Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-149/2024 09.10.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1985-ci ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, bağban işləyən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(012)-373/2023 saylı hökmü ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2da yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 09 oktyabr 2024-cü il tarixdə saat 12.00-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında, zərərçəkmiş şəxsin üzərindən çıxarmaqla özgənin əmlakını gizli olaraq talayıb təkrarən oğurluq etmişdir. Belə ki, o, xx.xx.2022-ci il tarixdə saat 23.50 radələrində tanışı Şahid3 ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Nobel prospektində yerləşən Dənizkarı Milli Parkda olarkən, həmin vaxt atəşfəşanlığa baxmağa gələn Zərərçəkmiş şəxs1 əynində olan gödəkçənin sağ yan cibindən görsənən "Samsung A13" markalı mobil telefonu ələ keçirtmək üçün, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib, öz aralarında cinayətkar rolları bölüşdürmüş və cinayətkar məqsədlərinə nail olmaq üçün birlikdə aralarında əldə edilmiş razılığa əsasən o, ətrafı müşahidə etmək üçün onun yanında dayanmış Şahid3 isə Zərərçəkmiş şəxs1 əynində olan gödəkçənin sağ yan cibindən 200 (iki yüz) manat dəyərində olan "Samsung A13" markalı mobil telefonu çıxardıb gizli olaraq talamaqla Zərərçəkmiş şəxs1 200 (iki yüz) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən 01 yanvar 2023-cü il tarixdə saat 00:30 radələrində tanışı Şahid3 ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, "Torqoviy" adlanan ərazidə yerləşən "Pizzain” restoranın yaxınlığında olarkən küçə ilə piyada hərəkət edən Zərərçəkmiş şəxs2 əynində olan cins şalvarın arxa cibindən görsənən pul qabını ələ keçirtmək üçün tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib öz aralarında cinayətkar rolları bölüşdürmüş və cinayətkar məqsədlərinə nail olmaq üçün birlikdə aralarında əldə edilmiş razılığa əsasən Şahid3 ətrafı müşaidə etmək üçün onun yanında dayanmış o, isə Zərərçəkmiş şəxs2 əynində olan cins şalvarın arxa cibindən içərisində 478 (dörd yüz yetmiş səkkiz) manat, həmin dövrün milli manat məzənnəsi 01,70 (bir manat yetmiş qəpik) manat təşkil edən 01 (bir) ABŞ dolları və həmin dövrün milli manat məzənnəsi 01,15 (bir manat on beş qəpik) manat təşkil edən 50 (əlli) Rus rublu olan 05 (beş) manat dəyərindəki pul qabını çıxardıb gizli olaraq talamaqla Zərərçəkmiş şəxs2 ümumilikə 485,85 (dörd yüz səksən beş manat səksən beş qəpik) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Şahid3 və Şahid4 onun uşaqlıq dostlarıdır, onlarla eyni məhəllədə yaşamışdır. 31 dekabr 2022-ci il tarixdə qərara gəlmişlər ki, birlikdə Bakı şəhərinə gedib bayramı qeyd etsinlər və həmin gün saat 22 radələrində üçü birlikdə onun avtomobili ilə Bakı şəhərinə gəlmişlər. Avtomobili şəhərin mərkəzi küçələrindən birində saxlayıb piyada “Tarqovu” adlanan əraziyə daxil olmuş, bir qədər gəzişdikdən sonra Ramin qəfil yanlarından yoxa çıxmışdır. Raminə zəng edərək harada olmasını soruşanda sonuncu “McDonalds” restoranı yaxınlığında sanitar qovşağında olmasını bildirmişdir. Yalçınla birlikdə ora yaxınlaşmış, orada Ramini görməmiş və təkrar zəng etmişdir. Həmin vaxtı Ramin yeraltı sanitar qovşağında olmasını bildirmiş və təxminən 5-6 dəqiqə sonra küçəyə çıxmışdır. Ramin həmin vaxtı onlara cibgirlik yolu ilə pul kisəsi oğurlamış və həmin pul kisəsində cəmi 27 manat pul, 01 ədəd 50 rus rublu pul əskinazı və 01 ədəd ABŞ dolları əskinazı və 02 ədəd bank kartı olmuşdur. Həmin zaman pul kisəsinin oğurluq olduğunu bilməmiş, Raminin özünə məxsus olduğunu düşünmüşdür. Onlar təzədən gəzişərək “Dənizkənarı Milli Park” ərazisinə keçmiş, orada gəzişən zaman Ramin bir nəfər xanımın cibindən “Samsung” markalı mobil telefon oğurladığını bildirmişdir. Kukla Teatrının keçidinə yaxınlaşan zaman Ramin bir nəfər şəxsin arxa cibindən digər “Samsung” markalı mobil telefonu oğurlamışdır. Daha sonra Kukla Teatrının keçidindən “Tarqovu” adlanan əraziyə keçmiş, həmin vaxt insanlar kütlə halında olduğundan onlar Yalçını gözdən itirmişlər. Daha sonra Yalçına olduqları yeri başa salmışlar və yanlarına gəlmişdir. Gəzərək “Romaşka” adlı marketə yaxınlaşmış, siqaretləri olmadığı üçün Ramindən siqaret almağını istəmişdir. Ramin “Leo bank” kartı təqdim edərək marketdən siqaret almağını demişdir. Ramin marketə daxil olmuş, o isə birbaşa kassaya yaxınlaşaraq siqaret almaq üçün Raminin ona təqdim etdiyi bank kartını kassirə təqdim etmişdir. Kassir həmin vaxtı kartda kifayət qədər pul olmadığını bildirmişdir. Mağazanın giriş qapısında Raminə həmin kartı verərək kartda pul olmamasını bildirmişdir. Ramin başqa göy rəngli bir kart təqdim etmiş, həmin kartda da pul vəsaiti olmadığı üçün siqaret ala bilməmişdir. Marketi tərk edərək avtomobili ilə Sumqayıt şəhərinə yola düşmüşlər. Ramin yolda 02 ədəd mobil telefonu göstərib modellərini öyrənmək istəmiş və daha sonra Kamandar adlı tanışına zəng edərək “whatsapp” sosial şəbəkəsi vasitəsilə telefonların şəklini atmışdır. Kamandar danışıq zamanı 02 (iki) ədəd telefona 150 manat verəcəyini bildirmişdir. Onlar birlikdə Kamandarın yaşadığı 12-ci mikrorayon ərazisinə getmiş, Yalçınla avotmobildə gözləmiş, Ramin telefonlarla birlikdə Kamandarın yanına getmiş və 10-15 dəqiqə sonra geri qayıtmış, 10 (on) manat Yalçına, 50 (əlli) manat isə ona vermişdir. Ramin və Yalçını düşürən zaman Ramindən oğurladığı pul kisəsində olan 50 (əlli) rubl pul əskinazını istəmiş, Ramin əvvəl vermək istəməmiş, lakin təkidi ilə həmin pulu vermişdir. Dənizkənarı Milli Parkın ərazisində gəzişən zaman Şahid3 hər hansı bir şəxsdən mobil telefon və ya pul kisəsi oğurladığının şahidi olmamış, lakin gəzişən zaman Raminin özünü aparmağından başa düşmüşdür ki, oğurluq etmək istəyir. Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsindən tanıdığı bir əməliyyatçı oğurluq etdiyi üçün axtarışda olduğunu demiş, bu zaman Raminin oğurluq etdiyini başa düşmüşdür. Təqsirsiz olduğunu və barəsindəki icraata bəraət verilməsini xahiş etdi. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 02:00 radələrində dostları ilə birlikdə “Tarqovu” adlanan ərazidə gəzişəndə “Pizzaİn” restoranın qarşısında adamlar çox olduğundan sıxlıqla hərəkət edirmiş. O, “Homy Brasserie” restoronanın yanına çatan zaman əynində olan cins şalvarın arxa cibində olan pul kisəsinin oğurlandığını aşkar etmişdir. Pul kisəsinin cibində olmadığını aşkar etdikdən sonra gəldiyi yolla geri qayıtmışdır ki, pul kisəsini axtarıb tapsın. Təxminən 10 dəqiqə keçmişdir ki, özünə məxsus “Leobank” kartından “Romaşka” mağazasından 07,60 (yeddi manat altmış qəpik) manat pulun çəkilməsinə cəhd olunması barədə istifadə etdiyi mobil telefona mesaj gəlmişdir. Ona məxsus kartda pul olmadığından 07,60 (yeddi manat altmış qəpik) manat pulu kartdan çıxara bilməmişdilər. Bu zaman məlum olmuşdur ki, pul kisəsini cibindən oğurlayıblar. Pul kisəsi oğurlanan zaman içərisində 478 (dörd yüz yetmiş səkkiz) manat, 01 (bir) ABŞ dolları əskinazı və 50 (əlli) Rus rublu olmuşdur. Buna görə də Daxili İşlər Nazirliyinin “102” zəng xidmətinə zəng vurub oğurluq barədə məlumat vermişdir. Həmin pul qabını təxminən 1 il əvvəl Bakı şəhərindən 05 (beş) manata almışdır. Cibindən pul qabı oğurlanan zaman məlumatı olmamışdır. Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyan qaytarılmasa da, təqsirləndirilən şəxs barəsində şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs1 məhkəməyə teleqram ünvanlayaraq dəymiş ziyanın ödənildiyini, heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 31 dekabr 2022-ci il tarixdə saat 23 radələrində həyat yoldaşı X3 və 2 azyaşlı övladları ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Fəvvarələr meydanına gələrək orada qəzib yeraltı keçid vasitəsi ilə “Dənizkənarı Milli Park”da yerləşən “Kukla teatrının” yanına çatmışlar. Atəşfəşanlığın başlaması ilə əlaqədar olaraq onlar “Bulvar” ərazisində yerləşən “Saat qülləsi” istiqamətində hərəkət etməyə başlamışlar. Həmin vaxt şəhərdə həddən artıq çox insan olmuş və “Bulvar” ərazisində sıxlıq olmuşdur. “Saat qülləsinə” çatmaqlarına təxminən 2000 metr məsafədə onlar dayanmış və atəşfəşanlığın başlanmasını gözləmişlər. Həmin vaxt saat təxminən 23:50-də gödəkçəsinin cibində olan “Samsung A13” markalı mobil telefonun oğurlandığını aşkar etmişdir. Daha sonra əri Elvin Həsənov ona məxsus 051-235-13- 80 saylı mobil nömrəsinə zəng vursa da, nömrəyə zəng çatmamışdır. Buna görə də X5 İşlər Nazirliyinin “102” zəng xidmətinə zəng vurub oğurluq barədə məlumat vermişdir. Ona məxsus “Samsung A13” markalı mobil telefonu “Konrant Home”-dan 2022-ci ilin avqust ayında qızıl zəmanətlə 517 (beş yüz) manata almışdır.Cibindən “Samsung A13” markalı mobil telefon oğurlanan zaman onun məlumatı olmamışdır. Cibindən “Samsung A13” markalı mobil telefondan başqa heç nə oğurlanmamışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında Şahid1 ifadəsində göstərmişdir ki, 15 il olar ki, Şahid3 Sumqayıt şəhər sakini kimi tanıyır. 01 yanvar 2023-cü il tarixdə saat 02 radələrində Ramin onun istifadəsində olan 050-782- 22-42 və ya ***-***-**-** saylı mobil telefon nömrələrindən birinə zəng vurub 02 (iki) ədəd mobil telefon olduğunu və satmaq istədiyini bildirmişdir. Raminə evdə olduğunu bildirmiş, Ramin yaşadığı evin yanına gəlmiş və aşağıya düşməyini istəmişdir. Küçəyə çıxanda Ramin ilə evin yaxınlığında yerləşən “poçtun” yanında görüşmüş, Ramin cibindən 02 (iki) ədəd mobil telefon çıxararaq mobil telefonları satmaq istədiyini bildirmişdir. Raminin göstərdiyi “Samsung A13” və “Samsung A31” markalı mobil telefonlara baxıb həmin telefonlara görə Raminə 150 manat verə biləcəyini bildirmişdir. Ramin razılaşdıqdan sonra gətirdiyi 02 ədəd mobil telfonları götürüb 150 manat pul vermişdir. Ramin demişdir ki, ola bilsin səhəri gün gəlib həmin telefonları ondan geri alacaq və aldığı 150 (bir yüz əlli) manatı və əlavə olaraq 20-30 manat pul verəcəkdir. Səhəri günü, yəni 02 yanvar 2023-cü il tarixdə Raminə zəng vurmuş, lakin Ramin zənglərinə cavab verməmişdir. Bu səbəbdən “Samsung A13” markalı mobil telefonu özündə saxlamış, digər “Samsung A31” markalı mobil telefonu isə satması üçün Qoşqar adlı tanışına vermişdir. 04 yanvar 2023-cü il tarixdə Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsindən zəng vurub bölməyə gəlməyini bildirmişlər. Şahid3 satdığı “Samsung A13 ” və “Samsung A31” markalı mobil telefonların oğurluq olmasından məlumatı olmuşdur. Maddi imkanı zəif olduğundan və pula ehtiyacı olduğundan Şahid3 satdığı “Samsung A13 ” və “Samsung A31” markalı mobil telefonlarını almışdır. “Samsung A13 ” və “Samsung A31” markalı mobil telefonları 250 (iki yüz əlli) manata satıb pul əldə etmək məqsədi ilə almışdır. Qoşqarı təxminən 15 il olar tanıyır. Qoşqarın istifadəsində olan mobil telefon nömrəsi 051- 277-79-59-dur. Qoşqar həmin mobil telefonu satıb 120-130 manat pul verməli idi. Qoşqar özü həmin telefonu hansı qiymətə satacağı barədə heç bir məlumatı olmamışdır. Qoşqar həmin telefonu format elətdirib yeni proqram yazdırıb satacaqdı. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında dövlət ittihamçısının təşəbbüsü ilə dəvət olunmuş Şahid4 ifadəsində göstərmişdir ki, 15 ildən artıqdır ki, fərdi şəkildə ev ustası kimi fəaliyyət göstərir. Şahid3 və Təqsirləndirilən şəxs uşaqlıq dostlarıdır, onlarla eyni məhlədə yaşamışdır. 31 dekabr 2022-ci il tarixdə Ramin birlikdə Bakı şəhərinə gedib bayramı qeyd etməyi təklif etmiş, həmin günü saat 22 radələrində üçü birlikdə Rahilin avtomobili ilə Bakı şəhərinə gəlmişlər. Avtomobili şəhərin mərkəzi küçələrindən birində saxlayıb piyada “Dənizkənarı Milli Park” ərazisinə keçərək orada gəzişməyə başlamışlar. Bir qədər gəzişdikdən sonra saat 00 radələrində “Yeni İl”in gəlişini qarşılamaq üçün parkda quraşdırılmış iri ölçülü ekranın qarşısında dayanmışlar. Təxminən 15-20 dəqiqə orada dayandıqdan sonra yenidən park ərazisində gəzişməyə başlamışlar. Orada Ramin yeraltı sanitar qovşağına daxil olmuş, həmin vaxt Rahil ilə çöldə dayanmışdır. Ramin sanitar qovşağından çıxıb Rahili yanından kənara çəkmiş, sonunculara yaxınlaşmaq istəyəndə söhbəti dəyişmişlər. Daha sonra “Malakan Bağı”nın yanındakı “Ramaşka” adlı marketə daxil olmuş, orada Rahil 02 (iki) ədəd siqaret qutusu götürüb kassaya yaxınlaşmış, lakin üzərindəki 02 (iki) ədəd plastik kartdan heç biri ilə ödəniş edə bilməmişdir. Raminin əlində başqa bir pul kisəsi və eləcə də əlavə 02 (iki) ədəd bank kartı görəndən sonra başa düşmüşdür ki, Ramin başqa şəxsin pul kisəsini oğurlayıb və məhz həmin pul kisəsinə baxış keçirmək üçün Bulvar ərazisindəki sanitar qovşağından istifadə edib. Onlar marketdən çıxdıqdan sonra saat 01 radələrində Sumqayıta getmək üçün avtomobilə əyləşmiş, avtomobildə olan zaman Ramin cibindən iki ədəd “Samsung” markalı mobil telefon çıxarmışdır. Telefonların Raminə məxsus olmadığını bildiyindən mobil telefonları haradan əldə etdiyini soruşmuş, Ramin isə telefonları “apardığını” söyləmiş və bu zaman Raminin telefonları oğurladığını bilmişdir. Raminə bu hərəkətinə görə irad bildirsə də, qulaq asmayıb bunun boş bir şey olduğunu söyləmişdir. Aralarında gedən söhbətdən başa düşmüşdür ki, Rahilin də oğurluqdan xəbəri olmuşdur. Bundan sonra onlar birlikdə Sumqayıt şəhərinə getmiş, yolda olan zaman Ramin mobil telefon vasitəsilə Kamandar adlı şəxsə zəng vuraraq iki ədəd oğurluq telefon olduğunu söyləyib telefonları ala bilib-bilməyəcəyini soruşmuş və onların danışığından belə başa düşmüşdür ki, sonuncular razılaşmışlar. Bundan sonra birlikdə Sumqayıt şəhərinə 12ci Mikrorayona getmişlər. Rahillə o, avtomobildə əyləşmiş, Ramin isə aşağı enərək Kamandarla görüşmüş və geri qayıdan zaman mobil telefonları Kamandara 150 (bir yüz əlli) manata satdığını bildirib, puldan 50 (əlli) manat Rahilə, 10 (on) manat isə ona vermiş, 05 (beş) manatı qaytarmış, qalan 05 (beş) manata isə siqaret almışdır. Rahilin əlində nəsə görməmiş, lakin Ramində telefonlar və kartlar görmüşdür. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-91/2024 saylı, 11 sentyabr 2024-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin177.2.1, 177.2.2 və 177.2.5-ci maddələri ilə məjkum olunmuş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Şahid4 onun uşaqlıq dostlarıdır, belə ki, əvvəllər onlarla eyni məhəllədə yaşamışlar. 31 dekabr 2022-ci il tarixdə qərara gəlmişlər ki, birlikdə Bakı şəhərinə gedib bayramı qeyd etsinlər və həmin gün saat 22 radələrində üçü birlikdə Rahilə məxsus avtomobillə Bakı şəhərinə gəlmişlər. Avtomobili şəhərin mərkəzi küçələrindən birində saxlayıb piyada “Dənizkənarı Milli Park” ərazisində keçərək orada gəzişməyə başlamışlar. Bir qədər gəzişdikdən sonra saat 00 radələrində “Yeni İlin” gəlişini qarşılamaq üçün parkda quraşdırılmış iri ölçülü ekranın qarşısında dayanmışlar. Təxminən 15-20 dəqiqə orada dayandıqdan sonra yenidən park ərazisində gəzişməyə başlamışlar. Həmin gün şəhərin mərkəzində xeyli sayda insan olduğundan və sıxlıq olduğundan oradakı insanlara məxsus hər hansı bir qiymətli əşyanı oğurlamağın rahat olacağını düşünmüş və maddi imkanı zəif olduğundan bunu gerçəkləşdirmək qərarına gəlmişdir. Həmin sıxlığın arasında bir qədər piyada gəzdikdən sonra qarşıda bir nəfər qadının əynindəki gödəkçənin sağ cibində mobil telefon olduğunu görüb onu rahatlıqla oğurlaya biləcəyini düşünmüş və sıxlıqdan istifadə edib qadına yaxınlaşaraq mobil telefonu qadının cibindən götürmışdür. Həmin şəxsin bunu hiss etmədiyini görüb sakitcə ondan uzaqlaşmış və mobil telefona baxan zaman açıq-mavi rəngli “Samsung A13” markalı olduğunu görmüşdür. Bundan sonra o, Rahil və Yalçınla birlikdə piyada “Dənizkanarı Milli Park”da gəzməyə davam etmişlər. Bundan sonra onlar park ərazisindən çıxaraq “Fəvvarələr Meydanı”na getmiş, orada “Malakan Bağı”nın yanındakı marketlərdən birinə daxil olmuş, orada Rahil iki ədəd siqaret qutusu götürüb kassaya yaxınlaşmış, lakin Rahil üzərindəki 02 ədəd plastik kartdan heç biri ilə ödəniş edə bilməmişdir. Daha sonra başqa bir kişiyə yaxınlaşaraq 01 ədəd “Samsung A31” markalı mobil telefon oğurlamışdır. Daha sonra oğurladığı telefonları Kamandar adlı tanışı ilə görüşüb 150 (bir yüz əlli) manata satmış, həmin puldan 50 (əlli) manat Rahilə vermişdir. Oğurluq edən zaman heç kim kömək etməmişdir. Lakin Rahil və Yalçın pulun oğurluq olduğunu bilmişdir. Pul kisəsi oğurlamamış, kim tərəfindən oğurlandığını bilməmişdir. Rahilə hər hansı bir kart verməmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 28 iyul 2023cü il tarixli 9/5686 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 (bir) ədəd “Samsung A13” markalı, 32 GB yaddaşlı mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması və işlənmə dərəcəsi nəzərə alınmaqla 2022-ci ilin dekabr ayına olan orta bazar qiyməti təxminən 200 (iki yüz) manat olmuşdur. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manatdır. 04 yanvar 2023-cü il tarixli qərarla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələri ilə cinayət işi başlanılmış və icraata qəbul edilərək ibtidai istintaq aparılmışdır. 05 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 00:30-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. 05 yanvar 2023-cü il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələrindən həmin Məcəllənin 177.2.1, 177.2.2 və 177.2.5-ci maddələrinə tövsif edilmiş və cinayət işinin istintaqı davam etdirilmişdir. 06 yanvar 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. 06 yanvar 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətində həbs qətimkan tədbirinin seçilməsinə dair Səbail Rayon Məhkəməsinə təqdimat verilməsinə barədə Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi Yaşar İsgəndərov vəsatəti təmin edilməmiş və Təqsirləndirilən şəxs dərhal həbsdən azad edilmişdir. 06 yanvar 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. 14 yanvar 2023-cü il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. 04 fevral 2023-cü il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. 12 fevral 2023-cü il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. 11 sentyabr 2023-cü il tarixli qərarla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.5-ci maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs, Şahid1 və Qoşqar adlı şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.5-ci maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır. 10 noyabr 2023-cü il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. 10 noyabr 2023-cü il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. Bakı şəhəri Səbail Rayon Polis İdarəsi 9-cu Polis Bölməsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində saxlanılmış və bölməyə təhvil verilmişdir. 11 yanvar 2024-cü il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. 11 yanvar 2024-cü il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.5-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. 11 yanvar 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində 06 yanvar 2023-cü il tarixdə seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri nəzərə alınmışdır. İş materiallarında olan qəbzdən görünür ki, Zərərçəkmiş şəxs1 özünə məxsus 01 (bir) ədəd “Samsung A13” markalı mobil telefonu saz vəziyyətdə Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru Yaşar İsgəndərovdan təhvil almışdır. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 09 fevral 2023cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs: - Sumqayıt Şəhər Məhkəməsinin 09 iyun 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 3000 (üç min) manat cərimə cəzasına məhkum edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarı ilə təyin olunmuş cərimə cəzası 01 (bir) il 06 (altı) ay isah işləri 10% ilə əvəz olunmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarı ilə islah işləri cəzası həmin müddət azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz olunmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarı ilə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 08 (səkkiz) ay 24 (iyirmi dörd) günü 300 (üç yüz) manat cərimə cəzası ilə əvəz edilmişdir. xx.xx.2011-ci ildə cərimə tam ödənilmişdir. - Tatarıstan Respublikası Kazan şəhəri Savinov Rayon Məhkəməsinin 16 iyun 2014-cü il tarixli hökmü ilə Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 30 və 228.1-ci maddələri ilə təqsirli bilinərək 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. - Qusar Rayon Məhkəməsinin 29 yanvar 2020-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 01 (bir) il 06 (altı) ay şərti sınaq müddəti verilmişdir. xx.xx.2020-ci ildə Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə xx.xx.2020-ci il tarixli hökm ləğv edilmiş və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 Bakı şəhər Səbail Rayon Məhkəməsinə göndərdiyi xx.xx.2024-cü il tarixli teleqramdan görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir. Heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs2 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, təqsirləndirilən şəxs ilə bağlı heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş elektron sistemdən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağı var: xx.xx.2014-cü il təvəllüdlü X4. İş materiallarına əlavə edilmiş Abşeron Rayon Məhkəməsinin 05 may 2023-cü il tarixli 1(012)- 373/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, cəmi 02 (iki) gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Abşeron Rayon Məhkəməsinin 05 may 2023-cü il tarixli 1(012)- 373/2023 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-ci maddəsi ilə təqsirləndirilərək 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixədək cəzasının 01 (bir) il 01 (bir) ay 17 (on yeddi) gün hissəsini çəkmiş, cəzasının çəkilməmiş hissəsi 01 (bir) il 04 (dörd) ay 11 (on bir) gün təşkil edir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-91/2024 saylı, 11 sentyabr 2024-cü il tarixli hökmü ilə Şahid3 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 1772.2.5-ci maddələri ilə təqsirli bilinmiş və ona 03 (üç) il 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-91/2024 saylı, 11 sentyabr 2024-cü il tarixli hökmü ilə Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 28 iyul 2023-cü il tarixli 9/5686 nömrəli ekspert tədqiqatının xərci 50 (əəli) manat Şahid3 tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, zərərçəkmiş şəxslər və şahidlərin ifadələri, ekspert rəyi, iş materiallarına əlavə edilmiş işin digər halları ilə onun qabaqcadan əlbir olan bir qrup şəxs halında, zərərçəkmiş şəxsin üzərindən çıxarmaqla özgənin əmlakını gizli olaraq talayıb təkrarən oğurluq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Məhkəmə qeyd edir ki, onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.5-ci maddələri ilə düzgün tövsif edilmişdir və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda təqsirli bilməməsi, yəni, Şahid3 ilə qabaqcadan əlbir olaraq zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 üzərindən çıxarmaqla özgənin əmlakını gizli olaraq talayıb təkrarən oğurluq etməsi cinayətini törətməməsi iş materiallarında olan sənədlər, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin belə məzmunda ifadə verməsini və özünü ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxslərin heç bir şikayət və tələblərinin olmamasını, himayəsində 1 azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkün deyil və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.5-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməlidir. Müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs Nəsibov X2 Rayon Məhkəməsinin 05 may 2023-cü il tarixli 1(012)-373/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, cəmi 02 (iki) gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Hazırkı iş üzrə cinayət əməli Abşeron Rayon Məhkəməsinin 05 may 2023-cü il tarixli 1(012)-373/2023 saylı hökmü çıxarılmazdan əvvəl, yəni 31 dekabr 2022-ci il tarixdə törədilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-cı maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-cı maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrumetmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Abşeron Rayon Məhkəməsinin 05 may 2023-cü il tarixli 1(012)-373/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası hazırkı hökmlə ona təyin olunacaq azadlıqdan məhrumetmə cəzası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü 01 (bir) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla Azərbaycan Respublikasının CM-nın 66.5-ci maddəsində nəzərdə tutulan qaydada cinayətlərin məcmusu üzrə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Təqsirləndirilən şəxs cəza təyin edilməli, Abşeron Rayon Məhkəməsinin 05 may 2023-cü il tarixli 1(012)-373/2023 saylı hökmünə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmalıdır. Təqsirləndirilən şəxs 05 yanvar 2023-cü il tarixdən saat 00.30-dan 06 yanvar 2023-cü il tarixədək, 11 yanvar 2024-cü il tarixdə, Abşeron Rayon Polis Şöbəsində ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə müddətinin bir günü bir gün hesabı ilə hesablanmaqla, 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsi ilə azadlıqdan məhrumetmə növündə cəza qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməlidir. Cəzaçəkmə müddətinin əvvəli 09 oktyabr 2024-cü il tarixdən hesablanmalıdır. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd “Samsung A13” markalı mobil telefonun Zərərçəkmiş şəxs1 qaytarlması nəzərə alınmalıdır. İş üzrə aparılmış Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 28 iyul 2023-cü il tarixli 9/5686 nömrəli ekspert tədqiqatının xərci 50 (əlli) manat Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-91/2024 saylı, 11 sentyabr 2024-cü il tarixli hökmü ilə Şahid3 tutulması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Abşeron Rayon Məhkəməsinin 05 may 2023-cü il tarixli 1(012)-373/2023 saylı hökmü ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 02 (iki) günü 01 (bir) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla 01 (bir) il 03 (ay) azadlıqdan məhrumetmə cəzası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində nəzərdə tutulan qaydada cinayətlərin məcmusu üzrə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Təqsirləndirilən şəxs 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin, Abşeron Rayon Məhkəməsinin 05 may 2023-cü il tarixli 1(012)-373/2023 saylı hökmünə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablansın. Təqsirləndirilən şəxs 05 yanvar 2023-cü il tarixdən saat 00.30-dan 06 yanvar 2023-cü il tarixədək, 11 yanvar 2024-cü il tarixdə, Abşeron Rayon Polis Şöbəsində ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə müddətinin bir günü bir gün hesabı ilə hesablanmaqla, 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 09 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd “Samsung A13” markalı mobil telefonun Zərərçəkmiş şəxs1 qaytarlması nəzərə alınsın. İş üzrə aparılmış Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 28 iyul 2023-cü il tarixli 9/5686 nömrəli ekspert tədqiqatının xərci 50 (əlli) manat Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-91/2024 saylı, 11 sentyabr 2024-cü il tarixli hökmü ilə Şahid3 tutulması nəzərə alınsın. “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 420 ( dörd yüz iyirmi) manat “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-149/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-149/2024
09.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver