Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-151/2022 25.08.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 03 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1970-ci ildə Ağcabədi rayonu, Qaradolaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Ağcabədi rayonu Qaradolaq kəndində qeydiyyatda olan və Bakı şəhərində müxtəlif ünvanlarda kirayə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin cibindən çıxarılmaqla özgənin əmlakını gizli yolla talayaraq oğurluq etməsi müəyyən olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını tamah niyyəti ilə gizli olaraq talamaq məqsədi ilə 24 fevral 2022-ci il tarixdə saat 16 radələrində, ünvan 3 ünvanında, “Biri Ofeka” adlı kafenin qarşısında uşaq arabasında azyaşlı qızını gəzdirən X1 arxadan yaxınlaşaraq, sonuncuya məxsus əynində olan qırmızı rəngli gödəkcənin sağ yan cibində saxladığı, üzərində 15 manat dəyərində qoruyucusu və 100 manat dəyərində ***-***-**-** saylı mobil nömrəsi olan, 3000 manat dəyərində, **********80592 İMEİ kodlu “İphone 13 Pro Max” markalı mobil telefonu cibindən çıxarmaqla gizli talayaraq, Ləman Hiiseynəliyevaya ümumilikdə 3115 (üç min yüz on beş) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək, o, əvvəllər oğurluq cinayəti törətdiyinə görə məhkumluğu olub. Sonuncu dəfə 2021-ci ilin oktyabr ayında cəzaçəkmə müəsisəsindən azad edilmiş və qeydiyyatda olduğu, ailəsinin yaşadığı Ağcabədi rayonu Qaradolaq kəndinə getmişdir. Bakı şəhərinə 2022-ci ilin fevral ayının 20-də gəlmişdir. 24 fevral 2022-ci il tarixdə təxminən saat 14 radələrində “Sahil” metrostansiyasından çıxmış və “Fəvvarələr” meydanı istiqamətinə getmişdir. X4 küçəsində dayanmış, həmin vaxt görmüşdür ki, küçə ilə iki qadın qarşıda, onların arxasıca isə bir nəfər əynində qırmızı gödəkcə olan qadın uşaq arabasında olan uşağı sürərək gedir. Qadının yanından keçən zaman əynində olan qırmızı rəngli gödəkcəsinin sağ cibində “İphone 13 Pro Max” markalı mobil telefonu olduğunu görmüşdür. O, qadının cibində olan telefonu oğurlamaq qərarına gəlmiş və arxası ilə gedərək əlini atıb cibindən telefonu çıxarmış və telefonu cibinə qoyub sonra onların yanından sakitcə ötüb keçmişdir. Həmin gün saat 17 radələrində telefonu satmaq üçün “20 yanvar” dairəsi yaxınlığına getmiş, iki nəfər 28-30 yaşlarında oğlan yol ilə gedirmişlər, yaxınlaşaraq oğurladığı “İphone 13 Pro Max” markalı telefonu bu şəxslərə göstərərək ehtiyacı olduğu üçün təcili olaraq telefonu 500 manata satmaq istədiyini demişdir. Danışdıqdan sonra 350 manata razılaşmışlar və oğurladığı “İphone 13 Pro Max” markalı mobil telefonu tanımadığı oğlanlara 350 manata satmışdır. Amma həmin şəxslərə telefonun oğurluq olmasını deməmiş, özünə məxsus olmasını bildirmişdir. 08 mart 2022-ci il tarixdə saat 18 radələrində “28 may” metrostansiyasının qarşısında olan zaman mülki formada polis əməkdaşları yaxınlaşaraq onu bölməyə aparmışlar, orada videogörüntünü ona göstərmişlər, o, görüntüdə olan şəxsin özü olduğunu bildirərək etdiyi cinayət əməlini etiraf etmişdir. Təqsirləndirilən şəxs son sözündə əməlindən səmimi peşman olduğunu və zərərçəkmiş şəxslə barışıq əldə etməsini nəzərə alınmasını xahiş edərək barəsində yüngül cəza tətbiq olunmasını xahiş etdi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, diskə baxış protokolu, ifadənin yerində yoxlanması protokolu və iş üzrə toplanmış digər istintaq sənədləri ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 24 fevral 2022-ci il tarixdə saat 15 radələrində baldızı, rəfiqəsi və azyaşlı qız ilə birlikdə gəzmək üçün “Tarqovu” adlanan Nizami küçəsinə getmişlər. Gəzən zaman özünə məxsus 3000 manat dəyərində olan, **********80592 İMEİ kodlu “İphone 13 Pro Max" markalı mobil telefonu azyaşlı qızına vermişdir. Bir qədər gəzişdikdən sonra mobil telefon qızının əlindən yerə düşdükdən sonra telefonu qızından alıb əynindəki qırmızı rəngli gödəkçənin sağ cibinə qoymuşdur. Saat təxminən 16 radələrində plastik kartından pul çıxartmaq üçün Səbail rayonu Y.Məmmədəliyev küçəsində yerləşən “Paşa Bank”ın bankomatına plastik kart vasitəsilə pul çıxartdıqdan sonra mobil telefonunun gödəkçəsinin cibində olmadığını aşkar etmişdir. Bundan sonra əl çantasını da axtarmış, lakin mobil telefonunu tapa bilməmiş və mobil telefonunun oğurlandığını başa düşüb bu barədə polisə məlumat vermişdir. Özünə məxsus mobil telefonu 2021-ci ilin oktyabr ayında nağd olaraq 3400 manata almış, telefonu 3 aydan artıqdır ki, işlətdiyini nəzərə alsa, mobil telefonun hazırkı bazar qiyməti 3000 manat, üzərindəki ***-***-**-** saylı mobil nömrənin qiyməti isə 100 manatdır. Mobil telefonunun üzərində 15 manat dəyərində qoruyucu olmuş, hadisə nəticəsində ona 3115 manat məbləğində maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs yazılı ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, DİO-da 2005-ci ildən, tutduğu vəzifədə 2021-ci ildən işləyir, polis mayorudur. xx.xx.2022-ci il tarixdə Abşeron rayonu Hökməli qəsəbəsi Qobu yolu nömrəsiz fərdi yaşayış evində yaşayan Zərərçəkmiş şəxs Azərbaycan Respublikası DİN-in 102 xidmətinə məlumat verərək, eyni zamanda Səbail RPİ-nin 9-cu PB-yə şikayət ərizəsi ilə müraciət edərək bildirmişdir ki. 24 fevral 2022-ci il tarixdə saat 15 radələrində azyaşlı qızı ilə birlikdə Səbail rayonu Nizami küçəsində gəzən zaman mobil telefonunu azyaşlı qızına vermiş, bir qədər gəzişdikdən sonra mobil telefon qızının əlindən yerə düşdükdə, telefonu qızından alıb əynindəki qırmızı rəngli gödəkçənin sağ cibinə qoymuşdur. Saat təxminən 16 radələrində plastik kartından pul çıxartmaq üçün Bakı şəhəri Səbail rayonu Y.Məmmədəliyev küçəsində yerləşən “Paşa Bank”a aid bankomata yaxınlaşmış, bankomatdan plastik kart vasitəsilə pul çıxardıqdan sonra mobil telefonunun gödəkçəsinin cibində olmadığını, naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. Tərəflərindən keçirilən əməliyyat axtarış tədbirləri zamanı Y.Məmmədəliyev küçəsi 44 ünvanında yerləşən obyektin qarşısında quraşdırılmış kameranın 24 fevral 2022-ci il tarixdə qeydə aldığı görüntülərə baxan zaman həmin küçədə uşaq arabasında uşaqla gedən Zərərçəkmiş şəxs bir nəfər ağ saçlı, arıq bədənli, 50-55 yaşlarında bir şəxsin araxadan yaxınlaşaraq, Zərərçəkmiş şəxs əynində olan qırmızı rəngli gödəkcənin sağ yan cibindən telefonu götürdüyü görüntülərini aşkar etmiş və həmin naməlum şəxsin tapılması istiqamətində əməliyyat axtarış tədbirləri keçirməyə başlamışdır. 08 mart 2022-ci il tarixdə Səbail RPİ-nin 39-cu polis bölməsi tərəfindən cibgirlikdə şübhəli kimi saxlanılmış Təqsirləndirilən şəxs ilə aparılan söhbət zamanı Zərərçəkmiş şəxs gödəkcəsinin cibindən telefonunu oğurlayan şəxsin özü olduğunu Təqsirləndirilən şəxs etiraf edərək, həmin telefonu “20 yanvar” dairəsi yaxınlığında tanımadığı şəxslərə 350 manata satdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində ifadəsi elan olunmuş Şahid1, ünvan 4 ünvanında ailəsilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun doğma dayısıdır. Dayısı Nagim etdiyi oğurluq cinayət əməllərinə görə davamlı cəzaçəkmə müəssisələrində olmuşdur. Sonuncu dəfə səhv etmirsə 2021-ci ilin oktyabr ayında buraxılmış, yaşadığı Ağcabədi rayonun Qaradolaq kəndində olmuşdur. Dayısı Nagimin nə zaman Bakı şəhərinə gəldiyini bilmir. 01 mart 2022-ci il tarixdə onun yaşadığı ünvan 5 ünvanına gəlmiş, onlarda olan zaman demişdir ki, şəhər tərəfdə dostu ilə birlikdə qalır, əvvəlki əməllərindən əl çəkib, pasport düzəltdirib Rusiya Federasiyasına işləmək üçün gedəcəkdir. Dayısı Nagim onlara iki-üç gündən bir çirkli paltarlarını gətirirmiş, təmizləndikdən sonra aparırmış. xx.xx.2022-ci il tarixdə polisdən onlara zəng vurub dayısı Təqsirləndirilən şəxs telefon oğurladığına görə tutulduğunu bildirmişlər. Dayısı Təqsirləndirilən şəxs onun yaşadığı ünvana gələn zaman Nagimdə bahalı telefon və yaxud hər hansı bir əşya olduğunu görəmiş, bu barədə Nagim ona nə isə deməyib, heç vaxt da deməzdi, çünki bilirmiş ki, bu barədə nə isə desə Nagimdən şübhələnər, bir daha Nagimi yaşadığı evinə buraxmaz və rayonda yaşayan doğmalarına bu barədə məlumat verərlər. Dayısı Təqsirləndirilən şəxs davamlı onlarda yaşamayıb. O, Nagimdən harada qaldığını soruşanda demişdir ki, şəhərdə dostu ilə birlikdə qalır, onlara isə ifadəsində qeyd etdiyi kimi 01 mart 2022-ci il tarixdə gəlmiş, 2-3 gündən bir çirkli paltarlarını gətirirmiş, təmizləndikdən sonra aparırmış. Məhkəmə iclasında iş materiallarında olan video görüntüyə baxış keçirilmiş və müəyyən edilmişdir ki, 24 fevral 2022-ci il tarixdə saat 16:25-də Zərərçəkmiş şəxs Y.Məmmədliyev küçəsi ilə uşaq arabasını sürərək piyada hərəkət edir. Onun əynində göy rəngli şalvar və qırmızı rəngli gödəkçə vardır. O, piyada hərəkət edən zaman bir nəfər əynində qara rəngli gödəkçə, qara rəngli şalvar, qara rəngli ayaqqabı, başında qara rəngli papaq, üzündə isə qara rəngli tibbi maska olan kişi cinsindən olan bir şəxs arxa tərəfdən ona yaxınlaşaraq, sağ əlini onun gödəkçəsinin sağ cibinə salaraq oradan mobil telefonu götürür və əynindəki şalvarın sağ cibinə qoyaraq yoluna davam edir. Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə qərara əsasən, Təqsirləndirilən şəxs 08 mart 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsində şübhə edilən şəxs qismində tutulmuşdur. Səbail Rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli 4(009)-72/2022 saylı qərarı ilə ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 08 mart 2022-ci il tarixdən hesablanmaqla 3 (üç) ay müddətinə həbs qətiimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPMnin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, video görüntünü və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin cibindən çıxarılmaqla özgənin əmlakını gizli yolla talayaraq oğurluq etməsi, yəni 177.2.5-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmiş və onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs: Bakı şəhər Əzizbəyov Rayon Məhkəməsinin 07 yanvar 2003-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib cərimə cəzasına, Bakı şəhər Nizami Rayon Məhkəməsinin 26 iyul 2004-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 177.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 4 (dörd) il azadlıqdan məhrum etmə cəzasına, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 10 iyun 2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Bakı şəhər Nizami Rayon Məhkəməsinin 10 iyun 2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il azadlıqdan məhrum etmə cəzasına, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 may 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 2 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016cı il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən Qaradağ Rayon Məhkəməsinin 20 sentyabr 2016-cı il tarixli qərarı ilə cəzası 6 (altı) ay azaldılmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 aprel 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs qəsdən törətdiyi əmələ görə Nəsimi Rayon Məhkəməsinin 03 aprel 2018-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirli bilinərək, 03 (üç) il müddətinə, həmin Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildiyini, hazırki cinayət hadisəsini isə 24 fevral 2022-ci il tarixində baş verdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində residiv müəyyən olunur və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən ona təyin ediləcək cəza təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin yarısından az olmamalıdır. Bu səbəbdən məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlində cinayətlərin residivinin olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən 83.3.3-ci maddəsinə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs hərəkətlərində cinayətin residivi yarandığı üçün ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci və 59.2ci maddələrinə əsasən Təqsirləndirilən şəxs əməlindən səmimi peşiman olmasını,zərərçəkmiş şəxslə barışıq əldə etməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, yaşını cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, zərərçəkmiş şəxsin onunla barışıq əldə etməsini, ona qarşı şikayətinin olmamasını, əvvəllər oxşar cinayətin törədilməsinə görə məhum olunmasını, məhkumluğunun ödənilməməsini və hal-hazırda residivinin müəyyən olunmasını, zərərçəkmiş şəxsin cibindən çıxarılmaqla özgənin əmlakını gizli yolla talayaraq oğurluq etməsi ilə bağlı cinayətin törədiləsində ittiham olunmasını, habelə cəzanı yüngüləşdirən halları və cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, cəmiyyətdən təcrid olunmadan Təqsirləndirilən şəxs islah olunması mümkün deyildir və islah olunması məqsədilə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Həmçinin məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 353.4.5 və 353.4.8ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməli və cəzasının əvvəli şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 08 mart 2022-ci il tarixdən hesablanmasını və barəsində seçilmiş həbs növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmənin əvvəli 08 mart 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri, 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə 180 (yüz səksən) manat pul vəsaiti dövlət büdcəsindən tutulub, Bakı şəhəri 3 saylı Vəkil Bürosunun “Kapital Bank”ın 1 saylı Səbail rayon filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-151/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-151/2022
25.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver