Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-152/2020 23.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmmədov Azər Rafiq oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X9 və onun vəkili və nümayəndəsi Nümayəndə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 və onun müdafiəçisi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X6 iştirakları ilə, X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X9 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X15 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırılmışdır ki,Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində, X8 xx xxxxxx 1948-ci il tarixli X17 Bəyannaməsində və xx xxxxxx 1966-cı iltarixli “Mülki və siyasi hüquqlar haqqında ”Beynəlxalq Paktda,“İnsan Hüquqlarının və X11 haqqında” Avropa Konvensiyasında (bundan sonra Konvensiyada) təsbit edilmiş şəxsi və ailə həyatına hörmət hüququ ilə əlaqədar olaraq qeyd olunur ki, hərkəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, hər hansı hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. İnsanın şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə sıx surətdə bağlı olan mənəvi, əxlaqi və sosial dəyərlər olduğuna görə bu dəyərlər dövlət tərəfindən müdafiə olunur. Konstitusiya fikir və söz, məlumat və yaradıcılıq azadlıqlarını həyata keçirərkən hər kəsdən qanunlara riayət etməsini və başqalarının hüquqlarına hörmətlə yanaşmasını tələb edir. Lakin, bir sıra hallarda bəzi şəxslər onlara verilmiş hüquq və azadlıqlardan sui-istifadə edərək başqalarının şərəf və ləyaqətini ləkələyən, onları nüfuzdan salan təhqir və böhtan xarakterli məlumatların kütləvi şəkildə yayılmasına yol verirlər. İşin faktiki halları: X5 müxtəlif sosial şəbəkələrdə məni, digər yüksək rütbəli zabitləri təhqir edərək böhtan atmaqdadır. Belə ki, Q.Mənsimzadə öz facebook profilində post paylaşaraq bildirmişdir ki, bu Cavadın nələr etdiyi bir tərəfə əsas peşələrindən biri Zakir Həsənov poliqonlara və cəbhə xəttinə “döyüşə” gedəndə yəni bir iki şəkil çəkdi getdi məsələn Yevlax Varvaradakı gölün üstündə yerləşən 50 ha ərazidə yerləşən villasına bu Cavadda Bakıdan ona “qızlar daşıyır”yəni bu adam villa tikə bilər, pulda yeyə bilər hətta paqonda taxa bilər amma axı biz onu “mama roza”kimi eşitmişik həmişə. Digər bir məqaləsində isə mənim rəis olduğum Mərdəkan Hərbi İstirahət evində şçilərin işə çıxmaması ilə bağlı hər bir işçinin ayda 100 manat mənə rüşvət verməsini, eyni zamanda Mərdəkanda Yesenin küçəsində yerləşən torpaq sahəsində özünə villa tikməyini və həmin villanı yoldaşının dayısının adına rəsmiləşdirilməyini göstərmişdir. Halbuki, o, deyilən yerdə villa tikməmiş, həmçinin də onun yoldaşının ümumiyyətlə dayısı yoxdur. Həmin postların altında isə müxtəlif şəxslər tərəfindən etikadan kənar nalayiq şərhlər yazılır. Dəfələrlə youtube vasitəsilə müxtəlif kanallarda çıxış edərək ona böhtan ataraq təhqir etmiş, hətta həmin çıxışlarında onu təhqir edərək əxlaqsızbelə adlandırmaqdan çəkinməmişdir. Qəhrəman Mənsimzadə bu əsassız ittihamları irəli sürərək onu və digər yüksək rütbəli zabitləri təhqir edərək və eyni zamanda CM-nin 311.1-ci və 188-ci maddələrin ağır cinayətdə ittiham etməklə böhtan ataraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-ci maddəsinin 2-ci hissəsinin və 148-ci maddəsinin tərkibini yaradan hərəkətləri törətmişdir. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx/xx/2014-cü il tarixli 3 № li qərarında deyilir «Məhkəmələrə tövsiyə edilsin ki, təhqir və böhtanla bağlı işlər üzrə təqsirləndirilən şəxslər barəsində cəza tədbiri seçərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətlərini səciyyələndirən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, ifadə azadlığının demokratik cəmiyyətin təməl sütunlarından biri olmasını və bununla bağlı Avropa Məhkəməsinin presedent hüququnu nəzərə alsınlar» Qəhrəman Mənsimzadə şəxsiyyətini səciyyələndirən, habelə cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin ağırlığını nəzərə alsaq qeyd etməliyik ki, Qəhrəman Mənsimzadə barəsində Azərbaycan Respublikası CM-nin 147.2. və 148-ci maddələri tətbiq edilməli və o məsuliyyətə cəlb olunaraq barəsində həbs növündə cəza təyin olunmalıdır. Göstərilənləri nəzərə alaraq X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X15 şikayətini müdafiə edərək X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin vəkili və nümayəndəsi Nümayəndə hüquqlarını müdafiə etdiyi X9 şikayətini müdafiə edərək X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində şikayət verilmiş şəxs X7 şikayətə etiraz edərək göstərmişdir ki, həmin şikayət əsassız olduğu üçün Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin tələbləri baxımından onun icraata götürülməsindən imtina edilməlidir. Belə ki, şikayətdə göstərilir ki, guya o, şikayətçinin ünvanına “mama roza” demişdir. Lakin, bu tam yanlış informasiyadır. Qeyd edilən ifadəni kiminsə barəsində işlətməyi o, özünə rəva görmür. İddia etdikləri halı təsdiq edən sübut kimi isə kimin səhifəsindən çıxarılması bəlli olmayan “facebook” çıxarışı məhkəməyə təqdim edilmişdir. Bildirir ki, iş materiallarına əlavə edilmiş “facebook” sosial şəbəkəsindən çıxarışlar ona məxsus səhifədən çıxarılmamışdır. Çünki ona məxsus olan “facebook” səhifəsinə müdaxilələr olduğu üçün o, öz səhifəsini uzun müddətdir ki, bağlamışdır. Həmçinin iddia edilir ki, guya o, onu rüşvət almaqda ittiham etmişdir. Lakin bu fikirlər də əsassızdır. Belə ki, o, kimisə konkret nədəsə ittiham etməmiş, yalnız kiminsə barəsində danışılan məsələlərə öz münasibətini bildirmişdir. Əgər kimisə konkret olaraq nədəsə ittiham etmişsə burada ona istinad edilən cinayət əməlinin tərkibi yoxdur. Azərbaycan Respublikasının CPM-nin 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmçinin bildirir ki, şikayətin məzmunu CPM-nin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun deyil. Belə ki, şikayətçi ümumi formada qeyd edir ki, onu təhqir etmiş və böhtan atmışdır. Lakin konkret olaraq onun söz və ifadələrinə istinad verərək fərqləndirmir ki, hansı söz və ifadələri ilə onu təhqir etmiş, hansı söz və ifadələri ilə isə ona böhtan atmışdır. Qeyd edir ki, onu CM-nin 188 və 311.1 -ci maddəsi ilə ittiham edərək böhtan atmışdır. Lakin, hansı sözlərə onun 188-ci, hansı sözlərlə isə 311.1-ci maddə ilə ittiham edilməsini fərqləndirməmişdir. Bundan əlavə şikayətçi CPM-nin tələblərinə əməl etməyərək şikayət ərizəsində doğulduğu ili, məşğuliyyət növünü, vəzifəsini, şikayətin verildiyi tarixi (il, ay və gün) və yeri qeyd etməmiş, həmçinin ona istinad etdiyi əməllərin onun harada, nə vaxt və necə törədilməsini dəqiq göstərməmişdir. Belə ki, ümumi şəkildə qeyd edir ki, “facebook” sosial şəbəkəsində onun tərəfindən təhqir edilmiş və ona böhtan atılmışdır. Lakin, “facebook” sosial şəbəkəsində onun barəsində olan paylaşımların hansı istifadəçi (sosial şbəkədə olan istifadəçi adı) tərəfindən edilməsi, həmin istifadəçinin anket məlumatları, paylaşılmış yazıların linkləri göstərilməmişdir. Əgər bunlar yoxdursa həmin paylaşmaların kim tərəfindən edilməsi şübhə altına alına bilər. Məlum məsələdir ki, hazırda saxta adlarla çoxsaylı profillər açılır və istifadə edilir. Eyni hal onun başına da gəlmiş və o, bununla bağlı DİN-nin 102 xidmətinə də məlumat vermişdir. Qanunvericiliyin tələbinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsi olsa da, o, öz vəzifəsini yerinə yetirmədən əsassız şikayətlə məhkəməyə müraciət etmişdir. Əvvəla məlum paylaşmaların məhz onun tərəfindən edilməsini təsdiq edən ilkin mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Təqdim edilmiş facebook çıxarışları isə mötəbər sübut kimi qəbul edilə bilməz. Yuxarıda qeyd etdiyi kimi həmin paylaşımlar saxta hesablardan edilib və onlar da çıxarılaraq məhkəməyə təqdim edilir. Həmçinin məlum paylaşmaların nə zaman edilməsi də şikayətdə öz əksini tapmır və göstərilmir. Bu hal isə məsuliyyətə cəlb etmə müddətinin müəyyən edilməsi baxımından olduqca zəruridir və mütləq şikayətdə göstərilməli idi. Qəhrəman Mənsimzadə qeyd etmişdir ki, şikayətə əlavə edilən “facebook” çıxarışındakı “Bu cavadın neler etdiyi bir tərəfə ............. amma axi biz onu MAMA ROZA kimi ewitmiwik hemiwe” sözlər onun tərəfindən yazılmamış, yazıların qarşısındakı olan profil şəkili onun deyil, onun profilində başqa şəkil yerləşdirilib. Onu da qeyd etmişdir ki, şikayətə əlavə edilən “facebook” çıxarışındakı “PS: Barəsində cinayət işi açılanlardan biri də Mərdəkandakı Hərbi istirahət evinin rəisi polkovnik-leytenant Cavad Nərimanovdur. Məndə olan məlumata görə xx xxxxxx 2020-ci il tarixində bir əmrlə 33 nəfər mülki şəxsi işdən azad edib. İşçilərinə deyib ki, barəsində cinayət işi açılıb və işi bir az yüngülləşsin deyənə onlardan xahiş edib ki, könüllü işdən çıxma haqqında ərizə yazsınlar. ...........................Deyilənə görə onların heç biri işə çıxmırdı və hər biri sənə öz maaşından 100 manat rüşvət verirdi. Görünür elə o pullarla zəbt etdiyin İstirahət Mərkəzinin ərazisində özünə villa tikmisən..Hazırlaş bu dəfə səni başqa “istirahət mərkəzinə” göndərəcəklər və gedib biraz istirahət edərsən, dalınca da himayədarların..” məzmunlu yazının müəllifi özüdür. Lakin bu ifadələri ona görə qeyd edib ki, Cavad Nərimanov və digər şəxslərin barəsində ou müraciəti əsasında cinayət işi başlanılmışdır. Həmçinin bildirir ki, Müdafiə Nazirliyinin bəzi vəzifəli şəxsləri, o cümlədən X15 tərəfindən qanunsuzluğa yol verilməsi barədə onun və başqa şəxslərin Baş prokurorluğa və digər dövlət orqanlarına ünvanladıqları şikayətlər əsasında artıq X14 Baş idarəsində cinayət işi başlanmışdır. Nəzərə almaq lazımdır ki, baş vermiş konkret qanun pozuntularına görə ayrı-ayrı dövlət orqanlarına edilmiş müraciət və şikayətlərdə yer alan söz və ifadələrə görə CM-nin 148-ci maddəsi ilə nəzərdə tutulmuş məsuliyyət yarana bilməz. Bu məsələ ilə bağlı Ali Məhkəmənin Plenum Qərarında da konkret yanaşma mövcuddur. Həmçinin qeyd etmişdir ki, o, uzun illər boyunca Azərbaycan Respublikası Silahlı Qüvvələrində Qüsursuz xidmət etmiş, polkovnik rütbəsinə qədər yüksəlmiş, elmi dərəcəsi var və hazırda ehtiyatdadır. O, həmişə dövləti, dövlətçiliyi, xalqı, Ali Baş Komandanın tərəfində olmuş, fəaliyyəti yalnız şəffaflıq, dürüstlük prinsipləri əsasında həyata keçirmiş, hər zaman dövlətə, dövlətçiliyə və Ali Baş Komandana bağlı olmuşdur. Göstərilənləri nəzərə alaraq onun Azərbaycan Respublikasının CM-nin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməyinə dair X9 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş barəsində şikayət verilmiş şəxsin müdafiəçisi X10 şikayətə etiraz edərək, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X9 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilməsindən imtina edilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, toplanmış materiallara hüquqi qiymət verərək hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Məhkəmə qeyd edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayət o zaman əsaslı hesab edilə bilər ki, şikayətdə istinad olunan əməlin həqiqətən törədildiyi, həmin əməlin cinayət tərkibinin əlamətlərini özündə əks etdirdiyi, eləcə də qeyd olunan əməlin barəsində şikayət verilən şəxs tərəfindən törədildiyi müvafiq mötəbər sübutlarla əsaslandırılsın. Odur ki, şikayətdə göstərilənlər müvafiq sübutlarla təsdiqlənmirsə, belə şikayət əsassız hesab edilməlidir. Bu mənada, Cavad Nərimanov şikayət ərizəsində X2 onu təhqir etməsini və böhtan atmasını göstərsə də, o, yalnız şikayətinə dörd“facebook”sosial şəbəkəsindən çıxarışı əlavə etmişdir ki, həmin çıxarışlarda olan mətnlərin Qəhrəman Mənzimzadə tərəfindən yazılmasına dair heç bir sübut şikayətə əlavə edilməmişdir. Bundan əlavə şikayət ərizəsində X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi xahiş edilsə də, təhqir və böhtan xarakterli əməllərin konkret olaraq hansı söz və ifadələrdən ibarət olması göstərilməmişdir. Yəni barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin hansı hərəkətləri ilə Azərbaycan Respublikasının CM-nin 147-ci maddəsi, hansı hərəkətləri ilə isə Azərbaycan Respublikasının CM-nin 148-ci maddəsi ilə nəzərdə tutulmuş əməlləri törətməsini fərqləndirməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya hər hansı şəxsə və ya şəxslərə sosial şəbəkələr vasitəsi ilə göndərilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması o, zaman sübuta yetirilər ki, həmin səhifənin həqiqətən də, barəsində şikayət verilmiş şəxsə məxsus olması (onun tərəfindən yaradılması və istifadə edilməsi) sübuta yetirilmiş olsun. Hazırki iş üzrə isə bu hal araşdırma zamanı öz təsdiqini tapmamışdır. Göründüyü kimi şikayət ərizəsində X4 istinad edilən əməllərdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələrinin tərkib əlamətləri müəyyən edilməmişdir. Belə ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2014cü il tarixli Qərarının 5-ci bəndində göstərilir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin CM-nin 147.2 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Həmin qərarın 5-ci bəndinə əsasən böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147.2 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. - Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Azərbaycan Respublikasının Baş prokuroru yanında X14 Baş İdarəsinin İstintaq idarəsinin rəisi Fərid Nağıyevəin imzaladığı xx.xx.2020-ci il tarixli X4 ünvanladığı məktubda göstərilmişdir ki, “Sizin Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin vəzifəli şəxsləri tərəfindən qanunsuz hərəkətlərə yol verilməklə Müdafiə Nazirliyinin balansında olan torpaq və mənzil sahələrinin ələ keçirilməsi, eləcə də bu kimi digər xüsusatlar barədə Azərbaycan Respublikasının Baş prokurorluğuna və digər dövlət orqanlarına göndərdiyiniz müraciətləriniz əsasında aparılmış araşdırma zamanı toplanmış materiallar üzrə xx xxxx 2020-ci ildə fakta görə Azərbaycan Respublikası CM-nin 308.2-ci maddəsi ilə cinayət işi başlanaraq işin ibtidai istintaqın aparılması Baş prokuroru yanında X14 Baş İdarəsinin İstintaq idarəsinə tapşırılmışdır.” Qeyd olunan məktubdan görünür ki, Cavad Nərimanovun şikayətində qeyd edilən xususatlarla bağlı, yəni Qəhərəman Mənsimzadənin “facebook” sosial şəbəkəsində Cavad Nərimanovun işlədiyi yerdə korrupsiya hallarına yol verməsi halları ilə əlaqədar Baş prokuroru yanında X14 Baş İdarəsinin İstintaq idarəsində cinayət işinin istintaqı aparılır. Görünür ki, cinayət işi Qəhrəman Mənsimzadənin müvafiq dövlət orqanlarına ünvanladığı müraciətlər əsasında başlanılmışdır. Məhkəmə hesab edir ki, Qəhrəman Mənsimzadənin “ facebook” sosial şəbəkəsindəki çıxışı məhz Baş prokuroru yanında X14 Baş İdarəsinin İstintaq idarəsində istintaqı aparılan cinayət işi ilə bağlı olduğundan bu xususat hazırkı mərhələdə xüsusi ittiham qaydasında cinayət təqibinin araşdırma predmeti ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət forma və məzmunca Azərbaycan Respublikasının CPM-nin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun tərtib edilmədiyidən, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadığından və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədiyindən məhkəmə baxışının keçirilməsindən imtina edilməli və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda, 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda, 302.1.7-ci maddəsinə əsasən isə şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri cinayət məsuliyyətinə cəlb olunmasına dair X9 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Cinayət‑Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193, 302.1.3, 302.1.6 və 302.2.3-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X9 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili X10 tərəfindən X3 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 03 saylı vəkil bürosunun “xxxxxxxxxxxx” ASC-nin Səbail rayon filialındakı (kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-152/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-152/2020
23.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver