Məhkəmə qərarları › İş №1(009)-156/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-156/2024

18.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-156/2024 18.03.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Uğur Fatimə Mehmet qızının katibliyi, tərcüməçi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmişin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1976-cı ildə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2ə “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs saxlanc yerinə (anbara) qanunsuz daxil olmaqla özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamışdır. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2023-cü ilin sentyabr ayının əvvəllərindən 2023-cü ilin oktyabr ayının sonlarınadək olan müddət ərzində müxtəlif tarixlərdə vahid niyyətlə əhatə olunan qəsdlə "xxxx" MMC-nin avtomobil ehtiyat hissələrinin saxlanıldığı saxlanc yeri hesab olunan anbarın giriş qapısının açıq vəziyyətdə olmasından istifadə edib qanunsuz daxil olaraq oradan müxtəlif çeşiddə və adda avtomobil ehtiyyat hissələrini gizli talayaraq zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə 18382 manat 41 qəpik məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Azad adlı şəxslə dostluq münasibətləri olmuşdur. Azad “Kəhrəba Ulus” kafesini işlədirdi. Evi olmadığı üçün arada onun işlətdiyi kafedə qalırdı. Azad həmin kafeni sahibinə təhvil verəndən sonra ondan da həmin kafedə qalmasını xahiş etmişdir. Kafenin ikinci mərtəbəsində tək qalırdı. Otağın yanında avtomobil ehtiyat hissələri olan anbar yerləşirdi. 2023-cü ilin sentyabr ayında gecə vaxtı həmin anbarın qapısının açıq olduğunu və orada heç kimin olmadığını görmüşdür. Bu vəziyyətdən istifadə edərək sayını xatırlamadığı avtomobil ehtiyat hissələrini daşıyıb öz qaldığı otağa yığmışdır. Avtomobil ehtiyat hissələrinin satışı ilə məşğul olan Elvin adlı tanışına həmin hissələri satmağı təklif edərək bildirmişdir ki, bir şəxs ona borcu müqabilində bu ehtiyat hissələrini vermişdir ki, satsın. Elvin də onunla razılaşaraq bazar qiymətindən aşağı qiymətə həmin ehtiyat hissələrini almışdır. 2023-cü ilin oktyabr ayında yenidən gecə vaxtı anbarın qapısının açıq olduğunu görüb ehtiyat hissələrindən öz qaldığı otağa yığmışdır ki, yenidən Elvin adlı şəxsə satsın. Elvindən hər iki satışa görə ümumilikdə səkkiz min manatdan çox pul almışdır. Bundan xəbər tutan anbarın sahibi Murad polisə şikayət etmişdir. Polisdə hər şeyi etiraf etmişdir, əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmişin nümayəndəsi Nümayəndə bildirmişdir ki, “Eventus” avto ehtiyat hissələri mağazasının sahibi İlkin Ramizoğludur, "xxxx" MMC-nin anbarı isə onun adınadır. Həmin anbarı obyektin sahibi Səmədağa ilə bağlanmış müqavilə əsasında istifadə edir. Anbar obyektin ikinci mərtəbəsində yerləşir, həmin anbarda satmaq üçün aldıqları abtomobil ehtiyat hissələri saxlanılırdı. Həmin mağaza və anbarın mühafizəçisi və video-müşahidə kamerası olmamışdır. Həmin anbara onun və mağazada satıcı işləyən iki nəfərin girmə ixtiyarı olmuşdur. Sergeylə şəxsi tanışlığı olmamışdır. Amma Sergeyin həmin anbarın yanındakı otaqda qaldığını bilirdi. Sergey dəfələrlə ondan şəxsi ehtiyacı üçün pul alıb qaytarmışdır. Bir gün anbarda malların əskik gəldiyini görmüş, bu barədə polisə məlumat vermişdir. Sonradan həmin malları Sergeyin oğurladığını bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 10 ildən artıqdır ki, avtomobil ehtiyat hissələrinin satışı ilə məşğul olur. Mağazada iki nəfər satıcı işləyir – Şahid5 və Şahid4. 2023-cü ilin sentyabr ayında Sergey mağazaya gələrək ehtiyat hissələrini satmaq istədiyini bildirmişdir. Ondan bu malları hardan aldğını soruşduqda bildirmişdir ki, dostunun mağazası bağlandığına və dostunun ona borcu olduğuna görə ehtiyat hissələrini vermişdir ki, satsın, özünə pul etsin. Həmin malların oğurluq olduğunu bilməmişdir. Segeyin gətirdiyi ehtiyat hissələrini ucuz qiymətə satmışdır. Ondan aldığı əşyaların qaimə-fakturaları olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında “Kəhrəba Ulus” adlı məkanı icarəyə götürmüş, kafe kimi işlədirmiş. Həmin obyektin sahibi Səməd obyektin bir hissəni ona, bir hissəsini isə anbar kimi icarəyə vermişdir. Sergey gecələr kafedə mühafizəçi kimi işləyir, otaqların birində də yatırdı. Sergeydən hər hansı səhv hərəkət görməmişdir. Sonradan qiymət baxımından Səmədlə anlaşmadıqları üçün obyekti 2022-ci ilin mart ayında Səmədə təhvil vermişdir. Sergeyin orada yerləşən anbardan oğurluq etməsi barədə sonradan xəbər tutmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, avtomobil ehtiyat hissələrinin satışı mağazasında satıcı işləyir. Sergeyi ilk dəfə 2023-cü ilin sentyabr ayında onun işlədiyi mağazaya dəyərindən aşağı qiymətə ehtiyat hissələri gətirib satarkən tanımışdır. Onunla heç bir danışıqlar aparmamışdır, ondan mal almamışdır. Bütün danışıqları Elvin aparmışdır. Elvinlə Sergeyin aralarındakı danışıq zamanı ona məlum olmuşdur ki, Sergeyə həmin mallar işlədiyi mağaza bağlandığı və məvacibini ödəyə bilmədikləri üçün satması və pulu özünə götürməsi üçün verilib. Şahidlər İlkin Ramizoğlu xx.xx.2024-cü il tarixdə və Şahid4 xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək ibtidai istintaqdakı ifadələrini təsdiqlədiklərini bildirmişlər. Şahidlər İlkin Ramizoğlu və Şahid4 məhkəmə iclasında iştirak etmədiklərindən onların ibtidai istintaq zamanı verdikləri ifadə elan edilmişdir. İş materiallarında olan 10 noyabr 2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri olan ünvan 4 ünvanına baxış keçirilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək, avtomobil ehtiyyat hissələrinin siyahısı -01 ədədinin qiyməti 45.05 manat, ümumi qiyməti 901.0 manat olan 20 ədəd yanacaq nasosu (sortech); -01 ədədinin qiyməti 45.05 manat, ümumi qiyməti 630.70 manat olan 14 ədəd yanacaq nasosu (sortech) ; -01 ədədinin qiyməti 1.98 manat olan 01 ədəd podşipnik dinamo (sortech), -01 ədədinin qiyməti 1.98 manat olan 01 ədəd podşipnik dinamo (sortech), -01 ədədinin qiyməti 1.98 manat olan 01 ədəd podşipnik dinamo (sortech), 01 ədədinin qiyməti 1.98 manat, ümumi qiyməti 5.94 manat olan 03 ədəd podşipnik dinamo (sortech), 01 ədədinin qiyməti 2.68 manat olan 01 ədəd podşipnik dinamo (sortech), 01 ədədinin qiyməti 10.12 manat, ümumi qiyməti 20.24 manat olan 02 ədəd kalodka (qəlib) (Pekin), 01 ədədinin qiyməti 10.12 manat, ümumi qiyməti 20.24 manat olan 02 ədəd kalodka (qəlib) (Pekin), 01 ədədinin qiyməti 8.33 manat olan 01 ədəd kalodka (qəlib) (Pekin), 01 ədədinin qiyməti 10.54 manat, ümumi qiyməti 52.70 manat olan 05 ədəd kalodka (qəlib) (Pekin), 01 ədədinin qiyməti 21.25 manat, ümumi qiyməti 42.50 manat olan 02 ədəd termostat (istilik tənzimləyən) cruze 1.4 (GM), 01 ədədinin qiyməti 42.50 manat olan 01 ədəd ust krışka (qapaq) cruze 1.4 (GM), 01 ədədinin qiyməti 21.25 manat, ümumi qiyməti 85.00 manat olan 04 ədəd yağ radiator cruze 1.6/1.8 (GM), 01 ədədinin qiyməti 3.16 manat, ümumi qiyməti 6.32 manat olan 02 ədəd filter hava cruze (GM), 01 ədədinin qiyməti 41.65 manat, ümumi qiyməti 249.90 manat olan 06 ədəd podşipnik stupisa cruze qabağ (GM), 01 ədədinin qiyməti 5.04 manat, ümumi qiyməti 10.08 manat olan 02 ədəd stabilizator stoyka (genuine parts), 01 ədədinin qiyməti 3.00 manat, ümumi qiyməti 30.00 manat olan 10 ədəd vtulka (oymaq) stanqa (genuine parts), 01 ədədinin qiyməti 2.52 manat, ümumi qiyməti 27.72 manat olan 11 ədəd rezin saffa arxa (genuine parts), 01 ədədinin qiyməti 2.52 manat, ümumi qiyməti 408.24 manat olan 162 ədəd sveca zajiqaniya (alışdırma şamları) (genuine parts), 01 ədədinin qiyməti 14.70 manat, ümumi qiyməti 44.10 manat olan 03 ədəd rul lenta (sükan lenti) (genuine parts), 01 ədədinin qiyməti 1.67 manat, ümumi qiyməti 3.34 manat olan 02 ədəd salnik arxa (genuine parts), 01 ədədinin qiyməti 23.10 manat olan 01 ədəd kolsa (genuine parts), 01 ədədinin qiyməti 21.00 manat olan 01 ədəd kolsa (genuine parts), 01 ədədinin qiyməti 5.84 manat, ümumi qiyməti 11.68 manat olan 02 ədəd zamok (kilid) fibra (genuine parts), 01 ədədinin qiyməti 10.50 manat, ümumi qiyməti 31.50 manat olan 03 ədəd remen (qayış) iç (genuine parts), 01 ədədinin qiyməti 9.65 manat, ümumi qiyməti 28.95 manat olan 03 ədəd iç remen (qayış) tək (genuine parts), 01 ədədinin qiyməti 14.38 manat, ümumi qiyməti 100.66 manat olan 07 ədəd babin (bosch Pekin), 01 ədədinin qiyməti 7.56 manat, ümumi qiyməti 151.20 manat olan 20 ədəd babin (genuine parts), 01 ədədinin qiyməti 2.52 manat, ümumi qiyməti 10.08 manat olan 04 ədəd stanqa vtulka (genuine parts), 01 ədədinin qiyməti 7.00 manat, ümumi qiyməti 14.00 manat olan 02 ədəd remen (qayış) (nulfer), 01 ədədinin qiyməti 8.00 manat, ümumi qiyməti 32.00 manat olan 04 ədəd remen (qayış) (nulfer), 01 ədədinin qiyməti 4.00 manat, ümumi qiyməti 12.00 manat olan 03 ədəd remen (qayış) (nulfer), 01 ədədinin qiyməti 5.00 manat olan 01 ədəd remen (qayış) (nulfer), 01 ədədinin qiyməti 17.52 manat, ümumi qiyməti 70.08 manat olan 04 ədəd babin (bosch Pekin), 01 ədədinin qiyməti 17.52 manat, ümumi qiyməti 35.04 manat olan 02 ədəd babin (bosch Pekin), 01 ədədinin qiyməti 3.74 manat olan 01 ədəd filter hava (nitro), 01 ədədinin qiyməti 22.50 manat, ümumi qiyməti 45.00 manat olan 02 ədəd natyajıtel (gərginlik) remnya (qayış) (genuine parts), 01 ədədinin qiyməti 20.86 manat olan 01 ədəd natyajıtel (gərginlik) remnya (qayış) (genuine parts), 01 ədədinin qiyməti 3.36 manat, ümumi qiyməti 6.72 manat olan 02 ədəd vtulka razvalnıy (genuine parts), 01 ədədinin qiyməti 20.86 manat, ümumi qiyməti 41.72 manat olan 02 ədəd natyajıtel (gərginlik) remnya (qayış) (genuine parts), 01 ədədinin qiyməti 8.40 manat olan 01 ədəd provada (məftil) sveca (şam) (genuine parts), 01 ədədinin qiyməti 5.03 manat, ümumi qiyməti 60.36 manat olan 12 ədəd stabilizator stoyka (genuine parts), 01 ədədinin qiyməti 8.38 manat olan 01 ədəd poduşka (yastıq) amartizatora (genuine parts), 01 ədədinin qiyməti 4.20 manat, ümumi qiyməti 8.40 manat olan 02 ədəd prokladka krışka (qapaq) (genuine parts), 01 ədədinin qiyməti 20.86 manat, ümumi qiyməti 83.44 manat olan 04 ədəd skif dinamo (genuine parts), 01 ədədinin qiyməti 4.20 manat, ümumi qiyməti 12.60 manat olan 03 ədəd prokladka krışka (qapaq) (genuine parts), 01 ədədinin qiyməti 14.00 manat, ümumi qiyməti 28.00 manat olan 02 ədəd pompa cruze 1.8 16V (GM), 01 ədədinin qiyməti 15.55 manat, ümumi qiyməti 373.20 manat olan 24 ədəd babin (genuine parts), 01 ədədinin qiyməti 14.50 manat olan 01 ədəd babin (genuine parts), 01 ədədinin qiyməti 8.00 manat, ümumi qiyməti 24.00 manat olan 03 ədəd remen (qayış) (genuine parts), 01 ədədinin qiyməti 8.40 manat, ümumi qiyməti 67.20 manat olan 08 ədəd remen (qayış) (genuine parts), 01 ədədinin qiyməti 10.00 manat, ümumi qiyməti 30.00 manat olan 03 ədəd remen (qayış) (genuine parts), 01 ədədinin qiyməti 10.00 manat, ümumi qiyməti 20.00 manat olan 02 ədəd remen (qayış) (genuine parts), 01 ədədinin qiyməti 10.00 manat, ümumi qiyməti 30.00 manat olan 03 ədəd remen (qayış) (genuine parts), 01 ədədinin qiyməti 2.00 manat, ümumi qiyməti 20.00 manat olan 10 ədəd filter yağ (genuine parts), 01 ədədinin qiyməti 2.33 manat, ümumi qiyməti 46.60 manat olan 20 ədəd filter yağ (MB orginal), 01 ədədinin qiyməti 2.89 manat, ümumi qiyməti 28.90 manat olan 10 ədəd filter hava (MB orginal), 01 ədədinin qiyməti 4.83 manat olan 01 ədəd filter salon kömürlü (MB orginal), 01 ədədinin qiyməti 4.20 manat, ümumi qiyməti 8.40 manat olan 02 ədəd filter hava (MB orginal), 01 ədədinin qiyməti 4.60 manat, ümumi qiyməti 23.00 manat olan 05 ədəd filter salon kömürlü qoşa W210 (MB orginal), 01 ədədinin qiyməti 17.40 manat, ümumi qiyməti 34.80 manat olan 02 ədəd filter hava (MB orginal), 01 ədədinin qiyməti 7.45 manat olan 01 ədəd filter hava yumru (MB orginal), 01 ədədinin qiyməti 15.00 manat, ümumi qiyməti 30.00 manat olan 02 ədəd filter toplivnoy (yanacaq) (MB orginal), 01 ədədinin qiyməti 6.86 manat, ümumi qiyməti 54.88 manat olan 08 ədəd şaravoy (kürə) (beelitz), 01 ədədinin qiyməti 8.91 manat, ümumi qiyməti 89.10 manat olan 10 ədəd şaravoy (kürə) (beelitz), 01 ədədinin qiyməti 5.92 manat, ümumi qiyməti 59.20 manat olan 10 ədəd nakoneçnik (ucluq) LH (beelitz), 01 ədədinin qiyməti 5.92 manat, ümumi qiyməti 59.20 manat olan 10 ədəd nakoneçnik (ucluq) RH (beelitz), 01 ədədinin qiyməti 7.89 manat, ümumi qiyməti 47.34 manat olan 06 ədəd rolik (çarx) natyajnoy (gərginlik) (beelitz), 01 ədədinin qiyməti 2.65 manat, ümumi qiyməti 45.05 manat olan 17 ədəd şlank (rezin boru) sapun (beelitz), 01 ədədinin qiyməti 2.65 manat, ümumi qiyməti 26.50 manat olan 10 ədəd şlank (rezin boru) sapun (beelitz), 01 ədədinin qiyməti 3.43 manat, ümumi qiyməti 20.58 manat olan 06 ədəd şlank (rezin boru) sapun (beelitz), 01 ədədinin qiyməti 2.19 manat, ümumi qiyməti 30.66 manat olan 14 ədəd vtulka pazlı (beelitz), 01 ədədinin qiyməti 2.19 manat, ümumi qiyməti 28.47 manat olan 13 ədəd vtulka pazlı (beelitz), 01 ədədinin qiyməti 18.53 manat, ümumi qiyməti 574.43 manat olan 31 ədəd üst çaşqa LH (beelitz), 01 ədədinin qiyməti 18.53 manat, ümumi qiyməti 778.26 manat olan 42 ədəd üst çaşqa RH (beelitz), 01 ədədinin qiyməti 4.79 manat, ümumi qiyməti 14.37 manat olan 03 ədəd filter toplivnıy (yanacaq) (beelitz), 01 ədədinin qiyməti 5.81 manat, ümumi qiyməti 34.86 manat olan 06 ədəd filter toplivnıy (yanacaq) rezbalı (beelitz), 01 ədədinin qiyməti 5.36 manat, ümumi qiyməti 85.76 manat olan 16 ədəd rolik (çarx) dişli (beelitz), 01 ədədinin qiyməti 8.31 manat, ümumi qiyməti 58.17 manat olan 07 ədəd podşipnik stupisa (beelitz), 01 ədədinin qiyməti 10.46 manat olan 01 ədəd podşipnik stupisa (beelitz), 01 ədədinin qiyməti 34.80 manat olan 01 ədəd qranat çöl (genuine parts), 01 ədədinin qiyməti 3.50 manat olan 01 ədəd vtulka stabilizator (genuine parts), 01 ədədinin qiyməti 13.26 manat, ümumi qiyməti 119.34 manat olan 09 ədəd kalodka (sangsin), 01 ədədinin qiyməti 11.73 manat, ümumi qiyməti 35.19 manat olan 03 ədəd kalodka RR (sangsin), 01 ədədinin qiyməti 12.75 manat, ümumi qiyməti 102.00 manat olan 08 ədəd kalodka cruze RR 2017/2018 (sangsin), 01 ədədinin qiyməti 13.26 manat, ümumi qiyməti 26.52 manat olan 02 ədəd kalodka ON (sangsin), 01 ədədinin qiyməti 71.40 manat, ümumi qiyməti 285.60 manat olan 04 ədəd remen (qayış) iç dəst (GM), 01 ədədinin qiyməti 44.20 manat, ümumi qiyməti 221.00 manat olan 05 ədəd babin (delphi), 01 ədədinin qiyməti 54.40 manat, ümumi qiyməti 163.20 manat olan 03 ədəd babin (delphi), 01 ədədinin qiyməti 15.22 manat, ümumi qiyməti 60.88 manat olan 04 ədəd datçik (sensor) raspredval (eksantrik mili) (GM), 01 ədədinin qiyməti 15.13 manat olan 01 ədəd datçik (sensor) kolenval (krank milli) (GM), 01 ədədinin qiyməti 11.14 manat, ümumi qiyməti 22.28 manat olan 02 ədəd potrupka (boru) radiator-cruze 1.4 UST (GM), 01 ədədinin qiyməti 13.29 manat, ümumi qiyməti 39.87 manat olan 03 ədəd potrubka (boru) 2 iki dənəli cruz (GM), 01 ədədinin qiyməti 3.74 manat, ümumi qiyməti 44.88 manat olan 12 ədəd sveçya zajıqaniya (alışdırma şamları) cruze 1.4 2012-2015 (GM), 01 ədədinin qiyməti 23.80 manat, ümumi qiyməti 95.20 manat olan 04 ədəd kitapça (TEK) (GM), 01 ədədinin qiyməti 1.56 manat, ümumi qiyməti 109.20 manat olan 70 ədəd sveçya zajıqaniya (alışdırma şamları) (bosch), 01 ədədinin qiyməti 3.76 manat, ümumi qiyməti 894.88 manat olan 238 ədəd sveçya zajıqaniya (alışdırma şamları) (bosch), 01 ədədinin qiyməti 1.36 manat, ümumi qiyməti 367.20 manat olan 270 ədəd sveçya zajıqaniya (alışdırma şamları) (bosch), 01 ədədinin qiyməti 4.52 manat, ümumi qiyməti 2169.60 manat olan 480 ədəd sveçya zajıqaniya (alışdırma şamları) (BMW Group), 01 ədədinin qiyməti 4.45 manat, ümumi qiyməti 845.50 manat olan 190 ədəd sveçya zajıqaniya (alışdırma şamları) (bosch), 01 ədədinin qiyməti 3.23 manat, ümumi qiyməti 613.70 manat olan 190 ədəd sveçya zajıqaniya (alışdırma şamları) (bosch), 01 ədədinin qiyməti 3.26 manat, ümumi qiyməti 619.40 manat olan 190 ədəd sveçya zajıqaniya (alışdırma şamları) (genuine parts), 01 ədədinin qiyməti 3.23 manat, ümumi qiyməti 1195.10 manat olan 370 ədəd sveçya zajıqaniya (alışdırma şamları) (genuine parts), 01 ədədinin qiyməti 2.21 manat, ümumi qiyməti 22.10 manat olan 10 ədəd sveçya zajıqaniya (alışdırma şamları) (genuine parts), 01 ədədinin qiyməti 3.38 manat, ümumi qiyməti 236.60 manat olan 70 ədəd sveçya zajıqaniya (alışdırma şamları) (genuine parts), 01 ədədinin qiyməti 4.25 manat, ümumi qiyməti 170.00 manat olan 40 ədəd sveçya zajıqaniya (alışdırma şamları) (genuine parts), 01 ədədinin qiyməti 3.23 manat, ümumi qiyməti 1195.10 manat olan 370 ədəd sveçya zajıqaniya (alışdırma şamları) (genuine parts), 01 ədədinin qiyməti 3.91 manat, ümumi qiyməti 273.70 manat olan 70 ədəd sveçya zajıqaniya (alışdırma şamları) (genuine parts), 01 ədədinin qiyməti 6.65 manat, ümumi qiyməti 199.50 manat olan 30 ədəd sveçya zajıqaniya (alışdırma şamları) (genuine parts), 01 ədədinin qiyməti 3.15 manat, ümumi qiyməti 94.50 manat olan 30 ədəd sveçya zajıqaniya (alışdırma şamları) (genuine parts), 01 ədədinin qiyməti 2.72 manat, ümumi qiyməti 369.92 manat olan 136 ədəd sveçya zajıqaniya (alışdırma şamları) (genuine parts), 01 ədədinin qiyməti 22.10 manat, ümumi qiyməti 198.90 manat olan 09 ədəd ön kalodka (genuine parts), 01 ədədinin qiyməti 18.70 manat, ümumi qiyməti 93.50 manat olan 05 ədəd kalodka (genuine parts), 01 ədədinin qiyməti 20.40 manat, ümumi qiyməti 61.20 manat olan 03 ədəd kalodka (genuine parts), 01 ədədinin qiyməti 20.91 manat, ümumi qiyməti 41.82 manat olan 02 ədəd kalodka (genuine parts), 01 ədədinin qiyməti 20.74 manat, ümumi qiyməti 82.96 manat olan 04 ədəd kalodka (genuine parts), 01 ədədinin qiyməti 17.85 manat, ümumi qiyməti 71.40 manat olan 04 ədəd kalodka (genuine parts), 01 ədədinin qiyməti 24.65 manat, ümumi qiyməti 49.30 manat olan 02 ədəd kalodka (genuine parts), 01 ədədinin qiyməti 23.97 manat olan 01 ədəd kalodka (genuine parts), 01 ədədinin qiyməti 25.16 manat, ümumi qiyməti 50.32 manat olan 02 ədəd kalodka (genuine parts), 01 ədədinin qiyməti 24.65 manat, ümumi qiyməti 73.95 manat olan 03 ədəd kalodka (genuine parts), 01 ədədinin qiyməti 17.85 manat, ümumi qiyməti 89.25 manat olan 05 ədəd kalodka (genuine parts), 01 ədədinin qiyməti 20.40 manat, ümumi qiyməti 81.60 manat olan 04 ədəd kalodka (genuine parts), 01 ədədinin qiyməti 29.75 manat, ümumi qiyməti 119.00 manat olan 04 ədəd kalodka (genuine parts), 01 ədədinin qiyməti 23.97 manat, ümumi qiyməti 71.91 manat olan 03 ədəd kalodka (genuine parts), 01 ədədinin qiyməti 55.00 manat, ümumi qiyməti 220.00 manat olan 04 ədəd toplivnıy (yanacaq) nasos (bosch), 01 ədədinin qiyməti 65.00 manat, ümumi qiyməti 325.00 manat olan 05 ədəd toplivnıy (yanacaq) nasos (bosch), 01 ədədinin qiyməti 9.86 manat, ümumi qiyməti 59.16 manat olan 06 ədəd provada (məftil) sveça (şam) (Pekin), 01 ədədinin qiyməti 12.81 manat, ümumi qiyməti 115.29 manat olan 09 ədəd datçik (sensor) kolenval (genuine parts), 01 ədədinin qiyməti 12.32 manat, ümumi qiyməti 98.56 manat olan 08 ədəd datçik (sensor) kolenval (genuine parts), 01 ədədinin qiyməti 8.62 manat, ümumi qiyməti 77.58 manat olan 09 ədəd datçik (sensor) kolenval (genuine parts), 01 ədədinin qiyməti 2.46 manat, ümumi qiyməti 24.60 manat olan 10 ədəd vtulka razvalniy (genuine parts), 01 ədədinin qiyməti 39.42 manat olan 01 ədəd krışka (qapaq) termostat (genuine parts), 01 ədədinin qiyməti 2.46 manat, ümumi qiyməti 49.20 manat olan 20 ədəd sveçya zajıqaniya (alışdırma şamları) (Pekin), 01 ədədinin qiyməti 4.43 manat, ümumi qiyməti 88.60 manat olan 20 ədəd sveçya zajıqaniya (alışdırma şamları) (Pekin), 01 ədədinin qiyməti 2.46 manat, ümumi qiyməti 246.00 manat olan 100 ədəd sveçya zajıqaniya (alışdırma şamları) (Pekin), 01 ədədinin qiyməti 7.24 manat, ümumi qiyməti 14.28 manat olan 02 ədəd filter karopka (qutu) (genuine parts), 01 ədədinin qiyməti 26.61 manat olan 01 ədəd natyajitel (gərginlik) remnya (qayışın) (genuine parts), 01 ədədinin qiyməti 13.06 manat, ümumi qiyməti 26.12 manat olan 02 ədəd razvalnıy (maillik) qol (genuine parts), 01 ədədinin qiyməti 4.93 manat, ümumi qiyməti 1479 manat olan 03 ədəd lyaquşka (qurbağa) (genuine parts), 01 ədədinin qiyməti 0.99 manat, ümumi qiyməti 11.88 manat olan 12 ədəd salnik klapan (qoruyucu qapaq) (genuine parts), 01 ədədinin qiyməti 6.90 manat olan 01 ədəd tormoznoy (əyləc) şlanq (rezin boru) (genuine parts), 01 ədədinin qiyməti 29.57 manat olan 01 ədəd poduşka (yastıq) motor (mühərrik) (genuine parts), 01 ədədinin qiyməti 4.93 manat, ümumi qiyməti 9.86 manat olan 02 ədəd filtr karopka (qutu) (genuine parts), 01 ədədinin qiyməti 12.32 manat, ümumi qiyməti 2464 manat olan 02 ədəd tormoznoy (əyləc) şlanq (rezin boru) (genuine parts), ), 01 ədədinin qiyməti 7.14 manat olan 01 ədəd tormoznoy (əyləc) şlanq (rezin boru) (genuine parts), 01 ədədinin qiyməti 7.14 manat, ümumi qiyməti 14.28 manat olan 02 ədəd tormoznoy (əyləc) şlanq (rezin boru) (genuine parts) protokola əlavə edilmişdir. İş materiallarında olan 10 noyabr 2023-cü il tarixli Əşyayi-dəlilin götürülməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs "xxxx" MMC-nin avtomobil ehtiyat hissələri anbarından oğurladığı və yaşadığı ünvan 5 ünvanında yerləşən “Kəhrəba Ulus” kafesinin otağında saxladığı 01 ədəd su radiatoru ondan götürülmüşdür. İş materiallarında olan 10 noyabr 2023-cü il tarixli Əşyayi-dəlilin götürülməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs "xxxx" MMC-nin avtomobil ehtiyat hissələri anbarından oğurladığı və Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 5 ünvanında yerləşən “EM avto” avtomobil hissələrinin satışı dükanından götürülmüşdür. İş materiallarında olan 11 noyabr 2023-cü il tarixli cinayət içinin başlanması və icraata qəbul edilməsi haqqında qərarından görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanılmışdır. İş materiallarında olan 12 noyabr 2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, "xxxx" MMC zərərçəkmiş hüquqi şəxs qismində, Nümayəndə "xxxx" MMC-nin nümayəndəsi qismində tanınmışdır. İş materiallarında olan 13 noyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmişdir. İş materiallarında olan 30 dekabr 2023-cü il tarixli qəbzdən görünür ki, zərərçəkmiş şəxs Nümayəndə tərəfindən 01 ədəd su radiatoru, 04 ədəd yağ kitabçası, 17 ədəd sapun şlanqı (rezin boru), 08 ədəd peçin (soba) rezin borusu, 05 ədəd tormoz (əyləc) şlanqı (rezin boru), 68 ədəd üst çaşqa, 02 ədəd hava filtri, 22 ədəd salon filtri, 09 ədəd şarovoy, 02 ədəd motor (mühərrik) remeni (qayış), 09 ədəd razval vtulkası, 28 ədəd diyircəkli valın sensoru, 45 ədəd babin, 22 ədəd yanacaq nasosu, 04 ədəd su nasosu, 04 ədəd təkər diyircəyi, 1994 ədəd alışdırma şamı, 40 ədəd əyləc bəndi qablaşdırılmış, təzə vəziyyətdə təhvil alınmışdır. (maddi sübut hesab edilmiş saxlanılması üçün zərərçəkmiş Nümayəndə qaytarılmışdır). İş materiallarında olan 25 dekabr 2023-cü il tarixli 9/8750 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyindən görünür ki, ekspertiza təqdiqatına təqdim edilmiş avtomobil ehtiyyat hissələrinin 2023-cü ilin sentyabr-oktyabr aylarına olan orta bazar qiymətilə ümumi dəyəri təxminən 14428.09 manat, digər qərarda göstərilən avtomobil ehtiyyat hissələrinin təqdim edilmiş siyahıya əsasən orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin sentyabr-oktyabr aylarına olan orta bazar qiymətilə ümumi dəyəri nəzəri qaydada təxminən 3954.32 manat müəyyən olunmuşdur. İş materiallarında olan «cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında» tərtib edilmiş 11 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 noyabr 2023-cü il tarixdə hadisə törətməsində şübhəli olduğundan şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” Səbail rayon Prokuroru, baş ədliyyə müşaviri Natiq Əsədovun 13 noyabr 2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə istintaqı aparılan ********* №-li cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və Təqsirləndirilən şəxs dərhal müvəqqəti saxlama yerindən azad edilməsi qərara alınmışdır. İş materiallarında olan “qətimkan tədbirinin seçilməsi” barədə 13 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 16 noyabr 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. İş materiallarında olan Bakı Şəhər Məhkəməsinin xx.xx.1999-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 220-ci maddəsinin 1 hissəsi, 207-ci maddəsinin 2, 3 hissəsi, 94-cü maddəsisinin 2, 3, 6 bəndi, 15-ci, 94-cü maddəsinin 2, 3, 4, 6 bəndi, 226-1–ci maddəsinin 2 hissəsi ilə təqsirli bilinərək 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökm xx.xx.1999cu il tarixdə qüvvəyə minmişdir. xx.xx.2014-cü ildə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmağa görə cinayət məsuliyyətini müəyyən edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi xeyli miqdarda ziyan vurmaqla törədilməyə görə cinayət məsuliyyətini müəyyən edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarının: 2-ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir; 7-ci bəndinə əsasən təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir; 26-cı bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, CMin 177-ci maddəsinin “Qeyd”inin 1-ci bəndinə əsasən CM-in 177.1-ci maddəsində nəzərdə tutulmuş oğurluğa görə cinayət məsuliyyətinin yaranması üçün əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı (lakin, beş min manatdan artıq olmayan) məbləğdə ziyanın vurulması tələb olunduğu halda, CM-in 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə görə cinayət məsuliyyəti vurulmuş ziyan yüz manatdan yuxarı məbləğdə olduqda yaranır. Vurulmuş ziyanın cinayət məsuliyyətini şərtləndirən minimal məbləği barədə tələb soyğunçuluq və quldurluq cinayətlərinə şamil olunmur və həmin əməllərə görə cinayət məsuliyyəti vurulmuş ziyanın CM-in 177-ci maddəsinin “Qeyd”inin 1-ci bəndində göstərilən məbləğlərdən az olubolmamasından asılı olmayaraq yaranır. Oğurluq, soyğunçuluq, quldurluq cinayətini törətmiş şəxsin əməli “xeyli miqdarda” və ya “külli miqdarda” və ya “xüsusilə külli miqdarda” ziyan vurma əlaməti üzrə tövsif edilərkən məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdırlar; 27-ci bəndinə əsasən talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-lə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun özünün etirafedici, zərərçəkmişin nümayəndəsinin, şahidlərin ifadələri, ekspertizanın rəyi, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hallar yoxdur. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən halları araşdırarkən məhkəmə, onun əvvəllər məhkum edilməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, o, təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha ağır cəza olan azadlıqdan məhrumetmə cəzasına məhkum edildiyi təqdirdə cəzanın məqsədinə nail oluna bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, cəzanı yüngülləşdirən halları nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə cəza təyin olunması məqsədəuyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı Şəhər Məhkəməsinin xx.xx.1999-cu il tarixli hökmünə əsasən azadlıqdan məhrumetmə cəzasını çəkib qurtarmasını və məhkumluğunun ödənilməsi nəzərə alınmalıdır. Cinayət işinin materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs 11 noyabr 2023cü il tarixdə saat 19:25-də şübhəli şəxs kimi tutulmuş və Səbail RPİ-nin MSY-nə təhvil verilmişdir. 13 noyabr 2023-cü il tarixdə saat 16:40-da Təqsirləndirilən şəxs Səbail RPİ-nin MSY-dən həbsdən azad edilmiş və onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs 11 noyabr 2023-cü il tarixindən 13 noyabr 2023-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün ona təyin olunacaq qəti cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli 18 mart 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalında həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına təhvil verilməsi Səbail Rayon Polis İdarəsinə həvalə edilməlidir. Məhkəmə, həmçinin Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 yanvar 2010-cu il tarixli, 21 saylı qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə təyin olunmuş vəkilin məhkəmə iclaslarında iştirak etdiyi vaxtları üçün 156 (bir yüz əlli altı) manat məbləğində pul vəsaitinin dövlət büdcəsindən tutularaq Bakı şəhəri 03 saylı Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilməli, barəsində həbs qətimkan tədbiri seçilməli, məhkəmə iclasına dərhal həbsə alınmalı və həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut olan 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut olan 01 ədəd su radiatoru, 04 ədəd yağ kitabçası, 17 ədəd sapun şlanqı (rezin boru), 08 ədəd peçin (soba) rezin borusu, 05 ədəd tormoz (əyləc) şlanqı (rezin boru), 68 ədəd üst çaşqa, 02 ədəd hava filtri, 22 ədəd salon filtri, 09 ədəd şarovoy, 02 ədəd motor (mühərrik) remeni (qayış), 09 ədəd razval vtulkası, 28 ədəd diyircəkli valın sensoru, 45 ədəd babin, 22 ədəd yanacaq nasosu, 04 ədəd su nasosu, 04 ədəd təkər diyircəyi, 1994 ədəd alışdırma şamı, 40 ədəd əyləc bəndi qablaşdırılmış, təzə vəziyyətdə saxlanması üçün zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə təhvil verilməsi nəzərə alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olaraq 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürüməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məçəlləsinin 346-347, 349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 11 noyabr 2023-cü il tarixindən 13 noyabr 2023-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbs edilərək saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına təhvil verilməsi Səbail Rayon Polis İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli 18 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalında həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına təhvil verilməsi Səbail Rayon Polis İdarəsinə həvalə edilməlidir. 01 (bir) ədəd disk iş materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut olan 01 ədəd su radiatoru, 04 ədəd yağ kitabçası, 17 ədəd sapun şlanqı (rezin boru), 08 ədəd peçin (soba) rezin borusu, 05 ədəd tormoz (əyləc) şlanqı (rezin boru), 68 ədəd üst çaşqa, 02 ədəd hava filtri, 22 ədəd salon filtri, 09 ədəd şarovoy, 02 ədəd motor (mühərrik) remeni (qayışı), 09 ədəd razval vtulkası, 28 ədəd diyircəkli valın sensoru, 45 ədəd babin, 22 ədəd yanacaq nasosu, 04 ədəd su nasosu, 04 ədəd təkər diyircəyi, 1994 ədəd alışdırma şamı, 40 ədəd əyləc bəndi qablaşdırılmış, təzə vəziyyətdə saxlanması üçün zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs 50 (əlli) manat ekspertiza xərci alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X2 Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə müdafiə edilməsinə görə 156 (bir yüz əlli altı) manat dövlət büdcəsindən tutulularaq Müdafiəçi ödənilməsi üçün Bakı şəhəri 03 saylı Vəkil Bürosunun, «Kapital Bank»-ın Səbail rayon filialındakı hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar