Məhkəmə qərarları › İş №1(009)-155/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-155/2022

30.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-155/2022 30.08.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər: Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 Oqtay qızı və Bakı şəhəri 03 saylı vəkil bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, 02 avqust 1983-cü ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, ailəli, fərdi əmək fəaliyyəti ilə məşqul olan, əvvəllər məhkum olunmamış, Beyləqan rayonu Mil qəsəbəsində qeydiyyatda olmaqla Bakı şəhər, Səbail rayonu, Qurbanov küçəsi ev 2-də yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, HÖKM ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs, 18 mart 2022-ci ildə, təxminən saat 12 radələrində Bakı şəhəri, Səbail rayonu, Ə.Yaqubov küçəsi 4-də ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək, əlində olan balta ilə Zərərçəkmiş şəxs bel nahiyyəsinə və yumruqla sifət nahiyəsinə vurub xəsarət yetirməklə qərəzli xuliqanlıq hərəkəti etmişdir. Belə ki, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs, onun həyat yoldaşını nalayiq ifadələrə təhqir etməsini cüzi səbəb kimi bəhanə edib, öz şəxsiyyətini başqalarının fövqündə qoymaqla, şəxsi üstünlüyünü nümayiş etdirmək niyyəti ilə 18 mart 2022-ci ildə, saat 12 radələrində Bakı şəhəri, Səbail rayonu, Ə.Yaqubov küçəsində rastlaşdığı Zərərçəkmiş şəxs hücum edərək ictimai yerdə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, digər vətəndaşların ciddi narahatçılığına səbəb olmaqla ictimai qaydanı kobud surətdə pozan, habelə özü ilə gətirdiyi baltadan silah qismində istifadə edərək zor tətbiq edilməsi ilə müşayiət edilən hərəkətlər edib, əvvəlcə həmin balta ilə Zərərçəkmiş şəxs belin arxa səthinə, daha sonra isə yumruqla üz nahiyəsinə zərbə vuraraq sonuncuya döş qəfəsinin sol yarısının arxa səthinin çapılmış yarası, alm nahiyəsinin, sağ üst göz qapağının, sağ gözün bayır bucağının sıyrıqları ilə nəticələnən və ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirməkdə ifadə olunan qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, Zərərçəkmiş şəxs, qaynanası Şahid3 ikinci həyat yoldaşıdır və artıq 12 ildir ki, onlar rəsmi qaydada boşanmışlar. 17 mart 2022-ci ildə həyat yoldaşı Şahid2 ona zəng vuraraq bildirmişdir ki, o, anası Şahid3 ilə Bayıl qəsəbəsində gəzdikləri zaman Zərərçəkmiş şəxs onlara yaxınlaşmış və onları nalayiq küçə söyüşləri ilə söyərək təhqir etmişdir. Odur ki, o, da Habilin qardaşı Sarvana zəng vurub onları nalayiq küçə söyüşləri ilə söyərək təhqir etmiş və o da öz növbəsində onu təhqir edərək Bayıl bazarının qarşısında olduğunu bildirmişdir. O, bazarın qarşısına getsə də onu orada tapa bilmədiyi üçün yaşadığı ünvana qayıtmışdır. 18 mart 2022-ci ildə, Sarvan ona zəng vurub bazarın qarşısına çağırarkən evdə olan baltanı götürüb gödəkçəsinin altına qoyaraq bazarın qarşısına yollanmışdır. Orada Habilin tanımadığı şəxslərlə dayanıb söhbət etdiyini görmüş və onu qorxutmaq məqsədi ilə onun üstünə cumaraq yumruqla sifət nahiyəsinə və üzərində olan balta ilə bir dəfə kürək nahiyəsinə asta halda zərbə endirmişdir. Bu zaman orada olan şəxslər onları ayırmış və mübahisə nəticəsində Habil də onu yumruqla vurmuş və qulağını dişləyərək ona bədən xəsarəti yetirmişdir. Təqsirləndirilən şəxs, əməlindən səmimi peşman olmasının, törətmiş olduğu əməli etiraf etməsinin, əvvəllər məhkum olunmamasının, ilk dəfə olaraq az ağır cinayət törətməsinin, himayəsində iki azyaşlı uşağının olmasının, zərərçəkmiş şəxslə barışmasının və bu barədə Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim olunmuş ərizənin olmasının nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət əməli üzrə təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zərərçəkmiş şəxs və şahid ifadələri, hadisə yerinə baxış və ifadənin yerində yoxlanılması protokolları, ekspert rəyi, video görüntü ilə tam sübuta yetirilmiş və bir ədəd balta sübut növü kimi tanınmışdır. Məhkəmə iclasında ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs onun keçmiş arvadı Şahid3 kürəkənidir. Rövşənlə aralarında ədavəti düşmənçiliyi yoxdur. Rövşən, dünən yəni, 17 mart 2022-ci ildə onun qardaşı Sərvana zəng vuraraq heç bir səbəb olmadan qardaşı Sərvanı və onu nalayiq ifadələrlə söyərək təhqir etmişdir. 18 mart 2022-ci ildə, təxminən saat 12 radələrində Bayıl bazarının qarşısında İbrahim və adını bilmədiyi şəxslə dayanıb söhbət etdiyi zaman Rövşənin əlində balta üstünə gəldiyini görmüş, bu zaman onların aralarında mübahisə başlanmış və mübahisə zamanı Rövşən əlində olan balta ilə onun bel nahiyyəsindən vuraraq ona xəsarət yetirmişdir. O Rövşənin əlindən baltanı almaq istəsə də baltanı ondan ala bilməmiş, əraziyə yaxınlaşan şəxslər baltanı onun əlindən alaraq onları aralaşdıran zaman Rövşən yumruqla sifət nahiyyəsindən onu yenidən vurmuş və o da Rövşəni yumruqla vuraraq qulağını dişləmişdir. Zərərçəkmiş şəxs, ərizə ilə məhkəməyə və ibtidai istintaq orqanına müraciət edərək Təqsirləndirilən şəxs ilə barışıq əldə etdiyini və ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun keçmiş həyat yoldaşıdır və onlar 2014-cü ildə rəsmi qaydada boşanmışlır. Təqsirləndirilən şəxs isə qızı Lalənin həyat yoldaşıdır. 17 mar 2022-ci ildə, təxminən saat 18 radələrində qızı Lalə ilə birlikdə Bayıl nəsəbəsində fəaliyyət göstərən “BAZAR STORE” ticarət mərkəzinin qarşısından keçərkən Habil idarə etdiyi “NİVA” markalı avtomaşımı saxlayıb onu və qızını nalayiq küçə söyüşləri ilə söyüb təhqir etmiş və onları öldürəcəyi ilə hədələmişdir. Rövşən də bu hadisəni bidikdən sonra Habilin qardaşı Sarvanın nömrəsini ondan alaraq onunla danışmış və ona bildirmişdir ki, Habil onun həyat yoldaşını söymüşdür. Sarvan isə bildirmişdir ki, Habil sənin həyat yoldaşını söyməz . Səhərisi gün, yəni, 18 mart 2022-ci ildə ona məlum olmuşdur ki, Rövşən Bayıl qəsəbəsində fəaliyyət göstərən bazarın qarşısında Habillə mübahisə etmiş və nəticədə onu vuraraq ona bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. 17 mar 2022-ci ildə, təxminən saat 18 radələrində anam ilə birlikdə Bayıl nəsəbəsində fəaliyyət göstərən “BAZAR STORE” ticarət mərkəzinin qarşısından keçərkən Habil idarə etdiyi «NİVA» markalı avtomaşımı saxlayıb onu və anasını nalayiq küçə söyüşləri ilə söyüb təhqir etmiş və onları öldürəcəyi ilə hədələmişdir. Rövşən də bu hadisəni bidikdən sonra Habilin qardaşı Sarvanın nömrəsini anamdan alaraq onunla danışmış və ona bildirmişdir ki, Habil onun həyat yoldaşını söymüşdür. Sarvan isə bildirmişdir ki, Habil sənin həyat yoldaşını söyməz . Səhərisi gün, yəni, 18 mart 2022-ci ildə ona məlum olmuşdur ki, Rövşən Bayıl qəsəbəsində fəaliyyət göstərən bazarın qarşısında Habil ilə mübahisə etmiş və nəticədə onu vuraraq ona bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında şahid qismində ifadəsi elan olunmuş Şahid1, o, Zərərçəkmiş şəxs qardaşıdır. X3 isə qardaşının boşadığı arvadının kürəkənidir. 17 mart 2022-ci il tarixdə Rövşən ona zəng vuraraq bildirmişdir ki, Habil onun arvadını nalayiq ifadələrlə təhqir edib, o, isə ona bildirmişdir ki, gəl görüşək əgər elə bir hadisə baş veribsə Habil səndən üzr istəyəcək, buna baxmayaraq Rövşən ona bildirmişdir ki, mən də sənin kiçik qardaşın Firdovsiyə zəng edərək onun arvadını söyəcəm və telefonu söndürmüşdür. O, dəfələrlə zəng vursa da Rövşən onun zənglərini cavablandırmamışdır. Daha sonra 18 mart 2022-ci il tarixdə, saat 11 radələrində o, Rövşənə zəng vuraraq bildirmişdir ki, dünən deyəsən piyan idin indi ayılımısan gəl söhbət edək. O, da onun sözü ilə razılaşdıqdan sonra o, Bayıl bazarının qarşısına gəldiyi zaman orada olan şəxslər ona bildirmişdir ki, Rövşən onun qardaşı ilə mübahisə edib və nəticədə onu vuraraq ona bədən xəsarəti yetirdiyi üçün onlar polis bölməsindədirlər. Məhkəmə iclasında tədqiq olunmuş Məhkəmə-Tibbi Ekspertizasının xx.xx.2022-ci il tarixli, 173 nömrəli rəyinə əsasən, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - alın nahiyəsinin, sağ üst göz qapağının, sağ gözün bayır bucağının sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən, döş qəfəsinin sol yarısının arxa səthinin çapılmış yarası isə iti uclu alətin təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunan şəraitdə, yəni xx.xx.2022-ci il tarixində sifət nahiyəsinə əl ilə vurma, döş qəfəsinin arxa səthinə baltanın düşməsi nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. Məhkəmə-Tibbi Ekspertizasının xx.xx.2022-ci il tarixli, 174 nömrəli rəyinə əsasən, Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sol xarici QULAQ seyvanının sırğalığmm sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunan şəraitdə, yəni xx.xx.2022-ci il tarixində dişlərin küt təsirindən əmələ gələ bilərdilər, sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə Kompleks Ambulator Məhkəmə-Psixiatrik və Məhkəmə-Psixolji Ekspertizasının 19 may 2022-ci il tarixli, 1756 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham elan olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hövsələsizlik, emosionallıq, tənqidə və təhqirə qarşı həssaslıq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Malik olduğu fərdi-psixi xüsusiyyətləri həssaslıq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri müşahidə olunmadı. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində qıcığa qarşı həssaslıq, hirslilik yaranmışdır. Hadisə anında güclü ruhi həyəcan vəziyyətində (fizioloji affekt halında) olmamışdır. Təqsirləndirilən şəxs baş verənləri düzgün qavrayıb təsvir etmək və bu barədə düzgün məlumat vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi zaman şüuruna və fəaliyyətinə təsir göstərə bilən psixi-emosional vəziyyətdə olmamışdır. Hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Məhkəmə Ballistik Ekspertizasının 26 aprel 2022-ci il tarixli, 3/375 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd baltanın soyuq silah olub-olmamasını müəyyən etmək məqsədi ilə, tədqiqata təqdim edilən bir ədəd predmet kustar üsul ilə hazırlanmış təsərrüfat-məişət təyinatlı baltadır, soyuq silah hesab edilmir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəylərini sübut növü kimi qəbul etmişdir. İş materillarında olan “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 18 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsində şübhə edilən şəxs qismində 18 mart 2022-ci il tarixində tutulmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19 mart 2022-ci il tarixli qərarından görünür ki, həbs etmənin əvvəli 18 mart 2022-ci il tarixindən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 19 mart 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Məhkəmə iclasında iş materiallarında olan video görüntüyə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs, Bakı şəhəri, Səbail rayonu, Ə.Yaqubov küçəsində rastlaşdığı Zərərçəkmiş şəxs hücum edib, özü ilə gətirdiyi baltadan istifadə edərək Zərərçəkmiş şəxs ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirmiş, Habil də onu yumruqla vurmuş və qulağını dişləyərək ona bədən xəsarəti yetirmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM- nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş müxtəlif ekspertiza rəylərini, video görüntünü və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs hücum edərək ictimai yerdə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, digər vətəndaşların ciddi narahatçılığına səbəb olmaqla ictimai qaydanı kobud surətdə pozan, habelə özü ilə gətirdiyi baltadan silah qismində istifadə edərək zor tətbiq edilməsi ilə müşayiət edilən hərəkətlər edib, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirməsi, yəni 221.3cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmiş və onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə əsasən, bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda - iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli Qərarının 13-cü hissəsində göstərilmişdir ki, cinayət qanununun sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, başqa daha yüngül cəza tədbiri tətbiq etmənin mümkünlüyünü nəzərdə tutursa, məhkəmə hökmündə nə üçün müttəhimə məhz azadlıqdan məhrum etmə cəzasının tətbiq olunmasının əsası göstərilməlidir. Eləcə də müttəhimin şərti məhkum olunması, ona cinayət üçün qanunda nəzərdə tutulduğundan aşağı hədd cəza təyin edilməsi və ya daha yüngül başqa cəzaya keçirilməsi, habelə müttəhimin cəzadan azad edilməsi və ya onu ümumi qaydadan kənara çıxmaqla koloniya növü təyin olunması zərurəti barədə nəticəyə gəlməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs belə nəticəyə gəlir ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1-ci, 59.1.4-cü, 59.1.12-ci, 59.1.13-cü və 59.2-ci maddələrinə uyğun olaraq, Təqsirləndirilən şəxsəməlindən səmimi peşiman olmasını, təqsirini etiraf etməsini, gənc olmasını, zərərçəkmiş şəxsin hərəkətləri nəticəsində hadisəni törətməsini, əvvəllər məhkum olunmamasını, ilk dəfə olaraq az ağır cinayət törətməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını və himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alaraq onun cəza çəkmədən islah olunacağına inanaraq, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsini və təyin olunacaq cəzanın müəyyən hissəsinin şərti olaraq tətbiq edilməsini məqsədəuyğun hesab edir. Məhkəmə hesab edir ki, bu, qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 353.4.12-ci və 346.1.20-ci maddələrinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə zalından azad edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, eyni zamanda, iş üzrə ekspertiza xərclərinin təqsirləndirilən şəxsdən tutulmasını, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 136-cı və 346.1.19cu maddələrinə əsasən iş üzrə maddi sübut qismində tanınmış və Səbail Rayon Polis İdarəsinin maddi sübutlar otağında saxlanılan 01 (bir) ədəd baltanın məhv olunmasını, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 18 mart 2022-ci il tarixdən 30 avqust 2022-ci il tarixədək, yəni 05 (beş) ay 12 (on iki) gün həbsdə saxlanıldığı müddət ona təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 18 (on səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəza, sınaq müddəti 2 (iki) il müəyyən olunmaqla şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirilməmək vəzifəsi qoyulsun. Cəzasının əvvəli Bakı Şəhər Probasiya İdarəsinə qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə zalından azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan Səbail RPİ-də saxlanılan 01 ədəd balta məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142593, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 Oqtay qızı tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə müdafiə edilməsinə görə isə 120 (iyirmi) manat pul tutulub, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun "xxxx" QSC-nin Səbail filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar