Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-156/2021 27.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əlirza Azər oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, Tərcüməçi: X1 iştirakları ilə, xx xxxxxx 1993-cü ildə Bakı şəhərində anadan olmuş, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair böyük ictimai təhlükə törətməyən aşkar cinayətlərə dair işlər üzrə məhkəməyədək sadələşdirilmiş icraata açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : 10 aprel 2021-ci il tarixdə saat 00:10 radələrində Təqsirləndirilən şəxs orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində, ünvan 2 ünvanda, “Xaqani» ticarət mərkəzinin qarşısında, tanışı Zərərçəkmiş şəxs ilə rastlaşmış, aralarında şəxsi münasibətlərin kəskinləşməsi zəminində baş vermiş mübahisə zamanı sonuncunu alın nahiyyəsindən bir dəfə yumruq zərbəsi ilə vuraraq ona alın nahiyyəsinin mərkəzinin cərrahi tikişə ehtiyacı olan əzilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına sobəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. İŞİN HALLARİ VƏ İTTİHAMİN DƏLİLLƏRİ: Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs göstərmişdir ki, ünvan 3 ünvanda ailəsilə birlikdə yaşayır. 09 aprel 2021-ci il tarixdə saat 22:10 radələrində gəzmək üçün Nizami küçəsinə gəlmişdir. Nizami küçəsində “Simpatiya” klubda tək spirtli içki - 4 bokal pivə qəbul etmişdir. Klubda bir qədər əyləndikdən sonra bayıra çıxmışdır. Klubdan saat 23:50 radələrində bayıra çıxan zaman “Xaqani bağı” tərəfə getmiş və orada əvəllər tanıdığı Renatı görmüşdür. Salamlaşdıqdan sonra Renata onda mobil nömrəsinin olmadığını bildirmiş və mobil nömrəsini soruşmuşdur. Həmin vaxt onlar “Xaqani” ticarət mərkəzinin qarşısında dayanıbmışlar. O, həmin vaxt öz nömrəmdən Renata zəng etdikdə, operator həmin nömrənin işləmədiyini bildirmişdir. O da yarı zarafat, yarı ciddi Renata yalan danışdığını demiş və niyə görə səhv nömrə verdiyini soruşmuşdur. Renat da ona nömrəni səhv vermədiyini bildirmiş və “Nəyə görə yalan danışmalıyam ki?” deyə cavab vermişdir. Səhv etmirsə o, Renata “adam kişi olar” demişdir. Renat da ona “özün kişi deyilsən” deyə cavab vermişdir. Bu zaman o, əsəbiləşərək yumruqla Renatın başına vurmuş və Renat arxaarxaya gedərək çəkilmişdir. Elə həmin vaxt polis əməkdaşları oraya gələrək onları polis bölməsinə gətirmişlər. Onun Renatı əvvəlcədən vurmaq fikri olmayıb. Hadisə tam təsadüf nəticəsində və spirtli içkinin təsiri altında olduqları üçün baş vermişdir. Hadisə vaxtı ətraflarında başqa heç kəs olmamışdır. Hadisə təxminən 1-2 dəqiqə davam etmişdir. Verilən suallara cavab olaraq Əli Baxşıyev ifadəsində dəqiqləşdirmişdir ki, Hadisə 10 aprel 2021-ci il tarixdə saat 00:10 radələrində ünvan 2 ünvanda, “Xaqani” ticarət mərkəzinin qarşısında baş vermişdir. Onun Renat ilə əvəllər ədavəti olmayıbdır. Dava- dalaşa səbəb Renatın ona “özün kişi deyilsən” deməyi olub. Renat onu vurmayıb heç bir xəsarət almamışdır. Dava-dalaş zamanı Renatı yumuruqla bir dəfə başından vurmuş və Renatın alın nahiyyəsinə xəsarət yetirmişdir. Dava-dalaş səs-küyə səbəbə olmamış, ətrafda həmin vaxt onlardan başqa adam olmamışdır. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməlindən peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını və ərizə verərək barəsində olan iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsinə etiraz etməməsini bildirmişdir. Məhkəmə iclasında ifadəsi alınan Zərərçəkmiş şəxs göstərmişdir ki, ünvan 4 ünvanda ailəsilə birlikdə yaşayır. 09 aprel 2021-ci il tarixdə saat 23:15 radələrində Nizami küçəsinə gəlmişdir ki, Nizami küçəsində bir qədər gəzdikdən sonra oradan işlədiyi “Port Baku” “Çörəkçi” restoranına getsin. Gedib “Rus-Dram teatrı” ilə üzbəüz “Lik” kafesində tək oturmuş, 3-4 bokal pivə içmiş və həmin kafedən çıxmışdır. Əli adlı şəxsi 6 aydır ki, şəhərdən tanıyır və aralarında normal münasibət olub. Təxminən saat 00:05 radələrində həmin kafedən çıxıb Xaqani bağına gələn zaman əvəllər tanıdığ Əli ilə rastlaşmışdır. Əli ilə bir qədər söhbət etdikdən sonra biri- birlərini başa düşməmişlər və aralarında söz mübahisəsi yaranmışdır. Əli ondan öz mobil nömrəsini istəmiş, o da Əliyə nömrəsini bildirmişdir. Onun yanında Əli ona zəng etdikdə ona zəng çatmadığı üçün Əli əsəbiləşmiş və onu yalan danışmaqda günahlandırmışdır. O da Əliyə yalan demədiyini bildirmiş və nəyə görə zəng çatmadığını bilmədiyini demişdir. Həmin vaxt Əli də içkili olmuşdur. Buna görə aralarında olan söz mübahisəsi qəflətən mübahisəyə çevrilmişdir. Əli qəflətən onun üzərinə gələrək yumruqla vurmuşdur. O, Əli ilə əlbəyaxa olmuş, ancaq Əlini vurmamışdır. Onlar ayrıldıqdan sonra polis əməkdaşları onları görüb 39-cu polis bölməsinə gətirib raportla təhvil vermişlər. Həmin vaxt spirtli içkinin təsiri altında olduğu üçün hadisə barəsində və ardıcıllığı barəsində dəqiq məlumat verə bilmirmiş. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs ifadəsində dəqiqləşdirmişdir ki, hadisə 10 aprel 2021 -ci il tarixdə saat 00:10 radələrində ünvan 2 ünvanda, “Xaqani” tigarət mərkəzinin qarşısında baş vermişdir. Əli ilə əvəllər ədavətim olmayıbdır. Dava-dalaş səbəb aralarında yaranmış söz mübahisəsi və ikisinin də içkili olmaları olmuşdur. Əli yumruq zərbəsi ilə onu vuraraq alın nahiyyəsinə xəsarət yetirmişdir. Dava-dalaş zamanı o, Əlini vurmamış və xəsarət yetirməmişdir. Dava-dalaş səs küyə səbəb olmamış, gecə saatları olduğu üçün ətrafda başqa heç kəs olmamışdır. Aralarında dava-dalaş 1-2 dəqiqə davam etmişdir. Daha sonra polislərin gəldiyini gördüyü üçün o, Əlidən ayrılmışdır. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs ərizə təqdim edərək, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı heç bir şikayəti və tələbinin olmadığını, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş şahid qismində Şahid1 ifadəsində göstərilmişdir ki, 2016-cı ildən X3, həmin vaxtdan da Səbail rayon polis idarəsinin postpatrul xidməti bölüyündə polis nəfəri vəzifəsində, polis serjantı rütbəsində qulluq edir. 10 aprel 2021-ci il tarixdə saat 00:10 radələrində 6652 nömrəli avtopatrulla “Malakan bağı” ətrafında xidmətdə olduqları zaman, “Çiniçi”nin qarşısında, ünvan 2 ünvanda 2 nəfər şəxsin biri-birləri ilə dava-dalaş etdiklərinin şahidi olmuşlar. Yaxınlaşıb həmin şəxsləri nizam-intizama dəvət etmişlər. Bu şəxslərdən birinin alnında qan ləkələri görünürmüş. Hər ikisinin sərxoşluqları açıq-aşkar bilinirmiş. Bu şəxslər özlərini - Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs kimi təqdim etmişlər. Həmin şəxsləri xidməti avtomobilə və Səbail RPİnin 39-cu PB-nə dəvət etmişlər. Polis bölməsində həmin şəxsləri raportla növbətçi hissəyə təhvil verib xidmət yerlərinə qayıtmışlar. Hadisə 10 aprel 2021-ci il tarixdə saat 00:10 radələrində ünvan 2 ünvanda, “Xaqani” tigarət mərkəzinin qarşısında baş vermişdir. Onlar hadisəni qeydə alan vaxt həmin ərazidə və ətrafda hadisənin şahidi ola biləcək şəxslər olmamışdır. Onlar yaxınlaşan zaman Zərərçəkmiş şəxs alnından qan axmasını görmüşlər və bu səbəbdən hadisə baş verdiyini güman etmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ictimai qaydanı pozmağa davam etmirmişlər. İlkin sorğu zamanı Zərərçəkmiş şəxs aralarında mübahisə baş verdiyini və Təqsirləndirilən şəxs tərəfindən vuraraq xəsarətləndirdiyini bildirdiyi üçün həmin şəxsləri patrul avtomobilinə dəvət edib 39cu PB-nə gətirmişlər. Məhkəmə iclasında şahid qismində ifadəsi elan olunmuş Şahid2 ifadəsində Şahid1 ifadəsindəki xüsusatları bir daha təsdiq etmişdir. İŞ MATERİALLARİNDA OLAN VƏ MƏHKƏMƏ BAXİŞİNDA TƏDQİQ EDİLMİŞ: Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş və ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-tibb ekspertizasının 12 aprel 2021-ci il tarixli 181 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlər - alın nahiyyəsinin mərkəzinin cərrahi tikişə ehtiyacı olan əzilmiş yarası küt əşyanın (alətin) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 10 aprel 2021-ci il tarixdə qeyd olunan nahiyyəyə yumruqla vurma nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclası zamanı Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı heç bir şikayəti və tələbinin olmadığını bildirmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 37.4-cü maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş hallardan başqa, zərərçəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması ilə əlaqədar xitam verilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; həmin Məcəllənin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 37.4, 39.1.9, 40.2 və 41.7ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011ci il tarixli Qərarının 2-ci və 3-cü bəndlərinə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 37.4-cü maddəsinin tələblərinə görə, həmin Məcəllənin 37.3-cü maddəsində sadalanan ilk dəfə böyük ictimai təhlükə törətməyən şəxs zərərçəkmiş şəxslə barışdıqda və ya ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda ictimai xüsusi ittiham qaydasında cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 37.3-cü maddəsində sadalanan az ağır və ya ağır cinayətlər üzrə ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilə bilməz. Cinayət təqibi ictimai-xüsusi və ictimai ittiham qaydasında həyata keçirilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş hallar aşkar olunduqda bu Qərarın əsaslandırıcı hissəsində göstərilən şərtlərə riayət edilməklə icraatın məhkəməyədək mərhələsində təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hal məhkəmə baxışının gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər. Məhkəmə, iş üzrə zərərçəkmiş şəxsin və cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs qarşı şikayətinin və tələbinin olmamasını, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməlindən peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxslə barışdığını və ərizə verərək barəsində olan iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsinə etiraz etməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməklə cinayət işinin icraatına xitam verilməlidir. Məhkəmə, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə və ibtidai istintaq zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 40.1, 40.3, 43.1.2, 321.1, 321.2.1, 347, 384.1.3-cü maddələrini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Bakı şəhəri, 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 180 (yüz səksən) manat pul tutulub, “xxxx” QSC-nin Səbail filialındakı hesabına keçirilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-156/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-156/2021
27.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver