Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-15/2021 19.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmiyev Elnur Azər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4, Təqsirləndirilən şəxs4 və müdafiəçisi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Ağazəki qızının iştirakları ilə, xx xxxx 1998-ci ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Masazır yaşayış massivində yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə, xx xxxxxxxx 1994-cü ildə Ucar rayonu, Qazyan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Göyçay şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 123, mənzil 18-də qeydiyyatda olan və Bakı şəhəri Yasamal, Yeni Yasamal qəsəbəsində kirayədə yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə, xx xxxxx 1999-cu ildə Göyçay rayonu, Ləkçılpaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Göyçay rayonu, Yalman kəndində pasport qeydiyyatında olan və Bakı şəhəri Yasamal rayon Yeni Yasamalda kirayədə yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə, xx xxxxxx 1995-ci ildə Bərdə rayonu, Böyük Göyüşlü kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Ağdam rayonu, Xıdırlı kəndində qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsində kirayədə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, bir qrup şəxslə silah qismində istifadə edilən əşyalardan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə, habelə özgə əmlakının məhv edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, o, 12 mart 2020-ci il tarixdə saat 03:30 radələrində tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ilə bir qrup şəxs halında X7 vətəndaşları Zərərçəkmiş şəxs1 Avun S, Zərərçəkmiş şəxs2, Şahid2, Şahid1 Mesfer A, Şahid3-nın kirayə yaşadıqları Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 5-ci döngədə yerləşən 308 nömrəli evə gələrək, 11 mart 2020-ci il tarixdə həmin evdə təşkil olunmuş məclisdən sonra Təqsirləndirilən şəxs4 ərəb vətəndaşları tərəfindən həmin evdə qanunsuz saxlanılaraq intim münasibətə daxil olmağa məcbur edilməsini cüzi səbəb kimi gətirib heç bir əsas olmadan ictimai qaydanı kobud surətdə pozan hərəkətlər edərək cəmiyyətdə vətəndaşlar arasında bərqərar olmuş birgəyaşayış qaydalarına zidd olaraq evdə olan ərəb vətəndaşlarının ünvanına ucadan nalayiq söyüşlər söymüş, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edib öz gücünü nümayiş etdirmək məqsədi ilə ərəb vətəndaşları ilə mübahisə etmiş, daha sonra cinayətkar əməllərini davam etdirib şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlər edib üzərində olan silah qismində istifadə etdiyi mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs1 vurub onda döş qəfəsinin arxa səthində sağ kürəkaltı nahiyənin kəsilmiş yarası, Zərərçəkmiş şəxs2 vurmaqla isə ona sol əlin ovuc səthində V daraq sümüyünün distal proyeksiyasının sıyrıq-cızığı kimi dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, özgə əmlakının məhv edilməsi ilə müşayiət olunan hərəkətlər edərək otaqda olan cəmi 50 manat dəyərində iki ədəd stulu qəsdən sındırmaqla qərəzli xuliqanlıq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs1 həmin hərəkətləri ilə Azərbaycan Respublikası CMnin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilmişdir. İttiham aktına əsasən Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, bir qrup şəxslə silah qismində istifadə edilən əşyalardan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, o, 12 mart 2020-ci il tarixdə saat 03:30 radələrində tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ilə bir qrup şəxs halında X7 vətəndaşları Zərərçəkmiş şəxs1 Avun S, Zərərçəkmiş şəxs2, Şahid2, Şahid1 Mesfer A, Şahid3-nın kirayə yaşadıqları Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 5-ci döngədə yerləşən 308 nömrəli evə gələrək, 11 mart 2020-ci il tarixdə həmin evdə təşkil olunmuş məclisdan sonra Təqsirləndirilən şəxs4 ərəb vətəndaşları tərəfindən həmin evdə qanunsuz saxlanılaraq intim münasibətə daxil olmağa məcbur edilməsini cüzi səbəb kimi gətirib heç bir əsas olmadan ictimai qaydanı kobud surətdə pozan hərəkətlər edərək cəmiyyətdə vətəndaşlar arasında bərqərar olmuş birgəyaşayış qaydalarına zidd olaraq evdə olan ərəb vətəndaşlarının ünvanına ucadan nalayiq söyüşlər söymüş, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edib öz gücünü nümayiş etdirmək məqsədi ilə ərəb vətəndaşları ilə mübahisə etmiş, daha sonra cinayətkar əməllərini davam etdirib şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlər edib evdə olan şüşə qabı sındırıb əlində qalan şüşə parçasını silah qismində istifadə edilən əşya kimi tətbiq edərək Zərərçəkmiş şəxs1 vurub onda sol baldırın orta-yuxarı 1/3-nin bayır səthinin və sol ayaq pəncəsinin ayaqarxası səthinin bayır yarısının səthi kəsilmiş yaraları kimi dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə qərəzli xuliqanlıq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs2 həmin hərəkətləri ilə Azərbaycan Respublikası CMnin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilmişdir. İttiham aktına əsasən Təqsirləndirilən şəxs3 təqsirləndirilir ondan ötrü ki, o, bir qrup şəxslə silah qismində istifadə edilən əşyalardan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, o, 12 mart 2020-ci il tarixdə saat 03:30 radələrində tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 ilə bir qrup şəxs halında X7 vətəndaşları Zərərçəkmiş şəxs1 Avun S, Zərərçəkmiş şəxs2, Şahid2, Şahid1 Mesfer A, Şahid3-nın kirayə yaşadıqları Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 5-ci döngədə yerləşən 308 nömrəli evə gələrək, 11 mart 2020-ci il tarixdə həmin evdə təşkil olunmuş məclisdan sonra Təqsirləndirilən şəxs4 ərəb vətəndaşları tərəfindən həmin evdə qanunsuz saxlanılaraq intim münasibətə daxil olmağa məcbur edilməsini cüzi səbəb kimi gətirib heç bir əsas olmadan ictimai qaydanı kobud surətdə pozan hərəkətlər edərək cəmiyyətdə vətəndaşlar arasında bərqərar olmuş birgəyaşayış qaydalarına zidd olaraq evdə olan ərəb vətəndaşlarının ünvanına ucadan nalayiq söyüşlər söymüş, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edib öz gücünü nümayiş etdirmək məqsədi ilə ərəb vətəndaşları ilə mübahisə etmiş, daha sonra cinayətkar əməllərini davam etdirib şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlər edib sındırılmış stulun taxta parçasını silah qismində istifadə edilən əşya kimi tətbiq edərək Zərərçəkmiş şəxs2 vurub onda bel nahiyəsinin sol yarısının cüzi şişkinlik fonunda qançırı və sol saidin yuxarı 1/3-nin arxa səthinin sıyrığı kimi dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə qərəzli xuliqanlıq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs3 həmin hərəkətləri ilə Azərbaycan Respublikası CMnin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilmişdir. İttiham aktına əsasən Təqsirləndirilən şəxs4 təqsirləndirilir ondan ötrü ki, o, bir qrup şəxslə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, o, 12 mart 2020-ci il tarixdə saat 03:30 radələrində tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə bir qrup şəxs halında X7 vətəndaşları Zərərçəkmiş şəxs1 Avun S, Zərərçəkmiş şəxs2, Şahid2, Şahid1 Mesfer A, Şahid3-nın kirayə yaşadıqları Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 5-ci döngədə yerləşən 308 nömrəli evə gələrək, 11 mart 2020-ci il tarixdə həmin evdə təşkil olunmuş məclisdan sonra özünün ərəb vətəndaşları tərəfindən həmin evdə qanunsuz saxlanılaraq intim münasibətə daxil olmağa məcbur edilməsini cüzi səbəb kimi gətirib heç bir əsas olmadan ictimai qaydanı kobud surətdə pozan hərəkətlər edərək cəmiyyətdə vətəndaşlar arasında bərqərar olmuş birgəyaşayış qaydalarına zidd olaraq evdə olan ərəb vətəndaşlarının ünvanına ucadan nalayiq söyüşlər söymüş, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edib öz gücünü nümayiş etdirmək məqsədi ilə ərəb vətəndaşları ilə mübahisə etmiş, daha sonra cinayətkar əməllərini davam etdirib şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlər edib Təqsirləndirilən şəxs1 üzərində olan silah qismində istifadə etdiyi mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs1 vurub onda döş qəfəsinin arxa səthində sağ kürəkaltı nahiyənin kəsilmiş yarası, Zərərçəkmiş şəxs2 vurmaqla isə ona sol əlin ovuc səthində V daraq sümüyünün distal proyeksiyasının sıyrıqcızığı, Təqsirləndirilən şəxs3 taxta parçası ilə Zərərçəkmiş şəxs2 vurub onda bel nahiyəsinin sol yarısının cüzi şişkinlik fonunda qançırı və sol saidin yuxarı 1/3-nin arxa səthinin sıyrığı, Təqsirləndirilən şəxs2 isə şüşə parçası ilə Zərərçəkmiş şəxs1 vurub onda sol baldırın ortayuxarı 1/3-nin bayır səthinin və sol ayaq pəncəsinin ayaqarxası səthinin bayır yarısının səthi kəsilmiş yaraları kimi dərəcəsi təyin edilməyən xəsarətlər yetirilməsində onlara şərait yaratmaqla və ərəblərə müqavimət göstərməklə qərəzli xuliqanlıq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs4 həmin hərəkətləri ilə Azərbaycan Respublikası CMnin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə CM-nin 221.3cü maddəsi ilə özünü təqsirli bilməyərək ibtidai araşdırma zamanı verdiyi ifadəsini qismən təsdiq edib göstərmişdir ki, hadisədən 5-6 ay öncə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Bavariya” pivə kafesini icarəyə götürüb işlətmiş, Aytəni də həmin zamanlardan tanımış, Aytən və İsmayıl onun işlətdiyi kafedə ofisiant işləmişlər. 12 mart 2020ci il tarixdə, saat təxminən 02 radələrində Aytən kafedə saxladığı telefonuna zəng edərək Badamdar qəsəbəsində evdə olan ərəblərin onu evdən buraxmadıqlarını deyib ünvanı telefona göndərib ona köməklik etməyi xahiş etmişdir. Həmin zaman o, tanışı Elşən və işçisi İsmayıl ilə birlikdə kafedə söhbət edirmiş, o həmin ünvana gedib Aytənə kömək etmək məqsədi ilə kafenin yanında olan dayanacaqdakı Vaqif adlı şəxsin idarə etdiyi taksi ilə həmin ünvana getmiş, yolda gedəndə orada olan ərəblərin çoxluq təşkil etdiyi üçün telefonla tanışı Pünhana zəng edib yola çıxmasını demiş, Vaqifin maşını ilə gəlib «Qurd Qapısı» restoranının yanından Pünhanı da götürüb Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsinə tərəf getmiş, yolda gedən zaman Aytənin hadisə yerindən bir qədər aralıda Fatimə ilə dayandığını görmüş, həmin zaman maşını onların yanında saxlayıb Aytənlə baş vermiş həmin hadisə ilə bağlı söhbət etdikdə sonuncu, ünvanda olan ərəblərin onun başına açdıqları oyun barədə danışmışdır. O, Aytənin üst-başının pis vəziyyətdə olmasını və dizində xəsarəti görüb bu məsələni aydınlaşdırmaq üçün həmin ünvana getmişdir. Onun həmin ünvana getməkdə məqsədi ərəblərlə dava-dalaş etmək olmamış, o, Pünhan və Aytənlə birlikdə ərəblər qalan evin həyətinə girib evin qapısının bağlı olduğunu görüb qapını döymüş, ərəblərdən biri qapını açdıqda üçü də içəri daxil olmuş, Aytən əlində olan mobil telefondakı tərcümə vasitəsi ilə danışmaq istədikdə birinci mərtəbədə olan ərəb ikinci mərtəbədə olan ərəbi səslədiyi üçün həmin ərəb aşağı düşmüş və əlində bıçaq üstlərinə gəlmiş, həmin ərəbin əlində nazik şəkilli tiyəsi olan bıçaq olmuş, həmin ərəb onu bıçaqla vurmağa cəhd edəndə yanında olan Pünhan masanın üstündə olan boş içki şüşəni divara vuraraq onları qorxutmuşdur. Həmin vaxt o da bunu görüb özünü müdafiə etmək üçün evdə olan oturacağı götürüb ərəbi vuraraq özünü və yanında olanları qorumuşdur. Bu zaman orada ara qarışmış, ərəblər isə sərxoş vəziyyətə olmuşlar. Məhkəmə iclasında verilmiş sualları cavablandırarkən bildirmişdir ki, hadisə yerinə gedən zaman məqsədi həmin evdə yaşayan ərəblərin Aytənə qarşı hansı səbədən hərəkət etmələrini aydınlaşdırmaq olmuş, evə gedəndə əlində bıçaq olmamış, əksinə ərəblərin birinin əlində bıçaq olduğunu görüb özünü qorumaq üçün onları vurmuş, onunla birlikdə olan Pünhan da masanın üstündəki boş içki şüşəni divara vurub sındıraraq özünü müdafiə etmiş, ərəblərdən heç kimin ayağına vurub xəsarət yetirməmiş, həmin vaxt İsmayılın oraya getməkdə məqsədi ərəblərin sayı çox olduğundan lazım olsa onlara köməklik etməsi olmuş, Aytənlə birlikdə hadisə baş verən evə gedən qızları tanımır, hadisə baş verən yerdə o, Pünhan, İsmayıl və Aytən olmuş, onlardan başqa heç kim olmamışdır. Evə daxil olmadan həyətin darvazasının yanında duran dostu Elşən münaqişənin olduğunu görüb «polis, polis» deyə qışqırdıqda ərəblər bir qədər duruxmuş və bu vəziyyətdən istifadə edərək o tanışları ilə birlikdə qaçaraq evi tərk etmişdir. Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə CM-nin 221.3-cü maddəsi ilə özünü təqsirli bilməyərək ibtidai araşdırma zamanı verdiyi ifadəsini qismən təsdiq edib qeyd etmişdir ki, Təqsirləndirilən şəxs1 yerlisi kimi tanımış, 2015-ci ildən Bakı şəhərinə gələndən sonra Məhəmmədin yaşadığı Bakıxanov qəsəbəsində tikintidə işləmiş və həmin vaxtdan yoldaşlıqları yaranmış, sonradan Məhəmməd Bakıxanov qəsəbəsi, Sülh küçəsində «Bavariya» adlı kafeni işlətmişdir. 2020-ci ilin mart ayının 12-də saat 02:30 radələrində Məhəmməd onun ***-***-**-** mobil nömrəsinə öz ***-***-**-** nömrəsindən zəng edib Badamdar qəsəbəsindəki «Qurd Qapısı» restoranının yanına gəlməyi xahiş etmişdir. Məhəmməd Aytən adlı işçisinin problemi yarandığını, ondan kömək istədiyini bildirmiş, Məhəmmədin danışığından mübahisəli məsələsi olduğunu, onu da özünə yardımçı kimi çağırdığını başa düşmüş, o, kirayədə yaşadığı Yeni Yasamalda yerləşən «Ətçilər» məhəlləsindən taksi ilə «Qurd Qapısı» restoranının yanına gəlmiş və orada gözləyərkən Məhəmməd, yanında İsmayıl və Elşən taksi ilə ora gəlmiş, o, İsmayılı və Elşəni də tanımış, Məhəmmədgil naviqator vasitəsilə ünvanı müəyyənləşdirib Badamdar qəsəbəsinə getmişlər. O hansısa məsələni aydınlaşdırmağa getmələrini bilsə də, özü ilə hər hansı predmet, yəni bıçaq və ya sair soyuq silah götürməmişdir. Maşına minib Badamdara gedərkən də Məhəmməddən və yanında olanlardan nə məqsədlə, hara getmələrini soruşmamış, ümumiyyətlə nə baş verdiyini bilməmiş, naviqatorun göstərdiyi yerdə taksini saxlamış, onlar maşından düşüb onun tanımadığı istiqamətdə piyada gedərkən məhəllələrin arasında Aytən və yanında tanımadığı qızı görmüşdür. Aytənin dizində xəsarət var idi. Aytən ərəblərin onu evdə saxlayıb zorlamaq istədiklərini və bu səbəbdən evin mətbəxindən düşüb qaçdığını bildirmişdir. Məhəmməd Aytəndən gedib həmin evi ona göstərməsini istəmiş, Aytən isə ona mane olmaq istəmiş, Məhəmməd isə gedib onların nə üçün belə etməsinin səbəbini aydınlaşdırmaq istədiyini demişdir. Onlar piyada Aytənin göstərdiyi həmin evə tərəf getmiş, o da Məhəmmədə getməmək məqsədi ilə hər hansı söz deməmiş və buna cəhd etməmiş, o, Məhəmməd, İsmayıl və Aytən qabaqda getmiş, Elşən isə onların arxalarınca gəlmiş, Aytənin göstərdiyi fərdi yaşayış evinə çatmış, evin darvazası açıq olmuş, həyətə daxil olduqda evin bağlı olan giriş qapısını döymüşlər ki, ərəblər qapını açsın. Az sonra bığlı balaca boy ərəb qapını içəridən açmış və ilk olaraq Məhəmmədlə o, ardınca isə Aytən və İsmayıl girmiş, onlar daxil olanda içəridə olan ərəblər üç nəfər olmuş, Məhəmməd özündə olan telefonda həmin ərəblərə nəsə göstərmək, başa salmaq istəmiş, lakin ərəblər onu başa düşməmiş, Məhəmməd Aytəni göstərərək ərəblərdən onu niyə saxladıqlarını, nə baş verdiyini soruşmuş, Məhəmmədin onlara azərbaycan dilində etdiyi müraciətdən sonra həmin ərəblər əsəbi formada onların üzərlərinə gəlmiş, onlar da ərəblərin üzərlərinə getmiş, lakin aralarında hər hansı zorakılıq olmamış, bu vaxt evin ikinci mərtəbəsindən pilləkənlə kök, hündür oğlan əlində bıçaqla aşağı düşmüş və həmin ərəb Məhəmmədin üstünə gələrək əlində olan bıçağı ona istiqamətləndirib irəli-geri etmiş, onun əlindəki bıçağın kəsən hissəsini görmüş, Məhəmməd onun bıçaq hücumundan özünü qoruyub arxaya çəkilmiş, o isə həmin bıçaqla hücum edən ərəbi qorxutmaq məqsədi ilə masanın üstündəki boş araq şüşəsini götürüb sınması üçün əvvəlcə divara vurmuş, lakin divarda sınmamışdır, onda o şüşəni oturacağın dirsəyinə vurub sındırmış və şüşə sınığı ilə onlara tərəf getmiş ki, ərəblər qorxub çəkilsinlər, lakin o şüşə sınığı ilə heç kimi vurmağa cəhd etməmiş, həmin ərəbin Məhəmmədi bıçaqla vurmaması üçün sol əlində şüşə sınığı olmaqla sağ əli ilə onun əlindəki bıçağı almaq istədikdə onun əlində olan bıçağın kəsən hissəsi sağ əlinin içəri hissəsini kəsmiş, bundan sonra o, Məhəmmədi aralamış, başqa ərəblər isə həmin bıçaqla olan ərəbi aralamışdır. Sonra yenidən ara qızışmış və bir-birlərinə yumruqla, təpiklə, oturacaqla qarşılıqlı zərbələr endirmişlər, o, orada üç nəfər ərəblə əllə, təpiklə və stulla vuruşmuşdur. Elşən mənzilə girməmiş və davada iştirak etməmiş, Aytənin və İsmayılın kimisə vurmalarını görməmiş, lakin Məhəmməd də onunla birlikdə ərəblərlə dava etmiş, onların davaları təxminən 5-6 dəqiqə davam etmişdir, həmin dava vaxtı onda, Məhəmməddə və onlar tərəfdən heç kimdə bıçaq olmamış, ərəblərdən isə yalnız bir nəfərdə bıçaq olmuş, o, orada Elşənin səsini eşitmiş, Elşən «polis, polis gəlir» demiş, sonra Məhəmməd, o, Aytən və İsmayıl mənzildən çıxışa tərəf çəkilmiş və həyətə çıxmış, həyətə çıxıb getmək istərkən də ərəblər onların arxalarınca oturacaq qırıqları atmış, onların atdıqları stul qırıqlarından biri də onun kürəyinə dəymiş, sonra küçəyə çıxıb oradan saxladıqları taksinin yanına getmişlər. Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittiham üzrə CM-nin 221.3-cü maddəsi ilə özünü təqsirli bilməyərək ibtidai araşdırma zamanı verdiyi ifadəsini qismən təsdiq edib qeyd etmişdir ki, Məhəmməd onun həmyerlisi və dostudur, Məhəmməd hadisədən təxminən 6 ay öncə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində “Bavariya” kafesini icarəyə götürüb işlətmiş, o da Məhəmmədin kafesində ofisiant kimi xidmət etmiş, Təqsirləndirilən şəxs4 da həmin kafedə işləmişdir. Qeyd etmişdir ki, 11 mart 2020-ci ildə Aytən mobil telefonunu kafedə qoyaraq onun mobil telefonunu götürüb getmiş, Aytənin mobil telefonu kafedə qalmış, o, Aytənin telefonunu kafedə cərəyana qoşaraq mahnı oxutmuş, 12 mart 2020-ci il tarixdə saat 01 radələrində Məhəmmədlə birlikdə kafedə olan zaman Aytən zəng edib ərəblərin Badamdar qəsəbəsindəki fərdi yaşayış evində onu döydüklərini, oradan getmək üçün qapını bağlayıb buraxmadıqlarını bildirmiş və onlardan kömək istəmişdir. Aytən olduğu ünvanın müəyyən edilməsi üçün mobil telefonla ünvanı göndərmiş, Məhəmmədin xahişi ilə Vaqifin kafenin yanında olan taksi ilə Aytənin dediyi yerə getmiş, həmin vaxt o, Məhəmməd, Elşən bir yerdə olmuş, Pünhanı da Məhəmmədin zəngi ilə «Qurd Qapısı» restoranının yanından götürüb Badamdar qəsəbəsinə getmiş, orada Aytənlə sonradan adını bildiyi Fatiməni görüb maşını onların yanında saxlamış, həmin zaman Aytənin üst-başı bulaşıq olmuş, dizində də xəsarət olmuşdur. Məhəmmədlə birlikdə həmin məsələni aydınlaşdırmaq qərarına gəlmiş və bu məqsədlə taksidən düşüb sürücüyə onları gözləməsini deyərək həmin ünvana getmiş, Məhəmməd və Pünhan ərəblərlə «google translate» proqramı vasitəsilə danışmaq istəmiş, buna görə də qapını döymüş, qapı açıldıqdan sonra içəri girmiş, onların arxalarınca Aytənlə o da evə girmiş, Elşən isə evin qarşısında onları gözləmiş, Aytən telefonda tərcümə proqramı vasitəsilə ərəblərə nə isə başa salmaq istəmiş, Məhəmməd, Pünhan və o da dayanmış, həmin vaxt ərəblərdən biri Aytəni görən kimi yuxarı mərtəbəyə qalxmış və əlində bıçaqla onların üstlərinə gəlməyə başlamış, Pünhan bunu görüb masanın üzərindəki içki şüşəsini divara vurub sındıraraq ərəblərin onlara yaxınlaşmamaları üçün əlində saxlamış, bu vaxt beş nəfər ərəb onların üzərlərinə hücum etmiş və qarşılıqlı əlbəyaxa olmuşlar. Bildirmişdir ki, qapının qarşısında bayırda dayanmış Elşən dava-dalaş olduğunu görüb onlara polis gəldiyini deyib çağırmış, onlar dərhal bayıra çıxıb taksi ilə oradan uzaqlaşmış, həmin vaxt ərəblər evdəki əşyaları, stulu onların üzərlərinə atmış və onlara xəsarət yetirmişlər. Məhkəmə iclasında verilmiş sualları cavablandırarkən bildirmişdir ki, dava-dalaş düşdüyünü görən Elşən onları «polis gəlir» deyə çağırdığı üçün oradan çıxmış, onda və digərlərində bıçaq olmamış, əksinə ərəblərdən biri onların üzərlərinə bıçaqla gəldiyi üçün Pünhan onu qorxutmaq məqsədi ilə içki şüşəsini divara vurub sındırmış və həmin şüşə parçası ilə də heç kimə xəsarət yetirməmiş, kimin kimə xəsarət yetirdiyini görməsə də həmin vaxt ərəblər sərxoş halda olmuş, ərəblər Pünhana əl nahiyəsindən bıçaqla xəsarət yetirmiş, qalan hamısı əlbəyaxa olduqları üçün əzilmə və döyülmə xəsarətləri almışlar, hadisə vaxtı ərəblərin heç birini vurmamış və onun əlində də bıçaq olmamış, həmin zaman qeyd olunan ünvana 4 nəfər yəni, o, Məhəmməd, Pünhan və Aytən girmiş, orada dördündən başqa heç kim olmamış, onları gətirən taksi sürcüsü də küçədə maşınında onları gözləmiş, taksi sürücüsünün hadisədən heç xəbəri olmamış, hadisə vaxtı ərəbin əlindəki bıçaq qara tutacaqlı, kəsici hissəsi balaca olan bıçaq olmuş, başqa əlamətlərini görməmişdir. Təqsirləndirilən şəxs4 ona elan olunmuş ittiham üzrə CM-nin 221.2.1-ci maddəsi ilə özünü təqsirli bilməyərək ibtidai araşdırma zamanı verdiyi ifadəsini qismən təsdiq edib ifadəsində qeyd etmişdir ki, hadisədən 6 ay əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində olan «Bavariya» kafesində ofisiant kimi işə düzəlmiş, həmin kafeni Məhəmməd adlı şəxs icarəyə götürüb işlətmişdir. 11 mart 2020-ci ildə saat 23 radələrində həqiqi adının Fatimə olduğu, lakin o zamanlar Zeynəb kimi tanıdığı qız onun mobil nömrəsinə zəng edərək tanışları ilə birlikdə ərəblərlə yığıncaq olmasını dediyi üçün həmin yerdə rəqs etməyini təklif etmiş, o, Fatimənin deməsi ilə Nərimanov rayonu ərazisində yerləşən «Ekstra» kluba getmiş, həmin klubda olan zaman ona zəng edən Fatimə, onun yanında bir nəfər adını xatırlamadığı qız və onlarında yanında üç nəfər ərəb millətindən olan şəxslərin bir yerdə əyləşdiklərini görmüş, o, həmin şəxslərlə görüşərək söhbət edib hər biri görəcəkləri işə görə pulu danışaraq 12 mart 2020-ci ildə saat 01 radələrində birlikdə klubdan çıxıb taksi ilə hamısı Bakı şəhəri, Səbail rayonunda olan Badamdar qəsəbəsinə gəlib üç mərtəbəli evə girmişlər. O, orada rəqs etməyinə görə 150 manat pulu danışdıqları kimi Fatimə alıb ona verməli olmuş, onlar evə girəndə evdə əlavə olaraq iki nəfər başqa ərəb olduğunu görmüş, lakin əvvəl klubda tanış olduqları ərəblər onlara evdə başqa adam olması barədə heçnə deməmiş, onlar ərəblərlə mobil telefonda olan tərcümə proqramı vasitəsi ilə danışmış, ərəblərin qaldıqları evə girəndən sonra telefonla adını bilmədiyi bir qız da ora gəlmişdir. Onlar həmin evdə olan zaman ərəblər aldıqları spirtli içkilərdən içmiş, bu zaman orada olan qızlarla evdəki ərəblər hər birinə 200 manat verib evin ikinci mərtəbəsinə qalxaraq orada olan otaqlarda cinsi əlaqədə olmuş, onun orada rəqs etməyinə ehtiyac olmamışdır. Həmin zaman ərəblərlə cinsi əlaqədə olub qurtaran adını bilmədiyi qadının biri çıxıb getmiş, o həmin qadının hansı ərəblə cinsi əlaqədə olmasını bilmiş, lakin ərəblərin və həmin xanımın adını bilməmiş, çünki o, onlarla birinci dəfə imiş ki, ünsiyyətdə olmuş, əvvəldən onların heç biri ilə münasibəti olmamışdır. Həmin evdə olan zaman ərəblərdən biri mobil telefonda olan tərcümə vasitəsi ilə onunla cinsi əlaqəda olmaq barədə yazışmış, o da onunla cinsi əlaqədə olmaq istəmədiyini bildirmiş, həmin ərəb ona yazaraq 150 manatdan əlavə 50 manat da pulu onunla ikinci mərtəbəyə qalxıb cinsi əlaqədə olması üçün verəcəyini demiş, o isə bunun əvəzində onunla cinsi əlaqədə olmaq istəmədiyini ona yazıb başa salmışdır. Həmin ərəblə birinci mərtəbədə olan zaman cinsi əlaqədə olmaq üçün yuxarı qalxmış Fatimə ərəblə birlikdə aşağı düşmüş və getmək istədiyini bildirmiş, ərəb Fatiməni əvvəlcə buraxmamış, bu səbəbdən mübahisə düşmüş, ərəblər özlərini aqressiv aparmış, bir qədər mübahisə etdikdən sonra Fatimə masanın üzərində olan bıçağı öz boğazına apardığından ərəblər qorxaraq ona getməyə imkan vermiş və Fatimə gedəndən sonra o da getmək istəmiş, lakin ərəblər buna imkan verməmişdir. Bu səbəbdən istifadəsində olan mobil telefonla tanışı Məhəmmədə zəng vurub ərəblərin evində olduğunu və onu zorla evdə saxladıqlarını bildirmiş, eyni zamanda o, həmin evin yerləşdiyi ünvanı mobil telefon proqramı vasitəsilə Məhəmmədə göndərmişdir. Daha sonra qapının bağlı olduğunu görüb evin birinci mərtəbəsində yerləşən mətbəxin pəncərəsindən atılıb həyətə keçmiş, çölə çıxaraq evin yaxınlığında onu gözləyən Fatimə ilə birlikdə Məhəmmədgili gözləmişdir. Təxminən yarım saat keçdikdən sonra Məhəmmədin üç nəfər tanışları, yəni Elşən, İsmayıl və Pünhanla birlikdə taksi ilə gəldiklərini görmüş, o, Məhəmmədgilə baş verənləri danışmış, pəncərədən atılarkən hər iki ayaqlarından xəsarət aldığını demiş, bundan sonra Məhəmmədgil qapını döymüş, nisbətən kök olan oğlan qapını açmış, əvvəlcə Məhəmməd və Pünhan içəri daxil olmuş, onların arxalarınca o və İsmayıl evə daxil olmuşdur. Bu zaman ərəblərdən biri əlində bıçaqla ikinci mərtəbədən aşağı düşmüş, sonra Məhəmmədgillə həmin beş nəfər ərəb arasında dava-dalaş olmuş, lakin onlardan konkret kimin kimi vurmasını görməmiş, bir neçə dəqiqə sonra çöldə dayanan Elşən «polis, polis» deyə qışqırmış, bundan sonra onlar həmin evdən çıxıb getmişlər. Məhkəmə iclasında verilmiş sualları cavablandırarkən bildirmişdir ki, o evdən çıxa bilmədiyindən, evin qapısı bağlı olduğundan mətbəxin pəncərəsindən atılaraq çölə çıxmış, Məhəmmədgili hadisə yerinə kömək üçün çağırmış, aldığı xəsarətlər pəncərədən aşağı tullanarkən olmuş, ibtidai araşdırma orqanı bu hərəkətlərinə görə həmin ərəbləri məsuliyyətə cəlb etmək əvəzinə, onun özünü və yardıma gələn tanışlarını tutmuşdur. Zərərçəkmiş şəxs qismində tanınmış X3 vətəndaşları Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məhkəmə araşdırması getdiyi dövrdə Azərbaycan Respublikası hüdudlarından kənarda olduqları və iş üzrə məhkəmə araşdırmasında iştirak etmək üçün təşəbbüs göstərməmələri səbəbindən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadə verərək göstərmişdir ki, hadisənin baş verdiyi ərəfələrdə intim xidmət göstərib pul qazanmış, o zaman Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində olan «Ekstra klub»a getməyə başlamış, klub adamı olduğundan o öz adını gizlətmiş, orada onu «Zeynəb» adı ilə tanımışlar, həmin kluba gələn digər xanımlar da öz adlarını gizlətmiş, o, kluba gələn qızların əksəriyyətini sifətdən tanıyır, Arzu adı ilə tanıdığı və hazırda Aytən olduğunu bildiyi qızı da həmin «Ekstra klub»dan tanıyır, onlar bir-birlərinin mobil telefon nömrələrini bilirmişlər. 11 mart 2020-ci il tarixdə saat 22 radələrində o, «Ekstra klub»a gəlmiş və klubda əyləşmiş ki, az sonra kluba üç nəfər ərəb kişiləri gəlmiş, onlar divanda əyləşmiş və sonra onlardan biri onu, digəri Arzunu, başqası isə başqa qızı çağırmış, onlar üç nəfər qadın ərəblərin masasında əyləşmiş, ərəblərdən o, eynəkli olanı ilə danışmış, 3 saat olmaqla 200 manata razılaşmış, sonra onlar 3 qız və 3 ərəb kişiləri taksi ilə bir yerdə Badamdar qəsəbəsindəki evə gəlmiş, çatanda orada başqa iki nəfər ərəb də olmuş, onlar ərəblərlə bir masada əyləşmiş, ərəblər viski içmiş, o isə spirtli içki içən olmadığından spirtli içki içməmiş, sonra o da öz adamı ilə ikinci mərtəbəyə qalxmış və otaqlardan birinə keçmiş, həmin otaqda onlar təbii yolla cinsi əlaqədə olmaq istəsələr də ərəbin ereksiyası olmadığından cinsi əlaqədə ola bilməmiş, lakin cinsi əlaqələri alınmamış, aşağı düşəndə o ereksiyası olmadığından cinsi əlaqədə ola bilmədiyini demiş, həmin vaxt tanışı ərəb ikinci mərtəbədə qalmış və sonra tanışı onu çağırmış və o onun yanına getmiş, ikinci cəhddə də cinsi əlaqə olmamış, həmin ərəb onunla cinsi əlaqədə olmaq üçün danışılmış 200 manat pulu cinsi əlaqədə olmalı olduqları otaqdakı dolabın üstünə qoymuş, bu zaman orada olan ərəblərdən arıq olanı otağa girib onunla cinsi əlaqədə olmasını tələb etmiş, lakin o istəməmiş və pulu götürüb getmək istəyəndə həmin ərəb pulu götürüb cibinə qoyaraq onunla da cinsi əlaqədə olmasını tələb etmiş, sonra 200 manatı verəcəyini demiş, o isə razılaşmamış, onda həmin oğlan onun sağ qolundan tutub sıxıb ona ağrı vermiş, əlində olan şişi onun qarnına soxacağı ilə, onu ikinci mərtəbədən yerə atacağı ilə hədələmiş, ilk tanışı olan oğlan gəlib onu həmin ərəbin əlindən almış, lakin həmin ərəb ondan əl çəkməmiş, o birinci mərtəbədə olan mətbəxdən bıçağı götürüb özünü doğrayacağını demiş, həmin vaxt iki nəfər də Aytəni tutub getməyə qoymamış, o, ərəblərdən onları buraxmalarını tələb etmiş və sonra onlar onun əlindən bıçağı alıb mənzildən çıxarmış və evin giriş qapısını içəridən bağlamış, Aytən içəridə qalmış, onun telefonunda meqabayt olmadığından taksi çağıra bilməmiş və piyada orada bir qədər gözlədikdə Aytənin ona yaxınlaşdığını, Aytənin dizlərinin xəsarət aldığını görmüş, bir qədər sonra isə Aytənin tanışları taksi ilə gəlib Aytənlə kənara çəkilib söhbət etmişlər, o isə taksiyə oturmuş, Aytənlə tanışları oradan uzaqlaşıb bir neçə dəqiqə sonra qaçaraq geri qayıdıb taksiyə minmişlər və həmin yerdən birlikdə uzaqlaşmışlar. Məhkəmə iclasında verilmiş sualları cavablandırarkən bildirmişdir ki, həmin gün evdə ərəblərlə birlikdə olarkən ərəblər hamısı sərxoş vəziyyətdə olmuş, çox aqressiv davranmışlar, o özünə bıçaqla xəsarət yetirəcəyi ilə hədələməsəydi onu evdən buraxmayacaqdılar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadə verərək göstərmişdir ki, rəsmi olaraq heç yerdə işləmir və müraciət edən kişilərə intim xidmət göstərir. Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən «Ekstra klub»da əylənir və müraciət edən kişilərə intim xidmət göstərməklə pul qazanır. 11 mart 2020-ci il tarixdə təxminən saat 22:30 radələrində həmin kluba gəlmiş və özünə aid olan masada tək əyləşib müştəri gözləmiş, əyləşdiyi masaya yaxınlıqda olan divanda tanımadığı 3 ərəb və 3 qız əyləşmiş, həmin ərəbləri və qızları əvvəllər görməmiş və onları tanımamış, həmin ərəblərdən bir nəfər gəlib onun yanında əyləşmiş, ərəb dilini bilmədiyindən, həmin ərəb isə onun bildiyi ingilis dilini bilmədiyindən onlar bir-birlərini başa sala bilməmiş, sonra həmin ərəb öz dostunu çağırmış və həmin ərəb ona onunla cinsi əlaqədə olmağı təklif etmiş, 2-3 saat onunla cinsi əlaqədə olmaq müqabilində 200 manata onunla razılaşmış və sonra da onun təklifi ilə gəlib onların əyləşdikləri masada əyləşmiş, təxminən 5-10 dəqiqə onlarla bir masada olandan sonra həmin ərəbin təklifi ilə üç qız və üç ərəb bir taksidə onun tanımadığı Badamdar qəsəbəsinə gəlmiş, onlar üç mərtəbəli evə gəlmiş və onları ora gətirən üç nəfər ərəbdən başqa orada 2 nəfər də onların tanışları olmuş, onlar gələndən sonra ərəblər birinci mərtəbədə oturub özləri viski işmiş, o orada spirtli içki içməmiş, bir qədər sonra o danışdığı ərəbdə ikinci mərtəbəyə qalxıb otaqda həmin ərəblə cinsi əlaqədə olmuş və sonra birinci mərtəbəyə düşmüş, bir qədər sonra getmək istədiyini deyəndə onunla olan ərəb bir dəfə də cinsi əlaqədə olmalarını, sonra getməsini demiş, o mübahisə yaratmayıb razılaşmış və yenidən onunla həmin otağa qalxıb ikinci dəfə də cinsi əlaqədə olmuş və klubun taksi sürücüsü olan Rəşada zəng edib çağırmış və Rəşad gəlib onu oradan kluba qaytarmışdır. Onun orada olduğu müddətdə hər hansı dava, narazılıq olmamış, o cinsi əlaqədə olmağı ilə əlaqədar aldığı 200 manat puldan başqa kimdənsə pul almamış, aldığı pulu da özü üçün xərcləmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadə verərək göstərmişdir ki, evlərinə yaxınlıqda olan «Bavariya» adlı kafeyə hərdən gedib orada pivə, çay içmiş, oranı işlədən Məhəmmədi də həmin yerdən tanımış, həmin kafedə işləyən Aytəni də tanımışdır. 12 mart 2020-ci il tarixdə, saat təxminən 01 radələrində çay içmək üçün həmin «Bavariya» kafesinə getmiş, kafeyə gedəndə Məhəmməd və İsmayıl orada olmuş, başqa tanımadığı müştəriləri də olmuş, lakin Aytən olmamış, o Məhəmməddən Aytənin harada olmasını soruşmuş, Məhəmməd «rəfiqəsi dəvət edib, kluba getmişlər» demiş, o oturub çay içmiş və Məhəmmədin müştərilərə etdiyi xidməti kafedə olan dəftərə qeyd etmiş, Məhəmməd tez-tez mobil telefonla danışmış, lakin onun kiminlə danışması ilə maraqlanmamış, sonuncu dəfə Məhəmməd «Aytən ağlama, sakit ol, de görüm nə olub?» dedikdə o Məhəmməddən nə olduğunu maraqlanmış, Məhəmməd Aytənin zəng edib tanımadığı yerə aparıldığını, olduğu evin qapısının bağlanılıb çıxmağa qoymadıqlarını, bir-birlərinə bıçaq çəkdiklərini dediyini bildirmiş, o, Məhəmməddən nə məsələ olmasını soruşmuş, Məhəmməd bilmədiyini demiş, sonra Məhəmməd gedib nə məsələ olduğunu öyrənəcəyini demiş, Aytənin harada olduqlarını tanımadığını demiş, sonra Aytən olduğu yer barədə məlumatı göndərmiş və ünvanın Badamdar qəsəbəsi olduğunu bilmiş, Məhəmməd Bakını yaxşı tanımadığı üçün onunla getməsini xahiş etmiş, o isə etiraz edə bilməmiş və Məhəmməd, o, İsmayıl Aytənin olduğu yeri tapmaq üçün kafedən çıxmış, Məhəmməd onun tanımadığı sürücünün idarə etdiyi taksi maşınını çağırmış və bir yerdə Badamdar qəsəbəsinə yola düşmüş, yolda Məhəmməd Pünhan adlı dostuna da zəng etmiş ki, Badamdar qəsəbəsinə gedirlər, o da onlara qoşulsun, «Qurd qapısı» deyilən ərazidə Pünhanın onları gözləməsini demiş, daha sonra onlar gəlib həmin deyilən yerdən Pünhanı da götürmüş və naviqatorla gedib Aytənin olduğu əraziyə yaxınlaşmış, hələ yolda olarkən Aytən zəng edib evin pəncərəsindən özünü atıb qaçdığını, həmin evdən uzaqlaşdığını, yanındakı qızla gizləndiklərini bildirmiş, onlar naviqatorla Aytəngilin olduğu yeri tapmış və onu yanındakı qızla maşına götürmüşlər. Bildirmişdir ki, Aytənin dizləri qanamış və o dizlərinin pəncərədən tullanıb qaçarkən yaralandığını demiş, sonra o, Aytənin Məhəmmədlə olan danışıqlarına qulaq asmamış və Məhəmməd gedib onların niyə belə etdiklərini aydınlaşdıracağını demiş, Aytən Məhəmmədə xarici vətəndaşlar olduğunu, lazım olmadığını, getməmələrini, sonra pis olacağını demiş, Məhəmməd isə «eybi yoxdur, gedək sən mənə göstər görüm onlar kimdirlər» demiş, Aytən getməməyi 2-3 dəfə Məhəmməddən xahiş etsə də Məhəmməd ona qulaq asmamış, o da Məhəmməddən problem olmamasını, lazım olmadığını xahiş etmiş, lakin Məhəmməd onu da eşitməmişdir. Aytən məcbur olub onlarla getmiş və onu saxladıqları həmin evin ünvanını göstərmiş, Aytənin yanında olan qız isə onlarla getməmiş, evin həyət darvazası açıq olmuş, onlar, yəni Məhəmməd, İsmayıl, Pünhan və Aytən həyətə girmiş, o isə həm dövlət qulluqçusu olduğundan, həm də ona aidiyyəti olmadığından onların arxalarınca getməmiş, küçədə darvazanın çölündə dayanıb gözləmiş, lakin geri də qayıda bilməmiş ki, bəlkə hər hansı pis nəticə baş verməsin deyə onlara mane olsun. Həmin vaxt Məhəmmədgil evin giriş qapısını döymüş, sonra içəridən qapı açılmış, Məhəmmədgil mənzilə hamısı içəri girmiş, mənzilin giriş qapısı yarı açıq halda qalmış və o, Məhəmmədin Aytəni göstərərək içəridəkilərdən «bu qızdan nə istəyirsiniz?» soruşduğunu eşitmiş, içəridəkilərin isə Məhəmmədə nə cavab vermələrini eşitməmişdir. Sonra bir nəfər ərəbin əlində telefonla danışa-danışa aşağı düşdüyünü görmüş, həmin vaxt kiminsə kimisə vurmasını görməmiş, o orada yalandan «polis gəlir» deyə qışqırmış və sonra özü oradan çıxıb küçəyə qaçmış, onun arxası ilə də Məhəmmədgil çıxmış, o həmin evdən uzaqlaşanda ərəblərin qışqırıq səsləri həyətdən gəlmiş, sonra Məhəmmədgil oradan çıxmış, onların maşınlarında ona yer olmadığından başqa maşınla evə gəlmişdir. Bildirmişdir ki, orada Məhəmmədgillə ərəblərin münaqişələri bir neçə dəqiqə davam etmiş, o heç kimi vurmamış və kiminsə də vurulmasını görməmiş, onu da heç kim vurmamış, Məhəmməd Aytənin telefon zəngi ilə onu saxlandığı yerdən və adamların əllərindən alıb qurtarmaq məqsədi ilə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadə verərək göstərmişdir ki, Badamdar qəsəbəsində yaşamaqla makler vasitəsilə Badamdar qəsəbəsi, 1-ci massiv, 5-ci döngədə olan 308 nömrəli evin qonaq evi kimi icarəyə verildiyini öyrənmiş və həmin evin sahibi X6 ilə görüşüb ayını 600 manatdan həmin evi icarəyə götürüb 12 fevral 2019-cu il tarixdə Badamdar qəsəbəsi ərazisində yerləşən notariat kontorunda müqavilə bağlamaqla həmin gündən həmin evi Məzahir Cahangirovdan icarəyə götürmüş, icarənin təyinatı yalnız qonaq evi kimi istifadə etmək olmuş, icarəyə götürdüyü ev iki mərtəbəlidir. Həmin qonaq evinə müştəriləri İnternet saytları, maklerlər və tanışlar vasitəsilə tapırlar, hər gələn müştəri ilə rəsmi müqavilə imzalayırlar, müqaviləni tərəflər imzalayır və müqavilənin şərtləri barədə tərəflər razılığa gəlir, mənzili kirayəyə götürən şəxslər xarici ölkə vətəndaşları olurlar, azərbaycanlılara isə ancaq ailəlilərə icarəyə verilir, icarə müddətində icarəyə götürənlər bütün cavabdehlikləri öz üzərlərinə götürürlər və icarə haqqı 150 manatdan 180 manata qədər həddində olur. 11 mart 2020-ci il tarixdə günorta vaxtları «Habibi Travel» turizm şirkətinin işçisi Asim zəng edib X2 5 nəfər ərəbin qonaq evi axtardığını bildirmiş və onları həmin evdə qonaq saxlamağı təklif etmiş, o razılaşmış və 5 günlük onları qonaq saxlamağa razılaşmış, Asim həmin şəxsləri qonaq evinə gətirmiş və həmin 5 nəfər ərəblərdən birinin Musallam Al- Sairi ilə rəsmi müqavilə imzalamaqla günü 180 manatdan evi onlara icarəyə vermiş, evin 5 günlük icarə haqqını əvvəlcədən alıb onları evə buraxmışdır. Evi onlara verəndən sonra o işi ilə məşğul olmuş və 2020-ci ilin mart ayının 12-nə keçən gecə saat təxminən 03:30 radələrində Asim zəng edib həmin evdə dava-dalaş baş verdiyini bildirmiş, o tələsik həmin evə gəlmiş və evə girib polisləri həmin ərəblərlə bir yerdə evdə görmüş, ərəblərdən birinin kürəyində və ayağının baldır hissəsində, ikincisinin isə topuğunda xəsarət olduğunu görmüş, evdə olan stullar qırılmış, birinci mərtəbədə olan əşyalar dağınıq şəkildə olmuş, birinci mərtəbədə olan stolun üstündə olan taxta parçasının üstünə sancılmış bir ədəd qatlanan, bir ədəd isə qatlanmayan bıçaqlar olmuş, evin birinci mərtəbəsində olan stullardan 50 manat dəyərində 02 ədəd stul sındırılmışdır. Məhkəmə iclasında verilmiş sualları cavablandırarkən bildirmişdir ki, mənzilə dəyən zərərin ərəblər tərəfindən ödənildiyi ilə bağlı ərizə yazsa da, həqiqətdə belə olmamış, ümumiyyətlə sınan 2 stuldan başqa həmin kirayəşin ərəblər evi çox bərbad hala salmış, qaldıqları müddət ərzində evdə olan bir çox mebel və avadanlığa zərər yetirmiş, bu səbəbdən həmin evin normal vəziyyətə gətirilməsi üçün xərc çəkməyə məcbur olmuş, hazırda heç kimdən şikayəti yoxdur, təqsirləndirilən şəxsləri tanımır, ərəblərdən isə şikayəti ona görə yoxdur ki, onlar artıq öz ölkələrindədir və şikayət etmək mənasızdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 ifadə verərək göstərmişdir ki, o, Badamdar qəsəbəsi 1-ci massiv 5-ci keçiddə fərdi evdə yaşamır, evin kimə məxsus olmasını bilmir, həmin ərazidə heç bir qohumu və ya tanışı yaşamır, həmin ünvanı sadəcə poçt işçisi olduğu üçün tanıyır, qeydiyyatda olduğu və faktiki yaşadığı mənzil ünvan 4 ünvanında olmaqla 9 mərtəbəli bina evinin birinci mərtəbəsində yerləşir, yaşadığı mənzil ilə hadisənin baş verdiyi yer arasında 10 dəqiqəlik piyada getmək üçün məsafə var. İş materiallarında olan yazılı ifadəsini özü öz xətti ilə yazsa da, həqiqətdə heç bir hadisənin şahidi olmamış, ümumiyyətlə Səbail rayon Polis İdarəsinin İstintaq şöbəsində hər hansı bir müstəntiqin otağında ifadə verməmişdir. Faktiki olaraq əlyazma üsulu ilə tərtib edib imzaladığı ifadəsinin alınması şəraiti və məzmunu ilə bağlı verilmiş sualları cavablandırarkən bildirmişdir ki, 2020ci ilin təxminən may ayının sonu, iyun ayının əvvəlində günorta saatlarında Badamdar qəsəbəsi 1-ci massiv keçid 5 ünvanı tərəfdə xidməti poçt vəzifələrinin icrası ilə əlaqədar olarkən bir neçə ildir tanıdığı sahə müvəkkili Xətai Nəsirov və yanında mülki geyimli digər polis əməkdaşı yaxınlaşıb ondan bir gün öncə gecə saatlarında həmin ərazidə baş vermiş hər hansı bir hadisənin şahidi olub-olmadığını soruşmuşlar, gecə saatlarında işləmədiyini və həmin ərazidə olmadığını deyib heç bir hadisənin şahidi olmamasını bildirdikdə isə tanışı olan həmin sahə müvəkkili Xətai Nəsirov ona baş vermiş hadisəni təsvir etmiş və bununla bağlı yazılı şəkildə ifadə tərtib etməyi xahiş etdiyindən elə küçədə, yolun kənarına çəkilib çantanın üzərinə qoyulmuş ifadə blankını özü əlyazma üsulu ilə dolduraraq sahə müvəkkilinin hadisə ilə bağlı bir qədər öncə ona danışdığını həmin kağızda əks etdirmiş, lakin nə yazdığını hazırda xatırlamır, həmin zaman hansı sənədi tərtib etdiyini və imzaladığını anlamamış, şahid qismində cəlb olunduğunu bilməmişdir. Məhkəmə iclasında ona təqdim edilən fotoşəkildən sahə müvəkkili Xətai Nəsirovun yanında olan mülki geyimli şəxsin müstəntiq Anar Bağırovun olduğunu təsbit etmiş, küçədə olarkən müstəntiqin çanta və sənədi sahə müvəkkilinə verib kənara çəkildiyini, sənəd tərtib edərkən bilavasitə yanında tanıdığı sahə müvəkkilinin olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Zərərçəkmiş şəxs1 tərəfindən Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə ünvanlanmış 12 mart 2020-ci il tarixli ərizəsindən görünür ki, 12.03.2020-ci il tarixdə saat 03:41 də yaşadığı evdə olan zaman evə daxil olan 4 nəfər naməlum şəxs tərəfindən əlində olan bıçaqla ona xəsarət yetirilib 400 ABŞ dolları pulu götürülmüşdür. (cild İ, i.v. 3); Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında 12 mart 2020-ci il tarixli qərarın məzmunundan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanılmışdır. (cild İ, i.v. 1); Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 2/1847 nömrəli 12.03.2020-ci il tarixli tibbi müayinə protokolunun məzmunundan görünür ki, 12.03.2020-ci il tarixdə saat 13:45-də müayinə aparılmış və Zərərçəkmiş şəxs1 ayıq olmuş, müayinə zamanı gecə pivə içdiyini bildirmişdir. (cild İ, i.v. 23); Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 2/1848 nömrəli 12.03.2020-ci il tarixli tibbi müayinə protokolunun məzmunundan görünür ki, 12.03.2020-ci il tarixdə saat 13:50-də müayinə aparılmış və Zərərçəkmiş şəxs2 ayıq olmuş, müayinə zamanı gecə pivə içdiyini bildirmişdir. (cild İ, i.v. 23); Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 14 mart 2020-ci il tarixli 4(009)-156/2020 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddəsi ilə Təqsirləndirilən şəxs1 barəsində 12.03.2020-ci il tarixdən hesablanmaqla 4 ay müddətinə həbs qismində qətimkan tədbiri seçilmişdir. (cild İİ, i.v. 145- 148); Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 14 mart 2020-ci il tarixli 4(009)-155/2020 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddəsi ilə Təqsirləndirilən şəxs2 barəsində 12.03.2020-ci il tarixdən hesablanmaqla 4 ay müddətinə həbs qismində qətimkan tədbiri seçilmişdir. (cild İİ, i.v. 149- 151); Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 14 mart 2020-ci il tarixli 4(009)-157/2020 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddəsi ilə Təqsirləndirilən şəxs3 barəsində 12.03.2020-ci il tarixdən hesablanmaqla 4 ay müddətinə həbs qismində qətimkan tədbiri seçilmişdir. (cild İİ, i.v. 152- 154); Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 14 mart 2020-ci il tarixli 4(009)-154/2020 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddəsi ilə Təqsirləndirilən şəxs4 barəsində 4 ay müddətinə həbs qismində qətimkan tədbiri seçilməsindən imtina edilərək məhkəmə iclas zalından dərhal azad olunmuşdur. (cild İİ, i.v. 155-160); Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 14 mart 2020-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddəsi ilə Təqsirləndirilən şəxs4 barəsində «başqa yerə getməmək haqqında iltizam» qismində qətimkan tədbiri seçilmişdir. (cild İİ, i.v. 161-163); Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 15 noyabr 2020-ci il tarixli 1(009)-131/2020 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və o məhkəmə iclası zalında həbsdən azad edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 15 noyabr 2020-ci il tarixli 1(009)-131/2020 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs2 oğlu barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və o məhkəmə iclası zalında həbsdən azad edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 15 noyabr 2020-ci il tarixli 1(009)-131/2020 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və o məhkəmə iclası zalında həbsdən azad edilmişdir. Şahid6 tərəfindən Səbail RPİ-yə ünvanlanmış 16.03.2020-ci il tarixli 065-8714-1220 daxil olma nömrəli ərizənin məzmunundan görünür ki, X4 vətəndaşlarının Səbail rayonu Badamdar qəsəbəsi 1-ci massiv 5-ci döngə 308 nömrəli mənzildə qalmaq üçün müqavilə əsasında şərait yaratmış, 12.03.2020-ci il tarixdə həmin ünvanda baş vermiş hadisə nəticəsində mənzildə olan 2 ədəd stulların qırılması nəticəsində ona vurulmuş maddi ziyan onların özü tərəfindən tamamilə ödənilmişdir. (cild İİ, i.v. 177); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnamələrə 19.03.2020-ci il tarixli cavablarından görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 əvvəllər cinayət məsuliyyətinə cəlb edilmələri və məhkum olunmalarına dair məlumat yoxdur. (cild İİ, i.v. 183-186); Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Şahid2, Şahid1 Mesfer A və Şahid3 tərəfindən Səbail RPİ-yə ünvanlanmış 24.03.2020-ci il tarixli 065-9528kol-3120 daxil olma nömrəli ərizənin məzmunundan görünür ki, 12 mart 2020-ci il tarixdə Bakı şəhəri Badamdar qəsəbəsi ərazisində yerləşən qonaq evində qalarkən tanımadıqları şəxslərin onlara qarşı etdikləri quldurluq cinayət hadisəsi ilə əlaqədar ********* nömrəli cinayət işi üzrə ibtidai istintaqda ifadə vermişlər və cinayət hadisəsini törədən şəxslərlə aralarında üzləşmə istintaq hərəkəti aparılmışdır. Onlar hazırda cinayət işi üzrə verdikləri ifadələrini tam təsdiq edirlər. Hal-hazırda cinayət işi üzrə şikayətləri və iddiaları yoxdur. X2 Azərbaycan Respublikasının Bakı şəhərinə turist səfərinə əldiklərindən və hazırda səfər müddətləri başa çatdığından öz vətənlərinə qayıdırlar, ona görə də zərərçəkmiş şəxs kimi iş materialları ilə tanış edilmədən cinayət işinin mahiyyəti üzrə baxılması üçün bu qaydada məhkəməyə göndərilməsinə etiraz etmirlər. (cild İİ, i.v. 183-186); Məhkəmə-tibbi ekspertizasının 16 mart 2020-ci il tarixli 137 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs2-in bədəni üzərində müəyyən edilmiş xəsarətlər bel nahiyəsinin sol yarısının cüzi şişkinlik fonunda qançırı və sol saidin yuxarı 1/3-nin arxa səthinin sıyrığı küt əşyanın (əşyaların), sol əlin ovuc səthində V daraq sümüyünün distal proyeksiyasının sıyrıq-cızığı iti uclu əşyanın (ələtin) təsirindən törənmişlər, törənmə müddəti 12.03.2020-ci il tarixə uyğun gəlir və hər biri ayrılıqda, eləcədə ümumilikdə sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. X15 S-in bədəni üzərində müəyyən edilmiş xəsarətlərdən bel nahiyəsinin sol yarısının cüzi şişkinlik fonunda qançırı və sol saidin yuxarı 1/3-nin arxa səthinin sıyrığı stulla vurma, sol əlin ovuc səthində V daraq sümüyünün distal proyeksiyasının sıyrıq-cızığı isə iti uclu əşyanın (ola bilsin bıçağın iti ucunun və ya şüşə parçasının iti kənarının) təsiri nəticəsində əmələ gələ bilərdilər. (cild İİ, i.v. 223-226); Məhkəmə-tibbi ekspertizasının 03 aprel 2020-ci il tarixli 136 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs1-in bədəni üzərində müəyyən edilmiş xəsarətlər döş qəfəsinin arxa səthində sağ kürəkaltı nahiyənin, sol baldırın orta-yuxarı 1/3-nin bayır səthinin və sol ayaq pəncəsinin ayaqarxası səthinin bayır yarısının səthi kəsilmiş yaraları iti kənarlı əşyanın (əşyaların) təsirindən törənmişlər, törənmə müddəti 12.03.2020-ci il tarixə uyğun gəlir və hər biri ayrılıqda, eləcədə ümumilikdə sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs1 Awn S-in bədəni üzərində müəyyən edilmiş xəsarətlərin xarakterik xüsusiyyətlərinə əsasən demək olur ki, qeyd olunan xəsarətlər ola bilsin bıçağın iti kənarı ilə və ya sındırılmış şüşə parçaları ilə vurma nəticəsində əmələ gələ bilərdilər. (cild İİ, i.v. 227-230); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 10 aprel 2020-ci il tarixli 011-3944-1220 nömrəli məktubunun məzmunundan görünür ki, quldurluq faktı üzrə hadisə yerindən götürülmüş 01 ədəd qatlanan bıçaq (Səbail RPİ-nin 065- 8239-1220 nömrəli 12.03.2020-ci il tarixli məktubu ilə) və 03 ədəd qan nümunəsi (Səbail RPİnin 065-8235-1220 nömrəli 12.03.2020-ci il tarixli məktubu ilə) tədqiqata təqdim edilmişdir. Aparılmış müqayisəli molekulyar-genetik tədqiqat nəticəsində müəyyən olunmuşdur ki, tədqiqata təqdim edilmiş 01 ədəd qatlanan bıçaq üzərində olan qan nümunəsi və hadisə yerindən götürülmüş 01 ədəd qan nümunəsi kişi cinsindən olan eyni naməlum şəxsə məxsusdur. Hadisə yerindən götürülmüş digər 2 ədəd qan nümunəsi isə kişi cinsindən olan eyni digər naməlum şəxsə məxsusdur. (cild İİ, i.v. 257); Məhkəmə-tibbi ekspertizasının 16 mart 2020-ci il tarixli 148 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sol bazunun qançırı, sağ əlin və sol saidin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən, sağ əlin ovuc səthinin səthi kəsilmiş yarası iti kənarlı əşya (alət) təsirindən törənmişlər, 12.03.2020-ci il tarixdə əmələ gələ bilərdilər və sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. (cild İİ, i.v. 242-245); Məhkəmə-tibbi ekspertizasının 16 mart 2020-ci il tarixli 150 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs3 14.03.2020-ci il tarixli məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. (cild İİ, i.v. 246-248); Məhkəmə-tibbi ekspertizasının 16 mart 2020-ci il tarixli 149 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs4 bədəni üzərində müəyyən edilmiş xəsarətlər - döş qəfəsinin arxa səthinin və sağ baldırın sıyrıqları, sol bazunun qançırı küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 12.03.2020-ci il tarixdə əmələ gələ bilərdilər və sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. (cild İİ, i.v. 249-252); Məhkəmə-tibbi ekspertizasının 16 mart 2020-ci il tarixli 147 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər - döş qəfəsinin ön səthinin və sağ baldırın sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 12.03.2020-ci il tarixdə əmələ gələ bilərdilər və sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. (cild İİİ, i.v. 1-4); Məhkəmə-tibbi ekspertizasının 16 mart 2020-ci il tarixli 140 nömrəli rəyində göstərilmişdir ki, Şahid11 bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sağ saidin orta yuxarı 1/3-nin arxa-iç səthinin qançırı küt əşyanın (alətin) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 12.03.2020-ci il tarixdə qeyd olunan nahiyənin əl ilə tutularaq bərk sıxılması nəticəsində əmələ gələ bilərdi və sağlamlığa zərərvurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. (cild İİİ, i.v. 5-8); Hadisə yerinə yaxınlıqda yerləşən şirniyyat sexində quraşdırılmış videomüşahidə kamerasından götürülmüş 2020-ci ilin mart ayının 12-nə keçən gecə saat 04 radələrini əhatə edən videomaterialı əks etdirən diskdəki VİD-20200312-VA0021 adlı fayldan görünür ki, otaq şəraitində Təqsirləndirilən şəxs4 və yanında X7 vətəndaşı masa ətrafında olan stulda əyləşmişlər, masanın üzərində dibçəkdə gül, 02 ədəd «Hell», 02 ədəd «Redbull» enerji içkilərinin, 01 ədəd «Coca-Cola» və 02 dumanlı formada butulkalarda spirtli içki butulkaları vardır, görüntülər olan ekranın ortasında ərəb hərfləri ilə yazılar görünür. Təqsirləndirilən şəxs4 saqqız çeynəməklə əlində tutduğu mobil telefona nəsə yazır və telefonda yazdığı yazıları yanında olan şəxsə göstərərək oxudur və bununla görüntülər başa çatır. Həmin görüntülər 00:04 saniyə davam edir. Görüntülərlə bağlı məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs4 bildirdi ki, onunla həmin ünvana gedən xanımlar evin 2-ci mərtəbəsində olan yataq otaqlarına qalxıb orada intim əlaqədə olduqları zaman o həmin evin birinci mərtəbəsində qalmış, yanında olan ərəb mənşəli şəxslə mobil telefonun tərcüməsi vasitəsilə danışmış, danışıq zamanı həmin şəxs ona veriləcək 150 manatın üstünə əlavə olaraq qalxıb onunla cinsi əlaqədə olmaq müqabilində 50 manat da verməyi təklif etmiş, lakin o mobil telefonun tərcüməsi vasitəsilə yazıb bu təklifdən imtina etmişdir; Hadisə yerinə yaxınlıqda yerləşən şirniyyat sexində quraşdırılmış videomüşahidə kamerasından götürülmüş 2020-ci ilin mart ayının 12-nə keçən gecə saat 04 radələrini əhatə edən videomaterialı əks etdirən diskdəki VİD-20200312-VA0025 adlı fayldan qaranlıq vaxtı küçə görünür, kameranın dirəyinin altında dayanmış vəziyyətdə ağ rəngdə minik avtomobilinin arxa ban hissəsi yuxarıdan görünür və bir minik avtomobilinin kamera istiqamətdə uzaqdan dayanması görüntülənir. Görüntülər başlanandan sonra 00:15-də küçədəki görünən darvazanın qarşısında həmin uzaqda dayanmış vəziyyətdə olan avtomobilin irəli-arxaya verərək əks istiqamətdə dönməsi və təxminən 10-15 metr gedib dayanması, sonra ekranda «03/12/2020 03:59-04:00» vaxtı görüntülənir. 00:58-də qaranlıqda biri qısa yubkada qadın görkəmində, ikisi isə kişi geyimində şəxslərin qaranlıqdan qaçaraq küçəyə çıxmaları, həmin vaxt küçədə dayanmış ağ rəngli avtomobilin arxa-arxaya verərək evin darvazasının qarşısına gəlib dayanaraq onları gözləməsi, həmin 3 nəfərin qaçaraq gedib həmin avtomobilə əyləşmələri, onların arxalarınca bir nəfər kişinin ağ qollu köynəkdə onların arxalarınca maşina tərəf gedib sağ tərəfdən açıq vəziyyətdə olan açıq qapını bağlaması və qabaq tərəfə keçərkən avtomobilin hərəkətə gətirilib irəli getməsi və sonuncu şəxsin avtomobilə minib-minməməsinin bilinməməsi ilə görüntülər başa çatır. Görüntü 01:28 dəqiqə davam edir. Görüntülərlə bağlı məhkəmə iclasında verilmiş sualları cavablandıran təqsirləndirilən şəxsl bildirmişlər ki, görüntülərdə olan qadın Təqsirləndirilən şəxs4dır, digərləri isə Təqsirləndirilən şəxs1, İsmayıl Qədirli, Təqsirləndirilən şəxs2dır və Şahid5dur, Şahid11 isə avtomaşında əyləşib onları gözləmişdir, həmin vaxt qaçmalarını isə sərxoş vəziyyətdə olan ərəblərin onlara stul, bıçaq və sair alətlərlə hücum edib döymələri ilə izah etmişlər. (cild İİİ, i.v. 126-127) Məhkəmə-tibbi ekspertizasının 04 iyun 2020-ci il tarixli 212/2020 MTKŞ nömrəli rəyində göstərilmişdir ki: - təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış xüsusi təyinatlı cib bıçaqlarına uyğun gəlir və soyuq silah hesab edilmir; - təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir; - Zərərçəkmiş şəxs1 Awn S-in bədəni üzərində müəyyən edilmiş xəsarətlər - döş qəfəsinin arxa səthində sağ kürəkaltı nahiyənin, sol baldırın orta-yuxarı 1/3-nin bayır səthinin və sol ayaq pəncəsinin ayaqarxası səthinin bayır yarısının səthi kəsilmiş yaraları, Təqsirləndirilən şəxs4 bədəni üzərində müəyyən edilmiş xəsarətlərdən – sağ əlin ovuc səthinin səthi kəsilmiş yarası; Təqsirləndirilən şəxs2 bədəni üzərində müəyyən edilmiş xəsarətlərdən – sağ əlin ovuc hissəsinin səthi kəsilmiş yarası; Təqsirləndirilən şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarətlərdən – sağ əlin ovuc səthinin səthi kəsilmiş yarası hər hansı bir iti kənarlı əşyanın, alətin (əşyaların, alətlərin) təsirindən yaranmışlar və bu xəsarətlərin konkret olaraq ekspertizaya təqdim olunmuş bıçaqlarla yetirilibyetirilməməsi haqqında fikir söyləmək mümkün olmadı; - Zərərçəkmiş şəxs2-in bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sol əlin ovuc səthində V daraq sümüyünün distal proyeksiyasının sıyrıq-cızığı hər hansı bir iti uclu əşyanın (alətin) təsirindən yaranmışdır, lakin bu xəsarətin konkret olaraq ekspertizaya təqdim olunmuş bıçaqlarla yetirilib-yetirilməməsi haqqında fikir söyləmək mümkün olmadı; - Zərərçəkmiş şəxs2-in bədəni üzərində müəyyən edilmiş xəsarətlərdən – bel nahiyəsinin sol yarısının cüzi şişkinlik fonunda qançırı və sol saidin yuxarı 1/3-nin arxa səthinin sıyrığı; Təqsirləndirilən şəxs4 bədəni üzərində müəyyən edilmiş xəsarətlərdən – döş qəfəsinin arxa səthinin və sağ baldırın sıyrıqları, sol bazunun qançırı; Təqsirləndirilən şəxs2 bədəni üzərində müəyyən edilmiş xəsarətlərdən – sol bazunun qançırı, sağ əlin və sol saidin sıyrıqları; Təqsirləndirilən şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarətlərdən – döş qəfəsinin ön səthinin və sağ baldırın sıyrıqları küt əşyanın (əşyaların) təsirindən yaranmışlar, ekspertizaya təqdim edilmiş bıçaqların təsirindən yaranması istisna olunur. (cild İİİ, i.v. 162-167); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 05 iyun 2020-ci il tarixli 20/281R saylı ekspert rəyindən görünür ki: - ekspertiza nəticəsində, hadisə yerindən götürülüb tədqiqata təqdim olunmuş 01 ədəd «Bizon» markalı içki bankasının ağızlıq hissəsində olan tüpürcək nümunəsinin Təqsirləndirilən şəxs4 məxsus olduğu müəyyən edildi (eyni yumurta əkizi istisna olmaqla); - Ekspertiza nəticəsində müəyyən edildi ki, hadisə yerindən götürülüb tədqiqata təqdim olunmuş 01 ədəd «Hell» markalı içki bankasının ağızlıq hissəsində olan tüpürcək nümunəsi qadın cinsindən olan digər naməlum şəxsə məxsusdur və Təqsirləndirilən şəxs4 məxsus deyildir; - ekspertiza nəticəsində müəyyən edildi ki, hadisə yerindən götürülüb tədqiqata təqdim olunmuş 01 ədəd qara rəngli qatlanan bıçağın tiyə hissəsində və 03 ədəd pambıq tampon üzərində olan qanabənzər ləkələr insan qanıdır. 01 ədəd qara rəngli qatlanan bıçağın tiyə hissəsində və 01 ədəd pambıq tampon üzərində olan qan nümunəsi kişi cinsindən olan eyni naməlum şəxsə, digər 02 ədəd pambıq tampon üzərində olan qan nümunəsi isə kişi cinsindən olan digər naməlum şəxsə məxsusdur; - tədqiqata təqdim edilmiş digər 01 ədəd «Redbull», 01 ədəd «Bizon» və 03 ədəd «Hell» markalı içki qabları üzərindən götürülmüş tədqiqat nümunələrindən əldə edilmiş DNT profilləri qarışıq tiplidir və müqayisəli tədqiqatın keçirilməsi üçün yararsızdır. Bu səbəbdən həmin obyektlər üzərində müqayisəli tədqiqatın keçirilməsi mümkün olmadı; - bundan əlavə Təqsirləndirilən şəxs1 götürülmüş «yanaq epiteli qaşıntısı» nümunəsindən əldə edilmiş DNT profili deqradasiya əlamətlərini özündə əks etdirir. Bu səbəbdən həmin obyekt üzərində müqayisəli tədqiqatın keçirilməsi mümkün olmadı. (cild İİİ, i.v. 170-187); Sübutların qiymətləndirilməsi haqqında 11 iyun 2020-ci il tarixli qərarı ilə aşağıdakılar qərara alınmışdır: 1) Qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməlləri Azərbaycan Respublikasının CM-in 181.2.1 va 181.2.5-ci maddələrindən həmin Məcəllənin 221.3-cü maddəsinə, Təqsirləndirilən şəxs4 əməli isə Azərbaycan Respublikasının CM-in 181.2.1 və 181.2.5-ci maddəsindən həmin Məcəllənin 221.2.1-ci maddəsinə tövsif olunsun, onlara həmin maddələrdə nəzərdə tutulan yenidən ittiham elan edilsin; 2) Qərarın təsviri hissəsində göstərilənlərə əsasən, əməllərində Azərbaycan Respublikasının CM-in 181.2.1 və 181.2.5-ci maddələrinin tərkib əlamətləri olmadığından Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 barəsində həmin maddələrlə cinayət təqibinə xitam verilsin, Təqsirləndirilən şəxs4 qızı barəsində CM-in 35 və 180.1-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilsin; 3) Qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, X8 və Təqsirləndirilən şəxs4 əməllərində Azərbaycan Respublikasının CM-in 157-ci maddəsinin tərkib əlamətlərinin olub olmamasına və Təqsirləndirilən şəxs4 və Şahid11 evdə saxlamaqla onların adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum edilmələri hadisəsinə görə Azərbaycan Respublikası CM-nin 145-ci maddəsinə hüquqi qiymət verilməsi üçün qərarın surəti ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən Səbail rayon prokuroruna göndərilsin; 4) Qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Şahid2, Şahid1 Mesfer A, Şahid3-nın iş üzrə zərərçəkmiş şəxs statuslarına xitam verilsin və istintaqın növbəti mərhələlərində şahid qismində iştirakları təmin edilsin. (cild İİİ, i.v. 189-234); Maddi sübut kimi tanınma və saxlanca verilmə haqqında 11 iyun 2020-ci il tarixli qərardan görünür ki, hadisə yerinə baxış zamanı götürülmüş 1 ədəd bıçaq maddi sübut kimi tanınmış və saxlanılması üçün Səbail RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. (cild İİİ, i.v. 239-240). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının, ekspertiza rəyləri və digər sənədlərin sübüt növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərə ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, baş vermiş hadisənin gedişatında təqsirləndirilən şəxslərin hərəkətləri xuliqanlıq kimi təzahür etməmiş, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü, habelə Təqsirləndirilən şəxs4 tərəfindən CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olmaqla, hadisəyə düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə gəldiyi bu nəticəni əsaslandırarkən ilk növbədə tərəflərin qarşılıqlı münasibətləri, baş vermiş hadisənin səbəbləri, hadisənin dəqiq baş vermə yeri, şəraiti və mexanizmi, habelə təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxs və şahidlərin hadisədən qabaq, hadisə zamanı və hadisədən sonra davranışlarının müəyyən olunmasını iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün əhəmiyyətli hesab edir. Bununla yanaşı, məhkəmə, gəldiyi bu nəticə ilə bağlı əsaslandırma və təhlil aparılmamışdan əvvəl qeyd edir ki, hazırkı məhkəmə baxışının predmeti olan cinayət hadisəsinin şahidlərini şəxsi münasibətlər baxımından müdafiə tərəfinin, zərərçəkmiş tərəfin və qeyd olunan münasibətlərdən asılı və cinayət prosesində şəxsi marağı olmayan neytral tərəfin şahidləri kateqoriyasına bölmək olar. Belə ki, ibtidai araşdırma orqanı tərəfindən qəbul edilmiş «sübutların qiymətləndirilməsi haqqında» 11 iyun 2020-ci il tarixli qərarla Şahid2, Şahid1 Mesfer A, Şahid3-nın iş üzrə zərərçəkmiş şəxs statuslarına xitam verilməsi və istintaqın növbəti mərhələlərində şahid qismində iştiraklarının təmin edilməsi qərara alınaraq tərtib olunmuş ittiham aktında da, adı çəkilən şəxslər şahid siyahısına əlavə edilsə də, faktiki olaraq onlar şahid qismində dindirilməmişdir. Zərərçəkmiş tərəfin şahidi ola biləcək Şahid2, Şahid1 Mesfer A, Şahid3-nın şahid qismində dindirilmələrinin qeyri-mümkünlüyü onların şahid statusunu istisna edir. Şahidlər X5 və Şahid11 Təqsirləndirilən şəxs4 ilə tanışlıq münasibətlərində olmaları, habelə Şahid5 digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə dostluq münasibətlərində olması səbəbindən Şahid10, Şahid11 və Şahid5 müdafiə tərəfinin şahidlərinə aid edilə bilər. Məhkəmə istintaqının gedişatında dindirilmiş şahidlər Şahid6 və Şahid12 cinayət prosesində şəxsi marağı olmayan şahid kimi qəbul edilməlidir. Şahid ifadələrinə sübut qismində qiymət verilməzdən öncə xüsusilə vurğulanmalıdır ki, ibtidai araşdırma orqanı tərəfindən qəbul edilmiş «sübutların qiymətləndirilməsi haqqında» 11 iyun 2020-ci il tarixli qərarla təqsirləndirilən şəxslərə istinad edilən əməl CM-nin 181-ci maddəsinin müvafiq bəndlərindən CM-nin 221-ci maddəsinin müvafiq bəndlərinə tövsif edildikdən sonra ibtidai araşdırma orqanı yalnız təqsirləndirilən şəxslərin əlavə ifadəsinin alınmasından ibarət istintaq hərəkəti həyata keçirmiş, bu istiqamətdə hər hansı bir əlavə araşdırma aparmamış və 07 iyul 2020-ci il tarixdə cinayət işi üzrə ittiham aktı tərtib edərək məhkəməyə göndərmişdir. Ümumiyyətlə qeyd olunmalıdır ki, məhkəmə iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün cinayət prosesi iştirakçılarından hər birinin həm ibtidai istintaq, həm də məhkəmə istintaqında vermiş olduğu ifadələri müqayisəli şəkildə tədqiq edib, onların ifadələrində bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir, ifadələrdəki mübahisəli hissələrə isə həmin ifadələrin mənbəyi, mötəbərliyi və mümkünlüyü baxımından qiymət verilməli olduğu qənaətinə gəlir. Məhkəmə şahid ifadələrinə münasibətdə qeyd edir ki, hadisənin baş vermə mexanizmi və şəraiti ilə bağlı mövcud sübutların məcmusu, yəni videogörüntülər, məhkəmə-tibbi ekspertiza rəyləri, habelə təqsirləndirilən şəxslərin ifadələri bir-birini tamamlamaqla yanaşı aralarında heç bir ziddiyyət müəyyən olunmur və bu səbəbdən məhkəmə, təqsirləndirilən şəxslərlə tanışlıq və dostluq münasibətlərində olmalarına baxmayaraq şahidlər X5, Şahid11 və Şahid5 ifadələrini həqiqətən uyğun hesab edərək onları iş üzrə zərərçəkmiş şəxslərin güya quldur basqına məruz qaldıqları ilə bağlı yalan ifadələri fonunda mötəbər sübut kimi qəbul edilməsini əsaslı hesab edir. Cinayət prosesində şəxsi marağı olmayan şahidlər Şahid6 və Şahid12 münasibətdə məhkəmə qeyd edir ki, hadisənin baş verib-verməməsinə hüquqi qiymətin verilməli olması baxımından qeyd olunan şəxslərin ifadələri əhəmiyyət kəsb etməsə də, Şahid6 ifadələri zərərçəkmiş şəxs qismində tanınmış şəxslərin şəxsiyyətinə münasibətdə, Şahid12 ifadəsi isə ibtidai araşdırmanı aparmış müstəntiqin qərəzli davranışına münasibətdə qiymətləndirilməsi üçün önəm daşıyır. Bu baxımdan həm ibtidai araşdırma materialları, həm də məhkəmə istintaqının gedişatında əldə edilmiş sübutların müqayisəli tədqiqi nəticəsində məhkəmə tərəfindən mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, baş vermiş hadisə iki mərhələdən ibarət olmaqla hər iki mərhələnin tam təsviri və aydınlaşdırılması ümumən hadisəyə obyektiv hüquqi qiymətin verilməsinə imkan verir. İlkin mərhələ ilə bağlı işin həqiqi halları ondan ibarət olmuşdur ki, X3 vətəndaşları 11 mart 2020-ci il tarixdən 12 mart 2020-ci il tarixdə keçən gecə Zərərçəkmiş şəxs1 Avun S, Zərərçəkmiş şəxs2, Şahid2, Şahid1 Mesfer A, Şahid3 Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən «Ekstra klub»a əylənmək məqsədi ilə gələrək orada X5, Şahid11 və Təqsirləndirilən şəxs4 ilə tanış olub əyləncələrini davam etdirmək üçün onları kirayə yaşadıqları Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 5-ci döngədə yerləşən 308 nömrəli evə dəvət etmişlər, evdə olarkən spirtli içki qəbul etdikdən sonra, onlardan ikisi evin ikinci mərtəbəsində yerləşən yataq otağına qalxıb ayrı-ayrılıqda Mədinəxanım Ağayeva və Şahid11 ilə pul müqabilində cinsi əlaqədə olmuşlar, bundan sonra Mədinəxanım Ağayeva pulu götürüb evdən çıxıb taksi ilə oradan uzaqlaşmış, Şahid11 ilə Təqsirləndirilən şəxs4 isə orada qalmağa davam etmiş, evdə olarkən ərəb mənşəli şəxslərlə aralarında sözlü mübahisə yaranmış, mübahisənin gedişatında Şahid11 evi tərk etməyə imkan tapıb küçədə Aytəni gözləmiş, Təqsirləndirilən şəxs4 isə evdən çıxmasına imkan vermədiklərini görüb bir qədər sonra intim əlaqəyə girməyə razılıq vermək bəhanəsi ilə evin ikinci mərtəbəsinə qalxıb oradan tanışı Təqsirləndirilən şəxs1 telefon vasitəsi ilə zəng edib olduğu yeri bildirərək onu köməyə çağırmış və bundan sonra evin yer səthindən nisbətən yüksəlikdən olan birinci mərtəbəsində yerləşən mətbəxin pəncərəsindən özünü yerə ataraq qaçmış və küçədə onu gözləyən Şahid11 yaxınlaşmışdır. Hadisənin bu gedişatı nəticəsində həm Şahid11, həm də Təqsirləndirilən şəxs4 dərəcəsi təyin edilməyən bədən xəsarətləri almışlar. Göründüyü kimi, ilkin mərhələdə Şahid11 və Təqsirləndirilən şəxs4 bədən xəsarətləri almaları açıq-aşkardır, xüsusən də, hər ikisinin əmin ərəb mənşəli şəxslər tərəfindən evdə saxlanılmaqla adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum edilmələri hadisəsinin əlamətləri mövcuddur. Bu baxmından məhkəmə ibtidai araşdırma orqanının «sübutların qiymətləndirilməsi haqqında» 11 iyun 2020-ci il tarixli qərarında Təqsirləndirilən şəxs4 və Şahid11 evdə saxlamaqla onların adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum edilmələri hadisəsinə görə Azərbaycan Respublikası CM-nin 145-ci maddəsinə hüquqi qiymət verilməsi üçün qərarın surəti ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən Səbail rayon prokuroruna göndərilməsi ilə bağlı qənaətini əsaslı hesab edir. Hadisənin ikinci mərhələsi ilə bağlı məhkəmə baxışının gedişatında müəyyən olunmuş işin faktiki halları ondan ibarətdir ki, 12 mart 2020-ci il tarixdə, gecə təxminən saat 02 radələrində Təqsirləndirilən şəxs4 mobil telefon vasitəsi ilə Təqsirləndirilən şəxs1 zəng edərək Badamdar qəsəbəsində evdə olan ərəblərin onu evdən buraxmadıqlarını deyib ünvanı mobil telefona göndərib ona köməklik etməyi demiş, həmin zaman Təqsirləndirilən şəxs1 işlətdiyi kafedə olan tanışları Elşən və İsmayıl ilə birlikdə Aytənə kömək etmək məqsədi ilə getmək qərarına gəlmişlər, bu məqsədlə kafenin yanında olan dayanacaqdakı Vaqif adlı şəxsin idarə etdiyi taksi ilə həmin ünvana getmişlər, yolda gedəndə orada olan ərəblərin çoxluq təşkil etdiyi üçün Məhəmməd telefonla tanışı Pünhana zəng edib yola çıxmasını demiş, Vaqifin maşını ilə gedib «Qurd qapısı» restoranının yanından Pünhanı da götürüb Səbail rayonu Badamdar qəsəbəsinə tərəf getmişlər, yolda gedən zaman Aytənin hadisə yerindən bir az aralıda Fatimə ilə dayandığını gördükdə maşını onların yanında saxlayıb Aytənlə baş vermiş həmin hadisə ilə bağlı söhbət etdikdə Aytən yaxınlıqdakı evdə olan ərəblərin onun başına açdıqları oyun barədə danışmış, Məhəmməd tanışları ilə birlikdə Aytənin üst-başının pis vəziyyətdə olmasını və dizində xəsarəti görüb Aytənə qarşı niyə belə hərəkət etmələrini aydınlaşdırmaq üçün həmin ünvana getmişlər, ünvana çatdıqda həyətə girib evin qapısının bağlı olduğunu görüb qapını döymüşlər, ərəblərdən biri qapını açan kimi Məhəmməd, Pünhan və Aytən içəri daxil olmuş, evdə olan ərəblərin sərxoş vəziyyətdə olduqlarını görmüşlər, Aytən əlində olan mobil telefondakı tərcümə vasitəsi ilə danışmaq istədikdə birinci mərtəbədə olan ərəb ikinci mərtəbədə olan ərəbi səslədiyi üçün həmin ərəb aşağı düşmüş və əlində bıçaq üstlərinə gəlmiş, həmin ərəbin əlində nazik şəkilli tiyəsi olan bıçaq olmuş, həmin ərəb onu bıçaqla vurmağa cəhd edəndə yanında olan Pünhan masanın üstündə olan boş şüşəni divara vuraraq onları qorxutmuş, həmin vaxt ərəblərdən biri evdə olan oturacağı götürüb onların üstünə hücum çəkmiş, orada ara qarışmış aydınlaşdırmaq olmuş, mübahisəni səsini kənarda gözləyən Elşən eşitdikdə münaqişəyə son qoymaq üçün “polis gəldi” deyə qışqırdıqda təqsirləndirilən şəxslər evdən qaçaraq onları kənarda gözləyən taksiyə minib hadisə yerini tərk etmişlər. Hadisənin ikinci mərhələsinin iş materiallarında olan sübutlarla müqayisəli şəkildə tədqiqi belə qənaətə gəlməyə imkan verir ki, təqsirləndirilən şəxslər Aytənə qarşı edilmiş hərəkətlərin səbəbini aydınlaşdırmaq məqsədi ilə hadisə yerinə getmiş, mübahisə həyətyani sahənin içində yerləşən fərdi yaşayış evinin daxilində baş vermiş, dava-dalaş zamanı bütün dava iştirakçıları dərəcəsi təyin edilməyən müxtəlif bədən xəsarətləri almış, mübahisə zamanı ərəb mənşəli zərərçəkmiş və “şahid”lər sərxoş vəziyyətdə olmaqla yanaşı, kirayədə yaşadıqları evdə olan bıçaq və stullardan silah qismində istifadə etmişlər. Bu baxımdan məhkəmə ibtidai araşdırma orqanının hadisənin baş verməsinə səbəb kimi təqsirləndirilən şəxslərin davranışları ilə bağlı gəldiyi qənaəti ittiham aktında təsvir edərkən “evdə təşkil olunmuş məclisdan sonra Təqsirləndirilən şəxs4 ərəb vətəndaşları tərəfindən həmin evdə qanunsuz saxlanılaraq intim münasibətə daxil olmağa məcbur edilməsini cüzi səbəb kimi gətirib heç bir əsas olmadan ictimai qaydanı kobud surətdə pozan hərəkətlər” kimi qiymətləndirilməsini yanlış hesab edir. Ümumiyyətlə ibtidai araşdırma orqanının bir tərəfdən Təqsirləndirilən şəxs4 evdə qanunsuz saxlanılaraq intim münasibətə daxil olmağa məcbur edilməsini “cüzi səbəb” kimi göstərməsi, digər tərəfdən isə özünün qəbul etmiş olduğu «sübutların qiymətləndirilməsi haqqında» 11 iyun 2020-ci il tarixli qərarında “Təqsirləndirilən şəxs4 və Şahid11 evdə saxlamaqla onların adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum edilmələri” qənaətinə gəlməsi ziddiyyət təşkil etməklə yanaşı iş üzrə hərtərəfli, tam və obyektiv araşdırmanın aparılmadığına dəlalət edir. Məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə nəticəyə gəlir ki, 12 mart 2020-ci il tarixdə baş vermiş hadisə məhz yuxarıda ətraflı qeyd olunan şəraitdə baş verərək mübahisənin hər iki tərəfdən iştirakçılarının dərəcəsi təyin edilməyən xəsarətlər alması ilə nəticələnmiş və mübahisə məhz təqsirləndirilən şəxslərin təşəbbüsü ilə, yəni aldıqları xəsarətlərdən sonra evi tərk edib qaçmaqları ilə bitmiş, mübahisə zamanı hər hansı bir ictimai asayişin pozulması halı baş verməmişdir. Məhkəmə bu nəticəyə gələrkən onu da nəzərə alır ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və pataloji anatomiya Birliyinin canlı şəxslərin ekspertizasının rəyləri ilə hadisə iştirakçılarının aldıqları xəsarətin onların hər birinin ayrıayrılıqda verdikləri ifadələrdə təsvir edilmiş şəkildə alınması inkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət işinin qeyd olunan obyektiv halları təqsirləndirilən şəxslər və zərər çəkmiş şəxslərin ifadələri ilə yanaşı, şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspertiza rəyləri və məhkəmə iclasında iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar aydınlaşdırılmaqla tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan işin digər materialları ilə təsdiq edilmiş və sübuta yetirilmişdir. (CPM-126.6.). «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət İşləri və İnzibati hüquqpozmalara dair işlər üzrə Məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 17 fevral 2006-cı il tarixli qərarında birmənalı olaraq göstərilmişdir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəmnində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə ,yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər Cinayət Məcəlləsinin şəxsiyyət əlehinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. Baş vermiş hadisənin güya xuliqanlıq kimi təzahür etməsini təsbit etmək üçün ibtidai araşdırma orqanı tərəfindən Şahid12 adlı şəxs şahid qismində cəlb olunaraq dindirilmiş və onun tərəfindən ibtidai araşdırma dövründə tərtib olunaraq imzalanmış ifadəsinin məzmunu hadisənin məhz xuliqanlıq kimi qiymətləndirilə bilməsi üçün əsas sübut olaraq qəbul edilmişdir. Belə ki, Şahid12 cinayət işinin materiallarında olan ifadəsinə görə, o güya Badamdar qəsəbəsi 1-ci massiv 5-ci keçiddə fərdi evdə yaşayır və 12 mart 2020-ci il tarixdə gecə saat 02 radələrində həyətində olan ayaqyoluna gedərkən qonşuluqda olan həyətlərin birindən qışqırıq, söyüş səsləri gəldiyini eşitmişdir, bu onun diqqətini cəlb etdiyindən dayanıb qulaq asdıqda xanım və kişi səsləri, qışqırıq və ucadan danışıqlarını eşitmişdir, kimsə azərbaycan dilində ucadan kimisə söyürmüş, o qorxduğu üçün həmin ünvana yaxınlaşmağa ehtiyat etmişdir, bundan sonra küçədən maşın səsi gəldiyini, sonra da səs-küyün küçəyə keçməsini və küçədə səs-küyün davam etməsini eşitmişdir. O həmin səs-küy salanları görə bilmədiyi üçün kimin-kimə qarşı, nə səbəbdən nəlayiq söyüş söyməsini, təhqir etmələrini bilmir. Həmin səs-küydən oradan bir neçə xarici vətəndaşların-ərəblərin, azərbaycanlı kişi və qadınların olmasını deyə bilər, sonra həmin səs-küy salan azərbaycanlılar küçədən maşınla getdiklərindən sonra səs-küy kəsilmişdir. Səs-küy olan həmin evin sahibini tanımır. Gecə vaxtı baş vermiş həmin səs-küy onu və digər qonşuları narahat etmişdir. Lakin məhkəmə istintaqının gedişatında Şahid12 şahid qismində dindirilərkən məlum olmuşdur ki, o, Badamdar qəsəbəsi 1-ci massiv 5-ci keçiddə fərdi evdə yaşamır, evin kimə məxsus olmasını bilmir, həmin ərazidə heç bir qohumu və ya tanışı yaşamır, həmin ünvanı sadəcə poçt işçisi olduğu üçün tanıyır, qeydiyyatda olduğu və faktiki yaşadığı mənzil ünvan 4 ünvanında olmaqla 9 mərtəbəli bina evinin 1-ci mərtəbəsində yerləşir, yaşadığı mənzil ilə hadisənin baş verdiyi yer arasında 10 dəqiqəlik piyada getmək üçün məsafə var, iş materiallarında olan yazılı ifadəsini özü öz xətti ilə yazsa da, həqiqətdə heç bir hadisənin şahidi olmamış, ümumiyyətlə Səbail RPİ-nin İstintaq şöbəsində hər hansı bir müstəntiqin otağında ifadə verməmişdir. Faktiki olaraq əlyazma üsulu ilə tərtib edib imzaladığı ifadəsinin alınması şəraiti və məzmunu ilə bağlı verilmiş sualları cavablandırarkən bildirmişdir ki, 2020ci ilin təxminən may ayının sonu, iyun ayının əvvəlində günorta saatlarında Badamdar qəsəbəsi 1-ci massiv keçid 5 ünvanı tərəfdə xidməti poçt vəzifələrinin icrası ilə əlaqədar olarkən bir neçə ildir tanıdığı sahə müvəkkili Xətai Nəsirov və yanında mülki geyimli digər polis əməkdaşı yaxınlaşıb ondan bir gün öncə gecə saatlarında həmin ərazidə baş vermiş hər hansı bir hadisənin şahidi olub-olmadığını soruşmuşlar, gecə saatlarında işləmədiyini və həmin ərazidə olmadığını deyib heç bir hadisənin şahidi olmamasını bildirdikdə isə tanışı olan həmin sahə müvəkkili Xətai Nəsirov ona baş vermiş hadisəni təsvir etmiş və bununla bağlı yazılı şəkildə ifadə tərtib etməyi xahiş etdiyindən elə küçədə, yolun kənarına çəkilib çantanın üzərinə qoyulmuş kağız formasını özü əlyazma üsulu ilə dolduraraq sahə müvəkkilinin hadisə ilə bağlı bir qədər öncə ona danışdığını həmin kağızda əks etdirmiş, lakin nə yazdığını hazırda xatırlamır, həmin zaman hansı sənədi tərtib etdiyini və imzaladığını anlamamış, şahid qismində cəlb olunduğunu bilməmişdir. Məhkəmə iclasında ona təqdim edilən fotoşəkildən sahə müvəkkili Xətai Nəsirovun yanında olan mülki geyimli şəxsin müstəntiq Anar Bağırovun olduğunu təsbit etmiş, küçədə olarkən müstəntiqin çanta və sənədi sahə müvəkkilinə verib kənara çəkildiyini, sənəd tərtib edərkən bilavasitə yanında tanıdığı sahə müvəkkilinin olduğunu bildirmişdir. Göründüyü kimi, cinayət işinin materiallarında tərəflər arasında baş vermiş mübahisə və davanın gedişatda xuliqanlıq kimi təzahür etməsinə dəlalət edən hər hansı sübut mövcud deyil, bununla bağlı yeganə sübut olan şahid ifadəsi Şahid12 özü tərəfindən təkzib edilmiş, yazılı ifadədə qeydiyyat yeri üzrə yaşayış ünvanının faktiki olaraq saxtalaşdırılması şahidin məhkəmə istintaqının gedişatında vermiş olduğu ifadənin həqiqiliyini şübhə altına almamağa əsas verir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli 1 №-li qərarının 3-cü bəndində qeyd edilir ki, ictimai qaydanı kobud şəkildə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 36.1-ci maddəsinə əsasən cinayət prosesinin gedişində bu Məcəllənin 55, 56-cı maddələrində nəzərdə tutulmuş şəxslərin pozulmuş hüquq və azadlıqlarının bərpasını və onlara vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir; 39.1.1-ci maddəsinə əsasən cinayət hadisəsi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur; 42.1.1-ci maddəsinə əsasən cinayət hadisəsi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 42.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi olmadıqda; 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; 349.5-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir; 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “X14rşı” işi üzrə 25 sentyabr 1992-ci il tarixli qərarında göstərmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur(§ 36). Azərbaycan Respublikasının CPM-in 139.0, 139.0.2 və 139.0.4-cü maddələrinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi - cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Yuxarıda təsvir olunanlardan görünür ki, məhkəmə baxışı zamanı ittiham tərəfi təqsirləndirilən şəxslərin Azərbaycan Respublikasının CM-in 221.3 və 221.2.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirini sübuta yetirə bilməmiş və ittiham tərəfindən məhkəməyə onların həmin cinayətdə təqsirliliyini təsdiq edən mötəbər sübut təqdim olunmamışdır. Əksinə olaraq təqsirləndirilən şəxslərin təqsirsizliyi ilə bağlı məhkəmə istintaqında tədqiq olunmuş dəlillər daha məntiqli və ardıcıl olmaqla bir-biri ilə uzlaşaraq öz təsdiqini tapır. Həmin sübutlar onun təqsirsizliyi ilə bağlı işin faktiki hallarına uyğundur, tam qanuni və əsaslıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələbinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, 349.5.2-ci maddəsinə görə bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və 349.5.3-cü maddəsinə əsasən isə məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Ədalətli məhkəmə araşdırması hüquq ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, “ədalət mühakiməsi mahiyyət etibarilə ədalət anlayışına cavab verməli və hüquqların təsiri şəkildə bərpa olunmasını təmin etməlidir”. Bu baxımdan təqsirliliyi sübuta yetirilmədikdə şəxslərə bəraət verilməsi ədaləti bərqərar etmiş olur. Beləliklə, məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə yekun nəticəyə gəlir ki, baş vermiş hadisədə hər hansı cinayətin, eləcə də təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin tərkib əlamətləri müəyyən edilmədiyindən “cinayət hadisəsi olmadıqda” əsası ilə təqsirləndirilən şəxslərin hər birinə bəraət verilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 barələrində seçilmiş qətimkan tədbirləri ləğv edilməli, iş üzrə maddi sübut kimi tanınmış Bakı şəhər Səbail rayon Polis İdarəsində saxlanılan bir ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, hüquqi yardım göstərdiyinə görə müdafiəçilərə dövlət büdcəsi vəsaiti hesabına haqq ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 350, 352- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi üzrə cinayət hadisəsi olmaması əsası ilə bəraət verilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin. Tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs1 izah edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi üzrə cinayət hadisəsi olmaması əsası ilə bəraət verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin. Tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs2 izah edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi üzrə cinayət hadisəsi olmaması əsası ilə bəraət verilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin. Tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs3 izah edilsin. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi üzrə cinayət hadisəsi olmaması əsası ilə bəraət verilsin. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs4 izah edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhər Səbail rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş bir ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X9 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiə edilməsinə görə 870 (səkkiz yüz yetmiş) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 3 saylı Vəkil Bürosunun (“xxxx” ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiə edilməsinə görə 1062 (bir min altmış iki) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 3 saylı Vəkil Bürosunun (“xxxx” ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 tərəfindən Təqsirləndirilən şəxs3 hüquqlarının müdafiə edilməsinə görə 1062 (bir min altmış iki) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 3 saylı Vəkil Bürosunun (“xxxx” ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Ağazəki qızı tərəfindən Təqsirləndirilən şəxs4 hüquqlarının müdafiə edilməsinə görə 1032 (bir min otuz iki ) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 3 saylı Vəkil Bürosunun (“xxxx” ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-15/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-15/2021
19.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver