Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-150/2024 17.09.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X5, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, 23 mart 2000-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta ixtisas təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs, özgə əmlakını gizli olaraq talama məqsədi ilə 28 oktyabr 2023-cü il tarixdə, saat 22:40 radələrində ünvan 2 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus mağazaya gələrək satıcının diqqətinin yanınmasından istifadə edib pul saxlanılması üçün nəzərdə tutulan saxlanc yeri hesab olunan kassaya qanunsuz daxil olaraq oradan 936 manat 65 qəpik nəğd pulu gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs “OBA market MMC"'-yə həmin məbləğdə zərər vuraraq oğurluq etmişdir. Bundan əlavə o, təkrarən özgə əmlakını gizli olaraq talama məqsədi ilə 01 noyabr 2023-cü il tarixdə saat 08:40 radələrində ünvan 3 ünvanda yerləşən "xxxx" MMCyə məxsus mağazaya gələrək satıcının diqqətinin yanınmasından istifadə edib pul saxlanılması üçün nəzərdə tutulan saxlanc yeri hesab olunan kassaya qanunsuz daxil olaraq oradan 363 manat 51 qəpik nəqd pulu gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs “OBA market MMC”-yə həmin məbləğdə zərər vuraraq oğurluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə hesab edilən metamfetamini əldə edib özündə saxlamış və daşımış, 02 noyabr 2023-cü il tarixdə, saat 17:20 radələrində Səbail RPİ-nin 41-ci Polis bölməsinin əməkdaşları tərəfindən oğurluq hadisəsinin törədilməsində şübhəli bilinib Bakı şəhəri Səbail rayonu, Salyan şossesi 32 ünvanında saxlanılaraq ünvan 4 RPİ-nin 41-ci Polis bölməsinin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparılarkən əynində olan boz-qara rəngli cins parçadan şalvarının sağ yan cibindən satış məqsədi olmadan öz istifadəsi üçün qanunsuz olaraq əldə edib üzərində daşımaqla saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd ağ kağız bükümdə içərisində təmiz çəkisi 0,245 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ayda 80 manat veteran pulu almağına baxmayaraq maddi cəhətdən ehtiyaclarını ödəyə bilmədiyi üçün oğurluq etmək qərarına gəlmişdi. Ona görə də Səbail rayonu, 20-ci Sahəsə yerləşən yerləşən "xxxx" marketdən 1000 manata qədər pulu tək olaraq oğurlamışdı. Belə ki, o, 28 oktyabr 2023-cü ildə axşam vaxtı saat təxminən 22 radələrində oğurluq etmək üçün tək olaraq heç kimə demədən maşınla 20-ci Sahədə olan "xxxx" marketin qarşısına gəlmiş, həmin zaman maşınını "xxxx" marketin yaxınlığında saxlayaraq maşından düşüb yolun kənarında olan "xxxx" marketə girib həmin marketdən özünə 100 qramlıq şokalad alıb çıxmışdı. Marketdə olan zaman oradakı vəziyyəti bilmişdi. Bundan sonra həmin gün saat 22:40 radələrində marketdən oğurluq etmək üçün yenədə tək olaraq həmin marketə girib baxdıqda marketin işçilərin başı qarışıq olmasını və kassanın yanında heç kimin olmamasından istifadə edərək kassaya yaxınlaşmış, kassanın üzərində açar olmasına baxmayaraq həmin açarla kassanı açıb baxdıqda orada müxtəlif əskinaslardan ibarət pulların olduğunu görmüşdür. Həmin zaman orada olan müxtəlif əskinaslardan ibarət olan həmin pullardan oğurlayıb marketdən çıxaraq maşınına əyləşib oradan uzaqlaşmışdı. Oğurluq etdiyi marketdən uzaqlaşdıqdan sonra maşınını kənarda saxlayıb baxdıqda marketdən oğurladığı pulların cəminin 1000 manata qədər olmasını bildirmişdir. Oğurladığı pulları öz şəxsi ehtiyaclarına xərcləmişdi. Həmin marketdən oğurluq etməyi barədə heç kimdən məlumat almamış və ya kimsə bu barədə heç bir sifariş də verməmişdir. Sadəcə olaraq pul oğurlamaq üçün belə bir hadisəni özü tək olaraq etmişdi. Daha sonra bildirmişdir ki, tutulmamışdan əvvəl son 2-3 aydır ki, narkotik maddə olan metamfetamin qəbul etmişdir, ayda 80 manat veteran pulu almağına baxmayaraq maddi cəhətdən ehtiyaclarını ödəyə bilmədiyi üçün oğurluq etmək qərarına gəlmişdi. Ona görə də ünvan 7 ünvanında yerləşən "xxxx" marketdən 320 manatdan çox pul oğurlamışdı. Belə ki, 01 noyabr 2024-cü ildə saat 08:40 radələrində oğurluq etmək üçün idarə etdiyi avtomobillə Səbail rayonu Badamdar qəsəbəsində olan "xxxx" marketə gəlib kənardan marketə baxaraq marketdə müştəri olmadığını görüb açıq olan qapısından içəri daxil olub marketə girməmişdən əvvəl üzdən tanınmamaq üçün üzünə poldemiya xəstəliyi vaxtında olduğu kimi qara rəngli maska taxmış ki, tanımasın. Səbail rayonu Badamdar qəsəbəsində olan həmin marketə daxil olub baxdiqda kassanin yaninda heç kimin olmamasinı görüb kassadan pul oğurlamaq üçün kassya yaxinlaşıb kassanın üstündə açar olmasını görüb oradan pul götürmək istədikdə bağlı olmuş, həmin açarla bağlı kassanı açdıqda içərisində müxtəlif əskinaslardan olan pullar olmasını görüb onlardan bir qismini görürərək marketdən çıxıb avtomobilə əyləşib oradan uzqlaşmış, həmin marketdən oğurluq etməsi barədə heç kimdən məlumat almamış və ya kimsə bu barədə heç bir sifariş də verməmişdir. Sadəcə olaraq pul oğurlamaq üçün belə bir hadisəni özü tək olaraq etmişdi. Həmin marketdən təxminən 400 manata yaxın pul oğurlamış və oğurladığı pulu öz şəxsi ehtiyaclarına xərcləmişdi. İfadəsinin əvvəlində qeyd etdiyi kimi son 2-3 aydır ki, narkotik maddə olan metamfetamin qəbul etdiyindən onda belə bir asıllıq yaranmışdır. Ona görə də haradan olursa oldun metamfetamin alaraq öz şəxsi ehtiyaclarını ödəmək üçün qəbul edirdi. Qəbul etmək üçün aldığı metamfetamini müxtəlif vaxtlarda və müxtəlif yerlərdə anket məlumatını bilmədiyi şəxslərdən pulunu verib alaraq özü tək olaraq qəbul etmişdir. Heç bir vaxt heç kimə qəbul etmək üçün aldığı metafetamindən verməmiş, sonuncu dəfə 02 noyabr 2023-cü ildə səhər saatlarında tanımadığı və anket məlumatlarını bilmədiyi Zaur adlı şəxsin vasitəsi ilə Badamdar qəsəbəsində yerləşən “Bazarstore”nin üstündə olan binada qalan tanımadığı və anket məlumatlarını bilmədiyi “Müşfiq” adlı şəxsdən 20 manat pul verib bir ədəd kağız bukumundə narkotik maddə olan metamfetamin almışdı. Həmin gün, yəni 02 noyabr 2023-cü ildə sat 17:20 radəlkərində aldığı metamfetamin də üzərində olan zaman Salyan şossesi 32 ünvanında olarkən mülki geyimdə olan şəxslər mənə ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim edib Səbail rayonunda olan "xxxx" marketdən oğurluq etməyində şübhəli olduğunu deyib 41-ci polis bölməsinə dəvət etmişdilər. Həmin zaman üzərində olan metamfetamini çıxardıb kənarlaşdıra bilməmişdi. Həmin zaman 41-ci Polis bölməsində xidməti otqaların birində dəvət edilmiş vəkilin iştirakı ilə orada olan videoçəkilişdən istifadə etməklə üzərində şəxsi axtarış və baxış keçirilməyə başlanmışdı. Bu zaman üzərində qanunla qadağan edilmiş əşyayi dəlillərin çıxardıb masanın üzərinə qoymağı təklif edildikdə bu təklifdən sonra əynində olan boz-qara rəngli cins şalvarının sağ yan cibindən içərisində 01 ədəd ağ kağıza bükülmüş içərisində ağ rəngli, kristal şəkillik olan metamfetamini, cins şalvarının sol yan cibindən 01 ədəd qara rəngli, “İphone X” markalı mobil telefonu, 01 ədəd tünd yaşıl rəngli, “İphone 11 pro” markalı mobil telefonu, ağ rəngli, “Xiaomi” markalı powerbankı və sağ arxa cibindən içərisində 43 ədəd etibarsız 200 manatlıq pul əskinazı, 32 ədəd etibarsız 20 manatlıq pul əskinazı, 01 ədəd “Unibanka” məxsus bank kartı və 13 manat məbləğində pul olan portmanatı təqdim etmişdi. Üzərindən aşkar edilmiş ağ kağıza bükülmüş bükülünün içərisində “Patı” kimi tanıdığı, metamfetamin olan narkotik maddə olduğunu və həmin narkotik maddəni özü istifadə etmək üçün 02 noyabr 2023-cü il tarixdə səhər saatlarında “Zaur” adlı şəxs vasitəsilə Badamdar qəsəbəsində yerləşən, "Bazarstore” mağazasının üstündəki binada yaşayan “Müşfiq” adlı şəxsdən 20 manat pul verməklə bir büküm aldığını və qəbul etmək üçün üzərində saxladığını bildirmişdi. Aşkar olunmuş kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 239 saylı möhürü ilə möhürlənərək orada olan iştirakçıların hamsı tərəfindən imzalanıb götürülmüşdü. Bu zaman polislər tərəfindən yazılmış protokol ucadan oxunmuş, protokol düzgün tərtib edildiyindən orada olan iştirakçəların hamsı tərəfindən protokolun düzgünlüyünü subut etmək üçün imzalanmışdır. Həmin zaman üzərindən aşkar edilmiş saxta pul əskinaslarım evdə olan azyaşlıq uşağına oynatması üçün almışdı. Həmin zaman üzərindən başqa bir qanunla qadağan edilmiş əşayayi dəlil aşkar edilməmişdi. Həmçinin onu da bildirmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitəni satmaq niyyəti olmamışdır öz şəxsi istifadəsi üçün almışdı. Heç bir ruhi əsəb xəstəliyi keçirməmişdir və ruhi əsəb dispanserində qeydiyyatda alınmamışdır və xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs son sözündə əməllərindən səmimi peşman olduğunu, oğurluq cinayəti ilə bağlı dəymiş ziyanı tam ödədiyini, zərərçəkmiş şəxslə barışdığını və onun şikayət və tələbinin olmamasını, himayəsində bir azyaşlı uşağının və vətən müharibəsi iştirakçısı olmasını bildirərək barəsində azadlıqdan məhrum etmə bağlı olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, 2020-ci ilin aprel ayında "xxxx" market MMC-də satıcı-kassir kimi işləməyə başlamış, 2022-ci ilin may ayının 28-dən "xxxx" market MMC-nin Səbail rayonu Badamdar qəsəbəsi Seymur Məmmədov küçəsində yerləşən yerdə adminstrator kimi işləyir. İşlədiyi həmin marketdə iki nəfər fəaliyyət göstərir, qeyd etdiyi kimi həmin mağazada adminstrator, satıcı-kassir kimi isə X3 işləyir. Həmin mağaza hər gün 24 saat müddətində açıq vəziyyətdə olur. Həmin mağazada ərzaq və qeyri-ərzaq məhsulları satılır. Həmin mağazaya lazım olan mallar “Keşlə” qəsəbəsindən olan anbardan xidməti avtomobilləri ilə gətirilir. Demək olar ki, həmin mağazada adminstrator kimi fəaliyyət göstərsə də? lakin mağazaya daxil olan malların və mağazada olan digər fəaliyyətlərə də nəzarət edir. 01 noyabr 2023-cü ildə Səbail rayonunda işlədiyi Oba marketdə olan otaqda olan zaman mağazada işləyən həmin satıcı Həyat Tanrıverdiyeva yanına gəlib həyəcanlı vəziyyətdə naməlum şəxs tərəfindən mağazadakı kassadan pul oğurlanmasına görə məlumat vermişdi. Bu zaman dərhal çölə çıxdıqda oğurluq etmiş şəxsin orada olmadığını görmüş və hadisə törədilmiş kassya yaxınlaşaraq baxdıqda kassanın açıq vəziyyətdə olmasını, həmçinin kassada müyyən qədər pul vəsaitinin yerində olmadığını görmüşdü. Belə ki, həmin hadisədən əvvəl kassanın yanında olan zaman satıcı alver etdiyi üçün kassanı açıb bağladıqda orada olan pulları görmüşdü. Mağazadan oğurluq etmiş şəxsin olmadığını mağazada olan kamera görüntülərini açaraq baxdıqda bir nəfər kişi cinsindən olan şəxsin qara rəngli “Şevrolit” markalı minik avtomobili ilə gəlib mağazanın qarşısında dayanmasını, bundan sonra mağazaya daxil olaraq satıcıcın kassanın yanında olmamasından istifadə edib bağlı açarı üstündə olan, lakin bağlı vəziyyətdə kassanın ağzını açarla açaraq əli ilə oradan pulu götürüb uzaqlaşmasını görmüşdü. Bu zaman istifadəsində olan mobil telefonla DİN-nin 102 nömrəsinə zəng edib hadisə barədə məlumat vermişdi. Mağazadan oğurluq etmiş şəxsi əvvəldən tanımamış, onunla da aralarında heç bir münasibət olmamışdır. Həmin oğurluq hadisəsi zamanı yazdığı izahatda baş vermiş oğurluq hadisəsi nəticəsində maddi ziyanı dəqiq hesablamadığı üçün 400-500 manat olmasını bildirmişdi. Lakin sonradan apardığı hesablama nəticəsində kassadan cəmi 363 manat 51 qəpiyin yerində olmamasını müəyyən etmişdi. Həmin hesabat raportunun surətini də təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, 2023-cü ilin yanvar ayından ünvan 8 ünvanda olan OBA marketdə administrator işləyir, ondan əlavə orada iş yoldaşı olan Şahid3 da işləyir. Oğurluq hadisəsi baş verən zaman onun əvəzinə Lökbatanda olan OBA marketdə işləyən Şahid3 marketdə olmuşdur. Həmin OBA marketdə özündən başqa Qiyas Əliyev də satıcı kimi fəaliyyət göstərir. 28 oktyabr 2023-cü ildə məzuniyyətdə olduğu müddətdə həmin OBA marketdəki kassadan pul vəsaiti oğurlanmışdır. Bununla bağlı olaraq Şahid3 həmin müddətdə onu əvəz etdiyindən bu barədə DİN-nin 102 xidmətinə ərizə vermişdir. Bununla da bağlı olaraq 8-ci polis bölməsində izahat da yazmışdır. Hadisənin mahiyyəti üzrə bildirmişdir ki, 28 oktyabr 2023-cü ildə sonradan adını bildiyi Təqsirləndirilən şəxs adlı şəxs tək olaraq işlədiyi OBA marketə gəlib saat 23 radələrində içəri girib kassanın yanında heç kimin olmadığını görüb hadisə törədilmiş kassaya yaxınlaşaraq baxdıqda kassanın bağlı vəziyyətdə olmasına baxmayaraq kassanın üzərində olan açarı ilə açmış və həmçinin kassada sonradan apardığı hesablama nəticəsində cəmi 936 manat nəğd pulu oğurlayaraq oradan uzaqlaşmışdır. Həmin hadisə belə bilinmişdir ki, həmin zaman OBA marketdə işləyən Röyal kassanın yanında olan zaman açıq vəziyyətdə olan kassanı bağladıqda orada olan pulları görmüşdü. Həmin günün sonunda Röyal kassada olan alverlə bağlı günün sonuna yaxın həmişə olduğu kimi pullara baxdıqda orada pulların az olmasını bilmişdir. Bundan sonra mağazada olan kamera görüntülərinə baxdıqda orada sonradan adını bildiyi Emin adlı şəxsin marketə daxil olaraq kassaya yaxınlaşıb oradan pulu oğurlanamsım və marketdən çıxaraq oradan uzaqlaşmasını görmüşdü. Həmin oğurluq hadisəsi zamanı Röyal izahatda baş vermiş oğurluq hadisəsi nəticəsində maddi ziyanı dəqiq hesablamadığı üçün əvvəllər 1000 manat olmasını bildirmişdi. Lakin sonradan apardığı hesablama nəticəsində kassadan cəmi 936 manat 65 qəpiyin yerində olmamasını müəyyən etmişdi. Həmin hesabat raportunun surətini də təqdim etmişdi. Məhkəmə iclasında ifadəsi elan olunmuş və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 İlqar oğlu ifadəsində bildirmişdir ki, 29 oktyabr 2023-cü il tarixə keçən gecə istifadəsində olan telefonla DİN-nin 102 xidmətinə zəng edib 20-ci sahədə yerləşən OBA marketdə baş vermiş oğurluq hadisəsi ilə bağlı məlumat vermiş və buna görə də 8-ci polis bölməsinə ərizə və izahat yazıb vermişdi. Qeyd edir ki, özü Qaradağ rayonunda olan OBA marketdə işləyir, lakin 20-ci sahədə olan Elçin Əzizov küçəsi 14 ünvanında yerləşən OBA marketin adminstratoru Alim məzuniyyətdə olduğu üçün işçi olmadığına görə həmin oğurluq hadisə baş verən ərəfədə həmin marketdə Alimi əvəz etmişdir. Ondan başqa həmin market də Qiyas Əliyev kassada satıcı kimi işləyir. Belə ki, 20-ci sahədə olan həmin marketdə iki nəfər fəaliyyət göstərirlər, qeyd etdiyi kimi həmin mağazada adminstrator, satıcı-kassir kimi isə Qiyas olmuşdur. Həmin mağaza hər gün səhər saat 08-dən axşam saat 24 radələrinə kimi işləyir. Həmin mağazada ərzaq və qeyri-ərzaq məhsulları satılır. Həmin mağazaya lazım olan mallar Keşlə qəsəbəsindən olan anbardan xidməti avtomobilləri ilə gətirilir. Demək olar ki, həmin mağazada adminstrator kimi fəaliyyət göstərsədə də lakin mağazaya daxil olan malların və mağazada olan digər fəaliyyətlərə də nəzarət edirdi. 28 oktyabr 2023-cü ildə Səbail rayonu 20-ci sahədə yerləşən OBA market səhər saatlarında işə başlayıb, həmin gün axşam vaxtı marketdə başı qarışıq olduğu üçün ətrafa fikir verməmiş, yəni marketə girib-çıxan şəxsi görməmişdim ondan başqa mağazada işləyən həmin satıcı Qiyas da marketdə digər işlərlə məşqul olduğu üçün başı qarışıq olmuşdur, kassanın yanında olmamışdır. Saat təxminən 23 radələrində kassaya yaxınlaşaraq orada olan pulu götürüb aparmaq istədikdə pulun az olmasını görüb naməlum şəxs tərəfindən kassadan oğurluq hadisəsi olmasından şübhələnmişdi. Həmin zaman bunu dəqiqləşdirmək üçün marketdə olan video-kameraya baxdıqda bir nəfər şəxsin, sonradan adını bildiyi Emin adlı oğlanın tək olaraq marketə girib kassanın yanında heç kimin olmamasından istifadə edərək kassanın üzərində olan açarla bağlı vəziyyətdə olan kassanı açıb əli ilə oradan pulu götürüb uzaqlaşmasını görmüşdü. Bu zaman istifadəsində olan mobil telefonla DİN-nin 102 nömrəsinə zəng edib hadisə barədə məlumat vermişdi. Mağazadan oğurluq etmiş şəxsi əvvəldən tanımamış, onunla da heç bir münasibəti olmamışdır. Həmin oğurluq hadisəsi zamanı yazdığı izahatda baş vermiş oğurluq hadisəsi nəticəsində maddi ziyanı dəqiq hesablamadığı üçün 1000 manat olmasını bildirmişdi. Lakin sonradan apardığı hesabat zamanı kassadan cəmi 936 manat 65 qəpiyin yerində olmamasını müəyyən etmişdi. Həmin hesabat raportunun surəti təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 01 noyabr 2023-cü il tarixdə Badamdar qəsəbəsi S.Məmmədov küçəsində yerləşən “Obamarket"dən edilmiş oğurluq hadisəsində şübhəli bilinən ünvan 9 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs 02 noyabr 2023-cü il tarixdə, saat 17:20 radələrində özü də daxil olmaqla 41-ci PB-nin C A işləri üzrə kiçik inspektoru Şahid2 ilə birlikdə Səbail rayonu Salyan şossesi 12 ünvanında saxlanılmışdır. Saxlanılarkən Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğunu, hazırda üstündə narkotik vasitə olmasını bildirmişdi və onu Badamdar qəsəbəsində yerləşən Səbail RPİ-nin 41-ci PB-nə gətirib bu barədə raportla bölmə rəhbərliyinə məruzə etmişdi. Raportun icrası bölmənin təhqiqatçısı Fərid Rzayevə həvalə olunmuş, təhqiqatçı tərəfindən bölməyə ərazi üzrə vəkil qurumundan vəkil dəvət olundu və bölmənin xidməti otaqlarından birində vəkil və özü də daxil olmaqla Şahid2 iştirakları ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmışdı. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmənin gedişatı kiçik inspektor Şahid2 tərəfindən “İphone 11 pro’' mobil cihazının videokamerası vasitəsilə videoçəkiliş aparılmışdı. Şəxsi axtarış və götürmənin videoçəkilişinin aparılması iştirakçılara elan olunmaqla videçəkilin aparılmasına etirazı olmamışdır. Təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan edildi və sonra təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs, üzərində şəxsi axtarış, götürmə aparılması barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təhvil verməsi təklif olunmuşdu. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan bozqara rəngli cins şalvarının sağ yan cibindən, içərisində 01 ədəd ağ kağıza bükülmüş, içərisində ağ rəngli kristalşəkilli psixotrop maddə metamfetaminə oxşar kütləni, həmin şalvarın sol yan cibindən 01 ədəd qara rəngli “İphone X" markalı mobil telefonu, 01 ədəd tünd yaşıl rəngli “İphone 11 pro” markalı mobil telefonu, ağ rəngli “Xiaomo“ markalı powerbankı və sağ arxa cibindən etibarsız 200 manatlıq, etibarsız 20 manatlıq pul əskinaslarını, 01 ədəd “Unibank“a məxsus bank kartını və 13 manat məbləğində pul olan portmanatı təqdim etdi. Sorğu-sual zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi ağ kağız bükümündə olan “patı" kimi tanıdığı psixotrop maddəni özü qəbul etmək üçün 02 noyabr 2023-cü il tarixdə, səhər saatlarında Zaur adlı şəxs vasitəsilə Badamdar qəsəbəsində yerləşən “Bazarstore” mağazasının üstündəki binada yaşayan Müşfiq adlı şəxsdən 20 manat müqabilində aldığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdi. Həmin bükümdəki kütlə cinayət təqibi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən təhqiqatçı tərəfindən ağ kağız zərfə qablaşdırılıb iştirakçıların imzaları ilə götürüldü və zəri 239 nömrəli möhürlə möhürləndi, Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən iş üzrə sübut əhəmiyyətinə malik digər əşya və ya sənəd aşkar edilməmişdi. Şübhəli şəxs X8 qarşı saxlanılarkən, bölməyə gətirilərkən və bölmədə olduğu müddətdə tərəfmən hər hansı formada təzyiq, zor tətbiq edilməmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 01 noyabr 2023-cü il tarixdə Badamdar qəsəbəsi, S.Məmmədov küçəsində yerləşən “Oba-market”dən edilmiş oğurluq hadisəsində şübhəli bilinən ünvan 9 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs 41-ci PBnin sahə inspektoru Şahid1 ilə birlikdə 02 noyabr 2023-cii il tarixdə, saat 17:20 radələrində Səbail rayonu Salyan şossesi 12 ünvanında saxlamışdır. Saxlanılarkən Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğunu, hazırda üstündə narkotik vasitə olmasını bildirdi və onu Badamdar qəsəbəsində yerləşən Səbail RPİ-nin 41-ci PB-nə gətirib bu barədə raportla bölmə rəhbərliyinə məruzə etmişdi. Tərtib olunmuş raportun icrası bölmənin təhqiqatçısı Fərid Rzayevə həvalə olunmuşdu. Təhqiqatçı tərəfindən bölməyə ərazi üzrə vəkil qurumundan vəkil dəvət olundu və bölmənin otaqlarından birində özü də daxil olmaqla vəkilin, sahə inspektoru və polis kapitanı Şahid1 iştirakları ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmışdı. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmənin gedişatı kiçik inspektor Şahid2 tərəfindən “İphone 11 pro” mobil cihazının videokamerası vasitəsilə videoçəkiliş aparılmışdı. Şəxsi axtarış və götürmənin videoçəkilişinin aparılması iştirakçılara elan olunmaqla videçəkilin aparılmasına etiraz daxil olmamışdı. Təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan edildi və sonra təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs, üzərində şəxsi axtarış, götürmə aparılması barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təhvil verməsi təklif olunmuşdu. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan bozqara rəngli cins şalvarının sağ yan cibindən, içərisində 01 ədəd ağ kağıza bükülmüş, içərisində ağ rəngli kristalşəkilli psixotrop maddə metamfetaminə oxşar kütləni, həmin şalvarın sol yan cibindən 01 ədəd qara rəngli “İphone X” markalı mobil telefonu, 01 ədəd tünd yaşıl rəngli “İphone 11 pro” markalı mobil telefonu, ağ rəngli “Xiaomo” markalı powerbankı və sağ arxa cibindən etibarsız 200 manatlıq, etibarsız 20 manatlıq pul əskinaslarım, 01 ədəd “Unibank”a məxsus bank kartını və 13 manat məbləğində pul olan portmanatı təqdim etmişdi. Sorğu-sual zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi ağ kağız bükümündə olan “patı” kimi tanıdığı psixotrop maddəni özü qəbul etmək üçün 02 noyabr 2023-cü il tarixdə, səhər saatlarında Zaur adlı şəxs vasitəsilə Badamdar qəsəbəsində yerləşən “Bazarstore” mağazasının üstündəki binada yaşayan Müşfiq adlı şəxsdən 20 manat müqabilində aldığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdi. Həmin bükümdəki kütlə cinayət təqibi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən təhqiqatçı tərəfindən ağ kağız zərfə qablaşdırılıb iştirakçıların imzalan ilə götürüldü və zərf 239 nömrəli möhürlə möhürləndi, Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən iş üzrə sübut əhəmiyyətinə malik digər əşya və ya sənəd aşkar edilmədi. Şübhəli şəxs Təqsirləndirilən şəxs qarşı saxlanılarkən, bölməyə gətirilərkən və bölmədə olduğu müddətdə hər hansı formada təzyiq, zor tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün ilkin izahatı, həm ibtidai istintaq zamanı həm də məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadələri, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, video görüntülər və digər iş materialları ilə kifayət qədər sübuta yeririlmişdir. Məhkəməyədək icraat mərhələsində keçirilmiş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 03 noyabr 2023-cü il tarixli, 16/2-6/5874 nömrəli rəyinə əsasən, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün 239 dairəvi möhür əksləri olan, şünhəli şəxs “imza” Təqsirləndirilən şəxs ...” ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki kağız bükümdə təmiz çəkisi 0,245 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə mütamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarxli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Ekpertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat təşkil edir. Tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlənin geri qaytarılmasına dair 03 noyabr 2023-cü il tarixli aktdan görünür ki, 0,245 qram qəbul olunmuş, 0,050 qram nümunə götürülmüş və 0,195 qram geri qaytarılmışdır. Məhkəməyədək icraat mərhələsində keçirilmiş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 şəxsi Ambulator X1 xx.xx.2023-cü il tarixli 7952 nömrəli rəyində ekspert komissiyasının gəldiyi nəticə hissəsində göstərilmişdir: Müayinə zamanı Təqsirləndirilən şəxs Konnabioidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəylərini sübut növü kimi qəbul etmişdir. İş materiallarında görünür ki, ünvan 8 ünvanda yerləşən "xxxx" Badamdar qəsəbəsi 6 saylı ünvanda baş vermiş oğurluq hadisəsi nəticəsində vurulmuş maddi ziyanın 363 manat 51 qəpik olmasına dair təqdim edilmiş “Kassa təslim raportu” ilə, daha sonra ünvan 11 ünvanda yerləşən “OBA- Market BAYİL” 6 saylı ünvanında baş vermiş oğurluq hadisəsi nəticəsində vurulmuş maddi ziyanın 936 manat 65 qəpik olmasına dair təqdim edilmiş “Kassa təslim raportu” ilə müəyyən edilmişdir. Məhkəmə iclasında şəxsi axtarış və götürmə aparılması barədə video görüntünün əks olunduğu video-diskə baxış keçirilərək müəyyən edilmişdir ki, şəxsi axtarışa başlamazdan əvvəl təhqiqatçı proses iştirakçılarını elan edir və kimin üzərində şəxsi axtarış aparılacağını bildirir, həmçinin 41-ci PB-nin kiçik inspektoru Şahid2 tərəfindən “İphone 11 pro” markalı mobil telefonun videokamerası vasitəsilə videoçəkiliş aparılmasını elan edir, iştirakçılardan videoçəkiliş aparılmasına etaraz olmadığı bildirilir, sonra təhqiqatçı Fərid Rzayev, üzərində şəxsi axtarış aparılacaq Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edir, sonra təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış aparılması barədə qərar elan edilir və sonra şübhəli şəxs Təqsirləndirilən şəxs təklif edilir ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilən, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü təhvil verməsi təklif edilir. Bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan boz-qara rəngli cins şalvarının sağ yan cibindən içərisinlə ağ rəngli, kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər kütləni, həmin şalvarının sol yan cibindən 01 ədəd qara rəngli “İphone X” markalı mobil telefonu, 01 ədəd tünd yaşıl rəngli “İphone 11 pro” markalı mobil telefonu, ağ rəngli 01 ədəd “Xiaomi” markalı mobil telefon və sağ arxa cibindən içərisində etibarsız 200 və 20 manatlıq əskinaslarla etibarsız pulları, 01 ədəd “Unibank”a aid bank kartını və 13 manat nəqd pul olan portmanatı təqdim edir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi ağ rəngli kağız bükümdə olan “patı” adı ilə tanıdığı kütlənin ona məxsus olmasını, onu özü qəbul etmək üçün 02 noyabr 2023-cü il tarixdə səhər saatlarında “Zaur” adlı şəxs vasitəsilə Badamdar qəsəbəsində yerləşən “Bazarstore” mağazasının üstündəki binada yaşayan “Müşfiq” adlı şəxsdən 20 manat pul verməklə aldığını və özü qəbul etmək üçün saxladığını bildirir, sonra təhqiqatçı tərəfindən həmin ağ rəngli kağız bükümdə olan kütlə ağ rəngli kağız zərfə qablaşdırılır və kağız möhürlə möhürlənərək götürülür, sonra görüntülər başa çatır. Görüntülərə baxış zamanı iştirak edən Təqsirləndirilən şəxs bildirdi ki, görüntüdə üzərində şəxsi axtarış aparılması göstərilən şəxs onun özüdür, həqiqətən də “Obamarket”dən etdiyi oğurluq hadisəsi ilə əlaqədar 02 noyabr 2023-cü il tarixdə, saat 17:20 radələrində Səbail rayonu, Salyan şossesi 32 ünvanında saxlanılıb bölməyə gətirilərək üzərində şəxsi axtarış aparılarkəıı əynində olan cins şalvarın sağ yan cibindən ağ rəngli kağız bükümdə olan patı kimi tanıdığı psixotrop maddə metamfetamin ona məxsus olub, həmin bükümdə olan psixotrop maddə metamfetamini 02 noyabr 2023-cü il tarixdə, səhər vaxtı Badamdar qəsəbəsində olan “Bazarstore” mağazasının üstündəki binada yaşayan Müşfiq adlı şəxsdən özü qəbul etmək üçün 20 manata alımışdır. Həmin istintaq hərəkətinin videogörüniüləri 07:28 dəqiqə davam edir. Baxış keçiridikdən və danışıqlar dinlənildikdən sonra disk kompüterin disklər üçün yuvasından çıxarıldı və öz qabına qablaşdırılaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 təqdim etdiyi və cinayət işinin materiallarına əlavə edilmiş, marketin içərisində quraşdırılmış videokameradan götürülmüş görüntülərə baxış keçirilərək müəyyən edilmişdir ki, ekranda “WhatsApp image 2023-11-03 at 09.39.04", “WhatsApp video 2023-1 1-03 at 09.38.50", “WhatsApp video 2023-11-03 at 09.39.03" səhifələri açıldı, həmin səhifələrdən birincisinin açılması düyməsinə basıldıqda ekranda qara rəngli, dövlət nömrə nişanı görünməyən “Shevrale" markalı avtomaşının yol kənarında dayanması fotoşəkili görüntülənir, həmin səhifədə istintaq marağı kəsb edən hər hansı məlumat əldə etmək mümkün olmamışdı; ikinci səhifənin açılması düyməsinə basıldıqda ekranda köynək kapşonkanı baş geyim formasında əynində tünd rəngli gödəkçəsi olan şəxsin ticarət müəssisəsinin xəzinəsinə yaxınlaşaraq kassa aparatının üzərindəki açarı qurdalayaraq kassa aparatını aça bilməyib oradan uzaqlaşmaq istəməsi, sonra geri qayıdaraq kassa aparatının aşağı hissəsində olan hissəsinə toxunaraq sonra kassa aparatının üstündə olan açarı burub kassa aparatını açması və kassa aparatı açıldıqdan sonra hər iki əli ilə ayrı-ayrı əskinaslarla pullar yığılmış hissələrdən pulu götürüb oradan uzaqlaşaraq getməsi görüntülənir, həmin an görüntülər başa çatır. Həmin görüntülər kassa aparatının üst hissəsində quraşdırılmış kameradan çəkildiyinə görə kassa aparatından pulları götürmüş şəxsin sifəti görünmür, həmin görüntülər 00:18 dəqiqə davam edir; üçüncü səhifənin açılması düyməsinə basıldıqda ekranda qaranlıq şəraitdə yol kənarında dayanmış qara rəngli dövlət qeydiyyat nişanı və markası görünməyən minik avtomobilinin saxlanılması, görüntülərin tinində xx-xx-2023 08:36:05 yazıları, həmin avtomobilin arxa tərəfindən köynək kapşonkanı baş geyimində, əynində tünd rəngli gödəkçəsi olan şəxsin yoldan səkiyə çıxması və səki üzərində dayanması, vaxt göstəricisi xx-xx-2023 08:36:36 müddətində görüntülərin başa çatması görüntülənir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Şahid3 təqdim etdiyi və cinayət işinin materiallarına əlavə edilmiş, marketin içərisində quraşdırılmış videokameradan götürülmüş görüntülərə baxış keçirilərək müəyyən edilmişdir ki, ekranda “WhatsApp video 2023-1 1- 03 at 17.53.38" səhifəsi açıldı, həmin səhifənin açlması düyməsinə basıldıqda ekranda qara rəngli, dövlət nömrə nişanı görünməyən “Shevrale" markal avtomaşının yol kənarında dayanması görünür, bir müddət sonra həmin avtomaşın arxaya verilərək arxası səki üzərində olmaqla üzü yola tərəf park edilir, bir müddət sonra avtomaşından köynək kapşonu baş geyimində, tünd rəngli gödəkçədə, üzündə tibbi maska olan sürücü düşür və səki üzərində dayanmış “Oba-market" yaşıl geyimində saçı tökülmüş şəxslə avtomaşına baxıb söhbət edirlər, bir müddət həmin yerdə dayandıqdan sonra “Oba-market"in salonu görüntülənir, həmin avtomaşının sürücüsü içəridə, kassa aparatının yanında marketin işçisi ilə bir yerdə görüntülənir, marketin işçisi kassa aparatının yanından getdikdən sonra, kassa aparatının yanında market işçilərinin olmadığı vaxt kapşonkalı baş geyimində olan şəxs kassa aparatının yan hissəsindən əlini uzadaraq kassa aparıtının açarını burub kassa aparatını açaraq oradan əl atıb pullardan götürüb oradan uzaqlaşması və sonra bayırda park edilmiş əvvəlki maşına qaçaraq minib oradan uzaqlaşması görüntülənir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış məhkumluq haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Şübhəli şəxsin tutulması haqqında protokoldan, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında və qətimkan tədbirinin seçilməsinə dair qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 02 noyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 04 oktyabr 2023-cü il tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün təqdimat verilməsinə dair vəsatət təmin olunmamış və “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxsin tutulması və barəsində axtarış elan edilməsi və cinayət təqibi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs tutulması üçün axtarış elan olunmuş və cinayət təqibi üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs Səbail RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 11 yanvar 2024-cü il tarixdə tutularaq MSY-nə yerləşdirilmişdir. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və qətimkan tədbirinin müəyyən edilməsinə dair qərarlardan görünür ki, 13 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün təqdimatın verilməsinə dair vəsatət təmin olunmamış və “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvədə saxlanılmışdır. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Təqsirləndirilən şəxs vətən müharibəsi iştirakçısı olduğu üçün 80 (səksən) manat məbləğində müavinət alır. Eyni zamanda qeyd olunan Sistemdən və icraata başlamaq haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 23 fevral 2023-cü il təvəllüdlü X9 adında az yaşlı uşağı vardır və aliment ödəyicisidir. Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim olunmuş İ-54526 saylı vəsiqədən görünür ki, o, “Vətən müharibəsi iştirakçısı”-dır. Sabunçu rayon İcra Hakimiyyətinin Maştağa qəsəbəsi ərazi dairəsi üzrə nümayəndəlikdən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Maştağa qəsəbəsi Ləhiş bağ sahəsində yaşayır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 01 avqust 2024-cü il tarixli müraciətindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışlar və ona qarşı şikayət və tələbləri yoxdur. Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəyini və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir və onun törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə tövsif edilmiş və o, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, qısa vaxt ərzində və ardıcıl olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar və mülkiyyət əleyhinə olan iki epizodda olan cinayətlərin törədilməkdə ittiham olunmasını, hər iki əməlin az ağır cinayətlər kateqoriyasına aid olmasını, hər iki halda saxlanc yeri olan kassaya eyni üsulla daxil olmaqla özgə əmlakını gizli talamaqla xeyli miqdarda maddi ziyan vurmasını, hazırda azyaşlı uşağa aliment ödəsədə bilavasitə təqsirləndirilən şəxsin yanında qalmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrinin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2ci maddələrinə müvafiq olaraq Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını və vurmuş olduğu ziyanı tam ödəməsini, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasını, gənc olmasını, əməlindən səmimi peşman olmasını, himayəsində azyaşlı uşağının olmasını və eyni zamanda vətən müharibəsi iştirakçısı olmasını onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Bu səbəbdən, məhkəmə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə ona cəza təyin edilməsini əsaslı hesab edir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 02 noyabr 2023-cü il tarixdən 04 noyabr 2023-cü il tarixədək, 11 yanvar 2024-cü il tarixdən 13 yanvar 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 04 (dörd) gün müddətin 01 (bir) günə 01 (bir (gün) azadlıqdan məhrumetmə cəzasına bərabər tutularaq, təyin olunmuş azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla onun üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzanı ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Ona görə də, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə, həmçinin, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin ləğv edilərək “həbs” qətimkan tədbirinin seçilməsini və onun dərhal məhkəmə iclas zalında həbsə alınmasını, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını, cəzaçəkmə müddətinin əvvəlinin 17 sentyabr 2024-cü il tarixdən hesablanmasını və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini əsaslı hesab edir. Bundan başqa "xxxx" MMC-nin səlahiyyətli nümayəndəsi X10 04 iyun 2024-cü il tarixdə mülki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 940 manat 16 qəpik dəymiş ziyanın və 30 manat 40 qəpik ödənilmiş dövlət rüsumunun ondan tutularaq Cəmiyyətə ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Daha sonra "xxxx" MMC-nin səlahiyyətli nümayəndəsi X10 01 avqust 2024-cü il tarixdə məhkəməyə müraciət edərək, təqdim edilmiş mülki iddianın geri götürdüklərini bildirmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə əsasən Mülki iddiaçı qismində tanındıqdan sonra iddia ərizəsinin müvafiq şəxs tərəfindən verilmədiyi və ya şəxsin mülki iddiaçı vəziyyətində qalmasına əsaslar olmadığı müəyyən edilərsə, təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə əsaslandırılmış qərarı ilə həmin şəxsin cinayət prosesində mülki iddiaçı qismində iştirakına xitam verir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 186.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Bu hüquqlara mənafeyinin müdafiəsi üçün prokuror tərəfindən mülki iddia verilmiş şəxslər də malikdirlər. Həmin maddənin 186-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən mülki iddiadan imtina edilməsinin qəbulu cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməsinə səbəb olur və müvafiq şəxsləri cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edir. Odur ki, məhkəmə, hazırki iş üzrə mülki cavabdeh Təqsirləndirilən şəxs tərəfindən mülki iddiaçı "xxxx" MMC-yə vurulmuş 970 (doqquz yetmiş) manat 56 (əlli altı) qəpik maddi ziyan tam ödənildiyindən, eyni zamanda mülki iddiadan imtina olunmasına dair ərizənin olmasını nəzərə alaraq "xxxx" MMC tərəfindən verilmiş mülki iddia üzrə icraata xitam verilməsi məqsədəuyğun hesab edilir. Məhkəməyədək icraat mərhələsində keçirilmiş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 şəxsi Ambulator X1 05 dekabr 2023-cü il tarixli 7952 nömrəli rəyində ekspert komissiyasının gəldiyi nəticə hissəsində göstərilmişdir: Müayinə zamanı Təqsirləndirilən şəxs Konnabioidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu və 353.4.11-cu maddələrinə uyğun olaraq iş üzrə ekspertiza xərci 65 (altmış beş) manatın təqsirləndirilən şəxsdən tutulmasını, iş üzrə maddi sübut qismində tanınmış Səbail Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq qalmış cəmi 0.195 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, 02 (iki) ədəd “DVD” diskin iş materiallarında saxlanılmasını, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 02 (iki) il 01 (bir) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 02 noyabr 2023-cü il tarixdən 04 noyabr 2023-cü il tarixədək, 11 yanvar 2024-cü il tarixdən 13 yanvar 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddətin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrumetməsinə bərabər tutulmaqla üzərində qəti olaraq 02 (iki) il 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbsə alınsın. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli 17 sentyabr 2024-cü il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilsin. İş üzrə maddi sübut olan Səbail Rayon Polis İdarəsində saxlanılan təhqiqata sərf edildikdən sonra qalıq qalmış 0,195 qram psixatrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142593, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0003003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. "xxxx" MMC-nin Təqsirləndirilən şəxs qarşı dəymiş ziyanın və ödənilmiş dövlət rüsumunun tutulmasına dair mülki iddiadan imtina olunduğundan mülki iddia iddia üzrə icraata xitam verilsin. Bakı şəhər 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 450 (dörd yüz əlli) manat pul tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun “Access Bank”-ın Səbail filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-150/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-150/2024
17.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver