Məhkəmə qərarları › İş №1(009)-146/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-146/2025

29.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-146/2025 29.09.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Talıbova Fəridə Fərhad qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1971-ci ildə Quba şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, əvəllər məhkum olunmamış, işləməyən, Abşeron rayonu, Fatmayı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olması ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, o, 16 iyun 2024-cü il tarixdə, axşam saat 23:30 radələrində, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci massivi, döngə 7 ünvanında yerləşən fərdi yaşayış evin həyətində ailə-məişət zəmnində yaranmış mübahisə zamanı qızının keçmiş qaynı Zərərçəkmiş şəxs sol əl nahiyyəsinə bıçaqla qəsdən vuraraq, sonuncunun sol əlin İİİ, İV, V barmaqlarının bükücü vətərlərinin zədələnməsi və hərəkət məhdudluğu ilə müşayiət olunan əlin İİİ, İV, V barmaqlarının ovuc səthlərinin kəsilmiş yaraları ilə müşayət olunan, həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü qismən təqsirli bilmişdir. Bildirmişdir ki, qızı boşanıb. İki dənə uşaqları var. Boşanmadan sonra oğlan ev aldı. Təmir etdi. Öz aralarında danışıblar ki, iyun ayında evi boşaldacaqlar. Gözləyirlər ki, ayın axırına kimi vaxtı var. Ayın 15-i Qurban bayramı günü qızı zəng vurdu ki, oğlan gəlib girib evə. Qapını da arxadan bağlayıb. Gəldim ki, aç qapını əşyalarımızı götürək çıxaq gedək. Dedi ki, yox anam gəlsin sonra. Gözlədik anası və iki qardaşı gəldilər. Dedik ki, qapını açın əşyalarımızı götürək gedək. Onlar dedilər yox sabah gələrsiz. Taksi gözləyirdik. Mən dabankeş götürmüşdüm. Köhnə dabankeş idi, kənarları iti idi. Məni itələyən zaman dabankeş onun əlini kəsib. Üzərimdə bıçaq yox idi. Qardaşı ifadə verib ki, mən ona bıçaq vurmuşam. İfadələr veriblər ki, küçədə mən bunların üzərinə hücum çəkmişəm. 4 nəfər cavan oğlandır. O ifadəni müstəntiqə əlavə elətdirdi. Bunlar hamısı yalan söhbətlərdir. Yoldaşımın xalası da bizimlə idi. Biz şikayət etmədik. Dedik lazım deyil. Barışığa gedək. Özümü müdafiə etmək üçün götürmüşdüm. 4 nəfər idilər. Qızımın yanında təhqir olunmaq istəmədim. Barışıqla bağlı danışırıq. Müalicə xərcləri istəyirlər. Təxminən 3500 manat. Maddi cəhətdən çətinliklərim var. Əməlimdən peşmanam. Məhkəmə istintaqı zamanı dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, Azər qardaşının keçmiş yoldaşının atasıdır. Qardaşı yeni evdə almışdı, keçmiş gəlinləri evdən çıxmırdı. Həmin vaxt rayondaydıq, öyrəndik ki mübahisədi, qardaşım tək qalmasın deyənə gəldik. 16 iyun 2024-cü il tarixində Badamdar, Səbail rayonu 1-ci massiv 7-ci döngə ünvanına gəlib çatdığımız zaman mübahisə əlbəyaxaya doğru keçirdi, həmin vaxtı mən Azəri çıxarırdım qapıdan bayıra ki, artıq çıxın evdən. Mən Azəri çölə çıxaranda Azər səni öldürəcəyəm bıçağı üzümə atarkən, mən əlimlə tutdum barmağımın sinirləri kəsildi. Əməliyyat olmuşam. Şikayətçiyəm. Məhkəmə istintaqı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Şahid5 onun keçmiş həyat yoldaşı olub. Ayrıldıqdan sonra Elmira azyaşlı uşaqları ilə birlikdə Badamdar qəsəbəsində yerləşən ailəsinə aid həyət evində yaşamağa davam etmişdir. 2024-cü ilin təxminən əvvəllərində o, keçmiş arvadı Elmira ilə razılaşmış ki, o, uşaqlarına ayrıca mənzil alıb təmir edib təhvil versin və o Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən ailəsinə aid həyət evini boşaltsın. O, razılığa əsasən ayrıca mənzil alıb təmir edib Elmiraya təqdim etsə də, sonuncu həyət evindən çıxmamış, yeni evə köçməyi ləngitmiş, nəhayət son razılaşmaya əsasən Elmira həmin evdən 15 iyun 2024-cü ildə əşyaları ilə birlikdə çıxıb, həyət evini tam boşaltmasına söz versə də yenə müxtəlif bəhanələr gətirərək evi boşaltmamışdır. Bundan sonra o,16 iyun 2024-cü il tarixdə günün günorta saatlarında Elmira ilə əlaqə saxladıqda, sonuncunun yenə evdən çıxmamasını və bəhanələr gətirməsini görüb, həmin məsələni həll etmək üçün tək saat 18 radələrində, Badamdar qəsəbəsinə Elmiranın yaşadığı evə gəlmiş, Elmira evdə tək olmuş, uşaqlar Quba rayonunda onun anası gildə olmuşlar. O, yenə Elmira ilə evdən çıxmamasının səbəbi üstündə aralarında mübahisə yaranmış Elmira evdən gah çıxmayacağını, gah da evdən çıxmaq üçün yeni şərtlər və tələblər qoymuşdur. Bundan sonra, o, evin qapısını bağlayaraq Elmiraya atası Azərə zəng edib çağırmasını və evi dərhal boşaltmalarını tələb etmişdir. Elmira zəng edib atasını çağırmış və saat təxminən 19 radələrində oraya Azər gəlmiş, yenə aralarında mübahisə yaranmışdır. Bu zaman o, qohumu Şahid3 zəng edib Badamdar qəsəbəsində yerləşən həyət evinə gəlməsini xahiş etmişdir. Əfqan Badamdar qəsəbəsində olduğundan qısa vaxt ərzində oraya gəlib çıxmışdır. Azər harasa çıxıb getdi.Təxminən bir saatdan Azər yenə həyətə gələndən təxminən yarım saat sonra o, həyətin küçə qapısı qarşısında qadın səsi gəlməsini eşitmiş, o, qapını daldan bağladığı üçün Azər gedib qapını açmaq istəyərkən, o, Azərə həyətə kənar adam çağırmamasını bildirərək qapını açmağa qoymamış, qapıdan kənara itələmişdir. Bu zaman Azər bıçağı onun üstünə çıxararaq küçə qapısını açmaq istəmiş, o taxta pol ağacını qarşısına tutataq Azəri bıçaqla yaxına buraxmamışdır. Bunu görən qohumu Əfqan Azərin əlindən mətbəx bıçağını alıb harasa kənara atmışdır. Həmin vaxt Elmira onun qapıdan kənarda olmasından istifadə edib həyət qapını açmış və həyətə Elmiranın qohumu xalası kimi çağırdıqları Səvda xanım gəlmiş, Sevda həyətə daxil olan kimi onun ünvanına qıcıqlandırıcı sözlər deməyə başlamışdır. Kiçik qardaşı Həbib Azərə arxadan yaxınlaşıb əlləri ilə belindən tutub qaldıraraq küçə darvazasına tərəf itəliyərək aparmış, arxasınca Elmira və Sevdanı qapıya tərəf o, və Seyhun itəliyib həyətdən küçəyə çıxardarkən, Azər küçə qapısının içində hardansa çıxardığı mətbəx bıçağını Həbibin boyun nahiyyəsinə tərəf hərrəyərkən, Həbib bıçaq bədəninə dəyməsin deyə özünü qorumaq üçün əlini atıb bıçağın tiyəsindən tutub qarşısını almışdır. Sonra Azəri, Elmiranı və Sevdanı darvazadan bayıra çıxarıb qapını arxadan bağlamışlar ki, həmin şəxslər həyətə girib dava salmasınlar. Məhkəmə istintaqı zamanı dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Şahid1 onun qohumumdur. Coşqun ilə Elmira boşanıblar. X1 ilə razılaşmışdır ki, onlara ayrıca mənzil alıb təmir edəcək və o ailəsinə məxsus həyət evini boşaldacaq. Coşqun əməl edib Yasamal rayonu ərazisində mənzil alıb Elmiraya versə də, Elmira həmin mənzilə köçməyi hər dəfə ləngidərək vədinə əməl etməmiş, bu səbəbdən aralarında mübahi yaranmışdır. 16 iyun 2024-cü il tarixdə axşam saatlarında təsadüfən Səbail rayonu Badamdar qəsəbəsi ərazisində olarkən Coşquna zəng edib əlaqə saxladıqda, o, Badamdar qəsəbəsində yerləşən həyət evində olmasını və keşmiş arvadı Elmira ilə həmin evdən köç ilə əlaqədar mübahisə yarandığını bildirdi. Məndən də xahiş etdi ki, vaxtım varsa onun yanına gəlim. Mən də Coşqunun çağırışı ilə həmin ünvana getdim. Mən oraya çatdıqda orada Coşqun, Elmira, Elmiranın atası Azər bir də onların aralarında yaranmış mübahisəyə görə çağrılmış üzrə 41-ci PB-nin polis əməkdaşları var idi, polis əməkdaşları onlardan izahat alırdılar. Azər harasa getdi, həyətdə mən, Elmira və Coşqun qaldıq.Təxminən bir saatdan sonra Azər yenə həyət döndü, Azər gələndən təxminən yarım saat sonra həyətin küçə qapısı qarşısında qadın gəldiyini eşitdik. Coşqun qapını arxadan bağladığı üçün Azər gedib qapını açmaq istədi. Coşqun Azərə həyətə kənar adam çağırmamasını bildirərək ona qapını açmağa qoymadı, qapıdan itələdi, bu zaman Azər hardansa həyətdəki mətbəxdən götürdüyü bıçağı Coşqunun üstünə çıxararaq küçə qapısını açmaq istədi. Coşqun isə qapı arxasında qoyduğu taxta pol ağacını qarşısına tutataq Azəri özünə yaxın buraxmadı, bunu görən mən yaxınlaşıb Azərin əlindən mətbəx bıçağını götürdüm və həyətin yuxarı naməlum istiqamətinə atdım. Bu zaman qapıdan kənarda olmağımızdan istifadə edib Elmira həyət qapısını açdı və həyətə onların qohumunu çağırdı. Sevda Coşqunun ünvanına qıcıqlandığıcı sözlər deməyə başladı. Mən də böyük qardaşı Seyhuna zəng edib orada baş verənlər barədə məlumat verdim, Seyhun da öz növbəsinə oraya çıxıb gələcəklərini bildirdi. Sonra təxminən 23:30 radələri olardı ki, Coşqunun anası Lalə, böyük qardaşı Seyhun və kiçik qardaşı Həbib gəlib çıxdılar. Lalə xanım həyətə daxil olduqda salamlaşdı, sonra Azərə irad bildirdi ki, nəyə görə vədlərinə əməl edib evdən çıxmırlar onları gecə ilə Bakıya gətizdiriblər. Seyhun tələb etdi ki, təcili şəkildə tərk etsinlər Həbib Azərə yaxınlaşıb əlləri ilə sinəsindən tutub qaldıraraq küçə darvazasına tərəf itəliyərək apardı, arxasınca Elmira və Sevdanı qapıya tərəf Coşqun və Seyhun itələyib həyətdən küçəyə çıxararkən, Azər küçə qapısının içində hardansa çıxardığı mətbəx bıçağını Həbibin boyun nahiyyəsinə tərəf tutarkən Həbib bıçaq bədəninə dəyməsin deyə özünü qorumaq üçün əlini atıb qarşısını aldı. Sonra biz Azəri, Elmiranı və Sevdanı darvazadan bayıra çıxarıb qapını arxadan bağladıq. Məhkəmə istintaqı zamanı dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Coşğun və Elmira ayrılmışlar. Buna baxmayaraq Elmira azyaşlı uşaqları ilə birlikdə, Badamdar qəsəbəsində yerləşən həyət evində yaşamağa davam etmiş, oğlu Coşqun ikinci dəfə ailə həyatı qurmuş və Bakı şəhəri, Nərimanov rayonu ərazisində kirayədə yaşamışdır. Coşqun keçmiş arvadı Elmira ilə razılığa gəlmişdir ki, oğlu sonuncuya və uşaqlarına ayrıca mənzil alsın, Elmira həmin mənzilə köçərək, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən ailəmizə aid həyət evindən çıxsın. Coşqun razılığa əsasən ayrıca mənzil alıb təmir edərək Elmiraya təqdim etsə də, sonuncu həyət evindən çıxıb yeni evə köçməyi ləngitmiş, nəhayət son razılığa əsasən Elmira həmin evdən 15 iyun 2024-cü ildə əşyaları ilə birlikdə çıxmağa söz versə də, yenə müxtəlif bəhanələr gətirərək evi boşaltmamış evdən çıxmasını ləngitmişdir. 16 iyun 2024-cü il tarixdə o, Quba şəhərində evində olarkən, böyük oğlu Şahid6, qardaşı Coşqun zəng edərək, Səbail rayonu, Badamdar qəsəbəsindəki evlərindən Elmiranın çıxması ilə əlaqədar aralarında mübahisə yaranmasını, yenə Elmira evdən çıxmasını uzatdığına görə aralarında mübahisə yaranmasını bildirmişdir. Seyhun ona birlikdə təcili həmin ünvana getməsini təklif edərək, Coşqunun orada tək qalıb problemə düşməməsini bildirmişdir. Həmin günü yəni 16 iyun 2024-cü il tarixdə, saat 21:30 radələrində, o, Seyhun və Həbib Quba rayonundan Bakı şəhərinə yola çıxmış, axşam saat 23:30 radələrində evə çatmışlar. O, Seyhun və Həbib küçə darvazasından həyətə daxil olduqda, orada həyətdə o, Coşqunu, qohumu Əfqanı, keçmiş gəlini Elmiranı, atası Azəri və qohumları xala kimi çağırdıqları Sevda xanımı görmüş, həyətdə hərə bir tətəfdə sakit oturmuşlar. O, həyətə daxil olduqda ümumi şəkildə salamlaşaraq, Elmira gilə irad kimi nəyə görə vədlərinə əməl edib evdən çıxmamalarını və özlərini gecə yarısı rayondan Bakı şəhərinə gətizdirdiklərini bildirmişdir. Eyni zamanda böyük oğlu Seyhun qardaşı Coşqundan, keçmiş ailəsini götürüb ata evlərini təcili şəkildə tərk etməsini tələb etmişdir. Bu zaman Seyhunun sözünə Azər müdaxilə edərək mübahisə etməyə başlayaraq, oturduğu pilləkəndən qalxıb Seyhuna tərəf getmək istəyərkən ayağı büdrəmiş və yerə yıxılsa da heç bir xəsarət almamışdır. Bu zaman kiçik oğlu Həbib Azərə arxadan yaxınlaşıb əlləri ilə belindən tutub qaldıraraq küçə darvazasına tərəf sirüyərək aparmış, arxasınca Elmira və Sevdanı qapıya tərəf digər oğlanları itəliyib həyətdən küçəyə çıxardarkən Azər küçə qapısının içində hardansa çıxardığı mətbəx bıçağı bədəninə dəyməsin deyə Həbib özünü qorumaq üçün əlini atıb bıçağın tiyəsindən tutub qarşısını almışdır. Sonra Azəri, Elmiranı və Sevdanı darvazadan bayıra çıxarıb küçə qapısını arxadan bağlamışlar. Məhkəmə istintaqı zamanı dindirilmiş Şahid6 izahatında bildirmişdir ki, qardaşı Coşqun keçmiş arvadı ilə razılığa gəlmişdir ki, Coşqun ona və uşaqlarına ayrıca mənzil alsın, Elmira həmin mənzilə köçərək, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən ailələrinə aid həyət evini boşaltsın. Sonra Coşqun razılığa əsasən ayrıca mənzil alıb təmir edərək Elmiraya təqdim etsə də, Elmira köçməyi ləngitmişdir. 2024-cü ildə iyun ayında əşyaları ilə birlikdə çıxmağa söz versə də yenə müxtəlif bəhanələr gətirərək boşaldıb çıxmağı ləngitmişdir. Bundan sonra 16 iyun 2024-cü il tarixdə evində olarkən qohumu Şahid3 zəng edib Coşqun onu evə çağırmasını, orada keçmiş arvadı Elmiranın evdən çıxması ilə əlaqədar aralarında mübahisə yaranmasını bildirmişdir. O, Əfqana həmin ünvana təçili gələcəyini demişdir. Evlərinə çatmış, o, anası Lalə və Həbib küçə darvazasından həyətə daxil olduqda, orada həyətdə Coşqun, qohumu Əfqan bir tərəfdən, digər tərəfdən Elmira, atası Azər və qohumları xala kimi çağırdıqları Sevda xanım olmuş, hamısı sakit həyətdə oturmuşdurlar. Anası Lalə həyətə daxil olduqda ümumi şəkildə hamı ilə salamlaşmış, sonra nəyə görə vədlərinə məl edib evdən çıxmıllar və bizi gecə yarısı rayondan Bakı şəhərinə gətizdirdiklərini Azərə irad bildirmiş, eyni zamanda o, qardaşı Coşqundan keçmiş ailəsini götürüb ata evlərini təcili şəkildə tərk etməsini tələb etmişdir. Bu zaman onun sözünə Azər müdaxilə edərək mübahisə etməyə başlayıb, pilləkəndən qalxıb ona tərəf gelmək istəyərkən ayağı büdrə-yib yerə arxası üstə yıxılsa da heç bir xəsarət almamışdır. Bu zaman Həbib Azərə öndən yaxınlaşıb əlləri ilə sinəsindən tutub qaldıraraq küçə darvazasına tərəf itəliyərək aparmağa başlamış, həmin vaxt Elmira və Sevda arxasınca gedərək Azəri buraxmasını Həbibdən tələb etmişlər. Bu zaman Azər küçə qapısında belindən çıxardığı mətbəx bıçağını Həbibə “səni öldürərəm deyə” boynuna tərəf biçağı tutmaq istəyəndə Həbib bıçaq bədəninə dəyməsin deyə özünü qorumaq üçün əlini atıb qarşısını almışdır. Əfqan Həbibi avtomobilə mindirib xəstənaya getmiş, o, anası və qardaşı Coşğun həyətinə girib qapını arxadan bağlamışlar. Məhkəmə istintaqı zamanı dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, o, ailə üzvlərilə birlikdə ünvan 4 ünvanında yaşayır. Şahid5 onun bacısı nəvəsidir. 2015-ci ildə qohumu Şahid5 həmyerlisi Şahid1la ailə həyata qurmuş, birgə nigahlarından iki nəfər azyaşlı uşaqları olmuş, 6 il ailə həyatı yaşadıqdan sonra, ailədə yaranmış söz-söhbətdən 2022-ci ildə, həmin ailə yəni Elmira və Coşqun ayrılmışdır. Buna baxmayaraq Elmira bir müddət Coşqunla nikahda olduğu dövrdə yaşadığı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən həyət evində yaşamışdı. 2024-cü ilin əvvəllərində Coşğun Elmiraya və iki azyaşlı uşaqlarına yaşamaları üçün Yeni Yasamal qəsəbəsində yerləşən yeni tikilmiş binada mənzil almış, həmin il təmir edildikdən sonra Elmira uşaqları ilə birgə yaşamaq üçün oraya köçməli idi. Coşqun Elmiraya 2024-cü ilin iyin ayının axırlarına kimi köçməyə vaxt vermişdir. 16 iyun 2024-cü il tarixdə axşam saat 21 radələrində Elmiranın anası Fərəh ona zəng edərək, Quba rayonunda olmasını, Elmiranın keçmiş əri Coşqun yaşadığı Badamdar qəsəbəsindəki evə gəlməsini Elmiranı uşaqları ilə birlikdə evdən çıxarmasını bildirərək, ondan həmin evə gedib Coşqundan bir neçə gün möhlət almasını xahiş etmişdir. Azər evin pilləkəində oturmuş vəziyyətdə olmuş, Lalə, Seyhun və Həbib həyətə daxil olan kimi ümumi salamlaşaraq Azər tərəfə gedərək, bu nə biyabırçılıq olmasını, nəyə görə qızı boşaltmamasını soruşmuş, Azər də oturduğu yerdən qalxıb sakitçə Laləyə ev əşyalarını rahat yığıb köçürmələri üçün bir neçə gün vaxt vermələrini bildirdikdə, söhbətə Seyhun müdaxilə edrək, evi həmin günü köçürmələrini tələb edərək, Azərin üstünə hücum çəkib əli ilə vurmaq istəmişdir. Azər özünü saxlaya bilməyib yerə yıxılmışdır. Sonra qardaşlar birləşərək onu, Azəri Elmiranı itəliyərək həyətdən bayıra çıxartmağa başlamışlar. Bu zaman o, iki dəfə yerə yıxılmış, qardaşlar yenə onları bayıra küçəyə fiziki qüvvə tədbiq edib çıxararaq həyətin qapısı arxadan bağlanmışdır. O, Azər və Elmira küçədə dayanıb çağrılmış taksinin gəlməsini gözləyərkən, həyətdən Həbib və Əfqan çıxıb harasa gedərkən, Həbib yenə onların ünvanına nalayıq ifadələr işlətmişdir. Arxasınca Seyhun və Coşqun həyətdən çıxıb üstlərinə hucum çəkmişdirlər. Azərin əlində bıçaq görməməsini, sonuncunun Həbibi bıçaqla vurmasını görməmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, heç bir yerdə işləmir,evdar qadındır. 16 iyun 2024-cü il tarixdə keçmiş əri Coşqun onunla əlaqə saxlayaraq evin boşaltması ilə maraqlanmış, bir gün möhlət verməsini istəmiş, lakin Coşqun razı olmamış və evə gələrək, həyətdən evə olan qapını bağlayaraq onu evə buraxmamış, zəng edib atasını çağırmasını və həmin günü evin əşyalarının boşaltmasını tələb etmişdir. Xalası Sevda gəlmiş, Coşğun Sevdanı buraxmaq istəməmiş, bunun üstündə atası ilə Coşqunun arasında mübahisə yaranmış sonra Coşqunun anası Lalə, böyük qardaşı Seyhun və kiçik qardaşı Həbib gəlib çıxmışdır. Seyhun köçmələrini tələb edərək atasının üstünə hücum çəkib əli ilə vurmaq istəyərkən atası özünü saxlaya bilməyib yerə yıxılmışdır. Bu zaman Coşqunun kiçik qardaşı Həbib atasına yaxınlaşıb əli ilə belindən tutub yerdən qaldıraraq küçə qapısına tərəf itələyərək aparmış, xalası Sevda ilə dava düşməsin deyə yaxınlaşdıqda, Coşqun və Seyhun hər ikisini küçəyə itəliyib çıxarmışlar. Atası Azərin əlində bıçaq olmamış və Həbibi bıçaqla vurmamışdır. İş materiallarında olan 20 dekabr 2024-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (c.i.v. 1-2). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Məhkəmə- Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyi X2 19 iyun 2024-cü il tarixli 290 nömrəli rəyindən görünür ki, vət.Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər-sol əlin lll, İV, V barmaqlarında ağır və hərəkət məhdudluğu ilə müşayiət olunan sol əlin İİİ, İV, V barmaqlarının ovuc səthlərinin kəsilmiş yaraları kəsici xarakterli alətin təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunan göstərdiyi şəraitdə, yəni 17 iyun 2024-cü il tarixdə qeyd olunan nahiyələrə bıçaqla vurma nəticəsində əmələ gələ bilərdilər. Vət.Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərin sağlamlığa zərərvurma dərəcəsi onun müalicəsi tam başa çatdıqdan və hadisədən 120 gün keçdikdən sonra şəxsin əlavə məhkəmə-tibbi müayinəsindən sonra təyin edilə bilər (c.i.v.69-72). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Məhkəmə- Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyi X2 23 avqust 2024-cü il tarixli 05/290 nömrəli rəyindən görünür ki, vət.Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər-sol əlin İİİ, İV, V barmaqlaqlarının bükücü vətərlərinin zədələnməsi və hərəkət məhdudluğu ilə müşaiyət olunan əlin İİİ, İV, V barmaqlarının ovuc səthlərinin kəsilmiş yaraları iti kənarlı əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, 17 iyun 2024-cü il tarixdə, qeyd olunan nahiyələrə iti kənarlı alətlə, ola bilsin bıçaqla vurma nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər (c.i.v.88-92). İş materiallarında olan 24 dekabr 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (c.i.v.119). İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə 14 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (c.i.v.184-185). İş materiallarında olan “qətimkan tədbirinin seçilməsi” barədə 14 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (c.i.v.192). İş materiallarında olan 30 sentyabr 2024-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (c.i.v.103). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilsə də, zərərçəkmiş şəxsin, şahidlərin ifadəsi, ekspert rəyi, maddi sübutlar və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin qeyd edilən qaydada ifadə verməsini və ona qarşı elan olunmuş ittihamda özünü təqsirli bilməməsi onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin belə ifadə verməsi məsuliyyətdən yayınmaq məqsədilə verilmiş ifadədir, onun bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma-iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri və işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, cəzanı yüngülləşdirən halın olmasını və ağırlaşdıran halların olmamasını, məhkəmə iclasındakı davranışını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah olunması mümkündür, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunması məqsədəuyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini – ünvan 1 ünvanını axşam saat 22:00-dan səhər saat 06:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 saylı Qərarına əsasən ödənilən haqq artırılaraq 11 manat müəyyən edilmiş və bu qərar 29 aprel 2025-ci il tarixdən qüvvəyə minmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 550 manat pul ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini ünvan 1 ünvanını axşam saat 22:00-dan səhər saat 06:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə müdafiə edilməsinə görə 550 (beş yüz əlli) manat dövlət büdcəsindən tutulularaq Müdafiəçi ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar