Məhkəmə qərarları › İş №1(009)-156/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-156/2020

11.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-156/2020 11.11.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Məmmədov Azər Rasim oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhər 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1986-cı il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, əvvəllər məhkum edilmiş, ünvan 1 saylı ünvanda qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qəsdən zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vuran bədən xəsarəti yetirmişdir. Belə ki, o, xx xxxx 2020-ci il tarixdə saat 22 radələrində ünvan 2 saylı ünvanda yerləşən binanın zirzəmisində olan adsız kafedə Zərərçəkmiş şəxs musiqini dəyişməsini bildirməsi zamanı, sonuncunun Təqsirləndirilən şəxs söyməsi nəticəsində aralarında mübahisə yaranmış, mübahisə zamanı Təqsirləndirilən şəxs qəsdən başı ilə Qali Rüstəmovun üz nahiyəsindən vuraraq hər iki göz orbitasının hematoması, sifətin çoxsaylı sıyrıqları kimi təsnif olunan sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlər və burun sümüklərinin repozisiyası ilə nəticələnmiş (sınmış sümük fraqmentlərinin cərrahi yolla yerinə otuzdurulması burun sümüklərinin yerinin dəyişmiş sınığı kimi müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır dərəcəli zərər vuran xəsarəti yetirdikdən sonra, Zərərçəkmiş şəxs əlində olan qədəhi alıb sonuncunun baş nahiyəsindən qəsdən vuraraq, ona baş-beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə beyin travması, sağ təpə nahiyəsinin əzilmiş-cırılmış yarası kimi xarakterizə olunan dərəcəsinə görə həm ayrı-ayrılıqda, həm də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə o, tanışları Teymur və Nizami birlikdə məhlədə olan zaman qərar vermişlər ki, Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən “Bayıl” marketin arxa küçəsindəki binanın altında yerləşən Əmrah adlı şəxsin işlətdiyi adsız kafedə oturub axşam yeməyi yesinlər. Həmin zaman saat 20 radələri olmuşdur. Bundan sonra o, Teymur və Nizami birlikdə qeyd olunan adsız kafeyə gəlmişlər. Həmin adsız kafedə təxminən 3 və ya 4 masa olmuşdur. Kafeyə daxil olduqdan sonra boş olan masaların birində əyləşib yemək sifariş edərək spirtli içki qəbul etmişlər. Təxminən 10 dəqiqədən sonra kafeyə adını sonradan bildiyi Qalib adlı şəxs tək gələrək digər masada əyləşib pivə içməyə başlamışdır. Kafedə musiqi ifa olunurdu. Həmin musiqi Qalib adlı şəxsin əyləşdiyi masada olan kompyuter vasitəsi ilə səsləndirilmşdir. Masada oturan zaman o, qalxaraq Qalib adlı şəxsin əyləşdiyi masaya yaxınlaşıb musiqini dəyişməsini xahiş etmişdir. Bu zaman Qalib adlı şəxs ona kobud cavab vermişdir. Bu anda onunla Qalib adlı şəxs arasında mübahisə yaranmışdır. Mübahisə zamanı Qalib yüksək səslə ona söyüş söyməyə başlamışdır. O, da bunun cavabında Qalibin yüksək səslə söyməsinə görə əsəbləşib başı ilə üz nahiyəsindən bir dəfə vurmuşdur. Bu zaman Qalib üzünü tutaraq masada oturmuşdur. Həmin anda Qalib masada olan qədəhi götürüb onu vurmaq istəyən zaman özünü müdafiə etmək üçün Qalibin əlindən alaraq başına vurmuşdur. Bu anda Qalib yerə yıxılmışdır. Qalib yerə yıxılan zaman başı kafedə olan masanın tin hissəsinə dəymiş və qanamağa başlamışdır. Daha sonra Nizami və Teymur onlara yaxınlaşaraq ayırmışlar. Ayırdıqdan sonra isə Qalibi kafedən çölə çıxarmışlar. Qalib kafedən çıxandan sonra çıxıb getmişdir. Bundan sonra o, Teymur və Nizami oradan çıxıb getmişlər. Səhəri gün ona məlum olmuşdur ki, Qalib kafedə baş verən mübahisə ilə bağlı onun döyməsi barəsində polisə şikayət ərizəsi yazmışdır. Mübahisə xx xxxx 2020 ci il tarixdə saat 22 radələrində Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən “Bayıl marketin arxa küçəsindəki binanın altında olan adsız kafedə baş vermişdir. Baş vermiş mübahisə təxminən 2-3 dəqiqə ani anda baş vermişdir. Mübahisə baş verən zaman kafedə o, Teymur, Nizami və Qalib adlı şəxs olmuşdur. Başqa şəxs olmamışdır. Mübahisənin baş verməsinin səbəbi onun kafedə ifa olunan musiqi dəyişməsini Qalib adlı şəxsdən xahiş etməsi nəticəsində Qalibin buna görə ona yüks səslə söyməsi olmuşdur. Mübahisənin baş verməsinin səbəbkarı Zərərçəkmiş şəxs özü olmuşdur. Çünki o, musiqini dəyişməsi üçün Qalibə yaxınlaşan zaman musiqini dəyişmək əvəzinə onunla mübahisə edib onu yüksək səslə söymüşdür. O, da bunun cavabında Qalibin yüksək səslə söyməsinə görə əsəbləşib başı ilə üz nahiyəsindən bir dəfə vurmuşdur. Bu zaman Qalib üzünü tutaraq masada oturmuşdur. Həmin anda Qalib masada olan qədəhi götürüb onu vurmaq istəyən zaman özünü müdafiə etmək üçün əlini itələdikdə qədəh başının sağ tərəfinə dəymişdir. Bu anda Qalib yerə yıxılmışdır. Qalib yerə yıxılan zaman kafedə olan masanın tin hissəsinə dəymiş və qanamağa başlamışdır. O, oturduğu masadan Zərərçəkmiş şəxs musiqini dəyişməsini bildirə bilməmiş, çünki həmin zaman musiqinin səsi çox olmuş və Qalibin səsini eşitməyəcəkmiş. Onun masaya yaxınlaşmaqda məqsədi Qalibin musiqini dəyişməsi üçün xahiş etməsi olmuş, Qaliblə mübahisə etmək və fiziki zor tətbiq etmək niyyəti olmamışdır. O, masaya yaxınlaşmış və sakit formada musiqini dəyişməsini xahiş etmişdir. Lakin onun xahişinə baxmayaraq Qalibin ona kobud cavab verərək yüksək səslə söyməsi artıq mübahisənin başlanmasına əsas olmuşdur. Əks halda Qalib, onun musiqini dəyişməsi barədə xahişini qəbul etmiş olsaydı və ya xahişi normal qaydada qəbul etməyib onu söyüşlə təhqir etməsəydi qayıdıb öz əyləşdiyi masada oturacaqmış. Kafedə baş verən mübahisə kafedə başladıqdan sonra orada da bitmişdir. Kafenin çölündə mübahisə olmamışdır. Təqsirləndirilən şəxs özünü təqsirli bildiyini, əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, hazırda zərərçəkmiş şəxsin ona qarşı heç bir tələbinin, şikayətinin və mülki iddiasının olmamasını nəzərə alaraq barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərmişdir ki, onun yaşadığı evin yaxınlığında yaşayış binasının altında adsız kafe var və həmin kafeni Əmrah adlı şəxs işlətmişdir. O, tez-tez həmin kafeyə gedərək pivə içir. xx xxxx 2020-ci il tarixdə o, saat 21 radələrində qeyd etdiyi kafeyə gəlmişdir. O, kafeyə daxil olan zaman görmüşdür ki, kafedə artıq təxminən 3 nəfər tanımadığı şəxslər vardır. O, kafeyə daxil olaraq kompyüter olan masada əyləşmişdir. Həmin masada əyləşmişdir ki, musiqiyə qulaq assın. Həmin zaman iki qədəh pivə içmişdir. Bir qədər sonra kafeni işlədən Əmrah adlı şəxs ona bildirmişdir ki, işi var getməlidir. Bu zaman o, Əmraha demişdir ki, açarları ver müştəriləri yola saldıqdan sonra qapını bağlasın. Əmrahda işi olduğu üçün onun ilə razılaşaraq açarları verib çıxıb getmişdir. Bundan sonra tanımadığı, lakin adını sonradan bildiyi Renat adlı şəxs ona yaxınlaşaraq musiqini dəyişməyi istəmiş, lakin o, özü istədiyi müsuqiyə qulaq asdığı üçün Renatın xahişi xoşuna gəlmədiyindən etiraz etmişdir. Buna görə aralarında mübahisə yaranmışdır. Həmin zaman o, içkili olduğu üçün Renatı söymüşdür. Bu zaman Renat adlı şəxs heçnə demədən sakit dayanaraq diqqətlə ona baxmış və həmin anda ani olaraq bir dəfə başı ilə üz nahiyəsindən, yəni burnundan vurmuşdur. O, özünü qorumaq üçün Renatın əllərini tutaraq qucaqlamışdır ki, onu vurmasın. Bu zaman o, əyləşdiyi masanın üzərində olan pivə qədəhini götürüb Renatı vurmaq istəyərkən Renat qədəhi əlindən alaraq baş nahiyəsinə vurmuş və o, yerə yıxılmışdır. Yerə yıxılan zaman başı masanın tin hissəsinə dəymiş və qanamağa başlamışdır. Daha sonra kafedə olan şəxslər onlarə ayırmışlar. Daha sonra isə onu kafedən çölə çıxarmışlar. O, kafedən çıxdıqdan sonra oradan uzaqlaşmışdır. Halı pis olduğundan və başından, həmçinin burnundan qan gəldiyini görüb təcili tibbi yardım çağırmışdır. Daha sonra təcili tibbi yardım gələrək onu X4 aparmışlar. O, xəstəxanada müalicə aldıqdan sonra müalicəsinin davam etdirilməsi üçün Respublika Xəstəxanasına köçürülmüşdür. Orada 3-4 gün müalicə aldıqdan sonra evə buraxılmışdır. Baş vermiş mübahisəsnin səbəbi odur ki, Renat adlı şəxs ondan musiqini dəyişməsini istəyən zaman o, Renat adlı şəxsi söyərək mahnını dəyişməməyi olmuşdur. Renat başı ilə onun burun nahiyəsinə zərbə vurduqdan sonra o, masaya oturmuş və özünü müdafiə etmək üçün və Renatı özündən kənarlaşdırmaq üçün pivə qədəhini götürüb vurmaq istəmiş, lakin buna nail ola bilməmiş, həmin zaman Renat qədəhi əlindən almış və baş nahiyəsinə vurmuşdur. O, da yerə yıxılan zaman başı masanın tin hissəsinə dəyərək qanamışdır. O, Renatı vurmamış və heç bir bədən xəsarəti yetirməmişdir. O, yalnız zərbələrdən qorunmağa çalışmışdır. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs və Qalıb Rüstəmovu yaşadığı məhlədən tanımışdır. İstər Təqsirləndirilən şəxs ilə istərsə də, Zərərçəkmiş şəxs ilə qonşuluq münasibətində olmuşdur. Heç kimlə ədavəti olamamışdır. xx xxxx 2020-ci il tarixdə o, Teymur və Renatla birlikdə məhlədə olan zaman qərar vermişlər ki, Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən “Bayıl” marketin arxa küçəsindəki binanın altında olan Əmrah adlı şəxsin işlətdiyi adsız kafedə oturub axşam yeməyi yesinlər. Həmin zaman saat 21 radələri olmuşdur. Bundan sonra o, Teymur və Renat birlikdə qeyd olunan adsız kafeyə gəlmişlər. Həmin adsız kafedə təxminən 3 və ya 4 masa olmuşdur. Kafeyə daxil olduqdan sonra boş olan masaların birində əyləşib yemək sifariş edərək spirtli içki qəbul etmişlər. Təxminən 10 dəqiqədən sonra kafeyə qonşuluqda yaşayan Qalib Rütəmov tək gələrək digər masada əyləşib pivə içməyə başlamışdır. Kafedə musiqi ifa olunurdu. Həmin musiqi Qalibin əyləşdiyi masada olan kompyuter vasitəsi ilə səsləndirilmişdir. Masada oturan zaman Renat qalxaraq Qalibin əyləşdiyi masaya yaxınlaşıb Qalibdən musiqini dəyişməsini xahiş etmişdir. Bu zaman Qalib Renata kobud cavab vermişdir. Bu anda Renat ilə Qalib arasında mübahisə yaranmışdır. Mübahisə zamanı Qalib yüksək səslə Renata söyüş söyməyə başlamışdır. Renat da bunun cavabında Qalibin Renatı yüksək səslə söyməsinə görə əsəbləşib başı ilə üz nahiyəsindən bir dəfə vurmuşdur. Bu zaman Qalib stulda əyləşmişdir. Həmin anda Qalib masada olan qədəhi götürüb Renatı vurmaq istəyən zaman Renat qədəhi Qalibin əlindən alaraq başına vurdu. Bundan sonra Qalib yerə yıxılmışdır. Qalib yerə yıxılan zaman başı kafedə olan masanın tin hissəsinə dəymiş və qanamağa başlamışdır. Daha sonra o və Teymur yaxınlaşaraq onları ayırmışlar. Ayırdıqdan sonra isə Qalibi kafedən çölə çıxarmışlar. Qalib kafedən çıxandan sonra çıxıb getmişdir. Bundan sonra o, Teymur və Renat oradan çıxıb getmişlər. Səhəri gün ona məlum olmuşdur ki, Qalib kafedə baş verən mübahisə ilə bağlı Renatın döyməsinə görə polisə şikayət ərizəsi yazmışdır. Mübahisə xx xxxx 2020-ci il tarixdə saat 22 radələrində Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən “Bayıl” marketin arxa küçəsindəki binanın altında olan adsız kafedə baş vermişdir. Baş vermiş mübahisə təxminən 2-3 dəqiqə ərzində baş vermişdir. Mübahisə baş verən zaman kafedə o, Teymur, Renat və Qalib olmuşdur. Başqa şəxs olmamışdır. Mübahisənin baş verməsinin səbəbi Renatın kafedə ifa olunan musiqini dəyişməsini Zərərçəkmiş şəxs xahiş etməsi nəticəsində Qalibin buna görə Renatı yüksək səslə söyməsi olmuşdur. Təqsirləndirilən şəxs mübahisə zamanı başı ilə Zərərçəkmiş şəxs üz nahiyəsindən bir dəfə vurmuşdur. Bundan sonra Zərərçəkmiş şəxs yerə yıxılan zaman başı kafedə olan masanın tin hissəsinə dəymişdir. Zərərçəkmiş şəxs tamamilə yalan danışır. Mübahisənin baş verməsinin səbəbkarı Zərərçəkmiş şəxs özüdür. Çünki Təqsirləndirilən şəxs musiqini dəyişməsi üçün Qalibə yaxınlaşan zaman Qalib musiqini dəyişmək əvəzinə Renatla sözlü mübahisə edib Renatı yüksək səslə söyməsi mübahisənin səbəbi olmuşdur. Bundan başqa mübahisə zamanı Renat yalnız Qalibin üz nahiyəsindən başı ilə vurmuşdur. Təqsirləndirilən şəxs mübahisə zamanı Zərərçəkmiş şəxs üz nahiyəsindən təpiklə vurmamışdır. Kafedən baş verən mübahisə kafedə başladıqdan sonra orada da bitmişdir. Kafenin çölündə mübahisə olmamışdır. Mübahisə zamanı o, yalnız Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs ayırmışdır. O, Zərərçəkmiş şəxs vurmamışdır. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid3 Möhübbət oğlu eyni məzmunlu ifadə verərək Şahid2 göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, təxminən üç aya yaxındır ki, ünvan 3 saylı ünvanda yerləşən binanın birinci mərtəbəsində olan kafeni icarəyə götürüb işlədir. İşlətdiyi kafe balaca və köhnə olduğundan heç adı yoxdur. O, həm müdir, həm də ki, aşbazdır. Müştəri olduqda isə özü qulluq etmişdir. xx xxxx 2020-ci il tarixdə saat təxminən 10 radələrində o, işə gələrək kafeni açmışdır. Karantin ilə bağlı demək olar ki müştəri olmamışdır. Lakin tanıdığı müştərilər gələrək yemək yemişlər. xx xxxx 2020-ci il tarixdə təxminən saat 21 radələrində tanıdığı Təqsirləndirilən şəxs yanında iki nəfər qonağı ilə kafeyə gəlmişlər Daha sonra Renat yanında iki nəfər şəxslə birlikdə kafedə olan masaların birində oturub yemək sifariş etdikdən sonra pivə və spirtli içki içməyə başlamışlar. Bundan təxminən bir saat sonra kafeyə tanıdığı Zərərçəkmiş şəxs gəlmişdir. Qalib kafedə olan və müsiqi səsləndirilən kompyuterin olduğu masada əyləşərək pivə içib müsiqini idarə etmişdir. Təxminən saat 21:30 radələrində o, işi olduğundan Qalibə bildirmişdir ki, getməlidir. Bu zaman Qalib ona demişdir ki, açarları versin müştəriləri yola saldıqdan sonra qapını bağlayacaq. Onun da işi olduğu üçün Qaliblə razılşaraq açarları verib çıxıb getmişdir. Təxmin bir saatdan sonra ona polis əməkdaşları zəng edərək işlətdiyi kafedə mübahisə baş verdiyini bildirmişlər. O kafeyə gəldikdə ona məlum olmuşdur ki, kafedə Renat ilə Qalib arasında mübahis olub və mübahisə zamanı Renat Qalibi vurmuşdur. O, baş vermiş mübahisənin şahidi olmamışdır. O, mübahisənin hansı səbəbdən baş verməsini bilməmişdir. O, kafedə çıxan zaman kafedə Renat, yanında iki nəfər şəxs və Qalib olmuşdur. Başqa heç kim olmamışdır. O, kafeyə gəldikdə mübahisə zamanı orada masalar və yaxud qədəhlər sınmamışdır. Kafedə baş verən münahisəyə görə ona heç bir maddi ziyan dəyməmişdir. Məhkəmə-tibbi ekspertizasının xx xxxx 2020-ci il tarixli, 343 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər-baş-beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə beyin travması sağ təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, burun sümüklərinin repozisiyası ilə nəticələnmiş (sınmış sümük fraqmentlərinin cərrahi yolla yerinə “otuzdurulması”) burun sümüklərinin yerinin dəyişmiş sınığı, burunun sıyrılmış yarası, hər iki göz orbitasının hematoması, sifətin çoxsaylı sıyrıqları bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunan göstərdiyi şəraitdə, yəni xx xxxx 2020-ci il tarixdə burun nahiyəsinə kəllə ilə, başın sağ təpə nahiyəsinə şüşə bokalla və sifətə əl ilə vurma nəticəsində əmələ gələ bilərdilər. Qeyd olunan xəsarətlərdən- baş-beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə beyin travması, sağ təpə nahiyəsinin əzilmiş-cırılmış yarası dərəcəsinə görə həm ayrı-ayrılıqda, həm də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya, burun sümüklərinin repozisiyası ilə nəticələnmiş (sınmış sümük fraqmentlərinin cərrahi yolla yerinə otuzdurulması) burun sümüklərinin yerinin dəyişmiş sınığı dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlmalığa az ağır zərərvurmaya, hər iki göz orbitasının hematoması, sifətin çoxsaylı sıyrıqları isə sağlamlığa zərərvurmayan xəsarətləri olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlərə aiddirilər. Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlərin xaraketrik xüsusiyyətlərinə, lokalizasıyasına, eləcə də, müəyinə olunanın verdiyi anamnestik məlumatlara əsaslanıb, xəsarətlərin özü yıxılma zamanı və ya özü tərəfindən özünə yetirmə nəticəsində deyil, kənar şəxs tərəfindən yetirilmiş lokal zərbələr təsirindən törənə bilinmələri barədə fikir söyləmək mümkündür. İşdə olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən xx xxxx 2020-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, xx.xx.1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək qazancından 15 (on beş) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə olunmuş Səbail rayon İcra şöbəsinin qərarından görünür ki, 28 May – Respublika günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx xxxx 2016-cı il tarixli Qərarının 1.5-ci bəndinə əsasən Əmirov X2 Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə məhkum edildiyi islah işləri cəzasından azad olunmuşdur. xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki,200020136 nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəməyə təqdim edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Cinayət işi üzrə cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkəməyə təqdim edilmiş Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs ilə barışmış və buna görə də bəraətverici əsaslar olmadan cinayət işinin icraatına xitam verilməsini xahiş edir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün və zərərçəkmiş şəxsin məhkəmə iclasında verdikləri ifadələr ilə, ekspert rəyi, digər iş materialları ilə onun zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə tövsif edilməlidir. Lakin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən CPM-nin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. CPM-nin 40.3-cü maddəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Yuxarıda göstərilən qanunvericlik normalarına əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və vurulmuş zərəri aradan qaldırdığına görə, həmçinin zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığına görə cinayət təqibinə xitam verilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri isə ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət‑Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə və istintaq zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.3, 43.1.2, 193, 344-347, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili X1 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını istintaq müddətində müdafiə edilməsinə görə 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 03 saylı Vəkil Bürosunun (“xxxxxxxxxxxx” ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 144 (bir yüz qırx dörd ) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 03 saylı vəkil bürosunun “xxxxxxxxxxxx” ASC-nin Səbail rayon filialındakı (kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar