Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-157/2024 14.05.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X8, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1997-ci ildə Neftçala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvəllər məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olan, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, 1-ci Bağlar döngəsi ünvanında yerləşən özbaşına tikilidə yaşamış, barəsində “həbs” qətimkan seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə 03 dekabr 2023-cü il tarixdə saat 19 radələrində ünvan 3 ünvanın qarşısında piyada gəzən Zərərçəkmiş şəxs Əbdül qızına yaxınlaşıb sonuncun əlində olan 400 (dörd yüz) manat dəyərində “Redmi note 9” markalı mobil telefonu və 25 manat dəyərində içərisində 500 manat nəğd pul vəsaiti olan pul kisəsini əlindən alıb qaçaraq acıq talamaqla sonuncuya 925 (doqquz yüz iyirmi beş) manat dəyərində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımış, 05 dekabr 2023-cü il tarixdə saat 17:15 radələrində Səbail RPİ-nin 41-ci PB-nin əməkdaşlarının keçirmiş olduqları əməliyyat tədbirləri nəticəsində 03 dekabr 2023-cü il tarixdə törətmiş olduğu soyğunçuluq əməlinə görə şübhəli bilinib Bakı şəhəri Sabunçu rayonu ərazisində şübhəli şəxs qismində saxlanılaraq ünvan 4 ünvanda yerləşən Səbail RPİ-nin 41-ci PB-nin inzibati binasına gətirilib həmin gün saat 18:05dən etibarən üzərinə keçirilən baxış zamanı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıdığı, bir ədəd gümüşü rəngli falqanın içərisindən ümumi təmiz çəkisi 0.365 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 01 mli-lik şprisdə 0,55 ml həcmdə kustar üsulla hazırlanmış heroin məhlulunda olan 0,019 qram heroin və içərisində heroin izləri olan 01 ədəd yarı sınmış şüşə ampula əynində olan göy rəngli cins şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. Beləliklə də Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci və 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi özünün həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı etirafedici ifadələri, zərərçəkmiş şəxs və şahidin ifadələri eləcə də digər iş materialları ilə kifayət qədər sübuta yeririlmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, onun heç bir psixi xəstəliyi yoxdur və ruhi-əsəb dispanserində qeydiyyatda deyil. 3 aydır ki, narkotik vasitə hesab olunan heroindən dərisinin altına iynə vurmaqla istifadə edir. Ümumillikdə narkotik vasitə heroini Bakı şəhərinin rayonlarından müxtəlif qiymətlərə alaraq öz şəxsi istifadəsi üçün əldə edir. Heroindən istifadə etmədikdə bədənində küt ağrılar olur. Sonuncu dəfə tutulmazdan əvvəlki gün səhər saatlarında narkotik vasitə heroindən istifadə etmişdir. 05 dekabr 2023-cü il tarixdə, səhər saatlarında Abşeron rayonu, Hökməli qəsəbəsində tanımadığı şəxsdən öz istifadəsi üçün 10 manat pulun müqabilində 01 ədəd büküm heroini əldə edərək üzərində saxlamaqla daşıyıb. 05 dekabr 2023-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Sabunçu rayonu ərazisində olduğu zaman özlərini polis əməkdaşı kimi ona təqdim edib xidməti vəsiqələrini göstərərək Səbail RPİ-nin 41-ci PB-nin C A üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4 olduqlarını bildirən iki nəfər ona yaxınlaşmışlar. Həmin vaxt onun üzərimdə 01 büküm heroin olduğu üçün həyəcanlanıb və polis əməkdaşları ondan şübhələnərək sorğu-sual etməyə başlayıblar. Həmin vaxt o özünü polis əməkdaşlarına xx xxxx 1997-ci ildə Neftçala rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 6 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci y/m, 1-ci Bağlar döngəsi ünvanında yerləşən ö/t ünvanında yaşayan Təqsirləndirilən şəxs olaraq təqdim edib. Polis əməkdaşları ilə söhbət zamanı etiraf etmiş ki, xx.xx.2023-cü il tarixdə, saat 19:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 1-ci Neftçilər döngəsi ev 2a ünvanın qarşısında qadına qarşı soyğunçuluq edərək onun sol əlindən bir ədəd telefon və bir ədəd göy rəngli pul qabını götürərək qaçıb getmişdir. Bundan sonra polis əməkdaşları onu 41ci Polis Bölməsinə dəvət etmişlər. O, polis əməkdaşlarının qanuni tələbinə əməl edərək könüllü olaraq onlarla birlikdə 41-ci polis bölməsinə gedib. Səbail RPİ-nin 41-ci Polis Bölməsində şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları video çəkiliş aparılmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasını ona izah etmişlər. O həmin zaman video çəkiliş aparılmasına etiraz etməyib, bundan sonra Bakı şəhəri Səbail RPİ-nin 41-ci PB-nin təhqiqatçısı, polis baş leytenantı X17 tərəfindən hüquq və vəzifələri izah olunmaqla, Səbail rayon 3 saylı hüquq məsləhətxanasının vəkili X10 tərəfindən öz razılığım əsasında hüquqlarım müdafiə edilməklə şübhəli şəxs qismində tutulub. Daha sonra ünvan 9 ünvanında yerləşən 41ci Polis Bölməsinin otaqlarının birində üzərinə video görüntü ilə baxış keçirilib. Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub- olmaması barədə ilkin olaraq sual verilib. Bundan sonra o üzərində saxlamaqla daşıdığı özünə məxsus, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən qara rəngli “Samsung” markalı mobil telefon, 01 ədəd “LeoBank”a məxsus bank kartı, özünə məxsus şəxsiyyət vəsiqəsi, əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd alışqan, əynimdə olan qara rəngli köynəyin ön cibindən isə 01 ədəd şpris, 01 ədəd üzərində “novakain” yazısı olan yarı sınmış ampula və içərisində heroin olan gümüşü rəngli falqada olan bükümü çıxararaq könüllü olaraq masanın üzərinə qoyub. Sorğu-sual zamanı o bildirib ki, onda aşkar edilmiş heroini xx.xx.2023-cü il tarixdə səhər saatlarında Abşeron rayonu, Hökməli qəsəbəsində tanımadığı şəxsdən 10 manat pulun müqabilində 01 ədəd büküm heroini öz şəxsi istifadəsi üçün alaraq üzərində saxlamaqla daşımışdır. Ondan aşkar edilmiş narkotik vasitə, bir ədəd şpris və bir ədəd yarı sınmış şüşə ampula polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların iştirakları ilə zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf 239 saylı möhürlə möhürlənib, bu barədə protokol tərtib edilib, tərtib edilmiş protokol və qablaşdırılmış zərf o və iştirakçılar tərəfindən imzalanaraq tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi bildirilib. Beləliklə də vəkili X4 iştirakı ilə aparaılan videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib edilməsi üçün dayandırıldı. O əvvəlcədən bildirib ki, üzərində olan narkotik vasitə heroindir. Etdiyi cinayət əməlimdən peşmandır. Həmçinin o Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir psixi və ya sair formada zorakılıq hərəkətləri olmamışdır. Üzərindən götürülmüş narkotik vasitə olan heroindən başqa heç bir ünvanda hər hansı bir növ narkotik vasitə saxlamır. O narkotik vasitə olan heroindən istifadə etməyəndə bədənində küt ağrılar olur və hazırda da narkotikdən asılı vəziyyətə düşmüşdür. Əlavə bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 19:00 radələrində ünvan 10 ünvanının qarşısından gedərkən iki nəfər şəxsin piyada getdiyi görüb, onlardan biri qadın imiş və onun sol əlində bir ədəd mbil telefon və bir ədəd göy rəngli pul qabı var imiş. O qərara gəlmiş ki, qadının əlindəki pul qabını və telefonu götürüb qaçsın, qərara gəldiyi kimi qadına arxa sol tərəfdən yaxınlaşaraq onun sol əlində olan bir ədəd mobil telefonu və göy rəngli pul qabını onun sol əlindən götürüb qaçıb, həmin vaxtı həmin qadının yanında olan şəxs onun arxamça qaçsada onu tuta bilməyib. O, təxminən 15 metr qaçdıqdan sonra telefonu yerə atmışdır, çünki həmin telefona ehtiyacı olmamışdır. Bu hadisəni tərətməkdə əsas məqsədi pul qabın içərisində olan pulu ələ keçirmək olmuşdur. Hadisə yerindən uzaqlaşandan sonra pul qabını açıb içinə baxanda görüb ki, içərisində pul yoxdur, içərisində yalnız şəxsiyyət vəsiqələri, bank kartları və digər sənədlər var imiş. Pul qabını içindəki əşyalarla birikdə tullayıb gedib. Hadisə törətməlkə məqsədi pul qabının içərisində olan pulu ələ keçirib narkotik vasitə herion almaq olmuşdur. Pul qabının içərisində pul olmadığı üçün, ələ keçirdiiyi mobil telefonu, pul qabını içindəki əşyalarla birlikdə tullayıb. O soyğunçuluq hadisəsini tərədərkən üzündə qara rəngli tibbi maska, əynində tünd rəngli gödəkçə, tünd rəngli şalvar, başında isə köynəyi, sarı rəngli papağı olub. Ona təqdim olunan videoda olan şəxs onun özüdür və törətdiyi cinayət hadisəsi həmin videogörüntüdə tam öz əksini tapmışdır. Üzərindən aşkar edilən narkotik vasitə olan heroin ona məxsusdur və öz şəxsi təlabatlarını ödəmək məqsədi ilə üzərində gəzdirmişdir. Hazırda etdiyi cinayət əməlimdən peşmandır. Təqsirləndirilən şəxs son sözündə əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə vurduğu ziyanı tam şəkildə ödədiyini və onun şikayətçi olmamasını bildirərək barəsində yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş və ibtidai istintaq zamanı zərərçəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, hal-hazırda Milli Məclis Aparatında dövlət qulluğunun kiçik müşaviri vəzifəsində işləyir. 03 dekabr 2023-cü il tarixdə, axşam saatlarında oğlu Şahid1 ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən mağazalarda ev əşyaları aldıqdan sonra yaşadıqları evə birlikdə gedirmişlər. ünvan 10 ünvanının qarşısından saat 19:00 radələrində keçərkən bir nəfər tanımadığı şəxs arxa sol tərəfəfdən ona yaxınlaşıb əlində saxladığı ona məxsus bir ədəd 400 manat dəyəri olan “Redmi note 9” markalı mobil telefon cihazını və bir ədəd göy rəngli pul qabını götürərək qaçıb. Bunu görən oğlu Suel onun arxasınca qaçsa da həmin şəxsi tuta bilməyib. Oğlu geri qayıtdıqdan sonra o DİN-nin 102 xidmətinə zəng vurub hadisə barədə məlumat verib. Hadisə yerinə dərhal gəlmiş polis əməkdaşları hadisə yerindən təxminən 15 metr kənardan ona məxsus mobil telefonu yerdən tapıb onun özünə qaytarıblar, telefon üzərində hər hansı bir zədə izləri olmayıb. Bundan sonra o polis əmədaşları ilə birlikdə Səbail RPİ-nin 41-ci PB-nə gedərək ərizə yazıb. Hadisə zamanı tanımadığı şəxs onun əlindən götürüb qaçdığı bir ədəd 25 manat dəyəri olan, təxminən bir həftə əvvəl aldığı, dəri əvəzləyicisindən tikilmiş, göy rəngli pul qabının içərisində ona məxsus mühüm şəxsi sənəd olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsi, BB-252484 nömrəli sürücülük vəsiqəsi, YAP-in 347484 nömrəli üzvlük vəsiqəsi, ******* nömrəli həmkarlar ittifaqına üzvlük vəsiqəsi, 001039 nömrəli XMSK-nin tibbi sənədi, **********345 nömrəli Dövlət Sosial Sığorta Şəhadətnaməsi, **********153428 hesab nömrəli “ABB” adi plastik bank kartı, **********182997 hesab nömrəli “ABB” adi plastik bank kartı, yaşadığı evə aid “Azəri Qaz” ödəniş kartı, iki ədəd 200 manatlıq və bir ədəd 100 manatlıq əskinaslarla ümumi 500 manat pul, oğlu X14 aid AZE-12827061 nömrəli şəxsiyyət vəsiqəsi, qızı X6 aid AZE-11770384 nömrəli şəxsiyyət vəsiqəsi və **********88 nömrəli elektron sağlamlıq kartı var imiş. Ona məxsus iki ədəd “ABB” plastik kartlarını mobil telefondakı mobil tətbiqlə bloklamış, kartlara müdaxilə olmayıb. Hadisəni törətmiş şəxsin üzündə qara rəngli tibbi maska olduğu üçün onun üz cizgilərini tam aydın görmənnö, əynində tünd rəngli gödəkçə, tünd rəngli şalvar, ayaqqabısına fikir verməyib, başında isə sarı rəngli papaq var imiş, boyu təxminən 176 sm, arıq bədən quruluşlu imiş, lakin həmin şəxsin gözləri, qaşları yadında qalıb. Hadisə nəticəsində ona 925 manat dəyərində maddi ziyan dəymişdir, hadisə zamanı ona heç bir fiziki xəsarət yetirilməyi və fiziki təcavüzə məruz qalmamışdır. Zərərçəkmiş Zərərçəkmiş şəxs həmçinin bildirmişdir ki, tanımadığı şəxsin onun əlindən alıb qaçırdığı, ona məxsus bir ədəd “Redmi note 9” markalı mobil telefonun qiyməti 400 manat olmuşdur və hadisə yerinə gələn polis əməkdaşları hadisənin baş verdiyi yerdən təxminən 15 metr kənardan ona məxsus mobil telefonu yerdən tapıb ona qaytarıblar, telefon üzərində hər hansı bir zədə izləri olmayıb. Hadisə zamanı tanımadığı şəxs onun əlindən alıb qaçdığı bir ədəd 25 manat dəyəri olan, təxminən bir həftə əvvəl aldığı, dəri əvəzləyicisindən tikilmiş, göy rəngli pul qabının içərisində ona məxsus mühüm şəxsi sənəd olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsi, BB-252484 nömrəli sürücülük vəsiqəsi, YAP-in 347484 nömrəli üzvlük vəsiqəsi, ******* nömrəli həmkarlar ittifaqına üzvlük vəsiqəsi, 001039 nömrəli XMSK-nin tibbi sənədi, **********345 nömrəli Dövlət Sosial Sığorta Şəhadətnaməsi, **********153428 hesab nömrəli “ABB” adi plastik bank kartı, **********182997 hesab nömrəli “ABB” adi plastik bank kartı, yaşadığı evə aid “Azəri Qaz’’ ödəniş kartı, iki ədəd 200 manatlıq və bir ədəd 100 manatlıq pul əskinaları, oğlu X14 aid AZE- 12827061 nömrəli şəxsiyyət vəsiqəsi, qızı X12ma aid AZE-1 ******* nömrəli şəxsiyyət vəsiqəsi və **********88 nömrəli elektron sağlamlıq kartı var olmuşdur. Ona məxsus iki ədəd “ABB” plastik kartlarını mobil telefondakı mobil tətbiqlə bloklayıb, kartlara müdaxilə olmayıb. Sonradan istintaq zamanı ona məlum olub ki, ona qarşı soyğunçuluq hadisəsini tərədən şəxs Təqsirləndirilən şəxs olmuşdur. xx.xx.2023-cü il taridə, saat 20:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəs 108A ünvanında yerləşən Baku-Oxford School məktəbinin yanında ona məxsus AA ******* nömrəli şəxsiyyət vəsiqəsi, BB-252484 nömrəli sürücülük vəsiqəsi, YAP-in 347484 nömrəli üzvlük vəsiqəsi, ******* nömrəli həmkarlar ittifaqına üzvlük vəsiqəsi, 001039 nömrəli XMSK-nin tibbi sənədi, **********345 nömrəli Dövlət Sosial Sığorta Şəhadətnaməsi, oğlu X14 aid AZE-12827061 nömrəli şəxsiyyət vəsiqəsi, qızı X6 aid AZE-11770384 nömrəli şəxsiyyət vəsiqəsi və **********88 nömrəli elektron sağlamlıq kartını zibilliyin yanından səpələnmiş vəziyyətdə tapıb. Beləliklə də hadisə zamanı ona məxsus **********153428 hesab nömrəli “ABB” adi plastik bank kartı, **********182997 hesab nömrəli “ABB” adi plastik bank kartı, yaşadığı evə aid “Azəri Qaz” ödəniş kartı, iki ədəd 200 manatlıq və bir ədəd 100 manatlıq azn əskinasları ümumi 500 manat və bir ədəd 25 manat dəyəri olan, təxminən bir həhtə əvvəl aldığı, dəri əvəzləyicisindən tikilmiş, göy rəngli pul qabı tapılmayıb. **********153428 hesab nömrəli “ABB” adi plastik bank kartı, **********182997 hesab nömrəli “ABB” adi plastik bank kartı, yaşadığı evə aid “Azəri Qaz” ödəniş kartının onun üçün heç bir maddi dəyəri yoxdur. Hadisə zamanı ona 925 manat dəyərində maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam ödənildiyini və həmin şəxsə qarşı şikayət və tələbinin olmamasını bildirmişdir. Həmçinin məhkəmə iclaslarının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid1 ifadəsində bildirmişdir ki, 03 dekabr 2023-cü il tarixdə anası Zərərçəkmiş şəxs ilə birlikdə Səbail rayonu Badamdar qəsəbəsi, 1-ci Neftçilər döngəsi, ev 2a-da, “İbrahim” mərasim evinin yaxınlığında olan bir nəfər tanımadığı şəxs arxadan onlara yaxınlaşıb və anasının sol əlindəki “Redmi” markalı mobil telefonu və içərisində ümumilikdə 500 manat pul olan pul kisəsini götürərək qaçıb. Bu zaman o həmin şəxsin arxasınca qaçıb, lakin həmin şəxs Bakı şəhəri Səbail rayonu, Badamdar şossesi üzü 20-ci sahə istiqamətində qaçıb uzaqlaşıb. Həmin şəxs orta boylu, arıq bədən quruluşlu, sarı, qara rəngli qış gödəkçəsi geyinibmiş və üzünə tibbi maska taxıbmış. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid2 ifadəsində bildirmişdir ki, 2008-ci il tarixdən X16, 2020-ci ildən isə Səbail RPİ-nin 41-ci PB-nin CA üzrə əməliyyat müvəkili vəzifəsində xidmət edir. 03 dekabr 2023-cü il tarixdə, saat 19 radələrində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 1-ci Neftçilər döngəsi ev 2a ünvanının qarşısında piyada halda gəzən Zərərçəkmiş şəxs qızma qarşı soyğunçuluq hadisəsini törətəkdə şübhəli bilinən Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu ərazisində olması 05 dekabr 2023-cü il tarixdə məlum oldu. 05 dekabr 2023-cü il tarixdə polis baş leytenantı Şahid4 ilə birlikdə ora gedib Təqsirləndirilən şəxs olduğu yeri dəqiq müəyyən edib ona yaxınlaşaraq üzərimizdə olan polis xidməti vəsiqələrimizi təqdim edib ondan şəxsiyyəti barədə bizə məlumat verməsini xahiş ediblər. Həmin şəxs özünü xx.xx.1997-ci ildə Neftçala rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, deməsinə məhkum olunmayan, ünvan 1 ünvanda qeydiyyatda olan, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci y/m, 1-ci Bağlar döngəsi ünvanında yerləşən ö/t yaşayan Təqsirləndirilən şəxs olaraq özünü təqdim edib. Bundan sonra Təqsirləndirilən şəxs xahiş etmişlər ki, xx.xx.2023-cü il tarixdə saat 19 radələrində ünvan 3 ünvanın qarşısında piyada halda gəzən Zərərçəkmiş şəxs qızma qarşı soyğunçuluq hadisəsini törədib törətməməsi haqqında onlara məlumat versin, Təqsirləndirilən şəxs həmin hadisəni törətdiyini etiraf edərək hal-hazırda üzərində narkotik vasitənin olduğunuda bildirib. Onlar Təqsirləndirilən şəxs 41-ci PB-nin ünvan 12 ünvanında yerləşən inzibati binasına getməcHHH təklif etmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən könüllü olaraq Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinə getməmi razlıq verib və onlar Təqsirləndirilən şəxs Səbail Rayon polis İdarəsinin 41-ci polis Bölməsinə gətirərək barəsində qanuni tədbir görülməsi üçün bölmə rəiyinə raportla məruzə etdik. Bizim raportumuzun araşdırılması Səbail RPİ-nin 41-ci PB-nin təhqiqatçısı, polis baş leytenantı X13 həvalə edildi. 41-ci X21 rayonu, Ə.Nəzərov küçəsi 2 ünvanda yerləşən inzibati binanın xidməti iş otağında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülmə aparılması haqqında təhqiqatçı baş leytenantı X17 tərəfindən protokol tərtib edildi. Həmin zaman Təqsirləndirilən şəxs təhqiqatçı baş leytenantı X17 tərəfindən hüquq və vəzifələri izah edilib. Həmçinin Təqsirləndirilən şəxs 3 saylı vəkil bürosunun müdafiəçilərinin siyahısı təqdim edildi. Həmin siyahıya əsasən Təqsirləndirilən şəxs hüquqlarının X9 tərəfindən müdafiə edilməsini xahiş etdi. Bundan sonra şəxsi axtarış və götürülmə aparılan zaman Təqsirləndirilən şəxs izah edildi ki, üzərində qanunsuz olan əşya varsa könüllü olaraq masa üzərinə qoymaqla təqdim etsin. Həmçinin şəxsi axtarış və götürmə rosessual hərəkətin aparılması zamanı onun tərəfindən “İphone” markalı telefondan istifadə edilməklə video çəkiliş həyata keçirilməyə başlanılıb. Şübhəli şəxs Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən 3 saylı vəkil bürosunun vəkili X3 iştirakı ilə Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən qara rəngli “Samsung” markalı mobil telefon, 01 ədəd “LeoBank”a məxsus bank kartı, özünə məxsus şəxsiyyət vəsiqəsi, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd alışqan, əynində olan qara rəngli köynəyin ön sol cibindən isə içərisində məhlul olan 01 ədəd şpris, 01 ədəd üzərində “novakain” yazısı olan yarı sınmış ampula və gümüşü rəngli falqaya bükülmüş bir ədəd bükümü çıxarıb xidməti otaqda olan masa üzərinə qoymaqla təqdim edib. Bunlardan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparıldı, lakin hər hansı bir əşya aşkar edilmədi. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükülünü göstərərək el içində narkotik vasitə olan “kokos” olduğunu bildirdi. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən 01 ədəd bükülünü hardan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirildiyi sorğu-sual edilən zaman Təqsirləndirilən şəxs bildirdi ki, həmin narkotik vasitəni Hökməli qəsəbəsində tanımadığı şəxsdən 10 manata almışdır. Təqsirləndirilən şəxs həmçinin bir daha etiraf etdi ki, xx.xx.2023-cü il tarixdə soyğunçuluq hadissini törətmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində məhlul olan 01 ədəd şpris, 01 ədəd üzərində “novakain” yazısı olan yarı sınmış ampula və gümüşü rəngli falqaya bükülmüş bir ədəd bükümü ekspertiza tədqiqatına göndərilməsi məqsədi ilə Səbail RPİ-nin 41-ci PB-nin təhqiqatçısı polis baş leytenantı X17 tərəfindən zərfə qoyularaq qablaşdırılacağını bildirildi. Əvvəlcə zərfin içərisi iştirakçılara göstərildi və həmin zərfin içərisinin boş olduğu müəyyən edildi. Bundan sonra içərisində narkotik məhlul olan 01 ədəd şpris, 01 ədəd üzərində “novakain” yazısı olan yarı sınmış ampula və içərisində narkotik vasitə olan heroinə bənzər kütlə olan gümüşü rəngli falqaya bükülmüş bir ədəd büküm zərfə qoyularaq Səbail RPİ-nin 41-ci PB-nin zərflər üçün nəzərdə tutulmuş 239 nömrəli möhür ilə möhürləndi və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalandı. Daha sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib edilməsi üçün dayandırıldı. Hazırda Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinin mənbəyinin müəyyən edilməsi istiqamətində tərəfimizdən zəruri əməliyyat axtarış tədbirləri davam etdirilir, lakin hələ əməliyyat tədbirləri müsbət nəticə verməmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid3 və Şahid4 analoji ifadə verərək Şahid2 ifadəsində deyilənləri təsdiq etmişlər. Şəxsin tanınmaya təqdim edilməsi haqqında 07 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs oğlu Təqsirləndirilən şəxs tanıyaraq 03 dekabr 2023-cü il tarixdə, saat 19 radələrində Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi, 1-ci Neftçilər döngəsi, 2 nömrəli evin qarşısında onun əlindən mobil telefonunu və pul qabını alıb qaçan şəxs soldan 1-ci, sağdan isə 4-cü dayanan şəxsdir. Tanınmaya təqdim etmənin fotoşəkilləri çəkilərək bu barədə tərtib edilmiş protokola əlavə edilmişdir. İfadənin yerində yoxılması barədə 07 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi, 1-ci Neftçilər döngəsi 2a ünvanına gəlib həmin 2a nömrəli evin qarşısından 2 nəfər - biri qadın, biri kişi piyada getdiklərini görmüş, qadının sol əlində mobil telefon və pul qabı olmasını görmüş və qərara gəlmişdir ki, qadının əlində tutduğu mobil telefonu və pul qabını alıb qaçsın, bu məqsədlə qadına arxadan sol tərəfdən yaxınlaşmış və onun sol əlində tutduğu mobil telefonu və göy rəngli pul qabını sol əlindən götürüb qaçıb, qadının yanında olan kişi onun arxasınca qaçsa da ona çata bilməmişdir, o hadisə yerindən təxminən 15 metr aralanandan sonra telefona ehtiyacı olmadığından telefonu yerə atıb oradan qaçıb getmişdir. Bu hadisəni törətməkdə əsas məqsədi pul qabının içərisində olan pulu ələ keçirmək və həmin pula özü qəbul etmək üçün narkotik vasitə almaq olmuşdur. Hadisə yerindən uzaqlaşdıqdan sonra pul qabını açıb içərisində pul olmadığını görüb, pul qabında ancaq şəxsiyyət vəsiqələri, bank kartları və digər sənədlər olduğunu görüb pul qabını içərisindəki əşyalarla birlikdə orada atıb getmişdir. Soyğunçuluq hərəkəti edərkən üzünə qara rəngli tibbi maska, əynində tünd rəngli gödəkçə, tünd rəngli şalvar, başında isə köynəyin sarı rəngli papağı olmuşdur. Hadisə yerinə baxış keçirilməsinə dair protokoldan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi, 1-ci Neftçilər döngəsi, ev 2A-da olan mərasim evinin yaxınlığında oğlu ilə birlikdə hərəkətdə olan zaman naməlum şəxsin arxadan ona yaxınlaşaraq sol əlində olan mobil telefon və pul kisəsini götürərək qaçıb getmişdir. Həmin ünvanda hadisə yerinə baxış keçirilərkən yerdən vət.Zərərçəkmiş şəxs məxsus “RedMi Note 9” markalı mobil telefon tapılmışdır. Hadisə yerinin fotoşəkilləri çəkilərək bu barədə tərtib edilmiş protokola əlavə edilmişdir. Məhkəmə iclasında zərəçəkmiş X7 qarşı Bakı şəhəri Səail rayonu, Badamdar qəsəbəsi, 1-ci Neftçilər döngəsi 2A ünvanında törədilmiş soyğunçuluq hadisəsi ilə əlaqədar ərazidə quraşdırılmış təhlükəsizlik kamerasından götürülmüş videogörüntüyə baxış keçirilmiş və müəyyən edilmişdir ki, bir nəfər şəxs arxadan piyada hərəkətdə olan iki nəfər şəxsə yaxınlaşır, onlardan birinin əlindən nəsə götürüb açıb uzaqlaşır, həmin bir nəfərdən ikincisi isə qaçan şəxsin arxasınca qaçır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirdi ki, arxadan piyada hərəkətdə olan iki nəfər şəxsə yaxınlaşan şəxs onun özüdür və o iki nəfər şəxsin birinin əlindən bir ədəd mobil telefon və bir ədəd pul kisəsi götürüb qaçıb uzaqlaşır. Həmin görüntülər 03 oktyabr 2023-cü il tarixdə çəkilmişdir. Həmin görüntü ilə olan disk bu barədə tərtib edilmiş protokola əlavə edilmişdir. “Maddi sübutun təqdim edilməsi haqqında” 03 dekabr 2023- cü il tarixli protokoldan görünür ki, hadisə yerinə baxış zamanı ünvan 15 ünvanında “İbrahim” mərasim evinin yaxınlığında zərərçəkmiş Zərərçəkmiş şəxs hadisənin baş verdiyi yeri göstərdiyi yerdən 10 metr uzaqlıqda yerdən vətəndan Zərərçəkmiş şəxs məxsus qara rəngli “RedMi Note 9” markalı mobil telefon tapılmışdır. Həmin mobil telefon vət.Zərərçəkmiş şəxs qızma təhvil verilib. Zərərçəkmiş Zərərçəkmiş şəxs iştirakı ilə mobil telefona baxış keçirilmiş və fotoşəkilləri çəkilərək bu barədə tərtib edilmiş protokola əlavə edilmişdir. Məhkəmə iclasında şəxsi, axtarış və götürmə aparılması istintaq hərəkətinin gedişini əks etdirən videogörüntüyə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, bir nəfər kişi cinsindən olan şəxsin üzərinə şəxsi axtarış aparılır. Üzərinə şəxsi axtarış aparılan həmin şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən qara rəngli “Samsung” markalı mobil telefon, 01 ədəd “LeoBank”a məxsus bank kartı, özünə məxsus şəxsiyyt vəsiqəsi, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd alışqan, əynində olan qara rəngli köynəyin ön sol cibindən isə içərisində məhlul olan 01 ədəd şpris, 01 ədəd üzərində “novakain” yazısı olan yarı sınmış ampula və gümüşü rəngli falqaya bükülmüş bir ədəd bükümü çıxarıb xidməti otaqda olan masa üzərinə qoymaqla təqdim edir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirdi ki, üzərinə şəxsi axtarış aparılan həmin şəxs onun özüdür, həmin görüntülər 05 oktyabr 2023-cü il tarixdə Səbail RPİ-nin 41-ci PB-nin inzibati binasında üzərinə aparılmış şəxsi axtarış zamanı çəkilmişdir, üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli köynəyin ön sol cibindən isə içərisində narkotik vasitə heroin tərkibli məhlul olan 01 ədəd şprisdir, 01 ədəd üzərində “novakain” yazısı olan yarı sınmış ampula və gümüşü rəngli falqaya bükülmüş bir ədəd bükümü içərisində maddə olan narkotik vasitə heroindir, həmin heroini şəxsi istifadəsi üçün əldə edib üzərində saxlamışdır. Daha sonra aşkar edilmiş içərisində narkotik vasitə heroin tərkibli məhlul olan 01 ədəd şprisdir, 01 ədəd üzərində “novakain” yazısı olan yarı sınmış ampula və gümüşü rəngli falqaya bükülmüş bir ədəd büküm zərfə qoyulub qablaşdırılmış, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə kimyəvi ekspertizasının 06 dekabr 2023-cü il tarixli, 3-16-16/2-6/6271 nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №239” dairəvi möhür əksləri olan, “şübhəli şəxs Təqsirləndirilən şəxs “imza” və digər ad, soyad, imzalar qeyd edilmiş bir ədəd zərfdəki: -01 ədəd bükümdə təmiz çəkisi 0,365 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; -01 ədəd 1 mil-lik şprisdə içərisində 0,55 ml həcmində sarı rəngli məhlul kustar üsulla hazırlanmış heroin məhluludur və həmin məhlulda heroinin təmiz çəkisi 0,019 qramdır. Tqdim edilmiş həmin şprisdəki heroin məhlul halında olduğu üçün (kimyəvi tərkibi dəyişdiyindən) onun 01 ədəd bükümdə olan heroin ilə eyni kimyəvi tərkibli olub-olmamamı müəyyən etmək mümkün deyildir; -01 ədəd yarı sınmış şüşə ampulun içərisində heroin izləri vardır. İz şəklində olduğu üçün heroinin çəkisini və bükümdəki və şprisdəki heroinlə eyni kimyəvi tərkibli olub- olmamasını müəyyən etmək mümkün deyildir; Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı 1) daxildir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 89 (səksən doqquz) manat təşkil edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X25 Şəxsin Ambulator X1 06 dekabr 2023-cü il tarixli, 7989 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ambulator Məhkəmə-Psixatrik Ekspertizasının 22 yanvar 2024-cü il tarixli, 136 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməllər dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməllər barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Hadisə yerinə baxış keçirilərkən götürülmüş ***-***-**-** mobil nömrəsi ilə işlədilən 01 ədəd “Redmi Note 9” markalı mobil telefon cihazı və şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd gümüşü falqa bükümündə olan 0,365 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 mli-lik şprisdə 0,55 ml həcmdə kustar üsulla hazırlanmış heroin məhlulunda olan 0,019 qram heroin və içərisində heroin izləri olan 01 ədəd yarı sınmış şüşə ampula maddi sübut hesab edilmiş, maddi sübut hesab edilmiş ***-***-**-** mobil nömrəsi ilə olan 01 ədəd “Redmi Note 9” markalı mobil telefon aparatnın zərərçəkmişə qaytarılması, ekspertiza tədqiqatına 0,050 qram sərf edildikdən sonra qalan 0,315 qram narkotik vasitə heroin, ekspertiza tədqiqatına 0,25 qram sərf edildikdən sonra qalan 0,30 ml heroin məhlulu və içərisində heroin izləri olan 01 ədəd yarı sınmış şüşə ampulanın məhkəmə hökmünə qədər saxlanılması üçün Səbail RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilməsi nəzərə alınmışdır. Şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 05 dekabr 2023-cü il tarixdə, saat 17:15-də tutulmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 4 (009)-830/2023 saylı, 07 dekabr 2023-cü il tarixli qərarından görünür ki, hbs etmənin əvvəli 05 dekabr 2023-cü il tarixdən saat 17:15dən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış məhkumluq haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində Nəsimi RPİ-nin İŞ-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddəsi ilə ibtidai istintaqı aparılmış ********* nömrəli cinayət işi məhkəmə baxışında olmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-48/2024 nömrəli, 15 mart 2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 01 il 03 ay müddətinə, həmin Məcəllənin 221.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 06 ay müddətinə, qəti olaraq 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM- nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini, ekspertiza rəyini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1ci və 234.1-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsiri sübuta yetirilmişdir və o, törətdiyi cinayət əməllərinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Eyni zamanda məhkəmə və məhkəməyədək istintaq zamanı Təqsirləndirilən şəxs ittiham olunduğu əməl üzrə özünü təqsirli bilmiş və müdafiəsi ilə əlaqədar dəlil gətirməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, özgənin əmlakını talama məqsədi ilə mobil telefonu və pul kisəsini zərərçəkmiş şəxsin əlindən alıb qaçaraq acıq talamaqla soyğunçuluq etməsini, eyni zamanda mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımasını nəzərə alaraq hesab edir ki, cəmiyyətdən təcrid olunmadan Təqsirləndirilən şəxs islah olunması mümkün deyil və ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməlini etiraf edərək səmimi peşman olmasını, gənc olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və dəymiş ziyanı tam ödəməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs vəziyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 mart 2024-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3cü maddəsi ilə təqsirli bilinib 01 (bir) il 03 (üç) ay müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinib 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qəti olaraq, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır Bu səbəbdən, məhkəmə, hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)- 48/2024-cü il saylı, 15 mart 2024cü il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsi tətbiq olunmaqla azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hesab edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaq yolu ilə Təqsirləndirilən şəxs qəti cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzanı ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Ona görə də, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Eyni zamanda, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X25 Şəxsin Ambulator X1 06 dekabr 2023-cü il tarixli, 7989 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş müsadirə olunmalı əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu və 353.4.11-cu maddələrinə uyğun olaraq iş üzrə maddi sübut kimi tanınmış ***-***-**-** mobil nömrəsi olan 01 ədəd “Redmi Note 9” markalı mobil telefon aparatın zərərçəkmiş Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmasını, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalan 0,315 qram narkotik vasitə heroin, 0,30 ml heroin məhlulu və içərisində heroin izləri olan 01 ədəd yarı sınmış şüşə ampula hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, aparılmış ekspertiza tədqiqatının dəyəri 89 (səksən doqquz) manatın təqsirləndirilən şəxsdən tutulmasını, həmçinin Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, cəzaların qismən toplamaq yolu ilə 01 (bir) il 02 (iki) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-48/2024-cü il saylı, 15 mart 2024cü il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsi tətbiq olunmaqla azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hesab edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzacəkmə müddətinin əvvəli 05 dekabr 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilsin. İş üzrə maddi sübut kimi tanınmış ***-***-**-** mobil nömrəsi olan 01 ədəd “Redmi Note 9” markalı mobil telefon aparatın zərərçəkmiş Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalan 0,315 qram narkotik vasitə heroin, 0,30 ml heroin məhlulu və içərisində heroin izləri olan 01 ədəd yarı sınmış şüşə ampula hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 89 (səksən doqquz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Az.MEM, VÖİN **********, X5, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X15 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 390 (üç yüz doxsan) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun “Access Bank”-in Səbail filialındakı bank hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-157/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-157/2024
14.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver