Məhkəmə qərarları › İş №1(009)-158/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-158/2022

14.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-158/2022 14.09.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs aldatma yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. İttiham aktına əsasən Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Cavid Səfərliyə məxsus “Toyota Prius” markalı ** MJ *** dövlət nömrə nişanlı avtomobili Zərərçəkmiş şəxs 8.000 (səkkiz min) manat qarşılığında satacağına vəd verərək, sonuncunu bu adla aldadıb ilk dəfə 20 fevral 2022-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu, Badamdar qəsəbəsi, M.Müşviq küçəsində yerləşən “Maşın Bazarı” kimi tanınan ərazidə 500 (beş yüz) manat məbləğdə və 21 fevral 2022-ci il tarixdə ünvan 4 ünvanda yerləşən Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasının qarşısında 1600 (bir min altı yüz) manat məbləğdə nağd pulunu vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirdikdən sonra verdiyi vədinə əməl etməyib aldatmaqla, Zərərçəkmiş şəxs ümumilikdə 2100 (iki min yüz) manat məbləğdə maddi ziyan vurumaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, onun əvvəllər Cavid Səfərov adlı tanışı olmuş, sonuncu ilə münasibəti normal olmuş, bəzən Cavid üçün xırda məişət işləri, yəni avtomobilini yumaq, bağbanlıq işləri görmək və sair işləri görüb pul qazanmışdır, lakin Cavid təxminən bir il əvvəl ailəsi ilə birlikdə Azərbaycandan Braziliya Respublikasına köçüb getdiyi üçün Cavidlə əlaqəsi kəsilmiş, sadəcə Cavidin özünə məxsus olan «Toyota Prius» markalı, ** MJ *** dövlət nömrə nişanlı avtomobili olduğunu və satması üçün Şahid adlı qohumuna verdiyini bilmişdir. O, 2022-ci ilin fevral ayının əvvəllərində pul qazanmaq üçün həmin avtomobili satmaq və pul əldə etmək qərarına gəlmiş, ona görə də əlaqə saxlayıb Cavid Səfərova demişdir ki, avtomobili daha baha qiymətə satması üçün ona versin ki, təmir etdirib qaytarsın. Cavid ona inanaraq, qohumu Şahidla danışmışdır. Sonra 20 fevral 2022-ci il tarixdə gedib Eminin yaşadığı evin qarşısından «Toyota Prius» markalı ** MJ *** dövlət nömrə nişanlı avtomobilin açarlarını götürmüş və avtomobili satmaq üçün Bakı şəhəri, Yasamal rayonu, M.Müşviq küçəsində yerləşən «Maşın Bazarı» kimi tanınan yerə aparmışdır. Orada əvvəllər tanımadığı və ilk dəfə gördüyü Zərərçəkmiş şəxs adlı şəxs ona yaxınlaşaraq, satışa qoyduğu «Toyota Prius» markalı ** MJ *** dövlət nömrə nişanlı avtomobilin qiymətini soruşmuş və o, avtomobili 8000 manata satdığını bildirmişdir. Zərərçəkmiş şəxs onunla razılaşaraq, avtomobili almaq istədiyini bildirmiş və orada beh olaraq, ona 500 manat vermişdir. Sonra onlar danışmışlar ki, növbəti gün günorta Yasamal rayonunda yerləşən notariat ofisində görüşsünlər və o, həmin avtomobilə dair etibarnamə versin. Orada o, Şahid zəng edib demişdir ki, avtomobili almaq istəyən şəxs var və avtomobili almaq istəyən şəxsə etibarnamə versin. 21 fevral 2022-ci il tarixdə o, Zərərçəkmiş şəxs ilə ünvan 5 ünvanda yerləşən Azərbaycan Respublikası DİN-in Baş Narktiklərlə Mübarizə İdarəsinin inzibati binasının qarşısında görüşmüş, orada Zərərçəkmiş şəxs avtomobili satmaq üçün əlavə 1600 manat almışdır. Onlar “Maşın Bazarında” yerləşən notariat ofisinə getmişlər, lakin orada notariat bağlı olduğundan, Bakı şəhəri 4-cü mkr ərazisində yerləşən 32 saylı notariat kontorunun qarşısına getmişlər. Orada olanda o, Şahid zəng edib 32 saylı notariat kontorunun qarşısına çağırmış və saat təxminən 15:00 radələrində Emin də həmin yerə getmişdir. Əvvəl o, Emini kənara çəkib söhbət etmiş və Zərərçəkmiş şəxs ilə söhbət etməməyi xahiş etmişdir, lakin bir neçə dəqiqə sonra Şahidla Zərərçəkmiş şəxs söhbət etdiklərini görmüş, həmin şəxslərə yaxınlaşan zaman Emin ondan soruşmuşdur ki, qohumu Cavid Səfərov onun Cavidə məxsus avtomobili 14000 manata deyil, 8.000 manata satdığından xəbərdardırmı. O, cavab verə bilməmiş, bir neçə saniyə susanda, Şahid avtomobili satmaqdan imtina etdiyini bildirmişdir. Ona görə, o, Zərərçəkmiş şəxs bir qədər əsəbləşdiyini görüb pulunu tələb edəcəyini başa düşdüyü üçün mobil telefonunu qulağına tərəf tutaraq, guya Cavid Səfərovla danışdığı təsəvvürü yaradıb oradan bir qədər uzaqlaşmış və dərhal oradan qaçaraq binaların arasında gizlənmiş, Zərərçəkmiş şəxs bir neçə nəfər adamla birlikdə onun arxasından qaçıb axtardığını görsə də, oradaq qaçıb gözdən itmişdir. Bir daha Zərərçəkmiş şəxsla görüşməmiş və aldığı pulu da xərclədiyi üçün qaytara bilmədiyinə görə yayınmağa başlamışdır. Bir müddət sonra isə onu polis əməkdaşlarının axtardığını və Zərərçəkmiş şəxs onun barəsində polisə şikayət etdiyini öyrənmişdir. Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək Zərərçəkmiş şəxsla barışdığını, dəymiş zərəri ödədiyini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi olmadığını bildirərək bəraətverici əsaslar olmadan iş üzrə icraata xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyan tamamilə ödənildiyini, təqsirləndirilən şəxs qarşı şikayət və tələbi olmadığını bildirərək nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış və həmin şəxslə heç vaxt mübahisəsi, ədavəti və ya düşmənçiliyi olmamışdır. O, 20 fevral 2022-ci il tarixdə saat təxminən 09:00 radələrində avtomobil almaq üçün Yasamal rayonunda yerləşən «Maşın bazarı» kimi tanınan yerə getmiş, «Toyota Prius» markalı ** MJ *** dövlət qeydiyyatlı nömrə nişanlı avtomobili görüb bəyənmiş, həmin vaxtı Təqsirləndirilən şəxs adlı şəxslə tanış olmuş və həmin şəxsdən 8.100 manata həmin avtomobili almağa razılaşmışlar. O, həmin gün Təqsirləndirilən şəxs 500 manat məbləğdə beh vermiş, Tamerlan isə 500 manatın qarşılığında ona avtomobilin texniki vəsiqəsini vermişdir. 21 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs ilə Səbail rayonu Badamdar qəsəbəsi A.Abbaszadə küçəsində yerləşən DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin qarşısında görüşüb Tamerlana əlavə olaraq 1600 manat məbləğdə də əlavə pul vermişdir. Sonradan o, Təqsirləndirilən şəxs ilə birlikdə 32 saylı notariat kontoruna getmişlər. Onlar həmin yerə çatanda, notariat ofisinin qapısının qarşısında sonradan Təqsirləndirilən şəxs vasitəsi ilə tanış olduğu və almaq istədiyi «Toyota Prius» markalı ** MJ *** dövlət qeydiyyatlı nömrə nişanlı avtomobilin sahibi olan Şahid Tamerlanı ondan uzaqlaşdırmış, kənarda söhbət etməyə başlamışlar. Sonra Şahid telefonla kiminləsə danışmağa başlamış və Tamerlandan bir qədər aralanmışdır. Həmin an Tamerlan onlardan aralanıb qaçıb getmiş, onlar Tamerlanın arxasından qaçsalar da, çata bilməmişlər. Bundan sonra o, dərhal DİN-in «102» zəng xidmətinə zəng vurub hadisə barədə məlumat vermişdir. Daha sonra o, Şahid ilə söhbət edərkən öyrənmişdir ki, avtomobilin satış qiyməti 8100 manat deyil, 14000 manat olmuşdur. O, pulunu Təqsirləndirilən şəxs verəndə yanlarında heç kim olmamış, yalnız Tamerlanla ikisi olmuşlar. O, Təqsirləndirilən şəxs avtomobil almaq üçün Yasamal rayonu ərazisində yerləşən “Maşın bazarı” kimi tanınan yerə gedəndə tanımış, Tamerlan özünü ona avtomobil satıcısı kimi təqdim etmişdir və bundan sonra aralarında tanışlıq yaranmışdır. Şahid isə o, əvvəllər heç vaxt tanımamış və həmin şəxslə heç bir münasibəti, ədavəti və ya düşmənçiliyi olmamışdır. Hadisə nəticəsində ona cəmi 2100 manat məbləğdə maddi ziyan dəymişdir. xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs müraciət əsasında toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. 27.05. 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. xx.xx.2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(009)-158/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə “həbs” qətimkan tədbiri seçilmiş və Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilmişdir. Səbail Rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli, 065-21707-1222 nömrəli məktubuna əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutularaq Səbail Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə təhvil verilmişdir. Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs: - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə CMnin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək şərti maliyyə vahidinin 600 misli miqdarında cərimə cəzasına məhkum edilmişdir. - Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 08 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Apellyasiya Məhkəməsinin xx.xx.2006-cı il tarixli qərarı ilə CM-nin 62-ci maddəsi tətbiq edilməklə cəzası 02 ilə endirilmiş, Bakı şəhəri Əzizbəyov Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmuşdur. - Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə CM-nin 178.3.2-ci maddəsi ilə 08 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2018-ci il tarixdə Xəzər Rayon Məhkəməsinin qərarı ilə hökm dəyişdirilərək əməli CM-nin 178.2.4-cü maddəsinə tövsif edilmiş, cəzası 04 il 09 aya endirilmişdir. xx.xx.2020-ci ildə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-183/16 saylı, xx.xx.2016 tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 178.3.2-ci maddəsi ilə 08 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2015-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsinə əsasən Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tamamilə ödənilmiş, təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs ərizəsinə əsasən Zərərçəkmiş şəxsla barışmış, dəymiş zərəri ödəmiş, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi yoxdur. Bəraətverici əsaslar olmadan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, zərərçəkmiş şəxs, şahidin məhkəmə iclasında verdikləri ifadələr və digər iş materialları ilə onun aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif edilməlidir. Lakin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən CPM-nin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. CPM-nin 40.3-cü maddəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən Bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Yuxarıda göstərilən qanunvericlik normalarını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş maddi ziyanı tamamilə ödədiyindən, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən heç bir tələbi və şikayəti olmadığından Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri xitam olunmalı və o, dərhal məhkəmə iclası zalında həbsdən azad edilməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə və ibtidai istintaq zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.3, 43.1.2, 193, 344-347, 357-358 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri xitam olunsun və o, dərhal məhkəmə zalında həbsdən azad edilsin. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 240 (iki yüz qırx) manat Bakı şəhəri 3 saylı Vəkil Bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar