Məhkəmə qərarları › İş №1(009)-150/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-150/2023

08.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-150/2023 08.08.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş X3 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X7, Müdafiəçi Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, X1 iştirakları ilə, xx xxxx 1982-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, rus milliyyətli, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda qeydiyyatında olan və həmin ünvanda yaşamış, hazırda barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Belə ki, o, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 09 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Zərərçəkmiş şəxs məxsus, ünvan 2 ünvanın qarşısında saxlanılmış “Hyunday Sonata” markalı ** DL *** dövlət nömrə nişanlı avtomobilin ön sol yan şüşəsini sındırmaqla avtomobilin salonunda olan 01 ədəd dəyəri 100 manat olan pul kisəsini içərisində olan 400 AZN və 170 manat Azərbaycan Respublikası məzənnəsində 100 ABŞ dollar pulu ilə birlikdə gizli olaraq talamqla Zərərçəkmiş şəxs ümumilikdə 670 AZN maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün ilkin izahatı, etirafedici ifadələri, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və digər iş materialları ilə kifayət qədər sübuta yeririlmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, əvvəllər də talama cinayətinə görə məhkum olunmuş və azadlığa buraxılmışdır. Vldeynləri əvvəllər Azərbaycanda yaşasalar da lakin bir neçə ildir ki, azərbaycanda olan evilərini sataraq yaşamaq üçün Rusiya Fererasiyasına getmişlər. Valdeynləri Rusiya Federasiyasına gedəndə ona desələr də azərbaycandan getməmişdi. Ona görə də azərbaycanda yaşayır. Maddi cəhətdən pula ehtiyacı olduğu üçün oğurluq etmək qərarına gəlmişdi. Ona görə də 29 noyabr 2022-c ildə saat 09 radələrində Bakı şəhəri Nizami küçəsində olan zaman hadisə yerində ağ rəngli “Hunday Sonata” markalı 90 DL308 nömrəli bir avtomobilin olduğunu görmüşdü. Həmin avtomobilə yaxınlaşıb baxdıqda avtomobilin salonunda surət ötürücüsünün yanında 01 ədəd pul kisəsi olduğu görmüşdü. Həmin zaman avtomobilin salonunda olan gördüyü pul kisəsin oğurlamaq qərarına gəlmiş, özündə olan avtomobilin alışqan şamı ilə vuraraq avtomobilin sağ qabaq şüşəsini səndırıb avtomobilin salonunda olan həmin pul kisəsini oğurlayaraq oradan uzaqlaşmışdı. Hadisə törətdiyi avtomobili birinci dəfə idi ki, görürdü, onun sahibini belə tanımamışdır. Avtomobildən pul kisəsin oğurlayaraq kənarda qaçıb onun içərisinə baxdıqda orada 400 manat milli pul və 01 ədəd 100 ABŞ dolları əskinasın olduğunu, bundan əlavə həmin pul kisəsinin ciblərində müxtəlif adlı banklara məxsus plastik kartlar da olmuşdur. Belə ki, 01 ədəd ATB Bank, 01 ədəd Kapital Bank, 01 ədəd Beynəlxalq banka məxsus kartlar olmuşdur. Avtomobilin salonunda oğurladığı pulların bir hissəsini öz şəxsi ehtiyacları üçün xərcləmişdi, lakin avtomobildən götürdüyü həmin pul kisəsini qaldığı evə aparıb saxlamış, polislərlə birlikdə qaldığı evə gedib saxladığı içərisində plastik kartlar olan həmin pul kisəsini polislərə təqdim etmişdi. Belə bir hadisəni birinci dəfə idi ki, avtomobildən etmişdi. Bundan əlavə heç bir vaxt belə bir yolla oğurluq etməmişdi. Həmin oğurluq hadisəsini də maddi cəhətdən pula ehtiyacı olduğu üçün etmişdi. Təqsirləndirilən şəxs son sözündə əməlindən peşman olduğunu, dəymiş ziyanı hissə-hissə ödəməyə hazır olduğunun nəzərə alınmasını və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsnində bildirmişdir ki, 29 noyabr 2022-ci il tarixdə DİN-nin 102 xidmətinə zəng edib avtomobilindən yan şüşəsinin sındırılması yolu ilə oğurluq edilməsi barədə özü məlumat verdiyi bildirmişdr. Bundan əlavə həmin gün 9-cu polis bölməsində həmin hadisə ilə bağlı olaraq şükayət ərizəsi yazmışdı. Belə ki, xx.xx.2022-ci il tarixdə saat 07:30 radələrində aparıcı-məsləhətçi işlədiyi Səbail rayon ünvan 3 ünvanda yerləşən Prezident Kitabxanasının inzibati binasının yanında özünə məxsus “Hyunday-Sonata” markalı 90DL308 nömrəli avtomobili saxlamış, həmin gün saat 11 radələrində saxladığı avtomobilə baş çəkən zaman sağ yan şüşəsinin sınmış vəziyyətdə olduğunu görüb maşının salonuna baxdıqda sürət qutusunun yan tərəfindən saxladığı özünə məxsus 01 ədəd içərisində 400 AZN pul və 100 ABŞ dolları, 01 ədəd ATB banka məxsus, 01 ədəd Kapitalbanka məxsis, 01 ədəd Beynəlxalq banka məxsus bank kartları olan pul kisəmin yerinə olmadığını görmüşdü. Bu zaman naməlum şəxs tərəfindən avtomobilinin yan şüşəsinin sındırılması yolu ilə avtomobilin salonundan törədilmiş həmin oğurluq hadisəsi ilə bağlı DİN- nin 102 xidmətinə məlumat vermişdi. Qeyd etdiyi həmin oğurluq hadisəsi ilə bağlı olaraq lakin bank kartlarından pullar çıxarılmamışdır. DİN-nin 102 xidmətinə zəng edib məlumat verdikdən sonra 9-cu polis bölməsinin əməkdaşları hadisə yerinə gəlmiş, bununla bağlı sənədləşmə işləri aparılmış və oradan 9-cu polis bölməsinə gedib bu barədə izahat yazmışdı. Həmin hadisə ilə bağlı olaraq avtomobilinin şüşəsinin sındırılması yolu ilə edilmiş həmin oğurluq hadisəsi ilə şübhəldiyim şəxs olmamışdır. Həmin oğurluq hadisəsi barədə sonradan bildiyinə görə hadisəsini əslən rus milliyyətli olan X5 etməsi bilmişdir. Avtomobilin yan şüşəsini səndırma yolu ilə salondan oğurluq etmiş Yevgenini əvvəldən tanımamış, onunlada aralarında heç bir ədavət və ya düşmənçiliyi olmamışdır. Avtomobilin salonundan oğurlanmış 01 ədəd pul kisəsin 2 il bundan əvvəl almışdı, dəridən olmaqla hazırda onun orta bazar qiyməti 100 manat olmasını bildirmişdir. Avtomobilim şüşəsinin sındırılması ilə bağlı 120 manat maddi ziyan dəymişdir, əşyalamm da avtomobildən oğurlanması ilə bağlı ona 670 manat dəyərində manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs sonda ona dəymiş 670 manat maddi ziyanı hissə-hissə deyil tam şəkildə tələb etdiyini, ziyanın tam ödəniləcəyi təqdirdə şikayətini geri götürəcəyini və halhazırda Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu bildirdi. “Məhkəmə-əmtəşünaslıq” ekspertizasının 10 yanvar 2023-cü il tarixli, 9/8985 nömrəli rəyindən görünür ki, Respublika ərazisində yerləşən ticarət məntəqələrində, internet sayıtlarında mövcud olan qiymətlərdən və eləcədə Mərkəzdə olan məlumatlardan istifadə edilməklə ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd dər materialdan hazırlanmış 20X12 sm ölçülü “Terqan” markalı pul kisəsinin istifadədə olduğunu nəzərə alaraq 2022-ci ilin noyabr ayına orta bazar qiyməti təxminən 100,00 manat müəyyən edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. Maddi sübut hesab etmək haqqında 28 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus 01 ədəd 100 manat dəyərində dəri materialdan hazırlanmış 20X12 sm olçülü “Teqran” markalı pul kisəsi cinayət işi üzrə maddi sübut hesab edilmiş və həmin pul kisəsinin sahibinə qaytarılması qərara alınmışdır. 28 yanvar 2023-cü il tarixli Zərərçəkmiş şəxs tərəfindən verilmiş qəbzdən görünür ki, “Teqram” markalı pul kisəsi və içərisində olan bank kartları onun tərəfindən təhvil alınmışdır. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə daxil olmuş 13 iyun 2023-cü il tarixli ərizədən görünür ki, iş üzrə ona dəymiş ziyan ödənilməmiş və hazırda təqsiləndirilən şəxsə qarşı şikayətçidir. “Tutma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 dekabr 2022-ci il tarixdə, saat 23:20-də tutulmuşdur. “Təqsirləndirilən şəxsin MST-dən azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi haqqında” 03 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs 03 dekabr 2022-ci il tarixdə MSY-dən azad olunmuş və həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-150/2023 saylı, 25 aprel 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş, barəsində həbs qətimkan tədbiri seçilmiş və o, həbs olunanadək iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsindən daxil olmuş 25 may 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs tutularaq Səbail Rayon Polis İdarəsinin MSY-nə təhvil verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından daxil olmuş 30 may 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutularaq xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs, Bakı şəhər Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirli bilinərək 7 il 8 ay 7 gün müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2018-ci ildə cəzanın sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası Cinayətlər Məhkəməsinin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmçinin həmin məcəllənin 18.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı həmin maddənin 18.4.1-ci bəndinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1ci maddəsinə əsasən hazırda törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunduğundan onun əməlində cinayətlərin residivi müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, şahidlərin ifadələri, ekspert rəyləri, iş materiallarına əlavə edilmiş video görüntü və işin digər halları ilə onun satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik maddəni əldə edib üzərində saxlayaraq daşıması cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, həmçinin təqsirləndirilən şəxs tərəfindən əvvəllər həm analoji, həm də müxtəlif növ cinayətlərin törədilməsini, həmçinin ən son ağır cinayət törətdiyi üçün azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini, zərərçəkmiş şəxsin şikayətçi olmasını nəzərə alaraq belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə və məhkəməyədək icraat mərhələlərində Təqsirləndirilən şəxs 01 dekabr 2022-ci il tarixdən 03 dekabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulması və 16 may 2023-cü il tarixdən həbsdə olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesabı ilə hesablanmaqla təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzanı ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Ona görə də, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Bundan başqa, məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu maddəsinin tələbləri baxımından məhkəmə əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsini məqəsədəuyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq dövründə 01 dekabr 2022-ci il tarixdən 03 dekabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq, 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 16 may 2023-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd 100 manat dəyərində dəri materialdan hazırlanmış 20X12 sm ölçülü “Teqran” markalı pul kisəsinin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxsdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X6, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0003003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 288 (iki yüz səksən səkkiz) manat pul tutulub, Bakı şəhəri 03 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Səbail rayon filialındakı hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar