Məhkəmə qərarları › İş №1(009)-156/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-156/2025

08.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-156/2025 08.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X6 qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Müdafiəçi: Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1981-ci ildə Laçın şəhərində doğulmuş. Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Laçın rayonu Hocaz kəndində qeydiyyatda olan və Tərtər rayon Şıxarx qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs Müseyib oğlu etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını əvəzsiz və qanunsuz, olaraq ələ keçirmək məqsədi ilə kirayə yaşadığı evin sahibəsi Zərərçəkmiş şəxs cərrahiyə əməliyyatı olunacağı üçün qızıllarını satıb pul əldə etmək istədiyini bilib həmin qızılları ələ keçirmək qərarına gəlmiş və həmin qızılları lombarda qoyub pul götürərək həm özünə qazanc əldə etmək, həm də Zərərçəkmiş şəxs pul verəcəyini, sonra isə qızılları lombarddan çıxarıb qaytaracağı vədi ilə aldadaraq etibarından sui-istifadə edib 03 iyun 2024-cü il tarixdə yaşadıqları ünvan 1 ünvanında Zərərçəkmiş şəxsıı ümumi dəyəri 3000 (üç min) manat olan 01 ədəd, 1500 manat dəyərində 750 əyarlı 12,5 qram çəkidə qızıl boyunbağı, 01 ədəd, 1000 manat dəyərində 585 əyarlı 10 qram çəkidə qızıl qadın üzüyü və 01 cüt 500 manat dəyərində 585 əyarlı 8.8 qram çəkidə qızıl sırğanı alıb ələ keçirərək Bakı şəhəri, Səbail rayonu ünvan 2 ünvanında "xxxx" MMC-də fəaliyyət göstərən lombarda girov qoyub əvəzində 1300 (bir min üç yüz) manat pul götürmüş və verdiyi vədə əməl etmədən zərərçəkmiş Zərərçəkmiş şəxs 3000 manat məbləğində maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Müseyib oğlu, ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər ailəli olsa da 2016-cı ildə rəsmi boşanmışdır. Qazanc əldə edib öz ehtiyaclarını ödəmək üçün yaşıllaşdırma ilə bağlı olaraq ağacları rayondan alıb gətirib sataraq özünə lazım olan ehtiyacları ödəmək üçün pul qazanmaqla məşğul olmuşdur. Son zamanlar işi olmadığına görə pul qazana bilmədiyi üçün, Bakı şəhərində müxtəlif ünvanlarda kirayə yaşamışdır. 2024-cü ilin yanvar ayında qazanc əldə etmək məqsədi ilə Bakı şəhərinə gəlmiş və birinci Badamdar qəsəbəsində yaşamış, həmin evdə nəmişlik əmələ gəlməyə başladığına görə məcbur olub evi dəyişmişdir. Daha sonra Səbail rayonunda 20-ci sahədə adlanan ərazidə yerləşən ”Bravo’' marketin yanında elan lövhəsində kirayə evləri ilə əlaqədar elan ilə rastaşmış və orada bir neçə mobil nömrənin qeyd olunduğunu görmüşdür. Həmin vaxt nömrələrdən birinə yığmış, telefonu adının sonradan Gülşad olduğunu öyrəndiyi qadın açmışdır. O sonuncudan kirayə ev axtardığını və elanda göstərilən evə baxmaq istədiyini bildirmiş, Gülşad da ona kirayə verdiyi evin koordinatını ona izah etmişdir. Gülşadın evinə getdikdən sonra, evin içində sonuncu ilə tanış olmuş, evə baxdıqdan sonra şəraiti onun xoşuna gəlmişdir. Evdə olan zaman orda ayrıca bir boş otaq olduğundan həmin otağı 130 manat ödəniş müqabilində razılaşaraq kirəyə tutmuş və Gülşad ilə şifahi razılığa gəlmişlər. Əlavə olara qeyd etmişdir ki, Gülşad ilə əvvəlcədən aralarında hər hansı ədəvət və düşmənçilik münasibətləri olmamış, əksinə mehriban münasibətləri olmuşdur. Həmçinin o Vüsalı da, taksi sürücüsü və Gülşadın qohumu kimi tanımış, həmin ünvana Vüsalın avtomobili ilə gəlmişdir. Gülşadın evində kirayə qaldığı zaman maddi cəhətdən çətinlik çəkdiyi üçün yeni iş yaratmaq məqsədilə ona 1000 manata yaxın pul lazım olmuşdur. O, Gülşaddan kimdənsə borc ala biləcəyi barədə kömək istədikdə, sonuncu elə bir adam tanımadığını demişdir. Daha sonra Gülşada ona məxsus qızılları verməsini, qızılları lombarda girov olaraq qoyub pul götürəcəyini, daha sonra gəlir əldə etdikdən sonra borcu ödəyərək qızılları girovdan çıxaracağını demişdir. Bundan sonra Gülşad özünə məxsus olan 01 ədəd 750 əyarlı 12.5 qram çəkidə qızıl boyunbağı, 01 ədəd 585 əyarlı 10 qram çəkidə qızıl qadın üzüyü və 01 cüt 585 əyarlı 8,8 qram çəkidə qızıl sırğanı 03 iyun 2024-cü ildə yaşadıqları ünvan 1 ünvanında ona verib, o da həmin qızılları aparıb 20-ci “GOLD-1" MMC-də fəaliyyət göstərən lombarda girov qoyub əvəzində 1300 (bir min üç yüz) manat pulu götürüb evə gəlmiş, sonradan həmi gün axşam alış-veriş edib pul qazanmaq məqsədi ilə rayona gedərək, oradan müəyyən qədər mal götürmüş və 3 gün sonta Bakı şəhərinə qayıtmış, 2024-cü ilin avqust ayına qədər Gülşadın evində qalmışdır. Gülşad sonralar tez tez qızılların pulunun harada olması barədə soruşduqda, ona bir qədər sonra işlərin düzələcəyini və gəlir əldə etməyə başladıqdan sonra pulu qaytaracağını demiş, qazanc əldə etdikdən sonra isə sonuncuya məxsus qızılları lombarddan çıxaracağını söz versə də, hər hansı qazanc əldə edə bilmədiyi üçün lombarddan qızılları çıxara bilməmiş və utandığı üçün bunu Gülşada deyə bilməmişdir. Həmçinin maddi vəziyyəti pisləşdiyi üçün kirayə pulunu ödəyə bilməmiş, sonuncu da ona evdən çıxmağı məsləhət görmüşdür. Həmin evdən çıxdıqdan sonra o Badamdar qəsəbəsi, “Araz” marketin arxasında tikilən villada qalmışdır. Gülşad ondan qızılları lombarddan götürməyi ilə bağlı hər dəfə soruşduqda isə o, “Gülşad narahat olma qaytaracam” sözlərini demiş, lakin qaytara bilməmişdir. O Gülşada məxsus olan qızılları lombarda girov qoyaraq pul əldə etmək və həmin pulu ələ keçirmək fikrinin olmadığını, həmin pulu maddi cəhətdən imkanı olmadığı üçün götürdüyünü, Gülşadın isə qızılları ona qiymətini öyərnərək pulunu götürmək üçün verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs Müseyib oğlu, vurulmuş ziyanı hissəs-hissə ödəməyə hazır olduğunu bildirimişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, səhhəti ilə bağlı olaraq hərəkət etməsi çətin olduğu üçün Təqsirləndirilən şəxs onun etibarından sui-istifadə edərək 3000 manat pulunu ələ keçirməsi barədə Səbail RPİ-nin 8-ci Polis Bölməsinə şikayət ərizəsini qızı Şahid1 yazmışdır. Qeyd olunan iş üzrə qızıllar ona məxsusdur və dəymiş ziyanın miqdarı 3000 manat təşkil edir. Mahiyyəti üzrə bildirmişdir ki, Təqsirləndirilən şəxs onun evində kirayə qaldığı vaxtdan tanıyır. Sonuncu ilə heç bir düşmənçilik və ya ədavət münasibəti yoxdur. Əksinə onun evində kirayə qaldığı müddət ərzində mehriban münasibətləri olmuşdur. Laçın onun evində kirayədə qalmamışdan əvvəldə həmin evdə kirayə yaşayanlar olmuş və Laçın həmin evdə qalan sonuncu kirayəşin olmuşdur. Sonuncu dəqiq xatırlamadığı vaxt onunla telefon əlaqəsi saxlamış və kirayə ev istəmişdir. O da evin yerləşdiyi ünvanı Laçına demiş və sonuncu onun yaşadığı mənzilə gələrək evə baxmış, evi bəyəndiyi üçün kirayə olaraq tutmuş və aralarında olan şifahi razılığa əsasən evin bir otağını 150 manat məbləğə Laçına kirayə vermişdir. 03 iyun 2024-cü il tarixdə evdə olan zaman səhhəti ilə bağlı həkimə getmək istəmiş, lakin Laçın kirayə pulunu ödəməkdə çətinlik çəkdiyindən, həmçinin özünündə maddi imkanı yol vermədiyindən həkimə gedə bilməmişdir. Bu barədə Laçına dedikdə, sonuncu ona başqa şəxsdən borc almasını, pulu özünün verəcəyini bildirdirsə də, belə bir tanışı olmadığı üçün kiməsə deyə bilməyəcəyini demişdir.Söhbət əsnasında Laçın ona evdə olan 3000 manat dəyərində qızılı yəni, yəni 01 ədəd 1500 manatlıq 585 əyyarlı qızıl sepini, 1 ədəd 1000 manatlıq üzüyünü və 1 cüt 500 manatlıq qızılı sırğasını lombarda girov qoymasını, oradan alacağı pulla rayona gedərək yaşıllaşdırma ilə bağlı ağaclar gətirərək satacağını, özünü vəziyyətdən bu cür çıxara biləcəyini, oradan əldə etdiyi gəliri də, daha sonra ona məxsus lombarda qoyduğu qızılların pulunu ödəyərək lombarddan çıxaracağını deyərək onu inandırmışdır. Daha sonra həmin tarixdə Laçına özünə məxsus olan 3000 manat dəyərində qızılı yəni, yəni 01 ədəd 1500 manatlıq 585 əyyarlı qızıl sepini, 1 ədəd 1000 manatlıq üzüyünü və 1 cüt 500 manatlıq qızılı sırğasını verərək Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə adlanan ərazidə yerləşən "xxxx" MMC-də fəaliyyət göstərən lombarda girov qoymuş, ona isə 1-2 ay ərzində həmin qızılların pulu ilə qazanc əldə etdikdən sonra qızılları lombarddan çıxaracağını desə də, öz verdiyi vədə əməl etməmişdir. Laçın ondan aldığı qızılları 1350 manata lombarda qoymuş, hazırki vaxta qədər həmin məbləğ ödənilmədiyindən lombarddan qızılları çıxarmaq mümkün olmamışdır. Bununla bağlı sonuncu ilə mobil telefon vasitəsi ilə əlaqə saxlamaq istəsələr də bu mümkün olmamış, bu səbəbdən Daxili İşlər Nazirliyinin Səbail RPİ-nin 8-ci Polis Bölməsinə müraciət etmişlər. Əlavə olaraq, Laçının qızılları dediklərinə inandığı üçün qızılları lombarda qoyması üçün özü razılıq verdiyini qeyd etmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs Müseyib oğluna qarşı şikayətçi olduğunu, ona vurulmuş ziyanın ödənilmədiyini və təqsirləndirilən şəxsin həbs olunmasını istədiyini bildirdi. Məhkəmə iclasında ifadə vermiş Şahid1 göstərmişdir ki, valdeynləri ilə birlikdə yaşayır. Səbail rayon polis idarəsinin 8-ci polis bölməsinə yazdığı şikayət ərizəsi ona məxsusdur. Zərərçəkmiş şəxs onun anasıdır, onunla birlikdə eyni ünvanda yaşayırlar. Maddi cəhətdən imkanları zəif olduğundan yaşadıqları evin bir otağını aylıq kirayə verirlər, hadisə baş verməmişdən təxminən 2 ay əvvəl Laçın adlı şəxs onların evlərində ayı 150 manata kirayə qalmışdır. Anası Gülşad şəkər xəstəsi olduğu üçün yeriməkdə çətinlik çəkir. Bu səbəbdən məcbur olub həkimlərə müracət etməl olur. Anasının səhhətində yaranan narahatlığa görə onu əməliyyat etdirmək istəsələr də, maddi vəziyyətləri buna yol vermədiyi üçün bu mümkün olmamışdır. Mahiyyəti üzrə bildirmişdir ki, Laçın onların evində kirayəşin olaraq qaldığı zaman kirayə pulunu verə bilməmiş, belə ki, anası sonuncuya ayağını əməliyyat etdirmək üçün pul lazım olduğunu desə də, Laçın imkanı olmadığı üçün pulu verə bilməyəcəyini demiş, lakin ona borc pul tapmasını və həmin pulla qazanc əldə etdikdən sonra həmin pulu ona geri qaytaracağını bildirmiş, anası el bir tanışının olmadığını dedikdə, Laçın anasına məxsus olan qızılları lombarda girov qoymağı təklif etmiş, belə ki, götürdüyü pulla hansısa rayondan yaşıllaşdırma üçün ağac gətirib sataraq pul qazanacağını və daha sonra əldə etdiyi gəlirlə anasının qızıllarını lombarddan çıxaracağına anasını inandırmış və öz aralarında razılığa gəlmişlər. Laçın onun anasından ümumilikdə 3000 manat dəyərində olan 1 ədəd 585 əyarlı qızıl boyunbağı, 1 ədəd qızıl sırğa və 1 ədəd barmaqcılı 03 iyul 2024-cü il tarixdə aparıb 20-ci sahədə olan Lombarda girov qoyaraq 1350 manat pulu götürmüşdür. Laçına inandıqları üçün verdiyi vədə əməl edəcəyini fikirləşmiş və sonuncu evdən getmişdir. Bir müddət sonra Laçına məxsus olan ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxladıqda, onlara gələcəyini desə də, sonradan Laçının həmin pulu öz şəxsi işləri üçün xəcrlədiyi onlara məlum olmuş, aldadıldıqlarını başa düşdükləri üçün Daxili İşlər Nazirliyini Səbail RPİ-nin 8-ci Polis Bölməsinə müracət etmişlər. Əlavə olaraq Laçına lombarddan qızılların çıxarılması üçün girov pulunun ödənilməsini, ödənilmədiyi halda qızılların çıxarılmasının mümkün olmayacağını demək istəsələr də, sonuncu ilə telefon əlaqəsi yaratmağın mümkün olmadığını qeyd etmişdir. İbtidai istintaq zamanı şahid qismində cəlb edilmiş, məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilən Şahid2 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə protokolda göstərilən ünvanda yaşayır. Taksi fəaliyyəti ilə məşğuldur. Laçını bir həmyerli kimi tanımış, onunla aralarında heç bir ədavət və ya düşmənçiliyi olmamışdır. Mahiyyəti üzrə bildirmişdir ki, Laçın 2024-cü ilin aprel ayından 4 ay əvvəl yaşadığı Tərtər rayonundan Bakı şəhərinə gəlmişdir. Laçın Bakı şəhərinə gəldikdən sonra lazım olanda onun maşını ilə aparmışdır. Şəlaləni və onun yaşadığı üçün onun evinə aparmışdır. X8 arasında qızıl məsələsi ilə bağlı baş vermiş hadisədən əvvəldən məlumatı olmamışdır. Lakin sonradan Laçınla görüşdükdə onun deməsinə görə belə bir məsələni bilmişdir. Belə ki, Laçını Gülşadın evinə aparan zaman Gülşad onu evinə dəvət etdiyi üçün onlarda olmuşdu. Həmin zaman Gülşadla söhbət edən zaman Laçın onun qızıllarını Lombarda girov qoyub götürdüyü pulları ödəmədiyinə görə qızılların lombarda batdığını demişdir. Bundan sonra Laçının valideyninə zəng edib bu barədə demişdir. Laçınla görüşəndə ona Gülşada məxsus qızılları lombarddan çıxarmasını demiş, Laçın bunu edəcəyini desədə lakin etməmişdir. Ona görə də Laçın Gülşadın evindən çıxmışdır. Bundan bir neçə gün sonra Gülşad mobil telefonu ilə zəng edərək Laçının onlarda qalmış paltarlarını götürməsini dediyi üçün, Gülşadın evinə getmiş, evə gələn zaman orada Səbail RPİ-nin 8ci Polis Bölməsinin əməkdaşlarının olduğunu görmüş, həmin əməkdaşlar ondan Laçının qaldığı ünvanı soruşmuş, sonuncu ilə görüşdükdən sonra başqa heçnədən xəbəri olmadığını bildirmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluq haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 29 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Şahid1 ərizəsi əsasında toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. “Zərrəçəkmiş şəxs qismində tanınmaq haqqında” 07 fevral 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə” 12 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir “İttiham elan edilməsi üçün təqsirləndirilən şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında” 12 fevral 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuşdur. “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” 12 fevral 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. “Axtarışda olan şəxsin tutulması barədə” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 15:00-da tutularaq Səbail RPİnin MSY-yə təhvil verilmişdir. “Cinayət işinin icraatının təzələnməsi barədə” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, 17 fevral 2025-ci il tarixdə cinayət işi üzrə icraat təzələnmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə” 12 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 17 fevral 2025-ci il tarixdə saat 16:45-də ittiham elan olunmuşdur. “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 19 fevral 2025-ci il tarixli qərardan görünür ki, X3 MSY-dən azad edilmişdir. “Qətimkan tədbirinin seçilməsi barədə” 19 fevral 2025-ci il tarixli qərardan görünür ki, X3 barəsində “polisin nəzarəti altınavermə qətimkan tədbiri seçilmişdir. “AZE MİS” Elektron Məhkəmə İnformasiya Sistemindən alınmış elektron sorğuya cavabdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 05 iyul 2012-ci il təvəllüdlü X4 və 22 noyabr 2013-cü il tarixli X5 adlı uşaqları vardır. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM- nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmiş, onun həmin maddələrdə nəzərdə tutulmuş əməlləri törətməkdə təqsiri sübuta yetirilmişdir və o, törətdiyi cinayət əməllərinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünün müdafiəsi üçün heç bir dəlil gətirməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (Cinayət Məcəlləsinin 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici Cinayət Məcəlləsinin 59.1.1 - 59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayətin törədilməsində ittiham olunmasını, himayəsində iki az yaşlı uşağının olmasını, vurulmuş ziyanı ödəməyə hazır olduğunu bildirməsini, gənc olmasını nəzərə alaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmasını, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır Təqsirləndirilən şəxs 17 fevral 2025-ci il tarixdən 19 fevral 2025-ci il tarixədək, 02 (iki) gün şübhəli şəxs qismində tutulduğu müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bərabər tutularaq, təyin olunmuş islah işləri cəzasından 04 (dörd) gün çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayəthüquqi tədbiri tətbiq olunmamalıdır. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə mülki iddia, ekspertiza xərci və üzərinə həbs qoyulacaq əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 fevral 2025-ci il tarixdən 19 fevral 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bərabər tutularaq, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Tərtər rayonu ərazilərini tərk etməmək, Tərtər rayonu, Şıxarx qəsəbəsində yerləşən yaşayış yerini hər gün saat 23:00-dan 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli məhkumun Tərtər rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən X2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 300 (üç yüz yetmiş) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 03 saylı Vəkil Bürosunun “Kapital Bank”-ın Səbail rayon filialındakı hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar