Məhkəmə qərarları › İş №1(009)-158/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-158/2021

07.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-158/2021 07.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs videokonfrans formatında iştirakları ilə, Bakı şəhərində 07 iyun 2021-ci il tarixdə saat 14:00-da xx xxxxxx 1984-cü ildə Naxçıvan MR, Şərur rayonu, Oğlanqala kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkum olunmamış, Bakı şəhəri Səbail rayonu X15 küçəsi ev 88, mənzil 5 ünvanında qeydiyyatda olmaqla, hazırda barəsində həbs qətimkan seçilərək Bakı İstintaq Təcridxanasmda saxlanılan. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah, onun komplekt hissəsini və döyüş sursatını əldə etməklə saxlamış və gəzdirmişdir. İŞİN HALLARİ VƏ İTTİHAMİN DƏLİLLƏRİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq bir ədəd ******* nömrəli, zavod üsulu ilə İspaniya dövlətində istehsal olunmuş, 5,6 kalibrli “Star Lancer HKA modelli, texniki cəhətdən saz olan, atəşə yararlı, yivli odlu silahı hesab edilən tapança, bir ədəd əşya, zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz olan, bircərgəli, 5,6 mm kiçik kalibrli patronları saxlanılması üçün “Star Lancer HKA modelli tapançaların komplekt hissəsi olan daraq və səkkiz ədəd zavod üsulu ilə hazırlanmış 5,6 mm kiçik kalibrli olmaqla, “TOZ” modelli yivli tüfənglərdən və həmin kalibrli digər yivli odlu silahlardan atəş açmaq üçün yararlı döyüş sursatı hesab edilən patronlarını əldə edib saxlamaqla üzərində gəzdirmiş, o, 14 fevral 2021 - ci il tarixdə saat 22:10-da Bakı şəhəri Səbail RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən ünvan 3 ünvanında yerləşən “Crown Pub” restoranının qarşısında saxlanılb, Bakı şəhəri Səbail RPİ-nin 39-cu PB-nə dəvət edilmiş və həmin gün saat 23:10-də Bölmənin inzibati binasının xidməti otaqların birində üzərinə keçirilən baxış zamanı üzərində olan şalvarın bel hissəsində qanunsuz əldə edərək üzərində gəzdirdiyi bir ədəd zavod üsulu ilə istehsal edilmiş odlu yivli silah hesab edilən tapança, onun komplekt hissəsi olan bir ədəd daraq və döyüş sursatı olan səkkiz ədəd patron aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, həqiqətəndə X2 ailə sürücüsü işləsə də, lakin onun barəsində dedikləri yalandır, belə ki, 14 fevral 2021-ci il tarixdə saat 22 radələrində idarə etdiyi “Saipa” markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Səbail rayonu, S.Vurğun küçəsi ilə Xəqani küçəsinin kəsişməsinə gəlmiş, orada yerləşən “CROWN PUB” restoranının qarşısında avtomobildən düşərkən tanımadığı polis əməkdaşları ona yaxınlaşıb, özlərini təqdim etdiklərini, üzərində silah gəzdirməkdə şübhəli bilindiyi üçün saxlanaraq Səbail RPİ-nin 39-cu PB-nə dəvət olunmuş, Polis bölməsində, xidməti otaqların birində şəxsiyyəti müəyyən edildikdən sonra hüquqlarını müdafiə etmək üçün vəkil təqdim olunmuş, hüquq və vəzifələri ona izah olunmuş, bundan sonra üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, axtarış keçirilməzdən əvvəl üzərində qanunsuz əşya və ya predmet olduğu təqdirdə könüllü şəkildə təqdim etməyi təklif olunmuş, o təxminən 3 gün qabaq yaşadığı Bakı şəhəri Səbail rayonu, X15 küçəsində yerləşən zibil qutularının yaxınlığında tapdığı və üzərimdə gəzdirdiyi bir ədəd sandıqçası, 8 ədəd patronu olan “Star” markalı tapançanı təqdim etmiş, bundan sonra qeyd olunan tapança, patronlar və sandıqça polis əməkdaşları tərəfindən götürülüb onun iştirakı ilə protokol tərtib edilmiş və o da həmin protokola qol çəkmişdir. Həmin vaxtı o sorğu zamanı tapançanmm, patronların və sandıqçanın X3 məxsus olmasını bildirməsinə əsas səbəb kimi Ağasəlim onun gələcəkdə cinayət məsulliyyətindən azad olunmağına köməklik etsin, lakin o sonradan fikirləşmişdir ki, böyük səhv etmiş və bu cür ifadə vermişdir. Ondan sonra bildirmək istəmişdir ki, üzərində aşkar olunmuş tapança, patronlar və sandıqçanı o, saxlanılmamışdan 3 gün qabaq yaşadığı Bakı şəhəri Səbail rayonu, X15 küçəsində yerləşən zibil qutularının yaxınlığında tapmış və üzərində saxlamış, tapança, sandıqça və patronları həmin müddətdə onun bel tərəfindən kəmərin altında olmuş, yenə də əlavə olaraq bildirmişdir ki, onun üzərindən aşkar olunmuş tapança, sandıqça və patronlar X2 və onun ailə üzvlərinin xəbəri olmamışdır. Təqsirləndirilən şəxs son sözündə əməlindən səmimi peşman olduğunun, ilk dəfə az ağır cinayət törətməsinin, himayəsində iki azyaşlı uşaqlarının olmasının, cinayətin açılmasına fəal fəal kömək etməsinin və ali təhsilli olmasının nəzərə alınmasını xahiş etdi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi təqsirləndirilən şəsin və şahid ifadələri və cinayət işi üzrə digər materiallarla kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 bildirmişdir ki, 14 fevral 2021-ci il tarixdə, təxminən saat 22:10 radələrində o, Səbail RPİ-nin Post Patrul Xidməti Bölüyünün əməkdaşları Şahid3, Təbriz Şıxəliyev və Şahid2 ilə birlikdə ünvan 5 ünvanında yerləşən “Crown Pub” restoranın qarşısında xidmət apardığımız zaman, əvvəllər tanımadığımız bir nəfər şəxsin ağ rəngli “Saipa” markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobildən düşərkən əynində olan şalvarın bel nahiyəsində odlu silaha bənzər dəmir parçasının olmasını gördüklərini, həmin şəxs iti addımlarla “Crown Pub” restoranına tərəf hərəkət edərkən onlar dərhal həmin şəxsə yaxınlaşıb, xidməti vəsiqələrini göstərməklə özlərini təqdim edərək Səbail RPİ-nin 39-cu Polis Bölməsinə dəvət etdiklərini və orada həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən olunduğunu, Polis Bölməsində xidməti otaqların birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində, paltarlarında və ya bədənində olması ehtimal edilən odlu silahı, hər-hansı bir qeyri-qanuni əşya və ya predmet varsa könüllü şəkildə təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli, üfüqi zolaqlı şalvarın bel hissəsindən bir ədəd üzərində “Star” yazılmış və ******* nömrəli həkk olunmuş tapançanı, bir ədəd həmin tapançaya aid sandıqçanı və sandıqça üzərində 8 (səkkiz) ədəd patronu təqdim edərək, həmin tapançanı müdiri X3 məxsus olduğunu, 14 fevral 2021-ci il tarixdə işdən çıxarkən avtomobildən götürərək öz üzərində saxladığını, həmin gün saat 22 radələrində polis əməkdaşları tərəfindən saxlanılaraq Polis Bölməsinə aparıldığını bildirdiyini, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd üzərində “Star” yazılmış və ******* nömrəli həkk olunmuş tapançanı, bir ədəd həmin tapançaya aid sandıqçanı və sandıqça üzərində 8 (səkkiz) ədəd patronu kağız zərfdə qablaşdırılıb Daxili İşlər Nazirliyinin 49 saylı möhürü ilə möhürlənərək götürüldüyünü, şəxsi axtarış davam etdirilərkən bir ədəd üzərində “Star” yazılmış və ******* nömrəli həkk olunmuş tapançanı, bir ədəd həmin tapançaya aid sandıqçanı və sandıqça üzərində 8 (səkkiz) ədəd patronu əynindəki boz rəngli şalvarın sağ yan cibindən 85 manat pulu və “Argo” markalı siqareti çıxarıb təqdim etdiyini, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş siqaret və 85 manat pul iş araşdırma cinayət təqibi üzrə əhəmiyyət kəsb etmədiyi üçün özünə qaytarıldığı, şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və ya sənədlər aşkar edilmədiyini göstərmişdir. Cinayət işi üzrə şahid qismində dindirilmiş Bakı şəhəri Səbail RPİ-nin Post-patrul xidməti bölüyü polis nəfərləri X5, Şahid3 və X6 şahid qismində dindirilmiş X8 ilə eyni məzmunlu ifadə vermişlər. İŞ MATERİALLARİNDA OLAN VƏ MƏHKƏMƏ BAXİŞİNDA TƏDQİQ EDİLMİŞ: Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin video görüntüsünə baxış keçirilmiş və onun 14 fevral 2021-ci il tarixdə saat 22:10-da ünvan 3 ünvanında yerləşən “Crown Pub” restoranının qarşısında saxlayanılaraq Səbail RPİ-nin 39-cu PB-nə dəvət edilmiş və həmin gün saat 23:10-də Bölmənin inzibati binasının xidməti otaqların birində üzərinə keçirilən baxış zamanı üzərində olan şalvarın bel hissəsində qanunsuz əldə edərək üzərində gəzdirdiyi bir ədəd zavod üsulu ilə istehsal edilmiş odlu döyüş silah hesab edilən tapança və səkkiz ədəd patron aşkar edilərək götürüldüyü müəyyən edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 15 fevral 2021-ci il tarixli 21/133R nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd ******* N-li silah, zavod üsulu ilə İspaniya dövlətində istehsal olunmuş, 5.6 mm kalibrli, Star Lancer HK modelli tapançadır, yivli odlu döyüş silahıdır, texniki cəhətdən sazdır və atəşə yararlıdır. Tədqiqata təqdim edilmiş 08 ədəd patronlar, zavod üsulu ilə istehsal olunmuş 5.6 mm kiçik kalibrli olmaqla həmin kalibrli Marqolin konstruksiyalı tapançalardan,TOZ modelli yivli tüfənglərdən və həmin kalibrli digər yivli odlu silahlardan atəş açmaq üçün nəzərdə tutulmuşdur, döyüş sursatı sayılır, istifadə və atəş üçün yararlıdırlar. Tədqiqata təqdim edilmiş 01 ədəd əşya, zavod üsulu ilə istehsal olunmuşdur, 5.6 mm kalibrli Star Lancer HK modelli tapançaların komplekt hissəsi olan darağıdır, texniki cəhətdən sazdır, bircərgəlidir və 5.6 mm kiçik kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuşdur. Eksperimental atəşlər zamanı əldə olunmuş nümunələr DİN-nin KTİ-də yerləşən “güllə-giliz” kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə və gilizlərlə müqayisəli tədqiqat aparıldı. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. Qeyd: Tədqiqata təqdim olunmuş 08 ədəd 5,6 mm kalibrli patronlardan 03 ədədi eksperimental atəşlər zamanı istifadə olundu. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir ədəd ******* nömrəli, zavod üsulu ilə İspaniya dövlətində istehsal olunmuş, 5,6 kalibrli “Star Lancer HK” modelli, yivli odlu döyüş silahı tapança, bir ədəd daraq və səkkiz ədəd zavod üsulu ilə hazırlanmış 5,6 mm kiçik kalibrli olmaqla, döyüş sursatı hesab edilən patronlar maddi sübut hesab edilmiş və saxlanılmasından ötrü Bakı şəhəri Səbail RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 fevral 2021ci il tarixdən şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 14 fevral 2021ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 14 oktyabr 2009-cu il tarixli X4 və 07 fevral 2012-ci il tarixli X7 adlı övladları var. Xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmətdə müsbət xarakterizə olunmuşdur. Diplomun surətindən görünür ki, Təqsirləndirilən şəxs 18 iyun 2004-cü il tarixdə “İngilis-dili” ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi verilmişdir. Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamələrdən göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM- nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah, onun komplekt hissəsini və döyüş sursatını əldə etməklə saxlaması və gəzdirməsi, yəni 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir və onun törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə, istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşiman olmasını və gənc olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, qanunsuz olaraq odlu silah, onun komplekt hissəsini və döyüş sursatını əldə etməklə saxlaması və gəzdirməsi ittiham olunmasını, habelə cəzanı yüngüləşdirən halları və cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, cəmiyyətdən təcrid olunmadan Təqsirləndirilən şəxs islah olunması mümkün deyildir və islah olunması məqsədilə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, ilk dəfə az ağır cinayət törətməsini, əməlindən səmimi peşman olmasını, himayəsində iki azyaşlı uşaqlarının olmasını, cinayətin açılmasına fəal fəal kömək etməsini və ali təhsilli olmasını cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzanı ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Ona görə də, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 353.4.5 və 353.4.8ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməli və cəzasının əvvəli şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 14 fevral 2021-ci il tarixdən hesablanmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbləri baxımından maddi sübut olan bir ədəd ******* nömrəli, zavod üsulu ilə İspaniya dövlətində istehsal olunmuş, 5,6 kalibrli “Star Lancer HK” modelli, yivli odlu döyüş silahı tapança, bir ədəd daraq və səkkiz ədəd zavod üsulu ilə hazırlanmış 5,6 mm kiçik kalibrli olmaqla, döyüş sursatı hesab edilən patronların Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə verilməsini, 01 (bir) ədəd CD diskin iş materiallarında saxlanmasını, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmənin əvvəli 14 fevral 2021-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan bir ədəd ******* nömrəli, zavod üsulu ilə İspaniya dövlətində istehsal olunmuş, 5,6 kalibrli “Star Lancer HK” modelli, yivli odlu döyüş silahı tapança, bir ədəd daraq və səkkiz ədəd zavod üsulu ilə hazırlanmış 5,6 mm kiçik kalibrli olmaqla, döyüş sursatı hesab edilən patronlar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilsin. Bakı şəhəri, 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə 312 (üç yüz on iki) manat, pul vəsaiti dövlət büdcəsindən tutulub, Bakı şəhəri 3 saylı Vəkil Bürosunun “Kapital Bank”-ın 1 saylı Səbail rayon filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar