Məhkəmə qərarları › İş №1(009)-148/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-148/2023

26.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-148/2023 26.04.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmmədova Nərmin Namiq qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Neftçala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Neftçala şəhəri, Heydər Əliyev prospekti ünvanında qeydiyyatda olan, ünvan 2 yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 26 aprel 2023-cü il tarixdə saat 11.15-də məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq etmişdir. İttiham aktına əsasən Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 24 noyabr 2022-ci il tarixdə saat 17 radələrində istifadəsində olan ***-***-**-** nömrəsindən Zərərçəkmiş şəxs zəng vurub sonuncunun internet resurslarının «tap.az» saytında satılması barədə elanı yerləşdirilmiş, “Apple iPhone 14 X4 Purple” 256GB/6GB markalı, istifadədə olmamış, həmin dövrdə real dəyəri 3250 manat təşkil edən telefonu alıb ödənişini yerində edəcək adı ilə Zərərçəkmiş şəxs ilə görüş təyin edərək həmin gün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Mərkəzi Hərbi Klinik Hospitalın yanında Zərərçəkmiş şəxs ilə görüşüb etibarnamə əsasında idarə etdiyi “Honda Civic” markalı **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobillə saat 20 radələrində yaşadığı ünvanın yaxınlığına, yəni ünvan 3də gəlmiş, alacağı telefonu evində olan ailə üzvlərinə göstərdikdən sonra pulunu ödəyəcəyində Zərərçəkmiş şəxs inandırıb aldadaraq qısa müddət ərzində aralarında yaranmış münasibətlərə görə sonuncunun ona olan inam və etimadından sui-istifadə edib qeyd olunan telefonu ailə üzvlərinə göstərmək adı ilə qutusu və komplektləşdirməyə daxil olan aksessuarları ilə birdikdə Zərərçəkmiş şəxs alıb geri dönəcək görüntüsünü yaratmaq üçün avtomobilin mühərrikini söndürməyib açarı kiliddə qoymaqla avtomobildən çıxıb 52 saylı binanın qabaq girişindən məhəlləyə daxil olub Zərərçəkmiş şəxs üçün qeyri-aşkar surətdə məhəlləni arxa girişdən tərk etməklə qeyd olunan özgənin əmlakını əvəzsiz ələ keçirmiş və bununla da Zərərçəkmiş şəxs 3250 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamla təqsirli bilərək ifadəsində göstərmişdir ki, taksi fəaliyyəti ilə bağlı istifadə etmək məqsədi ilə 24 noyabr 2022-ci il tarixdə internetdə elan saytlarında ucuz smartfon axtaran zaman təsadüfən təzə vəziyyətdə «İphone 14 Pro max» markalı mobil telefon satışı barədə elana rast gəlmişdir. Həmin vaxt maddi durumu pis olduğundan qərara gəlmişdir ki, həmin elanı yerləşdirmiş şəxslə görüşüb aldatma yolu ilə sonuncunun telefonu ələ keçirsin. Həmin telefonun qiyməti 3100 manat qeyd edilmişdir. O, elanda qeyd olunan nömrə ilə əlaqə saxlayaraq telefonu almaq istədiyini bildirmişdir. Həmin şəxs ona başqa bir nəfərin telefon nömrəsini verib həmin nömrə ilə əlaqə saxlamağı demişdir. O, bir neçə dəqiqədən sonra hazırda xatırlamadığı mobil nömrəyə zəng vurub telefona baxmaq istədiyini bildirmişdir. Telefonun adını bilmədiyi sahibi ona «Papanin hospitalı» adlanan hospitalın yanına gəlməyini demişdir. O, «Papanin hospitalı»nın yanına gəlmiş və Zərərçəkmiş şəxs ilə zəngləşib dayandığı yeri izah etmişdir. Bir neçə saniyə sonra Zərərçəkmiş şəxs ona yaxınlaşmış və sonuncunun əlində telefon qutusu olmuşdur. O, həmin oğlana özünü Aqşin kimi təqdim etmişdir. O, Zərərçəkmiş şəxs demişdir ki, telefonu evdəkilər üçün alır, ona görə də telefonu onlara göstərdikdən sonra alıb-almayacağını müəyyən edəcək. Əslində onun fikiri Zərərçəkmiş şəxs yaşadığı məhəllənin qarşısına qədər gətirib telefonunu evdəkilərə göstərmək adı ilə alıb apararaq məhəllənin arxa girişindən çıxıb telefonu ələ keçirməsi olmuşdur. Ayxan onun maşınına oturandan sonra onlar onun yaşadığı ünvanın qarşısına gəlmişlər. O, maşını Nizami küçəsində evinin məhəlləsinə giriş hissəsinin yanında saxlamış və telefonu qutusu ilə birlikdə Ayxandan alıb həqiqətəndə telefonu evdəkilərə göstərib qayıdacağında sonuncunu inandırmaq üçün maşının mühərrikini söndürmədən açarı maşında qoyaraq binanın məhəlləsinin qabaq girişindən həyətə daxil olmuşdur. Məhəllədən keçən zaman telefon əlindən düşmüş və qutu açılmaqla telefonun qırağı yerə dəyib bir qədər cızılmışdır. O, telefonu qaldırıb qutuya qoymuş və məhəlləni arxa girişdən tərk edərək Yasamal rayonuna yola düşmüşdür ki, orada telefonu satsın. Təxminən 20 dəqiqədən sonra Ayxan ona zəng vurmağa başlamış, o, əvvəl cavab verməmiş, ikinci və ya üçüncü zəngdə isə cavab verib 5 dəqiqəyə qayıdacağını söyləmişdir. Sonra həmin oğlanın ardınca özünün və başqa nömrəsindən dayanmadan zəng vurduğunu görüb telefonu söndürmüşdür. Oradan o, Yasamal rayonunda yerləşən, tanıdığı adamın işlətdiyi telefon dükanına gəlmiş və dükana girib ələ keçirdiyi «İphone» markalı telefonu göstərib satmaq istədiyini bildirmişdir. Telefonun qırağında cızıq olduğu üçün həmin oğlan 1500 manata telefonu almağına razılıq vermişdir. O, razılaşmış və sonuncu ona 700 ABŞ dolları verəndən sonra üzərində başqa pul olmadığını deyib yerdə qalan pulu onun bank kartına göndərəcəyini bildirmişdir. O, həmin şəxsə özünə məxsus «Leo bank» kartın üzərindəki 16 rəqəmini vermiş və dükandan çıxmışdır. Təxminən 1-2 saatdan sonra telefon dükanında işləyən oğlan onun kart hesabına pulun qalan hissəsini göndərmişdir. Həmin pulu o, öz ehtiyaclarına xərcləmişdir. Sonra ona evdən zəng vurub polis tərəfindən axtarıldığını demişlər və o, ifşa olunduğunu başa düşüb evə gəlməmiş, qaçıb gizlənməyə başlamışdır. Bir müddət Xırdalan şəhərində adlarını bilmədiyi hotellərdə qalmışdır. 2022-ci ilin dekabr ayının axırlarına yaxın isə o, Xocasən qəsəbəsində olarkən şübhəli bilindiyi üçün saxlanılmışdır. Məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, dəymiş zərəri ödəmiş, zərərçəkmiş şəxslə barışmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2022-ci ilin noyabr ayının ortalarında o, Dubay şəhərinə getmiş və qayıdanda orada təzə vəziyyətdə qutunun içində şəxsi istifadəsi üçün «İphone 14 Pro Max» mobil telefon alıb gətirmişdir. Bakıya gələndən sonra həmin telefonu satmaq qərarına gəlmiş və tanışı Zöhrabın tanışlarının çox olduğunu bilib ona bu barədə demişdir. Bir neçə gün sonra Zöhrab ona tanışlarından heç kəsin bu telefonu almaq istəmədiyini, lakin onlayn alış- satış saytlarının birinə telefonun elanını yerləşdirib sata biləcəyini demişdir. O razılaşmış və Zöhrab ***-***-**-** nömrəsindən «tap.az» saytına həmin telefonun satışı ilə bağlı elan yerləşdirmişdir. O, telefonun qiymətini 3100 manat təyin etmiş, çünki Dubaydan telefonu Azərbaycan manatına nisbətdə elə bu qiymətə almışdır. 24 noyabr 2022-ci il tarixdə Zöhrab ona zəng vuraraq bir nəfərin telefonu elanda görüb bəyəndiyini və 3100 manata almaq istədiyini bildirib onun nömrəsini həmin şəxsə verdiyini söyləmişdir. Həmin gün saat 17 radələrində ona ***-***-**-** nömrəsindən özünü Aqşin kimi təqdim edən, lakin əsl adını 9-cu X3 bildiyi oğlan zəng vuraraq telefonu ondan harada ala biləcəyini soruşmuşdur. Həmin vaxt o, «Papanin» adlanan ərazidə hərbi hospitalın yanında olduğundan həmin şəxsə qeyd etdiyi yerə gəlməyi demişdir. Sonra dostuna zəng vurmuşdur ki, sonuncu telefonu evindən götürüb olduğu yerə gətirsin. Telefon ona çatdırıldıqdan sonra Ramazan ona zəng vuraraq maşınla gəldiyini bildirmiş və maşını saxladığı yeri ona izah edəndən sonra o, Ramazanın yolun kənarında dayandığını görüb ona yaxınlaşmışdır. O, Ramazanla görüşəndən sonra telefonu nişanlısı üçün aldığını deyib ondan xahiş etmişdir ki, onlar Ramazanın yaşadığı evinə gedib telefonunu nişanlısına orada göstərsin. O, razılaşmış və Ramazanın maşınına oturandan sonra onlar Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində yerləşən Mərkəzi Univermağın aşağı hissəsinə gəlmişdir. O, isə Ramazanın maşınında oturub onu gözləmişdir. Ramazan avtomobilin mühərrikini söndürməmişdir. Ona görə də o, həqiqətəndə Ramazanın telefonu kiməsə göstərib qayıdacağına inanmışdır. Təxminən 15 dəqiqədən sonra Ramazanın gəlməməyini görüb ardıcıl olaraq ona zəng vurmağa başlamış, lakin Ramazan zənginə cavab verməmişdir. Həmçinin Zöhraba da zəng vurub Ramazanla əlaqə saxlamağı demişdir. Lakin Zöhrab da Ramazana zəng vursa da, ocavab verməmişdir. Bir neçə zəngdən sonra isə Ramazan onun və Zöhrabın nömrələrini bloka qoymuşdur. Təxminən 30 dəqiqədən sonra o, Ramazanın idarə etdiyi avtomobilin mühərrikini söndürüb açarı kiliddən çıxararaq maşından çıxmış və qapıları bağlayıb Ramazanın daxil olduğu məhəlləyə keçmişdir. O, məhəllədə Ramazanı tapa bilmədikdə yenidən yola çıxmış və aldandığını başa düşüb 9-cu Polis Bölməsinə zəng vurub hadisə barədə danışmışdır. Polis bölməsinin əməkdaşları bir neçə dəqiqədən sonra gəlmiş və hadisənin təffərüatlarını biləndən sonra Ramazanın maşını saxladığı yerin yanında olan otelə daxil olmuş və qeydiyyatçı işləyən oğlandan həmin məhəllədə Aqşin adında adamı tanıyıb- tanımadığını soruşmuşdur. Həmin oğlan Aqşini tanıdığını bildirib polis əməkdaşlarına özünü Aqşin kimi təqdim edən, əsl adı isə Ramazan olan şəxsin nömrəsini vermiş və evini göstərmişdir. Sonra polis əməkdaşlarından biri Ramazanın yaşadığı evin qapısını döymüşdür. Bundan bir qədər əvvəl isə polis əməkdaşları Ramazanın şəxsiyyətini elektron portal vasitəsi ilə müəyyən etmiş və şəkilini ona göstərdikdə o, Ramazanın ona qarşı dələduzluq edən şəxs kimi tanımışdır. Məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, hal-hazırda təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tam şəkildə ödənilmişdir. Bu səbəbdən də onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 31 yanvar 2023-cü il tarixli 9/680 saylı rəyi ilə müəyyən edilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd «İphone» markalı, «A2896 (14 Pro Max)» modeli mobil telefon aparatının yeni vəziyyətdə 2022- ci ilin noyabr ayına olan orta bazar qiyməti təxminən 3250,00 manat müəyyən olunur. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manatdır. 26 dekabr 2022-ci il tarixdə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. 04 yanvar 2023-cü il tarixli qərarla Zərərçəkmiş şəxs qismində tanınmışdır. 15 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs saat 14.00-da şübhəli şəxs qismində tutulmuşdur. 15 fevral 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir. 15 fevral 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 20 yanvar 2023-cü il tarixdə tərtib olunmuş tələbnaməyə əsasən xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs: - Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.1 və 180.2.2-ci maddəsi ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 66.3-cü maddəsi tətbiq edilməklə 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 177.1-ci maddəsi hökmdən xaric edilmiş, Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi 180.1-ci maddəsinə tövsif edilərək cəzası 03 (üç) ilədək azaldılmışdır. xx.xx.2018-ci il tarixdə cəzanın sonu ilə əlaqədar azad edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-ci il tarixli, 1(101)-504/2016-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1-ci və 180.2.2-ci maddəsi ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə 01 (bir) il müddətinə, Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi ilə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunuş cəzaları tamamilə toplamaq yolu ilə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzaçəkmə müddətinin əvvəli 18 noyabr 2015-ci il tarixdən hesablanmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 7(007)-309/2018 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində onun vəziyyətini yaxşılaşdıran "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli, 816-VQD saylı Qanunu tətbiq edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 aprel 2016-cı il tarixli hökmündən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 66.3-cü maddələrinə dair müddəalar xaric edilsin və hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsinə əsasən Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir, onunla barışmış, ona qarşı şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs ərizəsinə əsasən Zərərçəkmiş şəxs ilə barışmış və dəymiş ziyanı tam ödəmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun həmin cinayət əməlini törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi və işin digər materialları ilə tam sübuta yetirilir. Lakin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən CPM-nin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. CPM-nin 40.3-cü maddəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Göstərilən qanunvericlik normalarını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş 3250 manat məbləğində maddi ziyanı tamamilə ödədiyindən, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən heç bir tələbi və şikayəti olmadığından, onunnla barşdığından Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri xitam olunmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3, 43.1.2, 193, 344-347, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri xitam olunsun. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 150 (bir yüz əlli) manat Bakı şəhəri 21 saylı Vəkil Bürosunun hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar