Məhkəmə qərarları › İş №1(009)-147/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-147/2021

22.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-147/2021 22.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər: Bakı şəhəri, 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, Bakı şəhərində 22 iyun 2021-ci il tarixdə saat 15:00-da xx xxxxx 1991-ci ildə Ağdam rayonu, Eyvazxanbəyli kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, məhkumluğu olmayan, “BP” şirkətində operator işləyən, Ağdam rayonu, Eyvazxanbəyli kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvansız fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirli bilinmişdir ondan ötrü ki, Təqsirləndirilən şəxs 27 noyabr 2020-ci il tarixdə verdiyi analizin nəticəsinə əsasən yeni növ koronavirus (COVİD- 19) infeksiyasma yoluxmaqla hava-damcı yolu ilə keçən həmin yoluxucu xəstəliyin daşıyıcısı olduğunu bildiyi halda, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli, 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri- yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin- təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydalarf’nm, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1 may 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karanlin nəzarətinə götürülmə və təcrid olunma Qaydaları”nın 4.5.5-ci maddəsinin, yəni “Yaşadığı və ya olduğu yerdə karantin nəzarətinə götürülmüş şəxs mənzili (evi) tərk etməməlidir” tələblərini pozaraq, yaşadığı ünvanı tərk etməməsi barədə xəbərdar olunmasına, eləcə də özünə 27 noyabr 2020-ci il saat 19:56:29-dan 11 dekabr 2020-ci il saat 19:56:29-dək, yəni 14 gün ərzində karantin müddəti təyin edilməsinə baxmayaraq, ona təyin edilmiş məhdudiyyətlərə riayət etməyib yaşadığı ünvan 1 ünvansız fərdi evi tərk edərək 29.11.2020-ci il tarixdə saat 16:11-də Bakı şəhəri. Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsinin sonunda. Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi 450 mənzilli köçkün qəsəbəsində, Sabunçu rayonu, Maştağa Zabrat şosessinin sağ kənarında 40 saylı torpaq sahəsində, saat 16:15-də Sabunçu rayonu, Zabrat Aeroport yolunda, saat 17:09-da Sabunçu rayonu, Ramana qəsəbəsi 3 saylı massivdə, 01.12.2020-ci il tarixdə saat 11:06-da Bakı şəhəri, Suraxanı rayonu. Bülbülə qəsəbəsi. Samir Əliyev küçəsində, saat 1 l:08-də Bakı şəhəri, Yeni Suraxanı qəsəbəsi, Bakı-Aeroport yolu 7 km-də, saat 11:11 -də Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 1 ünvanında, saat 11:24-də Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti 105 ünvanında, saat 11:27-də ünvan 4 saat 1 l:37-də Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 1 ünvanında, saat ll:45-dən saat 12:25-dək Sabunçu rayonu, Bülbülə qəsəbəsində, saat 13:18-dən saat 14:10-na kimi “Koroğlu” metrostansiyası, Nərimanov rayonu, Xoyski prospekti 118 A, Bakı şəhəri, Həsənoğlu küçəsi 105 nömrəli pavilyonda, Bakı şəhəri, A.M.Cümə küçəsi 1 saylı binanın həyətində, Bakı şəhəri, Xətai rayonu, Y.Səfərov küçəsində, ünvan 7 ünvanında, 03.12.2020-ci il tarixdə saat 10:19-dan saat 20:28-dək, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, ünvan 9 ünvanında, Bakı şəhəri. Yeni Suraxanı qəsəbəsi, Bakı-Aeroport yolu 7 km-də, ünvan 11 ünvanında, 04.12.2020-ci il tarixdə saat 15:32-dən saat 17:34-dək Suraxanı rayonu, Əmircan qəsəbəsi, Buta Palasda, ünvan 13 ünvanında, Bakı şəhəri, Sabunçu rayonu, Bülbülə qəsəbəsində, Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi 17 dağlıq ünvanında, Bakı şəhəri, Nərimanov rayonu, Hacı Murad küçəsində, 05.12.2020-ci il tarixdə saat 12:27-dən saat 15:32-dək Bakı şəhəri, Yeni Suraxanı qəsəbəsi, Bakı-Aeroport yolu 7 km-də, 06.12.2020-ci il tarixdə saat 10:56-dan saat 12:56-dək Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində, Bakı şəhəri, H.Əliyev prospekti, Olimpik stadionda, 07.12.2020-ci il tarixdə saat 11:14-dən saat 14:29-dək Bakı şəhəri, Xətai rayonu, Y.Səfərov küçəsi, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində, Bakı şəhəri, Z.Bünyadov küçəsi ilə H.Əliyev prospektinin kəsişməsində, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospektində, 09.12.2020-ci il tarixdə saat 14:44-dən 17:06-dək Nizami rayonu, 8 km, E.Süleymanov küçəsində olmuş, son olaraq 11 dekabr 2020-ci il tarixdə saat 09 radələrində özünün idarə etdiyi “Mercedes Bcnz C 180 minik” markalı **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Səbail rayonu, Azadlıq prospekti istiqamətində hərəkət etməklə epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və xüsusi karantin rejimini pozub bədənində, paltarında və sair formada yeni növ koronavirus (COVİD-19) infeksiyasını bir yerdən başqa yerə daşımaqla digər şəxslərin yoluxmalarına real təhlükə yaratmış, idarə etdiyi avtomobillə inzibati xəta törətdiyinə görə yol patrul xidməti əməkdaşı tərəfindən Bakı şəhəri, Səbail rayonu. Azadlıq prospekti ilə Ü.Hacıbəyli küçəsinin kəsişməsində saxlanılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2015-ci il tarixdən ailəlidir və himayəsində iki azyaşlı övadı var. Özü “BP” neft şirkətinin platformasında operator işləyir. 27 noyabr 2020-ci il tarixdə platformada olarkən yeməkxanaya daxil olduqda işçilərin hərarətini ölçərkən 3 nəfər işçinin hərarətinin normadan artıq olması müəyyən edilmişdir. Buna görə də həmin şəxslər müayinə olunması üçün klinikaya göndərilmişlər. Sonra onlara məlum olmuşdur ki, həmin şəxslərdə COVİD-19 virus infeksiyası aşkar olunmuşdur. Buna görə də 27 noyabr 2020-ci il tarixdə Tibbi ərazi bölmələri idarəetmə birliyindən həkimlər gələrək platformada onunla birlikdə 7 nəfər işçini də COVİD-19 virus infeksiyasına görə testdən keçirtmişlər və onlarda da testin nəticəsinin pozitiv olduğunu bildirərək 14 gün müddətinə evdə müalicə olunmaq üçün göndərmişlər. Onun hərarəti olmamışdır və ümumiyyətlə özündə COVİD-19 virus infeksiyasının heç bir əlaməti yoxdur. 11.12.2020-ci il tarixdə o, azyaşlı övladma dərman vasitəsi almaq üçün evdən çıxmışdır. Yolda inzibati xəta törətdiyinə görə onu yol patrul xidməti əməkdaşı saxlamış və portal vasitəsi ilə yoxladıqda ona bildirmişdir ki, onda COVİD-19 virus infeksiyası vardır. Buna görə də polis əməkdaşları gələrək onu aparmışlar. COVİD-19 virus infeksiyasına yoluxmağı ona yazılı formada heç bir sənəd təqdim olunmamışdır. Yalnız şifahi formada bunu demişdirlər. Alacağı dərman vasitəsi hər aptekdə olmur. Dərmanı o, tanışı ilə görüşərək Səbail rayonu, Bayıl qəsəbəsi ərazisində götürəcəkmiş. 28 noyabr 2020-ci il tarixdən 11 dekabr 2020-ci il tarixədək o, evdə olmuş və heç kəslə təmasda olmamışdır. Həmçinin 11 dekabr 2020-ci il tarixdə də çölə çıxarkən şəxsi avtomobilində olmuş və heç kəslə təması olmamışdır. Onun atası Bakı şəhərində yolları yaxşı tanımadığı üçün harasa gedəndə naviqasiya sistemindən istifadə edir. Atasının öz mobil telefonu sadə telefon olduğu üçün onun mobil telefonunu götürür və onun telefonunda olan naviqasiya sistemindən istifadə edir. Buna görə də “Bakcell MMC”- dən daxil olan diskdə qeyd olunan tarixlərdə və saatda mobil telefon atasında olmuş və həmin ünvanlara atası getmişdir. Həmin tarixlərdə o, yaşadığı ünvan 1ndə evdə olmuşdur. Yalnız 11 dekabr 2020-ci il tarixdə o, evdən çıxmış, həmin tarixdə də o, analiz vermiş və müəyyən olunmuşdur ki, həmin gün o, sağlam olmuşdur. Bu barədə də həmin tarixdə istintaqa sənəd təqdim etmişdir. Ona görə ki, özünü təqsirli bilməmişdir ki, o, 11 dekabr 2020-ci il tarixdə sağlam olmuşdur. Həmçinin əvvəlki tarixlərdə onun evdən çıxmağını göstərən anten dairəsi ilə bağlı bildirmişdir ki, mobil telefon onun üzərində olmamışdır. O, 13 dekabr 2020-ci il tarixdə Təbib proqramını yükləmiş və həmin proqramda qeydiyyatdan keçmək üçün mobil nömrəsini yazmışdır. Bundan sonra onun nömrəsinə mətn gəlmiş və o, kodu yazaraq qeydiyyatdan keçmişdir. Bundan sonra proqramda görmüşdür ki, onda COVİD- 19-un nəticəsi neqativ yazılmışdır. O, həmin tarixə kimi proqramda COVİD-19-un nəticəsinə baxmaq mümkün olduğunu bilməmişdir. Həmin gün bunu öyrənmiş və proqram yükləyərək baxmışdır. Həmin proqramdan çıxarış silindiyi üçün istintaqa təqdim edə bilməmişdir. İlkin ifadəsində o, günü dəqiq xatırlamamış, həkimlər platformaya 27 noyabr 2020-ci il tarixdə gəlmişlər. Təqsirləndirilən şəxs son sözündə karatın qaydalarını pozub evini tərk etdiyinə görə əməlindən səmimi peşman olmasının, gənc olmasının, himayəsində iki azyaşlı uşağının olmasının, evli olmasının nəzərə alınmasını xahiş etdi. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayəti törətməkdə təqsiri məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, habelə məhkəmə və istintaq protokolları, eləcə də iş üçün əhəmiyyət kəsb edən işin digər faktiki halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı ifadə vermiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid1 ifadəsində göstərmişdir ki, 11 dekabr 2020-ci il tarixdə səhər saat 09 radələrində idarə etdiyi **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobillə xidmətdə olarkən Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyli küçəsi ilə Azadlıq prospektinin kəsişməsində “Merceseds Benz C180” markalı **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobili inzibati xəta törətdiyinə görə saxlamış və sürücü Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.1 -ci maddəsi ilə inzibati protokol tərtib etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs onun tərəfindən portal vasitəsi ilə yoxlanıldıqda məlum olmuşdur ki, vətəndaş COVİD-19 virus infeksiyasına yoluxmuş şəxs kimi qeydiyyatdadır. Buna görə də raportla aidiyyəti üzrə 39-cu polis bölməsinə məruzə etmiş və bölmədən əməkdaşlar gələrək vətəndaşı təhvil almışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 11 dekabr 2020-ci il tarixdə xidmətdə olarkən icraatına Bakı şəhər BPİ-nin DYPİ-nə bilavasitə tabe olan YPX alayının müşayiət eskort bölüyünün yol patrul xidməti inspektoru Şahid1 raportu daxil olmuşdur. Həmin raport əsasında hadisə yerinə getmiş və saxlanılmış Təqsirləndirilən şəxs tərəfindən izah edilmişdir ki, Təqsirləndirilən şəxs COVİD-19 virus infeksiyasına yoluxaraq yaşayış yerini tərk etməsi digər şəxsləri xəstəliyə yoluxdura bilər. Həmin vaxt tərəfindən videoçəkiliş həyat keçirilmişdir. Daha sonra vətəndaş Təqsirləndirilən şəxs barəsində müvafiq tədbir görülməsi üçün toplanmış material aidiyyəti üzrə Səbail RPİ-nin İŞ-nə təqdim edilmişdir. Məhkəmə iclasında cinayət işinin materiallarında olan bir ədəd diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, videogörüntüdə Təqsirləndirilən şəxs ilə küçədə evini tərk etməsi ilə bağlı söhbətlər aparılır. Onun anket məlumatları, nə vaxtdan koronavirusa yoluxması soruşulur, yaşayış yerini tərk etməklə digər insanları xəstəliyə yoluxdura biləcəyi izah edilir. Təqsirləndirilən şəxs 28 noyabrda COVİD-19 virus infeksiyası ilə bağlı test verdiyini və nəticəsinin pozitiv olduğunu, dərman almaq üçün yaşayış yerini tərk etdiyini, məsuliyyətini dərk etdiyini bildirir. Məhkəmə iclasında cinayət işinin materiallarında olan bir ədəd diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə 27 noyabr 2020-ci il tarixdən 15 dekabr 2020-ci il tarixədək olan müddətdə daxil olmuş və çıxan zənglər, daxil olmuş və göndərilmiş SMS mətnləri, həmin nömrə sahiblərinin anket məlumatları, həmçinin anten əhatə dairəsi barədə məlumatların “xxxx” MMC-dən götürülmüşdür. 15 fevral 2021-ci il tarixdə Təqsirləndirilən şəxs “COVİD 19” virusuna yoluxubyoluxmaması, müsbət halda xəstəliyin başlama və bitmə, eləcə də, təcridetmə müddətləri barədə Səbail rayon Polis İdarəsinə məlumat verilməsi üçün DİN-in Baş İnformasiya və Kommunikasiya İdarəsinə sorğu verilmiş, alınmış cavab məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs “Covid-19” virusuna yoluxduğu və 27 noyabr 2020-ci il 19:56:29 tarixdən 11 dekabr 2020-ci il 19:56:29 tarixinədək yaşayış yerini tərk etməsinə məhdudiyyət qoyulması barədə məlumat İcbari Dövlət Sığorta Agentliyinin Tibbi Ərazi Bölmələrini idarəetmə Birliyinin (TƏBİB) informasiya sistemi 29.11.2020-ci il 14:59:17 tarixində Daxili İşlər Nazirliyinin müvafiq informasiya sisteminə ötürülmüşdür. Məhkəmə istintaqı zamanı elan olunmuş və məhkəməyədək icraat dövründə keçirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya ETT birliyi” X6 17 mart 2021-ci il tarixli 762 nömrəli rəydə göstərilmişdir ki, 11 saylı poliklinikada 1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs adına tərtib edilmiş tibbi kartdan görünür ki, 01 dekabr 2020-ci - 20 dekabr 2020-ci il tarixlərində “COVİD-19" diaqnozu ilə “evdə nəzarət” sistemində müalicəyə alınmışdır. Xəstənin şikayətləri: baş ağrısı, halsızlıq, öskürək olmuşdur. Temp 37.8 D-Z Covid-19. 03-06.12.2020-ci ildə xəstə ilə telefon əlaqəsi saxlanılmış, şikayətləri: baş ağrısı, halsızlıq, öskürək olmuşdur. D-Z: Covid-19. Xəstənin öz xahişi ilə xəstəlik tarixi 07 dekabr – 12 dekabr 2020-ci ilə qədər uzadılmışdır. 12.12.2020-ci ildə xəstə ilə telefon əlaqəsi yaradıldı. Xəstənin şikayəti yoxdur. Temp 36,6-dır. 13.12.2020-ci ildə karantin müddəti başa çatır. Rəyin nəticə hissəsində göstərilmişdir: 1.2.3 Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs 01.12.2020- 20.12.2020-ci il tarixlərində “Covid-19" diaqnozu ilə ev şəraitində müalicə almışdır.

4. Təqsirləndirilən şəxs “Covid-19" virus infeksiyasının daşıyıcısı olduğu halda sanitar-gigiyena qaydalarını pozmaqla digər şəxsləri xəstəliyə yoluxdura biləcəyi istisna edilmir.

5. “Covid-19” virus infeksiyasının inkubasiya dövrü 1-14 gün arası davam edir və orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq sağalma müddəti müxtəlif olur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəylərini sübut növü kimi qəbul etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Elektron Məhkəmə Portalının çıxarışından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 01 aprel 2017-ci il təvəllüdlü X5 və 15 avqust 2019-cu il təvəllüdlü X4 adlı uşaqları vardır. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM- nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi var və həmin maddələrin sanksiyası həddində ona cəza təyin edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, təqsirləndirilən şəxsin əməlindən səmimi peşman olmasını, ilk dəfə olaraq az ağır cinayət törətməsini, himayəsində iki azyaşlı uşağının olmasını və gənc olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə cəzasına məhkum edilməklə islah olunmasını, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs X3 xüsusi müsadirə cinayəthüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.11-ci maddəsinə uyğun olaraq iki ədəd DVD formatlı CD disklərin iş materiallarında saxlanılmasını, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulacaq əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351356cı maddələrini rəhbər tutaraq, məhkəmə,

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 2500 (iki min beş yüz) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə iki ədəd DVD formatlı CD disklər iş materiallarında saxlanılsın. Bakı şəhəri 03 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclasları zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən 72 (yetmiş iki) manat pul tutulub, 3 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Səbail filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar