Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-147/2022 05.07.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 17 avqust 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli, 1(009)- 256/2021 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıdan məhrumetmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs təkrarən yaşayış sahəsinə və saxlanc yerlərinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxslərə maddi ziyan vurmaqla oğurluq etmiş, habelə təkrarən yaşayış sahəsinə qanunsuz daxil olaraq özgə əmlakını gizli olaraq talamağa, yəni oğurluğa cəhd etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə xx.xx.2021-ci il tarixdə saat 00:30 radələrində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivində yerləşən Zərərçəkmiş şəxs2 məxsus yaşayış sahəsi olan 25\1 saylı ünvandakı üç mərtəbəli natamam təmirli həyət evinə hasardan qanunsuz daxil olub təmir edilən evin otaqlarına girib divaralara quraşdırılmış olan 01 metrəsinin 2021-ci ilin may ayına orta bazar qiyməti 0,6 manat olan 300 metr uzunluğunda 180 manat dəyərində, 01 metrəsinin 2021-ci ilin may ayına orta bazar qiyməti 0,6 manat olan 400 metr uzunluğunda 240 manat dəyərində və 01 metrəsinin 2021-ci ilin may ayına orta bazar qiyməti 0,5 manat olan 300 metr uzunluğunda 150 manat dəyərində olmaqla ümumi dəyəri 570 manat olan mis tərkbili elektirik naqillərini əlindəki kəlbətin vasitəsi ilə yerlərindən qopardaraq sement torbasına yığıb gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs2 ümumilikdə 570 manat dəyərində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə xx.xx.2021-ci il tarixdə saat 01 radələrində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi,1ci yaşayış masivvində yerləşən Zərərçəkmiş şəxs1 məxsus yaşayış sahəsi olan 46 saylı ünvandakı üç mərtəbəli həyət evinə hasardan qanunsuz daxil olub evin qaraj hissinədəki plastik pəncərəni əli ilə itələyib açaraq evin birinci mərtəbəsindəki mətbəxə daxil olub oradan həmin mərtəbədəki qonaq otağına keçərək otaqdakı 2021-ci ilin may ayına orta bazar qiyməti 500 manat olan 01 ədəd qara rəngli, “Smart” modelli, “Samsung” markalı 110 dioqanallı televizoru həmin evin 2-ci mərtəbsindəki yataq otağından götürdüyü 2021-ci ilin may ayına orta bazar qiyməti 15 manat olan 01 ədəd çarpayı örtüyünə büküb gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs1 ümumilikdə 515 manat dəyərində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə xx.xx.2021-ci il tarixdə saat 03 radələrində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1ci yaşayış masivvində yerləşən X3 məxsus yaşayış sahəsi olan 56 A ünvanındakı iki mərtəbəli natamam təmirli həyət evinə hasardan qanunsuz daxil olub təmir edilən evin ikinci mərtəbəsindən oğurluq etməyə cəhd etmiş, bu zaman zərərçəkmiş şəxs Mehman Abdullyev tərəfindən evin ikinci mərtəbəsində yaxalanaraq qanunsuz hərəkətlərinin qarşısı alındığı üçün öz cinayətkar niyyətini, yəni gizli olaraq talama cinayətini iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2021-ci ilin may ayının 24-də 00:30 radələrində Bakı şəhəri, Səbail rayonu, 1-ci yaşayış massivində hərəkət edən zaman oğurluq etmək niyyəti ilə boş heç kim olmayan ev axtarmışdır. Bu zaman küçədə natamam təmirli taxtadan qapısı olan ev görmüş və hasardan həmin həyətə daxil olmuşdur. Əlində olan çaxmağın fənəri ilə ilə həyətə baxıb dəyərli əşya axtarmağa başlamış lakin heç bir dəyərli əşya olmadığını gördükdə təmirsiz iki mərtəbəli evin içinə daxil olmuşdur. Lakin orada da heç bir dəyərli əşya tapmamış və tikilinin divarlarına bərkidilmiş elektrik mis naqillərini görmüş və onları oğurlamaq qərarına gəlmişdir. Evin birinci mərtəbəsindən başlayaraq birinci mərtəbədəki bütün otaqların naqillərini kəlbətinlə kəsmiş, sonra isə ikinci mərtəbəyə qalxmış və bütün otaqlardakı naqilləri də kəsmişdir. Sonra isə həmin naqilləri torbaya yığıb evdən çıxmışdır. Səhər saat 07-08 radələrində həmin torbanı götürüb naqilləri taksi ilə Yasamal rayonu ərazisində Şamaxinkaya yaxın yerdəki metal qəbulu məntəqələrindən birinə aparmışdır. Oradakı o, naqillərin özünə məxsus olduğunu bildirmişdir. Həmin şəxs onunla razılaşmış və naqilləri ondan alıb çəkisini ölçmüş və ona 50 manat pul vermişdir. Bundan sonra o, yenidən oğurluq etmək qərarına gəlmiş və 25 may 2021-ci il tarixdə saat 01 radələrində həmin küçədəki öncəki gün oğurluq etdiyi evlə yəni, Səbail rayonu, 1-ci yaşayış masivvindəki evlə üz-üzə olan üç mərtəbəli evin qarşısına gəlmişdir. Həmin evə küçədən baxan zaman evdə heç kimin yaşamadığını görüb həmin evdən oğurluq etmək qərarına gəlmişdir. O evin həyətinə sağ yan hasarından aşaraq daxil olmuşdur. Evin qarajının içindəki plastik pəncərədən içəri daxil olub evin birinci mərtəbəsindəki qonaq otağının sol baş tərəfində şkafın üzərində bir ədəd qara rəngli “Samsung” markalı televizor olduğunu görmüşdür. O evdən bir ədəd çarpayı örtüyünü götürmüşdür ki, televizoru ona büksün. Sonra isə “Samsung” markalı televizoru götürüb çarpayı örtüyünə bükmüş evdən çıxmışdır. Televizoru Sabunçu rayonundakı “bit bazarı” deyilən bazarda hər hansı sənəd təqdim etmədən 450 manata satmışdır. Həmin məbləği şəxsi məsrəflərinə sərf etmişdir. Bundan sonra pulu bitdiyi üçün o yenidən oğurluq etmək qərarına gəlmişdir. 2021-ci ilin 05 iyun tarixində gecə saat 03 radələrində Bakı şəhəri, Səbail rayonu, 1-ci yaşayış masisvindəki Vaqif küçəsində olan zaman natamam təmirli ev görmüş və hasardan həyətə daxil olmuşdur. Lakin heç bir dəyərli əşya olmadığını görmüş və evə daxil olub ayaqqabılarını çıxararaq ikinci mərtəbəyə qalxmış orada da naqil tapmamış və geri qayıdıb çıxan zaman arxadan ona kiminsə səsləndiyini eşidib geri çevrilib baxaraq həmin şəxsə “ niyə qışqırırsan” demiş və həmin şəxs ona həyətə düşməyi demiş, o həyətə düşərək həyətdən çıxmaq üçün təmirsiz evin araxsındakı mişar daşları ilə hörülmüş hasara yaxınlaşan zaman həmin şəxs ona yaxınlaşmış və adının Mehman oldğunu bildirən şəxs həyətin ona məxsus olduğunu, onun burada nə elədiyini soruşmuş o isə cavabında yalandan digər tərəfə keçmək məqsədi ilə yolunu qısaltmaq üçün ordan keçdiyini bildirmişdir. Mehman onu qolundan tutub saxlamış və polisə məlumat vermişdirlər. Bir az sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və onu 41-ci Polis Bölməsinə gətirmişdirlər. Bölmədə hadisə barədə izahat vermişdir. Sonuncu oğurluğa girdiyi ünvandakı həyətdən oğurlamaq istədiyi konkert hər hansı əşya olmamış, həmin həyətə girməkdə məqsədi təmir olunan evdə ola biləcək naqilləri götürmək və yaxuda əldə daşına biləcək biləcək hər hansı təmir əşyaları oğurlamaq olmuşdur. Törətdiyi əməldən peşman olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış masivvində yerləşən 46 saylı üçmərtəbəli həyət evi və əşyalar ona məxsusdur. Həmin ünvanda kürəkəni X5 yaşayır. 2021-ci ilin may ayının 18-də Elnur rayona gedəcəyini ona demiş və evə gəlib nazarət etməyi ondan xahiş etmişdir. O da 20 may 2021-ci il tarixdə səhər saatlarında həmin ünvana gedib həyətyanı sahədə bir neçə saat təmizlik işləri məşğul olmuşdur. Bu zaman evin içində nəvəsi X6 evdə televizora baxımış, evdə hər şey yerində olmuşdur. Həmin gün o, həyətdəki işlərini tamamlayıb nəvəsi ilə birlikdə oradan getmişdir. Üç gün sonra evin həyətinə gəlib torpağı sulamış, lakin evin içində daxil olmamışdır, ona görə də həmin günədək evdən nəsə oğurlanması barədə məlumatı olmamışdır. Həmin gün bir neçə saat həyətdə işləyib işlərini bitirdikdən sonra öz evinə qayıtmışdır. Sonuncu dəfə 26 may 2021-ci tarixdə səhər saatlarında kürəkəni Elnur Talıbov ona zəng vurub yaxınlıqdakı qonşunun evinin naqillərini oğurladıqlarını bildirib, öz evlərindən nəsə oğurlanıb-oğurlanmadığını ondan soruşmuş o isə cavabında evə getmədiyini ona görə də dəqiq məlumatı olmadığını bildirmişdir. Sonra isə evə gedib baxacağını ona demişdir. Bundan sonra yaşadığı evdən çıxıb həmin ünvana gəlmişdir. Qapını açıb evin birinci mərtəbəsindəki qonaq otağına daxil olan zaman evin sol küncünə qoyulmuş bir ədəd təxminən 5 il öncə 2000 manata aldığı “Samsung” televizorun yerində olmadığını görüb oğurlandağını başa düşmüşdür. Bundan sonra evin ikinci mərtəbəsinə qalxmış və ikinci mərtəbədə sol tərəfdə yerləşən yataq otağındakı çarapayının üzərinə salınmış olan çarpayı örtüyünün oğurlandığını görmüşdür. Bundan sonra polisə bu barədə məlumat vermiş və onun iştirakı ilə evə baxış keçirilmişdir. Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbi olmadığını bildirmiş, məhkəmədən nəzaərə alınmasını xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış masivvində yerləşən natamam təmirli üç mərtəbəli həyət evi ona məxsusdur. O, həmin evə təmir zamanı elektrik xətti çəkdirmək lazım olduğundan, ehtiyac olan mis elektrik naqillərini 2021-ci ilin aprel ayının əvvəllərində 10 top qarışıq ölüçülü naqilləri ümumlikdə 1200 manata almışdır. O, həmin elektrik xətlərini evin hər üç mərtəbəsinə çəkdirmiş, bunun üçün ustaya əlavə olaraq 600 manat pul da vermişdir. 26 may 2021-ci il tarixdə səhər saatlarında evə gəlib baxış keçirən zaman evinin ikinci və üçüncü mərtəbəsindəki elektrik xətlərinin oğurlandığını görmüşdür. Bundan sonra bu barədə polisə heç bir söz deməmiş və qərara gəlmişdir ki, bir müddət gözləsin, hər hansı nəticə olmazsa sonradan polisə məlumat versin. Bundan sonra o, yenidən əlavə xərc çəkərək həmin xətləri təkrar çəkdirmiş bu məqsədlə o, 700-800 manatlıq əlavə naqil almış və 400 manat ustaya yenidən həmin xətləri quraşdırması üçün vermişdir. Daha sonra polisə hadisə barədə məlumat vermişdir. Cinayət əməli nəticəsində ona vurulmuş zərər qaytarılmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 ifadəsində göstərmişdir ki, o, 2013-cü il tarixdən ünvan 3 ünvanında yerləşən torpaq sahəsində özü üçün zirzəmili iki mərtəbəli ev tikdirmişdir. Lakin ev tikilsə də, evin təmir işləri başa çatmadığı üçün həmin evdə yaşayış olmadığını bildirmişdir. Bildirmişdir o, bəzən gecələmək üçün həmin evdə qalır. 04 iyun 2021-ci il tarixdə saat 22 radələrində həmin evə gecəni qalmaq üçün gəlmişdir. O, evin birinci mərtəbəsində yatmış və 05 iyun 2021-ci il tarixdə səhər saat 03:50 radələrində evdən gələn səsə yuxudan oyanmışdır. O, evi evdə kiminsə olub-olmadığını aydınlaşdırmaq üçün evə baxmağa başlamış və bütün otaqlara baxan zaman evin zirzəmisində pillkənin başlanğıcında bir cüt 41 ölçülü ayaqqabı görmüşdür. Bundan sonra evdə kiminsə olduğundan şübhələnmişdir. O, evin ikinci mərtəbəsinə qalxan zaman həmin mərtəbədə həmin mərtəbədə bir nəfər tanımadığı şəxsin olduğunu görüb ona yüksək səslə səslənmiş, həmin şəxs ona tərəf gələrək “şəkili niyə qışqırırsan” demişdir. Sonra o, üzdən tanıdığı adının sonradan Ramiz olduğunu bildiyi həmin şəxsə aşağı düşməsini demişdir. Ramiz adlı şəxs həyətə düşüb evin arxa divarına tərəf getmişdir. Ramiz hasarı aşıb digər tərəfə keçmək istəyən zaman o Ramizə yaxınlaşıb onu tutan anda Ramiz əlindəki hansısa alətlə özünə və ona xəsarət yetirmək istəmişdir. O Ramizi qolundan tutub saxlamışdır. Sonra isə bu barədə polisə məlumat vermişdir. Polis əməkdaşları onu polis bölməsinə aparmışdırlar. Həmçinin o əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs onun evindən heç nə oğurlamayıb, evi yeni təmir olunan ev olduğu üçün orada müxtəlif qiymətli santexnik əşyaları, tikinti materialları olmuşdur 04 iyun 2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 müraciəti əsasında toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. 04 iyun 2021-ci il tarixli qərarla Zərərçəkmiş şəxs1 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. 05 iyun 2021-ci il tarixdə Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivində yerləşən üç mərtəbəli natamam tikilidən ümumi dəyəri 1200 manat olan mis naqillərin oğurlanması barədə Səbail RPİ-yə ərizə daxil olmuş, 05 iyun 2021-ci il tarixli qərarla Zərərçəkmiş şəxs2 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. 05 iyun 2021-ci il tarixdə Zərərçəkmiş şəxs3 ona məxsus olan mənzildə Təqsirləndirilən şəxs görməsi, oğurluqda şübhəli bildiyi üçün saxlayaraq polisə məlumat verməsi barədə Səbail RPİ-nin 41-ci Polis Bölməsinə ərizəsi daxil olmuş, 07 iyun 2021-ci il tarixli qərarla Zərərçəkmiş şəxs3 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. 05 iyun 2021-ci il tarixli şübahəli şəxsin tutulması barədə protokola əsasən Təqsirləndirilən şəxs 05 iyun 2021-ci il tarixdə saat 16:00-da şübhəli şəxs qismində tutulmuşdur. 07 iyun 2021-ci il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə əməl CM-nin 177.2.3-cü madəsindən həmin Məcəllənin 177.2.2 və 177.2.3-cü maddəsinə tövsif edilmişdir. 07 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona CM-nin 177.2.2 və 177.2.3-cü maddəsində nəzərdə tutulmuş ittiham irəli sürülmüşdür. Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(009)-336/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunmuş, Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal azad olunmuşdur. 07 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 16 iyul 2021-ci il tarixli 9\3738 saylı rəyinə əsasən analoji malların orta texniki göstəricilərinə əsasən ekspertiza təyini haqqında qərarda göstərilən 01 ədəd “Samsung” markalı, “Smart” modelli, 110 sm dioqanallı, 2016-cı il Koreya Respublikası istehsalı olan, qara rəngli, 5 il istifadədə olmuş televizorun 2021-ci ilin may ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 500,0 manat, 01 ədəd 2x1,5 metr ölçüdə istifadədə olmuş çarpayı örtüyü 15,0 manat müəyyən edilir. Digər 01 ədəd elektrikli paltar tikən maşın haqqında ətraflı məlumat (markası, modelli, istehsalı ili, istehsal yeri və s.) olmadığından qiymətləndirmə aparamaq mümkün olmadı. Ekspertiza xərclərinə dair bildirişə əsasən ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manatdır. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 02 avqust 2021-ci il tarixli 9\4739 saylı rəyinə əsasən: - 1 metr üzərində heç bir markalanma göstəricilərin olmayan 4,2 mm diametrli, mis tərkibli, qırmızı rəngli naqil – 0,60 manat, - 1 metr üzərində heç bir markalanma göstəriciləri olmayan 4,2 mm diamterli, mis tərkibli, qara rəngli naqil – 0,60 manat, - 1 metr üzərində H05V-K TS-9758 450\750 2,5 mm 2021 X13 sözləri olan 3,3 mm diametrli, mis tərkibli, göy rəngli naqil – 0,50 manatdır. Ekspertiza xərclərinə dair bildirişə əsasən ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manatdır. 27 avqust 2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. 01 sentyabr 2021-ci il tarixli qərarla CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilmiş və istintaqı sonuncu nömrə altında davam etdirilmişdir. 20 noyabr 2021-ci il tarixli qərarla ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə ittiham olunduğu ********* saylı cinayət işi ayrılmışdır. 07 may 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs CM-nin 177.2.2, 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə ittiham elan edilmişdir. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 01 iyul 2021-ci il tarixdə tərtib olunmuş tələbnaməyə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə cəzanın 02 (iki) ay 16 (gün) gün çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, xx.xx.2021-ci il tarixdə cinayət işi məhkəməyə göndərilib. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 aprel 2019-cu il tarixli, 1(009)-61/2019 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli 02 (iki) il müddətinə azadlıdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli, 7(008)-457/2020 saylı qərarı ilə Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan 02 (iki) ay 16 (on altı) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 dekabr 2021ci il tarixli, 1(009)-256/2021 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs 26 avqust 2021-ci il tarixdən 28 avqust 2021-ci il tarixədək həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinin bir günü bir gün hesabı ilə hesablanmaqla, 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 01 (bir) il 08 (səkkuz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, zərərçəkmiş şəxslərin ifadələri, ekspert rəyləri, iş materiallarına əlavə edilmiş işin digər halları ilə onun oğurluq və oğurluğa cəhd cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 29,177.2.2, 29,177.2.3-cü maddələri ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 aprel 2019-cu il tarixli, 1(009)-61/2019 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli, 7(008)-457/2020 saylı qərarı ilə cəzanın 02 (iki) ay 16 (on altı) gün çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Lakin məhkumluğu ödənilməmiş yenidən Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 29,177.2.2, 29,177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə Cinayət Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, əvvəllər də talama cinayət əməllərinin törədilməsinə görə məhkum olunduğunu və islah olunmadığını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 29,177.2.2, 29,177.2.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Müəyyən edilmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli, 1(009)-256/2021 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 08 (səkkuz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli 27 dekabr 2021-ci il il tarixdən hesablanmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-cı maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Hazırkı iş üzrə cinayət əməlləri Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli, 1(009)-256/2021 saylı hökmü çıxarılmazdan əvvəl, yəni 2021-ci ilin may-iyun aylarında törədilmişdir. Belə olan halda Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli, 1(009)-256/2021 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzasının hazırkı hökmlə ona təyin olunacaq cəza ilə Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsində nəzərdə tutulan qaydada cinayətlərin məcmusu üzrə cəzalar qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cəza təyin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli, 1(009)-256/2021 saylı hökmünə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 05 iyun 2021-ci il tarixdən 07 iyun 2021-ci il tarixədək həbsdə saxlanıldığı müddətinin 01 (bir ) günü 01 (bir) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutularaq, 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 dekabr 2021ci il tarixli, 1(009)-256/2021 saylı hökmünə əsasən 27 dekabr 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hazırlıq iclasının 13 iyun 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli, 1(009)-256/2021 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə cəza çəkməsi nəzərə alınmışdır. Qətimkan tədbiri məsələsini müzakirə edərək, məhkəmə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli, 1(009)-256/2021 saylı hökmünə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 12 saylı Cəzaçəkmə Müəssisəsində azadlıqdan məhrumetmə növündə cəza çəkməsi nəzərə alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 29,177.2.2, 29,177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli, 1(009)-256/2021 saylı hökmü ilə təyin edilmiş 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaq yolu ilə ona 01 (bir) il 11 (on bir ) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 05 iyun 2021-ci il tarixdən 07 iyun 2021-ci il tarixədək həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinin bir günü bir gün hesabı ilə hesablanmaqla, 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 27 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli, 1(009)-256/2021 saylı hökmünə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 12 saylı Cəzaçəkmə Müəssisəsində azadlıqdan məhrumetmə növündə cəza çəkməsi nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizalarının xərci – 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 240 ( iki yüz qırx ) manat tutulub Bakı şəhəri 3 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Səbail rayon filialındakı (kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-147/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-147/2022
05.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver