Məhkəmə qərarları › İş №1(009)-153/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-153/2021

02.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-153/2021 02.09.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi Əlirza Azər oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X3 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, Bakı şəhərində 02 sentyabr 2021-ci il tarixdə saat 09:30-da xx xxxxxx 1996-cı ildə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyada olmaqla, hazırda barəsində həbs qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılan. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq bir ədəd bükümdə 0,255 qram narkotik vasitə heroin və bir ədəd şəffaf polietilen bükümdə 0,146 qram psixotrop maddə metamfetamin əldə edib üzərində satış məqsədi ilə saxlamaqla, ünvan 2 ünvana qanunsuz daşıdığı zaman DİN-nin X14 Alayının əməkdaşları tərəfindən 15 fevral 2021- ci il tarixdə saat 02 radələrində ünvan 3 ünvanın qarşısında saxlanılaraq, Bakı şəhəri Səbail RPİ-nin 8-ci PBnə dəvət edilmiş və həmin gün saat 03:20də Bölmənin inzibati binasının xidməti otaqların birində üzərinə keçirilən baxış zamanı sağ çiynində asdığı qara boz rəngli “GUCCİ” yazısı olan çantanın içərisində satış məqsədi ilə qanunsuz əldə edərək daşıdığı bir ədəd bükümdə 0,255 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd şəffaf polietilen bükümdə 0,146 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və həmçinin üzərindən narkotik vasitə heroin və psixotrop maddə metamfetamin izləri olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 5 ünvanında ailəsi ilə birlikdə kirayə yaşayır. Hazırda heç bir yerdə işləmir. Təxminən dörd ildir ki, heç kimin xəbəri olmadan və ailə üzvlərindən gizli olaraq narkotik vasitə olan metamfetamin qəbul etmişdir. Buna onu heç kim təhrik etməsə də, narkotik vasitələri tanımadığı, şəxsiyyətləri haqqında heç bir məlumatı olmadığı şəxslərdən almış və bu cür əmələ görə əvvəllər məhkum olunmamışdır. Təxminən 4 il bundan əvvəl idarə etdiyi avtobil ilə avto qəza keçirdikdən sonra bədənindəki dözülməz ağrılardan yaxa qutarmaq üçün ailə üzvlərindən xəbərsiz narkotik vasitə olan metamfetamindən istifadə etmişdir. Təxminən 7 aya yaxındır ki, Bakı şəhəri, Binəqədi rayonunda yerləşən "xxxx" MMC-də texnoloq köməkçisi işləmişdir. Təxminən bir ay bundan əvvəl işə gec getdiyi üçün həmin işdən xaric olunmuşdur. Əldə etdiyi narkotik vasitəni onlayn qaydada “MilliÖn” ödəmə terminalı vastəsilə müəyyən hesaba pul köçürtdükdən sonra həmin narkotik vasitənin qoyulduğu yerin şəkli mobil cihazıma göndərilmiş və o da gedib həmin yerdən götürmüşdür. Sonuncu dəfə o, narkotik vasitəni 2020-ci ilin fevral ayının əvvələrində gecə saat 03:00 radələrində Abşeron rayonu, Xırdalan dairəsi yaxınlığında avtokarın yanından götürmüşdür. Həmin narkotik vasitəyə təqribən 175 manat pulu onlayn qaydada ödəmişdir. O məhkəməyədək icraat zamanı verdiyi ifadəsini qismən təkzib etmiş, əldə etdiyi narkotik vasitəni satış məqsədi ilə deyil şəxsi istifadə məqsədilə əldə etdiyini bilirmişdir . Təqsirləndirilən şəxs son sözündə narkotik vasitəni alarkən ucuz əldə etmək üçün satışa dair vəd verdiyini, əslində isə satış niyyəti olmadığını, ilk dəfə olaraq az ağır cinayət törətməsinin, əməlindən səmimi peşman olmasının, gənc olmasını nəzərə alaraq yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-in X14 alayının Patrul Bölüyünün polis nəfəri Şahid1 ifadəsində göstərmişdir ki, hazırda DİN-in X14 alayının 4-cü Parul Bölüyünün polis nəfəri vəzifəsində xidmət edir, polis kiçik serjant rütbəsindədir. 15 fevral 2021-ci il tarixdə, saat 02:00-da o, ƏÇPA-nm 4-cü Patrul Bölüyünün polis nəfərləri Şahid3 və Şahid2 ilə birlikdə Bakı şəhəri Səbail RPİ-nin 8-ci Polis Bölməsinin inzibati ərazisində 2443 çağırışlı avtopatrul ilə xidmət apararkən Səbail rayonu, Əlibəyov Qardaşları küçəsində bir nəfər şəxsin küçənin qaranlıq yerində dayanaraq onlardan yayınmaq istədiyini görmüşdür. O, həmin şəxsə yaxınlaşıb ilkin olaraq xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etdikdən sonra həmin şəxsdən üzərində şəxsiyyətini təsdiq edən sənədin olub-olmadığını soruşmuşdur. Həmin şəxs üzərində şəxsiyyəti təsdiq edən heç bir sənədinin olmadığını bildirmişdir. O, həmin şəxsdən narahatçılığının səbəbini soruşmuşdur. Həmin şəxs üzərində narkotik vasitə olduğunu səmimi olaraq bildirmişdir. Həmin şəxsi Səbail RPİ-nin 8-ci Polis Bölməsinə dəvət etmişlər. Həmin şəxs etiraz etməyərək birlikdə Polis Bölməsinə yollanmışdır. Polis Bölməsində həmin şəxsin xx xxxxxx 1996-cı ildə Əli-Bayramlı şəhərində anadan olmuş, ünvan 6 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədi ilə Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili X7 dəvət olunaraq şübhəli şəxsə təqdim olunmuşdur. Təqsirləndirilən şəxs hüquqlarının həmin vəkil tərəfindən müdafiə edilməsinə etirazı olmadığını bildirmiş və onlara konfidensial ünsiyyət saxlamaq üçün şərait yaradılmışdır. Onlar konfidensial ünsiyyət saxladıqdan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq bu barədə müvafiq qərar və protokol tərtib edilmiş, həmçinin ona hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs videoçəkilişdən istifadə edilməklə onun üstünün və əynindəki paltarın yoxlanılacağı, üstündə olan əşyalara baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs buna etiraz etmədiyini, şəxsi axtarış və baxış keçirilməsinə razı olduğunu bildirmişdir. Şəxsi axtarış və götürmə həyata keçirilməzdən əvvəl şübhəli şəxsə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmişdir. Şəxsi axtarış və götürmə 15 fevral 2021 -ci il tarixdə saat 03:10-da “Apple 8” markalı mobil telefon vasitəsilə videoçəkliş aparılmaqla həyata keçirilməyə başlanılmışdır. Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs sağ çiynindən asdığı qara-boz rəngli orta hissəsindən qırmızı yaşıl rəngdə zolaq olan “GUCCİ” yazılı çantanın içərisində narkotik vasitə kakos və metamfetamin olduğunu, bu narkotik vasitələri 2021 -ci ilin fevral ayının əvvələrində Abşeron rayonu, Xırdalan dairəsi yaxınlığında tanımadığı şəxsdən onlayn qaydada alıb yaşadığı ünvana gətirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi qara-boz rəngli orta hissəsindən qırmızı yaşıl rəngdə zolaq olan “GUCCİ” yazılı çantanın içərisində 03.02.2021 -ci il tarixdə X5 bank hesabına 150 manat, 01.02.2021 -ci il tarixdə “16360438” nömrəli vəsiqənin sahibinin bank hesabına 175 manat, 27.01.2021-ci il tarixdə X5 hesabına 185 manat, 22.01.2021 -ci il tarixdə X6 bank hesabına 400 manat, X2 bank hesabına 300 manat pul köçürməsinə dair 5 (beş) ədəd ödəniş qəbzləri, 1 (bir) ədəd elektron tərəzi, "xxxx" ASC-yə məxsus **********117463 saylı hesab kartı, “Araz” Supermarketinə aid **********262977 saylı bonus kartı, üzərində **********, ********** nömrələri və “bakcell” yazısı olan 01 ədəd “GSM” kartı, üzərində +**********00 və +**********49 nömrələr olan sarı rəngli əlyazma, 1 (bir) ədəd qara rəngli “Mi” markalı markalı mobil telefon, 2 (iki) ədəd alışqan, 1 (bir) ədəd mobil telefon kaburosu və bir ədəd şəffaf selofana bükülmüş kristala bənzər maddə və çəhrayı kağız falqaya bükülmüş tünd toza bənzər maddənin olması aşkar edilmişdir. Aşkar olunmuş qara-boz rəngli orta hissəsindən qırmızı yaşıl rəngdə zolaq olan “GUCCİ” yazılı çantanın içərisində bir ədəd şəffaf selofana bükülmüş kiristala bənzər maddə və çəhrayı kağız falqaya bükülmüş tünd toza bənzər maddənin cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb, Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 52 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs çantasından aşkar edilmiş 05 ədəd ödəniş çekləri, 01 ədəd elektron tərəzi, 1 (bir) ədəd qara rəngli “Mi” markalı markalı mobil telefon və üzərində **********, ********** nömrələri və “bakcell” yazısı olan 01 ədəd “GSM” kartı iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. 2 (iki) ədəd alışqan, 1 (bir) ədəd mobil telefon kaburosu, "xxxx" ASC-yə məxsus **********117463 saylı hesab kartı, “Araz” Supermarketinə aid **********262977 saylı bonus kartı və üzərində +**********00 və +**********49 nömrələr olan sarı rəngli əlyazma əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və baxış 15.02.2020-ci il tarixdə saat 03:45-də başa çatmışdır. Şəxsi axtarış və götürmənin keçirilməsinin nəticələrinə dair protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunmuş, iştirakçılara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola heç bir əlavə qeyd daxil olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-in X14 alayının Patrul Bölüyünün polis nəfəri Şahid3, polis nəfəri Şahid2 Şahid1 ilə analoji ifadə vermişlər. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş iş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 15.02.2021 -ci il tarixli, 6/670 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “şübhəli şəxs: Təqsirləndirilən şəxs” Yazısı olan zərfdəki, 1 (bir) ədəd kağız bükümdə təmiz çəkisi 0,255 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 (bir) şəffaf polietilen bükümdə təmiz çəkisi 0,146 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir və bir ədəd şüşə əşyanın içərisində metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün, metamfetaminin çəkisini və bükümdəki metamfetaminlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün olmadı. Narkotik vasitə heroin və psixotrop maddə metamfetamin müxtəlif növ və tərkibli maddələr olduğu üçün, onlar arasında müqayisəli tədqiqat aparmaq mümkün olmadı. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in, metamfetamin isə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildirlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 01.03.2021 -ci il tarixli, 6/767 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd “200g/0.01g” markalı elektron tərəzinin üzərində narkotik vasitə heroinin və psixotrop maddə metamfetamin iş şəklində olduğu üçün, vət. Təqsirləndirilən şəxs götürülmüş heroinlə və metamfetaminlə (15 fevral 2021 -ci il tarixli 6/670 saylı ekspert rəyi) eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəylərini sübut növü kimi qəbul etmişdir. İş materiallarında video-diskdə olan məhkəməyədək icraat zamanı 15 fevral 2021-ci il tarixdə Bakı şəhəri Səbail RPİ-nin 8-ci PB-nin təhqiqatçısı polis baş leytenantı X9 tərəfindən aparılan “şəxsi axtarış və götürmə” istintaq hərəkətinin videoyazısını əks etdirən video-fayl açılaraq baxılan zaman müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs DİN-nin X14 Alayının əməkdaşları tərəfindən 15 fevral 2021-ci il tarixdə saat 02 radələrində ünvan 3 ünvanın qarşısında saxlanılaraq Səbail RPİ-nin 8-ci PB-nə dəvət edilmiş və həmin gün saat 03:20-də Bölmənin inzibati binasının xidməti otaqların birində üzərinə keçirilən baxış zamanı sağ çiynində asdığı qara boz rəngli GUCCİ” yazısı olan çantanın içərisində satış məqsədi ilə qanunsuz əldə edərək daşıdığı bir ədəd bükümdə 0,255 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd şəffaf polietilen bükümdə 0,146 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs - təmiz çəkisi 0,255 qram narkotik vasitə heroin, ekspertiza tədqiqatından sonrakı qalıq 0,205 qram heroin, təmiz çəkisi 0,146 qram psixotrop maddə metamfetamin, ekspertiza tədqiqatından sonrakı qalıq 0,096 qram metamfetamin və bir ədəd elektron tərəzi maddi sübut hesab edilmiş və saxlanılmasından ötrü Bakı şəhəri Səbail RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Məhkəmə istintaqı çərçivəsində tətqiq olunmuş əhəmiyyətli sübutlardan biri də məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsdən götürülmüş və sübutlara əlavə olunmuş, təqsirləndirilən şəxsə məxsus “Mİ” markalı mobil telefonun “Whatsapp” mobil tətbiqi vasitəsilə göndərilən və qəbul edilən səsli mesajlardır. Səsli ismarıclar məhkəmə iclasında səsləndirilmiş, həmin ismarıclarda təqsirləndirilən şəxsin narkotik vasitələrin satıcıları ilə onlardan əldə edilən narkotik vasitələrin yenidən digər şəxslərə satılaraq dəyərinin onlara ödəniləcəyi barədə razılığın əldə edilməsi aşkar edilmişdir. Bundan əlavə, bir sıra ”Whatsapp” ismarıclarından təqsirləndirilən şəxsin müxtəlif şəxslərə narkotik vasitələri satacağı barədə razılığın əldə edilməsi görünür. İsmarıclar CD-ə köçürülmüş, iş materiallarına əlavə edilərək məhkəmə tərəfindən sübut növü kimi qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamələrdən göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət- Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM- nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarına əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və iş üzrə digər sənədləri, habelə maddi sübutları sübut növü kimi qəbul edib həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, hazırki cinayət işi üzrə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin xırda bağlamalara büküldüyü, elektron təzərəzinin olması nəzərə alınaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2ci maddəsi ilə düzgün tövsif edilmiş, onun həmin maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsiri sübuta yetirilmişdir və o, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, o cümlədən, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlamaqda ittiham olunmasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzanı ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Ona görə də, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə, həmçinin, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılmasını və cəzaçəkməsinin əvvəlinin şübhəli şəxs qismində tutulduğu 15 fevral 2021-ci il tarixdən hesablanmasını əsaslı hesab edir. Eyni zamanda ibtidai istintaq zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 şəxsi Ambulator X1 29 mart 2021-ci il tarixli 868 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfitamindən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Bu səbəbdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunması və ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilməsi məqsədəmüvafidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş müsadirə olunmalı əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19cu maddəsinə uyğun olaraq iş üzrə ekspertiza xərcinin təqsirləndirilən şəxsdən tutulmasını, iş üzrə maddi sübut Səbail Rayon Polis İdarəsində saxlanılan təmiz çəkisi 0,255 qram narkotik vasitə heroin, ekspertiza tədqiqatından sonrakı qalıq 0,205 qram heroin, təmiz çəkisi 0,146 qram psixotrop maddə - metamfetamin, ekspertiza tədqiqatından sonrakı qalıq 0,096 qram metamfetamin və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, iş üzrə Təqsirləndirilən şəxs götürülmüş bir ədəd “Mİ” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmasını, 02 (iki) ədəd CD diskin iş materiallaında saxlanılmasını əsaslı hesab edir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulacaq əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il 02 (iki) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə təyin olunmuş cəzanın əvvəli şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 15 fevral 2021-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut Səbail Rayon Polis İdarəsində saxlanılan təmiz çəkisi 0,255 qram narkotik vasitə heroin, ekspertiza tədqiqatından sonrakı qalıq 0,205 qram heroin, təmiz çəkisi 0,146 qram psixotrop maddə - metamfetamin, ekspertiza tədqiqatından sonrakı qalıq 0,096 qram metamfetamin və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, iş üzrə Təqsirləndirilən şəxs götürülmüş bir ədəd “Mİ” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın, 02 (iki) ədəd CD disk iş materiallaında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 228 (iki yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Az.MEM, VÖİN **********, X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar