Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-154/2022 05.07.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Qəribli Günel Adil qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi məhkəməyə daxil olmuşdur. İttiham aktına əsasən Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs qohumu X2 11000 manat müqabilində X5 işə düzəldəcəyinə yalandan vəd verib aldadaraq, vahid niyyətlə davamlı olaraq 2018-ci ilin noyabr ayının ortalarında Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 89 ünvanında Zərərçəkmiş şəxs 8000 manat və 20 fevral 2019-cu il tarixdə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 66 saylı yanacaqdoldurma məntəqəsinin həyətində 3000 manat pul alıb ələ keçirərək verdiyi vədə əməl etmədən, Zərərçəkmiş şəxs ümumilikdə 11000 manat dəyərində - xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi göstərmişdir ki, təqsirləndirilən şəxsə verilmiş ittiham düzgün deyil. Belə ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs tərəfindən 2019-cu ilin fevral ayında Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yanacaqdoldurma məntəqəsində verilmiş 3000 manat məbləğində vəsait zərərçəkmiş şəxsə 2019-cu ilin iyul ayında qaytarılmışdır. Belə olan halda dəymiş ziyanın məbləği 8000 manat təşkil edir. Təqsirləndirilən şəxsə Zərərçəkmiş şəxs ümumilikdə 11000 manat dəyərində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsi barədə verilmiş ittiham əsassız və qanunsuzdur. Bu səbəbdən cinayət işinin baxılmasına xitam verilməsini və işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etdi. Məhkəmə hazırlıq iclasında ilkin dinləmələr zamanı Təqsirləndirilən şəxs göstərmişdir ki, Zərərçəkmiş şəxs qohumu X2 X5 işə düzəldilməsi ilə bağlı köməklik göstərəcəyini bildirmiş, bunun müqabilində 2018-ci ilin noyabr ayının ortalarında Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 89 ünvanında 8000 manat almışdır. Daha sonra isə Zərərçəkmiş şəxs 20 fevral 2019-cu il tarixdə əlavə olaraq Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 66 saylı yanacaqdoldurma məntəqəsinin həyətində 3000 manat almışdır. Lakin 2019-cu ilin iyul ayında Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 66 saylı yanacaqdoldurma məntəqəsinin həyətində o, 3000 manat məbləğində vəsaiti və X3 aid sənədləri Zərərçəkmiş şəxs qaytarmışdır. Qeyd olunanlara əsasən cinayət işinin baxılmasına xitam verilməsini və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etdi. Məhkəmənin hazırlıq iclasında iştirak edən Dövlət ittihamçısı Cinayət Prosessual Məcəlləsinin 303.1-ci maddəsinə əsasən məhkəmə iclasında aradan qaldırıla bilməyən hallar olduqda cinayət işinin baxılmasına xitam verilməsini və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması nəzərdə tutulmuşdur. Müdafiəçi tərəfindən qeyd edilən hal kobud pozuntu deyil, burda ittihamın daha ağırdan daha yüngülə keçir. Bu xususat məhkəmə araşdırması zamanı təsdiqini tapdığı təqdirdə məhkəmə tərəfindən müvafiq qərar qəbul edilə bilər. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə məhkəmə baxışına verilməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasında ilkin dinləmələr zamanı Zərərçəkmiş şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxs ona qohumu X2 X5 işə düzəldilməsi ilə bağlı köməklik göstərəcəyini bildirmişdir. Bu məqsədlə Təqsirləndirilən şəxs 8000 manat pul istəmiş, 2018-ci ilin noyabr ayının ortalarında onun tərəfindən Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 89 ünvanında Təqsirləndirilən şəxs 8000 manat vermişdir. Daha sonra isə Təqsirləndirilən şəxs qohumunun işə düzəldilməsi ilə bağlı əlavə olaraq 3000 manat istəmişdir. Onun tərəfindən 20 fevral 2019-cu il tarixdə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 66 saylı yanacaqdoldurma məntəqəsinin həyətində 3000 manat Təqsirləndirilən şəxs verilmişdir. Bundan sonra o bir müddət gözləmiş, işin alınmadığını görüb pulu geri tələb etmişdir. 2019-cu ilin iyul ayında Təqsirləndirilən şəxs tərəfindən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 66 saylı yanacaqdoldurma məntəqəsinin həyətində 3000 manat məbləğində vəsaiti və X3 aid sənədlər ona geri qaytarılmışdır. Təqsirləndirilən şəxs qalan məbləğin isə bir ay müddətində qaytaracağına söz vermişdir. Təqsirləndirilən şəxs ona 3000 manat qaytarılsa da, 8000 manat məbləğindən hər hansı bir ödəniş etməmişdir. Bu səbəbdən də o, baş vermiş hadisə ilə bağlı hüququ mühafizə orqanına müraciət etmiş, ərizəsində Təqsirləndirilən şəxs 8000 manatın qaytarılması barədə verdiyi vədə əməl etməməsini göstərmişdir. Təqsirləndirilən şəxs tərəfindən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 66 saylı yanacaqdoldurma məntəqəsinin həyətində verilmiş 3000 manat məbləğində vəsait ona qaytarıldığından həmin məbləğlə bağlı şikayət və tələbi olmamışdır. Hazırki vaxtadək Təqsirləndirilən şəxs tərəfindən 8000 manat ona qaytarılmamışdır. Cinayət işinin baxılmasına xitam verilməsini və işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına etiraz etmədi. Məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ittiham aktı və cinayət işinin materialları öyrənilərkən müəyyən edilmişdir ki, cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntuya yol verildiyindən cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Belə ki, CPM-nin 223.3.2-ci maddəsinə əsasən şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti, həmin Məcəllənin 223.4-cü maddəsinə əsasən isə qərarın nəticə hissəsində şəxsin cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar və törədilmiş cinayətə görə məsuliyyət nəzərdə tutan cinayət qanununun maddəsi göstərilir. CPM-nin 224.2-ci maddəsinə əsasən müstəntiq təqsirləndirilən şəxsin şəxsiyyətini müəyyən etdikdən sonra ona təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarı elan edir və elan edilən ittihamın mahiyyətini izah edir. CPM-nin 289.3.1 və 289.3.2-ci maddəsinə əsasən ittiham aktının təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar, həmçinin təqsirləndirilən şəxsin təqsirliliyini təsdiq edən sübutlar göstərilir. CPM-nin 289.4-cü maddəsinə əsasən ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən elan olunmuş ittihama əsasən Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək nəqsədi ilə Zərərçəkmiş şəxs qohumu X2 11000 manat müqabilində X5 işə düzəldəcəyinə yalandan vəd verib aldadaraq, vahid niyyətlə davamlı olaraq 2018-ci ilin noyabr ayının ortalarında Bakı şəhəri Yasamal rayonu H.Zərdabi prospekti-89 ünvanında Zərərçəkmiş şəxs 8000 manat və 20 fevral 2019-cu il tarixdə Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 66 saylı Yanacaq Doldurma məntəqəsinin həyətində 3000 manat pul alıb ələ keçirərək verdiyi vədə əməl etmədən, Zərərçəkmiş şəxs ümumilikdə 11000 manat dəyərində - xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına əsasən cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət-hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda, həmçinin, nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin, konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Cinayət qanunvericiliyinə əsasən, cinayətin törədilməsi üsulu ictimai təhlükəli əməli törədərkən təqsirkarın istifadə etdiyi yanaşma qaydaları və metodlarıdır. Əməlin törədilməsində seçilən üsul onun məzmunu konkretləşdirməyə imkan verir. Buna görə də cinayətin obyektiv cəhətinin bu elementini xarakterizə edən əlamətlər qüvvədə olan cinayət qanunvericiliyinin xeyli tərkiblərinə daxil edilmişdir. Qanunverici orqan müəyyən hallarda cinayətin edilmə üsulunu xarakterizə edən əlamətləri tərkibə daxil etməklə cinayət sayılan əməlləri cinayət sayılmayan əməllərdən, eləcə də oxşar cinayətləri bir-birindən fərqləndirir, habelə müəyyən növ əməllərə görə məsuliyyətin daha ədalətli diferensiasiyasına nail olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın məzmununda Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs 20 fevral 2019-cu il tarixdə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 66 saylı yanacaqdoldurma məntəqəsinin həyətində 3000 manatı alıb ələ keçirərək verdiyi vədə əməl etməməsi göstərilsə də, cinayət işi materiallarından və məhkəmə iclasında ilkin dinləmələr keçirilərkən müəyyən olunmuşdur ki, əlavə olaraq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs tərəfindən 2019-cu ilin fevral ayında Səbail rayonu, Badamdar qəsəbəsində yanacaqdoldurma məntəqəsində verilmiş 3000 manat məbləğində vəsait zərərçəkmiş şəxsə 2019-cu ilin iyul aylarında, yəni cinayət işinin başlanılması barədə 01 dekabr 2021-ci il tarixli qərar qəbul edilməmişdən öncə qaytarılmışdır. Həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.4 -cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi öyrənilərkən müəyyən olunmuşdur ki, cinayət işinin başlanılmasına əsas və səbəb Zərərçəkmiş şəxs 14 noyabr 2019-cu il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək və Yasamal RPİ-nin 29-cu Polis Bölməsinə ərizə ilə müraciət edərək, 2018-ci ilin noyabr ayında qohumu X2 DİO-da işə düzəltmək üçün Təqsirləndirilən şəxs Yasamal rayonu Bakı Biznes Universitetinin inzibati binası ilə üzbəüz olan kafedə 8000 manat verməsi, lakin həmin şəxsin verdiyi vədə əməl etməməsi, ondan aldığı pulu qaytarmaması barədə verdiyi məlumat əsasında toplanmış material olmuşdur. Bundan başqa, Bakı şəhər X8 İdarəsinin təhqiqatçı və müstəntiq tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlarda, həmçinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlarının Bakı şəhər Yasamal Rayon Prokurorluğu tərəfindən ləğv edilməsi barədə xx.xx.2020-ci il tarixli, 01.0.2020-ci il tarixli, 5.11.2020-ci il tarixli, xx.xx.2021-ci il tarixli qərarlarda Zərərçəkmiş şəxs 8000 manat məbləğində ziyan dəyməsi göstərilmişdir. Hazırki iş üzrə tərtib edilmiş ittiham aktında CPM-in 289.3.1-ci maddəsinə əsasən, əməlin həmin maddə üzrə tövsif edilməsi üçün qanun normasının ifadə etdiyi tərkib əlamətlərinin mövcudluğunu nəzərdə tutan cinayətin törədilmə üsulu, yeri, vaxtı, ittihamın mahiyyətini əks etdirən zəruri tərkib elementləri, nəticəsi və digər mühüm hallar dəqiq əks olunmamışdır. Həmçinin, CPM-in 223.4-cü maddəsinə əsasən, şəxsin təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarın nəticə hissəsində törədilmiş cinayətə görə məsuliyyət nəzərdə tutan cinayət qanununun maddəsi göstərildiyi halda, təsviri-əsaslandırıcı hissədə CPM-in 223.3.2-ci maddəsinə əsasən, həmin maddə üzrə cinayət tərkibinin mövcudluğunu nəzərdə tutan cinayətin törədilmə üsulu, yeri, ittihamın mahiyyəti konkret olaraq əks olunmamış, həmçinin ittihamın təsvirində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yanacaqdoldurma məntəqəsində verilmiş, sonradan həmin şəxsə məhz qaytarılmış 3000 manat məbləğində vəsait zərərçəkmiş şəxsə vurulmuş zərər kimi hesablanmış, zərərçəkmiş şəxsə cinayət işinin başlanılması barədə qərardan öncə Təqsirləndirilən şəxs tərəfin ödədiyi məbləğ yüngülləşdirici hal kimi nəzərə alınmışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Qanun əmlakın və ya əmlaka olan hüququn ələ keçirilməsinin üsulu kimi aldatma və ya etibardan sui-istifadəni nəzərdə tutur. Təqsirkar aldadaraq və ya etibardan sui-istifadə edərək zərərçəkmiş şəxsi yanılmaq dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur. Dələduzluq özünün törədilmə üsuluna görə 2 növə ayrılır: 1) aldatma yolu ilə dələduzluq; 2) etibardan sui-istifadə etmə yolu ilə dələduzluq. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Hazırki iş üzrə müstəntiq tərəfindən tərtib edilmiş ittiham aktında törədilmiş əməlin üsulu konkret göstərilməmiş, törədilmiş əməlin üsulu kimi dələduzluq cinayətinin törədilmə üsullarının hər ikisi – “etibardan sui-istifadə etmə və aldatma” kimi qeyd edilmişdir. Dələduzluq maddi tərkibli cinayət olduğundan belə cinayətlərin daha bir obyektiv əlaməti ictimai təhlükəli nəticənin - əmlakın mülkiyyətçisinə real maddi ziyan vurulmasının mövcud olmasıdır. Bu halda ziyanın miqdarı talanmış (götürülmüş) əmlakın dəyəri ilə müəyyən edilir. Dələduzluq cinayətinin predmeti etibardan sui-istifadə və ya aldatma yolu ilə ələ keçirilən özgə əmlakıdır. Zərərçəkmiş şəxs isə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə əmlakı və ya əmlak hüquqları qanunsuz və əvəzsiz ələ keçirilən şəxsdir. İş materiallarından göründüyü kimi Zərərçəkmiş şəxs faktiki olaraq 8000 manatı ələ keçirilmiş və ona real 8000 manat məbləğində zərər dəymişdir. İstintaq orqanı isə Təqsirləndirilən şəxs əməlini vahid niyyətlə qiymətləndirərək zərərçəkmiş şəxsə artıq qaytarılmış və faktiki olaraq Zərərçəkmiş şəxs dəyməmiş ziyana görə, cinayətin maddi tərkibli olması və 3000 manat hissəsində ictimai təhlükəli nəticənin baş vermədiyini nəzərə almadan zərərçəkmiş şəxsə 11000 manat məbləğində maddi ziyanın vurulması ilə bağlı ittiham irəli sürülmüşdür. Hazırkı iş üzrə ittiham aktı müvafiq hissədə CPM-in 289-cu maddəsinin tələblərinə uyğun tərtib edilməmişdir. Təsbit olunanlara əsaslanaraq məhkəmə qeyd edir ki, ittiham aktında törədilmiş əməlin üsulu ( ittiham aktında dələduzluq cinayətinin törədilmə üsulu kimi “etibardan sui-istifadə etmə və aldatma” usullarının hər ikisi qeyd olunmuşdur), ittihamın mahiyyəti (ittihamın təsvirində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yanacaqdoldurma məntəqəsində verilmiş, sonradan həmin şəxsə qaytarılmış 3000 manat məbləğində vəsait zərərçəkmiş şəxsə vurulmuş ziyan kimi nəzərə alınaraq ittihamın verilməsi) və əməlin harda törədilməsi (zərərçəkmiş şəxsdən alınmış 3000 manat pulun qaytarılması nəzərə alınmaqla) konkret olaraq əks olunmaması CPM-in 303.3.6-cı maddəsinə əsasən, cinayət işi üzrə ittiham aktının CPM-in 289cu maddəsinin tələblərinə uyğun olmaması kobud prosessual pozuntu kimi qəbul edilməlidir. Cinayət Prosessual Məcəllənin 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin Məcəllənin 303.3.6-cı maddəsinə əsasən cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması kobud pozuntusudur və bu halda cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır. Yuxarıda şərh olunanlara əsasən məhkəmə, ibtidai istintaq orqanı tərəfindən ittiham aktının Cinayət Prosessual Məcəllənin 289-cu maddəsinin tələblərinə uyğun olmaması qənaətinə gələrək hesab edir ki, qərarın təsviri hissəsində sadalanan kobud qanun pozuntunu məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmadığından, onun baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Göstərilənlərə əsasən fəaliyyətində kobud qanun pozuntuya yol vermiş Bakı şəhər Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X4 barəsində təsir tədbirlərinin görülməsi üçün xüsusi qərar çıxarımalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300.1.5-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası CPM-nin 306.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərar çıxarmaqla yanaşı, həmçinin təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı, qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi barədə qərar çıxarır. Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilməsinə hazırkı mərhələdə zərurət yoxdur və barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai (araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı, həmçinin fəaliyyətində kobud qanun pozuntularına yol vermiş Bakı şəhər Səbail rayon Polis İdarəsinin baş müstəntiqi X4 barəsində təsir tədbirlərinin görülməsi üçün xüsusi qərar çıxarımalıdır. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 299, 300.1.5, 303.3.6, 306 və 307-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Bakı şəhər Səbail Rayon Polis İdarəsinin müstəntiqi X6 tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinin pozulmasına yol verildiyi müəyyən edilsin və barəsində təsir tədbirlərinin görülməsi üçün xüsusi qərar çıxarılsın. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 150 (bir yüz əlli) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun "xxxx" QSC-nin Səbail rayon filialındakı (kod 504960, müxbir hesabı AZ10NABZ********************, VÖEN **********) hesabına keçirilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan apellyasiya şikayəti və protesti verilə bilməz. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-154/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-154/2022
05.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver