Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-152/2023 18.08.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3, Müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta ixtisas təhsilli, «ESS» Support Services şirkətində aşbaz köməkçisi işləyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci MKR, X4 küçəsi 1 ünvanında qeydiyyatda olan, faktiki olaraq ünvan 2 ünvanında kirayədə yaşayan, xx.xx.2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qanunsuz olaraq döyüş sursatını əldə edərək üzərində daşımaqla gəzdirmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən 01 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1975-ci ildə istehsal olunmuş 7,62x54 mm kalibrli olmaqla, həmin kalibrli kalaşnikov konstruksiyalı pulemyotlardan (PK) və Mosin Konstruksiyalı karabindən atəş açmaq üçün nəzərdə tutulmuş, döyüş sursatı hesab olunan və atəş üçün yararlı ştat patronunu qanunsuz olaraq əldə edərək üzərində gəzdirmiş, 29 noyabr 2022-ci il tarixdə «ESS» Support Services şirkətində aşbaz köməkçisi kimi işə çıxmaq üçün «Günəşli» neft-qaz buruğuna getməmişdən öncə, həmin tarixdə saat 05:39-da Bakı şəhəri, Səbail rayonunda yerləşən Dəniz vağzalına daşımış, orada olan terminalda daxili rejim qaydalarına əsasən “BP şirkətinin “Titan-D” mühafizə xidmətinin əməkdaşları tərəfindən üzərinə baxış keçirilərkən ondan 01 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1975-ci ildə istehsal olunmuş 7,62x54 mm kalibrli olmaqla, həmin kalibrli kalaşnikov konstruksiyalı pulemyotlardan (PK) və Mosin Konstruksiyalı karabindən atəş açmaq üçün nəzərdə tutulmuş, döyüş sursatı hesab olunan və atəş üçün yararlı ştat patronu aşkar edilmişdir. Bununla da o, Azərbaycan Respublikası CM-nin 228.1- ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamla təqsirli bilməyərək göstərmişdir ki, 26 noyabr 2022-ci il tarixdə təxminən axşam saatlarda yaşadığı binanın həyətində patron tapmış və həmin patronu daha sonra zibilə atmaq üçün götürüb pul kisəsinin içərisinə qoymuşdur. Lakin, sonradan şəxsi işlərinə başı qarışdığı üçün tapdığı həmin patronu atmağı unutmuşdur. 29 noyabr 2022-ci il tarixdə səhər saat 05 radələrində işə getmək üçün Dəniz Vağzalının arxa hissəsində yerləşən 2-ci terminala qeydiyyat üçün yaxınlaşmışdır. Orada mühafizəçilər platformalara gedən əməkdaşların çantalarını və üst-başlarını yoxlayırdılar. Yoxlanışdan keçən zaman mühafizəçi ondan özünə məxsus əşyaları skan aparatına qoymağını tələb etmiş, o, da qeyd olunan əşyalarını skan aparatına qoymuşdur. Əşyalar aparatdan keçdikdə mühafizəçi qadın əşyalarında patron olduğunu demişdir. İlk öncə bunu başa düşməsə də sonra yadına düşmüşdür ki, 26 noyabr 2022-ci il tarixdə yaşadığı evin həyətindən tapdığı avtomat patronunu pul kisəsinə qoymuşdur. Bu zaman qadın əməkdaş digər mühafizəçiləri dəvət edib birlikdə onun pul kisəsinə baxış keçirərək həmin avtomat patronunu götürmüşlər. Əməkdaşlar tərəfindən ora dəvət edilmiş polis əməkdaşının iştirakı ilə müvafiq akt tərtib olunmuş, sonra onun özünü və gülləni polis əməkdaşına təqdim etmişlər. Patronu saxlamağa fikri olmamışdır, onu atmaq üçün yerdən götürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, “BP” şirkətinin “Titan-D” mühafizə xidmətində mühafizəçi işləyir. 29 noyabr 2022-ci il tarixdə saat 05 radələrində xidmətdə olarkən “Rəşid Behbudov” gəmisi ilə Xəzər dənizində yerləşən “Günəşli” neftqaz buruğuna gedəcək sərnişin Təqsirləndirilən şəxs çantası və pul kisəsini “X-RAY” skan aparatından keçirilərkən görüntüdə həmin əşyalardan birinin içərisində güllə olmasını müşahidə etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi əşyaların birinin içərisində güllə olduğunu demiş və ondan bu barədə soruşmuşdur. Elmin əvvəl çaşıb qalmış, lakin anında xatırlayıb pul kisəsinin içərisində həqiqətən də bir ədəd güllə olduğunu bildirmişdir. Özü dərhal digər mühafizəçilərə bu barədə məlumat vermiş, iş yoldaşları Şahid4 və Şahid3 iştirakları ilə Təqsirləndirilən şəxs məxsus pul kisəsinə baxış keçirərək bir ədəd güllə aşkar etmişlər. Dərhal hadisə haqqında Dəniz vağzalında xidmət aparan polis əməkdaşlarına məlumat vermiş və Təqsirləndirilən şəxs güllə aşkarlanmasına dair müvafiq akt tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş «BP» şirkətinin «Titan-D» mühafizə xidmətinin mühafizəçiləri Şahid4 və Şahid3, Şahid2 verdiyi ifadəyə uyğun ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Su NPİ-nin Bakı BDTL-da XPB-nin Post Patrul manqasının polis nəfəri, polis baş serjantı, Dəniz Vağzalında XPM-nə ezam olunmuş Şahid1 ifadəsində göstərmişdir ki, 29 noyabr 2022-ci il tarixdə səhər saat 05 radələrində xidmətdə olarkən «BP» şirkətinin «Titan-D» mühafizə xidmətində işləyən mühafizəçilər onu “BP" şirkətinin terminalına dəvət etmişlər. Həmin terminala getmiş və orada mühafizəçilər ona bildirmişlər ki, «Rəşid Behbudov» gəmisi ilə Xəzər dənizində yerləşən «Günəşli» neft-qaz buruğuna gedəcək sərnişin Təqsirləndirilən şəxs üstünə baxış keçirərkən ona məxsus pul kisəsindən bir ədəd avtomat gülləsinə oxşar güllə aşkar edilmişdir. Bununla bağlı «BP» şirkətinin «Titan-D» mühafizə xidmətinin mühafizəçiləri Şahid2, Şahid4. Şahid3 və Təqsirləndirilən şəxs iştirakları ilə akt tərtib edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ona təqdim olunmuş və bununla bağlı dərhal Su nəqliyyatında polis idarəsinin növbətçi hissəsinə məlumat vermiş, o cümlədən də Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsi üçün raportla rəhbərliyə müraciət etmişdir. İş materiallarında olan cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 30 noyabr 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. İş materiallarında olan 29 noyabr 2022-ci il tarixli aktdan görünür ki, 29 noyabr 2022-ci il tarixdə saat 05:39-da Dəniz Vağzalında yerləşən 2-ci terminalda xidmət aparan Şahid2 “Rəşid Behbudov” gəmisi ilə Xəzər dənizində yerləşən “Günəşli” neft-qaz buruğuna gedəcək sərnişin Təqsirləndirilən şəxs üstünə və şəxsi əşyalarına baxış keçirərkən onun əlində olan pul kisəsinin içərisindən 1 (bir) ədəd avtomat gülləsi aşkar etmişdir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 29 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 noyabr 2022-ci il tarixdə, saat 09:30-da Azərbaycan Respublikası CM- nin 228.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan şübhəli şəxsin üzərinə şəxsi axtarış, baxış keçirmə və götürmə” haqqında 29 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Su nəqliyyatında polis idarəsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və əşyalarına baxış keçirilmiş, Təqsirləndirilən şəxs üzərində və çantasında qadağan edilmiş əşyaların olmadığını bildirmişdir. Ona təqdim olunmuş 1 ədəd avtomat gülləsini göstərərək bildirmişdir ki, 29 noyabr 2022-ci il tarixdə saat 05:39-da Dəniz Vağzalında yerləşən 2-ci terminalda “Rəşid Behbudov” gəmisi ilə Xəzər dənizində yerləşən “Günəşli” neft-qaz buruğuna gedərkən «Titan-D» mühafizə xidmətinin mühafizəçiləri tərəfindən üstünə və şəxsi əşyalarına baxış keçirərkən əlində olan pul kisəsinin içərisindən aşkar edilmişdir. Aşkar edilmiş 1 ədəd avtomat gülləsi zərfə qoyularaq möhürləndi. İş materiallarında olan Azərbaycan Respublikası DİN Kriminalistik Tədqiqatlar İdarəsinin məhkəmə-ballistik ekspertizasının 29 noyabr 2022-ci il tarixli, 22/719R saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd patron, zavod üsulu ilə keçmiş SSRİ-də 1975-ci ildə istehsal olunmuş 7,62x54 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı pulemyot (PK) və Mosin konstruksiyalı karabindən atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronudur, döyüş sursatı hesab olunur və atəş üçün yararlıdır. İş materiallarında olan diskə baxış keçirilməsi haqqında 30 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində yoxlama zamanı 01 ədəd güllənin aşkar edilməsi anının qeydə alındığı video görüntünü əks etdirən 01 ədəd diskə baxış keçirilərək «BP» şirkətinin «Titan-D» mühafizə xidmətində işləyən mühafizəçilər tərəfindən Təqsirləndirilən şəxs şəxsi əşyaları yoxlanılarkən bir ədəd patronun aşkarlanması təsdiq olunur. İş materiallarında olan ifadənin yerində yoxlanması haqqında 30 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Qədirov X2 rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 28-ci Məhəllə, ev 14. mənzil 45 ünvanında yerləşən evinin qarışında həmin gülləni taparaq pul kisəsinin içərisinə qoyduğunu bildirdiyi yeri göstərmişdir. İş materiallarında olan axtarış aparılması haqqında 30 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında yerləşən mənzilində axtarış aparılmış və mənzildə qanunla qadağan olunmuş hər hansı əşya aşkar olunmamışdır. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərardan görünür ki, 30 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Qərar ona 30 noyabr 2022-ci il tarixdə, saat 16:50-də elan olunmuşdur. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında 30 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilmişdir. Qərar ona 30 noyabr 2022-ci il tarixdə 20:10-da elan edilmişdir. İş materiallarında olan əşyaların maddi sübut kimi tanınması haqqında 01 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd 7,62x54 mm kalibrli patron sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün Su NPİ-nin Növbətçi hissəsinə təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 05 dekabr 2022ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN BƏSİİ-nin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarına əlavə edilmiş 11 saylı MTSİİTS-nin tərəfindən verilmiş arayışdan görünür ki, Qədirov X2 rayonu, Xırdalan şəhəri, 28-ci Məhəllə, ev 14, mənzil 45 ünvanında qeydiyyatdadır, yaşadığı müddət ərzində onun barəsində heç bir şikayət ərizəsi daxil olmamışdır. İş materiallarında olan təqdim edilmiş əşyanın götürülməsi haqqında 22 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, “Titan-D” mühafizə xidmətinin növbə rəisi vəzifəsində işləyən X3 təqdim etdiyi 29 noyabr 2022-ci tarixdə Təqsirləndirilən şəxs üzərində yoxlama zamanı 01 ədəd güllənin aşkar edilməsi anının qeydə alındığı video görüntünü əks etdirən 01 ədəd disk iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X5 xx.xx.2022-ci il tarixli, 12542 saylı məktubundan görünür ki, xx.xx.1991-ci il təvəllüdlü, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci MKR, X4 küçəsi 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmamışdır. İş materiallarında olan АО № ******* saylı hərbi biletin surətindən görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmətə yararlıdır, xx.xx.2009-cu il tarixdə hərbi xidmətə göndərilmiş və xx.xx.2011-ci il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs xx.xx.2011-ci il tarixdən sonra hərbi xidmətdə olmamışdır. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də, şahidlərin ifadəsi, maddi sübutlar və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin qeyd edilən qaydada ifadə verməsini və ona qarşı elan olunmuş ittihamda özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin belə ifadə verməsi məsuliyyətdən yayınmaq məqsədilə verilmiş ifadədir, onun bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, ibtidai istintaq və məhkəmə baxışı zamanı üzərinə düşən cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, məhkəmə iclasındakı davranışını, işin digər mühüm və diqqətə layiq halların, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan islah işləri növündə cəzaya məhkum edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan islah işləri cəzası cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 29 noyabr 2022-ci il tarixdən, saat 09:30-dan, 30 noyabr 2022-ci il, saat 16:50-dək, yəni 01 (bir) gün həbsdə olması Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə dörd gün hesabı ilə hesablanmaqla, 04 (dörd) gün ona təyin olunacaq cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Cəza çəkmə müddətinin əvvəli onun qazancından tutulmalar aparıldığı gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmə haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan X6 İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan zavod üsulu ilə istehsal edilmiş 7.62x54 mm kalibrli olmaqla Kalaşnikov konstruksiyalı pulemyotlardan və Mosin konstruksiyalı karabindən atəş açmaq üçün yararlı 01(bir) ədəd ştat patron məhv edilməlidir. İş üzrə maddi sübut olan 04 (dörd) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356,358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qazancından 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01(bir) il müddətə islah işləri cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 29 noyabr 2022-ci il tarixdən 30 noyabr 2022-ci il tarixədək tutulduğu 01 (bir) gün müddət 04 (dörd) gün islah işləri cəzasına bərabər tutularaq, 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla, ona qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə islah işləri cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs oğlunun qazancından dövlət nəfinə ilk məbləğinin tutulduğu tarixdən hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan X6 İdarəsində maddi sübutların saxlanc anbarında saxlanılan zavod üsulu ilə istehsal edilmiş 7.62x54 mm kalibrli olmaqla Kalaşnikov konstruksiyalı pulemyotlardan və Mosin konstruksiyalı karabindən atəş açmaq üçün yararlı 01(bir) ədəd ştat patron məhv edilsin. İş materiallarda olan 04 (dörd) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №1(009)-152/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-152/2023
18.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver