Məhkəmə qərarları › İş №1(009)-153/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-153/2022

14.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-153/2022 14.09.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Şəmkir rayonu, Çinarlı qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, Şəmkir rayonu. Çinarlı kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 14 sentyabr 2022-ci il tarixdə saat 10.30-da məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs təkrarən saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixdək olan müddət ərzində saat 03-04 radələrində Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 3 ünvanında yerləşən "Aggreko" Limited şirkətinin Azərbaycan Respublikasındakı Filialının saxlanc yeri hesab edilən həyətinə hasardan qanunsuz olaraq daxil olub həyətdə topa halında bükülmüş, 01 metrəsinin qiyməti 15 manat olan, mis əsaslı ərintidən hazırlanmış, 240 mm2 ölçüdəki, üzəri qara rəngli izolyasiyalı, içərisindən hər biri izolyasiyalı 5 damarlı naqil keçən kabel topalarından 10 metrlik qara rəngli izolyasiyalı, içərisindən hər biri izolyasiyalı 5 damarlı naqil keçən kabel topasını gizli olaraq talamaqla, zərərçəkmiş şəxs "Aggreko" Limited şirkətinin Azərbaycan Respublikasındakı Filialına ümumilikdə 150 (yüz əlli) manat dəyərində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakım ələ keçirmə məqsədi ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdək olan müddət ərzində ərzində saat 03-04 radələrində Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 3 ünvanında yerləşən "Aggreko” Limited şirkətinin Azərbaycan Respublikasındakı Filialının saxlanc yeri hesab edilən həyətinə hasardan qanunsuz olaraq daxil olub həyətdə topa halında bükülmüş, 01 metrəsinin qiyməti 15 manat olan, mis əsaslı ərintidən hazırlanmış, 240 mm2 ölçüdəki, üzəri qara rəngli izolyasiyalı, içərisindən hər biri izolyasiyalı 5 damarlı naqil keçən kabel topalarından 10 metrlik qara rəngli izolyasiyalı, içərisindən hər biri izolyasiyalı 5 damarlı naqil keçən kabel topasını gizli olaraq talamaqla, zərərçəkmiş şəxs "Aggreko" Limited şirkətinin Azərbaycan Respublikasındakı Filialına ümumilikdə 150 (yüz əlli) manat dəyərində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdək müddət ərzində saat 03-04 radələrində Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 3 ünvanında yerləşən "Aggreko” Limited şirkətinin Azərbaycan Respublikasındakı Filialının saxlanc yeri hesab edilən həyətinə hasardan qanunsuz olaraq daxil olub həyətdə topa halında bükülmüş, 01 metrəsinin qiyməti 15 manat olan, mis əsaslı ərintidən hazırlanmış, 240 mm2 ölçüdəki üzəri qara rəngli izolyasiyalı, içərisindən hər biri izolyasiyalı 5 damarlı naqil keçən kabel topalarından 10 metrlik qara rəngli izolyasiyalı, içərisindən hər biri izolyasiyalı 5 damarlı naqil keçən kabel topasını gizli olaraq talamaqla, zərərçəkmiş şəxs "Aggreko" Limited şirkətinin Azərbaycan Respublikasındakı Filialına ümumilikdə 150 (yüz əlli) manat dəyərində maddi ziyan-vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdək olan müddət ərzində ərzində saat 03-04 radələrində Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 3 ünvanında yerləşən "Aggreko” Limited şirkətinin Azərbaycan Respublikasındakı Filialının saxlanc yeri hesab edilən həyətinə hasardan qanunsuz olaraq daxil olub həyətdə topa halında bükülmüş, 01 metrəsinin qiyməti 15 manat olan, mis əsaslı ərintidən hazırlanmış, 240 mm2 ölçüdəki üzəri qara rəngli izolyasiyalı, içərisindən hər biri izolyasiyalı 5 damarlı naqil keçən kabel topalarından 25 metrlik qara rəngli izolyasiyalı, içərisindən hər biri izolyasiyalı 5 damarlı naqil keçən kabel topasını gizli olaraq talamaqla, zərərçəkmiş şəxs "Aggreko" Limited şirkətinin Azərbaycan Respublikasındakı Filialına ümumilikdə 375 ( üç yüz yetmiş beş ) manat dəyərində maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, sonradan adının “Aggreko" şirkəti olduğunu bildiyi şirkəti onun yaşadığı yerin yaxınlığında yerləşir. O, şirkətin yaxınlığından keçən zaman şirkətin həyətində topa halında mis naqillər görmüşdür. Pula ehtiyacı olduğu üçün, yəni 11 yanvar 2022ci il tarixdə ad günü olacağına görə pula ehtiyacı olduğundan həmin naqillərdən oğurlayıb satmaq qərarına gəlmişdir. İlk dəfə 2021-ci ilin dekabr ayının 25-dən 31-dək olan olan müddət ərzində günlərin birində gecə saat 03-04 radələrində həmin həyətə yaxınlaşıb hasardan aşaraq içəri daxil olmuşdur. Yerdəki qalın mis naqil topalarından birini götürüb çiyninə keçirdib hasarın üzərindən atmış, sonra isə özü hasarın üzərindən aşaraq qalın naqil topasını da götürüb yaxınlıqdakı zibilxanaya gedərək, üzərindəki plastik örlüyünü soymuş və soyduğu plastik örtüyü iz qalmaması üçün toplamışdır. Həmin naqilin təxmini uzunluğu 8-10 metr, təxmini çəkisi 20-22 kq olmuşdur. O, naqili soyduqdan sonra doğramışdır. Naqili götürüb Səbail rayon X7 Şöbəsinin yaxınlığındakı “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yanında yerləşən metal qəbulu məntəqəsinə getmiş və yaxınlıqdakı zibil qutusuna naqilin üzərindən soyduğu plastik örtüyü atmışdır. Sonra isə həmin metal qəbulu məntəqəsini idarə edən Hüseyn adlı şəxsə naqilin 1 kiloqramını 12 manata satmışdır. Ümumilikdə 200-250 manat pul almışdır. Həmin şəxs ondan naqili oğurluq olub-olmadığım soruşduqda, naqili işlədiyi yerdən gətirdiyini demiş və Hüseyn ondan şəxsiyyət vəsiqəsini istəyib alaraq telefonu ilə şəkilini çəkmişdir. Əldə etdiyi həmin məbləği ad günü üçün sərf etmişdir. Bundan təxminən 10-15 gün sonra, yəni 2022-ci ilin yanvar ayının 15-dən sonra pulu qurtardığı üçün yenidən "Aggreko" şirkətinin həyətindən oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə 2022-ci ilin yanvar ayının 15-dən sonra günlərin birində saat 03-04 radələrində şirkətin həyətinə hasardan aşaraq daxil olmuşdur. Həyətdə konteynerlərin yaxınlığında top halındakı qalın mis naqillərdən birini götürüb yaxınlıqdakı zibilxanaya getmiş, zibilxanada plastik örtüyü soymuşdur. Naqilin təxmini uzunluğu 8-10 metr, təxmini çəkisi 20-22 kq olmuşdur. O naqili götürüb Hüseyn adlı şəxsə naqilin 1 kiloqramını 12 manata satıb 200-250 manat pul əldə etmişdir. Hüseyn adlı şəxsə yalandan naqili işlədiyi yerdən gətirdiyini demişdir. Bu əməlindən təxminən 10-15 gün sonra, yəni 2022-ci ilin fevral 1-2 tarixlərində yenidən pula ehtiyacı yaranmış və təkrarən "Aggreko" şirkətinin həyətinə saat 03-04 radələrində həmin daxil olduqdan sonra eyni qayda ilə konteynerlərin yaxınlığında olan topa halındakı qalın mis naqillərdən birini götürüb həyətdən çıxarmışdır. O naqili Hüseynə sataraq 200-250 manat pul əldə etmişdir. Sonucu dəfə 2022-ci ilin fevral ayının 07-08 tarixlərində gecə saat 03-04 radələrində "Aggreko" şirkətinin həyətinə daxil olub konteynerlərin yaxınlığında olan qalın naqil topalarından birini götürüb və həmin naqili Hüseyn adlı şəxsə naqilin 1 kiloqramını 13,5 manata satıb, ümumilikdə 240-250 manat əldə etmişdir. Naqili satarkən özünə məxsus olduğunu bidirmişdir. Sonucu dəfə oğurladığı naqildən kəsərək evində saxladığı qalın naqilin qalan hissəsini istintaqa təqdim etmişdir. O həmçinin bildirmişdir ki, həmin naqillərin üzərindəki plastik örtüyü soyduqdan sonra təxminən 18-22 kq-lıq mis naqil kütləsi qalırdı. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını nəzərə alaraq məhkəmədən yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında zərərçəkmiş şəxs “Aggreko (Middle East)” Limited şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi X4 göstərmişdir ki, o, hazırda "Aggreko" Limited şirkətinin Azərbaycan Respublikasındakı Filialında maliyyə müdiri vəzifəsində işləyir. Həmin şirkət "Aggreko" markalı generatorların icarəsi və servisi fəaliyyətini həyata keçirir. Baş vermiş hadisə ilə bildirmişdir ki, 2021-ci ilin dekabr ayının 30-da “Worley" şirkətinə tərəflərindən icarəyə verilmiş yerüstü və gücləndirici kabellər icarə müddətinin başa çatması ilə əlaqədar olaraq şirkətlərinə geri qaytarılmışdır. Geri qaytarılmış həmin kabellər şirkətin Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, Salyan şossesi-3 ünvanında yerləşən həyətinə daş hasarın yaxınlığına yəni açıq sahəyə yenidən yoxlanılması məqsədilə yığılmış, lakin əməkdaşlar tərəfindən həmin kabellərin tam sayımı aparılmamış qalmışdır. Sonuncu dəfə həmin kabellərə 8 fevral 2022-ci il tarixdə ümumi baxış keçirilmiş, lakin 10 fevral 2022-ci il tarixdə kabellərə əməkdaşlar tərəfindən tam baxış keçirilən zaman həmin kabellərdən 136 metr uzunluğundakı yerüstü kabellərin və 96.6 metr uzunluğıındakı gücləndirici kabellərin yerində olmadığını, yəni oğurlandığı aşkar edilmişdir. Bundan sonra dərhal bu barədə polisə məlumat verilmişdir. Həmçinin məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, təqsirləndirilən şəxslə barışıq əldə edilmiş, ona qarşı şikayət və tələbləri yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Salyan yolunda yerləşən metal qəbulu məntəqəsini idarə edir. Təqsirləndirilən şəxs bir müddət əvvəl tanımışdır. Belə ki, Vüsal bir neçə dəfə onun metal qəbulu məntəqəsinə gəlib mis metalı və plastik kütlələr satmışdır. Hadisə ilə əlaqədar bildirmişdir ki, ilk dəfə mis metalını satmaq məqsədi ilə Vüsal onun yanına 2021-ci ilin dekabr ayının 25-dən yeni ilə qədər gəlmişdir. Həmin gün səhər saatlarında o əlində təxminən 20-25 kq arası mis metalı gətirib satmaq istədiyini ona demişdir. O da Vüsaldan həmin misi haradan əldə etdiyini soruşduqda Vüsal həmin metalı işlədiyi yerdən gətirdiyini bildirmişdir. O, həmin metalın oğurluq olubolmadığını Vüsaldan soruşduqda Vüsal ona metalı oğurlamadığını bildirmişdir. O metalı almamışdan əvvəl Vüsaldan şəxsiyyət vəsiqəsini götürüb şəklini çəkmişdir. Sonra isə doğranmış haldakı mis kütləni ondan 1 kiloqramının 12 manatdan alaraq əvəzində ona 200-250 manat məbləğində pul vermişdir. Bundan təxminən 10-15 gün sonra, yəni 2022-ci ilin yanvar ayının ortalarında Vüsal yenə onun yanına gəlmiş bu dəfə də əlində təxminən 20-22 kq arası mis metalı gətirib satmaq istədiyini ona demişdir. O Vüsaldan həmin misi hardan əldə etdiyini soruşduqda Vüsal həmin metalı işlədiyi yerdən gətirdiyini bildirmişdir. O həmin metalın oğurluq olub-olmadığını Vüsaldan soruşduqda Vüsal ona metalı oğurlamadığını bildirmişdir. O metalı almamışdan əvvəl Vüsaldan şəxsiyyət vəsiqəsini götürüb şəklini çəkmişdir. Sonra isə doğranmış haldakı mis kütləni Vüsaldan 1 kiloqramının 12 manatdan alaraq əvəzində ona 200- 250 manat məbləğində pul vermişdir. Bir müddət sonra 2022-ci ilin fevral ayının əvvəllərində Vüsal onun yanına gəlib ona yenə eyni qayda təxminən 20-22 kq mis metalı salmağa gəlirdiyini demişdir. O da həmişəki kimi Vüsaldan naqili haradan əldə etdiyini soruşub oğurlamadığından əmin olduqdan sonra həmin doğranmış haldakı mis kütləni kiloqramı 12 manatdan olmaqla Vüsaldan almış və əvəzində Vüsala 200-250 manat məbləğində pul vermişdir. Sonucu dəfə 2022-ci ilin fevral ayının 07-08 tarixlərində Vüsal onun yanına gəlib yenə də eyni qayda ilə mis kütlə satmaq istədiyini ona demiş, o da Vüsal ilə razılaşmışdır. Bu dəfə gətirdiyi mis kütlə daha təmiz olduğundan və qiymət bahalaşdığından kiloqramını 13,5 manatdan razılaşmışdır. O, həmişəki kimi Vüsaldan naqili haradan əldə etdiyini soruşub oğurlamadığından əmin olduqdan sonra həmin doğranmış haldakı mis kütləni alıb, əvəzində təxminən ona 240-250 manat pul vermişdir. Misin ümumi çəkisi təxminən 18-20 kq olmuşdur. O bundan sonra Vüsaldan heç bir mis kütlə almamışdır. O Vüsalı uzun müddətdir ki, tanıyır. Belə ki, Vüsal əvvəllər plastik tullantıları toplayıb ona satmışdır. Ona görə də Vüsalın ona mütəmadi şəkildə mis kütlələri gətirməsindən ümumiyyətlə şübhələnməmişdir. Həmçinin qeyd etmişdir ki, o alqı-satqı zamanı hər hansı qeydiyyat aparmır, buna görə də Vüsaldan almış olduğu mis kütlələrin nə qədər olmasını qeyd etdiyi hər hansı qeydiyyatı olmamışdır. Yalnız Vüsaldan mis kütlələri alarakən şəxsiyyət vəsiqəsinin şəklini çəkmişdir. 16 fevral 2022-ci il tarixdə “Aggreko” Limited şirkətinin Azərbaycan Respublikasındakı filialına məxsus 96,60 metrlik gücləndirici və 136 metr uzunluqda yerüstü kabellər xx.xx.2022-ci il tarixdə həmin filialın Bakı şəhəri, Səbail rayon 20-ci sahə Salyan şossesi 3 ünvanında yerləşən həyətindən naməlum şəxs və şəxslər tərəfindən gizli olaraq talanması faktı ilə bağlı Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. 22 fevral 2022-ci il tarixli götürmə və baxış keçirmə haqqında protokola əsasən Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş 15 metr uzunluğunda qara rəngli plastik örtüklü qalın kabel götürülmüşdür. 22 fevral 2022-ci il tarixdə saat 18:10-da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. 24 fevral 2022-ci il tarixli qərarla cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsindən həmin məcəllənin 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif olunmuşdur. 24 fevral 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs CM-nin 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. Səbail rayon prokurorluğunun 24 fevral 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında vəsatət təmin edilməmişdir. 24 fevral 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. 11 aprel 2022-ci il tarixli qərarla X4 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınmışdır. 11 aprel 2022-ci il tarixli əşyanın tanınmaya təqdim edilməsi barədə protokola əsasən X3 tanınmaya təqdim edilmiş üzəri qara plastiklə örtülmüş qalın kabeli tanımışdır. 25 may 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs təqdim etdiyi 15 metr uzunluğundakı üzəri qara rəngli izolyasiyalı, içərisindən hər biri izolyasiyalı beş damarlı naqil keçən qalın kabel maddi sübut hesab edilmiş, saxlanması üçün Səbail Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 26 may 2022ci il tarixli 9\3106 saylı rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş nümunə əsasında qərarın təsviri hissəsində göstərilən naqillərin istifadədə olması nəzərə alınmaqla 2022-ci il ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 3081.00 manat müəyyən edilir. O cümlədən: - 01 ədəd 6 sm uzunluğunda, mis əsaslı ərintidən hazırlanmış üzəri qara rəngli izolyasiyalı içərisindən hər biri izloyasiyalı beş damarlı naqil keçən kabelin 96.60 metri - 1449,00 (96,60x15 man) manat. - 01 ədəd 18 sm uzunluğunda, mis əsaslı ərintidən hazırlanmış, üzəri sarı-yaşıl rəngli izolyasiyaslı, ümumi diamelri təxminən 12 mm. içərisi çox simli naqilin 136 metri - 1632,00( 136x12man) manatdır. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manatdır. 26 may 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan ittiham yenidən elan edilmişdir. Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs: - Moskva şəhər Çertanov rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Rusiya Federasiyası CM-nin 161 maddəsinin 2-ci hissəsinin “q” bəndi 30-cu maddənin 3-cü hissəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum edilmişdir. - Səbail RPİ-nin İŞ-də CM-nin 177.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işinin icraatına xx.xx.2021-ci il tarixli qərarla CPM-nin 40.2-ci maddəsinə əsasən xitam verilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhər Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi 27 mart 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinin icraatına CPM-nin 40.2-ci maddəsinə xitam verilmişdir. Zərərçəkmiş şəxs “Aggreko (Middle East)” Limited şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi X1 ərizəsindən görünür ki, təqsirləndirilən şəxslə barışıq əldə edilmişdir, təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidin ifadələri, ekspert rəyi, iş materiallarına əlavə edilmiş işin digər halları ilə təkrarən saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 2016-cı ildə Rusiya Federasiyasının Moskva şəhərində soyğunçuluq cinayəti törətdiyinə görə məhkum olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Göründüyü kimi qanunvericilik özü-özlüyündə cinayətlərin residivi anlayışına daxil edilmiş əvvəllər məhkum olunmuş şəxs anlayışı, barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü olan və cinayət qanunu ilə nəzərdə tutulan cəza təyin edilmiş şəxsi ehtiva edir. Həmçinin qeyd edilməlidir ki, cəza təyin edilərkən xarici dövlətlərin məhkəmə hökmlərinə əsasən yaranmış məhkumluqların nəzərə alınmasının mümkünlüyü baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1, 5, 18, 61 və 65-ci maddələrinin, Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsi və “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquq münasibətləri haqqında” Minsk Konvensiyası baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 07 iyun 2019-cu il tarixli qərarına əsasən yalnız Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynalxalq müqavilələr üzrə xarici dövlətlərin məhkəmə hökmlərinə əsasən yaranmış məhkumluğun Azərbaycan Respublikasının məhkəmələri tərəfindən cəza təyin edilərkən nəzərə alınmasına yol verilir. Cinayət-Prosessual Məcəlləsinin 140.0.5-ci maddəsinə görə, cinayət prosesi gedişində təqsirləndirilən şəxsin məhkumluğunun olması və ona müəyyən cəza təyin edilməsi yalnız məhkəmə hökmünün surətinin əvvəlcədən əldə edilməsi və tədqiqi ilə müəyyən edilə bilər. Lakin iş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Rusiya Federasiyasının Moskva şəhərində soyğunçuluq törətdiyinə görə barəsində çıxarılmış hökm Azərbaycan Respublikasında tanınmamış və icra edilməmişdir. Təqsirləndirilən şəxs 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi haqqında Moskva şəhər Çertanov Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr üzrə tanınmadığından hazırkı hökm üzrə cəza təyin edilərkən nəzərə alına bilməz. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 22 fevral 2022-ci il tarixdən 24 fevral 2022-ci il tarixədək, 02 (iki) gün gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs istintaq orqanına təqdim etdiyi 15 metr uzunluğundakı üzəri qara rəngli izolyasiyalı, içərisindən hər biri izolyasiyalı beş damarlı naqil keçən kabel zərərçəkmiş şəxs “Aggreko (Middle East)” Limited şirkətinin Azərbaycan Respublikasındakı filialına qaytarılmalıdır. İş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının tədqiqatının xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197- 198, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 22 fevral 2022-ci il tarixdən 24 fevral 2022-ci il tarixədək, yəni 02 (iki) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - ünvan 4 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs istintaq orqanına təqdim etdiyi 15 metr uzunluğundakı üzəri qara rəngli izolyasiyalı, içərisindən hər biri izolyasiyalı beş damarlı naqil keçən kabel zərərçəkmiş şəxs “Aggreko (Middle East)” Limited şirkətinin Azərbaycan Respublikasındakı filialına qaytarılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X5, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 300 (üç yüz) manat tutularaq Bakı şəhəri 3 saylı Vəkil Bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar