Məhkəmə qərarları › İş №1(009)-15/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-15/2023

18.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-15/2023 18.01.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.2004-cü il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanda yaşayan, barəsində ”başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 14 dekabr 2021-ci il tarixdə saat 19:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Fəvvarələr Meydanında dilənçiliklə məşğul olarkən ünvan 3 ünvanında yerləşən “Sapfır” restoranın qarşısından keçən Küveyt Respublikası vətəndaşı X17 Abdulla Aşiqə yaxınlaşmış, sonuncunun başının dilənçiliklə məşğul olan digər şəxslərə qarışmasından istifadə edərək Xalid Marzuqun əynindəki gödəkçənin sağ cibində saxladığı 50 manat dəyərində, içərisində 1200 manat nağd pul, 01 ədəd sürücülük vəsiqəsi, 01 ədəd **********17 nömrəli Küveyt vətəndaşlığını təsdiq edən şəxsiyyət vəsiqəsi, 01 ədəd Covid pasport, 01 ədəd **********213000 nömrəli bank kartı olan pul kisəsini gizli yolla talayıb zərərçəkmiş şəxs X17 Abdulla Aşiqə ümumilikdə 1250 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bununla da X9 Azərbaycan Respublikası CM- nin 177.2.5-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 177.2.5-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Səbail rayonu, “Tarqovu” adlanan ərazidə dilənçiliklə məşğul olmuş, bəzən tək, bəzən isə onunla uzaq qohumluq əlaqələri olan Murad, Rəhim və Anar ilə dilənmişdir. 14 dekabr 2021-ci il tarixdə saat 19:00 radələrində Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən “Torqovaya” adlanan ərazidə dilənçilik edən zaman bir nəfər xarici vətəndaş olduğunu görüb ona yaxınlaşaraq pul istəmiş, həmin vaxt Murad və Anar adlı şəxslər də onun hər biri bir əlindən tutub pul istəmiş, o, Anarla Muradın onun əllərindən tutmasından istifadə edərək, gizli olaraq pul kisəsini xarici vətəndaşın xəbəri olmadan gödəkçəsinin sağ cibindən götürüb öz cibinə qoyaraq oradan uzaqlaşmış, Rəhim, Murad və Anar da sonra onun dalınca gəlmişlər. Daha sonra o, “Torqovaya” adlanan ərazidə xatırlamadığı yerdə Rəhim Murad və Anarın yanında pul kisəsini açmış və həmin pul kisəsini açdıqda içərisində 700 manat pul və müxtəlif sənədlərin olduğunu görmüşdür. 700 manat pulun 30 manatını Murada, 10 manatını isə Anara vermiş, Rəhimə isə həmin puldan verməmişdir. Sonra isə həmin uşaqlarla sağollaşıb yaşadığı ünvanına getmişdir. Həmin pul kisəsində olan pulu səhərisi günü öz ehtiyaclarına xərcləmiş, pul kisəsini isə içərisindəki sənədlərlə birlikdə yaşadığı evdə paltar şkafına qoymuşdur. 15 dekabr 2021-ci il tarixdə o, Səbail RPİ-nin 9-cu PB-yə çağırılmış, orada törətdiyi əməli etiraf etmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, işi ilə əlaqdər olaraq ərəb tursitlərə bələdçilik edir. 14 dekabr 2021-ci il tarixdə saat 17:00 radələrində Xalid Marzuk adlı Küveyt vətəndaşı ilə Bakı şəhəri, Səbail rayonu, “Torqovaya” adlanan əraziyə gəzmək məqsədi ilə getmişdir. Xalid Marzuk ilə də baş vermiş hadisədən təxminən 3-4 gün öncə tanış olmuş, hadisə günü “Torqovaya” adlanan ərazidə Xalid Marzuk və bir neçə ərəb dostları ilə gəzirmiş, Xalid bir qədər onlarla gəzdikdən sonra həmin ərəb dostları ilə sağollaşmış və həmin şəxslər getmişlər, həmin gün saat 18:30 radələrində Səbail rayonu, Nizami küçəsi ilə hərəkətdə olan zaman dilənçiliklə məşğul olan əvvəllər tanımadığı 4 nəfər şəxs, ərəb turistə yaxınlaşaraq pul istəmişlər. Xalid Marzuk həmin dilənçilərə pul verməmiş, təxminən 2-3 dəqiqə sonra həmin 4 nəfər dilənçi onlardan uzaqlaşmışlar. Təxminən 20-30 addım irəlilədikdən sonra Xalid pul kisəsinin üzərində olmadığını, onun dilənçilər tərəfindən oğurlandığını bildirmişdir. Bundan sonra istifadəsində olan ***-***-**-** mobil nömrə vasitəsi ilə DİN-nin 102 xidməti zəng mərkəzinə baş vermiş hadisə ilə bağlı məlumat vermiş, bir neçə dəqiqə sonra 9-cu Polis Bölməsindən zəng gələrək onları Polis Bölməsinə dəvət etmişlər. Bölmədə olan zaman Xalid Marzuk şikayət ərizəsi yazmış, şikayət ərizəsi yazarkən pul kisəsində 1200 manat nağd pul olmasını və özünə məxsus bir neçə sənədlərin olmasını bildirmişdir. İş materiallarında olan cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 16 dekabr 2021 -ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.5ci maddəsi ilə cinayət işi başlanaraq icraata qəbul edilib istintaqı aparılmışdır. İş materiallarında olan 14 dekabr 2021 -ci il tarixli “hadisə yerinə baxış keçirilməsi barədə” protokoldan görünür ki, Bakı şəhəri, Səbail rayonu, ünvan 4 ünvanına baxış keçirilmiş, ərazidə olan müşahidə kameralarındakı görüntülər götürülmüş, hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan 15 dekabr 2021 -ci il tarixli “təqdim etmə və götürmə barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 dekabr 2021-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində “Fəvvarələr Meydanında” Küveyt Respublikası vətəndaşı X17 Abdullanın gödəkçəsinin cibindən oğurladığı 01 ədəd qara rəngli içərisində Küveyt Respublikasına məxsus müxtəlif sənədlər və bir ədəd bank kartı olan pul kisəsini könüllü olaraq təqdim etmişdir. İş materiallarında olan zərərçəkmiş şəxs kimi tanınma haqqında 17 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Küveyt Respublikası vətəndaşı X17 Abdulla Aşiq iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan maddi sübut kimi tanınması və zərərçəkmiş şəxsə geri qaytarılması haqqında 17 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, cinayət işi üzrə 01 ədəd üzərində “police” yazısı olan pul kisəsi, 01 ədəd sürücülük vəsiqəsi, 01 ədəd **********17 nömrəli Küveyt vətəndaşlığını təsdiq edən şəxsiyyət vəsiqəsi, 01 ədəd Covid pasportu və 01 ədəd **********213000 nömrəli bank kartı maddi sübut kimi tanınmış və saxlanılması üçün zərərçəkmiş şəxs Xalid X5ytarılmışdır. İş materiallarında olan qəbzdən görünür ki, zərərçəkmiş şəxs X17 Abdulla Aşiq özünə məxsus 01 ədəd üzərində “police” yazısı olan pul kisəsi, 01 ədəd sürücülük vəsiqəsi, 01 ədəd **********17 nömrəli Küveyt vətəndaşlığını təsdiq edən şəxsiyyət vəsiqəsi, 01 ədəd Covid pasportu və 01 ədəd **********213000 nömrəli bank kartını təhvil almışdır. İş materiallarında olan zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınma haqqında 19 dekabr 2021-ci il tarixli qərardan görünür ki, X2 Marzuq Saleh Abdulla Aşiqin nümayəndəsi qismində tanınmışdır. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 25 yanvar 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona Azərbaycan Respublikası CM-in 177.2.5-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilməsi qərara alınmışdır. İş materiallarından olan 25 yanvar 2022-ci il tarixli “ittiham elan edilməsi üçün şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi qərara alınmışdır. İş materiallarında olan Səbail RPİ-nin 28 yanvar 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 28 yanvar 2022-ci il tarixdə Səbail RPİ-nin əməkdaşları tərəfindən saxlanılmışdır. İş materiallarında olan 28 yanvar 2022-ci il tarixli “təqsirləndirilən şəxsin qanuni nümayəndəsi qismində tanınma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs anası X7 Təqsirləndirilən şəxs qanuni nümayəndəsi qismində tanınmışdır. İş materiallarında olan 25 yanvar 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 25 yanvar 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona Azərbaycan Respublikası CM-in 177.2.5-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilməsi haqqında qərar ona 28 yanvar 2022-ci il tarixdə elan edilmişdir. İş materiallarında olan 28 yanvar 2022-ci il tarixli “qətimkan tədbirinin seçilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 30 yanvar 2022-ci il tarixli “ifadənin yerində yoxlanması haqqında” protokoldan görünür ki, araşdırma zamanı ifadənin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş, Təqsirləndirilən şəxs ifadəsi Bakı şəhəri, Səbail rayonu, “Tarqovı” adlanan ərazidə yoxlanılmışdır. Fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 12 fevral 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN BƏSİİ-nin Əməliyyat-sorğu kartatekasında heç bir məlumat yoxdur. İş materiallarında olan 04 mart 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, iş üzrə 01 ədəd üzərində “police” yazısı olan pul kisəsi, 01 ədəd sürücülük vəsiqəsi, 01 ədəd **********17 nömrəli Küveyt vətəndaşlığını təsdiq edən şəxsiyyət vəsiqəsi, 01 ədəd Covid pasportu və 01 ədəd **********213000 nömrəli bank kartı maddi sübut kimi tanınması və zərərçəkmiş şəxs Xalid X5ytarılması nəzərə alınmışdır. İş materiallarında olan Səbail rayon məhkəməsinin 20 aprel 2022-ci il tarixli 1(009)-96/22 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına Azərbaycan Respublikası CPM-nin 303-cü maddəsinə əsasən xitam verilərək, cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmış, Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri ləğv edilmişdir. İş materiallarında olan 22 iyun 2022-ci il tarixli “təqsirləndirilən şəxsin qanuni nümayəndəsinin iştirakına xitam verilməsi haqqında” qərardan görünür ki, X3 Təqsirləndirilən şəxs qanuni nümayəndəsi qismində iştirakına xitam verilmişdir. İş materiallarından olan 01 iyul 2022-ci il tarixli “şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Səbail RPİ-nin 06 iyul 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 06 iyul 2022-ci il tarixdə Səbail RPİ-nin əməkdaşları tərəfindən saxlanılmışdır. İş materiallarında olan 06 iyul 2022-ci il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona yenidən Azərbaycan Respublikası CM-in 177.2.5-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir. İş materiallarında olan 08 iyul 2022-ci il tarixli “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” Səbail rayon Prokuroru baş ədliyyə müşaviri X8 görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət rədd edilmiş və Təqsirləndirilən şəxs dərhal saxlandığı MSY-dən azad edilməsi və barəsində həbslə əlaqəli olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. İş materiallarında olan 08 iyul 2022-ci il tarixli qərardan “başqa yerə getməmək haqqında iltizam barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan elektron məhkəmə sisteminin çıxarışından görünür ki, xx.xx.2020-ci ildə anadan olmuş X4 anası Təqsirləndirilən şəxsdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir (27-ci bənd). Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun özünün qismən etirafı, şahidin ifadəsi, maddi sübutlar, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsinə dair ifadəsi şahidin ifadəsi, maddi sübutlar və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin qeyd edilən qaydada ifadə verməsini və özünü ona qarşı elan olunmuş ittihamda qismən təqsirli bilməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, törətdiyi əməlin nəticələrinə dair məsuliyyəti dərk etməsini, məhkəmə baxışı zamanı üzərinə düşən cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, məhkəmə iclasındakı davranışını, işin digər mühüm və diqqətə layiq hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası 177.2.5ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını mümkün hesab edir. Hazırki halda təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunması cəzanın məqsədini təmin edir. Məhkəmə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 28 yanvar 2022-ci il tarixdə, 06 iyul 2022-ci il tarixdən 08 iyul 2022-ci il tarixədək tutulduğu 03 (üç) gün müddət 06 (altı) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri olan Bakı şəhəri, tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut olan zərərçəkmiş şəxs X17 Abdulla Aşiqə məxsus “police” yazısı olan pul kisəsi, içərisində özünə məxsus 01 ədəd Küveyt Respublikasında aldığı sürücülük vəsiqəsi, 01 ədəd Küveyt vətəndaşlığını təsdiq edən şəxsiyyət vəsiqəsi, 01 ədəd Covid pasportu və 01 ədəd Küveyt Respublikasına məxsus bank kartının sahibinə qaytarılması nəzərə nəzərə alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs və X6 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul vəsaitinin tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346- 347, 349, 351-353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq dövründə 28 yanvar 2022-ci il tarixdə, 06 iyul 2022-ci il tarixdən 08 iyul 2022-ci il tarixədək tutulduğu 03 (üç) gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 06 (altı) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 11(on bir) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri olan ünvan 2 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrasına və Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri üzrə Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut kimi tanınmış zərərçəkmiş şəxs X17 Abdulla Aşiqə məxsus “police” yazısı olan pul kisəsi, içərisində özünə məxsus 01 ədəd Küveyt Respublikasında aldığı sürücülük vəsiqəsi, 01 ədəd Küveyt vətəndaşlığını təsdiq edən şəxsiyyət vəsiqəsi, 01 ədəd Covid pasportu və 01 ədəd Küveyt Respublikasına məxsus bank kartının sahibinə qaytarılması nəzərə alınsın. Bakı şəhəri 3 saylı vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkum Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 348 (üç yüz qırx səkkiz) manat pul vəsaiti Azərbaycan Respublikası Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 3 saylı vəkil bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesab AZ37NABZ********************, 3 saylı Vəkil Bürosu VÖEN **********, İBAN AZ75AİİB********************) bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar