Məhkəmə qərarları › İş №1(009)-149/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-149/2020

01.12.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-149/2020 01.12.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Məmmədov Azər Rasim oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs oğlunun iştirakları ilə, Bakı şəhərində xx xxxxxx 2020-ci il tarixdə saat 12:15-də xx xxxx 1988-ci ildə Ağdaş rayonu, Ərəbocaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işləməyən, məhkumluğu ödənmiş, Ağdaş rayonu, Ərəbocaq kəndində qeydiyyatda olan, ünvan 2-də yaşayan, barəsində “başqa yerə getməmək” iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Təqsirləndirilən şəxs oğlu satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə marixuananı əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan mənbədən naməlum şəraitdə və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 5,360 qram çəkidə bitki mənşəli olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib saxlamaqla daşımış, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx xxxx 2020-ci il tarixdə saat 21 radələrində o, saxlanılaraq Bakı şəhəri, Səbail rayonunun ərazisində yerləşən Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilərək üzərinə şəxsi axtarış zamanı həmin narkotik vasitə olan qurudulmuş marixuanadan 01 ədəd qara rəngli kağız bükümdə təmiz çəkisi 0,270 qram olan hissəsi əynində olan şalvarın sol yan cibindən, 12 ədəd qara rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri- 1,470 qram, 0,340 qram, 0,280 qram, 0,450 qram, 0,190 qram, 0,330 qram, 0,370 qram, 0,540 qram, 0,270 qram, 0,350 qram, 0,260 qram və 0,240 qram ümumi təmiz çəkisi-5,090 qram hissəsi olan bitki mənşəli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana idarə etdiyi “VOLKSWAGEN TİGUAN” markalı **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürət qutusunun yanındakı saxlanc yerindən aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, o, xx xxxx 2020-ci il tarixdə Xırdalan şəhərində sifətdən tanıdığı Ağa adlı şəxsdən 13 bükümdə narkotik vasitə olan marixuananı 120 manata almışdır. Aldığı narkotik vasitə olan marixuananın bir bükümünü özündə saxlamış, 12 bükümü isə özü istifadə etmək üçün idarə etdiyi “VOLKSWAGEN TİGUAN” markalı **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürət qutusunun yanındakı saxlanc yerinə qoymuşdur. xx xxxx 2020-ci il tarixdə saat 21 radələrində idarə etdiyi “VOLKSWAGEN TİGUAN” markalı **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Masazır qəsəbəsində dayanıb üstündə olan marixuananı çəkməyə hazırlaşarkən iki nəfər mülki geyimdə şəxs ona yaxınlaşmış, həmin şəxslər polis əməkdaşı olduqlarını bildirərək xidməti vəsiqələrini göstərmişlər. Polis işçiləri onu Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına dəvət etmiş o, da razılaşıb getmişdir. Orada o, şübhəli şəxs qismində tutulmuş, hüquqları izah edilmiş və hüquqlarının müdafiə olunması üçün müdafiəçi təyin edilmişdir. Sonra video çəklişlə üzərində şəxsi axtarış aparılmış, o, əynində olan şalvarın sağ yan cibindən ona məxsus olan “Samsung" markalı mobil telefonu və 01 ədəd avtomobilin açarını təqdim etmiş, bundan sonra əynindəki şalvarın sol yan cibindən içərisində marixuana olan 01 ədəd qara rəngli kağız bükümünü polislərə təqdim edərək, həmin narkotik vasitələrini tanımadığı Ağa adlı şəxsdən özü istifadə etmək üçün aldığını bildirmişdir. O, səmimi olaraq idarə etdiyi “VOLKSWAGEN TİGUAN” markalı **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürət qutusunun yanındakı saxlanc yerində narkotik vasitə olan marixuana saxladığını bildirmişdir. Üstündən götürülmüş narkotik vasitə olan marixuana qablaşdırılaraq zərfə qoyulmuş və protokol tərtib edilmişdir. Bundan sonra Baş Narkotiklərlə Mübarizə idarəsinin avtomobillərin dayanacaq yerində saxlanılan “VOLKSWAGEN TİGUAN” markalı **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobilə onun razılığı ilə videoçəklişlə baxış keçirilən zaman o, özü avtomobilin sürət qutusunun yanında olan saxlanc yerində saxladığı 12 bükümdə olan narkotik vasitə marixuananı təqdim etmiş, bükümlər tərəzidə çəkilərək qablaşdırılmış və bu barədə protokol tərtib edilmişdir. O, tərtib edilmiş protokolları oxumuş və doğruluğunu imzası ilə təsdiq etmişdir. Etmiş olduğu cinayət əməlindən səmimi peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməsi barədə məlumat daxil olmuş, məlumatla əlaqədar xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə qərar qəbul olunmuş, həmin qərarın icra edilməsi üçün əməliyyat qrupu yaradılmışdır. O, əməliyyat qrupunun digər üzvü Şahid1 ilə birlikdə saat 21 radələrində ünvan 1 ünvanının qarşısında Qasımın olduğu yerə getmişlər. Qasımı gördükdə qaça bilməməsi üçün müxtəlif istiqamətlərdən yaxınlaşaraq özlərini təqdim etmişlər. Orada Qasımın üzərinə axtarış apara bilmədikləri üçün idarə etdiyi “Volksvagen” markalı **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmiş, Qasım da razılaşaraq idarəyə getmişdir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edilmiş, sonra Qasımın hüquqlarını müdafiə olunması üçün dəvət olunmuş vəkilin iştirakı ilə Qasımın üzərinə keçirilən şəxsi axtarış zamanı sonuncunun əynindəki açıq qəhvəyi rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefon və 01 ədəd avtomobil açarını təqdim etmişdir. Bundan sonra Qasım əynindəki şalvarın sol yan cibindən 01 ədəd qara rəngli kağıza bükülmüş bükümü təqdim etmiş, həmin bükümün içərisində narkotik vasitə olan marixuana olduğunu, marixuananı Ağa adlı şəxsdən 120 manata aldığını və həmin maddəni öz istifadəsi üçün əldə etdiyini bildirmişdir. Bükümün içərisində olan kütləyə baxış keçirilərkən orada qurudulmuş halda yaşıl rəngli narkotik vasitə olan marixuanaya oxşar maddə olması müəyyən edilmişdir. Qasımdan aşkar edilmiş maddə bir ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmış və möhürlənərək zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı Qasım etibarnamə ilə idarə etdiyi "VOLKSWAGEN TİGUAN” markalı **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobilində də narkotik vasitə saxladığını bildirmiş və həmin narkotik vasitəni göstərə biləcəyini, avtomobilə baxış keçirilməsinə heç bir etirazının olmadığını qeyd etmişdir. “VOLKSWAGEN TİGUAN” markalı **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobildə Təqsirləndirilən şəxs saxladığı narkotik vasitənin yerini göstərməsi təklif edilmiş, təklifdən sonra Qasım avtomobilin qapısını açıb qabaq tərəfdə, sürət qutusunun yanındakı saxlanc yerini açaraq orada olan on iki ədəd qara rəngli kağız bükümlərini təqdim etmişdir. On iki ədəd bükümdəki narkotik vasitə olan marixuanaya oxşar maddələr bir ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmışdır. Qablaşdırılmış zərf möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən və idarə etdiyi avtomobildən aşkar edilib götürülmüş marixuananı hansı formada əldə etməsi, həmin marixuananı özü tərəfindən bükülməsi barədə məlumatı olmamışdır. Məhkəmə iclasında ifadəsi elan olunmuş şahid Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 eyni məzmunlu ifadə verərək, Şahid2 qeyd etdiyi xususatları təsdiq etmişdir. Təqsirləndirilən şəxs oğlunun üzərinə şəxsi axtarış aparılmasını əks etdirən videoçəkilişə baxış keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən Təqsirləndirilən şəxs əynində olan şalvarının sol yan cibindən 01 ədəd qara rəngli kağız bükümündə çəkisi 0,270 qram olan narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs oğlunun “VOLKSWAGEN TİGUAN” markalı **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxışın aparılmasını əks etdirən videoçəkilişə baxış keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs idarə etdiyi “VOLKSWAGEN TİGUAN” markalı **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış zamanı avtomobilin sürət qutusunun yanındakı saxlanc yerindən 12 ədəd qara rəngli kağız bükümdə nnarkotik vasitə- qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-bioloji ekspertizasının xx xxxx 2020-ci il tarixli 7/287 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə" yazılar və imzalar olan kağız paketdə 1 (bir) ədəd qara rəngli kağız bükümdə təmiz çəkisi-0,270 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar olunmuş narkotik vasitəyə bənzər maddə” yazılar və imzalar olan kağız paketi açdıqda içərisində 12 (on iki) ədəd qara rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri-1,470 qram; 0,340qram; 0,280 qram; 0,450 qram; 0,190 qram; 0,330 qram; 0,370 qram; 0,540 qram; 0,270 qram; 0,350 qram, 0,260 qram; 0,240 qram, ümumi təmiz çəkisi- 5,090 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanalardır. Təqsirləndirilən şəxs üzərindən və avtomobilindən götürülmüş marixuanaların ümumi çəkisi- 5,360 qramdır, tədqiqata istifadə olundu 0,26 qram ( hər obyektdən 0, 02 qram), qalıq 5,1 qram. Tədqiqata təqdim olunmuş marixuanalar tərkiblərinə görə eynidir. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri olaraq 66,46 (altmş altı manat qırx altı qəpik) manatdır. 12 avqust 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5,1 qram qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün Səbail RPİ-nin MSK-na təhvil verilmişdir. Respublika Narkoloji Mərkəzinin xx.xx.2020-ci il tarixli 2114 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. xx xxxx 2020-ci il tarixdə Səbail rayon polis idarəsinin İstintaq şöbəsində AR CMnin 234.2-ci maddəsi ilə cinayət işi başlanılmışdır. xx xxxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 21.00-da şübhəli şəxs qismində tutulmuşdur. xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham elan edilmişdir. Səbail Rayon Məhkəməsinin 4(009)-282/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmışdır. 12 avqust 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarla cinayət işi üzrə əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilmişdir. 13 avqust 2020-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli məhkəmə hazırləıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş, o məhkəmə iclas zalında dərhal həbsdən azad edilmişdir. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 tərəfindən 12 iyun 2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilərək 380 saat ictimai işlər cəzasına məhkum edilmişdir. Sumqayıt şəhər Probasiya şöbəsinin xx xxxxxx 2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin xx xxxx 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək təyin edilmiş 380 saat ictimai işlər cəzası Abşeron rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qərarı ilə 85 gün azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş və Təqsirləndirilən şəxs qeyd edilən cəzanı xx xxxx 2019-cu il tarixdə tam çəkmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, X7 xx.xx.2014cü ildə anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası X5r. Qasımzadə Məhəmməd Qasım oğlu xx.xx.2016-ci ildə anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası X5r. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyi, iş materiallarına əlavə edilmiş işin digər halları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan marixuananı əldə edərək saxlama cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” xx xxxxxx 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını və himayəsində iki azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx xxxx 2017-ci il tarixdə Bakı Hərbi Məhkəməsinin hökmü ilə CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək ictimai işlər cəzasına məhkum olunmuşdur. İctimai işlər cəzası xx xxxxxxx 2018-ci il tarixdə azadlığın məhdudlaşdırılması cəzasi ilə əvəz edilmişdir və Təqsirləndirilən şəxs cəzanı xx xxxx 2019cu il tarixdə çəkib qurtarmışdır. CM-nin 18.4-cü maddəsinə əsasən şəxs tərəfindən böyük ictimai təhlükə törətməyən cinayət törətdiyinə görə, həmçinin azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə residiv nəzərə alnınmır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 03 iyun 2020-ci il tarixdən 11 sentyabr 2020-ci il tarixədək, yəni 03 (üç) ay 08 (səkkiz) gün müddətində həbsdə olması Azərbaycan Respublikasının CMnin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla, 06 (altı) ay 16( on altı) gün ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri –ünvan 2 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X1 ekspert komissiyasının xx.xx.2020-ci il tarixli 2114 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Səbail rayon polis idarəsində saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5,1 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 66,46 (altmş altı manat qırx altı qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə və ibtidai istintaq zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 03 iyun 2020-ci il tarixdən 11 sentyabr 2020-ci il tarixədək, yəni 03 (üç) ay 08 (səkkiz) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 06 (altı) ay 16( on altı) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 11 (on bir) ay 14 (on dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri –ünvan 3 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müvafiq İcra və Probasiya qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Səbail Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut kimi tanınmış, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5,1 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 66,46 (altmş altı manat qırx altı qəpik) manat Təqsirləndirilən şəxsdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhəri 03 saylı vəkil bürosunun vəkili X6 tərəfindən ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə 360 (üç yüz altmış ) manat pul tutulub, Bakı şəhəri 03 saylı vəkil bürosunun (“xxxx” ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 360 (üç yüz altmış ) manat Bakı şəhəri 03 saylı vəkil bürosunun “xxxx” ASC-nin Səbail rayon filialındakı (kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar