Məhkəmə qərarları › İş №1(009)-157/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-157/2025

08.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-157/2025 08.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X6 qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər Bakı şəhər 03 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxxxx 1992-ci ildə Bakı şəhərində anadan doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli,fərid əməklə məşğul olan, məhkum olunmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi, xx xxxxxx 1999-cu ildə Bakı şəhərində anadan doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli,fərid əməklə məşğul olan, əvəllər məhkum olunmayan, ünvan 3 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən: Təqsirləndirilən şəxs1, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddəni əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Belə ki, o, satış məqsədi olmadan şəxsi istifadə məqsədilə qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamin əldə etmələri barədə tanışı Təqsirləndirilən şəxs2 ilə aralarında razılıq əldə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, bu məqsədlə hər biri müvafiq olaraq 10 manat qoymaqla cəmi 20 manat müqabilində şəxsiyyəti istintaqa məlum olmayan eyni mənbədən və eyni vaxtda birlikdə 2 ədəd bükümdə təmiz çəkisi 0,526 qram və 0,512 qram olan ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərlərində saxlamaqla daşımış, barələrində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar 09 fevral 2025-ci il tarixdə saat 00:30 radələrində Səbail RPİ-nin 39-cu PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində ünvan 5 ünvanın qarşısında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birlikdə saxlanılaraq Səbail Rayon Polis idarəsinin 39-cu Polis Bölməsinin ünvan 7 ünvanında yerləşən inzibati binasına gətirilmiş və orada həmin tarixdə saat 01:23-dən etibarən Təqsirləndirilən şəxs1 üzərinə videoçəkilişlə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman əynində olan göy rəngli şalvarının sağ yan cibindən 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,526 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və həmin tarixdə saat 02:00-dan etibarən Təqsirləndirilən şəxs2 üzərinə videoçəkilişlə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman əynində olan göy rəngli şalvarının sağ yan cibindən 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,512 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddəni əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Belə ki, o, satış məqsədi olmadan şəxsi istifadə məqsədilə qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamin əldə etmələri barədə tanışı Təqsirləndirilən şəxs1 ilə aralarında razılıq əldə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, bu məqsədlə hər biri müvafiq olaraq 10 manat qoymaqla cəmi 20 manat müqabilində şəxsiyyəti istintaqa məlum olmayan eyni mənbədən və eyni vaxtda birlikdə 2 ədəd bükümdə təmiz çəkisi 0,526 qram və 0,512 qram olan ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərlərində saxlamaqla daşımış, barələrində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar 09 fevral 2025-ci il tarixdə saat 00:30 radələrində Səbail RPİ-nin 39-cu PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində ünvan 5 ünvanın qarşısında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birlikdə saxlanılaraq Səbail Rayon Polis idarəsinin 39-cu Polis bölməsinin ünvan 7 ünvanında yerləşən inzibati binasına gətirilmiş və orada həmin tarixdə saat 01:23-dən etibarən Təqsirləndirilən şəxs1 üzərinə videoçəkilişlə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman əynində olan göy rəngli şalvarının sağ yan cibindən 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,526 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və həmin tarixdə saat 02:00-dan etibarən Təqsirləndirilən şəxs2 üzərinə videoçəkilişlə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman əynində olan göy rəngli şalvarının sağ yan cibindən 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,512 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilmiş və ibtidai istintaq zamanı verdiyini ifadəsini təsdiq edərək göstərmişdir ki, təxminən 2024cü ilin dekabr ayının sonundan narkotik vasitə qəbul edir, narkotik vasitəni qəbul etməyə başlayanda Bakı şəhəri Nəsimi rayonu “Papanin” adlanan ərazidə adını “Əli” kimi təqdim edən bir nəfər şəxslə tanış olmuş və həmin şəxs ona bildirmişdir ki, psixotrop maddə olan metamfetamin lazım olanda bura gəlib məndən ala bilər. O, da narkotik vasitə lazım olanda Bakı şəhəri Nəsimi rayonu “Papanin” adlanan əraziyə gedərək “Əli” adlı şəxsi tapıb ondan almış, narkotik vasitə aldıqdan sonra münasib yer taparaq orada qəbul etmişdir. 08 fevral 2025-ci il tarixdə gecə saatlarında o, və onun qonşu ünvanda yaşayan tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə hər biri ayrı-ayrılıqda psixotrop maddə olan metamfetamin qəbul etmək qərarına gələrək Bakı şəhəri Nəsimi rayonu “Papanin” adlanan əraziyə gedib “Əli” şəxsi taparaq həmin ünvana gəlmişlər. Bundan sonra Təqsirləndirilən şəxs2 ondan kənarlaşaq kənarda dayanmış, o, isə ilk növbədə “Əli” adlı şəxsə 10 manat verərək ona bir büküm psixotrop maddə olan metamfetamin gətirməsini istəmişdir. Təxminən 10-15 dəqiqə sonra “Əli” adlı şəxs ona 1 ədəd sellofan kəsiyinə bükülmüş bükümdə olan psixotrop maddə metamfetamini təqdim edərək vermişdir. Bundan sonra o, əynində olan göy rəngli cins şalvarının sağ yan cibinə qoyub saxlamışdır ki, münasib yer tapıb bir qədərindən öz şəxsi istifadəsi üçün qəbul edər. Bundan sonra o, oradan kənarlaşaraq Təqsirləndirilən şəxs2 gözləmiş və oda həmin “Əli” adlı şəxsdən özünün dediyinə görə ona 10 manat pul verib özü üçün 1 ədəd sellofan kəsiyinə bükülmüş bükümdə olan psixotrop maddə metamfetamin almışdır. Bundan sonra o, Vahidlə birlikdə 09 fevral 2025-ci il tarixdə saat təxminən 00:30 radələrində ünvan 9 ünvanda yerləşən “Malakan” bağının qarşısında olan zaman, onlara iki nəfər mülki geyimli şəxslər yaxınlaşıb özlərini təqdim edib, polis əməkdaşları olduqlarını bildirərək, Səbail RPİ-nin 39-cu PB-nə dəvət etmişlər, onlar heç bir etiraz etmədən birlikdə polis bölməsinin inzibati binasına gəlmişlər. Bundan sonra polis bölməsinin inzibati binasında onların üzərlərinə şəxsi axtarış keçiriləcəklərini bildirilmişdir. Bundan sonra polis bölməsinin inzibati binasında hər biri ayrıayrı otaqların birində üzərinə şəxsi axtarış keçirilməsi üçün ona hüquq və vəzifələri izah olunmaqla müdafiəçi təqdi olunaraq və şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində polis əməkdaşları, ona dövlət tərəfindən təqdim edilmiş vəkilin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Bu zaman onun üzərində qanunsuz əşya və ya maddə varsa könüllü olaraq təqdim etməyini bildirmişlər. O, da gizlətməyin heç bir əhəmiyyəti olmadığını başa düşüb əynində olan göy rəngli cins şalvarının sağ yan cibinə qoyduğu 1 ədəd sellofan kəsiyinə bükülmüş psixotrop maddə metamfetamin bükümü təqdim etmiş və psixotrop maddə metamfetamin olmasını bildirmişdir. Polis əməkdaşları tərəfindən onun üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddə metamfetamin haradan aldığımı soruşanda, o, həmin psixotrop maddə metamfetamini öz istifadəsiı üçün 08 fevral 2025-ci il tarixdə gecə saatlarında Bakı şəhəri Nəsimi rayonu “Papanin” adlanan ərazidə “Əli” adlı şəxsdən 10 manat pula aldığını bildirmişdir. Həmin vaxt üzərindən başqa heç bir şey aşkar olunmamışdır. Bundan sonra isə bütün hərəkətlər protokollaşdmlaraq onun, müdafiəçisin və iştirakçıların iştirakı ilə həmin 1 ədəd sellofan kəsiyinə bükülmüş psixotrop maddə metamfetamin bükümü zərfə qoyulub möhürlənərək imzası ilə protokolun doğruluğunu təsdiq etmişdir. Təqsirləndirilən şəxs1 son sözündə, əməlindən peşimançılıq çəkdiyini bildirərək ona yüngül cəza təyin olunması məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilmiş və ibtidai istintaq zamanı verdiyini ifadəsini təsdiq edərək göstərmişdir ki, təxminən 2024cü ilin dekabr ayının sonundan narkotik vasitə qəbul edir, narkotik vasitəni qəbul etməyə başlayanda Bakı şəhəri Nəsimi rayonu “Papanin” adlanan ərazidə adını “Əli” kimi təqdim edən bir nəfər şəxslə tanış olmuş və həmin şəxs ona bildirmişdir ki, psixotrop maddə olan metamfetamin lazım olanda bura gəlib məndən ala bilər. O, da narkotik vasitə lazım olanda Bakı şəhəri Nəsimi rayonu “Papanin” adlanan əraziyə gedərək “Əli” adlı şəxsi tapıb ondan almış, narkotik vasitə aldıqdan sonra münasib yer taparaq orada qəbul etmişdir. 08 fevral 2025-ci il tarixdə gecə saatlarında o, və onun qonşu ünvanda yaşayan tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə hər biri ayrı- ayrılıqda psixotrop maddə olan metamfetamin qəbul etmək qərarına gələrək Bakı şəhəri Nəsimi rayonu “Papanin” adlanan əraziyə gedib “Əli” adlı şəxsi taparaq həmin ünvana gəlmişlər. Bundan sonra o, Təqsirləndirilən şəxs1 ayrılaraq kənarda dayanmış, Təqsirləndirilən şəxs1 isə ilk növbədə “Əli” adlı şəxsə onun dediyinə 10 manat verərək ona bir büküm psixotrop maddə olan metamfetamin alıb kənarlaşdıqdan sonra, o, “Əli” adlı şəxsə yaxınlaşıb ona 10 manat pul verib özü üçün bir büküm psixotrop maddə olan metamfetamin gətirməsini istəmişdir. Təxminən 10-15 dəqiqə sonra “Əli” adlı şəxs ona ədəd sellofan kəsiyinə bükülmüş bükümdə olan psixotrop maddə metamfetamini təqdim edərək verdi. Bundan sonra o, əynində olan göy rəngli şalvarının sağ yan cibinə qoyub saxlamışdır ki, münasib yer tapıb bir qədərindən öz şəxsi istifadəsi üçün qəbul edər. Bundan sonra o, oradan Təqsirləndirilən şəxs1la birlikdə 09 fevral 2025-ci il tarixdə saat təxminən 00:30 radələrində ünvan 9 ünvanda yerləşən “Malakan” bağının qarşısında olan zaman, onlara iki nəfər mülki geyimli şəxslər yaxınlaşıb özlərini təqdim edib, polis əməkdaşları olduqlarını bildirərək, Səbail RPİ-nin 39-cu PB-nə dəvət etmişlər, onlar heç bir etiraz etmədən birlikdə polis bölməsinin inzibati binasına gəlmişlər. Bundan sonra polis bölməsinin inzibati binasında onların üzərlərinə şəxsi axtarış keçiriləcəklərini bildirilmişdir. Bundan sonra polis bölməsinin inzibati binasında hər biri ayrı-ayrı otaqların birində üzərinə şəxsi axtarış keçirilməsi üçün ona hüquq və vəzifələri izah olunmaqla müdafiəçi təqdi olunaraq və şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində polis əməkdaşları, ona dövlət tərəfindən təqdim edilmiş vəkilin iştirakı ilə video çəkilişlə üzərimə şəxsi axtarış keçirilmişdir. Bu zaman onun üzərində qanunsuz əşya və ya maddə varsa könüllü olaraq təqdim etməyini bildirmişlər. O, da gizlətməyin heç bir əhəmiyyəti olmadığını başa düşüb əynində olan göy rəngli cins şalvarının sağ yan cibinə qoyduğu 1 ədəd sellofan kəsiyinə bükülmüş psixotrop maddə metamfetamin bükümü təqdim etmiş və psixotrop maddə metamfetamin olmasını bildirmişdir. Polis əməkdaşları tərəfindən onun üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddə metamfetamin haradan aldığını soruşanda, o, həmin psixotrop maddə metamfetamini öz istifadəsi üçün 08 fevral 2025-ci il tarixdə gecə saatlarında Bakı şəhəri Nəsimi rayonu “Papanin” adlanan ərazidə “Əli” adlı şəxsdən 10 manat pula aldığını bildirmişdir. Həmin vaxt üzərindən başqa heç bir şey aşkar olunmamışdır. Bundan sonra isə bütün hərəkətlər protokollaşdırılaraq onun, müdafiəçisin və iştirakçıların iştirakı ilə həmin 1 ədəd sellofan kəsiyinə bükülmüş psixotrop maddə metamfetamin bükümü zərfə qoyulub möhürlənərək imzası ilə protokolun doğruluğunu təsdiq etmişdir. Təqsirləndirilən şəxs2 son sözündə, əməlindən peşimançılıq çəkdiyini bildirərək ona yüngül cəza təyin olunması məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazilriyinin 39-cu Polis Bölməsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində bildirmişdir ki, 09 fevral 2025-ci il tarixdə xidmət etdiyim Səbail RPİ-nnin 39-cu PB-nə Bakı şəhəri, Səbail rayonu ərazisində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qəbul etmələri və üzərlərində qanunsuz daşımalarında şübhəli olmaları barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat barədə dərhal onun tərəfindən raport əsasında vasitəsilə Səbail RPİ-nin 39-cu PB-nin rəhbərliyinə məruzə edilərək məlumatın yoxlanılması və Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat qrupu yaradılmaqla əməliyyat tədbirinin keçirilməsinə icazə verilməsini xahiş etmişdir. Həmin məlumatla əlaqədar əməliyyat tədbirlərinin keçirilməsi ilə bağlı müvafiq qərar qəbul etdikdən sonra həmin məlumatın yoxlanılması və cinayətkarın ifşa olunması ilə bağlı zəruri əməliyyat tədbirlərinin keçirilməsi rəhbərlik tərəfindən müvafiq əmrə əsasən ona həvalə edilərək onun rəhbərliyi altında, bölmənin əməliyyat müvəkkili polis leytenantı Şahid1 və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. Bununla bağlı o, Səbail RPİ-nin 39-cu PB-nin əməliyyat müvəkkili Şahid1lə birlikdə, 09 fevral 2025-ci il tarixdə saat 00:00 radələrindən, həmin günü saat 00:40 radələrinədək əməliyyat məlumatında bildirilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ünvan 11 ünvanın qarşısında dayandıqlarını müəyyən edərək dərhal yaxınlaşıb onları saxlamışlar. Bundan sonra həmin şəxsləri saxlayıb, onların şəxsiyyətləri ilə maraqlandıqda müəyyən olunmuşdur ki, həqiqətəndə xx xxxxxx 1992-ci ildə Bakı şəhərində anadan olan, ünvan 12 ünvanda qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs1dur və digər şəxs isə xx xxxxxx 1999-cu ildə Bakı şəhərində anadan olan, Bakı şəhəri Sabunçu rayonu ünvan 14 ünvanda yaşayan Təqsirləndirilən şəxs2dur. Bundan sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlayarkən özlərini təqdim edərək onların narkotik vasitələrin qəbul etmələri və üzərlərində qanunsuz daşımaları barədə məlumatılarının olduğunu bildirərək onları Səbail RPİ-nnin 39-cu PB- nə getmələrini təklif etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 razılışaraq onlarla birlikdə oradan Səbail RPİ-nin 39-cu PB-nə gəlmişlər. Bundan sonra, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılaraq Səbail RPİ-nin 39-cu PB-nə gətirilməsi barədə dərhal raport əsasında rəhbərliyə məruzə edilmiş və rəhbərlik tərəfindən zəruri təhqiqat hərəkətlərinin keçirilməsi böləmnin təhqiqatçısı polis leytenantı Nicat Orucluya həvalə olunmuşdur. Bununla bağlı, təhqiqatçı Nicat Orucluda öz növbəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 polis bölməsində ayrı-ayrı otaqlarda üzərlərinə şəxsi axtarış keçirilməmişdən əvvəl onlara müdafiəçi seçmək hüququ izah edilərək vəkillərinin siyahılarını onlara təqdim etmişdir. Bundan sonra ilk növbədə Təqsirləndirilən şəxs1 hüquqlarını müdafiə etməkdən ötrü Bakı şəhəri 3 saylı vəkil bürosunun vəkili X4 tərəfindən dövlət büdcəsi hesabına müdafiə olunmasını istədiyindən təhqiqatçı Nicat Oruculu vəkil Səyyarə Əliyevanı polis bölməyə dəvət etmişdir. Bundan sonra təhqiqatçı Nicat Oruclu tərəfindən Təqsirləndirilən şəxs1 09 fevral 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah edilmiş, bundan sonra video yazan texniki vasitə olan mobil telefon aparatından istifadə edilərək çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs1 üstünə şəxsi axtarış keçirməyə başlayarkən ona təklif olunmuşdur ki, əgər üzərində qanunsuz saxladığı əşyalar və ya bilavasitə narkotik vasitə varsa, onda könüllü çıxarıb təqdim etsin. Təqsirləndirilən şəxs1 həmin təklifi qəbul edərək özü əynində olan göy rəngli şalvarının sağ yan cibində saxladığı bir ədəd sellofan kəsiyinə bükülmüş bükümü könüllü çıxardıb təqdim edərək, həmin bir ədəd bükümün içərisində psixotrop maddə olan metamfetamin olmasını bildirmişdir. Həmin psixotrop maddə olan metamfetamini 08 fevral 2025-ci il tarixdə gecə saatlarında Nəsimi rayonu "Papanin” adlanan ərazidə “Əli” adlı şəxsdən özünün istifadəsi üçün 10 manata alıb əynində olan göy rəngli şalvarının sağ yan cibinə qoymuş və 09 fevral 2025-ci il tarixdə saat 00:30-da ünvan 15 ünvanın qarşısında polis əməkdaşları tərəfindən saxlanılaraq Səbail RPİ-nin 39-cu PB-nin inzibati binasına gətirilmişdir. Bundan sonra bir ədəd bükülmüş bükümün içərisində bir ədəd sellofan kəsiyinə bükülmüş psixotrop maddə olan metamfetaminə oxşar psixotrop maddə aşkar edilmişdir. Bundan sonra təhqiqatçı Nicat Oruclu tərəfindən Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş, lakin onun üzərindən başqa heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra isə keçirilmiş şəxsi axtarışla və həmin maddənin Təqsirləndirilən şəxs1 aşkar olunub-götürülməsi ilə bağlı təhqiqatçı Nicat Oruclu tərəfindən müvafiq protokol tərtib olunmaqla ondan aşkar olunmuş bir ədəd sellofan kəsiyinə bükülmüş psixotrop maddəyə oxşar metamfetamin zərfə qoyularaq möhürlənmişdir. Bundan sonra o, da şəxsi axtarışda iştirak edərək, bütün şəxslər kimi həmin protokolu öz imza ilə təsdiq etmişdir. Bundan başqa həmin şəxsi və atarış keçirilməsinin davamı olaraq Təqsirləndirilən şəxs2 hüquqlarını müdafiə etməkdən ötrü Bakı şəhəri 3 saylı vəkil bürosunun vəkili X4 tərəfindən dövlət büdcəsi hesabına müdafiə olunmasını istədiyindən təhqiqatçı Nicat Oruculu vəkil Səyyarə Əliyevanı polis bölməyə dəvət etmişdir. Bundan sonra təhqiqatçı Nicat Oruclu tərəfindən Təqsirləndirilən şəxs2 09 fevral 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah edilmiş, bundan sonra video yazan texniki vasitə olan mobil telefon aparatından istifadə edilərək çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs2 üstünə şəxsi axtarış keçirməyə başlayarkən ona təklif olunmuşdur ki, əgər üzərində qanunsuz saxladığı əşyalar və ya bilavasitə narkotik vasitə varsa, onda könüllü çıxarıb təqdim etsin. Təqsirləndirilən şəxs2 həmin təklifi qəbul edərək özü əynində olan göy rəngli şalvarının sağ yan cibində saxladığı bir ədəd sellofan kəsiyinə bükülmüş bükümü könüllü çıxardıb təqdim edərək, həmin bir ədəd bükümün içərisində psixotrop maddə olan metamfetamin olmasını bildirmişdir. Həmin psixotrop maddə olan metamfetamini 08 fevral 2025ci il tarixdə gecə saatlarında Nəsimi rayonu “Papanin” adlanan ərazidə “Əli” adlı şəxsdən özünün istifadəsi üçün 10 manata alıb əynində olan göy rəngli şalvarının sağ yan cibinə qoyduğunu və 09 fevral 2025-ci il tarixdə saat 00:30da ünvan 15 ünvanın qarşısında polis əməkdaşları tərəfindən saxlanılaraq Səbail RPİ-nin 39-cu PB-nin inzibati binasına gətirilməsini bildirmişdir. Bundan sonra bir ədəd bükülmüş bükümün içərisində bir ədəd sellofan kəsiyinə bükülmüş psixotrop maddə olan metamfetaminə oxşar psixotrop maddə aşkar edilmişdir. Bundan sonra təhqiqatçı Nicat Oruclu tərəfindən Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmiş, lakin onun üzərindən başqa heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra isə keçirilmiş şəxsi axtarışla və həmin maddənin Təqsirləndirilən şəxs2 aşkar olunubgötürülməsi ilə bağlı təhqiqatçı Nicat Oruclu tərəfindən müvafiq protokol tərtib olunmaqla ondan aşkar olunmuş bir ədəd sellofan kəsiyinə bükülmüş psixotrop maddəyə oxşar metamfetamin zərfə qoyularaq möhürlənmişdir. Bundan sonra o, da şəxsi axtarışda iştirak edərək, bütün şəxslər kimi həmin protokolu öz imza ilə təsdiq etmişdir. Həmçinin şəxsi axtarış və götürmə aparılarkən videoyazan texniki vasitə olan telefon vasitəsilə çəkilmiş görüntü diskə köçürülərək protokola əlavə edilmişdir. Keçirilmiş tədbirlər nəticəsində Ramazanovun və Təqsirləndirilən şəxs2 narkotik vasitəni satan şəxsi və onun narkotik vasitəni əldə edib satması müəyyən etmək mümkün olmamışdır.Həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılarkən və onlardan əvvəl də narkotik vasitə satması ilə məşqul olması müəyyən edilməmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitəni satan şəxsi müəyyən etmək istiqamətində əməliyyat tədbirləri davam etdirilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazilriyinin 39-cu Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 Azərbaycan Respublikası Daxili İşlər Nazilriyinin 39-cu Polis Bölməsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdiyi halları və faktları tam təsdiq etmişdir. İş materiallarında olan “şəxsi axtarış və götürmə” protokolu və iş materiallarına əlavə edilmiş video görüntülərə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, müdafiəçisi X4, Səbail RPİ-nin 39-cu PB-nin əməliyyat müvəkkilləri Şahid2 və Şahid1 iştirakıları ilə şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs1 üzərində olan qanunsuz əşyaları könüllü olaraq təqdim etməsi təklif edilmiş, sonuncu sağ əlini əynində göy rəngli şalvarının sağ yan cibinə salıb bir ədəd sellofan kəsiyinə bükülmüş bükümün içərisində (patı) psixotrop maddə olan metamfetamin olduğunu, həmin psixotrop maddə olan metamfetamini 08 fevral 2025-ci il tarixdə gecə saatlarında Nəsimi rayonu “Papanin” adlanan ərazidə “Əli” adlı şəxsdən özünün istifadəsi üçün 10 manata aldığını bildirmişdir. İş materiallarında olan “şəxsi axtarış və götürmə” protokolu və iş materiallarına əlavə edilmiş video görüntülərə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, müdafiəçisi X4, Səbail RPİ-nin 39-cu PB-nin əməliyyat müvəkkilləri Şahid2 və Şahid1 iştirakıları ilə şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs2 üzərində olan qanunsuz əşyaları könüllü olaraq təqdim etməsi təklif edilmiş, sonuncu sağ əlini əynində göy rəngli şalvarının sağ yan cibinə salıb bir ədəd sellofan kəsiyinə bükülmüş bükümün içərisində (patı) psixotrop maddə olan metamfetamin olduğunu, həmin psixotrop maddə olan metamfetamini 08 fevral 2025-ci il tarixdə gecə saatlarında Nəsimi rayonu “Papanin” adlanan ərazidə “Əli” adlı şəxsdən özünün istifadəsi üçün 10 manata aldığını bildirmişdir. Məhkəməyədək icraat dövüründə keçirilmiş və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kimyəvi ekspetizasının 6/581 nömrəli 09 fevral 2025-ci il tarixli ekspertiza rəyinə əsasən müəyyən olmuşdur ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 49” dairəvi möhür əksi,’’Təqsirləndirilən şəxs1 (imza)” yazısı və imzalar olan zərifdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,526 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Aparılmış ekspertiza tədqatının dəyəri 114 (yüz on dörd) manat təşkil edir. Məhkəməyədək icraat dövüründə keçirilmiş və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kimyəvi ekspetizasının 6/580 nömrəli 09 fevral 2025-ci il tarixli ekspertiza rəyinə əsasən müəyyən olmuşdur ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 49" dairəvi möhür əksi,” Təqsirləndirilən şəxs2 (imza)” yazısı və imzalar olan zərifdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,512 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Aparılmış ekspertiza tədqatının dəyəri 114 (yüz on dörd) manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsi Ambulator Məcburi- X5 794 nömrəli 12 fevral 2025-ci il tarixli rəyinə əsasən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs1 opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan Asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin halhazırda abstinensiya, intoksikasiya əlamətlərin olmamasını nəzərə alaraq,həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsi Ambulator X1 784 nömrəli 12 fevral 2025-ci il tarixli rəyinə əsasən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs2 opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan Asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərin olmamasını nəzərə alaraq,həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəylərini sübut növü kimi qəbul etmişdir. İş materiallarında olan 10 fevral 2025-ci il tarixli qərarlardan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin tədqiqatına təqdim edilmiş bükümdə təmiz çəkisi 0,526 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin, cinayət işi üzrə maddi sübut kimi hesab edilərək, tədqiqatdan sonra 0,05 qram sərf edilmiş 0,476 qram qalığının məhkəmə baxışınadək saxlanılması üçün Səbail RPl-nin Növbətçi Hissəsinə təhvil verilmişdir. Həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin tədqiqatına təqdim edilmiş bükümdə təmiz çəkisi 0,512 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin, cinayət işi üzrə maddi sübut kimi hesab edilərək, tədqiqatdan sonra 0,05 qram sərf edilmiş 0,462 qram qalığının məhkəmə baxışınadək saxlanılması üçün Səbail RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir. “Şübhəli şəxs qismində” tutulma protokolu, “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunmasına dair” və “qətimkan tədbirinin seçilməsi haqqında” qərarlardan görünür ki, Təqsirləndirilən şəxs2 09 fevral 2025-ci il tarixdə, saat 00:40-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutumuş, 10 fevral 2025-ci il tarixdə isə onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, Səbail RPİ-nin MSY-dən dərhal azad edilmişdir. Təqsirləndirilən şəxs2 sonuncu qərar ilə 10 fevral 2025-ci il tarixdə, saat 14:50də tanış edilmişdir. “Şübhəli şəxs qismində” tutulma protokolu, “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunmasına dair” və “qətimkan tədbirinin seçilməsi haqqında” qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1 09 fevral 2025-ci il tarixdə, saat 00:30-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutumuş, 10 fevral 2025-ci il tarixdə isə onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, Səbail RPİ-nin MSY-dən dərhal azad edilmişdir. Təqsirləndirilən şəxs2 sonuncu qərar ilə 10 fevral 2025-ci il tarixdə, saat 14:50də tanış edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış məhkumluq haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Suraxanı Rayon Məhkəməsinin 01 fevral 2018-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 Azırbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə zərərçəkmiş şəxslə barışdığına və ziyanı tam ödədiyinə görə xitam verilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətmələri özlərinin məhkəmə və ibtidai istintaq zamanı verdikləri ifadələri ilə yanaşı, şahidlərin ifadələri, iş materiallarında əlavə edilmiş video görüntülər, ekspertiza rəyləri və cinayət işi üzrə toplanmış digər materiallarla tam təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPMnin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, videogörüntüləri və iş üzrə digər sənədləri, habelə iş üzrə digər maddi sübutları sübut növü kimi qəbul edib həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş, onların həmin maddələrdə nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirləri tam sübuta yetirilmiş və onlar törətdikləri cinayət əməllərinə görə təqsirli bilinib cəzalandırılmalıdırlar. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətinə cəlb olunmalarını istisna edən hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, qanuna əsasən cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən xeyli miqdarının 0,15 qram olduğu halda üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminin 0,526 qram olduğunu, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddəni əldə etmə, saxlama və daşıma cinayət əməlini törətməkdə ittiham olunmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, cəmiyyətdən təcrid olunmadan Təqsirləndirilən şəxs1 islah olunması mümkün deyildir və islah olunması məqsədilə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs1 əməlindən peşaman olmasını və gənc olmasını onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddəni əldə etmə, saxlama və daşıma cinayət əməlini törətməsi onun cəzasını ağırlaşdıran hallar qismində nəzərə alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbirinin ləğv edilməsini, barəsində “həbs” qətimkan tədbiri seçilməsini və onun dərhal məhkəmə iclas zalından həbsə alınmasını əsaslı hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, qanuna əsasən cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən xeyli miqdarının 0,15 qram olduğu halda üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminin 0,512 qram olduğunu, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddəni əldə etmə, saxlama və daşıma cinayət əməlini törətməkdə ittiham olunmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, cəmiyyətdən təcrid olunmadan Təqsirləndirilən şəxs2 islah olunması mümkün deyildir və islah olunması məqsədilə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 əməlindən peşaman olmasını, əvvəllər məhkum olunmamasını və gənc olmasını onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddəni əldə etmə, saxlama və daşıma cinayət əməlini törətməsi onun cəzasını ağırlaşdıran hallar qismində nəzərə alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbirinin ləğv edilməsini, barəsində “həbs” qətimkan tədbiri seçilməsini və onun dərhal məhkəmə iclas zalından həbsə alınmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xüsusi müsadirə cinayəthüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu və 353.4.11-cu maddələrinə uyğun olaraq iş üzrə ekspertiza xərclərinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulmasını, iş üzrə maddi sübut qismində tanınmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsində saxlanılan təmiz çəkisi 0,526 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, cinayət işi üzrə maddi sübut kimi hesab edilərək, tədqiqatdan sonra 0,05 qram sərf edilmiş 0,476 qram qalığının və təmiz çəkisi 0,512 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin, cinayət işi üzrə maddi sübut kimi hesab edilərək, tədqiqatdan sonra 0,05 qram sərf edilmiş 0,462 qram qalığının hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, 02 (iki) ədəd “DVD” diskin iş materiallarında saxlanılmasını, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs1, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 09 fevral 2025-ci il tarixdən 10 fevral 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu müddətin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutularaq, üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli hökm elan olunduğu vaxtdan, yəni 08 iyul 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbirinin ləğv edilsin, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs2, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 09 fevral 2025-ci il tarixdən 10 fevral 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu müddətin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutularaq, üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli hökm elan olunduğu vaxtdan, yəni 08 iyul 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbirinin ləğv edilsin, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbsə alınsın. İş üzrə maddi sübut Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsində saxlanılan iki bükmdə 0,476 qram və 0,462 qram qalıq kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 02 (iki) ədəd “DVD” disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs1 və 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs2 tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Az.MEM, VÖİN **********, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmə iclasları zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən 385 (üç yüz səksən beş) manat, Müdafiəçi2 Əsagər oğlu tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmə iclasları zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən 385 (üç yüz səksən beş) manat pul tutulub, “Kapital Bank”-ın 03 saylı Vəkil Bürosunun Səbail filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar