Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-151/2020 21.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmmədov Azər Rasim oğlunun katibliyi, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 vəkili X4 iştirakı ilə, X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X3 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X10 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, şikayət ərizəsinin təmin edilməsini, xx xxxxxx 2019-cu ildə onun Facebook sosial şəbəkəsində mövcud olan şəxsi səhifəsində "Ancaq ehtiraf edirəm sənin bir neçə istiqamətdə istedadın var Ay başı dəvəquşu başı ölçüsündə olan kəmsavad, cılız vücudlu, boyu atın ... quyruğu boyda, psixi durumu yerində olmayan, tez-tez dəyişən, İİ qrup əlil, sən bədbəxtin ailə həyatı da düz gətirməyib bəxtiyar ola bilməmisən, qadınların səndən qaçıb. Olubsan həyatdan küskün “bəxti” xiyar. Kim sənin ağzına bir tula (it) payı atsa, əlinə nə isə (qonrar) versə, cibinə nəsə salsa zurnada onun havasını (melodiyasını) çalırsan. Jurnalist vox: ay zurnalist. Sən ağalarının sözünə əməl edib ona böhtan xarakterli dosyalar (informasiyalar) yaydığın üçün qanun qarşısında cavab verəcəksən ay gədə bala. Sən saf insanlara böhtan atmaqda, üzə durmaqda verməkdə istedadlısan. Hələ ki, verə-verə gedirsən. Görək nə vaxt özün dayanırsan yoxsa səni kimsə dayandıraq.İmza: X5.” statusunu paylaşaraq Azərbaycan Respublikası CM-nin 147.1-ci, eyni zamanda “Həmən jurnalist vəzifəli şəxslərin, iş adamlarının və s. telefonla danışıqlarını gizlin yazmaqla məşğuldur. Əziz həmvətənlər hərbi və dedektif filmlərinə baxanda bəzən döyüş səhnələrində və keçirilən əməliyyatlarda şəxsi heyyətdən başqa alman cinsli (afçarka) xidməti itlərdən də istifadə olunmasını görmüşük. Hətta ikinci dünya müharibəsində təlim görmüş belə itlərə partlayıcı qurğu və ya maddə bağlayaraq düşmən tanklarını partlamağa şəxsi heyyətini (məhv etməyə) göndərirlərmiş. Həmin itlərdən dinc dövrdə ən çox sərhəd qoşunlarında polis şöbələrində istifadə olunur. Bildirir ki, hər bir itin təlimçisi olur. İtin sağlamlığına qida maddələrinin və ərzağın vaxtında verilməsinə təlimçi cavabdehdir. Taktiki məşğələlərə aiddir. Müxtəlif maneələri keşmək, cinayətkarın izinə düşmək pusquda durub qəfildən silahlı cinayətkara hücum etmək, qaçış surətini artırmaq və s. İtin qaçış surətini artırmaq üçün təlimçi əlində tutduğu sümüyü əvvəlcə yaxın məsafəyə atır, it sümüyü qaçıb gətirir. Təlimçi tədricən sümüyün atılma məsafəsini böyüdür və beləliklə də, itin qaçış surəti böyüyür. Hörmətli oxucular rayon İH-in başçısı Alimpaşa Məmmədovun və onun birinnci müavini Qüdrət Əliyevin ona qarşı etdikləri haqsızlığa görə ölkə prezidenti cənab İlham Əliyevə və birinci X11 xanım Əliyevaya və aidiyyəti orqanlara şikayət etmişdir. Alimpaşa müəllimm və Qüdrət müəllim də özünü jurnalist (əslində zurnalistolan) X6 təlimatlandıraraq onun vasitəsilə onun haqqında böhtan xarakterli informasiyaları ictimaiyyətə ötürüblər ki o, qınağa tuş gəlsin. X16 o, kimdənsə şikayət edir fakta əsaslanıb yazır? Kimi isə tənqid etmək üçün gərək insanın ələlxüsas da qələm əhlinin özü saf olsun, dürüst olsun ki, başqasını əli əyrilikdə dürüst olmamağın da tənqid edə bilsin. X17, sən heç vaxt mənəvi cəhətcə saf, pak və dürüst ola bilməzsən. Ona görə ki, təsisçisi olduğu qəzetin lisenziyası yox, dövlətə vergi ödəməkdən yayınırsan. 129.70 azn ödəməmisən. Şəmkir rayon 14 saylı X9 saytında **********2 nömrəsinin(rəqəmini) yığmaqla hər bir vətəndaş vergi borcunun olduğunu bilər. Beləliklə, dələduzluq edib borcunu ödəmirsən, dövləti aldadırsan. Bir məxfi agent kimi vətəndaşların (ələlxüsusi) idarə və təşkilat rəhbərlərinin səslərini, danışıqlarını neçə illəridir gizlin olaraq telefona yazıb onları şantaj edirsən.” məzmunlu, açıq tipli və kütləvi şəkildə görünə bilən paylaşımları edərək AR CM-in 148-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətləri törətdiyinə görə X5 barəsində cinayət işinin başlanması barədə Qərar qəbul edilməlidir. xx xxxxxx 2019-cu üdə onun Facebook sosiai şəbəkəsində mövcud olan şəxsi səhifəsində “Ancaq ehtiraf edirəm sənin bir neçə istiqamətdə istedadın var. Ay başı dəvəquşu başı ölçüsündə olan kəmsavad, cılız vücudlu, boyu atın ... quyruğu boyda, psixi durumu yerində olmayan, tez-tez dəyişən, İİ qrup əlil, sən bədbəxtin ailə həyatı da düz gətirməyib bəxtiyar ola bilməmisən, qadınların səndən qaçıb. Olubsan həyatdan küskün “bəxti” xiyar. Kim sənin ağzına bir tula (it) payı atsa, əlinə nə isə (qonrar) versə, cibinğ nəsə salsa zurnada onun havasını (melodiyasını) çalırsan. Jurnalist yox, ay zurnalist. Sən ağalarının sözünə əməl edib ona böhtan xarakterli dosyalar (informasiyalar) yaydığın üçün qanun qarşısında cavab verəcəksən ay gədə bala. Sən saf insanlara böhtan atmaqda, üzə durmaqda verməkdə istedadlısan. Hələ ki verə-verə gedirsən. Görək nə vaxt özün dayanırsan yoxsa səni kimsə dayandıraq. X5.” statusunu paylaşaraq Azərbaycan Respublikası CM-nin 147.1-ci, eyni zamanda "Həmən jurnalist vəzifəli şəxslərin, iş adamlarının və s. telefonla danışıqlarını gizlin yazmaqla məşğuldur. Əziz həmvətənləri hərbi və dedektif filmlərinə baxanda bəzən döyüş səhnələrində və keçirilən əməliyyatlarda şəxsi heyyətdən başqa alman cinsli (afçarka) xidməti itlərdən də istifadə olunmasını görmüşük. Hətta ikinci dünya müharibəsində təlim görmüş belə itlərə partlayıcı qurğu və ya maddə bağlayaraq düşmən tanklarını partlamağa şəxsi heyyətini (məhv etməyə) göndərirlərmiş. Həmin itlərdən dinc dövrdə ən çox sərhəd qoşunlarında polis şöbələrində istifadə olunur. Bildirir ki, hər bir itin təlimçisi olur. İtin sağlamlığına qida maddələrinin və ərzağın vaxtında verilməsinə təlimçi cavabdehdir. Taktiki məşğələlərə aiddir. Müxtəlif maneələri keşmək, cinayətkarın izinə düşmək pusquda durub qəfildən silahlı cinayətkara hücum etmək, qaçış surətini artırmaq və s. itin qaçış surətini artırmaq üçün təlimçi əlində tutduğu sümüyü əvvəlcə yaxın məsafəyə atır, it-sümüyü qaçıb gətirir. Təlimçi tədricən sümüyün atılma məsafəsini böyüdür bə beləliklə də itin qaçış surəti böyüyür, Hörmətli oxucular rayon İH-in başçısı Alimpaşa Məmmədovun və onun birinnci müavini Qüdrət Əliyevin mənə qarşı etdikləri haqsızlığagörə ölkə prezidenti cğnab İlham Əliyevə və birinci X11 xanım Əliyevaya və aidiyyəti orqanlara şikayət etmişdir. Alimpaşa müəllim və Qüdrət müəllim də özünü jurnalist (əslində zurnalist olan) X7 təlimatlandıraraq onun vasitəsilə haqqında böhtan xarakterli informasiyaları ictimaiyyətə ötürüblər ki o, qınağa tuş gəlsin. X16 o, kimdənsə şikayət edir’m fakta əsaslanıb yazır? Kimi isə tənqid etmək üçün gərək insanın ələlxüsas da qələm əhlinin özü saf olsun, dürüst olsun ki, başqasını əli əyrilikdə dürüst olmadığında tənqid edə bilsin. X18, sən heç vaxt mənəvi cəhətcə saf, pak və dürüst ola bilməzsən. Ona görə ki, təsisçisi olduğun qəzetin lisenziyası yox, dövlətə vergi ödəməkdən yayınırsan. 129.70 azn ödəməmisən. Şəmkir rayon 14 saylı X9 saytında **********2 nömrəsin in (rəqəmini) yığmaqla hər bir vətəndaş vergi borcunun olduğunu bilər. Beləliklə, dələduzluq edib borcunu ödəmirsən, dövləti aldadırsan. Bir məxfi agent kimi vətəndaşların (ələlxüsusi) idarə və təşkilat rəhbərlərinin səslərini, danışıqlarını neçə illəridir gizlin olaraq telefona yazıb onları şantaj edirsən.” məzmunlu, açıq tipli və kütləvi şəkildə görünə bilən paylaşımlan edərək AR CM-in 148-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətdiyinə görə X2 təqsirləndirilən şəxs qismində cəlb edərək ona ittiham elan edilməsi barədə Qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 medafiəçisi X12 bildirmişdir ki, şikayət vermiş şəxsin məhkəmə hazırlıq iclaslarına təkrarən gəlməməsi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 299.8-ci maddəsinin tələbi baxımından şikayətin icraata götürülməsindən imtina üçün əsasdır. Göstərilənlərə əsasən xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 müdafiəçisini dinləyərək hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, hazırki şikayət məhkəməyə xx.xx.2020-ci il tarixdə daxil olmuş və məhkəmə hazırlıq iclası xx.xx.2020-ci il tarixə, saat 15:00-a təyin edilmişdir. Həmin məhkəmə prosesinə xüsusi ittihamçı (nümayəndəsi və ya vəkili) gəlmədiyindən məhkəmə hazırlıq iclası xx.xx.2020-ci il tarixə saat 14:05-ə təxirə edilmişdir. Bu barədə X10 tərəfindən məhkəmə bildirişini alması işdə olan xəbərnamə ilə təsdiq ounur. Hazırki isə xüsusi ittihamçı (nümayəndəsi və ya vəkili) təkrar məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 299.8-ci xüsusi ittihamçının üzrlü səbəblərin olmasını əvvəlcədən bildirmədən məhkəmənin hazırlıq iclasına təkrar gəlməməsi ittihamdan imtinaya bərabər tutulur və xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina barədə qərar çıxarılmasına məhkəməyə əsas verir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.8-ci maddəsinə əsasən şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Həmçinin məhkəmə hesab edir ki, barələrində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X8 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X3 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 299.8, 302.1.8 və 302.2.3-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X3 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili X12 tərəfindən X1hüquqlarını məhkəmədə müdafiə edilməsinə görə 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 03 saylı Vəkil Bürosunun (“xxxxxxxxxxxx” ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-151/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-151/2020
21.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver