Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-157/2020 27.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azəroğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş Prokurorluğu Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Abdulməcidoviçin, Müdafiəçi: Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: X6 iştirakları ilə, Bakı şəhərində xx xxxxxxx 2020-ci il tarixdə saat 14:45-də xx xxxx 1979-cu ildə Bakı şəhərində anadan olmuş, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Səbail rayonu, A.ismayılov küçəsi dalan 1, ö/t 22-də yaşayan barəsində həbs qətimkan tədbiri seçilməklə halhazırda Bakı şəhəri İstintaq Təcridxanasında saxlanılan X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X12, tamah niyyətilə yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, o, xx xxxx 2020ci il tarixdən xx xxxx 2020-ci il tarixədək olan müddət ərzində axşam saatlarında ünvan 1 15 ünvanına qapının kilidini açarseçmə yolu ilə açıb qanunsuz olaraq daxil olmaqla, oradan X3 məxsus olan 700 (yeddi yüz) manat dəyərində 1 (bir) ədəd “Samsunq” markalı televizor, 80 (səksən) manat dəyərində 1 (bir) ədəd “Qepas” markalı ət çəkən aparatı oğurlamaqla H.Şahverdiyevə ümumilikdə 780 (yeddi yüz səksən) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X4 elan edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, mart ayının sonlarında təxminən ayın 21-dən sonra yaşadığı məhəllədə bir evin qapısının qıfılının bağlı olduğunu görüb. Qıfılı görüb əmin oldub ki, evdə heç kim yoxdur. Axşam saatları olub. Hava qaralıbmış. Evin qıfılı prastoy olduğu üçün onu aça biləcəyini düşünüb. Həmin qıfıldan onların evində olduğu üçün ona uyğun açar üstündə olub. O bilib ki, həmin qıfılların açarları bir-birlərinə düşür, onları rahat açıb-bağlamaq olur. O üzərində olan açarla evin qıfılını açmağa çalışıb. Bir neçə cəhdən sonra o, qıfılı aça bilib. Axşam saatları olduğu üçün ətrafda heç kim olmayıb. O, qapını açıb evə daxil olub. Ev köhnə təmirli, bir kuxna və bir otaqdan ibarət olub. Giriş bir başa otağa açılırmış. Ona elə gəlib ki, giriş həm kuxna həm də karidor kimi istifadə olunur. Girişdə solda ağ rəngli soyuducu olub. Digər otaqda isə divara kranşteyn vasitəsi ilə bərkidilmiş “Samsung” markalı televizor olub. O, televizoru bərkidildiyi yerdən açıb çıxarıb. Evdən götürdüyü böyük kloka həmin televizoru qoyub. Televizorun ekranı rəngi qara olub. O, evdən televizordan başqa heçnə götürməyib. O, ev sahibinin tez gəlməsindən ehtiyat edib evi cəld axtarmağa başlayıb. Lakin evdə televizordan başqa dəyərli heç bir şey tapa bilməyib. Həmin televizoru özü ilə birlikdə tanışı Nizaminin yanına aparıb. O, evdən çıxanda qıfılı üzərində olan açarla bağlayıb. Qıfılı ona görə bağlayıb ki, qonşular hadisədən tez xəbər almasınlar. Televizoru Nizamiyə göstərib ona deyib ki, satdıq televizor var istəsən sənə sata bilərəm. Nizami ona cavab olaraq deyib ki, oğurluqdusa lazım deyil. Oğurluq olmadığını və televizoru 50 manata satacağını deyib. Nizami kliyent taparsa xəbər edəcəyini bildirir. Televizoru Nizamiyə verib məhləyə geri qayıdıb. Təxminən 40 dəqiqədən sonra Nizami geri qayıdıb ona deyib ki, sən dediyin qiymətə alan olmadı, həmin televizoru 40 manata sata bilib. O Nizamidən 40 manat pulu götürüb onunla sağollaşıb. Həmin 40 manat pulu öz şəxsi xərclərinə sərf edib. Sonuncu dəfə Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə məhkum olunub, təxminən 2 il bundan qabaq azadlığa buraxılıb. Ev sahibini tanımayıb. Ev sahibinin evdə olub-olmaması barədə ona məlumat verən olmayıb. Həmin yerdən təsadüfən keçəndə evdə heç kimin olmamasını bilib. Həmin evdən ətçəkən aparat götürməyib. Televizoru pultu ilə birlikdə götürüb. Həmin mənzildən oğurluq edərkən tək olub. Əliyev Nizami ona köməklik etməyib. Nizaminin oğurluq etməyindən xəbəri olmayıb. Təqsirləndirilən şəxs X12 son sözündə zərərçəkmiş şəxslə barışmasının, cinayət nəticəsində dəymiş ziyanın tam ödənilməsinin, zərərçəkmiş şəxsin şikayətçi olmamasının, hazırki cinayəti ehtiyacdan törətdiyinin, əməlindən səmimi peşman olmasının, təqsirini boynuna almasının və cinayətin açılmasına kömək etməsinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 ifadəsində göstərmişdir ki, ünvan 2 15 ünvanı ona məxsusdur, evin kupçası yoxdur. 2012-ci ilin fevral ayında həmin evi alıb və ailəsi ilə birlikdə yaşayır. xx xxxx 2020-ci il tarixdə Novruz bayramı münasibəti ilə əlaqədar olaraq doğulduğu Salyan rayonuna gedib. xx xxxx 2020-ci il tarixdə saat 17 radələrində qonşuluqda yaşayan Xəyyam ona zəng vuraraq evin qapısının qıfılının açıq olduğunu bildirib. Evdə pul yaxud qızıl əşyaları saxlamadığı üçün ondan xahiş edib ki, evə girib əşyaların yerində olub-olmamasına baxsın. Xəyyam bir neçə dəqiqədən sonra ona evdə olan televizorun yerində olmadığını bildirib. O əvvəlcə Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng vuraraq evində oğurluq olması barədə məlumat verib sonra Salyan rayonundan həyat yoldaşı ilə birlikdə çıxaraq Bakı şəhərinə gəlib. Polislə birlikdə evə girən zaman otaqda olan dörd il bundan əvvəl 700 (yeddi yüz) manata aldığı 82 diaqonal ölçüdə olan 1 (bir) ədəd “Samsunq” markalı televizorun və təxminən beş il bundan əvvəl 80 (səksən) manata aldığı 1 (bir) ədəd “Qepas” firmasına məxsus olan ət maşınının naməlum şəxs tərəfindən evin giriş qapısına vurduğu qıfılı açaraq mənzilə daxil olmaqla oğurlandığını aşkar edib. Ona baş vermiş hadisə ilə əlaqədar 780 manat ziyan dəyib. O Rasimi qonşu kimi tanıyır onunla salamı var. Lakin dostluq münasibəti yoxdur. Bundan başqa Rasim barəsində məlumatı yoxdur. O həmin gün evə girəndə ona məlum olub ki, evindən ona məxsus olan televizor və ətçəkən aparat oğurlanıb. Hüseynbəyov Rasimin bu cür ifadə verməsi onun üçün qəribə gəlir. O hadisənin aşkar olunan gün özü şəxsən evə baxış keçirib televizordan başqa oradan ətçəkən maşın da oğurlanıb. Zərərçəkmiş şəxs X8 ibtidai istintaq zamanı və məhkəmə iclasında ərizə ilə müraciət edərək, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, ona dəymiş ziyanın tam ödənildiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, X5 ilə yeddi ilə yaxındır qonşudur. xx xxxx 2020-ci il tarixdə Novruz bayramı münasibəti ilə əlaqədar Həsən ailəsi ilə birlikdə doğulduğu Salyan rayonuna gedib və bu barədə evə hərdən baxmağı üçün ona bildirib. xx xxxx 2020-ci il tarixdə saat 17 radələrində Həsənin evinin girişində qoyulmuş qıfılın açıq olduğunu görüb, bu barədə Həsənlə telefon əlaqəsi saxlayaraq bildirib. Həsən evdə qiymətli əşyanın televizor olduğunu bildirib və xahiş edib ki, evə girib baxsın. O əvvəlcə tərəddüt edib və ona bildirib ki, evə girər əl izi qalar. Həsən onun istəyi ilə evə baxacağını, bunun üçün heç bir problemin olmayacağını bildirib. O qapıda olan kilidi açılmış qıfılı çıxarıb və evə girib görüb ki televizor yerində yoxdur və bu barədə Həsənə məlumat verib və evdən çıxıb. Həsən bu barədə polisə məlumat verdikdən sonra Salyan rayonunda çıxaraq evlərinə qayıdıb. Məhkəmə iclasında şahid qismində dindirimiş Qəhrəmanov İbrahim Zöhrab oğlu ifadəsində göstərmişdir ki, o, 24 ildən artıqdır hal-hazırda yaşadığı Səbail rayonu, A.İsmayılov küçəsi, ev 21 D ünvanında yaşayır. Nizami adlı şəxs onunla eyni məhəllədə yaşayır, elə yaxın münasibətləri olmasada bir-biriləri ilə üz-üzə gələndə görüşür, yəni biri‑birlərini tanıyırlar. 20-ci sahə dairəsi yaxınlığında olan telefon satılan mağazada telefon təmiri ilə məşğul olur. 2020-ci ilin mart ayının sonlarında Nizami ilə məhəllədə görüşüb, Nizami ona deyib ki, pula ehtiyacı var ona görə də evlərində olan 82 dioqonal ölçülü “Samsunq” markalı televizoru satmaq istəyir. O sata biləcəyini bildirib, əvvəlcə neçəyə sata biləcəyini bildirəndə o, 100 manata sata biləcəyini deyib. Nizami satılan məbləğin yarısını ona verəcəyini bildirib. Danışıqdan təxminən iki saat sonra Nizami 82 dioqnal ölçüdə olan qara rəngdə olan Samsunq markalı televizoru yaşadığı məhəlləyə gətirib ona verib. O televizoru evə aparıb qoyub sonra “vtaroy” deyilən, “Dünya” market yerləşən yerin yaxınlığında olan ərzaq, su, siqaret satan mağazaya gedib. Mağazada işləyən təxminən 25 yaşlarında olan oğlandan siqaret alıb və ona televizor satmaq istədiyini bildirib və ona almağı təklif edib. Həmin şəxs normal qiymətə almağa razılıq verib, o 200 manat deyib, oğlan biraz baha olduğunu bildirib sonra onlar 175 manata razılaşıb. O Nizaminin ona verdiyi Samsunq markalı televizoru həmin mağazaya gətirib və oğlana verib bir neçə gün ərzində hissə-hissə olaraq oğlan ona 175 (yüz yetmiş beş) manat pul verib. O həmin məbləğdən 60 (altmış) manatını Nizamiyə verib qalan məbləği özünə xərcləyib. Nizami ona televizorun oğurluq olması barədə heç nə deməyib, o da televizorun oğurluq olduğunu bilməyib. Televizoru ondan alan şəxs ondan televizoru nə üçün satdığını soruşmayıb. Nizami televizordan başqa ona satmaq üçün hər hansısa bir əşya verməyib. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş şahid X16 ifadəsində göstərilmişdir ki, eyni məhlədə yaşayan Rasim adlı tanışına televizor lazım olduğunu demişdir. Aprel ayında Rasim satdıq televizor olduğunu deyib. “LG” markalı televizor nazik ekranlı idi. Rasimə televizoru hansı qiymətə satacağını soruşaraq 80 manata ala biləcəyini bildirmişdir. O da razı olduğunu bildirmişdir. Televizorun oğurluq olubolmamasını Rasimdən soruşmuşdur və o, da televizorun oğurluq olmadığını bildirmişdir. Hava qaranlıq idi. O, televizoru əlində gətirmişdi, televizorun markası “Samsung” idi. Televizoru götürüb İbrahimlə görüşə getdim. Rasim bir qədər aralıda durmuşdu. O, İbrahimlə görüşdü və televizoru ona verdi. Təxminən 1 saatdan sonra geri qayıdıb televizoru satdığını bildirdi, İbrahim televizoru satdığına görə ona 60 manat pul verdi. İbrahimdən aralanıb Rasimlə yenidən görüşdüm. Rasimə satdığım televizora görə 40 manat pul verdi, 20 manatı özünə xeyir kimi saxladı. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş şahid X11 ifadəsində göstərmişdir ki, o, Səbail rayonu, A.İsmayılov küçəsində yerləşən marketdə işləyir. İbiş kimi tanıdığı ibrahimi 4‑5 il olar ki, tanıyır. İbrahim iş yerinin yaxınlığında olan telefon mağazasında təmir işlərinə baxır. 2020-ci ilin mart ayının sonlarında İbrahim işlədiyi marketə gələrək 82 dioqnal ölçüdə Samsunq markalı televizor satdığını və həmin televizorun ona məxsus olduğunu bildirib. Əvvəlcə o razılaşmayıb sonra İbrahim bir neçə dəfəyə vermək şərti ilə 175 manata razılaşıb və o televizoru İbrahimdən alıb. O bir ay ərzində İbrahimə 175 manat pul verib. İbrahim evlərində 3-4 televizorun olduğunu və bu televizoru istifadə etmədikləri üçün satdığını ona bildirib. Ola bilsin ki, İbrahim oğlu Muradla bu barədə nə isə danışsın lakin onun izni olmadan Murad kiminləsə razılaşa bilməz. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş şahid X17 ifadəsində göstərmişdir ki, atası Səbail rayonu, A.İsmayılov küçəsində yerləşən marketdə işləyir. İbiş kimi tanıdığı İbrahimi uzun müddətdir tanıyır yaxın münasibətləri olmasada eyni ərazidə yaşadığı üçün bir‑birilərini görəndə salamlaşırlar. 2020-ci ilin mart ayının sonlarında İbrahim görüşüb ona bildirib ki, evlərində üç televizorları var və onlara məxsus olan 82 dioqnal ölçüdə olan Samsunq markalı televizoru istifadə etmədikləri üçün satmaq istəyir. O ibrahimə deyib ki, ona televizor lazım deyil ola bilər atasına işdə istifadə etməsi üçün lazım olsun ona görə də atası ilə danışmasını tövsiyyə edib. Sonra İbrahim atası ilə danışıb 175 manata razılaşıblar, atası həmin televizoru alıb. İbrahim ona televizoru oğurluq olması barədə elə bir söz deməyib, desəydi qətiyyən buna etiraz edərmiş, İbrahimin özünü normal insan kimi tanıyırmış çünki telefon ustası işləyirmiş və sakit təbiətli işinə gəlib-gedən normal insan kimi tanıyıb ona görə də televizorun oğurluq olmasından qətiyyən şübhələnməyib. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunaraq, tədqiq olunmuş məhkəmə-trasoloji ekspertizasının xx xxx 2020-ci il tarixli, 3/230 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş asma qıfıl texniki cəhətdən saz vəziyyətdədir və onun səthində, açar yuvasının kənarlarında və daxili detalların üzərində kənar predmetin təsirindən yaranmağa xarakterik olan iz və zədələr yoxdur. Asma qıfıl ştat açarı, ştat açarına uyğunlaşdırılmış və ya kənar predmetin vasitəsi ilə iz yaratmadan açılmışdır. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunaraq, tədqiq olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxx 2020-ci il tarixli 9/2309 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd qara rəngli, Macarıstan istehsalı, “Samung” markalı UE32H4270AU model televizorun istifadə olması nəzərə alınmaqla 2020-ci ilin mart ayına olan orta bazar qiyməti təxminən 200,00 manat müəyyən edilir Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2‑ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəylərini sübut növü kimi qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. X22 Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş xx xxxxx 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (X23 Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olubolmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM- nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə, iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində X7 təqsirliliyi, özünün, şahidlərin ifadələri, işin digər materialları ilə sübuta yetirilir və ona düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür. X7 törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsüf olunmuşdur. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, odur ki, cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci, 59.1.13-cü və 59.2ci maddələrinə uyğun olaraq, X7 əməlindən peşman olmasını, zərəçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin şikayət və təbləbinin olmamasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənilməsini, hazırki cinayəti ehtiyacdan törətdiyini, əməlindən səmimi peşman olmasını və cinayətin açılmasına kömək etməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən X6 barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1996-cı il tarixli Qərarının 13-cü hissəsində göstərilmişdir ki, cinayət qanununun sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, başqa daha yüngül cəza tədbiri tətbiq etmənin mümkünlüyünü nəzərdə tutursa, məhkəmə hökmündə nə üçün müttəhimə məhz azadlıqdan məhrum etmə cəzasının tətbiq olunmasının əsası göstərilməlidir. Məhkəmə, cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, o cümlədən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxx 2007-ci il tarixli hökmü əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.2-ci maddəsi ilə və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli hökmü əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə məhkum olunmasına baxmayaraq yenidən yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talama cinayətini törətməkdə ittiham olunmasını nəzərə alaraq, hesab edir ki, cəmiyyətdən təcrid olunmadan təqsirləndirilən şəxs X6 islah olunması mümkün deyil və ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. İş materiallarında olan DİN-in BƏSİİ-dən alınmış tələbnamədən və Səbail Rayon Məhkəməsinin və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən görünür ki, X12 Səbail Rayon Məhkəməsinin xx xxx 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.2-ci maddəsi ilə təqsirli bilinərək, qəti olaraq 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə məhkum edilmişdir. Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə məhkum olunduğu həmin əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddəsinə tövsif edilmişdir və həmin tarixdən cəzadan azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-ü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi X12 xx xxxxxx 2018-ci il tarixdə cəzadan azad edilmiş, hazırki cinayət əməli isə xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək olan müddət ərzində törədilmişdir. Belə olan halda iki ildən artıq müddət keçdiyinə görə X9 münasibətdə cinayətlərin residivi müəyyən edilməmişdir. Eyni zamanda iş materiallarında olan tutma haqqında protokoldan və Səbail Rayon Məhəkəməsinin xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, X7 azadlığı xx xxxx 2020-ci il tarixdən məhdudlaşdırılmışdır və onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci və 353.4.12ci maddələrinin tələbləri baxımından X13 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə təyin olunmuş cəzanın əvvəlinin şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx xxxx 2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzanı ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Ona görə də, təqsirləndirilən şəxs X13 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 136‑cı, 353.4.10-cu və 353.4.11-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək, “Samsung” markalı televizor zərərçəkmiş şəxs X3 qaytarılmasını, iş üzrə ekspertiza xərcinin təqsirləndirilən şəxsdən tutulmasını, təqsirləndirilən şəxsin hüquqlarının məhkəmə iclaslarında və ibtidai istintaq zamanı müdafiəsi ilə əlaqədar müdafiə xərclərinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx xxxxxx 2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən dövlət büdcəsindən ödənilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs X10 xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351‑356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: X12Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. X2 saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə təyin olunmuş cəzanın əvvəli şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx xxxx 2020-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut qismində tanınmış “Samsunq” markalı televizor zərərçəkmiş şəxs X3 qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri X12dən162 (yüz altmış iki) manat tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Az.MEM, VÖİN **********, Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Bakı şəhəri, 12 saylı Vəkil Bürosunun vəkilləri X19 tərəfindən təqsirləndirilən şəxs X1 ibtidai istintaq zamanı müdafiə edilməsinə görə 240 (iki yüz qırx) manat, Müdafiəçi tərəfindən təqsirləndirilən şəxs X1 məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 240 (iki yüz qırx) manat, Bakı şəhəri 12 saylı vəkil bürosunun “xxxxxxxxxx” QSC-nin Səbail filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-157/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-157/2020
27.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver