Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-153/2020 16.11.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Məmmədov Azər Rasim oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi,-ci yaşayış massivi, Ə.Nəzərov küçəsi, ev 1, mənzil 30 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü Y/Massivi, ünvansız fərdi evdə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddə olan çətənə bitkilərini xeyli miqdarda aqrotexniki qaydada kultivasiya edərək yetişdirmişdir. Belə ki, o, xeyli miqdarda qanunsuz olaraq tərkibində narkotik maddə olan çətənə bitkilərini aqrotexniki qaydada qulluq edərək yetişdirmiş, xx xxxx 2020-ci il tarixdə Səbail RPİ-nin əməkdaşları tərəfindən saat 21 radələrində onun yaşadığı Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən ünvansız fərdi evə baxış keçirilən zaman həmin mənzilin qonaq otağında yerləşən pəncərənin qarşısında hər dibçəkdə iki ədəd olmaqla iki ədəd dibçəkdə ümumi sayı 4 ədəd, ümumi təmiz çəkisi 1.01 qram olan aqrotexniki qaydada qulluq göstərilmiş çətənə bitkiləri aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2016-cı ildən hərdən narkotik qəbul edir. Sonuncu dəfə marixuananı xx.xx.2020-ci il tarixdə doğum günündə istifadə edib. O müxtəlif meyvə və tərəvəz ştillərini əkməklə məşğul olur. Buna görədə o bitkiləri əkmək üçün xüsusi torpaq alır. Onun yaşadığı evin həyətində içərisində torpaq olan iki ədəd qara rəngli dibçək olub. O bir müddət sonra görüb ki, həmin iki ədəd dibçəkdə narkotik vasitə olan marixuana bitkisi bitib və o həmin dibçəkdəki marixuana bitkilərinə qulluq etməyə başlayıb. Təxminən 10 gün ərzində dibçəkdə olan marixuana bitkiləri 10-15 santimetr böyüyüb. xx xxxx 2020-ci il tarixdə axşam saatlarında polis əməkdaşları onun yaşadığı mənzilə və həyətyanı sahəyə baxış keçiriblər. Polislər baxış keçirərkən qulluq etdiyi iki ədəd dibçəkdə olan hər dibçəkdə iki ədəd marixuana bitkisi və həyətində yabanı halda 3 ədəd bitki aşkar edərək götürüblər. Həyətdə bitən bitkilərin marixuana olmasını bilməyib, onun hansı bitki olmasını da bilmir, həmin bitki yabanı halda bitib. O evində pəncərənin qarşısında olan bitkilərin narkotik tərkibli olduğunu bilib. Onun həmin bitkiləri qulluq etməkdə konkret məqsədi olmayıb, sadəcə olaraq onda maraq yaratmış və fikri olub ki, onları yetişdirib daha sonra məhv etsin. Bitkiləri o əkməyib. O bitki işi ilə məşğul olduğu üçün həmişə dibçək üçün torpaq alır. Bir gün o görüb ki, həmin iki dibçəkdə marixuana bitdiyindən yetişdirməyə başlayıb. Dibçəkdə onun necə yetişdiyini barədə heç bir fikri yoxdur. Həmin bitkilərə o 3-4 dəfə su verib və bundan başqa heçnə etməyib. Həmin dibçəklərdə ondan başqa nə yetişdiyini bilən olmayıb. Həyətdə bitən bitkilərin nə olmasını bilməyib, onlar yabanı halda bitib. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin Cinayət axtarış şöbəsinin əməliyyat müvəkkili Şahid6 ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə Badamdar qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs yaşadığı mənzildə narkotik tərkibli bitkilər yetişdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Alınan məlumatla bağlı əməliyyat qrupu yaradılıb. O və qrupun digər üzvləri ilə birlikdə xx xxxx 2020-ci il tarixdə saat 21 radələrində Təqsirləndirilən şəxs yaşadığı Səbail rayonu, Badamdar qəsəbəsi 3-cü yaşayış massivində yerləşən evə baxış keçirilib. Baxış zamanı Təqsirləndirilən şəxs bildirib ki, həmin mənzil və həyət ona məxsusdur. Onlar ilk növbədə həmin mənzilin otaqlarına baxış keçirib. Baxış zamanı həmin mənzilin qonaq otağında yerləşən pəncərənin qarşısında iki ədəd dibçək aşkar edilib. Daha sonra həyətdə üç ədəd yerdən bitmiş bitki kolu aşkar edilib. Hər dibçəkdə iki ədəd bitki yetişib. Təqsirləndirilən şəxs bildirib ki, həmin dibçəkdə olan bitkilər güldür. Onlar həmin iki ədəd dibçəyi götürüblər. Onlar ümumilikdə Təqsirləndirilən şəxs mənzilindən 7 ədəd bitki aşkar ediblər. Daha sonra Təqsirləndirilən şəxs 41-ci PB-yə zəruri istintaq hərəkətlərinin keçirilməsi üçün dəvət olunub. Məhkəmə iclasında şahid Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid8 eyni məzmunlu ifadə verərək Şahid6 göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, oSəbail Rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin rəisi vəzifəsində xidmət aparır. xx xxxx 2020-ci il tarixdə əlaqəsində olan məxfi əməkdaş tərəfindən ona bildirilib ki, Badamdar qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs yaşadığı mənzildə narkotik tərkibli bitkilər yetişdirir. Daxil olmuş məlumatın tam və hərtərəfli yoxlanması, Təqsirləndirilən şəxs cinayət törətməsini müəyyən etmək məqsədi ilə onun yaşadığı mənzilə baxış keçirilməsi ilə əlaqədar olaraq Səbail rayon prokuroruna vəsatət verilmiş, Səbail rayon prokuroru tərəfindən Səbail rayon məhkəməsinə təqdimatla müraciət edilmişdir. Səbail rayon məhkəməsi tərəfindən vəsatət və təqdimat təmin olunaraq Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilməsi barədə qərar qəbul edilmişdir. Daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə Səbail RPİ-nin Cinayət axtarış şöbəsinin rəisi Ramiz Novruzov tərəfindən dərhal əməliyyat qrupunun yaradılması ilə bağlı qərar qəbul edilmiş və o həmin qrupun rəhbəri təyin edilmişdir. Adları əməliyyat qrupunun siyahısında qeyd olunan şəxslərlə birlikdə Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilib. Polis əməkdaşlarından əlavə olaraq Azərnaycan Milli Elmlər X1 baş aqronomu Şahid10 baxışda iştirak edib. Baxış zamanı Təqsirləndirilən şəxs bildirib ki, həmin mənzil və həyət ona məxsusdur. Onlar ilk növbədə həmin mənzilin otaqlarına baxış keçirib. Baxış zamanı həmin mənzilin qonaq otağında yerləşən pəncərənin qarşısında iki ədəd dibçək aşkar edilib. Daha sonra həyətdə üç ədəd yerdən bitmiş bitki kolu aşkar edilib. Hər dibçəkdə iki ədəd bitki yetişib. Təqsirləndirilən şəxs bildirib ki, həmin dibçəkdə olan bitkilər güldür. Onlar həmin iki ədəd dibçəyi götürüblər. Onlar ümumilikdə Təqsirləndirilən şəxs mənzilindən 7 ədəd bitki aşkar ediblər. Daha sonra Təqsirləndirilən şəxs 41-ci PB-nə zəruri istintaq hərəkətlərinin keçirilməsi üçün dəvət olunub. İş üzrə ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, o Səbail RPİ-nin NMB-in əməliyyat müvəkkili vəzifəsində xidmət aparır, xx xxxx 2020-ci il tarixdə ona bildirilib ki, Badamdar qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs yaşadığı mənzildə narkotik tərkibli bitkilər yetişdirməsi barədə əməliyyat məlumatı daxil olub. Alınan məlumatla bağlı əməliyyat qrupu yaradılıb. O və qrupun digər üzvləri ilə birlikdə xx.xx.2020-ci il tarixdə saat 21 radələrində Təqsirləndirilən şəxs yaşadığı Səbail rayonu, Badamdar qəsəbəsi 3-cü yaşayış massivində yerləşən mənzilə baxış keçirilib. Baxış zamanı Təqsirləndirilən şəxs bildirib ki, həmin mənzil və həyət ona məxsusdur. Onlar ilk növbədə həmin mənzilin otaqlarına baxış keçirib. Baxış zamanı həmin mənzilin qonaq otağında yerləşən pəncərənin qarşısında iki ədəd dibçək aşkar edilib. Daha sonra həyətdə üç ədəd yerdən bitmiş bitki kolu aşkar edilib. Hər dibçəkdə iki ədəd bitki yetişib. Təqsirləndirilən şəxs bildirib ki, həmin dibçəkdə olan bitkilər güldür. Onlar həmin iki ədəd dibçəyi götürüblər. Onlar ümumilikdə Təqsirləndirilən şəxs mənzilindən 7 ədəd bitki aşkar ediblər. Daha sonra Təqsirləndirilən şəxs 41-ci PB-nə zəruri istintaq hərəkətlərinin keçirilməsi üçün dəvət olunub. Məhkəmə iclasında ifadələri elan olunmuş şahidlər Şahid3, Şahid4, Şahid5, Şahid11, X9, Şahid9 və Şahid10 eyni məzmunlu ifadələr verərək şahidlər Şahid2, Şahid1 Şahid6 və Şahid8 qeyd etdiyi xususatları təsdiq etmişlər. Məhkəmə-bioloji ekspertizasının xx xxxx 2020-ci il tarixli, 7/371 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ kağızın üzərində “vətəndaş Təqsirləndirilən şəxs yaşadığı...ünvandan” yazıları və imzalar olan bir ədəd yaşıl rəngli sintetik bağlamada 2 ədəd qara rəngli plastik qabın içərisində hər birində 2 ədəd olmaqla ümumi sayı 4 ədəd və həyatyanı sahədən isə 3 ədəd yaş vaziyyətdə, ümumi sayı 7(yeddi) ədəd, ümumi çəkisi-75,0qram olan bitki nümunələri, əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə(kannabis) bitkiləridir. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri olaraq 66,46 (altmış altı manat qırx altı qəpik) manat müəyyən edilmişdir. Məhkəmə-bioloji ekspertizasının xx xxxx 2020-ci il tarixli 7/406 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş bir ədəd mərkəzə məxsus qəhvəyi rəngli kağız torbada quru vəziyyətdə, ümumi sayı 7(yeddi) ədəd çətənə(kannabis) bitkilərinin ayrı-ayrılıqda təmiz çəkiləri- 12,70qram; 11,88qram; 2,25 qram; 0,41 qram; 0,31qram; 0,19 qram; 0,10 qramdır. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri olaraq 66,46 (altmış altı manat qırx altı qəpik) manat müəyyən edilmişdir. Azərbaycan Milli Elmlər X2 xx xxxx 2020-ci il tarixli 102 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs mənzilindən aşkar olunan iki ədəd dibçəkdə olan ümumi sayı 4 ədəd olan narkotik xassəli bitki kollarına aqrotexniki qaydada qulluq olunmuşdur. DVD diskə baxış keçirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli protokolundan görünür ki, video-diskdə 1-ci video-fayl açılaraq baxılan zaman müəyyən olundu ki, Təqsirləndirilən şəxs mənzilin həyətində polis əməkdaşları ilə birlikdə ayaqüstə dayanaraq özünü təqdim edir. Onun iştirakı ilə həmin sahəyə baxış keçirilir. Orada olan çəxslərdən biri özünü Dendrologiya İnstitutunun baş aqronomu kimi təqdim edərək polis əməkdaşları ilə birlikdə baxışda iştirak edir. Onun iştirakı ilə həmin həyətdən 3 ədəd hasarın dibindən müxtəlif yerlərdə bitən 3 ədəd bitki aşkar edilir, onların narkotik tərkibli olması güman edildiyi üçün hər üçü yerindən çıxarılır. Daha sonra polis əməkdaşları 3 ədəd bitkini evin yuxarı mərtəbəsində evin giriş hissəsində daşın üzərində olan iki ədəd dibçəyin yanına aparıb birlikdə foto və video görüntüləri çəkilir. X6 videoya baxdıqdan sonra bildirdi ki, çəkilənlər həqiqətə uyğundur, həqiqətən də onun həyətindən 3 ədəd bitki aşkar olunub; Video-diskdə olan 2-ci videofayl açılaraq baxılan zaman müəyyən olundu ki, Təqsirləndirilən şəxs və polis əməkdaşlarının iştirakı ilə onun yaşadığı mənzilə baxış keçirilir. İlk öncə polis əməkdaşları ilə birlikdə olan Təqsirləndirilən şəxs Səbail Rayon Məhkəməsinin mənzilə baxış keçirilməsi barədə qərar elan olunur. Qərardan sonra Təqsirləndirilən şəxs, onun anası S.Hüseynovanın və polis əməkdaşlarının iştirakı ilə mənzilə baxış keçirilir. Mənzilə daxil olduqdan sonra hamı qonaq otağına daxil olur. Girişdə sol tərəfdə pəncərənin yanında polis əməkdaşları tərəfindən iki ədəd plastmass materialdan qara rəngli dibçək aşkar olunur. Görüntüdə görünür ki, hər dibçəkdə iki ədəd bitki yetişib. Polis əməkdaşı Təqsirləndirilən şəxs həmin bitkinin nə olmasını, onun marixuanaya oxşadığını bildirir. Təqsirləndirilən şəxs isə cavabında onların gül olduğunu, həyətdə bitdiyini deyir. Daha sonra mənzilin digər otaqlarına baxış keçirilir. Hər iki dibçək polis əməkdaşları tərəfindən götürülür. Təqsirləndirilən şəxs videogörüntülərə baxdıqdan sonra bildirir ki, görüntülərdə olan həqiqətə uyğundur və həmin günü, yəni xx xxxx 2020-ci il tarixdə mənzilinə baxış keçirilməsi zamanı çəkilən görüntülərdir. Əlavə olaraq bildirdi ki, o dibçəkdə olan bitkilərinin gül olması deməsini özündən asılı olmayaraq özünü müdafiə etmək üçün demişdir. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəyə dair xx xxxx 2020-ci il tarixli, 1/3507 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs sidiyində THC(+) marixuana aşkar edilmişdir. Respublika Narkoloji Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 1956 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. xx xxxx 2020-ci tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 23:15 radələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə ittiham elan edilmişdir və o təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 4(009)-330/2020 saylı qərarından görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir. xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. xx xxxxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, ibtidai istintaq zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs həyatyanı sahədə bitmiş 3 ədəd çətənə koluna aqrotexniki qaydada qulluq göstərməmiş, onlar yabanı halda bitmişdir. Buna görə də, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə elan olunmuş ittihamın məzmunu dəyişdirilərək iki ədəd dibçəkdə olan ümumi sayı 4 ədəd olan narkotik xassəli bitki kollarına aqrotexniki qaydada qulluq göstərilməsinə görə ona xx xxxxxx 2020-ci il tarixdə yeni məzmunlu ittiham elan edilmişdir. xx xxxxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar olunmuş ümumi sayı 7 ədəd olan hər birinin ayrı-ayrılıqda çəkiləri 12,70qram; 11,88qram; 2,25qram; 0,41qram; 0,31qram; 0,19qram; 0,10 qram olan çətənə bitkiləri ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınaraq və ekspertiza tədqiqatından sonra qalıq qalmış tərkibində narkotik maddə olan 7 ədəd çətənə bitkisi saxlanılmasından ötrü Səbail RPİ-nin MSK-na təhvil verilmişdir. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X4 tərəfindən xx xxxx 2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi əməl, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün məhkəmə baxışı zamanı və şahidlərin məhkəmə iclasında verdikləri ifadələrlə, ekspert rəyləri, digər iş materialları ilə onun tərəfindənqanunsuz olaraq tərkibində narkotik maddə olan çətənə bitkilərini xeyli miqdarda aqrotexniki qaydada kultivasiya edərək yetişdirməsi cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” xx xxxxxx 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət törətməsini, əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, törətdiyi cinayət əməlinin ağırlıq dərəcəsini və nəticələrinə dair məsuliyyəti dərk etməsini, ibtidai istintaq və məhkəmə baxışı zamanı üzərinə düşən cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, məhkəmə iclasındakı davranışını, işin digər mühüm və diqqətə layiq hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də o, təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəzaya məhkum edilməlidir. Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək, yəni 02 (iki) gün həbsdə olduğu müddət nəzərə alınmaqla, hazırki hökmlə ona təyin ediləcək əsas cəza məbləğinin yüngülləşdirilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X3 ekspert komissiyasının xx xxxx 2020-ci il tarixli, 1956 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Səbail rayon polis idarəsində saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış tərkibində narkotik maddə olan 7 ədəd çətənə bitkisihökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərcləri 132,92 (bir yüz otuz iki manat doxsan iki qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət‑Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə və ibtidai istintaq zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347,349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsinvə ona 4000 (dörd min) manat miqdarında cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək, yəni 02 (iki) gün həbsdə olduğu müddət nəzərə alınmaqla, hazırki hökmlə ona təyin edilmiş əsas cəza məbləği yüngülləşdirilsin və üzərində qəti olaraq 3500 (üç min beş yüz) manat miqdarında cərimə cəzası saxlanılsın. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müvafiq İcra və Probasiya qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Səbail rayon polis idarəsində saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış tərkibində narkotik maddə olan 7 ədəd çətənə bitkisihökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərcləri – 132,92 (bir yüz otuz iki manat doxsan iki qəpik) manat Təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq dövründə müdafiə edilməsinə görə dövlət büdcəsindən 240 (iki qırx yetmiş ) manat Bakı şəhəri 03 saylı vəkil bürosunun (“xxxxxxxxxxxx” ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Bakı şəhəri 03 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 300 (üç yüz) manat pul tutulub, Bakı şəhəri 03 saylı vəkil bürosunun (“xxxxxxxxxxxx” ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-153/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-153/2020
16.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver