Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-155/2023 04.05.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs (mülki iddiaçı): Zərərçəkmiş şəxs, Müdafiəçi: Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1970-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, təqaüdçü, məhkum olunmamış, Bakı şəhəri, Səbail rayonu, M.Hüseynov küçəsi ev 80, mənzil 9-da qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İttiham aktına əsasən, Təqsirləndirilən şəxs, Bakı şəhəri, Səbail rayonu, M.Hüseynov küçəsi 80 saylı binanın həyətində ailə üzvləri ilə birlikdə Zərərçəkmiş şəxs ailə üzvlərinin yandırdığı bayram tonqalını vedrə ilə söndürmək istəyən zaman, onun qarşısını kəsən Zərərçəkmiş şəxs oğlu X2 əlində olan vedrə ilə başına vurduğu üçün, aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı o, qəsdən Zərərçəkmiş şəxs əynində olan hicabdan tutub qəsdən yerə yıxıb yerdə süpürləşən zaman əli ilə sifət nahiyəsinə zərbələr vurub sonuncunun baş beyin silkələnməsi ilə müşyiət olunan qapalı beyin travması və alt çənədə sağdan V dişin ətinə qansızma ilə müşayiət olunan laxlaması ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş Yüngül zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək bildirmişdir ki, təxminən 10 il olar ki, qonşuluqda yaşayan İlqar kimi tanıdığı Nəsir və onun arvadı ilə müxtəlif mövzülarda mübahisələri olmuşdur. Aralarında yaranmış mübahisələrinin əsas və səbəbi Nəsir və onun arvadının dəfələrlə onun yaşadığı mənzilin qapısına zibillər tökməsi, eləcə də azyaşlı uşaqlarının nadinc hərəkətləri və yeni il bayramı zamanı (xx.xx.2022-ci il tarixində) həmin uşaqların protexniki vasitələrdən istifadə etməsi olmuşdur. O, həmin şəxslərlə dəflərlə söhbət etməyə çalışsa da, onlar onu nalayiq sözlərlə təhqir etmişlər. Lakin o, onlardan şikayət etməmişdir. 08 mart 2022-ci il tarixdə təxminən 21 radələrində o, paltar yuyub asmaq istəyən zaman qonşuluqda yaşayan Nəsir və onun ailəsinin tonqal qalamalarını görmüşdür. Tonqalın ətrafında həmin vaxt Nəsir və onun 5 uşağı, qonuşuluqda yaşayan Suqranın adını bilmədiyi oğlu və onun dostu dayanmışlar. O, onlardan paltar asdığını və tonqalı söndürmələrini xahiş etmişdir. Onun deməsinə heç kim əhəmiyyət verməmişdir. O, evə girmiş və təxminən 5 dəqiqədən sonra təkrar bayıra çıxmış və tonqalın ətrafında dayananlardan paltarların batdığını və tonqalı söndürmələrini təkrar xahiş etmişdir. Lakin tonqalın ətrafında dayanan şəxslər onun xahişinə əhəmiyyət verməyib tonqalı söndürməmişlər. O, evə girib evdən plastmas materialdan olan vedrəni su ilə doldurub bayıra çıxmış və tonqalın yanına gedib, əlində olan vedrənin içərisindəki suyu tonqalın üzərinə tökmək istəyən zaman Nəsirin adını bilmədiyi 13-14 yaşı olan kök oğlu əlində olan taxta parçası ilə onun əlindəki plastmas vedrəyə bir zərbə vurub vedrəni sındırmışdır. O, onlara heçnə deməyib evə qayıtmış evdə olan ikinçi plastmas vedrəni su ilə doldudrub təkrar bayıra çıxmaq istəyən zaman evdə olan qızı İlahə onu görüb hara getdiyini soruşmuşdur. O, ona bayıra paltar asdığını, qonşuların da həyətdə tonqal yandırdıqlarını və həmin tonqalın tüstüsünün paltarları batırdığını buna görə də tonqalı söndürməyə getdiyini demişdir. İlahə ona heçnə deməyib öz otağına keçmişdir. O, da əlində olan vedrə ilə bayıra çıxıb tonqalın yanına getmişdir. O, tonqalın yanına çatan zaman Nəsir və onun uşaqları onun üzərinə hücum çəkmişlər. Həmin vaxt Nəsir onun ünvanına nalayiq ifadələr işlədərək yumruqla onun sifətinə və sinə nahiyyəsinə bir neçə zərbə vurmuşdur. Zərbələrin təsirindən o, yerə yıxılmışdır. O, yerə yıxılan zaman Nəsir və onun uşaqları onu vururmuşlar. Nəsir təpiklə ona zərbə vuran zaman, onun təpiyi onun sol əlinə dəymişdir. Bu zaman o, sol əlində küt ağrı hiss etmişdir. Daha sonra Nəsir onun saçıdan tutub yerdən qaldırıb, başını divara vurmuşdur. O, həmin vaxt özündən bir anlıq getmişdir. Bu zaman Nəsirin arvadı Xədicə onların yanına gəlmiş və onun saçından tutmuşdur. O, da özünü müdafiə etmək üçün ona əl atmışdır. Lakin Xadicə hicab taxdığına görə o, onun yaxasından tutmuşdur. Onlar yaxalaşmağa başlamışlar və hər ikisi də yerə yıxılmış və yerdə süpürləşməyə başlamışlar. Həmin vaxt qızı İlahə və qonşuluqda yaşayan Suqranın oğlu onları ayırmışılar. Bundan sonra İlahə polisə məlumat vermişdir. Hadisə baş verən, hadisə yerində o, qızı İlahə, Nəsir, Nəsirin arvadı Xədicə, onların uşaqları, Suqarnın oğlu və onun dostu olmuşdur. Baş vermiş hadisə təxminən 30-40 dəqiqə davam etmişdir. Hadisə zamanı digər qonşular bayıra çıxmamışlar. Nəsir yumruqla başına və sinəsinə zərbələr vurmuş, o, zərbələrin təsirindən yerə yıxılmışdır. O, yerə yıxılan zaman Nəsir və onun uşaqları onu təpiklə vurmuşlar. Nəsir təpiklə onun sol əlinə zərbə vurmuşdur. O, həmin vaxt əlində küt ağrı his etmişdir. Daha sonra Nəsir saçından tutub başını divara vurmuşdur. O, həmin vaxt özünü bir anlıq itirmişdir. Daha sonra isə Nəsirin arvadı Xədicə onun saçından tutub yolmuş və onlar hər ikisi yerə yıxılmış və yerdə süpürləşməyə başlamışlar. O, onların yandırdığı tonqalı söndürmək istədiyinə görə Nəsir onu döyüb ona xəsarət yetirmişdir. Nəsirin arvadı Xədicə onun saçından tutub yolan zaman o, da onun əynində olan hicabından tutmuş və onlar birlikdə yerə yıxılaraq yerdə süpürləşməyə başlamışlar. Ola bilər həmin vaxt Xədicə xəsarət almışdır. Hadisə zamanı yuxarıda göstərdiyi şəxslərdən başqa heç kim ona xəsarət yetirməmişdir. Təqsirləndirilən şəxs sonda özünü təqsirli bildiyini, əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını və bu barədə məhkəməyə ərizə verməsini nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Həmçinin Təqsirləndirilən şəxs, məhkəməyə ərizə verərək barəsində olan iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Sevda və qızı ilahə mütəmadi olaraq onlara və digər qonşularla narahatçılıq yaratmışdır. Fəfələrlə Sevda zibillərini onun yaşadığı mənzilin qapısına tökmüşdür. Uşaqlarının ünvanına nalayiq ifadələr işlətmişdir. 08 mart 2022-ci il tarixdən 10 gün əvvəl Sevda onun uşaqlarının üzərinə hüçüm çəkmiş və onların ünvanına nəlayiq söyüşlər söymüşdür. Sonuncu dəfə xx.xx.2022-ci il tarixində çərşənbə bayramı ilə əlaqədar qonşuluqda yaşayan İsmət birgə yaşadıqları həyətdə tonqal qalamışdır. Qonşular ilə birlikdə onlar tonqalın ətrafına toplaşmışlar. Bir müddət tonqalın yanında durduqdan sonra yaşadığı evə qayıtmışdır. O, mətbəxdə olan zaman uşaqları onun yanına gələrək qonşuluqda yaşayan Sevdanın tonqalı söndürmək istədiyini bildirmişlər. O, bayıra çıxan zaman Sevda və qızı İlahə əri Nəsirin üzərinə hücum çəkdiklərini görmüşdür. O, Sevdanı uzaqlaşdırmaq istəyən zaman Sevda ilə aralarında dava başlamışdır. Sevda ilə İlahə onun üzərinə hücum çəkmişlər. X10 əynində olan hicabdan tutumuş və onlar yerə yıxılmışlar. Onlar yerə yıxıldıqdan sonra İlahə onun üzərinə cumub vurmuşdur. Orada olanlar onları ayırmışlar. Hadisə baş verən zaman orada o, əri Şahid2, oğlu Hüseyn İmranov, qonşulardan Suqra, İsmət olmuşlar. Baş vermiş hadisə təxminən 10-15 dəqiqə davam etmişdir. O, onların heç birini vurmamış və xəsarət yetirməmişdir. X8 Əzizova əlində olan vedrə ilə başına vurub xəsarət yetirmişdir. O, həyətə gələn zaman Sevda ilə onun arasında mübahisə baş vermişdir. X12 əlləri ilə onun əynində olan hicabdan tutub yerə yıxmışdır. Həmin vaxt başı yerə dəymişdir. Yerdə olan zaman Sevda əlləri ilə ona xəsarət yertimişdir. Baş vermiş hadisənin səbəbi həyətdə yandırlımış tonqal olmuşdur. Sevda Əziziova da həmin tonqalı söndürmək istəyirmiş və həmin vaxt mübahisə yaranmışdır. Təqsirləndirilən şəxs yalan dediyini, hadisə zamanı Suqranın oğlu və onun dostu hadisə yerində olmadıqlarını, onların hadisə qurtardıqdan sonra məhləyə gəlmişlər. Təqsirləndirilən şəxs onu yerə yıxdıqdan sonra Şahid1 əli ilə sifətinin ağız nahiyyəsinə cırmaq atmışdır. Ayağı ilə ağız nahiyyəsinə bir zərbə vrurub xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs sonda məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı heç bir şikayəti və tələbinin olmadığını, onun barəsində olan cinayət işinə xitam verilməsini, həmçinin mülki iddianı geri götürdüyünü bildirmişdir Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Sevda və qızı ilahə mütəmadi olaraq onlara və digər qonşularla narahatçılıq yaradır, dəfələrlə Sevda zibillərini onun yaşadığı mənzilin qapısına tökür, uşaqlarının ünvanına nalayiq ifadələr işlədirmişlər. 08 mart 2022-ci il tarixdən 10 gün əvvəl Sevda onun uşaqlarının üzərinə hüçüm çəkmişdir və onların ünvanına nəlayiq söyüşlər söymüşdür. Sonuncu dəfə xx.xx.2022-ci il tarixində çərşənbə bayramı ilə əlaqədar qonşuluqda yaşayan İsmət birgə yaşadıqları həyətdə tonqal qalamışdır. Qonşular ilə birlikdə onlar tonqalın ətrafına toplaşmışlar. Təxminən 10 dəqiqə keçdikdən sonra qonşuluqda yaşayan Sevda tonqalın yanına gələrək təkidlə tonqalı söndürməklərini tələb etmişdir. Qonşular Sevdaya bayrama görə tonqalın qalandığını bilmişlər. Sevda evə gedib bir neçə dəqiqədən sonra təkrar geri qayıtmışdır. X12nın əlində içərisində su olan vedrə omuşdur. Sevda əlində olan verdənin içərisində ki, suyu tonqalın üzərinə tökərək tonqalı söndürməyə başlamışdır. Bu zaman onun oğlu Hüseyin Sevdaya maneə olmaq istəmiş, Sevda Hüseyini itəliyərək əlində olan vedrəni Hüseyinin başına vurmuşdur. Bu zaman o, Sevdaya yaxınlaşıb onu tonqalın yanından uzaqlaşdırmışdır. Bu zaman Sevda təkrar tonqalı söndürmək üçün tonqala tərəf gələn zaman o, Sevdanın qarşısına durmuşdur. Sevda əlində olan vedrənin içərisindəki suyu onun üzərinə tökmüş və onun ünvanına nəlayiq sözlət işlətməyə başlamışdır. Bu zaman Sevdanın qızı yaşadığı mənzildən bayıra çıxmış və onlar hər ikisi də onun üzərinə hücum çəkmişlər. Həmin vaxt arvadı Xədicə ona köməyə gəlmiş və onların arasına girmişdir. Bu zaman Sevdayla arvadı Xadicənin arasında dava düşmüşdür. Orada olan qonşular onları ayırmışlar. Sevda da polis məlumat vermişdir. Hadisə baş verən zaman orada o. arvadı Zərərçəkmiş şəxs, oğlu Hüseyn İmranov, qonşulardan Suqra, İsmət olmuşlar. Baş vermiş hadisə təxminən 10- 15 dəqiqə davam etmişdir. O, onların heç birini vurmamış və xəsarət yetirməmişdir. Hüseyn İmranovu, Təqsirləndirilən şəxs əlində olan vedrə ilə başına vurub xəsarət yetirmişdir. Xadicə ilə Sevda dalaşan zaman Xədicə yerə yıxaldıqdan sonra İlahə Xədicənin əlləri ilə vurmuşdur. Onun bədəni üzərində olan xəsarətləri İlahə yertimişdir. İlahə arxadan onun üzərinə cumub ona xəsarət yetirmişdir. Baş vermiş hadisənin səbəbi həyətdə yandırlımış tonqal olmuşdur. Sevda Əziziova da həmin tonqalı söndürmək istəyirmiş və həmin vaxt mübahisə yaranmışdır. Təqsirləndirilən şəxs yalan dediyini hadisə zamanı Suqranın oğlu və onun dostu hadisə yerində olmadıqlarını, hadisə qurtardıqdan sonra məhləyə gəldiklərini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 Qasım qızı ifadəsində göstərmişdir ki, təxminən 10 il olar ki, qonşuluqda yaşayan İlqar kimi tanıdığı Nəsir və onun arvadı ilə müxtəlif mövzülarda anası ilə mübahisələri olmuşdur. Aralarında yaranmış mübahisələrin əsas və səbəbi Nəsir və onun arvadımın dəfələrlə onların yaşadığı mənzilin qapısına zibillər tökməsi, eləcə də azyaşlı uşaqlarının nadinc hərəkətləri və yeni il bayramı zamanı (xx.xx.2022-ci il tarixində) həmin uşaqların protexniki vasitələrdən istifadə etməsi olmuşdur. Anası Sevda həmin şəxslərlə dəflərlə söhbət etməyə çalışsa da, onlar anasını nalayiq sözlərlə təhqir etmişlər. Lakin anası Sevda onlardan şikayət etməmişdir. 08 mart 2022-ci il tarixdə təxminən 21 radələrində o, yaşadığı evdə olan zaman mətbəxdə anasının içərisində su olan vedrəni əlində apardığını görüb hara getdiyini soruşmuşdur. Anası ona demişdir ki, o, bayıra paltar asdığını, qonşuların da həyətdə tonqal yandırdıqlarını və həmin tonqalın tüsütüsünün paltarları batırdığını buna görə də tonqalı söndürməyə getdiyini demişidir. O, anasına heçnə demədən öz otağına keçmişdir. Anası isə bayıra çıxmışdır. Təxminən 2 dəqiqə keçmişdir ki, o, bayırda vedrənin yerə düşməsi səsini eşitmişdir. O, səsə bayıra çıxmış və bayırda Nəsir anasının ünvanına nalayiq ifadələr işlədərək yaxasında tutuduğunu görmüşdür. Həmin vaxt hava qaranlıq olduğundan o, orada olan şəxslərin Nəsirin uşaqıların və qonşuların olduğunu görmüşdür. Bu zaman o, Nəsirin uşaqlarını güldüklərini görüb onlardan birinin qolundan tutub nə üçün güldüyünü soruşmaq istədikdə Nəsir ona əl atmış və Nəsirin əli onun sifətinə dəymiş və dodaq nahiyəsini cızmış, gözündə olan eynəyi yerə düşmüşdür. O, eynəyini axtarmış, lakin tapa bilməmişdir. O, orada olanlardan eynəyini soruşurmuş. O, başını qaldırıb anasına tərəf baxan zaman Nəsirin anasının saçından tutub divara vurduğunu görmüşdür. Anasının başı divara dəydikdən sonra bir anlıq özünü itirib əli ilə divardan tutmuşdur. Bu zaman o, anasına tərəf yaxınlaşmaq istədikdə, Nəsirin arvadı Xədicə anasına çatıb saçından tutub dartmış və onların hər ikisi də yerə yıxılmışlar. Onlar hər ikisi də yerdə əlbəyaxa olmuşlar. Bu zaman Nəsir anasına yaxınlaşıb anasının saçından tutub dartmışdır. O, bunu görüb ona arxadan yaxınlaşıb yumurqla başından iki zərbə vurmuşdur. Nəsir anasını buraxıb ona tərəf dönmüş və onun qolundan tutub itələmişdir. O, da yerə yıxılmışdır. O, yerdən qalxdıqdan o, və qonşuluqda yaşayan Suqranın oğlu anasını və Nəsiri ayırmışlar. Daha sonra o, polisə məlumat vermişdir. Hadisə baş verən, hadisə yerində o, anası Sevda, Nəsir, Nəsirin arvadı Xədicə, onların uşaqları, Suqarnın oğlu və onun dostu olmuşdur. Baş vermiş hadisə təxminən 30- 40 dəqiqə davam etmişdir. Hadisə zamanı qonşuluqda yaşayan digər şəxslər bayıra çıxmamışlar. Nəsir ilk olaraq onun sifətinə əl ataraq dodaq nahiyəsini cızıb, daha sonra qolundan tutub onu itələmiş və o, yerə yıxılıb xəsarət almışdır. İlk olaraq o, Nəsirin oğlunun qolundan tutub nə üçün güldüyünü soruşmaq istəyən zaman Nəsir onun sifətinə əl atıb dodağını cızıb, daha sonra o, anası Sevdanın saçından tutduğuna görə o, onun başına arxadan yumruqla vurduğuma görə Nəsir onun qolundan tutub itələmiş və o, da yerə yıxılıb xəsarət almışdır. O, Nəsirin başına yumruqla zərbələr vurmuşdur. Başqa heç kimi vurmamışdır. Hadisə zamanı Nəsirdən başqa ona heç kim xəsarət yetirməmişdir. Zərərçəkmiş şəxs yalan danışdımı, onu vurmadığını, Xədicənin anası ilə dalaşdığını bildirmişdir. Şahid2 yalan danışdığını, Nəsirin anası Sevdanı vurduğuna görə o, yumruqla onun bşına 2 zərbə vurduğunu bildirmişdir. Hadisə zamanı onun gözümdə olan 80 manat dəyərində olan optik eynəyi duşub itmişdir. O, eynəyini tapa bilməmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş yetkinlik yaşına çatmayan X5 ifadəsində göstərmişdir ki, Bakı şəhəri 132/134 nömrəli məktəbin 8-ci sinif şagirdiyəm. Təqsirləndirilən şəxs onların qonşusudur. Sevda və qızı ilahə mütəmadi olaraq onlarla və digər qonşularla narahatçılıq yaradır, dəfələrlə Sevda zibillərini onun yaşadığı mənzilin qapısına tökür, onların ünvana nalayiq ifadələr işlədirmiş. xx.xx.2022-ci il tarixində çərşənbə bayramı ilə əlaqədar qonşuluqda yaşayan ismətlə birgə yaşadığı həyətdə tonqal qalamışlar. Qonşular ilə birlikdə onlar tonqalın ətrafına toplaşmışlar. Təxminən 10 dəqiqə keçdikdən sonra qonşuluqda yaşayan Sevda tonqalın yanma gələrək təkidlə tonqalı söndürməyi tələb etmişlər. Qonşular Sevdaya bayrama görə tonqalın qalandığını bilrmişlər. Sevda evə gedib bir neçə dəqiqədən sonra təkrar geri qayıtmışdır. X12nın əlində içərisində su olan vedrə olmiuşdur. Sevda əlində olan verdənin içərisində ki, suyu tonqalın üzərinə tökərək tonqalı söndürməyə başlamışdır. Bu zaman o, Sevdaya maneə olmaq istəmiş, Sevda onu itəliyərək əlində olan vedərni onun başına vurmuşdur. Bu zaman atası Sevdaya yaxınlaşıb onu tonqalın yanından uzaqlaşdırmışdır. Bu zaman Sevda təkrar tonqalı söndürmək üçün tonqala tərəf gələn zaman atası Sevdanın qarşısına durmuşdur. Sevda əlində olan vedrənin içərisindəki suyu atasının üzərinə tökmüş və onların ünvanına nəlayiq sözlər işlətməyə başlamışdır. Bu zaman Sevdanın qızı yaşadığı mənzildən bayıra çıxdı və onlar hər ikisi də atasının üzərinə hücum çəkmişlər. Həmin vaxt anası Xədicə atasına köməyə gəlmiş və onların arasına girmişdir. Bu zaman Sevdayla anasını Xadicənin arasında dava düşmüşdür. Orada olan qonşular onları ayırmışlar. Sevda da polis məlumat vermişdir. Hadisə baş verən zaman orada o, anası Zərərçəkmiş şəxs, atası Şahid2, qonşulardan Suqra, İsmət olmuşlar. Baş vermiş hadisə təxminən 10-15 dəqiqə davam etmişdir. Atası və anası onların heç birini vurmamış və xəsarət yetirməmişdir. Təqsirləndirilən şəxs əlində olan vedrə ilə onun başna vurub xəsarət yetirmişdir. Sevda və qızı İlahə ataslna və anasına xəsarət yerimişlər. Baş vermiş hadisənin səbəbi həyətdə yandırlımış tonqal olmuşdur. Sevda Əziziova da həmin tonqalı söndürmək istəyirmiş və həmin vaxt mübahisə yaranmışdır. Hadisə baş verən zaman Suqranın oğlu və onun dostu orada olmamışlar, onlar hadisə qurtardıqdan sonra məhləyə gəlmişlər. Məhkəmə iclasında ifadəsi elan olunmuş və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, qonuşuluqda yaşayan Təqsirləndirilən şəxs aralarında heç bir əadvət və düşmənçiliyi olmamışdır. Sevda mütəmadi olaraq qonşuların hamısı ilə mübahisə edib dalaşmışdır. xx.xx.2022-ci il tarixində çərşənbə bayramı ilə əlaqədar o, həyətdə tonqal qalamışdır. Həmin vaxt qonşular da həyətdə tonqalın ətrafına toplaşmışlar. Nəsir də övladları ilə birlikdə tonqalın ətrafında toplaşmılar. Təxminən 10 dəqiqə keçdikdən sonra qonşuluqda yaşayan Sevda tonqalın yanma gələrək təkidlə tonqalı söndürmələrini tələb etmişdir. Orada olanlar Sevdaya bayrama görə tonqalın qalandığını bilrmişlər. Sevda evə gedib bir neçə dəqiqədən sonra təkrar geri qayıtmışdır. X12nın əlində içərisində su olan vedrə olmuşdur. Sevda əlində olan vedrənin içərisində ki, suyu tonqalın üzərinə tökərək tonqalı söndürməyə başlamışdır. Bu zaman Nəsirin oğlu Hüseyin Sevdaya maneə olmaq istəmiş, Sevda Hüseyini itəliyərək əlində olan vedərni Hüseyinin başına vurmuşdur. X6 başına vedrəni vurduğunu görüb ona yaxınlaşıb Sevdanı tonqalın yanından uzaqlaşdırmışdır. Bu zaman Sevda təkrar tonqalı söndürmək üçün evə gedib təkrar su dolu vedrə ilə geri qayıtmışdır ki, tonqala su töküb söndürsün. Sevda tonqala tərəf gələn zaman Nəsir Sevdanın qarşısına durmuş Sevda əlində olan vedrənin içərisindəki suyu Nəsirin üzərinə tökmüş və Nəsirin ünvanına nəlayiq sözlər işlətməyə başlamışdır. Bu zaman Sevdanın qızı İlahə həyətə çıxıb Nəsirin üzərinə hücüm çəkmiş və əlləri ilə Nəsirin başına zərbələr vurmağa başlamışdır. Həyətdə olan səsə Nəsirin arvadı Xədicə Nəsirə köməyə gəlmiş və onların arasına girmişdir. Bu zaman Sevdayla Xadicənin arasında dava düşmüşdür. Sevda Xədicənin əynində olan hicabdan tutub yerə yıxmışdır. Xədicə yerə yıxılan zaman Sevda əlləri ilə Xədicənin başıdan vururmuş. X12nın qızı İlahə də Xədicənin üzərinə hücum çəkmiş və əlləri ilə Xədicənin sifətinə daha sonra təpiklə Xədicənion sifətində zərbələr vurmuşdur. O, və qonşuluqda yaşayan Suqra onların arasına girib aralaşdırmağa başlamışlar. Suqra Sevdanı və qızını sakitləşdirib yaşadığı evə tərəf aparmışdır. Bundan sonra Sevda DİN-nin 102 zəng xidmətinə zəng vurub məlumat vermişdir. Hadisə baş verən zaman orada o. Zərərçəkmiş şəxs, Nəsir İmanov, Nəsirin oğlu Hüseyn İmranov, Suqra, arvadı Firəngiz olmuşlar. Hadisə zamanı Fəxrəddin və digər qonşular pəncərələrindən baxırmışlar. Baş vermiş hadisə təxminən 20-30 dəqiqə davametmişdir. Şahid2 onların onlarla mübahisə etdiklərini görmüş lakin onları döyməsini görməmişdir. X8 Əzizova əlində olan vedrə ilə başına vurub xəsarət yetirmişdir. Xadicə ilə Sevda dalaşan zaman Xədicə yerə yıxaldıqdan sonra ilahə və Sevda Xədicənin əlləri ilə və ayağı vurub xəsarət yetirmişlər. Baş vermiş hadisənin səbəbi həyətdə yandırlımış tonqal olmuşdur. Sevda Əziziova da həmin tonqalı söndürmək istəyirmiş və həmin vaxt mübahisə yaranmışdır. Təqsirləndirilən şəxsm yalan dediyini hadisə baş verən zaman onlar hadisə yerində olmamışlar. Onlar hadisə qurtardıqdan sonra onlar məhləyə gəlmişlər. Məhkəmə iclasında ifadəsi elan olunmuş və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 qızı, Şahid3 ilə eyni məzmunlu ifadə verərək, Şahid3 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İbtidai istintaq zamanı keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-tibbi ekspertizanın 02/151 saylı 06 fevral 2023-cü il tarixli rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - baş beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə-beyin travması, sol yanaq və çənə nahiyələrinin, sol burun-yanaq büküşünün sıynqlan, sağ gözaltı nahiyənin, alt dodağın sağ yarısının bayır səthinin və selikli qişasının qançırları, eləcə də alt çənədə sağdan V dişin diş ətinə qansızma ilə müşayiət olunan laxlaması bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni xx.xx.2022-ci il tarixində, kənar şəxs (şəxslər) tərəfindən qeyd olunan nahiyələrə əl və təpik vurma nəticəsində əmələ gələ bilərdilər. Qeyd olunan xəsarətlərdən baş beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə-beyin travması, və alt çənədə sağdan V dişin diş ətinə qansızma ilə müşayiət olunan laxlaması dərəcəsinə görə hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya, sol yanaq və çənə nahiyələrinin, sol burun-yanaq büküşünün sıyrıqları, sağ gözaltı nahiyənin, alt dodağın sağ yarısının bayır səthinin və selikli qişasının qançırları isə sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlərə aiddirlər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. İş materiallarına əlavə olunmuş üzləşmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs üzünə qarşı təkrar etməklə ifadəsini bir daha təsdiq etmiş və bildirmişdir ki, 08 mart 2022-ci il tarixdə saat 21 radələrində yaşadığı Bakı şəhəri, Səbail rayonu, M.Hüseynov küçəsi 80 saylı binanın həyətində çərşənbə bayramı ilə əlaqədar yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs qəsdən onun əynində olan hicabdan tutaraq yerə yıxmış və yerdə əli ilə onun başına zərbələr vuraraq sağlamlığın qısa müddət polzulmasına səbəb olan sağlamlığa Yüngül zərərvumaya aid bədən xəsarətləri yetirmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış məhkumluq haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunanmışdır. Məhkəmə iclası zamanı Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı heç bir şikayəti və tələbinin olmadığını, onun barəsində olan cinayət işinə xitam verilməsini, həmçinin mülki iddianı geri götürdüyünü bildirmişdir. Elektron Məhkəmə Sisteminin çıxarışından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 28 may 2003-cü il təvəllüdlü X4 və xx xxxx 1997-ci il təvəllüdlü Şahid1 adlı övladları vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 37.4-cü maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş hallardan başqa, zərərçəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması ilə əlaqədar xitam verilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; həmin Məcəllənin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 37.4, 39.1.9, 40.2 və 41.7ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011ci il tarixli Qərarının 2-ci və 3-cü bəndlərinə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 37.4-cü maddəsinin tələblərinə görə, həmin Məcəllənin 37.3-cü maddəsində sadalanan ilk dəfə böyük ictimai təhlükə törətməyən şəxs zərərçəkmiş şəxslə barışdıqda və ya ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda ictimai xüsusi ittiham qaydasında cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 37.3-cü maddəsində sadalanan az ağır və ya ağır cinayətlər üzrə ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilə bilməz. Cinayət təqibi ictimai-xüsusi və ictimai ittiham qaydasında həyata keçirilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş hallar aşkar olunduqda bu Qərarın əsaslandırıcı hissəsində göstərilən şərtlərə riayət edilməklə icraatın məhkəməyədək mərhələsində təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hal məhkəmə baxışının gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər. Məhkəmə, iş üzrə təqsirləndirilən şəxsin ifadəsini dinləyib, iş materiallarını araşdırıb, törətdiyi əməli etiraf etməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışmasını, Zərərçəkmiş şəxs ona qarşı şikayətinin və tələbinin olmamasını və bu barədə zərərçəkmiş şəxsin məhkəməyə ərizə ilə müraciət etməsini, təqsirləndirilən şəxsin ərizə verərək barəsində olan iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsinə etiraz etməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən azad edilməklə cinayət işinin icraatına xitam verilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, məhkəməyədək icraat dövründə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki iddiaçı qismində tanınmışdır. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs qarşı vurulmuş maddi ziyanın ödənilməsinə dair mülki iddiasını geri götürdüyünü bildirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 186.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Bu hüquqlara mənafeyinin müdafiəsi üçün prokuror tərəfindən mülki iddia verilmiş şəxslər də malikdirlər. Həmin Məcəllənin 186.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən mülki iddiadan imtina edilməsinin qəbulu cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməsinə səbəb olur və müvafiq şəxsləri cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edir. Belə olan halda Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs qarşı vurulmuş maddi ziyanın ödənilməsinə dair mülki iddiadan imtinası qəbul olunmalı və mülki iddiaya xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə və ibtidai istintaq zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 40.1, 40.3, 43.1.2, 321.1, 321.2.1, 347, 384.1.3-cü maddələrini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs təsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs qarşı vurulmuş maddi ziyanın ödənilməsinə dair mülki iddiaya xitam verilsin. Bakı şəhəri, 12 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 180 (yüz səksən) manat pul tutulub, "xxxx" QSC-nin Səbail filialındakı hesabına keçirilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-155/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-155/2023
04.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver