Məhkəmə qərarları › İş №1(009)-149/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-149/2022

13.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-149/2022 13.09.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1996-cı ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Dirçəliş küçəsi, ev 38-də qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində Səbail rayon məhkəməsi tərəfindən 14 aprel 2022-ci il tarixdə “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə və narkotik vasitələri əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 2 (iki) ədəd selefon bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,430 qram, 0,501 qram, ümumi təmiz çəkisi 0,931 qram olan ag rəngli kristal hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamini, 4 ədəd açıq-qəhvəyi rəngli, tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 0,16 qram olan “F/M 40” göstəricili dərman həbləri və şəxsi istehlak miqdarından az miqdarda 3 (üç) ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,670 qram, 1,692 qram, 1,622 qram ümumi çəkisi 4,984 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edərək üzərində saxlamaqla daşımış 05 aprel 2022-ci il tarixdə saat 15:20-də Səbail rayonu, Salyan şosessi 13-ünvanında yerləşən yaşayış binalarının həyətində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliynin Əlahiddə X8 4-cü Patrul Bölüyünün polis nəfərləri tərəfindən şübhəli şəxs qismində saxlanılaraq Səbail Rayon Polisn İdarəsinin 8-ci Polis Bölməsinin inzibati binasına gətiriləndən sonra üzərində şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli gödəkçəsinin sag yan cibindən üzərində “İstanbul” yazısı olan qapaqlı dəmir qutunun içərisində saxlayaraq daşıdığı 2 (iki) ədəd selefon bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,430 qram, 0,501 qram, ümumi təmiz çəkisi 0,931 qram olan ag rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamini, 4 ədəd açıq-qəhvəyi rəngli, tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 0,16 qram olan “F/M 40” göstəricili dərman həbləri və şəxsi istehlak miqdarından az miqdarda 3 (üç) ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,670 qram, 1,692 qram, 1,622 qram ümumi çəkisi 4,984 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd blister kəsiyində çəkisi 0,219 qram olan dərman tablet qırıntısının tərkibində təmiz çəkisi 0,02 qram olan metadonu əldə edib üzərində saxlamaqla daşımış, Səbail Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının əvvəlcədən əldə etdikləri əməliyyat məlumatı əsasında keçirdikləri tədbir zamanı 12 aprel 2022-ci il tarixdə saat 17:30 radələrində ünvan 4 ünvanda yerləşən “Qız qalasfnın qarşısında şübhəli şəxs qismində saxlanılaraq Səbail Rayon Polisn İdarəsinin 8-ci Polis Bölməsinin inzibati binasına gətiriləndən sonra üzərində şəxsi axtarış aparılan zaman əynində olan tünd göy rəngli gödəkçənin sağ yan cibindən üzərinə “Rothmans” sözü yazılmış siqaret qutusunun içərisində saxlayaraq daşıdığı 01 ədəd blister kəsiyində çəkisi 0,219 qram olan dərman tablet qırıntısının tərkibində təmiz çəkisi 0,02 qram olan metadon və psixotrop maddə metamfetamin istifadə etmək üçün 01 ədəd kustar üsulla hazırlanmış rezin borulu avtomobil lampası aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,353 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroini əldə edərək üzərində saxlayıb daşımış, Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşlarının əvvəlcədən əldə etdikləri əməliyyat məlumatı əsasında keçirdikləri tədbir zamanı 17 may 2022-ci il tarixdə saat 11:40 radələrində Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Salyan yolu 2 ünvanın yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin inzibati binasına gətiriləndən sonra üzərində şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli şalvarın sağ cibində olan «Kent» markalı siqaret qutusunun içində saxlayaraq daşıdığı gümüşü rəngli falqaya bükülmüş bir ədəd içində 0,353 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür.Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulumuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət törətməsi özünün etirafedici ifadələri, şahid ifadələri, məhkəməekspertiza rəyləri, video görüntülər və digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, bir ildir ki, heç kimin xəbəri olmadan və ailə üzvlərindən gizli olaraq narkotik vasitə və psixotrop maddələrdən müxtəlif üsullarla könüllü olaraq qəbul edir. Buna onu heç kim təhrik etməsə də, narkotik vasitələri tanımadığı, şəxsiyyətləri haqqında heç bir məlumatı olmadığı şəxslərdən almışdır. 03 aprel 2022-ci il tarixində Yasamal rayonu “Asan” xidmətin arxasında yerləşən fərdi yaşayış evlərinin yaxınlığında adını bilmədiyi şəxsdən öz istifadəsi üçün 100 manata 3 ədəd sellofan bükümdə qurudulmuş, ot halında narkotik vasitə marixuana, 2 ədəd sellofana bükülmüş metamfetamin 4 ədəd narkotik tərkibli həb almış və üzərində “İstanbul” yazısı olan qapaqlı dəmir qutunun içinə qoyaraq əynində olan qara rəngli gödəkçənin sağ yan cibinə qoymuşdur. Özü istifadə etdiyi üçün aldığı narkotik vasitələri daimi üzərində gəzdirmişdir. 05 aprel 2022-ci il tarixdə tanışı Elşənlə birlikdə Salyan yolunda yerləşən yaşayış binalarının qarşısında olan zaman polis əməkdaşları onlara yaxınlaşmışlar, və özlərini təqdim etdikdən sonra onları 8-ci polis bölməsinə dəvət etmişlər. Bölməyə gəldikdən sonra polis bölməsində onun hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət edilmiş və daha sonra onun hüquqlarını izah edərək videoçəkilişdən istifadə etməklə üzərinə şəxsi axtarış və götürmə aparılmasına başlanılmışdır. Baxışdan əvvəl polis əməkdaşları onu baxış barədə qərarla tanış etmişlər və sonra ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməyi təklif edilmişlər. Bu təklifdən sonra o masaya yaxınlaşaraq yan cibindən üzərində «İstanbul» yazısı olan qapaqlı dəmir qutunu çıxardıb masanın üzərinə qoymuşdur. Qutunun içərisində baxış zamanı qutunun içərisində 3 büküm sellofana bükülmüş qurudulmuş ot halında narkotik vasitəyə bənzər maddə, 2 büküm sellofana bükülmüş metamfetamin adlanan psixotrop maddəyə bənzər maddə və 4 ədəd həb aşkar edilmiş, daha sonra isə ona əynində olan gödəkçəsinin digər ciblərini tam olaraq göstərməyi, ayaqqabılarını çıxarmağı təklif etmişlər və baxış zamanı gödəkçənin sol yan cibindən bir qutu «Rotmos» siqareti və göy rəngli şalvarının sağ yan cibindən 137 manat pul aşkar edilmiş, ciblərindən və ayaqqabılarından başqa bir əşya aşkar olunmamışdır. Bükümlərin içində narkotik vasitə və psixotrop maddələr olmuşdur və onları 03 aprel 2022-ci il tarixdə Yasamal rayonunda yerləşən «Asan Xildmət»in inzibati binasının arxasında yerləşən fərdi yaşayış evlərinin yaxınlığında adını bilmədiyi şəxsdən almışdır. Daha sonra üzərindən aşkar edilmiş bükümlər müvafiq ekspertiza tədqiqatına təqdim olunması üçün onun iştirakı ilə təhqiqatçı tərəfindən müvafiq qaydada 01 ədəd kağız zərfə qoyularaq Daxili İşlər Nazirliyinin 52 saylı möhürü ilə möhürlənmiş və onunla yanaşı iştirakçılar həmin zərfə imza etmişlər. Bununla da şəxsi axtarış başa çatmış və şəxsi axtarışın nəticələri barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş və onunla yanaşı iştirakçıların hamısı protokola imza etmişlər. Ona müstəntiq tərəfindən ittiham elan edilərək barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş və o sərbəst buraxılmışdır. Bir-neçə gündən sonra yəni 09 aprel 2022-ci ildə narkotik vasitə qəbul etmək istədiyi üçün qonşuluqda yaşayan Yapon ləqəbli Vüqardan 10 manata metadon həbi alıb yarısını qəbul etmiş, yarısını da qəbul etmək üçün özündə saxlamışdır. 12 aprel 2022-ci ildə saat 17 radələrində özündə olan metadonu da götürüb Səbail rayonu Neftçilər prospektində olan Qız qalasının yanında olan zaman 2 nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini polis əməkdaşları olduqlarını deyərək onu narkotik vasitələrin qəbulunda və saxlanılmasında şübhəli bilindiyi üçün Səbail rayon Polis İdarəsinə gətirmişlər və həmin binada olan xidməti otağın birində onun hüquqlarının müdafiəsi üçün dəvət edilmiş vəkil xanımın iştirakı ilə video kamera çəkilişindən istifadə edərək üzərində axtarış aparılmasını deyərək üzərində qanunsuz yolla əldə olunan əşyanı çıxardıb təqdim etməyi təklif etmişlər. Bu zaman o, orada olan iştirakçıların yanında əynində olan göy rəngli cins şalvarın sağ yan cibində olan bir ədəd Rothmans markalı siqareti çıxardıb orada olan masanın üzərinə qoyduqda həmin qutunun içərisində nə olmasının ondan soruşulduqda o, orada 01 ədəd kustar üsulla hazırlanmış üzərində rezin boru olan avtomobil lampası, 1 ədəd narıncı rəngli, tərkibində narkotik vasitə olan metadon adlı dərman həbini, əynində olan tünd göy rəngli gödəkçənin sol yan cibindən ona məxsus 01 ədəd Samsung J1 markalı mobil telefonu çıxardaraq təqdim etmişdir. Bundan sonra üzərində polislər tərəfindən axtarış aparılmış, lakin heç bir əşya aşkar olunmamışdır. O, üzərindən aşkar olunmuş həmin narkotik vasitə kimi qəbul etdiyi metadon adlı dərman həbini 10 manata qonşuluqda yaşayan Yapon ləqəbli Vüqar adlı şəxsdən özü qəbul etməyi üçün Bayıl qəsəbəsində aldığını bildirmişdir. Üzərindən aşkar olunmuş 01 ədəd kustar üsulla hazırlanmış üzərində rezin boru olan avtomobil lampası, 1 ədəd narıncı rəngli, tərkibində narkotik vasitə olan metadon adlı dərman həbi 01 ədəd kağız zərfə qoyularaq üzərindən 51 saylı möhürlənərək götürülmüş, həmin zərfin üzərini imzalamış, bu barədə polislər tərəfindən protokol tərtib olunmuş, həmin protokol ucadan oxunmuş, o və dəvət edilmiş vəkil xanım və orada olan digər polislər tərəfindən protokolun düzgünlüyünü təsdiq edilməsi üçün imzalamışlar. Bundan sonra müstəntiq tərəfindən onun barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə müraciət olunmuş və məhkəmə onun barəsində «ev dustaqlığı» qətimkan tədbiri seçmişdir. Sonuncu dəfə 17 may 2022-ci il tarixdə saat 10:00 radələrində Yasam rayonu Xreptovıy adlanan yerdən tanımadığı şəxsdən 10 manata 1 büküm (çet) kakos almış və evə getmək istəyərkən Səbail rayonu, Bayıl qəsəbəsi, Salyan yolu 2 ünvanında ona iki nəfər şəxs yaxınlaşaraq onu narkotik vasitələrin qanunsuz olaraq əldə edilib daşınmasında və istifadəsində şübhəli olduğu üçün onlarla birlikdə Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə getməyi təklif etmişlər. Polis bölməsində onun hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət edilmiş və daha sonra onun hüquqlarını izah edərək videoçəkilişdən istifadə etməklə üzərinə şəxsi axtarış və götürmə aparılmasına başlanılmış, baxışdan əvvəl polis əməkdaşları onu baxış barədə qərarla tanış etmişlər və sonra o içərisindəki 1 ədəd gümüşü falqaya bükülmüş bükülünü masanın üzərinə qoymuşdur. Polis əməkdaşları bükülünü açdıqda içində tünd toz halındakı maddənin olması aşkar eləmişlər. Daha sonra isə aşkar olunmuş 1 ədəd gümüşü falqaya bükülmüş tünd rəngli maddəni müvafiq ekspertiza tədqiqatına təqdim olunması üçün onun iştirakı ilə təhqiqatçı tərəfindən müvafiq qaydada 01 ədəd kağız zərfə qoyularaq möhürlənmiş və onunla yanaşı iştirakçılar həmin zərfə imza etdmişər. Daha sonra polis əməkdaşları üstünə baxış və axtarış aparsalar heç bir qanunsuz əşya aşkar edilməmişdir. Bununla da şəxsi axtarış başa çatmış və şəxsi axtarış nəticələri barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş və onunla yanaşı iştirakçıların hamısı protokola imza etmişlər. Təqsirləndirilən şəxs, törətdiyi cinayət əməlini tam etiraf etməsini, gənc olmasını, əməlindən səmimi peşman olmasını, qəbul etdiyi madddələrin məsuliyyət yaratdığından məlumatsız olduğunu, ev dustaqlığında olduğu vaxt ərzində qətimkan tədbirin şərtlərini heç bir zaman pozmadığını bildirərək barəsində həbslə əlaqədar olmayan digər cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirmişdir ki, 05 aprel 2022-ci il tarixdə inzibati ərazidə xidmətdə olarkən saat 16:20 radələrində Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 13 ünvanında yaşayış binalarının həyətində 2 nəfər şəxsin özlərini şübhəli apararaq nə isə axtardıqlarını görüb onlara yaxınlaşaraq özlərini təqdim etmiş və nə axtardıqlarını soruşmuşlar, həmin şəxslər isə həmin ərazidə yaşadıqlarını, ora qonaq gəldiklərini və gəzməyə çıxdıqlarını demişlər. Onlar həmin şəxslərdən şəxsiyyətlərini təsdiq edən sənəd istədikdə onlar kobudcasına cavab verərək heç bir sənədlərinin olmadığını bildirmişlər. Bundan sonra onlar həmin şəxsləri 8-ci PB-nə dəvət etmiş və bölmədə məlum olmuşdur ki, həmin şəxslər X7 və Təqsirləndirilən şəxsdur. Bundan sonra onlar tərəfindən raport yazaraq 8-ci PB-nin əməkdaşlarına təhvil vermişlər və onların raportu bölmənin təhqiqatçısı Əfqan Əliyevə həvalə edilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədi ilə təhqiqatçı tərəfindən müdafiəçi dəvət edilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılacağı izah edilmiş və şəxsi axtarış zamanı zamanı videoçəkilişdən istifadə ediləcəyi Təqsirləndirilən şəxs və iştirakçıların diqqətinə çatdırılmışdır. Şəxsi axtarışa başlanmzadan əvvəl iştirakçılara hüquq və vəzifələri, həmçinin şəxsi axtarışın aparılma səbəbi izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunsuz maddə və hər hansı bir əşyanın olub olmaması soruşulmuş və olduğu halda təqdim etməsi onun diqqətinə çatdırılmışdır. Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşıb əynində olan qara rəngli gödəkçənin sağ yan cibində olan üzərində «İstanbul» yazısı olan qapaqlı dəmir qutunu çıxardıb təqdim etmişdir. Qutunun içərisində baxış zamanı qutunun içərisində 3 büküm sellofana bükülmüş qurudulmuş ot halında narkotik vasitəyə bənzər maddə, 2 büküm sellfoana bükülmüş metamfetamin adlanan psixotrop maddəyə bənzər maddə və 4 ədəd həb aşkar edilmişdir. Ardınca Təqsirləndirilən şəxs əynində olan gödəkçəsinin digər ciblərini tam olaraq göstərməsi, ayaqqabılarını çıxarması təklif edilmiş və baxış zamanı gödəkçənin sol yan cibindən bir qutu «Rotmos» siqareti və göy rəngli şalvarının sağ yan cibindən 137 manat pul aşkar edilmiş, ciblərindən və ayaqqabılardan başqa bir əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər barədə sual olunduqda bükümlərin içində narkotik vasitə və psixotrop maddələr olduğunu və onu 03 aprel 2022-ci il tarixdə Yasamal rayonunda yerləşən «Asan Xildmət»in inzibati binasının arxasında yerləşən fərdi yaşayış evlərinin yaxınlığında adını bilmədiyi şəxsdən aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümlər müvafiq ekspertiza tədqiqatına təqdim olunması üçün özünün iştirakı ilə təhqiqatçı tərəfindən müvafiq qaydada 01 ədəd kağız zərfə qoyularaq DİN-nin 52 saylı möhürü ilə möhürləndi və iştirakçılar həmin zərfə imza etmişlər. Bununla da şəxsi axtarış başa çatmış və şəxsi axtarış nəticələri barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş və iştirakçıların hamısı protokola imza etmişlər. Bundan sonra digər şəxs X4 hüquqlarının müdafiə edilıməsi məqsədi ilə təhqiqatçı tərəfindən müdafiəçi dəvət edilmiş, Elşən Hüseynova üzərinə şəxsi axtarış aparılacağı izah edilmiş və şəxsi axtarış zamanı zamanı videoçəkilişdən istifadə ediləcəyi Elşən Hüseynov və iştirakçıların diqqətinə çatdırılmışdır. Şəxsi axtarışa başlanmazdan əvvəl iştirakçılara hüquq və vəzifələri, həmçinin şəxsi axtarışın aparılma səbəbi izah edilmiş, bundan sonra Elşən Hüseynovdan üzərində qanunsuz maddə və hər hansı bir əşyanın olub olmaması soruşulmuş və olduğu halda təqdim etməsi onun diqqətinə çatdırılmışdır. Elşən Hüseynov masaya doğru yaxınlaşıb əynində olan qara boz rəngli cins şalvarının arxa cibindən özünə məxsus «Samsung A-12» markalı mobil telefonu çıxardıb təqdim etmiş, daha sonra Elşən Hüseynova əynində olan gödəkçəsinin digər ciblərini tam olaraq göstərməsi, ayaqqabılarını çıxarması təklif edilmiş və baxış zamanı ciblərindən və ayaqqabılardan başqa bir əşya aşkar olunmamışdır. Bununla da şəxsi axtarış başa çatmış və şəxsi axtarış nəticələri barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş və iştirakçıların hamısı protokola imza etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5, digər Şahid6 ifadəsi ilə analoji ifadə verərək onun ifadəsində göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, o, Səbail Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 12 aprel 2022-ci il tarixdə idarəyə “Ramil” adlı şəxsin qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etməsi, özündə saxlamaqla daşıması barədə əməliyyat məlumatı daxil olmuş, həmin şəxsin cinayət başında ifşa edilməsi və yaxalanması məqsədilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi zərurəti yaranmışdır. Əməliyyat qrupu yaradılmış, «Ramil» adlı şəxsin şəxsiyyəti müəyyən edilmişdir ki, xx xxxx 1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Dirçəliş küçəsi ev 38-də qeydiyyatda olan və ünvan 7 ünvanında yaşayan X5r. Daha sonra Təqsirləndirilən şəxs zahiri əlamətləri barədə qrup üzvləri təlimatlandırlmış və həmin günü qrup üzləri ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 111 ünvan ətrafında əməliyyat mövqeləri müəyyən edilmişdir. 12 aprel 2022-ci il tarixdə saat 17:30 radələrində Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 111 ünvanın qarşısında zahiri əlamətləri Təqsirləndirilən şəxs ilə oxşar olan şəxsin piyada hərəkət etdiyini görüb ona yaxınlaşmış, ona Səbail Rayon Polis İdarəsinin əməkdaşı olduqlarını bildirib özlərini təqdim edib ondan şəxsiyyəti barədə məlumat verməsini izah etdikdən sonra saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Həmin şəxsin həqiqətən Təqsirləndirilən şəxs olması müəyyən edildiyindən ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə onlarda məlumatın olmasını və bu məqsədlə də onun üzərinə şəxsi axtarış aparalıcağı və onlarla birlikdə Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsində yerləşən Səbail rayon Polis İdarəsinə getməli olduğunu izah edib onu avtomobillə həmin ünvanda yerləşən Səbail rayon Polis İdarəsinin inzibati binasına gətirmişlər və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmasına zərurət yarandığı üçün tərəfindən raportla Səbail Rayon Polis İdarəsinin rəisinə məruzə edilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxsin hüquqlarının müdafiə edilıməsi məqsədi ilə təhqiqatçı tərəfindən müdafiəçi dəvət edilmiş. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılacağı izah edilmiş və şəxsi axtarış zamanı videoçəkilişdən istifadə ediləcəyi Təqsirləndirilən şəxs və iştirakçıların diqqətinə çatdırılmışdır. Şəxsi axtarışa başlanmzadan əvvəl iştirakçılara hüquq və vəzifələri, həmçinin şəxsi axtarışın aparılma səbəbi izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunsuz maddə və hər hansı bir əşyanın olub olmaması soruşulmuş və olduğu halda təqdim etməsi onun diqqətinə çatdırılmışdır. Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli gödəkçənin sağ yan cibindən bir ədəd üzərində «Rothmans» yazısı olan siqaret qutusunu, çıxarıb təqdim edərək masanın üzərinə qoymuşdur. Həmin siqaret qutusunun içərisində nə olduğunu soruşduqda o, 01 ədəd kustar üsulla hazırlanmış üzərində rezin boru olan avtomobil lampası, 01 ədəd narıncı rəngli dərman həbini, əynində olan tünd göy rəngli gödəkcənin sol yan cibindən 01 ədəd Samsunq J 1 markalı mobil telefonu çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həbin narkotik vasitə olan metadon olması və aşkar edilərək götürülmüş avtomobil lampası ilə həmin narkotik vasitəni istifadə etdiyini həmin maddəni özü istifadə etmək üçün 10 manata qonşuluqda yaşayan “Yapon” ləqəbli Vüqar adlı şəxsdən Bayıl qəsəbəsində aldığını bildirmişdir. Aşkar olunmuş maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 51 saylı möhürü ilə möhürlənərək götürülmüş, bununla da şəxsi axtarış başa çatmış və şəxsi axtarış nəticələri barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş və iştirakçıların hamısı protokola imza etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, Daxili İşlər Nazirliyinin Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 17 may 2022-ci il tarixdə bölməyə xx xxxx 1996-cı ildə Bakı şəhərində anadan olmuş, əvvəllər məhkum olunmamış, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Dirçəliş küçəsi ev 38-də qeydiyyatda olan və ünvan 7 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etməsi, özündə saxlamaqla daşıması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin şəxsin cinayət başında ifşa edilməsi və yaxalanması məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi zərurəti yaranmışdır. Əməliyyat qrupu yaradılmış və Təqsirləndirilən şəxs zahiri əlamətləri barədə qrup üzvləri təlimatlandırılmış və həmin günü qrup üzvləri ilə birlikdə əməliyyat məlumatında göstərilən Bakı şəhəri, Səbail rayonu, ünvan 11 ünvanın ətrafında əməliyyat mövqeyimiz müəyyən edilmişdir. 17 may 2022-ci il tarixdə saat 11:40 radələrində Bakı şəhəri, Səbail rayonu, ünvan 11 ünvanda zahiri əlamətləri Təqsirləndirilən şəxs ilə oxşar olan şəxsin piyada hərəkət etdiyini görüb ona yaxınlaşdıq, ona Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşları olduqlarını bildirib özlərini təqdim edib ondan şəxsiyyəti barədə məlumat verməsini izah etdikdən sonra saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirdi. Həmin şəxsin həqiqtətən Təqsirləndirilən şəxs olması müəyyən edildiyindən ona narkotik vasitələrin qanunsuz dövriyyəsi məşğul olması barədə bizdə məlumatın olmasını və bu məqsədlə də onun üzərinə şəxsi axtarış aparalıcağı və onlarla birlikdə ünvan 12 ünvanında yerləşən Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə getməli olduğunu izah edib onu avtomobillə həmin ünvanda yerləşən Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin inzibati binasına gətirmiş və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmasına zərurət yarandığı üçün tərəflərindən raportla Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin rəisinə məruzə edilmiş, raport əsasında araşdırmanın aparılması Polis Bölməsinin təhqiqatçısı Yasəf Rüstəmova həvalə edilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilıməsi məqsədi ilə təhqiqatçı tərəfindən müdafiəçi dəvət edilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılacağı izah edilmiş və şəxsi axtarış zamanı zamanı videoçəkilişdən istifadə ediləcəyi Təqsirləndirilən şəxs və iştirakçıların diqqətinə çatdırılmışdır. Şəxsi axtarışa başlanmzadan əvvəl iştirakçılara hüquq və vəzifələri, həmçinin şəxsi axtarışın aparılma səbəbi izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunsuz maddə və hər hansı bir əşyanın olub olmaması soruşulmuş və olduğu halda təqdim etməsi onun diqqətinə çatdırılmışdır. Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşıb əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd «Nokia» markalı mobil telefon çıxardaraq masanın üzərinə qoymuş, daha sonra isə şalvarının sağ yan cibində olan ağ rəngli, üzərində “Kent” yazısı olan siqaret qutusunu içərisində narkotik vasit olan kakos kimi adlandırılan heroin olmasını bildirib həmin siqaret qutusunun şalvarının sağ yan cibindən çıxarıb masanın üzərinə qoymuş və qutunun içində baxdıqda oradan gümüşü rəngli siqaret kağızına bükülmüş narkotik vasitəyə bənzər maddə aşkar edilmişdir. Ardınca Təqsirləndirilən şəxs oğluna əynində olan gödəkçəsinin digər ciblərini tam olaraq göstərməsi, ayaqqabılarını çıxarması təklif edilmiş və baxış zamanı gödəkçənin ciblərindən və ayaqqabılardan başqa bir əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm barədə sual olunduqda bükümün içində narkotik vasitə olduğunu və onu 17 may 2022-ci il tarixdə Yasamal rayonun Xreptovıy adlana ərazidə tanımadığı şəxsdən 10 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir büküm gümüşü rəngli kağıza bükülmüş narkotik vasitəyə bənzər maddə müvafiq ekspertiza tədqiqatına təqdim olunması üçün özünün iştirakı ilə təhqiqatçı tərəfindən müvafiq qaydada 01 ədəd kağız zərfə qoyularaq Daxili İşlər Nazirliyinin 52 saylı möhürü ilə möhürlənmiş və iştirakçılar həmin zərfə imza etmişlər. Bununla da şəxsi axtarış başa çatmış və şəxsi axtarış nəticələri barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş və iştirakçıların hamısı protokola imza etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, digər Şahid1 ifadəsi ilə analoji ifadə verərək onun ifadəsində göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan olunmuş X3, 05 aprel 2022-ci il tarixdə inzibati ərazidə xidmətdə olarkən saat 16:20 radələrində Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 13 ünvanında yaşayış binalarının həyətində 2 nəfər şəxsin özlərini şübhəli apararaq nə isə axtardıqlarını görüb onlara yaxınlaşaraq özlərini təqdim etmiş və nə axtardıqlarını soruşmuşlar, həmin şəxslər isə həmin ərazidə yaşadıqlarını, ora qonaq gəldiklərini və gəzməyə çıxdıqlarını demişlər. Onlar həmin şəxslərdən şəxsiyyətlərini təsdiq edən sənəd istədikdə onlar kobudcasına cavab verərək heç bir sənədlərinin olmadığını bildirmişlər. Bundan sonra onlar həmin şəxsləri 8-ci Polis Bölməsinə dəvət etmiş və bölmədə məlum olmuşdur ki, həmin şəxslər X7 və Təqsirləndirilən şəxsdur. Bundan sonra onlar tərəfindən raport yazaraq 8-ci Polis Bölməsinin əməkdaşlarına təhvil vermişlər və onların raportu bölmənin təhqiqatçısı Əfqan Əliyevə həvalə edilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədi ilə təhqiqatçı tərəfindən müdafiəçi dəvət edilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılacağı izah edilmiş və şəxsi axtarış zamanı zamanı videoçəkilişdən istifadə ediləcəyi Təqsirləndirilən şəxs və iştirakçıların diqqətinə çatdırılmışdır. Şəxsi axtarışa başlanmzadan əvvəl iştirakçılara hüquq və vəzifələri, həmçinin şəxsi axtarışın aparılma səbəbi izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunsuz maddə və hər hansı bir əşyanın olub olmaması soruşulmuş və olduğu halda təqdim etməsi onun diqqətinə çatdırılmışdır. Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşıb əynində olan qara rəngli gödəkçənin sağ yan cibində olan üzərində «İstanbul» yazısı olan qapaqlı dəmir qutunu çıxardıb təqdim etmişdir. Qutunun içərisində baxış zamanı qutunun içərisində 3 büküm sellofana bükülmüş qurudulmuş ot halında narkotik vasitəyə bənzər maddə, 2 büküm sellfoana bükülmüş metamfetamin adlanan psixotrop maddəyə bənzər maddə və 4 ədəd həb aşkar edilmişdir. Ardınca Təqsirləndirilən şəxs əynində olan gödəkçəsinin digər ciblərini tam olaraq göstərməsi, ayaqqabılarını çıxarması təklif edilmiş və baxış zamanı gödəkçənin sol yan cibindən bir qutu «Rotmos» siqareti və göy rəngli şalvarının sağ yan cibindən 137 manat pul aşkar edilmiş, ciblərindən və ayaqqabılardan başqa bir əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər barədə sual olunduqda bükümlərin içində narkotik vasitə və psixotrop maddələr olduğunu və onu 03 aprel 2022-ci il tarixdə Yasamal rayonunda yerləşən «Asan Xildmət»in inzibati binasının arxasında yerləşən fərdi yaşayış evlərinin yaxınlığında adını bilmədiyi şəxsdən aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümlər müvafiq ekspertiza tədqiqatına təqdim olunması üçün özünün iştirakı ilə təhqiqatçı tərəfindən müvafiq qaydada 01 ədəd kağız zərfə qoyularaq Daxili İşlər Nazirliyinin 52 saylı möhürü ilə möhürləndi və iştirakçılar həmin zərfə imza etmişlər. Bununla da şəxsi axtarış başa çatmış və şəxsi axtarış nəticələri barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş və iştirakçıların hamısı protokola imza etmişlər. Bundan sonra digər şəxs X4 hüquqlarının müdafiə edilıməsi məqsədi ilə təhqiqatçı tərəfindən müdafiəçi dəvət edilmiş, Elşən Hüseynova üzərinə şəxsi axtarış aparılacağı izah edilmiş və şəxsi axtarış zamanı zamanı videoçəkilişdən istifadə ediləcəyi Elşən Hüseynov və iştirakçıların diqqətinə çatdırılmışdır. Şəxsi axtarışa başlanmazdan əvvəl iştirakçılara hüquq və vəzifələri, həmçinin şəxsi axtarışın aparılma səbəbi izah edilmiş, bundan sonra Elşən Hüseynovdan üzərində qanunsuz maddə və hər hansı bir əşyanın olub olmaması soruşulmuş və olduğu halda təqdim etməsi onun diqqətinə çatdırılmışdır. Elşən Hüseynov masaya doğru yaxınlaşıb əynində olan qara boz rəngli cins şalvarının arxa cibindən özünə məxsus «Samsung A-12» markalı mobil telefonu çıxardıb təqdim etmiş, daha sonra Elşən Hüseynova əynində olan gödəkçəsinin digər ciblərini tam olaraq göstərməsi, ayaqqabılarını çıxarması təklif edilmiş və baxış zamanı ciblərindən və ayaqqabılardan başqa bir əşya aşkar olunmamışdır. Bununla da şəxsi axtarış başa çatmış və şəxsi axtarış nəticələri barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş və iştirakçıların hamısı protokola imza etmişlər. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan olunmuş Şahid3, Səbail Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 12 aprel 2022-ci il tarixdə idarəyə “Ramil” adlı şəxsin qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etməsi, özündə saxlamaqla daşıması barədə əməliyyat məlumatı daxil olmuş, həmin şəxsin cinayət başında ifşa edilməsi və yaxalanması məqsədilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi zərurəti yaranmışdır. Əməliyyat qrupu yaradılmış, «Ramil» adlı şəxsin şəxsiyyəti müəyyən edilmişdir ki, xx xxxx 1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Dirçəliş küçəsi ev 38-də qeydiyyatda olan və ünvan 7 ünvanında yaşayan X5r. Daha sonra Təqsirləndirilən şəxs zahiri əlamətləri barədə qrup üzvləri təlimatlandırlmış və həmin günü qrup üzləri ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 111 ünvan ətrafında əməliyyat mövqeləri müəyyən edilmişdir. 12 aprel 2022-ci il tarixdə saat 17:30 radələrində Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 111 ünvanın qarşısında zahiri əlamətləri Təqsirləndirilən şəxs ilə oxşar olan şəxsin piyada hərəkət etdiyini görüb ona yaxınlaşmış, ona Səbail Rayon Polis İdarəsinin əməkdaşı olduqlarını bildirib özlərini təqdim edib ondan şəxsiyyəti barədə məlumat verməsini izah etdikdən sonra saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Həmin şəxsin həqiqətən Təqsirləndirilən şəxs olması müəyyən edildiyindən ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə onlarda məlumatın olmasını və bu məqsədlə də onun üzərinə şəxsi axtarış aparalıcağı və onlarla birlikdə Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsində yerləşən Səbail rayon Polis İdarəsinə getməli olduğunu izah edib onu avtomobillə həmin ünvanda yerləşən Səbail rayon Polis İdarəsinin inzibati binasına gətirmişlər və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmasına zərurət yarandığı üçün tərəfindən raportla Səbail Rayon Polis İdarəsinin rəisinə məruzə edilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxsin hüquqlarının müdafiə edilıməsi məqsədi ilə təhqiqatçı tərəfindən müdafiəçi dəvət edilmiş. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılacağı izah edilmiş və şəxsi axtarış zamanı videoçəkilişdən istifadə ediləcəyi Təqsirləndirilən şəxs və iştirakçıların diqqətinə çatdırılmışdır. Şəxsi axtarışa başlanmzadan əvvəl iştirakçılara hüquq və vəzifələri, həmçinin şəxsi axtarışın aparılma səbəbi izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunsuz maddə və hər hansı bir əşyanın olub olmaması soruşulmuş və olduğu halda təqdim etməsi onun diqqətinə çatdırılmışdır. Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli gödəkçənin sağ yan cibindən bir ədəd üzərində «Rothmans» yazısı olan siqaret qutusunu, çıxarıb təqdim edərək masanın üzərinə qoymuşdur. Həmin siqaret qutusunun içərisində nə olduğunu soruşduqda o, 01 ədəd kustar üsulla hazırlanmış üzərində rezin boru olan avtomobil lampası, 01 ədəd narıncı rəngli dərman həbini, əynində olan tünd göy rəngli gödəkcənin sol yan cibindən 01 ədəd Samsunq J1 markalı mobil telefonu çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həbin narkotik vasitə olan metadon olması və aşkar edilərək götürülmüş avtomobil lampası ilə həmin narkotik vasitəni istifadə etdiyini həmin maddəni özü istifadə etmək üçün 10 manata qonşuluqda yaşayan “Yapon” ləqəbli Vüqar adlı şəxsdən Bayıl qəsəbəsində aldığını bildirmişdir. Aşkar olunmuş maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 51 saylı möhürü ilə möhürlənərək götürülmüş, bununla da şəxsi axtarış başa çatmış və şəxsi axtarış nəticələri barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş və iştirakçıların hamısı protokola imza etmişlər. İş üzrə məhkəmə-kimyəvi ekspertizasının 06 aprel 2022-ci il tarixli 6/1860 saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən....” sözləri olan zərfdəki 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,430qr., 0,501 qra.,ümumi təmiz çəkisi 0,931 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə-metamfetamindir, bir ədəd blister kəsiyində 4 ədəd açıq-qəhvəyi rəngli “F/M 40” göstəricili dərman həblərinin əsas təsiredici maddəsi metadondur və həmin həblərin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 0,16 qram təşkil edir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına daxildir. Məhkəmə-bioloji ekspertizasının 06 aprel 2022-ci il tarixli 7/329 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Vət.Təqsirləndirilən şəxs üzərindən götürülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 1,670qram, 1,692qram, 1,622qram, ümumi çəkisi 4,984qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Məhkəmə-kimyəvi ekspertizasının 13 aprel 2022-ci il tarixli 6/2086 saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün N51” möhür əksi“ Təqsirləndirilən şəxs...” və s. Yazılar, imzalar olan zərfdəki təqdim olunmuşdur. Zərfdə “Rothmans” markalı siqaret qutusunda 01 ədəd blister kəsiyində çəkisi 0.219 qram olan dərman tableti qırıntısının tərkibində təmiz çəkisi 0.02 qram metadon müəyyən edildi. Qəlyana bənzər predmetin daxilində psixatrop maddə metamfetaminnin izləri müəyyən edildi. Həmin predmetin daxilində metamfetamin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi mümkün olmadı. Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına daxildir. Məhkəmə-kimyəvi ekspertizasının 18 may 2022-ci il tarixli 6/2838 saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №52” dairəvi möhür əksi olan, “Şübhəli şəxs Təqsirləndirilən şəxs” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,353 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına daxildir. Məhkəmə iclasında iş materiallarında olan video görüntüyə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşıb əynində olan qara rəngli gödəkçənin sağ yan cibində olan üzərində «İstanbul» yazısı olan qapaqlı dəmir qutunu çıxardıb təqdim edir. Qutunun içərisində baxış zamanı qutunun içərisində 3 büküm sellofana bükülmüş qurudulmuş ot halında narkotik vasitəyə bənzər maddə, 2 büküm sellofana bükülmüş metamfetamin adlanan psixotrop maddəyə bənzər maddə və 4 ədəd həb aşkar edilir. Ardınca Təqsirləndirilən şəxs əynində olan gödəkçəsinin digər ciblərini tam olaraq göstərməsi, ayaqqabılarını çıxarması təklif edilir və baxış zamanı gödəkçənin sol yan cibindən bir qutu «Rotmos» siqareti və göy rəngli şalvarının sağ yan cibindən 137 manat pul aşkar edilir, ciblərindən və ayaqqabılardan başqa bir əşya aşkar olunmur. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər barədə sual olunduqda bükümlərin içində narkotik vasitə və psixotrop maddələr olduğunu və onu 03 aprel 2022-ci il tarixdə Yasamal rayonunda yerləşən «Asan Xildmət»in inzibati binasının arxasında yerləşən fərdi yaşayış evlərinin yaxınlığında adını bilmədiyi şəxsdən aldığını bildirir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümlər müvafiq ekspertiza tədqiqatına təqdim olunması üçün özünün iştirakı ilə təhqiqatçı tərəfindən müvafiq qaydada 01 ədəd kağız zərfə qoyularaq DİN-nin 52 saylı möhürü ilə möhürlənir və iştirakçılar həmin zərfə imza edirlər. Digər video görüntüyə baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşıb əynindəki tünd göy rəngli gödəkçənin sağ yan cibindən bir ədəd üzərində “Rothmans” yazısı olan siqaret qutusunu, çıxarıb təqdim edərək masanın üzərinə qoyur. Polis əməkdaşları həmin siqaret qutusunun içərisində nə olduğunu soruşduqda o, 01 ədəd kustar üsulla hazırlanmış üzərində rezin boru olan avtomobil lampası, 01 ədəd narıncı rəngli dərman həbini, əynində olan tünd göy rəngli gödəkcənin sol yan cibindən 01 ədəd Samsunq J 1 markalı mobil telefonu çıxararaq təqdim edir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həbin narkotik vasitə olan metadon olması və aşkar edilərək götürülmüş avtomobil lampası ilə həmin narkotik vasitəni istifadə etdiyini həmin maddəni özü istifadə etmək üçün 10 manata qonşuluqda yaşayan “Yapon” ləqəbli Vüqar adlı şəxsdən Bayıl qəsəbəsində aldığını bildirir. Aşkar olunmuş maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün 51 saylı möhürü ilə möhürlənərək götürülür. İştirakçılar tərəfindən həmin zərflər imzalanır. Digər video görüntüyə baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ cibində olan üzərində “Kent” yazısı olan siqaret qutusunun içində saxladığı gümüşü falqaya bükülmüş bir ədəd içində tünd rəngli tozşəkilli heroinə bənzər maddə aşkar edilərək götürülmüş və bu barədə protokol tərtib edilmişdir. Digər video görüntüyə baxış zamanı müəyyən olunmuşdur ki,Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşıb masaya doğru yaxınlaşıb əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd “Nokia” markalı mobil telefon çıxardaraq masanın üzərinə qoyur, daha sonra isə şalvarının sağ yan cibində olan ağ rəngli, üzərində “Kent” yazısı olan siqaret qutusunu içərisində narkotik vasit olan kakos kimi adlandırılan heroin olmasını bildirib həmin siqaret qutusunun şalvarının sağ yan cibindən çıxarıb masanın üzərinə qoyur və qutunun içində baxdıqda oradan gümüşü rəngli siqaret kağızına bükülmüş narkotik vasitəyə bənzər maddə aşkar edilir. Ardınca Təqsirləndirilən şəxs əynində olan gödəkçəsinin digər ciblərini tam olaraq göstərməsi, ayaqqabılarını çıxarması təklif edilir və baxış zamanı gödəkçənin ciblərindən və ayaqqabılardan başqa bir əşya aşkar olunmur. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm barədə sual olunduqda bükümün içində narkotik vasitə olduğunu və onu 17 may 2022-ci il tarixdə Yasamal rayonun Xreptovıy adlanan ərazidə tanımadığı şəxsdən 10 manata öz istifadəsi üçün aldığını bildirir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir büküm gümüşü rəngli kağıza bükülmüş narkotik vasitəyə bənzər maddə müvafiq ekspertiza tədqiqatına təqdim olunması üçün özünün iştirakı ilə təhqiqatçı tərəfindən müvafiq qaydada 01 ədəd kağız zərfə qoyularaq DİN-nin 52 saylı möhürü ilə möhürlənir və iştirakçılar həmin zərfə imza edirlər. İş materiallarından görünür ki, cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,430qr., 0,501 qram., ümumi təmiz çəkisi 0,931 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddəmetamfetamin, bir ədəd blister kəsiyində 4 ədəd açıq-qəhvəyi rəngli “F/M 40” göstəricili dərman həblərinin əsas təsiredici maddəsi metadon, 01 ədəd blister kəsiyində çəkisi 0,219 qram olan dərman tableti qırıntısı, qəlyana bənzər predmet, bir ədəd bükümdə təmiz çəkisi 0,353 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,831 metamfetamin, 3 ədəd həb, 0,110 qram metadon qırıntısı, 0,303 qram heroin və qəlyana bənzər əşya saxlanması üçün Səbail Rayon Polis İdarəsinin maddi sübutların saxlandığı kameraya təhvil verilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPMnin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahilərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və iş üzrə digər sənədləri, habelə iş üzrə maddi sübutları və video görüntüləri sübut növü kimi qəbul edib həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş, onun həmin maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsiri sübuta yetirilmişdir və o, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs, 2 (iki) ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,430 qram, 0,501 qram, ümumi təmiz çəkisi 0,931 qram olan ag rəngli kristal hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamini, 4 ədəd açıq-qəhvəyi rəngli, tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 0,16 qram olan “F/M 40” göstəricili dərman həbləri və şəxsi istehlak miqdarından az miqdarda 3 (üç) ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,670 qram, 1,692 qram, 1,622 qram ümumi çəkisi 4,984 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı, Bundan başqa şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd blister kəsiyində çəkisi 0,219 qram olan dərman tablet qırıntısının tərkibində təmiz çəkisi 0,02 qram olan metadonu, Bundan başqa şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,353 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroini əldə edib özündə saxlanılması ilə əlaqədar ittiham irəli sürülmüşdür. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı hədləri - “Narkotik vasitələr”-in 12-ci bəndinə (“a” yarımbəndinə) əsasən qurudulmuş marixuana (kannabis) təmiz çəkisi 5 (beş) qram şəxsi istehlak miqdarından artıq miqdarını təşkil edir və cinayət məsuliyyəti yaradır. Belə olan halda təqsirləndirilən şəxsin üzərində aşkar olunmuş təmiz çəkisi 4,984 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana cinayət məsuliyyəti yaratmır və bu səbəbdən narkotik vasitə qurudulmuş marixuananın satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib özündə saxlanılması hissəsi xaric olunmalıdır. Təqsirləndirilən şəxs həmin hissədə əməlində olan inzibati xəta tərkibinin əlamətlərinə hüquqi qiymət verilməsi məqsədi ilə müvafiq materiallar hökm qanuni qüvvəsini aldıqdan sonra Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə göndərilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, şahidlərin ifadələri, həmçinin özünün həm ibtidai istintaq zamanı həm də məhkəmə istintaqı zamanı təsdiq edici ifadələri ilə, ekspert rəyləri, video görüntülər, iş materiallarına əlavə edilmiş işin digər halları ilə onun satış məqsədi olmadan qanunsuz olaraq istehlak miqdarından artıq miqdarda psixotrop maddə və narkotik vasitələri əldə edib saxlaması cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Şübhəli şəxsin tutulması haqqında protokola əsasən, Təqsirləndirilən şəxs 05 aprel 2022-ci ildə saat 17:00-da tutulmuş və 07 aprel 2022-ci ildə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Səbail RPİ-nin müstəntiqi Pərviz Cəfərov tərəfindən verilmiş vəsatət rədd edilmiş və 07 aprel 2022-ci ildə onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Şübhəli şəxsin tutulması haqqında protokola əsasən, Təqsirləndirilən şəxs 12 aprel 2022-ci ildə saat 18:25-də tutulmuş və barəsində Səbail Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli qərarı ilə 03 (üç) ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmişdir İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokola əsasən, Təqsirləndirilən şəxs azadlığı 17 may 2022-ci ildə saat 11:40 dəqiqədən faktiki olaraq məhdudlaşdırılmış və təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin təmin edilməməsi haqqında 19 may 2022-ci il tarixli qərara əsasən, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair Səbail Rayon Polis İdarəsinin müstəntiqi Müslüm Quliyevin 19 may 2022-ci il tarixli vəsatəti rədd edilmiş, barəsində Səbail Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilməsi nəzərə alınmaqla kifayətlənmiş və Təqsirləndirilən şəxs dərhal Səbail Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən azad edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən tərəfindən Təqsirləndirilən şəxs məhkumluğuna dair tərtib edilmiş müvafiq tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, habelə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitələri və psixatrop maddələri əldə edib daşıması ilə bağlı ittiham olunub cinayət məsuliyyətinə cəlb olunmasını, həmçninin təqsirləndirilən şəxs tərəfindən eyni-cinsli cinayətlərin təkrar törədilməsini nəzərə alıb belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də onun Təqsirləndirilən şəxs şəxsiyyətinə uyğundur və onun islah olunmasına təsir edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hərəkətlərində onun cəzasını ağırlaşdıran hal kimi cinayətlərin təkrar törədilməsi müəyyən edilmişdir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından həbsə alınmalı, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 05 aprel 2022-ci il tarixdən 07 aprel 2022-ci il tarixədək, 02 (iki) gün şübhəli şəxs qismində tutulduğu müddət azadlıqdan məhrum etmə müddətinə bərabər tutularaq, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından 02 (iki) gün çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcələsinin 158.2.2-ci maddəsinə əsasən ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin 158.2.2-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində Səbail Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 4(009)-113/2022 saylı qərarı ilə, əvvəli 12 aprel 2022-ci il tarixdən hesablanmaqla ev dustaqlığı qətimkan tədbirinin seçilməsi nəzərə alınmalıdır. Eyni zamanda, məhkəmə qeyd edir ki, məhkəmə-narkoloji ekspertizasının 26 aprel 2022-ci il tarixli 2086 №-li rəyinə əsasən, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və Psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Bundan başqa məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu və 353.4.11-ci maddələrinin tələbləri baxımından, Təqsirləndirilən şəxs verilmiş ittihamdan təmiz çəkisi 4,984 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib özündə saxlanılması hissəsinin xaric olunmasını, iş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs həmin hissədə əməlində olan inzibati xəta tərkibinin əlamətlərinə hüquqi qiymət verilməsi məqsədi ilə müvafiq materiallar və Səbail Rayon Polis İdarəsində saxlanılan ümumi çəkisi 4,924 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə göndərilməsini, Səbail Rayon Polis İdarəsində saxlanılan təhqiqata sərf edildikdən sonra qalıq qalmış 0,831 metamfetamin, 3 ədəd “F/M 40” göstəricili dərman həblərinin əsas təsiredici maddəsi metadon, 01 ədəd blister kəsiyində çəkidi 0,110 qram metadon qırıntısı, 0,303 qram heroin və qəlyana bənzər əşya hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 328 (üç yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsini məqəsədəuyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 01 (bir) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 05 aprel 2022-ci il tarixdən 07 aprel 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət, ümumilikdə 02 gün müddət ona təyin edilmiş əsas cəza müddətindən çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbsə alınsın. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli ev dustaqlığında saxlama müddətinin əvvəlindən, yəni 12 aprel 2022-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilsin. Təqsirləndirilən şəxs verilmiş ittihamdan təmiz çəkisi 4,984 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib özündə saxlanılması hissəsi xaric olunsun. Təqsirləndirilən şəxs həmin hissədə əməlində olan inzibati xəta tərkibinin əlamətlərinə hüquqi qiymət verilməsi məqsədi ilə müvafiq materiallar və Səbail Rayon Polis İdarəsində saxlanılan ümumi çəkisi 4,924 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə göndərilsin. Səbail Rayon Polis İdarəsində saxlanılan təhqiqata sərf edildikdən sonra qalıq qalmış 0,831 metamfetamin, 3 ədəd “F/M 40” göstəricili dərman həblərinin əsas təsiredici maddəsi metadon, 01 ədəd blister kəsiyində çəkidi 0,110 qram metadon qırıntısı, 0,303 qram heroin və qəlyana bənzər əşya hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 328 (üç yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142593, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 180 (yüz səksən) manat pul tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun "xxxx" QSC-nin Səbail filialındakı hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar