Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-152/2021 16.07.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Müdafiəçi X7-Zəki qızının, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Füzuli şəhərində anadan olmuş, Azərbaycan Respulikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs oğlu satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən külli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 4,524 qram olan qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hcroini əldə edib, əynindəki qara rəngli qış gödəkçəsinin sağ iç döş cibində saxlamaqla daşımış, Səbail RPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 04 fevral 2021-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci Yaşayış Massivi, 1 ünvanında yerləşən, “Bazar store” mağazasının yaxınlığında saxlanılaraq Səbail RPİ-nin inzibati binasına aparılmış, orada üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki qara rəngli qış gödəkçəsinin sağ iç döş cibindən bir ədəd bükümdə təmiz çəkisi 4,524 qram olan qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs oğlu ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 04.02.2021-ci il tarixdə, günorta saat 14:00-15:00 radələrində Yasamal rayonu, Şərifzadə küçəsində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsi görmüş və onda narkotik maddə olan “kokos” olub-olmamasını soruşmuşdur. Həmin şəxs yarım saat sonra 75 manatlıq dəyərində içərisində “kokos” olan bükülünü həmin küçədə olan “Su Zapravkası”nın yanındakı ağacın altına qoyacağını demiş və həmin ağacı göstərmişdir. O, 75 manatı həmin şəxsə vermişdir. Təxminən 30 dəqiqə sonra o, həmin ağaca yaxınlaşmış və həmin ağacın dibinə atılmış, içərisində “kokos” adlanan narkotik maddə olan selofan bükümü götürmüş və əynindəki qara gödəkçənin sağ iç döş cibinə qoyub, oradan uzaqlaşmışdır. Sonra o, taksiyə əyləşib Səbail rayonu, Badamdar qəsəbəsinə gəlmiş və Badamdar şossesində yerləşən “Bazarstore” mağazasının qarşısında avtomobildən enib piyada gedərkən 3 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq, polis əməkdaşları olduqlarını bildirmiş və həmin şəxslərlə birlikdə Səbail rayon polis idarəsinə getməyini bildirmişlər. O, polis əməkdaşları ilə birlikdə Polis İdarəsinə getmişdir. Bundan sonra idarədə yerləşən otaqların birində həmin 3 nəfər polis əməkdaşlarının və dəvət olunmuş vəkilin iştirakı ilə mobil telefonla videoçəkiliş aparılmaqla üzərində olan əşyaları çıxarıb, masanın üstünə könüllü qoymağı təklif ediləndə, o, əynindəki qara rəngli gödəkçənin sol yan cibindən 1 (bir) ədəd mobil telefonunu, həmin gödəkçənin sağ iç döş cibindən üzərində “Sobranie” yazısı olan 1 (bir) qutu siqaretini və 1 (bir) ədəd şəffaf selofan bükümü, sonra əynindəki tünd boz rəngli şalvarının sol yan cibindən kağız əskinaslardan ibarət pulunu masanın üzərinə qoyduqdan sonra, “Samsung J 4 Plus”markalı mobil telefonu könüllü təqdim etmişdir. Üzərindən aşkar olunmuş 1 (bir) ədəd şəffaf bükimdəki vasitə ekspertizaya göndərmək məqsədilə ağ zərfə qoyularaq ağzı bağlanmışdır. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır və narkotik vasitəni öz istifadəsi üçün əldə etmiş və bu məqsədlə üstündə saxlamışdır. Törətdiyi əməldan peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 04.02.2021-ci il tarixdə “Ruslan” adlı şəxsin Səbail rayonu, Badamdar qəsəbəsi,1-ci Yaşayış massivi 1 ünvanında yerləşən “Bazarstore” mağazasının yaxınlığında narkotik maddələrdən istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Səbail RPİ-nin CAŞ-ın kiçik inspektorları Şahid2 və Şahid3 iştirakı ilə əməliyyat qrupu yaradılmış və əməliyyat-axtarış tədbirləri keçirilərək 04.02.2021-ci il tarixdə saat 17:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 1 ünvanında yerləşən “Bazarstore” mağazasının yaxınlığında “Ruslan” adlı şəxs müəyyən edilmiş və Səbail RPİyə gətirilmişdir. Polis idarəsində məlum olmuşdur ki, həmin şəxs xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxsdur. İdarədə olarkən xidməti otaqların birində onun, Səbail RPİ-nin Cinayət axtarış şöbəsinin kiçik inspektorları Şahid3 və Şahid2, həmçinin vəkilin iştirakı ilə videoçəkiliş aparılaraq Təqsirləndirilən şəxs şəxsi axtarışı həyata keçirilmişdir. Şəxsi axtarış zamanı Ruslan Şiikürlüyə paltarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş əşyaları könüllü surətdə verməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sol yan cibindən 1 (bir) ədəd mobil telefonu, həmin gödəkçənin sağ iç döş cibindən üzərində “Sobranie” yazısı olan 1 (bir) qutu siqareti və 1 (bir) ədəd şəffaf selofana bükülmüş bükümü, sonra əynindəki tünd boz rəngli şalvarının sol yan cibindən kağız əskinaslardan ibarət pulu masanın üzərinə qoyduqdan sonra, mobil telefonun “Samsung J 4 Plus” markalı olduğunu və özünə məxsus olduğunu bildirmişdir. Daha sonra şəffaf sellofan bükümü açaraq həmin bükümün içərisində “kokos” adlandırdığı maddənin narkotik maddə olmasını demişdir. Həmin bükülü kağız zərfdə qablaşdırılmış və möhürlənmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən dövriyyəsi qadağan olunmuş hər hansı əşya aşkar olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və Şahid2 Şahid1 dediklərini təsdiq edərək analoji ifadələr vermişlər. İş materiallarında olan 04 fevral 2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlu 04 fevral 2021-ci il tarixdə saat 17:50də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 04 fevral 2021-ci il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs paltarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş əşyaları könüllü surətdə verməsi təklif olunur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sol yan cibindən 1 (bir) ədəd mobil telefonu, həmin gödəkçənin sağ iç döş cibindən üzərində “Sobranie” yazısı olan 1 (bir) qutu siqareti və 1 (bir) ədəd şəffaf selofana bükülmüş bükümü, sonra əynindəki tünd boz rəngli şalvarının sol yan cibindən kağız əskinaslardan ibarət pulu masanın üzərinə qoyduqdan sonra, mobil telefonun “Samsung J 4 Plus” markalı olduğunu və özünə məxsus olduğunu bildirir. Daha sonra şəffaf selofana bükülmüş bükülünü açaraq həmin bükümün içərisində “kokos” adlandırdığı maddənin narkotik maddə olmasını deyir. Həmin bükülü kağız zərfdə qablaşdırılır və möhürlənir. Bundan başqa Ruslan Şiikürlünün üzərindən dövriyyəsi qadağan olunmuş hər hansı əşya aşkar edilmədi. Şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman çəkilmiş video görüntünün əks olunduğu disk protokola əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 05 fevral 2021-ci il tarixli 6/508 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı götürülmüş....” yazısı olan zərfdəki l(bir) ədəd bükümdə, təmiz çəkisi 4,524 qr olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. Tədqiqatın dəyəri 114 (bir yüz on dörd) manatdır. İş materiallarında olan “narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlənin geri qaytarılmasına dair 05 fevral 2021-ci il tarixli aktdan görünür ki, AR DİN Səbail RPİ-nin TŞ-si tərəfindən bir ədəd zərfdə 4,524 qram maddə qəbul edilmiş, 0,1 qram nümunə götürülmüş, 4,424 qram maddə geri qaytarılmışdır. İş materiallarında olan 06 fevral 2021-ci il tarixli “axtarış və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlunun yaşadığı Abşeron rayonu, Qobu qəsəəsi, “Kərpiczavod” adlanan ərazidə yerləşən öz tikili evdə axtarış və götürmə aparılmış, axtarış və götürmə zamanı qanunla dövriyyəsi qadağan olunmuş əşya və ya predmet, eləcə də iş üzrə sübut əhəmiyyəti kəsb edəcək heç nə aşkar edilməmişdir. İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmə barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlu 06 fevral 2021-ci il tarixdə iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Qərar ona 06 fevral 2021-ci il tarixdə saat 14:30-da elan edilmişdir. İş materiallarında olan Səbail Rayon Məhkəməsinin 4(009)-59/2021 saylı 06 fevral 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs oğlu barəsində 03 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəlinin 04 fevral 2021-ci il tarixdən hesablanması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsinin 16 fevral 2021-ci il tarixli tələbnaməsindən görünür ki, xx xxxxxx 1994-cü ildə Füzuli şəhərində anadan olmuş Təqsirləndirilən şəxs oğlu:
1. Binəqədi Rayon Məhkəməsinin 13 aprel 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 500 manat cərimə cəzasına məhkum edilmişdir.
2. Binəqədi Rayon Məhkəməsinin 05 aprel 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan 01.04.2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması barədə olan diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, diskin içərisində 01 ədəd videofayl vardır. Video-diskdə olan video-fayl açılaraq baxılan zaman müəyyən olundu ki, Səbail RPİ-nin cinayət-axtarış şöbəsinin əməliyyat müvəkkili Şahid1, cinayətaxtarış şöbəsinin kiçik inspektoru Şahid2, 3 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, cinayət- axtarış şöbəsinin kiçik inspektoru Şahid3 tərəfindən videoçəkiliş aparılmaqla, Səbail RPİ-nin TŞ-nin təhqiqatçısı Cəlil Əsədov tərəfindən Təqsirləndirilən şəxs şəxsi axtarışı həyata keçirilir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs paltarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş əşyaları könüllü surətdə verməsi təklif olunur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sol yan cibindən 1 (bir) ədəd mobil telefonu, həmin gödəkçənin sağ iç döş cibindən üzərində “Sobranie” yazısı olan 1 (bir) qutu siqareti və 1 (bir) ədəd şəffaf selofana bükülmüş bükümü, sonra əynindəki tünd boz rəngli şalvarının sol yan cibindən kağız əskinaslardan ibarət pulu masanın üzərinə qoyduqdan sonra, mobil telefonun “Samsung J 4 Plus” markalı olduğunu və özünə məxsus olduğunu bildirir. Daha sonra şəffaf selofana bükülmüş bükülünü açaraq həmin bükümün içərisində “kokos” adlandırdığı maddənin narkotik maddə olmasını deyir. Həmin bükülü kağız zərfdə qablaşdırılır və möhürlənir. Bundan başqa Ruslan Şiikürlünün üzərindən dövriyyəsi qadağan olunmuş hər hansı əşya aşkar olunmur. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 07 aprel 2021-ci il tarixli 998 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi nəticələnən Narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 6 X6 Cəzaçəkmə Müəssisəsinin 23 iyun 2021-ci il tarixli 17/46-519 saylı məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs xx.xx.1994-cü ildə ildə Füzuli şəhərində anadan olmuş, AR vətəndaşı, subay, natamam orta təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 6 ünvanında qeydiyyatda olmuş və Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi. Ruslan Allahvediyev küçəsi yeni tikilidə yaşamış, Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 05.04.2018-ci il tarixli hökmü ilə AR CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirli bilinərək 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir, cəzasının əvvəli: 09.09.2017, cəzasının sonu: 09.03.2022. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 15.09.2020-ci il tarixli qərarı ilə cəzasının qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmiş və 06.10.2020-ci il tarixdə 14 saylı cəzaçəkmə müəssisəsindən 6 X6 cəzaçəkmə müəssisəsinə gətirilərək qeydiyyata götürülmüşdür. Məhkum Təqsirləndirilən şəxs 04.02.2021-ci il tarixədək ona təyin olunmuş cəza müddətinin 03(üç) il 04(dörd) ay 05(beş) gün hissəsini çəkmişdir. Çəkilməmiş cəza müddəti 01(bir) il 01(bir) ay 05(beş) gün olmuşdur. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımağa görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs oğlunun törətdiyi cinayət əməli onun özünün etirafı, şahidlərin ifadələri, ekspertizaların rəyləri, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs oğlunun əməlini etiraf etməsini, əməlindən peşman olmasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Müəyyən edilmişdir ki, Binəqədi Rayon Məhkəməsinin 05 aprel 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 15.09.2020-ci il tarixli qərarı ilə cəzasının qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmiş və 06.10.2020-ci il tarixdə 14 saylı cəzaçəkmə müəssisəsindən 6 X6 cəzaçəkmə müəssisəsinə gətirilərək qeydiyyata götürülmüşdür. Məhkum Təqsirləndirilən şəxs 04.02.2021-ci il tarixədək ona təyin olunmuş cəza müddətinin 03(üç) il 04(dörd) ay 5(beş) gün hissəsini çəkmiş, 01 (bir) il 01(bir) ay 05(beş) gün çəkilməmiş cəza müddəti qalmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə Cinayət Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs oğlunun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. (Cinayət Məcəllənin 67.4-cü maddəsi). Məhkəmə hesab edir ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 aprel 2018ci il tarixli, 1(001)-189/2018 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş 01 (bir) il 01 (bir) ay 05 (beş) gün azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək Təqsirləndirilən şəxs qəti olaraq azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli 04 fevral 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş materiallarında olan 04 (dörd) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut olan Səbail rayon Polis İdarəsində saxlanılan 4,424 qram heroin məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 114 (bir yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 aprel 2018-ci il tarixli, 1(001)-189/2018 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş 01 (bir) il 01 (bir) ay 05 (beş) gün azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkmə müddətinin əvvəli 04 fevral 2021-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan 04 (dörd) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan - Səbail rayon Polis İdarəsində saxlanılan 4,424 qram heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci –114 (bir yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Mərkəzi Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X2 Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X7-Zəki qızı tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 300 (üç yüz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsindən tututlaraq Bakı şəhəri 3 saylı vəkil bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesab AZ37NABZ013501**********1944, 3 saylı Vəkil Bürosu VÖEN **********, İBAN AZ75AİİB********************) bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Sədrlik edən Günel Səmədova