra, əməliyyat tədbiri iştirakçıları video çəkilişi davam etdirərək digər otağa keçmiş,həmin otaqda özünü ev sahibi X7 təqdim edən şəxs olması müəyyən edilmiş, həmin otaqda masa üzərində bir ədəd gümüşü rəngli folqa bükümü, bir ədəd içərisində narkotik vasitənin məhluluna oxşar maye olan şpris, iki ədəd boş şprislər bir neçə boş vəziyyətdə olan ampulalar və dərman preparatları aşkar edilmiş, bir ədəd gümüşü rəngli folqa bükümü baş təhqiqatçı tərəfindən açıldıqda içərisində qəhvəyi rəngli narkotik vasitə oxşar kütlə aşkar edilmişdir. Sorğular zamanı R.Əliyev bükümdəki maddənin narkotik vasitə heroin, bir ədəd şprisdəki mayənin heroinin məhlulu olmasını və özünə məxsus olması, həmin narkotik vasitəni evində müvəqqəti yaşayan Yasin verməsini,masa üzərində olan boş ampulalarda ineksiya yolu ilə qəbul etmək üçün narkotik vasitə hazırladığı,dərman preparatları isə səhəti ilə əlaqədar qəbul etdiyi müxtəlif dərman preparatları olmasını bildirmişdir. Bundan sonra baş təhqiqatçı həmin narkotik vasitə kütləsi olan bükümü, maye olan şpirisi, həmçinin digər şpris, ampula və dərman preparatlarını araşdırma zərurəti ilə əlaqədar boş zərfələ yerləşdirib qablaşdıraraq möhürləmiş, həmin zərfləri R.Əliyev və əməlliyyat tədbirinin iştirakçıları imza etmişlər. Məhkəmə iclasında ifadələri elan olunmuş şahidlər Şahid1 və X13 məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid4 ifadəsində göstərmişdir ki, o, pasport qeydiyyatında Cəlilabad rayonu, Alqasımlı kəndində olsada, faktiki olaraq Bakı şəhəri, Binəqədi rayonu, S.Bəhlulzadə küçəsi ev 100, mənzil 106 kirayədə yaşayır, rəsmi heç bir yerdə işləmir, fərdi olaraq Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsində yerləşən mobil telefonların satışı köşkünü icarə əsasında işlədir. O, işlətdiyi köşkü hər gün səhər saat 09:00-da açıb axşam saat 21 radələrində bağlayır. O, həmin köşkdə təzə və işlənmiş mobil telefonların, həmçinin mobil telefonlara aid aksesuarların satışı ilə məşğul olur. 19 avqust 2022-ci il tarixdə axşam saat 18 radələrində, o, işlətdiyi köşkdə olarkən oraya bir nəfər sonradan adının Təqsirləndirilən şəxs olmasını bildiyi cavan oğllan Səbail RPİ-nin 41-ci PB-nin polis əməkdaşları ilə birlikdə gəlib, onun işlətdiyi köşkü göstərək mobil telefonu satdığını bildirmişdir. O, da həmin şəxsin anket məlumatlarına əsasən tərəfindən alınmış və sonra da pərakəndə satılmış mobil telefonların sənədlərinə baxarkən, 15 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs öz şəxsiyyət vəsiqəsi ilə cəmi 300 manata satdığı “Honor X8” markalı mobil telefonun alınmasına dair sənədini tapıb polis əməkdaşlarına təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bir ədəd “Honor X8” markalı işlənmiş mobil telefonu satarkən özünə məxsus olmasını və pula ehtiyacı olduğunu bildirərək,öz şəxsiyyət vəsiqəsi ilə ona cəmi 300 manata satmış, həmin mobil telefonu alarkən o, A.Əİiyevin şəxsiyyət vəsiqəsinin sürətini çıxarıb üzərinə mobil telefonun markasını, İMEİ kodunu və alınma tarixini yazmaqla Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Aqil həmin mobil telefonu ona satarkən özünə məxsus olmasını və pula ehtiyacı olduğundan satdığını deməsini, telefonu o, alarkən Aqil oğurluq olmasını bildirməməsini, bir neçə gündən o, aldığı mobil telefonu işlətdiyi köşkdə tanımadığı şəxsə 340 manata satmasını,mobil telefonu satdığı şəxsin anket məlumatlarını bilməməsini, Aqilin şəxsiyyət vəsiqəsinin sürətinin üzərinə mobil telefonu alarkən yazdırdığı sənədin əslini təqdim etməsini, Təqsirləndirilən şəxs əvvəllər tanımamasını, sonuncunun cəmi bir dəfə qeyd etdiyi mobil telefonu ona satmasını, Aqil mobil telefonu ona satarkən yanında başqa şəxsin olmamasını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş və məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Bakı şəhəri, Səbail RPİ-nin 41-ci PB-nin əməkdaşı Şahid6 ifadəsində göstərmişdir ki, o, Səbail RPİ-nin 41-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı vəzifəsində xidmət edir. 19 avqust 2022-ci il tarixdə, saat 20:30 radələrində Səbail RPİ-nin 41 PB-nin əməliyyat müvəkkili Şahid5 ilə birlikdə telefon oğurluğunda şübhəli bilinən Təqsirləndirilən şəxs Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən 3 saylı “Asan xidmət” mərkəzinin yaxınlığında müəyyən edib saxlanılaraq, Səbail RPİ-nin 41-ci PB-nin inzibati binasına gətirilmişdir. PB-də Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlamasında şübhələr olduğundan, hüquqlarını müdafiə etməsi üçün vəkil X11 dəvət edilib təqdim edilmiş,vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçiriləcəyi, bu zaman video çəkilişdən istifadə olunacağı bildirilərək, təhqiqatçı tərəfindən hüquqları izah edilmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etməmiş, şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etməsi təhqiqatçı tərəfindən təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli metal qutunu çıxarıb masa üzərinə qoyaraq təqdim etmiş, həmin metal qutu açılıb içinə baxılan zaman içində narkotik vasitə heroinə oxşar bir ədəd gümüşü rəngli büküm, içində limon duzu olan bir ədəd büküm, bir ədəd kiçik ölçülü qayçı və şpris iynələri aşkar edilmişdir.Sonra bir ədəd gümüşü rəngli bükümün açılıb içinə baxılan zaman içərisində qəhvəyi rəngli kütlə olması müəyyən edilmişdir. Həmin kütlə olan bir ədəd büküm və digər əşyalar boş zərfə qoyularaq qablaşdırılaraq möhürlənmiş,sonra həmin zərfin üzəri və həmin bükümlər aşkar edilib götürülməsinə dair tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü, vəkili və prosesdə iştirak edən polis əməkdaşları tərəfindən imzalanmış, bütün bu hərəkətlər video çəkiliş vasitəsi ilə qeydə alınmışdır. Aşkar edilmiş narkotik vasitəyə oxşar kütlənin bükümü barədə Təqsirləndirilən şəxs sorğular apararkən, sonuncu bir ədəd gümüşü rəngli bükümdəki narkotik vasitəni təxminən 18 avqust 2022-ci il tarixdə, saat 21:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, “Nəriman Nərmanov” heykəlinin yanında əvvəllədən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata almasını və üzərində saxladığını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş və məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Bakı şəhəri, Səbail RPİ-nin 41-ci PB-nin əməkdaşı Şahid5 ifadəsində şahid polis əməkdaşı Şahid6 ifadəsində göstərilmiş xüsusatları təsdiq edərək eyni məzmunda ifadə vermişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunaraq, elan olunmuş məhkəmə-kimyəvi ekspertizasının 20 avqust 2022-ci il tarixli 6/4416 saylı rəydən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 239” möhür əksi, “Vət.Təqsirləndirilən şəxs aşkar olunmuş...” və s. sözlər,imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,692 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, 01 ədəd bükümdə təmiz çəkisi 0,360 qram şəffaf, rəngsiz kristallardan ibarət maddə kütləsi limon turşusudur, 02 ədəd şpris iynələrində narkotik vasitə heroinin izləri müəyyən edildi. Həmin iynələrdə heroin iz şəklində olduğundan təmiz çəkisinin və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmamışdır. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Limon turşusu Azərbaycan Respublikasında nəzarətdə olan maddələrin siyahılarına daxil deyildir. Ekspertin rəyi istintaqda təhlil edilmiş, düzgün və obyektiv verildiyi üçün sübut növü kimi qəbul edilərək cinayət işinə əlavə edilmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunaraq, elan olunmuş məhkəmə-kimyəvi ekspertizasının 26 oktyabr 2022-ci il tarixli 6/6202 saylı rəydən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 51” dairəvi möhür əksləri olan zərflərdə: üzərində “...Şübhəli şəxs “imza” Təqsirləndirilən şəxs...” sözləri, ad, soyad və imzalar qeyd edilmiş bir ədəd şərti olaraq 2 №-li zərfdəki 2 (iki) ədəd gümüşü rəngli kağız bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,873 qram, 0,627 qram, ümumi təmiz çəkisi 1,500 qram olan ağ rəngli kristallik maddələr, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir, 1 (bir) ədəd konvalyut kəsiyində üzərində “F/M40” göstəricisi olan 1 (bir) ədəd həbin tərkibindəki metadonun təsir maddəsinin miqdarı 0,04 qram təşkil edir. üzərində “...Şübhəli şəxs “imza” Təqsirləndirilən şəxs...” sözləri, ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 2 (iki) ədəd bükümdə olan metamfetamin (şərti olaraq 1, 2 №-li obyektlər) xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidir. üzərində “...Şübhəli şəxs “imza” Təqsirləndirilən şəxs...” sözləri, “Yasin Fərman oğlundan aşkar olunmuş...” sözləri və “X2 aşkar olunmuş...” sözləri qeyd edilmiş üç ədəd zərfdəki olan metamfetamin (şərti olaraq 1-11 №-li obyektlər) xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidir. Təqdim edilmiş 1 (bir) ədəd gümüşü rəngli elektron tərəzinin üzərində psixotrop maddə olan metamfetaminə məxsus izlər vardır. lz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların digər maddə nümunələri ilə müqayisəli tədqiqat aparılmadı. Təqdim edilmiş 1 (bir) ədəd 5 ml həcmli boş şprisin və 1 (bir) ədəd qırıq vəziyyətdə olan ampulanın içərisində narkotik vasitə olan heroinə məxsus izlər vardır. lz mikrohişsəcikləri cuzi miqdarda olduğu üçün onların digər maddə nümunələri ilə müqayisəli tədqiqatı aparılmadı. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunaraq, elan olunmuş məhkəmə-narkoloji ekspertizasının 19 dekabr 2022-ci il tarixli 7715 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunaraq, elan olunmuş ambulator məhkəmə-psixiatrik ekspertizasının 23 yanvar 2023-cü il tarixli 133 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik qeyd olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərərkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəylərini sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında 20 avqust 2022-ci il tarixli diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, 19 avqust 2022-ci il tarixdə, Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə aparılmış şəxsi axtarış və götürmə zamanı, sonuncu Səbail RPİ-nin 41-ci PB-nin inzibati binada xidməti otaqda, PB-nin baş təhqiqatçı polis mayoru F.Tarverdiyevin təklifi ilə əynindəki göy rəngli cins şalvarının sağ yan cibində saxladığı, bir ədəd gümüşü rəngli metal qutunu çıxarıb təqdim etməsi, həmin qutu açıldıqda içərisində bir ədəd kiçik ölçülü dəmir qayçı, şpisin iki ədəd iynəsi, bir ədəd içərisində şəffaf kristal-toz halında kütlə olan büküm və içərisində tünd qəhvəyi rəngli narkotik vasitəyə oxşar kütlə olan bir ədəd gümüşü falqa bükümü aşkar edilməsi əks olunmuşdur. Məhkəmə iclasında 26 oktyabr 2022-ci il tarixli diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, 25 oktyabr 2022-ci il tarixdə,Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə aparılmış şəxsi axtarış və götürmə zamanı, sonuncu Səbail RPİ-nin inzibati binada xidməti otaqda,TŞ-nin baş təhqiqatçı polis mayoru E.Həsənovun təklifi ilə əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibində saxladığı, iki ədəd siqaretin gümüşü kağız parçasının bükülünü, bir ədəd boş şprisi, bir ədəd qırıq vəziyyətdə olan ampulanı, konvalyutda olan bir ədəd həbbi, əynindəki qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd elektron tərəzini və əynindəki qara rəngli cins şalvarın qabaq sağ cibindən Təqsirləndirilən şəxs adına olan şəxsiyyət vəsiqəsini çıxarıb təqdim etməsi, həmin iki ədəd siqareti gümüşü bükülü açıldıqda içərisində ağ rəngli kristal çəkildə psixotrop maddəyə oxşar kütlə olması aşkar edilməsi əks olunmuşdur. Maddi sübut kimi tanınma haqqında 04 noyabr 2022-ci il tarixli qərardan görünür ki, 19 avqust 2022-ci il tarixli potokolla Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,692 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroin, bir ədəd bükümdə təmiz çəkisi 0,360 qram şəffaf, rəngsiz kristallardan ibarət maddə kütləsi limon turşusu, üzərində narkotik vasitə heroinin izləri olan 02 ədəd şpris iynələri, iş üzrə əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmalı, məhkəmə-kimyəvi ekspertizası keçirildikdən sonra qalıq qalmış cəmi 0,642 qram çəkidə narkotik vasitə heroin, 0,260 qram çəkidə limon turşusu, iki ədəd şpris iynələri və bir ədəd kiçik ölçülü qayçı olan bir ədəd zərf saxlanması üçün Bakı şəhəri, Səbail RPİ-yə təhvil verilmişdir. Bundan başqa, 25 oktyabr 2022-ci il tarixli protokolla Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş iki ədəd gümüşü rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,873 qram, 0,627 qram, ümumi təmiz çəkisi 1,500 qram olan ağ rəngli kristallik maddələr, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin, 1 (bir) ədəd konvalyut kəsiyində üzərində “F/M4Q” göstəricisi olan 1 (bir) ədəd həbin tərkibindəki metadonun təsir maddəsinin miqdarı 0,04 qram təşkil edən maddə, üzərində psixotrop maddə metamfetaminə məxsus izlər olan bir ədəd elektron tərəzi, içərisində narkotik vasitə heroinə məxsus izlər olan bir ədəd 5 ml həcmli boş şpris və bir ədəd qırıq vəziyyətdəki olan ampula iş üzrə əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış, məhkəmə-kimyəvi ekspertizası keçirildikdən sonra qalıq qalmış cəmi 1,400 qram çəkidə psixotrop maddəmetamfetamin, ½ ədəd metodon tərkibli həb, üzərində psixotrop maddə metamfetaminə məxsus izlər olan bir ədəd elektron tərəzi, içərisində narkotik vasitə heroinə məxsus izlər olan bir ədəd 5 ml həcmli boş şpris və bir ədəd qırıq vəziyyətdəki ampula qoyulmuş bir ədəd zərf saxlanması üçün Bakı şəhəri, Səbail RPİ-yə təhvil verilməsi nəzərə alınmışdır. Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 oktyabr 2022-ci il tarixdə tutulmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, əvvəli 25 oktyabr 2022-ci il tarixdən hesablanmaqla barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrini, ekspertiza rəyini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 177.2.1-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirləri sübuta yetirilmişdir və o, törətdiyi cinayət əməllərinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Eyni zamanda məhkəmə və məhkəməyədək istintaq zamanı Təqsirləndirilən şəxs ittiham olunduğu əməl üzrə özünü təqsirli bilmiş və müdafiəsi ilə əlaqədar dəlil gətirməmişdir. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. İş materialında olan tələbnamədən görünür ki, Əliyev X8 Hərbi Məhkəməsinin 11 fevral 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinib 03 ay 23 gün müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1, 66.5-ci maddəsi ilə təqsirli bilinib 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə hökm dəyişdirilib, cəzası 01 il 07 aya endirilmişdir və cəza müddəti başa çatdığına görə aza olunmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 69.3-cü maddəsi ilə təqsirli bilinib 01 il 11 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 5-ci bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 01 il azaldılıb və xx.xx.2021-ci il tarixdə cəza müddəti bitmişdir. Təqsirləndirilən şəxs hazırki cinayət əməllərindən ilk epizodu 15 may 2022-ci il tarixdə, ikinci epizodu 19 avqust 2022-ci il tarixdə, sonucunu isə 25 oktyabr 2022-ci il tarixdə törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Göründüyü kimi Təqsirləndirilən şəxs cinayətlərin residivi müəyyən olunmur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 177.2.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə islah olunmasını, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından barəsində seçilmiş “həbs” qətimkan tədbirinin “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə əvəz edilməsini və onun dərhal məhkəmə zalından azad edilməsini, “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini məqsədəmüvafiq hesab edir. Eyni zamanda, məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 25 oktyabr 2022-ci il tarixdən 18 may 2023-cü il tarixədək həbsdə saxlanıldığı müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla, həmin müddətin təyin olunmuş cəzadan çıxılmasını əsaslı hesab edir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Eyni zamanda ibtidai istintaq zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş məhkəmə-narkoloji ekspertizasının 19 dekabr 2022-ci il tarixli 7715 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş müsadirə olunmalı əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, ekspertizası tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulmasını, Bakı şəhəri, Səbail RPİ-də saxlanılan bir ədəd bükümdə təmiz çəkisi 0,692 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinin, bir ədəd bükümdə təmiz çəkisi 0,360 qram şəffaf, rəngsiz kristallardan ibarət maddə kütləsi limon turşusu, üzərində narkotik vasitə heroinin izləri olan 02 ədəd şpris iynələri, məhkəmə-kimyəvi ekspertizası keçirildikdən sonra qalıq qalmış cəmi 0,642 qram çəkidə narkotik vasitə heroinin, 0,260 qram çəkidə limon turşusunun, iki ədəd şpris iynələri və bir ədəd kiçik ölçülü qayçının məhv edilməsini, şəxsi axtarış aparılan zamanı çəkilmiş video görüntülər əks olunmuş iki ədəd “DVD” formatlı “CD” diskin cinayət işinin materiallarında saxlanılmasını əsaslı hesab edir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulacaq əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, cəzaların qismən toplamaq yolu ilə 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 25 oktyabr 2022-ci il tarixdən 18 may 2023-cü il tarixədək həbsdə saxlanıldığı müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla üzərində qəti olaraq 01 (bir) il 10 (on) ay 14 (on dörd) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonun ərazi hüdudlarını tərk etməmək, ünvan 20 ünvanındakı yaşayış yerini hər gün saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli məhkumun Bakı Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilsin. Bakı şəhəri, Səbail RPİ-də saxlanılan bir ədəd bükümdə təmiz çəkisi 0,692 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd bükümdə təmiz çəkisi 0,360 qram şəffaf,rəngsiz kristallardan ibarət maddə kütləsi limon turşusu, üzərində narkotik vasitə heroinin izləri olan 02 ədəd şpris iynələri, məhkəmə-kimyəvi ekspertizası keçirildikdən sonra qalıq qalmış cəmi 0,642 qram çəkidə narkotik vasitə heroin, 0,260 qram çəkidə limon turşusu, iki ədəd şpris iynələri və bir ədəd kiçik ölçülü qayçı məhv edilsin, şəxsi axtarış aparılan zamanı çəkilmiş video görüntülər əks olunmuş iki ədəd “DVD” formatlı “CD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 175 (yüz yetmiş beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Az.MEM, VÖİN **********, X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-146/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-146/2023
18.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver