Məhkəmə qərarları › İş №1(009)-153/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-153/2025

20.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-153/2025 20.11.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X2 qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1998-ci ildə Ağcabədi rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, əvəllər məhkum olunmuş, subay, orta təhsilli, Ağcabədi rayonu, H.Əliyev prospekti, ev 323-də qeydiyyatda olmaqla Abşeron rayonu, Müşviqabad qəsəbəsi, X.Məmmədov küçəsində kirayədə yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 07 dekabr 2024-ci il tarixdə, səhər saat 08 radələrində, Bakı şəhəri, Səbail rayonu,"İçəri şəhər" Qəsr küçəsi,ev 45 ünvanın 2 saylı mənzilin giriş qapısının kilidi açıq olmasından istifadə edib yaşayış sahəsinin qonar otağına gizli şəkildə qanunsuz daxil olaraq,qonaq otağındakı dolabın üzərində qoyulmuş, mənzil sahibi Zərərçəkmiş şəxs məxsus içərisində 300 manat nağd pul saxlanılan 20 manat dəyərindəki bir ədəd qara rəngli dəri materialından olan pul kisəsiniözgənin əmlakını gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs cəmi 320 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o sonuncu dəfə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-360/2025 saylı, 19 iyun 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. 07 dekabr 2024-cü il tarixdə, səhər saat 07 radələrində,o,tək Bakı şəhəri, Səbail rayonu, "İçəri şəhər"-in dar dalanları ilə gəzib özünə qalmaq üçün hostel axtarmış, həmin vaxt tanımadığı həyətə girmiş və həmin həyətdə köhnə binanın birinci mərtəbəsində yerləşən taxta qapını yoxladıqda kilidi açıq olmasını görmüş, qapını açıb mənzilə daxil olduqda əvvəlcə girişdə balaca mətbəx otağı yerləşməsini,sonra həmin otaqdan digər içəri otağa keçdikdə qarışıq vəziyyətdə yataqlar olmasını görmüşdür.Bu zaman o,həmin balaca otaqda pençərənin qarşısında olan dolabın üzərində bir ədəd qadın üçün pul kisəsini görmüş,sakitcə həmin pul kisəni götürüb otağı tərk etmişdir. O,mənzildən bayıra çıxıb tələsik həmin həyətdən uzaqlaşıb getmişdir. O, həyətdən dar dalanla çıxıb oradan uzaqlaşarkən, pul kisəsini açıb içərisinə baxdıqda, həmin pul kisəsinin içərisində hazırda xatırlamadığı məbləğdə qarışıq pul əskinazları olmasını görmüş, eyni zamanda pul kisəsinin icerisindaki ciblarda dagia fikir vermedivti sənədlər və vəsiqələr olmusdur. O pul kisəsinin iconsimon nagu pullar goturmuş,pul kisəsinin özünü isə içərisindəki sənəd və vəsiqələriə birlikdə, oğurluq etdiyi mənzildən uzaqlaşıb avtomobil yoluna çıxmış və yol kənarı ilə gedərkən, həmin küçədə park edilmiş dəqiq ünvana,markasına və nömrəsinə fikir vermədiyi avtomobilin altına atmışdır. Sonra o,çıxıb "İçəri şəhər"-dən getmiş, pul kisəsinin içərisindən götürdüyü nağd şəkildə olan xatırlamadığı pul məbləğini özü üçün xərcləmişdir. Təqsinləndirilən şəxs Təqsirləndirilən şəxs, törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını, onunla barışdığını, atasının bu yaxında vəfat etdiyini, anasının yaşlı olduğunun bildirərək ona mümkün qədər yüngül cəza verilməsini xahiş etdi Məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs göstərmişdir ki, o, Bakı şəhəri, Səbail rayonu,"İçəri şəhər" Qəsr küçəsi,ev 45,mənzil 2-də yaşayır. Yaşadığı iç-içə olan iki otaqlı mənzil Bakı şəhəri, Səbail rayonu, "İçəri şəhər"-in yolu dar-dalanlarla olan köhnə məhlədə, iki mərtəbəli yaşayış binanın birinci mərtəbəsində yerləşir, mənzilin girişi köhnə məhəllənin həyətindən olmaqla taxta qapıdan ibarətdir. Həmin mənzilin ümumi istifadəsində olan bir ədəd qonaq otağında, həm oturmaq, həm də yatmaq üçün istifadə edilir. Hər gün oğlu və gəlini səhər tezdən işə gedir,o,isə nəvələri ilə birlikdə evdə qalır. 07 dekabr 2024-cü il tarixdə səhər tezdən, harda sa səhər saat 07 radələrində, oğlu Röyal və gəlni Xəyala evdən çıxıb işə getmiş, sonuncular gedərkən mənzilin həyətə olan taxta giriş qapını örtsǝlər də, evdə o,və nəvələri olduğu üçün qıfılın kilidini açarla bağlamamışdır. Həmin məhəllə kənar, dar dalan yolları və nabələd yerdə olduğundan, həmçinin qonşuluqda yaşayış olmadığından, oraya kənar adamların yolu düşmədiyindən, oğlu gil çox vaxtı işə gedərkən qapı kilidini evdə adam olduğu üçün açarla bağlamırlar. Həmin günü o,səhər saat 08 radələrində yuxudan oyanıb yataqdan qalxmış, bu zaman nəvələri yataqlarında yatmışlar,o,yerini yəni yatağını yığışdırarkən, həmin otaqda dolabın üzərində qoyduğu qara rəngli dəri materialdan olan pul kisəni görməmiş, ətrafa dolabın dikər kənarlarına və içərisinə, masa üzərinə baxıb axtardıqda tapa bilməmiş, həmin otaqdan digər mənzilin çıxışında yerləşən məxbəx otağına keçdikdə, həmin mətbəx otağından məhəlləyə olan mənzilin bayır qapısı tam açıq vəziyyətdə olmasını görmüş və bu zaman başa düşdüm ki,mənzilə yatmalarından və mənzilin küçə qapının kilidi açıq olmasından,kim sə istifadə edib mənzilə gizlincə daxil olub dolabın üzərindəki pul kisəsini oğurlamışdır. O, özünə məxsus dolabın üzərində axşamdan qoyduğu pul kisəsinin içərisində cəmi 300 manat,yəni iki ədəd 100 manatlıq, üç ədəd 20 manatlıq və dörd ədəd 10 mantlıq pul əskinazları,pil kisəsinin ciblərində adına olan şəxsiyyət vəsiqəsi və xarici pasportu olmasını, oğurlanmış qara rəngli pul kisəsi işlənmiş olsa da təzə və yaxşı vəziyyətdə olmaqla, dəyəri 20 manat olmuşdur. Sonra o,zəng edib gəlini Xəyalədən dolabın üzərində qoyduğu özünə məxsus qara rəngli pul kisəni götürüb-götürməməsi barədə soruşmüş, Xəyalə evdən sonuncu özü çıxmasını və onun pul kisəsinin dolabın üzərində olmasını gördüyünü bildirmişdir. Bu zaman o,bir daha mənzilin qapısı açıq olmasından,mənzilə oğru girməsindən əmin olmuş,oğurluq nəticəsində ona cəmi 320 manat maddi ziyan dəydiyindən, 9-cu PB-nə gedib oğurluq barədə məlumat vermişdir. Zərərçəkmiş şəxs ərzə ilə məhkəməyə müraciət edərək, səhətimləəlaqədar uzun müddət ərzində Türkiyədə müalicədə olduğumdan zərərçəkmiş şəxs qismində keçdiyim cinayət işinin məhkəmə baxışında iştirak edə bilmirəm, məhkəməni mənim iştirakım olmadan keçirilməsinə etiraz etmirəm, Təqsirləndirilən şəxs, vurduğu maddi ziyanı tam ödədiyindən ona qarşı heç bir şikayət və tələbim yoxdur. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid1 göstərmişdir ki,o, ailə üzvlərilə yəni əri Röyal Bəbirov, iki azyaşlı uşaqları və qaynanası Zərərçəkmiş şəxs ilə birlikdə Bakı şəhəri, Səbail rayonu,"İçəri şəhər" Qəsr küçəsi,ev 45,mənzil 2-də yaşayır, rəsmi olaraq heç bir yerdə işləməsə də fərdi olaraq şirniyyat sexində şirniyyatçı olaraq işləyir. O, hər gün səhər tezden yəni səhər saat 07 radələrində işə gedib axşam saat 18 radlərində evinə dönür.07 dekabr 2024- cü il tarixdə səhər saat 07 radələrində, o, həmişə olduğu kimi əri Röyalı işə yola salıb, özü də arxasınca yaşadığı evdən çıxıb işə getmişdir. Onun ailəsi ilə birgə yaşadığı iki otaqlı iç-içə olan mənzil, "İçəri şəhər"-nin Qəsr küçəsində yerləşən dar dalanlı yolları olan iki mərtəbəli yaşayış binanın birinci mərtəbəsində yerləşir, mənzilin giriş qapısı köhnə yaşayış binanın həyətindədir.O, mənzildən çıxıb gedərkən mənzilin həyətə olan taxta qapını örtmüş, qapının qıfıl kilidini açaria bağlamamışdır. O, işə gedərkən qaynanası İradə və iki azyaşlı uşaqları,mənzilin həm qonaq, həm də yataq otağı kimi istifadə olunan otaqda yatmışlar. Həmin günü saat 08:30 radələrində,o,işdə olduğu zaman qaynanası İradə zəng edərək, nəvələri ilə birlikdə mənzilin yataq otaqda yatdığı zaman,həmin otağa mənzilin həyətə olan qapının kilidi açıq olmasından istifadə edib kiminsə gizlincə girməsini və yataq otağında dolabın üzərində qoyduğu özünə aid pul kisəsini oğurlamasını, həmin pul kisəsinin içərisində 300 manat nağd pul,adına olan şəxsiyyət vəsiqəsi və xarici pasport olmasını bildirmişdir. Sonra axşam üstü o,evə döndükdə qaynanası İradə pul kisəsinin oğurlanması barədə polisə müraciət etməsini və polis əməkdaşları gəlib mənzilə baxış keçirməsini bildirmişdir. Həmçinin o,səhər işə gədərkən,evdə qaynanası və uşaqları olduğundan, eyni zamanda mənzilləri dar dalanlı yolu olan həyətdə olduğundan çox vaxtı səs yaranıb uşaqları və qaynanası yuxudan oyanmasın deyə qapının kilidini bağlamamasını, bu haldan istifadə edən naməlum şəxs mənzilə girib oğurluq etməsini göstərmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid3 göstərmişdir ki,o, ailəsi ilə birlikdə Bakı şəhəri, Səbail rayonu,"İçəri şəhər" Qəsr küçəsi,ev 47 ünvanında yaşayır, fərdi olaraq fəhləlik edir, Bakı şəhərin "Tarqovı" adlanan mərkəzi hissəsində küçə və meydanlarda gül satmaqla dolanır.O, ailəsi ilə yaşadığı iç-içə olan iki otaqlı mənzil Bakı şəhəri, Səbail rayonu, "İçəri şəhər"-in yolu dar-dalanlarla olan köhnə məhlədə, iki mərtəbəli yaşayış binanın birinci mərtəbəsində yerləşir. Belə ki,07 dekabr 2024-cü il tarixdə, səhər saat 08 radələrində,o,tək yaşadığı evdən çıxıb fəhləlik etmək üçün iş arxasınca gedərkən, məhəllələrinin dar-dalanı ilə qaçaraq Əvvəllər tez-tez "İçəri şəhər" ərazisində gəzib tüfeyli həyat tərzi keçirən və pul dilənən, sifətdən tanıdığı sonradan isə adı Sevinc olmasını bildiyi cavan qız,onu görən kimi daha da iti şəkildə gaciba mahalladan uzaqlasmışdır.O.Sevincin consu həyətdə yaşayan İradə xanım cilin ev teref. dən gəlməsindən şübhələnmişdir. Sonra o, həmin günü günorta saatlarında nahara evə gəldikdə, mənzilinin yaxınlığında ərazinin əməliyyat müvəkkili Şahid2 görmüş, sonuncu ilə söhbət edərkən, həmin günü səhər tez saatlarında,qonşusu İradə xanımın mənzilinə, mənzilin giriş qapısının kilidi açıq olmasından istifadə edən naməlum şəxs daxil olaraq, mənzildən İradə xanıma məxsus pul kisəsini oğurlaması məlum olmuşdur. Bu zaman o, əməliyyat müvəkkili Həsən müəllimə, səhər tezdən saat 08 radələrində, iş arxasınca evdən çıxıb gedərkən, İradə xanım gilin mənzil istiqamətindən "İçəri şəhər" ərazisində tüfeyli həyat tərzi keçirən və pul dilənən cavan qız Sevincin gəlməsini görməsini, Sevinc onu görən kimi tələsik qaçıb həmin məhəllədən uzaqlaşması bildirmişdir. Bundan bir neçə gün sonra ona, həmin Sevinc adlı qızın polis tərəfindən tutulması,sonuncu İradə xanımın mənzilinə girməsini və pul kisəsini oğurlamasını etiraf etməsini məlum olmuşdur. Hadisə günü o,Sevincin İradə xanımın mənzili yerləşdiyi tərəfdən gəlməsi və onu görən kimi qaçaraq oradan uzaqlaşması hərəkətlərindən şübhələnsə də, o, Sevincin əlində hər hansı bir əşya olmasına fikir verməməsini bildirmişdir Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid2 göstərmişdir ki, o, 07 dekabr 2024-cü il tarixdə, Bakı şəhəri, Səbail RPİ-nin 8-ci PB-də xidmətdə olarkən,xidmət etdiyi Bakı şəhəri, Səbail rayonu,"İçəri şəhər" ərazisində, Qəsr küçəsi,ev 45,mənzil 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs PB-nə gəlib müraciət edərək, yaşadığı evdə yatmış vəziyyətdə olan zaman, ailəsinin digər üzvləri evdən çıxıb səhər tezdə işə gedərkən evin giriş qapısının kilidi açıq qalmasını, ailə üzlərini getdikləri səhər saat 07-dən sonra səhər saat 08 radələrində, İ.Bǝbidrova yuxudan oyandıqda, iki otaqdan ibarət mənzilin iç-içə olan yataq otağında yerləşən dolabın üzərinə qoyduğu içərisində sənədləri və 300 manat nağd pulu olan bir ədəd qara rəngli pul kisəsini mənzilə gizlincə daxil olmuş naməlum şəxs tərəfindən oğurlanıb mənzili tərk etməsini aşkar etməsini,həmin pul kisəsinin oğurlanmasını Zərərçəkmiş şəxs mənzilin küçəyə, yəni binanın məhəlləsinə olan taxta qapının tam açıq vəziyyətdə qalmasından başa düşməsini bildirmişdir. Bundan sonra həmin oğurluq faktı ilə əlaqədar əməliyyat qrupu hadisə yerinə çıxıb mənzilə baxış keçirilmiş, həmin oğurluq hadisəsi ilə əlaqədar o,isti İzlərlə apardığı əməliyyat tədbirləri nəticəsində, həmin mənzilin yerləşdiyi məhəllənin, Qəsr küçənin dar dalanlarla gedən nabələd yerdə yerləşməsini,mənzilin giriş qapısı məhəlləyə baxdığından, həmin məhəllə istiqamətindən əvvəllər "İçəri şəhər" ərazisində tüfeyli həyat tərzi keçirən,pul dilənən və harda gəldi qalan gənc qız Təqsirləndirilən şəxs çıxıb qaçmasını müəyyən etməsini, S.Qasımanovin yerini müəyyən edilməsi üçün tərəfindən bir sıra əməliyyat axtarış tədbirləri keçirməsini, S. Qasımova həmin oğurluq hadisəsindən sonra bir neçə gün "İçəri çəhər" ǝrazisinə gəlməməsini və nəhayət tərəfindən Səbail rayonu,"Fəvvarələ" meydanı ərazisində 24 dekabr 2024-cü il tarixdə saat 15 radələrində müəyyən edilib saxlanılmasını və Zərərçəkmiş şəxs mənzilində baş vermiş oğurluq hadisəsi ilə əlaqədar sorğular aparmasını və Təqsirləndirilən şəxs həmin mənzilə səhər saatlarında gizli daxil olub oğurluq etməsini etiraf etməsini,pul kisəsinin içərisində olan nağd pulları özü üçün xərcləməsini, içərisində fikir vermədiyi sənədlər olan pul kisəsini isə xatırlamadığı ərazidə atdığını bildirməsini,sonra Təqsirləndirilən şəxs oğurluq faktı ilə bağlı dindirilməsi üçün tərəfindən istintaqa təqdm edilməsini, həmçinin Təqsirləndirilən şəxs hadisə baş vermiş tarixdə və saatda Zərərçəkmiş şəxs yaşadığı mənzilin həyətindən çıxmasını, həmin ünvanın qonşuluğunda yaşayan Şahid3 görərək tərəfindən aparılmış sorğular zamanı təsdiq etməsini göstərmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” 07 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Səbail rayonu, “İçəri şəhər" Qəsr küçəsi, ev 45, mənzil 2-də yerləşir, həmin mənzil iki mərtəbəli dar dalanı olan küçədə yerləşən yaşayış binasının 9-cu mərtəbəsində yerləşir. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (Cild İ, i.v. 5-9). “İfadənin yerində yoxlanması haqqında” 26 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 dekabr 2024-cü il tarixdə səhər saat 07 radələrində, Bakı şəhəri, Səbail rayonu,"İçəri şəhər"-in dar dalanları ilə gəzərkən, Qəsr küçəsi,ev 45 ünvanında yerləşən iki mərtəbəli yaşayış binanın həyətinə gəlməsini, həmin həyətdə yerləşən 2 saylı mənzilin qapısını yoxlayarkən açıq olmasını, həmin mənzilə daxil olduqda əvvəllcə balaca mətməx otağı olması, digər otağa keçdikdə içərisin heç kəsil olmadığı qarışıq yataqlar sərilmiş otağın pencərə qarşısında yerləşən dolabın üzərində bir ədəd qara rəngli pul kisəsini görüb götürərək, otağı sakitçə tərk etməsini, həmin mənzilin çıxışı olan həyətdən çıxıb dar dalanlarla oradan uzaqlaşarkən, pul kisəsinin içərisinə baxdıqda,orada məbləğini xatırlamadığı nağd pul və fikir vermədiyi sənədlər olmasını görüb,dar dalandan avtomobil yoluna çıxıb yolunu davam edərkən, pul kisəsinin içərisindən nağd pulu götürərək, digər sənədlərə ehtiyacı olmadığından həmin pul kisəsinini yerini,markasını və nömrəsini xatırlamadığı yol kənarında park edilmiş avtomobilin alt hissəsinə atdığı yeri əyani olaraq göstərməklə ifadə vermişdir. İfadənin yerində yoxlanması zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (Cild İ, i.v. 47- 51). “Sübutların qiymətləndirilməsi haqqında” 20 fevral 2024-cü il tarixi qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində şəxsiyyət vəsiqəsini, pasportu və ya digər mühim şəxsi sənədləri talama və ya məhv etmə cinayətlərinin tərkibi olmadığından, barəsində Azərbaycan Respublikası CM-nin 326.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir (Cild İ, i.v. 60-64). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin ifadələri, hadisə yerinə baxış protokolları, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146). “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarının 2ci bəndinə əsasən Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin qərarın 7-ci bəndinə əsasən təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Həmin qərarın 20-ci bəndində göstərilmişdir ki, anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, magistral boru kəmərləri və digər qurğular aiddir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır; Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 66.2-ci maddəsinə əsasə cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz; 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 14 iyul 2022-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Cinayət Məcəlləsinin 66.1- 66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. İş materiallarında olan: “Tutma haqqında” 24 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:30-da tutulmuşdur (Cild İ, i.v. 30). “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” 26 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Səbail RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, Yalçın Məmmədovun vəsatəti rədd edilmişdir. Təqsirləndirilən şəxs saxlanıldığı Səbail RPİ-nin MSY-dən azad edilmişdir (Cild İ, i.v. 43-44). “Qətimkan tədbirinin seçilməsi haqqında” 26 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində "polisin nəzarəti altına vermə" növündə qətimkan tədbiri seçilmişdir (Cild İ, i.v. 45). Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-153/2025 saylı, 13 may 2025-ci il tarixli qərarından görünür ki, barəsində “polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və sonuncu barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş 30 may 2025-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-153/2025 saylı, 13 may 2025-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Səbail RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2025-ci il tarixdə Bakı istintaq təcridxanasına gətirilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 may 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarı ilə 04 (dörd) ay 25 (iyirmi beş) gün vaxtından əvvəl şərti azad edilmişdir. xx.xx.2024-cü il tarixdə cəzası bitmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 iyun 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (Cild İ, i.v. 56). Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-360/2025 saylı, 19 iyun 2025-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək, yəni 02 (iki) gün tutulma müddəti 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 04 (dörd) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs az ağır cinayət əməlinə görə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 iyun 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına münasibətdə onun məhkumluğu hazırki cinayət əməlini törədərkən ödənilməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 02 il müddətinin axımı onun hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqları gündən hesablanır. Təqsirləndirilən şəxs 24 iyun 2022-ci il tarixli hökm üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətdiyindən onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə müvafiq olaraq cinayətlərin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün yarısından az ola bilməz kimi tələbi cəza təyini zamanı məhkəmə tərəfindən nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını, onunla barışdığını, təqsirləndirilən şəxsin bildirdiyinə görə atasının bu yaxında vəfat etdiyini, anasının yaşlı olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı səmimi peşman olduğunu bildirməklə bərabər, onun əməlindən peşman olması yalnız sözlərində deyil, həm də davranışlarında və hərəkətlərində ifadə olunur. Belə ki, o, törətdiyi cinayət əməlini etiraf etməklə ibtidai istintaq və məhkəmə istintaqı zamanı cinayət əməlinin sübut olunmasında çətinliklər yaratmamışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarında göstərilmişdir ki, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra cəzanı çəkib qurtarmış şəxsin hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu təqdirdə cəzanın təyin edilərkən Cinayət Məcəlləsinin 66.5-ci maddəsində cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona cinayətlərin məcmusu üzrə cəza təyin edilməsi təsbit edilmişdir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair qəbul edilmiş Qərarında “hökm çıxarılmazdan əvvəl”, “hökm çıxarıldıqdan sonra”, “məhkum” ifadələrinin mənası açıqlanaraq, həmin maddədə qanuni qüvvəyə minmiş hökmün nəzərdə tutulduğu qeyd olunmuşdur. Nəzərə alınmalıdır ki, əvvəlki hökmlə təyin edilmiş cəzanın çəkilib qurtarması halı həmin hökmün qüvvəyə minməsindən əvvəl törədilmiş cinayətə görə cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsinin mümkünlüyünu istisna edən əsas kimi qəbul edilə bilməz. Belə ki, göstərilən halda Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən çəkilən cəza isə qəti cəza müddətinə hesablanmalı, yəni çəkilmiş cəza cinayətlərin məcmusu qaydasında təyin olunan vahid cəzadan çıxılmalıdır. Beləliklə, cinayət qanunvericiliyi birinci hökmlə təyin edilmiş cəzanın çəkilib qurtarması halına aid hər hansı müstəsna qayda müəyyən etmədən, şəxsin birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törətdiyi başqa cinayətə görə təqsirli bilindiyi halda, ona eyni, yəni Cinayət Məcəlləsinin 66.1-66.4-cü maddələrində müəyyən edilən cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsini və birinci hökmə əsasən çəkilən cəzanın qəti cəza müddətinə hesablanmasını nəzərdə tutmuşdur. Qanunvericinin belə tənzimetməsi onunla izah olunur ki, cinayətlərin məcmusunun mövcud olduğu hər bir halda, o cümlədən birinci hökm üzrə cəzanın çəkilib qurtardığı halda da müvafiq qaydada cəza təyin edilməsi mütləqdir. Əks yanaşma, yəni şəxsə hökmün qanuni qüvvəyə mindiyi ana qədər törədilmiş cinayətə görə cinayətlərin məcmusu qaydasında deyil, ayrılıqda cəza təyin edilməsi cinayət qanununun cəza təyinetmə ilə bağlı qaydalarına zidd olmaqla yanaşı, həmçinin şəxsə daha ağır həddə cəza təyin edilməsi ilə nəticələnə bilər. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-360/2025 saylı, 19 iyun 2025-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrumetmənin bir gününə bərabər tutularaq 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası hesab edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilən 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmalıdır. Bundan sonra Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəlki iş üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət və hazırki iş üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, ümumilikdə 04 (dörd) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər ücün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar ücün - ciddi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Ona görə də, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan əlavə məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.5-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs cəzasının əvvəlinin Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-153/2025 saylı, 13 may 2025-ci il tarixli qərarına əsasən həbs qətimkan tədbirinin seçilməsini və 27 may 2025-ci il tarixdən tutularaq istintaq təcridxanasına yerləşdirildiyini nəzərə alaraq cəzaçəkmə müddətinin əvvəlinin həmin tarixdən hesablanmasını və barəsində seçilmiş həbs növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 991.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 (on bir) manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 29 aprel 2025ci il tarixədək 1 saatı 6 manat olmaqla 12 saata görə 72 (yetmiş iki), həmin tarixdən sonra 1 saatı 11 manatdan hesablanmaqla 36 saata görə 396 (üç yüz doxsan altı) manat, ümumilikdə 468 (dörd yüz altmış səkkiz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq Bakı şəhəri 3 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, ekspertiza xərcləri və mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)360/2025 saylı, 19 iyun 2025-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrumetmənin bir gününə bərabər tutularaq 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası hesab edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilən 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki iş üzrə 24 dekabr 2024-cü il tarixdən 26 dekabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət və əvvəlki iş üzrə 26 fevral 2025-ci il tarixdən 28 fevral 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, ümumilikdə 04 (dörd) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 08 (ay) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 27 may 2025-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 29 aprel 2025ci il tarixədək 1 saatı 6 manat olmaqla 12 saata görə 72 (yetmiş iki), həmin tarixdən sonra 1 saatı 11 manatdan hesablanmaqla 36 saata görə 396 (üç yüz doxsan altı) manat, ümumilikdə 468 (dörd yüz altmış səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq Bakı şəhəri 3 saylı Vəkil Bürosunun “Kapital Bank”dakı hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan təqsirləndirlən şəxsə hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar