Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-153/2024 08.07.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev Ülvi Bağır oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1988-ci ildə Rusiya Federasiyasında anadan olan, Azərbaycan Respublikası vətəndaşı, evli, bir azyaşlı uşaq atası, orta təhsilli, əvvəllər məhkum olunmuş və hazırda cəza çəkən, Qax rayonu, Güllük kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını təkrarən ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 “Heydər Əliyev adına” Bakı Dərin Özüllər Zavoduna işə düzəldəcəyini vəd verərək 17 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu 3-cü mikrorayon dairəsi, Cavadxan küçəsi 3005-ci məhəllədə yerləşən “Araz Spar” supermarketin qarşısında 450 (dörd yüz əlli) manat, həmin tarixdə Zərərçəkmiş şəxs2 qardaşı Zərərçəkmiş şəxs1 eyni məqsədlə İmişli rayonu Oruclu kəndində yerləşən “Tərəkəmə” marketin içərisində quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsi ilə ona məxsus və "xxxx" ASC-yə aid **** **** 6490 3127 nömrəli bank kartına köçürdüyü 160 (yüz altmış) manat, 19 sentyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs2 qardaşı Zərərçəkmiş şəxs1 eyni məqsədlə İmişli rayonu Oruclu kəndində yerləşən “Tərəkəmə” marketin içərisində quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsi ilə ona əxsus və "xxxx" ASC-yə aid **** **** 6490 3127 nömrəli plastik bank kartına köçürdüyü 300 (üç yüz) manat, eyni tarixdə ünvan 1 ünvanda yerləşən “Körpü” adlı kafedə 400 (dörd yüz) manat, 01 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi, Asif Məhərrəmov küçəsində yerləşən metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında olan parkda əlbəəl verdiyi 250 (iki yüz əlli) manat, 02 oktyabr 2022-ci il saat 16:15-də Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi, Asif Məhərrəmov küçəsində yerləşən metronun “Memar Əcəmi” stansiyasının girişində quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsi ilə köçürdüyü 100 (bir yüz) manat və son dəfə 09 oktyabr 2022-ci il saat 18:13-də İmişli rayonu Oruclu kəndində yerləşən “Tərəkəmə” marketdə araşdırılmış “eManat” ödəmə terminalı vasitəsi ilə ona məxsus və "xxxx" ASC-yə aid **** **** 6490 3127 nömrəli plastik bank kartına köçürdüyü 30 (otuz) manat məbləğində pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib vədinə əməl etməyərək, aldatma və etibardan sui-istifadə yolu ilə Zərərçəkmiş şəxs2 1.690 (bir min altı yüz doxsan) manat məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, özgənin əmlakını ələ keçirmək niyyətilə Zərərçəkmiş şəxs1 “Heydər Əliyev adına” Bakı Dərin Özüllər Zavoduna mühafizəçi vəzifəsinə işə düzəldəcəyini vəd verərək, bu məqsədlə 07 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi yaxınlığında sonuncunun əlbəəl verdiyi 500 (beş yüz) manat və 09 oktyabr 2022-ci il tarixdə İmişli rayonu Oruclu kəndində yerləşən “Tərəkəmə” marketin içərisində quraşdırılmış “MilliÖn” ödəmə terminalı vasitəsi ilə ona məxsus və "xxxx" ASC-yə aid **** **** 6490 3127 nömrəli plastik bank kartına iki dəfəyə köçürdüyü 220 (iki yüz iyirmi) manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib vədinə əməl etməyərək aldatma və etibardan sui-istifadə yolu ilə Zərərçəkmiş şəxs1 720 (yeddi yüz iyirmi) manat məbləğdə maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, özgənin əmlakını ələ keçirmək niyyəti ilə Zərərçəkmiş şəxs3 “Heydər Əliyev adına” Bakı Dərin Özüllər Zavoduna işə düzəldəcəyini vəd verərək, bu məqsədlə sonuncunun istəyi ilə qardaşı X1 07 oktyabr 2022-ci il saat 16:27-də İmişli rayonu Oruclu kəndində yerləşən “Tərəkəmə” marketdə quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsi ilə ona məxsus və "xxxx" ASC-yə aid **** **** 6490 3127 nömrəli plastik bank kartına köçürdüyü 136 (yüz otuz altı) manat, 08 oktyabr 2022-ci il tarixdə saat 17:14də İmişli rayonu Oruclu kəndində yerləşən “Tərəkəmə” marketdə quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsi ilə köçürdüyü 480 (dörd yüz səksən) manat, 10 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Ələt-Qazax magistral yolunun 28-ci kilometrliyində yerləşən “Heydər Əliyev adına” Bakı X2rşısında əlbəəl verdiyi 200 (iki yüz) manat və son dəfə 12 oktyabr 2022-ci il tarixdə saat 22:12-də Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Salyan şossesində yerləşən “Araz” marketdə quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsi ilə ona məxsus və "xxxx" ASC-yə aid **** 6490 3127 nömrəli plastik bank kartına köçürdüyü 50 (əlli) manat məbləğdə pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib vədinə əməl etməyərək aldatma və etibardan sui-istifadə yolu ilə Zərərçəkmiş şəxs3 866 (səkkiz yüz altmış altı) manat məbləğdə maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir . Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyini, onları aldatmadığını, onlar dediyi tarixdə tutulmuş vəziyyətdə Abşeron Rayon Polis İdarəsində olduğunu bildirmişdir. Qeyd etmişdir ki, 02 oktyabr 2022-ci ildə tutulmuş, 14 oktyabr 2022-ci il tarixində azadlığa buraxılmışdır. Daha sonra Abşeron Rayon Polis İdarəsinin əməliyyatçıları Elvinə zəng etmiş, Elvin Polis İdarəsinə gedərək 17 noyabr 2022-ci ildə ikinci dəfə həbs edilmişdir. 10-15 gün orada saxlanılmışdır. Kartı zərərçəkmiş şəxslərdə olmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs1 bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə qardaşı Elnurun vasitəsi ilə tanış olmuşdur. Elvin ona X5 işlədiyini bildirərək, Orxanı işə düzəldəcəyini vəd etmişdir. Orxan Elvinə 3-cü mkr. dairəsində 500 manat, sonra 160 manat, daha sonra isə 60 manat pul vermişdir. Ümumilikdə Elvinə 720 manat pul verib. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs2 bildirmişdir ki, qazi olduğu üçün Maştağada, bəzən isə gecələri hosteldə qalırdı. Təqsirləndirilən şəxslə də hosteldə tanış olmuşdur. Təqsirləndirilən şəxs X5 rəis işlədiyini bildirmişdir. Bir neçə dəfə görüşdükdən sonra münasibət yaranmışdı. Ona qazi, işsiz olduğunu, vəziyyətinin o qədər də yaxşı olmadığını bildirdikdə onu işə düzəldəcəyini bildirmişdir. Daha sonra Elnur onu atası ilə görüşdürüb bir yerdə çörək yemişdirlər. Elvin onlarla söhbət edərkən Bəxtiyar adlı şəxsin adını çəkmişdir. Elnurun atası demişdir ki, əgər Bəxtiyar müəllim tanıdığı şəxsdirsə, deməli işə düzəldəcəyi yer, yaxşı yerdir. Elvin onlara karta pul köçürmək lazım olduğunu bildirmişdir. Sonra Elnurun qardaşı Elvinə 3-cü Mkr dairəsində 300 manatdan yuxarı pul vermişdir. Dövlət yardım kimi ona 326 manat pul ayırıb. 2 dəfə DOST mərkəzinin pulunu alıb Təqsirləndirilən şəxs vermişdir. Daha sonra Elnur H.Əliyev adına Dərin Özüllər zavoduna getmiş, Təqsirləndirilən şəxs onu ora işə düzəltdiyini bildirmişdir. Lakin ona Zavoddan bildirmişdirlər ki, artıq bura gələn neçənci adamdır ki, bu sözü deyir. Ordan polisə zəng vurub birbaşa həmin zavoddan şikayət etmişdi. Qardaşı və həmkəndlisi Elvinlə onun vasitəsi ilə tanış olublar. Ümumilikdə 2138 manat- 720 manat qardaşının, 1690 manat da Elnurun pulu olmuşdur. Cinayət işi başlayandan sonra Elvinin atası onun atasına zəng vurub yoldaşının xərçəng xəstəsi və özünün də xəstə olduğunu bildirmişdir. Atası da ona “yaşlı adamdı gedin ərizə yazın onu buraxsınlar” söyləmişdir. Elvinin qardaşı 400 manatı verib söz vermişdi ki, yerdə qalan məbləği mart ayında fındıq satıb verəcəklər. Buna görə Elnurgil rəisin yanında ərizə yazmış, onun tutulmağını istəmədiklərini söyləmişlər. Çünki, onlara dəyən zərərin ödənilməsi lazımdır. Elnur qeyd etmişdir ki, barışıq etməmişlər, aralarında danışıq belə olmuşdur ki, ərizə yazacaqlar, Elvin içəridən çıxacaq və dəyən zərəri ödəyəcək. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs3 bildirmişdir ki, Elvin onu Dərin Özüllər zavoduna fəhlə kimi mühafizəyə işə düzəldəcəkdir. Oktyabr ayında Bakı Özüllər Zavodunun həyətində sənədləri və 200 manat pul vermişdi. Elvin ona bildirmişdir ki, sənədləri Zavoda təqdim edəcək sonra isə ona ərizəni imzalamaq üçün zəng edəcəklər. İldırım 3-4 gün gözləmiş, zəng gəlmədikdən sonra özü ora getmişdir. Orada ona elə adam tanımadıqlarını bildirmişlər. Ümumi olaraq Elvinə 866 manat pul vermişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid Məmmədəli oğlu bildirmişdir ki, Təqsirləndirilən şəxs oğlanlarından birini mühafizəyə, digərini sürücü kimi Dərin Özüllər zavoduna işə düzəldəcəyi adı ilə pul almışdır. “Körpü” adlanan kafenin altında onun yanında 160 manat, sonra 60 manat, daha sonra isə 400 manat Elvinə vermişdir. İş materiallarında olan 02 iyul 2023-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. İş materiallarında olan 02 iyul 2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 10 iyul 2023-cü il tarixli məcburi gətirilmə haqqında qərardan görünür ki, xx.xx.1988-ci ildə Rusiya Federasiyasının, Kuybişev şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, Qax rayonu, Güllük kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs məcburi olaraq İmişli RPŞ-nin İstintaq Bölməsinə gətirilməsi qərara alınmışdır. İş materiallarında olan 02 avqust 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismin cəlb edilərək həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan 04 avqust 2023-cü il tarixli cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi bir icraatda birləşdirilərək ********* nömrəsi saxlanılmaqla ibtidai istintaq davam etdirilmiş və əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinə tövsif edilmişdir. İş materiallarında olan 08 aprel 2023-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. İş materiallarında olan 12 aprel 2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 05 fevral 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi və əlavə yoxlama təyin edilməsi barədə qərardan görünür ki, HK-1/2383 saylı material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında İstintaq bölməsinin müstəntiqi İsa Əlizadənin 19 noyabr 2022-ci il tarixli qərarı ləğv edilmiş və material üzrə əlavə yoxlama təyin edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli aidiyyəti üzrə göndərilməsi barədə qərardan görünür ki, Zərərçəkmiş şəxs2 ərizəsi əsasında toplanmış material Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 213-cü maddəsinə əsasən Nəsimi RPİ-nin İŞ-nə göndərilmişdir. İş materiallarında olan 26 aprel 2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 16 may 2023-cü il tarixli məcburi gətirilmə haqqında qərardan görünür ki, xx.xx.1988-ci ildə Rusiya Federasiyasının, Kuybişev şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, Qax rayonu, Güllük kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs məcburi olaraq İmişli RPŞ-nin İstintaq Bölməsinə gətirilməsi qərara alınmışdır. İş materiallarında olan 08 iyun 2023-cü il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən olunmadığından ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. İş materiallarında olan 02 avqust 2023-cü il tarixli cinayət işi üzrə icraatın təzələnməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. İş materiallarında olan 04 avqust 2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan 04 avqust 2023-cü il tarixli təqsirləndirilən şəxsin tutulması üçün barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. İş materiallarında olan 25 avqust 2023-cü il tarixli cinayət işi üzrə icraatın təzələnməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət işinin ərazi aidiyyəti üzrə göndərilməsi barədə qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi davam etdirilməsi üçün ərazi aidiyyatı üzrə Səbail RPİ-nin İŞ-nə göndərilmişdir. İş materiallarında olan 19 sentyabr 2023-cü il tarixli təqsirləndirilən şəxsin tutulması üçün barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. İş materiallarına əlavə edilmiş Səbail Rayon Polis idarəsinin xx.xx.2023-cü il tarixli № 47/2-32712 saylı məktubundan görünür ki, 21273/23 saylı axtarış işi üzrə Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Səbail Rayon Polis İdarəsinin CAŞ-nın əməkdaşları tərəfindən saxlanılaraq Səbail Rayon Polis İdarəsinin MSY-nə təhvil verilmişdir. İş materiallarında olan 29 noyabr 2023-cü il tarixli axtarışda olanın tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 noyabr 2023-cü il tarixdə saat 17:00-da Qax rayonunda tutulmuşdur. İş materiallarında olan 30 noyabr 2023-cü il tarixli cinayət işi üzrə icraatın təzələnməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. İş materiallarında olan 30 noyabr 2023-cü il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 30 noyabr 2023-cü il tarixdə saat 17:40-da tutulmuşdur. İş materiallarında olan 01 dekabr 2023-cü il tarixli “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” Səbail rayon prokuroru baş ədliyyə müşaviri X4 görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş, Təqsirləndirilən şəxs dərhal saxlanıldığı MSY-dən azad edilməsi və barəsində həbslə əlaqədar olmayan qətimkan tədbirinin seçilməsi məsələsinin həll edilməsi qərara alınmışdır. İş materiallarında olan 01 dekabr 2023-cü il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 11 dekabr 2023-cü il tarixli cinayət təqibi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. İş materiallarında olan 20 yanvar 2024-cü il tarixli cinayət təqibi üzrə icraatın təzələnməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 02 dekabr 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 69.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün (iş materiallarında olan Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə 01 il 10 ay 28 gün) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Qaradağ Rayon Məhkəməsinin 1(002)-170/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinmiş və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxsnın tutma altında və həbsdə olduğu 06 ay 16 gün həbsdə olmanın 1 gününə azadlığın məhdudlaşdırılması cəzasının 2 gün hesabı azadlığın məhdudlaşdırılması cəzasına hesablanmış və üzərində qəti olaraq 01 (bir) il 10 (on) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarında olan Qax Rayon Məhkəməsinin 7(024)-4/2024 saylı, xx.xx.2024cü il tarixli qərarı ilə Qax rayon icra və probasiya şöbəsinin təqdimatı təmin edilərək Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 1(002)-170/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 01 il 10 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan 01 il 06 ay 10 gün müddətə azadlığın mdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-maddəsinə əsasən iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanmaqla 09 (doqquz) ay 05 (beş) gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, məhkum Təqsirləndirilən şəxs 30 noyabr 2023-cü il tarixdə Səbail RPİ-nin MSY-də saxlanıldığı 02 gün hesablanmış 09 (doqquz) ay 05 (beş) gün müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılaraq üzərində qəti olaraq 09 (doqquz) ay 03 (üç) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, məhkum Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi, məhkum Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanması qərara alınmışdır. İş materiallarında olan Qax rayon Güllük inzibati ərazi dairəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs Qax rayon Güllük kəndində qeydiyyatdadır və həmin kənddə ailəsi ilə yaşayır və yaşayış yeri üzrə yaxşı xarakterizə olunur. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 16:15-də Nəsimi rayonu M.Əcəmi metrostansiyasının girişində olan 01528 ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs adına "xxxx" kartına, kartın son nömrəsi 64903127 100 manat nəğd ödəniş edilmişdir; xx.xx.2022-ci il tarixdə saat 18:13:46-da İmişli rayonu Oruclıı kəndində olan “Tərəkəmə market”də olan “eManat” ödəmə terminalı vasitəsilə 30 manat pul Təqsirləndirilən şəxs "xxxx" 64903127 kart hesabına ödəniş edilmişdir; xx.xx.2022-ci il tarixdə saat 16:27:55-də İmişli rayonu Oruclu kəndində yerləşən “Tərəkəmə market”də quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs 64903127 “Leobank kart hesabına 136 manat pul köçürülmüşdür; xx.xx.2022-ci il tarixdə saat 17:14:40-da İmişli rayonu Oruclu kəndində yerləşən “Tərəkəmə market”də quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs 64903127 “Leobank kart hesabına 480 manat pul köçürülmüşdür; xx.xx.2022-ci il tarixdə saat 22:12də Səbail rayonu Bayıl qəsəbəsi Salyan şossesində Araz Marketdə quraşdırılmış «eManat» ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs 64903127 "xxxx" kart hesabına 50 manat pul köçürülmüşdür. İş materiallarında olan “Unibank” KB-nın Səbail rayon məhkəməsinə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs məxsus 409858******3127 nömrəli kart üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək kamera görüntülərinin təqdim olunması Azərbaycan Respublikası Mərkəzi Bankının “Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”na əsasən bankomatlara məxsus gizli kamera görüntülərinin ən azı 06 (altı) ay müddətində saxlanılması təmin edildiyindən və müştəri son 6 ay ərzində bankomat vasitəsilə məxaric əməliyyatı həyata keçirmədiyi üçün 409858******3127 nömrəli kart üzrə qeydə alınmış görüntülərin mövcud olmadığı bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron RPİ-nin Səbail rayon məhkəməsinə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş Abşeron RPİ-nin MSY-də saxlanılan şəxslərin uçotu kitabından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə daxil olmuş xx.xx.2022-ci il tarixdə çıxmışdır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərdən pul almadığı, həmin ərəfələrdə bölmədə saxlanıldığı, kartının onların özündə olduğu ilə bağlı verdiyi ifadələr şahidlərin ifadəsi, maddi sübutlar və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin qeyd edilən qaydada ifadə verməsini və ona qarşı elan olunmuş ittihamda özünü təqsirli bilməməsi onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin belə ifadə verməsi məsuliyyətdən yayınmaq məqsədilə verilmiş ifadədir, onun bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Ona görə də Təqsirləndirilən şəxs verdiyi ifadələri məhkəmə doğru olmayan, digər iş materialları ilə uyğun gəlməyən ifadələr kimi qiymətləndirir və qəbul etmir. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs maddənin sanksiyası çərçivəsində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurduğu ziyanı qismən ödəməsi, himayəsində bir azyazlı uşağın olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar qismində qəbul edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə cinayət əmməllərini onun barəsində Qaradağ Rayon Məhkəməsi tərəfindən çıxarılmış xx.xx.2023cü il tarixli hökmdən əvvəl törətmişdir və ona görə də ona cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində ağırlaşdıran hal kimi müəyyən edilməmişdir. Belə ki, iş materiallarında olan Qaradağ rayon məhkəməsinin 1(002)-170/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinmiş və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxsnın tutma altında və həbsdə olduğu 06 ay 16 gün həbsdə olmanın 1 gününə azadlığın məhdudlaşdırılması cəzasının 2 gün hesabı azadlığın məhdudlaşdırılması cəzasına hesablanmış və üzərində qəti olaraq 01 (bir) il 10 (on) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4, 18.4.1 və 18.4.4-cü maddələrinə əsasən residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 1(002)-170/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə məhkum edildiyi, habelə hazırki iş üzrə təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş az ağır cinayət hesab olunur və həmin hökmlə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmişdir. Buna görə də məhkəmə Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 1(002)-170/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə məhkum edildiyi, həmin hökm ilə ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyini nəzərə alaraq hesab edir ki, qeyd edilən cinayət əməlləri və azadlığın məhdudlaşdırılması növündə cəzaya görə məhkumluq residivin müəyyən edilməsi zamanı nəzərə alına bilməz. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Belə ki, iş materiallarında olan Qax rayon məhkəməsinin 7(024)-4/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən Qax rayon icra və probasiya şöbəsinin təqdimatı təmin edilərək Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 1(002)-170/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 01 il 10 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan 01 il 06 ay 10 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-maddəsinə əsasən iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanmaqla 09 (doqquz) ay 05 (beş) gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, məhkum Təqsirləndirilən şəxs 30 noyabr 2023-cü il tarixdə Səbail RPİ-nin MSY-də saxlanıldığı 02 gün hesablanmış 09 (doqquz) ay 05 (beş) gün müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılaraq üzərində qəti olaraq 09 (doqquz) ay 03 (üç) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, məhkum Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi, məhkum Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanması qərara alınmışdır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Qaradağ rayon məhkəməsinin 1(002)-170/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə ona təyin edilmiş 01 (bir) il 10 (on) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi yəni, 01 (bir) il 06 (altı) ay 10 (on) gün müddətinin Qax rayon məhkəməsinin 7(024)-4/2024 saylı, 20 fevral 2024-cü il tarixli qərarı ilə əvəz edilmiş 09 (doqquz) ay 05 (beş) gün müddətinə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən bu hökm üzrə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməli və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq cəza müəyyən edilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş, biri-birini məntiqi baxımdan tamamlayan və təkzibedilməz mötəbər dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə təyin olunmuş vəkilin məhkəmə iclaslarında iştirak etdiyi vaxtları üçün 300 (üç yüz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsindən tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Qaradağ Rayon Məhkəməsinin 1(002)-170/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə ona təyin edilmiş 01 (bir) il 10 (on) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi yəni, 01 (bir) il 06 (altı) ay 10 (on) gün müddətinin Qax Rayon Məhkəməsinin 7(024)-4/2024 saylı, 20 fevral 2024-cü il tarixli qərarı ilə əvəz edilmiş 09 (doqquz) ay 05 (beş) gün müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki cəza ilə qismən toplanılmaqla ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 29 noyabr 2023-cü il tarixdə 17:00 axtarışla tutularaq 01 dekabr 2023-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 14 fevral 2024-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Zərərçəkmiş şəxslərə mülki iddia icraatı qaydasında şikayət etmək hüququ izah edilsin. Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə müdafiə edilməsinə görə 300 (üç yüz) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Bakı şəhəri 12 saylı vəkil bürosunun «Access Bank»-ın Səbail rayon filialındakı bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonraki gün qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №1(009)-153/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-153/2024
08.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver