Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-157/2021 05.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Məmiyev Elnur Azər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1992-ci il tarixdə Masallı rayonu Musaküçə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təsilli, “Madame Coco” mağazasında satıcı işləmiş, hazırda işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi, fərdi evdə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 04 aprel 2021-ci il tarixdə saat 20:30 radələrində Bakı şəhəri, Səbail rayonu, R.Rza küçəsi 39A ünvanda yerləşən «Madame Coco» mağazasının 1-ci mərtəbəsində yerləşən «orta bölüm» adlanan yerdə əvvəllər tanıdığı iş yoldaşı Zərərçəkmiş şəxs döyərək, ona qəsdən yüngül dərəcəli bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi R.Allahverdiyev küçəsində nömrəsiz fərdi evdə ailəsilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs şikayəti ilə bağlı göstərmişdir ki, 3 ilə yaxındır ki, Bakı şəhəri, Səbail rayonu, R.Rza küçəsində yerləşən "Madame Coco’’ adlı mağazada baş satıcı işləyir. İş rejimi saat 13:00-dan axşam saat 22:00-dəkdir. O, satıcı olsa da, mağazada digər satıcılarına nəzarət edir. 04 aprel 2021-ci il tarixdə axşam saat 20:45 radələrində mağazanın birinci mərtəbəsində yerləşən “orta bölüm’’ adlanan yerdə iş yoldaşı Zərərçəkmiş şəxs onun yuxarı mərtəbəyə göndərdyi dəsmalı geri qaytararaq gətirib, bükələyərək aşağıda olan piştaxtanın üstünə atmışdır. O, Nigara yaxınlaşıb iradını bildirərək, «nə üçün ona aid olmayan işlərə qarışdığını» söyləmişdir. Bu zaman Zərərçəkmiş şəxs ona qarşı kobudluq edərək üstünə gəlib, onu nalayiq ifadələrlə təhqir etmiş və əli ilə onun üzünə sillə vurmuşdur. O, həmin vaxt əsəbləşib Zərərçəkmiş şəxs ilə dalaşmışdır. Bundan sonra Nigarın səsinə mağazada olan digər satıcı Ruslan gəlmişdir. Həmin vaxtı Zərərçəkmiş şəxs DİN-in 102 xidməti-zəng mərkəzinə zəng edib şikayət etmişdir. Zərərçəkmiş şəxs ilə əvvəllər münasibəti yaxşı olub. Lakin son zamanlar Nigar onun baş satıcı kimi digər satıcılara nəzarət etməyini qəbul etmir. Hadisə mağazanın birinci mərtəbəsində, dəsmallar yığılan bölməsində baş vermiş, həmin vaxtı orada Nigarla özündən başqa heç kəs olmamışdır. Zərərçəkmiş şəxs ona əl qaldırdığına görə o, əsəbləşib Nigarı döymüşdür. O, Nigarın üz nahiyyəsinə sillə vurmuşdur. Həmın vaxtı Zərərçəkmiş şəxs büdrəyib yerə yıxılmışdır. Aralarındakı münaqişə, Zərərçəkmiş şəxs onun yuxarı mərtəbəyə göndərdiyı dəsmalın ləkəli olduğu üçün kobud şəkildə gətirib onun üstünə atdığına görə baş vermişdir. Hadisə təxminən 2-3 dəqiqə davam etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Muxtarov küçəsi, ev 25/12 ünvanda qeydiyyatda olmaqla ailəsilə birlikdə yaşayır. 2 ilə yaxındır ki, Bakı şəhəri, Səbail rayonu, R.Rza küçəsində yerləşən «Madame Coco» adlı mağazada satıcı işləyir. İş rejimi saat 13:00-dan axşanı saat 22:00-dəkdir. 04 aprel 2021-ci il tarixdə həmişəki kimi işə gəlib öz işi ilə məşğul olmuşdur. Axşam saat 20:45 radələrində mağazanın birinci mərtəbəsində yerləşən orta bölüm adlanan yerdəki dəsmalları yerinə yığarkən, bu zaman orada satıcı işləyən Təqsirləndirilən şəxs ona irad tutmuşdur ki, “sən niyə dəsmalları buraya yığırsan, Sən yuxarıya baxırsanmı?». O, cavab vermişdir ki, «Bəli mən yuxarıya baxıram». Bu zaman o, çönüb öz yerinə getmək istəyərkən Çingiz qəflətən onu arxadan əli ilə vurmuşdur. O, yerə yıxılmışdır. Həmin vaxtı Çingiz onu yerdə yıxılmış vəziyyətdə əlləri və ayaqları ilə döyməyə başlamışdır. O, həmin vaxtı qışqırmışdır. Mağazada satıcı işləyən Ruslan adlı satıcı onun səsinə gəlmiş və onları aralamışdır. Bundan sonra o, DİN-ın 102 xidməti-zəng mərkəzinə zəng edib şikayət etmişdir. Başında, sifətində, burnunda, belində, sol qolunun əməliyyat olunmuş hissəsində xəsarətləri var, həmin xəsarətləri ona iş yoldaşı Təqsirləndirilən şəxs 04 aprel 2021-ci il tarixdə mağazada yetirmişdır. Hadisə mağazanın birinci mərtəbəsində, dəsmallar yığılan bölməsində baş vermiş, həmin vaxtı orada Çingizlə özündən başqa heç kəs olmamışdır. Əvvəllər münasibətləri yaxşı olmuşdur. Münaqişənin səbəbi odur ki, Çingiz onun işlədiyi bölməyə xarab, çirkli dəsmalları yığmaq istəyəndə, o, etiraz etmiş, bu da Çingizin qəzəblənməsinə səbəb olmuşdur. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan ödənilmiş və ona qarşı şikayət və tələbi yoxdur. 05 aprel 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə böyük içtimai təhlükə törətməyən aşkar cinayətlərə dair işlər məhkəməyədək sadələşdirilmiş icraatın başlanılmışdır. Məhkəmə-tibb ekspertizasının 09 aprel 2021-ci il tarixli 169 nömrəli rəyindən görünür ki, 1998-ci il təvəllüdlü vətəndaş Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - burun qanaması ilə müşayiət olunan, burunun şişkinliyi və yəhərinin qançırı halında əziyi, sol üst göz qapağının iç yarısının və gözaltı nahiyənin qançırı, döş qəfəsinin arxa səthinin sol yarısının qançırı və qançır fonunda sıyrığı, sol bazunun yuxarı 1/3-nin ön-bayır səthi şişkinliyi fonunda qançırı küt əşyanın (əşyaların), bel nahiyəsinin sağ yarısının cərrahi tikişli kəsilmiş yaraları iti kənarlı əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 04 aprel 2021-ci il tarixdə kənar şəxs tərəfindən burun və sol göz nahiylərinə, döş qəfəsinin arxa səthinin sol yarısına, sol bazu nahiyəsinə yumruq və təpiklə vurma və sonrakı etapda itələnərək sınmış şüşə parçalarının üzərinə yıxılması nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. İşə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 07 aprel 2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş üzrə Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan ödənilib, ondan heç bir şikayət və tələbi yoxdur. Aralarında barışıq əldə olunduğundan cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs məhkəməyə ərizə ilə müraciət edərək Zərərçəkmiş şəxs ilə aralarında barışıq əldə edildiyini, ona dəymiş ziyanı ödədiyini nəzərə alaraq, bəraətverici əsaslar olmadan cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün və zərərçəkmiş şəxsin məhkəmə iclasında verdikləri ifadələri ilə, ekspert rəyi və digər iş materialları ilə onun zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül xəsarətin yetirilməsi tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli təhqiqatçı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi düzgün tövsif olunmuşdur. Lakin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan, yəni Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığından Təqsirləndirilən şəxs qarşı cinayət təqibinə xitam verilməli, və o, cinayət məsuliyyətindən azad edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən CPM-nin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. CPM-nin 40.3-cü maddəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Yuxarıda göstərilən qanunvericlik normalarına əsasən məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslərlə barışdığı və zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığı üçün onun barəsində cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə və təhiqiqat zamanı hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.3, 43.1.2, 193, 344-347, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının təhqiqat zamanı müdafiə edilməsinə görə 120 (bir yüz iyirmi ) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 3 saylı vəkil bürosunun “xxxx” ASC-nin Səbail rayon filialındakı (kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 120 (bir yüz iyirmi ) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 3 saylı vəkil bürosunun “xxxx” ASC-nin Səbail rayon filialındakı (kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-157/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-157/2021
05.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver