Məhkəmə qərarları › İş №1(009)-158/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-158/2024

18.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-158/2024 18.09.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Şirməmmədova Günel Lətif qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1980-ci ildə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, usta işləyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2rəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 18 sentyabr 2024-cü il tarixdə saat 11.15-də məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə olan heroin əldə edib üzərində saxlamaqla daşımış və satmışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən, naməlum vaxtda və satış məqsədilə narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımış, 14 noyabr 2023-cu il tarixdə saat 18 radələrində ünvan 4 ünvanında yerləşən mənzildə o, Şahid3 30 manat müqabilində 03 ədəd bükümdə narkotik vasitə heroini satmış, sonuncu həmin bükümlərdən bir ədəd bükümdəki çəkisi istintaqa məlum olmayan miqdarda olan narkotik vasitə heroini dərhal həmin ünvanda istifadə etməklə digər iki ədəd bükümdə ayrı-ayrılıqda 0,200 qram ve 0,187 qram olmaqla ümumi 0,387 qram narkotik vasitə heroini üzərində götürərək həmin ünvanı tərk etmiş, Şahid3 xx.xx.2023-cu tarixdə saat 18:50 ünvan 4 ünvanın qarşısında Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb, həmin bölməyə gətirilməklə üzərində aparılan şəxsi axtarış zamanı onun tərəfindən Şahid3 satılmış iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,200 və 0,187 qram ümumi 0,387 qram narkotik vasitə sonuncunun üzərindən aşkar edilərək götürülmüş, bundan sonra əməliyyat axtarış tədbirlərinin davamı olaraq Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, 14 noyabr 2023-cü il tarixdə saat 23:45 radələrində ünvan 6 ünvanında yerləşən "Bolmart" marketin qarşısında saxlanılıb, Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə aparılaraq, 15 noyabr 2023-cu il tarixdə saat 00:55 radələrindən etibarən üzərinə keçirilən şəxsi axtarış zamanı qanunsuz olaraq satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşıdığı qələm qəddiyənin içərisində iki ədəd kağıza bükülmüş bükümlər olan ayrı-ayrılıqda təmiz çəkiləri 0,162 qram ve 0,042 qram ümumi təmiz çəkisi 0,204 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin olan boz rəngli şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2011-ci ildən narkotik vasitə istifadə edir. 14 noyabr 2023-cü il tarixdə, saat 09 radələrində Akifə zəng etmiş, Akif sonra danışa biləcəyini demiş, həmin vaxt alacağı olmuş və 50 manata almışdır. Bundan yarım saat sonra Akif ona zəng vurmuş, danışdıqdan sonra kartına 20 manat pul atmış və qəbzi göndərmişdir. Akif ona demişdir ki, Nərgiz mal istəyir, lakin hal-hazırda malı olmadığı üçün onun nömrəsini vermişdir. Nərgizi əvvəllər bir neçə dəfə Akifin evində görmüş, lakin şəxsi tanışlığı olmamışdır. Bir müddət sonra Nərgiz zəng edərək tez Akifgilə gəlməyi, taksi pulunu da özü verəcəyini demişdir. Akifin evinə gəldikdə masanın üzərində 06 ədəd büküm narkotik vasitə heroin var idi. Onlardan 02 ədəd bükümünü götürmüş, 04 ədəd bükümü orada qalmışdır. Nərgiz pulu karta atmağı təklif etmiş, üzərində kart olmadığı üçün pulu Akifə atmağı demişdir. Nərgizin verdiyi pul taksi üçün 10 manat olmuşdur. Sonradan təcili evə getməli oluduğu üçün bükümləri götürərək Akifin evindən çıxmışdır. Həmin gün axşam saatlarında ünvan 8i küçəsi 96 ünvanında yerləşən “Bolmart” marketin qarşısında Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin əməkdaşları saxlamış və üzərində narkotik vasitə olub-olmamağını soruşmuşlar. Daha sonra Nərgizi tutuduqlarını və Nərgizin narkotik vasitələri onun verdiyini dediyini demişlər. Akif Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə başqa cinayət işinin olduğunu, bu da olsa vəziyyətin pis olacağını demiş, Akifi satmamaq və qorumaq üçün malları özünün aldığını və satdığını demişdir. Halbuki Nərgizə narkotik vasitə satmamış və pul almamışdır. Sadəcə 10 manat taksi pulu vermişdir. Akif onu aldatmış, çıxdıqdan sonra kömək edəcəyini desə də, etməmişdir. Qeyd olunanların nəzərə alınmasını, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında şahid Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin polis sahə inspektoru Şahid2 ifadəsində göstərmişdir ki, bölməyə Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması və daşıması barədə məlumat daxil olmuş, şəxsin tutulması üçün əməliyyat qrupu yaradılmışdır. 14 noyabr 2023-cü il tarixdə şəxsi tutmaq üçün ünvana yollanmış və ünvan 8i küçəsi 96 ünvanında yerləşən “Bolmart” marketin qarşısında şəxsi tutaraq bölməyə gətirmişlər. Təhqiqatçı və vəkilin iştirakı ilə üzərinə baxış keçirilmiş və əynindəki şalvarının yan cibindən 02 ədəd büküm narkotik vasitə aşkar olunmuşdur. Şəxsin özü haradan, neçəyə, kimdən aldığını, habelə həm şəxsi istifadəsi, həm də satış üçün aldığını etiraf etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında şahid Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 14 noyabr 2023-cü il tarixdə növbədə olmuşlar və şəxsin üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması və daşıması barədə məlumat daxil olmuşdur. Həmin əraziyə yaxınlaşmış və ünvan 8i küçəsi 96 ünvanında yerləşən “Bolmart” marketin qarşısında Təqsirləndirilən şəxs saxlayaraq bölməyə gətirmişlər. Təhqiqatçının otağında üzərinə baxış keçirilmiş və üzərindən 02 ədəd büküm narotik vasitə heroin çıxmışdır. İfadəsində narkotik vasitəni satmaq üçün aldığını bildirmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında Şahid3 ifadəsində göstərmişdir ki, uzun müddətdir narkotik vasitələrdən istifadə edir. Akifi uzun müddətdir tanıyır. Anarı bir neçə dəfə Akifgildə görmüşdür. 14 noyabr 2023-cü il tarixdə Akifdən heroin istəmiş, o da hal-hazırda olmadığını, bir saat sonra verə biləcəyini demişdir. Daha sonra Akifin evinə gəlmiş, Akif Anara zəng edərək çağırmışdır. Anar gəldikdə narkotik vasitələri özü ilə gətirmişdir. Həmin narkotik vasitə heroindən 03 ədəd büküm götürmüş, Anara ödəniş etmək istəmiş, lakin Anar üzərində kartı olmadığı üçün pulu Akifin kartına göndərməyini demişdir. 30 manat bükümlər üçün, 20 manatı əlavə olaraq Akifə vermiş, ümumilikdə kart vasitəsilə 50 manat pul köçürmüşdür. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında Şahid3 eyni məzmunlu ifadə verərək məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında verdiyi ifadəsini təsdiqləmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında Şahid4 ifadəsində göstərmişdir ki, uzun müddətdir narkotik vasitə heroindən istifadə edir. Anarı usta olduğu üçün tanımış, lazım olanda kömək üçün çağırmışdır. Hadisə günü Nərgiz ondan narkotikinin olub-olmadığını soruşmuş, o da olmadığını demişdir. Daha sonra Nərgiz Anardan istəmiş, o da vermişdir. Ödəniş üçün Nərgiz Anarın kartına pul göndərmək istəmiş, lakin Anarın üzərində kart olmadığı üçün pulu kart vasitəsilə ona göndərmişdir. Nərgiz heroin üçün 20 manat və taksi pulu üçün 10 manat vermiş, lakin həmin gün axşam saatlarında polis əməkdaşları tərəfindən tutulduğu üçün pulu Anara verə bilməmişdir. Cinayət işində olan videogörüntüyə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılır. Təqsirləndirilən şəxs əynində olan boz rəngli idman şalvarının sağ cibindən qələm qəddiyənin içərisindən iki ədəd bükümü çıxarıb təqdim edir. Həmin büküm təhqiqatçı tərəfindən açıldıqda içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə aşkar edilir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu və İran İslam Respublikasının vətəndaşından şəxsi istifadəsi üçün əldə etdiyini, satış məqsədi olmadan tanışlarına verdiyini və müqabilində pul aldığını bildirir. Daha sonra iki ədəd büküm zərfə qoyularaq qablaşdırılır. Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizasının 15 noyabr 2023-cü tarixli, 3-16-16/2-6/6013 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası DİN “Zərflər üçün №49 dairəvi möhür əksi “Təqsirləndirilən şəxs (imza)...” yazısı və imzalar olan zərfdəki 02 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,162 qram və 0,042 qram, ümumi təmiz çəkisi 0,204 qram qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi 0,204 qram, tədqiqata sərf edildi 0,080 qram, qalıq çəkisi 0,124 qram. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş siyahılara əsasən heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 114 (bir yüz on dörd) manatdır. 15 yanvar 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ilkin xalis çəkiləri 0,162 qram və 0,042 qram, ümumi təmiz çəkisi 0,204 qram olan, müəyyən hissəsi tədqiqatlara sərf olunduqdan sonra qalıq çəkisi 0,124 qram olan narotik vasitə-heroin maddi sübut kimi tanınmış və saxlanması üçün Səbail Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir. Respublika Narkoloji Mərkəzinin xx.xx.2023-cü il tarixli 8410 №-li saylı rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. 15 noyabr 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. 15 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 14 noyabr 2023-cü il tarixdən saat 23:45-dən etibarən şübhəli şəxs qismində tutulmuşdur. 16 noyabr 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. 16 noyabr 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətə həbs qətimkan tədbirinin seçilməsi üçün təqdim edilmiş xx.xx.2023-cü il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilmişdir. 16 noyabr 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. 17 noyabr 2023-cü il tarixli qərarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə istintaq olunan cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə tövsif edilmiş və cinayət işinin istintaqı davam etdirilmişdir. 18 noyabr 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. 18 noyabr 2023-cü il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham dəyişdirilməklə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan yenidən ittiham elan olunmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 4(009)-799/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 02 (iki) ay 27 (iyirmi yeddi) gün müddətə həbs qətimkan qərarı seçilmişdir. 05 fevral 2024-cü il tarixli qərarla ********* nömrəli cinayət işindən şəxsiyyəti istintaqa məlum olmayan, narkotik vasitəni satmış şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmış və icraata qəbul edilərək istintaqı aparılmışdır. 09 fevral 2024-cü il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan olunmuş ittihamın məzmunu dəyişdirilməklə ona həmin maddə ilə yenidən ittiham elan olunmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 4(009)-72/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 20 (iyirmi) gün, yəni 05 mart 2024cü il tarixədək uzadılmışdır. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1980-ci il təvəllüdlü Təqsirləndirilən şəxs: - Gəncə Qarnizonu Hərbi Məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243-cü maddəsinə əsasən 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1999-cu il tarixli Amnistiya qərarının 3.3-cü maddəsinə əsasən azad edilmişdir. - Astara Rayon Məhkəməsinin xx.xx.2014-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2015-ci ildə Salyan Rayon Məhkəməsinin qərarı ilə xx.xx.2015-ci il tarixdə 05 (beş) ay 17 (on yeddi) gün vaxtından əvvəl şərti azad edilmişdir. İş materiallarına əlavə edilmiş qəbzin surətindən görünür ki, Şahid4 “Yelobank” hesabına 20 (iyirmi) manat məbləğində pul köçürülmüşdür. İş materiallarına əlavə edilmiş Astara Rayon Mərkəzi Xəstəxanasının 29 yanvar 2024-cü il tarixli arayışından görünür ki, Astara şəhər sakini Təqsirləndirilən şəxs xx.xx.2011-ci ildən Astara Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsinin narkoloji kabinetində “həşiş narkomanı” diaqnozu ilə dispanser qeydiyyatda durur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 27 may 2024-cü il tarixli elektron arayışından görünür ki, Təqsirləndirilən şəxs oğlu xx.xx.2005-ci il təvəllüdlü X5 xx.xx.2023-cü ildə müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə özünün qismən etirafı, şahid ifadələri, ekspert rəyi, iş materiallarına əlavə edilmiş işin digər halları ilə onun satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə olan heroin əldə edib üzərində saxlamaqla daşımaq və satmaq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Məhkəmə onun əməlinin istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməsini əsaslı sayır və qeyd edir ki, o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə əldə etdiyi 06 (altı) ədəd bükümdən 03 (üç) ədəd bükümdə narkotik vasitə heroini Şahid3 satmış və 02 (iki) ədəd bükümü üzərində saxlayaraq daşımışdır. Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda təqsirli bilməməsi, yəni narkotik vasitə heroini Şahid3 satış məqsədi ilə verməməsi iş materiallarında olan sənədlər, videogörüntü, şahid ifadələri ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hallar aşkar olunmadı. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkün deyil və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 14 noyabr 2023-cü il tarixdən 16 noyabr 2023-cü il tarixədək, yəni 02 (iki) gün müddətində həbsdə olması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanmaqla, 02 (iki) gün ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq 18 noyabr 2023-cü il tarixdən məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəzaçəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X2 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli 8410 №-li rəyinə əsasən Təqsirləndirilən şəxs məcburi müalicə təyin edilməli və o ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhər Səbail Rayon Polis İdarəsində saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,124 qram (ilkin təmiz çəki 0,204 qram) kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış 15 noyabr 2023-cü tarixli, 3-16-16/2-6/6013 saylı məhkəmə ekspertizası tədqiqatının xərci 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 04 (dörd) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 14 noyabr 2023-cü il tarixdən 16 noyabr 2023-cü il tarixədək, yəni 02 (iki) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutularaq, 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 03 (üç) il 03 (üç) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 18 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məcburi müalicə təyin edilsin və o ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhər Səbail Rayon Polis İdarəsində saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,124 qram (ilkin təmiz çəki 0,204 qram) kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0000003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 420 (dörd yüz iyirmi) manat tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar