Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-157/2022 28.06.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Qəribli Günel Adil qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və qanuni nümayəndəsi qismində tanınmış X3, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxx 2004-cü ildə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri Yasamal rayonu Tbilisi prospektində yerləşən Ağdam Qaçqınları yataqxanasında yaşayan və Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospektində yerləşən Ağdam qaçqınlar yataqxanasında yaşayan, barəsində “valideynin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx xxxxxxx 2001-ci ildə Tər-Tər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Tət-Tər rayonu Azad Qaraqoyunlu kəndində qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Nömrəsiz fərdi evdə yaşayan, barəsində “polisin nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi məhkəməyə daxil olmuşdur. İttiham aktına əsasən Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında, insanların həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə soyğunçuluq cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını açıq talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə 19 aprel 2022-ci il tarixdə, saat 20 radələrində ünvan 2 ünvanında yerləşən «Malakan bağı»nın yaxınlığında olarkən həmin ərazidən keçən əvvəlcədən tanımadıqları Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 yanına çağırtdıraraq sonuncunun əlində bıçaq gəzdirməsini bəhanə edib, həmin vaxt artıq Vilayət Xanlarovun əlində olan qeyd edilən bıçağı tələb edib aldıqdan sonra, sonuncu bıçağı geri qaytarılmasını xahiş etdikdə o, əldə etdiyi bıçağı özündə saxlamaq üçün sonuncunun üz nahiyəsinə yumruqla zərbə vuraraq, həyat və sağlamlığı üçün təhlükəli olmayan üst dodağın sol yarısının bayır səthinin qançırından ibarət sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən xəsarət yetirmiş, həmin vaxt Zərərçəkmiş şəxs2 da özünə məxsus bıçağı tələb etdikdə onunla həmrəylik nümayiş etdirən Təqsirləndirilən şəxs2 də zor tətbiq edərək sonucunun üz nahiyəsinə sillə ilə o, bu dəfə həmin vaxt yumruq və təpiklə Zərərçəkmiş şəxs2 zərbələr vurub zərərçəkmiş şəxslərin müqavimətini sındırmaqla, sonuncuya məxsus 01 ədəd 10 manat eləyərində cib bıçağını bir qrup şəxs halında açıq taladıqdan sonra, hərəkətlərinin davamı olaraq, hər iki zərərçəkmiş şəxsi Bakı şəhəri Səbail rayonu İstiqlaliyyət küçəsi 6/2 ünanında yerləşən metronun “İçəri Şəhər” stansiyasının yaxınlığında olan “Filarmoniya” parkına gətirib orada Təqsirləndirilən şəxs2 zor tətbiq edilməklə fənd işlədərək Vilayət Xanlarovu yerə yıxıb müqvimətini sındırdıqdan sonra, o, sonuncuya məxsus üzərindən yerə düşən 640 manat dəyərində 01 ədəd “Poco M4 Pro” markalı mobil telefonu da götürüb açıq talayaraq, bu hərəkətləri ilə Təqsirləndirilən şəxs2 ilə qabaqcan əlbir olan bir qrup şəxs halında həyat və sağlamlıqları üçün təhlükəli olmayan zor tətbiq etməklə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 10 manat məbləğində, Vilayət Xanlarovun isə 640 manat məbləğində əmlaklarının açıq talayaraq soyğunçuluq etmişlər. İttiham aktına əsasən Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında, insanların həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə soyğunçuluq cinyət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını açıq talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə 19 aprel 2022-ci il tarixdə, saat 20 radələrində ünvan 2 ünvanında yerləşən «Malakan bağı»nın yaxınlığında olarkən həmin ərazidən keçən əvvəlcədən tanımadıqları Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 yanına çağırtdıraraq sonuncunun əlində bıçaq gəzdirməsini bəhanə edib, həmin vaxt artıq Vilayət Xanlarovun əlində olan qeyd edilən bıçağı tələb edib aldıqdan sonra, sonuncu bıçağı geri qaytarılmasını xahiş etdikdə Təqsirləndirilən şəxs1 əldə etdiyi bıçağı özündə saxlamaq üçün sonuncunun üz nahiyəsinə yumruqla zərbə vuraraq, həyat və sağlamlığı üçün təhlükəli olmayan üst dodağın sol yarısının bayır səthinin qançırından ibarət sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən xəsarət yetirmiş, həmin vaxt Zərərçəkmiş şəxs2 özünə məxsus bıçağı tələb etdikdə o, Təqsirləndirilən şəxs1la həmrəylik nümayiş etdirib zor tətbiq edərək Zərərçəkmiş şəxs2 üz nahiyəsinə sillə ilə Təqsirləndirilən şəxs1 bu dəfə həmin vaxt yumruq və təpiklə Zərərçəkmiş şəxs2 zərbərər vurub zərərçəkmiş şəxslərin müqavimətini sındırmaqla, sonuncuya məxsus 01 ədəd 10 manat dəyərində cib bıçağını bir qrup şəxs halında açıq taladıqdan sonra, hərəkətlərinin davamı olaraq, hər iki zərərçəkmiş şəxsi Bakı şəhəri Səbail rayonu İstiqlaliyyət küçəsi 6/2 ünanında yerləşən metronun “İçəri Şəhər” stansiyasının yaxınlığında olan “Filarmoniya” parkına gətirib orada o, zor tətbiq edilməklə fənd işlədərək Vilayət Xanlarovu yerə yıxıb müqvimətini sındırdıqdan sonra, Təqsirləndirilən şəxs1 sonuncuya məxsus üzərindən yerə düşən 640 manat dəyərində 01 ədəd “Poco M4 Pro” markalı mobil telefonu da götürüb açıq talamış, bu hərəkətləri ilə Təqsirləndirilən şəxs1la qabaqcan əlbir olan bir qrup şəxs halında həyat və sağlamlıqları üçün təhlükəli olmayan zor tətbiq etməklə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 10 manat məbləğində, Vilayət Xanlarovun isə 640 manat məbləğində əmlaklarının açıq talayaraq soyğunçuluq etmişlər. Məhkəmənin hazırlıq iclasında verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, valideynləri ilə birlikdə yaşayır. 16 may 2022-ci il tarixdə cinayət işi üzrə onun qanuni nümayəndə qismində tanınmış X5 onun qardaşıdır. Məhkəmənin hazırlıq iclasında iştirak edən Dövlət ittihamçısı cinayət işi Təqsirləndirilən şəxs1 01 iyul tarixdə 18 yaşı tamam olacağını, CPM-nin 303.1-ci maddəsinə əsasən məhkəmə iclasında aradan qaldırıla bilməyən hallar olduqda cinayət işinin baxılmasına xitam verilməsini və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasının nəzərdə tutulduğunu, həmçinin Təqsirləndirilən şəxs1 anasının məhkəmə iclasında iştirak etməsini nəzərə alaraq məhkəmə baxışına verilməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasında iştirak edən Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi2 göstərmişdir ki, təqsirləndirilən şəxsin müdafiə hüququ pozulmuşdur. Bu səbəbdən cinayət işinin baxılmasına xitam verilməsini və işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etdi. Məhkəmə hazırlıq iclasında iştirak edən Təqsirləndirilən şəxs1 cinayət işinin baxılmasına xitam verilməsini və işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etdi. Məhkəmə hazırlıq iclasında iştirak edən Təqsirləndirilən şəxs1 qanuni nümayəndəsi qismində tanınmış X5 cinayət işinin baxılmasına xitam verilməsini və işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına etiraz etmədi. Məhkəmə hazırlıq iclasında iştirak edən Təqsirləndirilən şəxs2 cinayət işinin baxılmasına xitam verilməsini və işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına etiraz etmədi. Məhkəmə hazırlıq iclasında iştirak edən Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1 cinayət işinin baxılmasına xitam verilməsini və işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına etiraz etmədi. Məhkəmə cinayət işin materiallarını araşdıraraq hesab edir ki, cinayət işinin baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. İş materiallarından müəyyən olunur ki, 16 may 2022-ci il tarixli şübhəli şəxsin qanuni nümayəndəsi qismində tanıma haqqında qərarla X5 cinayət işi üzrə Təqsirləndirilən şəxs1 qanuni nümayəndəsi qismində tanınmışdır. Həmin qərarda X3 Təqsirləndirilən şəxs1 qardaşı olduğu qeyd edilmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, ibtidai istintaq zamanı 16 may 2022-ci il tarixli qərarla X5 şübhəli şəxs Təqsirləndirilən şəxs1 qanuni nümayəndəsi qismində tanınmışdır. Şübhəli şəxsin qanuni nümayəndəsi qismində tanıma haqqında 16 may 2022-ci il tarixli qərarda, həmçinin məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs1 tərəfindən X3 qardaşı olduğu qeyd edilmişdir. Belə ki, X1 Mirəbülfəz Rövşən oğlunun valideyni, qəyyumu, himayəçisi olmadığından onun təqsirləndirilən şəxsin qanuni nümayəndəsi təyin edilməsi üçün hər hansı bir əsas mövcud olmamışdır. Belə olduğu təqdirdə Təqsirləndirilən şəxs1 valideyni həmin şəxsin qanuni nümayəndəsi qismində təyin edilməli idi. Beləliklə, məhkəmə hazırlıq iclasında müəyyən edilmişdir ki, müstəntiq Ceyhun Mircavadlı təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmuşdur. Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 7.0.30-cu maddəsinə əsasən zərərçəkmiş şəxsin, mülki iddiaçının, şübhəli və ya təqsirləndirilən şəxsin, yaxud mülki cavabdehin qanuni nümayəndələri — bu Məcəllədə nəzərdə tutulmuş hallarda cinayət prosesi zamanı zərərçəkmiş şəxsin, mülki iddiaçının, şübhəli və ya təqsirləndirilən şəxsin, yaxud mülki cavabdehin qanuni mənafeyini təmsil edən valideynlər, övladlığa götürənlər, qəyyumlar, himayəçilər, habelə qəyyumluq və ya himayəçilik orqanıdır; Cinayət-ProsessualMəcəlləsinin 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Həmin Məcəllənin 19.5-ci bəndinə əsasən cinayət prosesini həyata keçirən orqan bu Məcəllə ilə müəyyən edilmiş hallarda şübhəli və ya təqsirləndirilən şəxsin qanuni nümayəndəsini işə cəlb etməlidir. Cinayət-Prosessual Məcəllənin 91.9-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan və ya fəaliyyət qabiliyyəti olmayan təqsirləndirilən şəxsin hüquqlarını onun əvəzinə bu Məcəllədə nəzərdə tutulmuş qaydada qanuni nümayəndə həyata keçirir. Cinayət-Prosessual Məcəlləsinin 101.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli zərər çəkmiş şəxsin, mülki iddiaçının, şübhəli, yaxud təqsirləndirilən şəxsin, habelə mülki cavabdehin valideynləri, övladlığa götürənləri, qəyyumları və ya himayəçiləri olmadıqda, cinayət prosesini həyata keçirən orqan tərəfindən qəyyumluq və himayəçilik orqanı həmin şəxsin qanuni nümayəndəsi qismində təyin edilir. Cinayət-Prosessual Məcəlləsinin 101.2-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan öz qərarı ilə müvafiq olaraq fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli zərərçəkmiş şəxsin, mülki iddiaçının, şübhəli, yaxud təqsirləndirilən şəxsin, habelə mülki cavabdehin valideynlərindən, övladlığa götürənlərdən, qəyyumlardan, yaxud himayəçilərdən yalnız birini onun qanuni nümayəndəsi qismində cinayət prosesində iştirak etməyə buraxır. Göründüyü kimi, cinayət-prosessual qanunvericiliyin qeyd olunan tələblərinə əməl edilməməsi təqsirləndirilən şəxsin müdafiə hüququnu da pozur. Beləliklə, məhkəmə qeyd edir ibtidai araşdırma və məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin müdafiə hüququnun real və keyfiyyətli təminatına, cinayət prosesinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin normaları ilə müəyyən edilmiş qaydada və qanunvericiliyin tələblərini pozmadan həyata keçirilməsi ilə nail olmaq mümkündür. Cinayət-prosessual qanunvericiliyin müəyyən etdiyi prinsiplər və ibtidai araşdırmanın aparılmasını tənzimləyən normalar təqsirləndirilən şəxsin hüquqlarının real həyata keçirilməsini təmin edir və müdafiə hüququnun təmin edilməsi ədalət mühakiməsinin həyata keçirilməsində böyük əhəmiyyət kəsb edir. Təqsirləndirilən şəxsin müdafiə hüququnun həyata keçirilməsinin təminatı isə ibtidai araşdırmanın qanunvericiliklə müəyyən edilmiş prinsiplərinə və qaydalarına riayət edilməsi ilə bilavasitə əlaqəlidir. Təsbit olunan normalara əsaslanaraq məhkəmə qeyd edir ki, hazırki iş üzrə Təqsirləndirilən şəxs1 qanuni nümayəndəsinin düzgün təyin olunmaması kobud prosessual pozuntu kimi qəbul edilməli və təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 303.3.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) kobud prosessual pozuntu hesab edilir. Həmin Məcəllənin 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Yuxarıda şərh olunanlara əsasən məhkəmə, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 müdafiə hüquqlarının pozulması qənaətinə gələrək hesab edir ki, qərarın təsviri hissəsində sadalanan kobud qanun pozuntunu məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmadığından, onun baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Göstərilənlərə əsasən fəaliyyətində kobud qanun pozuntuya yol vermiş Bakı şəhər Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X6 barəsində təsir tədbirlərinin görülməsi üçün xüsusi qərar çıxarımalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300.1.5-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası CPM-nin 306.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərar çıxarmaqla yanaşı, həmçinin təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı, qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi barədə qərar çıxarır. Azərbaycan Respublikası CPM-nin 170.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qismində qətimkan tədbiri yetkinlik yaşına çatmamış şübhəli və ya təqsirləndirilən şəxsin valideynlərinin, qəyyumlarının, himayəçilərinin, yaxud onun saxlandığı qapalı uşaq müəssisəsi müdiriyyətinin üzərinə yetkinlik yaşına çatmamış şübhəli və ya təqsirləndirilən şəxsin ictimai qaydaya riayət etməsi, cinayət prosesini həyata keçirən orqanın çağırışına gəlməsi və digər prosessual vəzifələri icra etməsi də daxil olan davranışını təmin etmə vəzifəsinin qoyulmasından ibarətdir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “valideynin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Təqsirləndirilən şəxs1 barəsində digər qətimkan tədbirinin seçilməsinə hazırkı mərhələdə zərurət yoxdur. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai (araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “valideynin nəzarət altına vermə” qətimkan tədbiri ləğv edilməli, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 299, 300, 303, 306 və 307-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “valideynin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Bakı şəhər Səbail Rayon Polis İdarəsinin müstəntiqi X7 tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinin pozulmasına yol verildiyi müəyyən edilsin və barəsində təsir tədbirlərinin görülməsi üçün xüsusi qərar çıxarılsın. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 120 (bir yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 3 saylı vəkil bürosunun "xxxx" ASC-nin Səbail rayon filialındakı (kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 120 (bir yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 3 saylı vəkil bürosunun "xxxx" ASC-nin Səbail rayon filialındakı (kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan apellyasiya şikayəti və protesti verilə bilməz. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-157/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-157/2022
28.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver