Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-159/2021 08.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 03 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Sərdar oğlunun iştirakları ilə, 08 iyun 2021-ci il tarixdə saat 09:10-da, Bakı şəhərində Səbail Rayon Məhkəməsinin inzibati binasında xx xxxxxx 1992-ci ildə Qubadlı rayonun Hal kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, işləməyən, əvvəllər məhkum olunmuş, evli, orta təhsilli, Qubadlı rayonu, Hal kəndində qeydiyyatda olan və Bakı şəhəri,Səbail rayonu, G.Əliyev küçəsi ev 24,mənzil 6-da yaşayan, Səbail Rayon Məhkəməsinin 05 aprel 2021ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Sərdar oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 27 dekabr 2020-ci il tarixdə, axşam saat 23 radələrində, ünvan 1 ünvanda, rəsmi nikahları pozulmuş valideyinlərinə aid həyət yanı sahədə yerləşən anası Zərərçəkmiş şəxs məxsus bir otaqdan ibarət evin nəfəslik pəncərəsini sındıraraq yaşayış sahəsinə qanunsuz daxil olmaqla, həmin otaqdan kardon yeşiklərə yığılıb saxlanılan anası Zərərçəkmiş şəxs məxsus hər birinin qiyməti 60 manat olan cəmi 360 manat dəyərində 6 ədəd billur qablarını və cəmi 50 manat dəyərində mis məftil qırıntılarını gizli olaraq talayıb zərərçəkmiş şəxsə Zərərçəkmiş şəxs ümumilikdə 410 manat məbləğində ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən 02 yanvar 2021-ci il tarixdə, saat 23 radələrindən, ünvan 1 ünvanda, rəsmi nikahları pozulmuş valideyinlərinə aid həyətyanı sahədə yerləşən anası Zərərçəkmiş şəxs məxsus bir otaqdan ibarət evin taxta giriş qapısının iki ədəd asma qıfıllarını sındırmaqla yaşayış sahəsinə qanunsuz daxil olmaqla,otağın divarına bərkidilərək quraşdırılmış anası Zərərçəkmiş şəxs məxsus dəyəri 800 manat olan bir ədəd “Skyworth” markalı, “32E2000” modelli, 32 düymlü televizorunu və bir ədəd həmin televizora aid idarə etmə cihazını-özgənin əmlakını gizli olaraq talamaqla oğurlamışdır. İŞİN HALLARİ VƏ İTTİHAMİN DƏLİLLƏRİ: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Sərdar oğlu, ifadəsində elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, o, spirtli içkilərin alüdəçisi olub tüfeyli həyat tərzi keçirdiyi üçün arvadı iki nəfər azyaşlı uşağı ilə onu tərk edib valideyinlərinin evində yaşayır. Həmçinin atası Sərdər da spirtli içki alüdəçisi olduğundan anası Nailə 15 ildən artıq müddətdir ki, atasından rəsmi ayrılmış və Səbail rayonu G.Əliyev küçəsi 3 saylı həyət evində ayrı-ayrı otaqlarda yaşayırlar. O, hərdən gecələr atasının yanında qalır, bir çox vaxtlarda isə Bayıl qəsəbəsi ərazisində müxtəlif yerlərdə gecəliyir. O, tüfeyli həyat tərzi keçirdiyindən və ailəsini atdığından anası Nailə onu öz evinə buraxmır və qəbul etmir. Belə ki, 27 dekabr 2020-ci il tarixdə, axşam saat 23 radələrində, o, atası Sərdarin yanına gecələməyə gəlmiş, həyətdə olarkən atasının yaşadığı otağın qonşuluğundakı digər anasının yaşadığı otaq qapısı asma qıfılla bağlı olmasını görüb, anasının evdə olmamasını başa düşmüş, o, pulsuz və ac olduğumdan, anasının yaşadığı otağa gizlincə daxil olub oradan pul və ya dəyərli nəsə oğurlamaq qərarına gəlmişdir. O, anası Nailənin yaşadığı otağın qonşu həyət tərəfdən olan nəfəslik pencərənin cəftəsini qırıb açaraq otağa daxil olmuş, otağı axtardıqda pul tapmamış, orada kardon yeşiklərə yığılmış təzə şəkildə olan 6 ədəd billur qabları və polietilen topbaya yığılmış mis məftil qırıntılarını görüb götürərək, otağa daxil olduğu pencərədən çıxıb oradan uzaqlaşmış və həmin günü atasının yanında qalmamışdır. Səhəri günü oğurladığı 6 ədəd billur dairəvi qabları Bayıl bazarı yaxınlığında tanımadığı orta yaşlı qadına cəmi 12 manata satmış, bir torba mis məftil qırıntılarını isə ünvanını xatırlamadığı metal qırıntılarını qəbul edən məntəqəyə təhvil verib 20 manat pul əldə etmiş, əldə etdiyi pulları isə özü üçün xərcləmişdir. O, billur qabları tanımadığı qadına satarkən, həmçinin mis məftil qırıntılarını məntəqəyə təhvil verərkən oğurluq olmasını bildirməmiş, həmin oğurluğu o, tək törətmiş, anasının yaşadığı otaqdan oğurluq etməsini qonşu otaqda yaşayan atası Sərdər bilməmişdir. Bundan başqa, 02 yanvar 2021-ci il tarixdə, saat 23 radələrində, o, yenə atası Sərdərin yanına gəldiyi zaman qonşu otaqda yaşayan anası Nailənin evdə olmadığını, qapısı asma qıfılla bağlı olmasını görmüş, o, yenə pulsuz olduğundan anasının otağından oğurluq etmək qərarına gəlib, otağın giriş qapısında olan asma qıfılları həyətdən götürdüyü daş parçası ilə vurub açaraq otağa daxil olmuş,orada dəyərli və pula satılacağı yalnız divara bərkidilmiş orta ölçüdə xaricdə istehsal olmuş plazma televizorun olmasını görüb, həmin televizoru divardan sökmüş, həm televizoru həm də idarə etmə pultunu götürüb otağa daxil olduğu qapıdan bayıra çıxmış, qapını arxasınca örtüb gizlincə oradan uzaqlaşmış, vaxt gec olduğundan televizoru aparıb çöllükdə polietilenə bükərək gizlətmiş ki, müştəri tapıb satar. Bir neçə gündən anası Nailənin polisə oğurluq barədə şikayət edərək, oğurluğu törətməkdə ondan şübhə etdiyini bildirməsindən və o, polis tərəfindən axtarıldığını bilib, 2021-ci ilin yanvar ayının 04-dən 05-nə keçən gecə saat 02 radələrində, televizoru və pultu gizlətdiyi yerdən götürüb, gizlincə aparıb anasının yaşadığı həyətdə ağacın dibinə qoymuş ki, səhəri günü anası görüb götürsün. O, televizoru aparıb anasının yaşadığı həyətə qoyarkən, onu heç kəs görməmiş, həmçinin anasının otağından televizoru oğurlayarkən qonşu otaqda yaşayan atası Sərdər onun oğurluq etməsini görməmiş və ya bilməmiş, bu haqda o, da atasına deməmişdir. Oğurluqları o, tək törətmiş, heç kəs kömək etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə, əməlindən səmimi peşman olmasının, gənc olmasının, himayəsində iki azyaşlı uşağının olmasının, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsinin alınmasını xahiş etdi. Məhkəmə, iş materiallarını araşdırıb, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini dinləyib hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsiri məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri ilə yanaşı, ekspert rəyləri, sənədlər və tədqiq olunmuş digər sübutlarla da təsdiq olunur. Belə ki, əvvəlki məhkəmə iclasında ifadə vermiş Zərərçəkmiş şəxs bildirmişdir ki, o, ünvan 1 unvandakı həyətdə yerləşən bir otaqda tək yaşayır. O, əvəllər həmyerlisi 30.08.1957-ci təvəllüdlü Şahid1la evli olmuş, birgə nikahlarından, xx.xx.1992-ci il təvəllüdlü oğlu Təqsirləndirilən şəxs və 30.06.1996-cı il təvəllüdlü qızı Turanə Yaqublu olub, qızı ailəsi ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yaşayır, oğlu Tural arvadı Xəyalədən ayrılmış, arvadı iki azyaşlı ilə birlikdə öz valideyinlərinin yanında yaşayır,Tural isə küçələrdə yaşayaraq tüfeyli həyat tərzi keçirir. Tural əvvəllər onunla bir evdə yaşamış, sonralar spirtli içkilər və narkotik tərkibli maddələr qəbul edərək, tüfeyli həyat tərzində yaşayan şəxslərlə yoldaşlıq etdiyindən və ailəsinə baxmadığından o, Turalı evindən qovmuşdur. Həmin həyətdə, ona aid tək yaşadığı bir otaqlı yaşayış sahəsindən və mətbəx kimi istifadə etdiyi qapısı olmayan kiçib bir sahədən başqa, onun otağına bitişik şəraitsiz bir otaqda 2002-ci ildə rəsmi boşandığı keçmiş əri Sərdər yaşayır.Sərdər da oğlu kimi tüfeyli həyat tərzi keçirir, gündəlik fəhliklə qazandığı pulu isə mütəmadi spirtli içkiyə verir. O, Sərdərın yaşayış tərzinə qarışmır və maraqlanmır, o, yaşadığı otağa Tural və Sərdəra daxil olmağa icazə vermir, otağının açarları yalnız özündə olur. O, fərdi olaraq çox mərtəbəli yaşayış binasında xadiməlik edib çörək pulu qazanır. Eyni zamanda hazırki pandemiya ilə əlaqədar olaraq karantinə görə o,üç gün xadiməlik etdiyi binada, xadimə otağında qalır, növbəti iki günü isə evində olur. Belə ki, 28 dekabr 2020-ci il tarixdə saat 18 radələrində o, bir neçə gün iş yerində qalıb evinə dönüb yaşadığı otağın qapısını açdıqda, otağının qonşu həyətə baxan nəfəslik pencərənin cəftəsi sındırılmış olduğunu, evdə kardon yeşiklərə yığıb saxladığı hər birinin dəyəri 60 manat olan altı ədəd cəmi 360 manat dəyətində xaricdə istehsal olmuş təzə vəziyyətdə istifadə edilməmiş billur orta həcmli dairəvi formada meyvə qablarının və hər dəfə iş yerindən təmizlik işləri apararkən yığaraq topladığı, təxminən 50 manat dəyərində mis nagil qırıntılarını saxladığı polietil torbanın oğurlanmasını görmüş, dərhal başa düşdüş ki, bu oğurluğu da oğlu Tural edib, çünki o, əvvəllərdə həyətindən özünə məxsus əşyaları qərəzli şəkildə, ona ziyan vurmaq məqsədi ilə Tural oğurlayıb satdığına görə polisə şikayət etdiyi üçün, sonuncu evindən yenə oğurluq edəcəyini deyərək onu hədələmişdir. Buna görə də, o, DİN-nin “102” xidmətinə zəng edib oğurluq barədə məlumat verərək, həmin oğurluğu oğlu Tural etdiyini və onu öldürəcəyi ilə hədələdiyini bildirmişdir. Həmin şikayətlə bağlı 8-ci PB-də aparılan araşdırma zamanı Tural evindən büllür qablarını və mis nagil qırıntılarını oğurlamasını etiraf etmişdir. Həmin oğurluq nəticəsində Tural ona cəmi 410 manat maddi ziyan vurmuş, o, həmin oğurluqdan sonra küçədə Turalı görüb irad kimi bildirdikdə, Tural bu yolla onun axırına çıxacağını, acından öldürəcəyini deyərək hədələməsini, həmin hədə zamanı Tural ona heç bir fiziki zor tədbiq etməməsini və yanlarında heç kəsin olmamasını bildirmişdir. Bundan sonra, 01 yanvar 2021-ci il tarixdə, səhər saat 07 radələrində, yaşadığı otaqdan çıxıb, taxta qapını iki ədəd asma qıfılla bağlayıb iş yerinə getmiş, iki gün iş yerində qalmış və 03 yanvar 2021-ci il tarixdə saat 12 radələrində evinə döndükdə, yaşadığı otağın taxta qapınln iki ədəd asma qıfılları açıq cəftəsindən asılmış vəziyyətdə olmasını görmüş, qonşu otaqda olan keçmiş əri Sərdərdan otağının qapısını kimin açmasını soruşmuş, Sərdər yatdığı yerdən yarı sərxoş vəziyyətdə bilmədiyini, bundan xəbəri olmadığını bildirmişdir. O, qapıdan qıfılları çıxarıb otağa daxil olduqda, yaşadığı otaqda divara bərkidilmiş 800 manata 2020-ci ilin təxminən yanvar ayında kreditlə, on ay ərzində hər ay 80 manat ödəməklə aldığı “Samsunq” markalı plazma televizorun oğurlandığını görmüş, təkrar Sərdərdan televizorun kim götürməsini soruşduqda, sonuncu yenə xəbəri olmadığını və heç nə görmədiyini bildirmişdir. Sonra o, DİN-nin “102”xidmətinə zəng edib oğurluq barədə məlumat vermişdir. Müəyyən vaxtdan polis əməkdaşları gəlib televizorun oğurlandığı otağa baxış keçirmişlər. O, evindən televizorunu oğurlamaqda oğlu Turaldan şübhə etdiyini hər kəsə demişdir. Sonra 05 yanvar 2021-ci il tarixdə səhər saat 09 radələrində.o, yuxudan oyanıb həyətinə çıxdıqda, küçədən həyətə olan giriş qapısı yaxınlığında yerləşən tut ağacının dibində, evindən oğurlanmış bir ədəd televizorun və idarə etmə cihazını pultu qoyulmasını görüb götürmüş, sonra da istintaqa təqdim etmişdir. Həmin televizoru oğurlamasında o, oğlu Turaldan şübhə etdiyini bildirdiyi üçün oğlu gətirib həyətinə qoymasını, həyətinə qoyulduğu televizora diqqətlə baxdıqda həmin televizorun “Samsunq” markalı olmasını əvvəllər düzgün xatırlamadığını, üzərində “Skyworth”sözü yazılmasını görüb, həmin markadan olmasını, qaytarılmış televizorun özünə məxsus oğurlanmış televizor olmasını tam dəqiqliyi ilə tanımasını, həmin televizoru idarə etmə qurğusu ilə birlikdə cəmi 800 manata almasını, Turalın tüfeyli həyat tərzi keçirərək küçələrdə yaşamasından, bu həyat tərzi keçirdiyi üçün evindən qovduğundan, Turalın mütəmadi olaraq ona ziyan vurmasını,dəfələrlə həyətindən metaldan olan xırda ev əşyalarını oğurlayıb aparıb metal qəbulu məntəqələrinə təhvil verib,əldə etdiyi pulu isə spirtli içkiyə xərcləməsini, bu yolla ona mütəmadi ziyan vurmasını, Tural ona gördükdə yenə ziyan vuracağı ilə hədələməsini,Turalın oğurladığı xırda ev əşyaları ilə bağlı şikayət etməsini, oğlu dəfələrlə xırda talamaya görə inzibati məsuliyyətə cəlb olunmasını göstərmişdir. Zərərçəkmiş şəxs məhkəməyə müraciət edərək, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, onu bağışlamadığını, ona dəymiş ziyanın tam ödənilmədiyini və təqsirləndirilən şəxsə cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, o, ünvan 1 ünvanda yerləşən həyət evində yerləşən bir otaqda tək yaşayır. O, əvəllər həmyerlisi xx.xx.1964-cü təvəllüdlü Zərərçəkmiş şəxs ilə evli olmuş, birgə nikahlarından xx.xx.1992-ci il təvəllüdlü oğlu Təqsirləndirilən şəxs və 30.06.1996-cı il təvəllüdlü qızı Turanə Yaqublu olub. Onun familiyası Bayramov olsa da, övladlarının familyaları doğulduğu ildən onun ata familyası Yaqublu kimi qəbul edilmişdir. Qızı ailəsi ilə birlikdə Bakı şəhəri,Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yaşayır. Oğlu Tural mütəmadi spirtli içki qəbul edib tüfeyli həyat tərzi keçirdiyi üçün arvadı Xəyalə ondan ayrılmış iki azyaşlı uşaqları ilə birlikdə valideyinlərinin evində Səbail rayonu,Bayıl qəsəbəsi ərazisində yaşayır. Tural heç bir işlə məşğul olmur mütəmadi spirtli içki qəbul edir, varalaçılıq edib tüfeyli həyat tərzi keçirir,Bayıl qəsəbəsi ərazisində harda gəldi gecələyir, hərdən isə özü istədikdə gecələr gəlib onun yanında qalır. Onun yaşadığı otaq qeyd etdiyi ünvanda bir otaqdan ibarətdir, heç bir şəraiti olmayan təmirsiz otaqdır, qonşuluğunda otağına bitişik bir otaqdan və qarşısında yarımçıq tikilmiş qapısı olmayan,balaca mətbəx kimi istifadə olunan sahədə keçmiş arvadı Nailə tək yaşayır.Nailə bildiyinə görə hardasa xadiməlik edir, bir çox vaxtlarda xadiməlik etdiyi iş yerində gecələyir və evə gəlmir. Nailə oğlu Turalın tüfeyli həyat tərzi keçirdiyi və ailəsini atdığı üçün evinə buraxmır, qəbul etmir. Bu səbəbdən oğlu ilə aralarında qərəzli münasibətləri var. Tural hərdən həyətlərinə gəldikdə,evdə anasının olmamasından istifadə edib məişət və ev əşyalarını gizli olaraq oğurlayıb aparıb ucuz qiymətə sataraq, pul əldə edib spirtli içkiyə verir. Nailə də Turalın etdiyi oğurluqlara görə daimi polisə şikayət edir. Tural anasının evindən xırda oğurluqlar etdiyinə görə bir neçə dəfə inzibati həbsdə olub. Turalın anasına aid əşyaların oğurlamasından, onun xəbəri olmayıb, bunu görməmiş və hansı əşyaların oğurlamasını dəqiq bilmir. Son dövürdə yəni 2020-ci ilin dekabr ayının axırlarında, Nailə polisə müraciət edərək Turalın özünə aid otağın nəfəslik pəncərəsindən içəriyə daxil olub, otaqdan bir neçə billur qablarını oğurlamasından şikayət edib polis çağırmış, sonuncu dəfə isə 2021-ci ilin yanvar ayının əvəllərində oğlu Turalın özünə aid otağının qapısının qıfılını qıraraq içəriyə daxil olub, otaqda divarda bərkidilmiş bir ədəd plazma televizorun oğurlaması barədə polisə şikayət etmiş və polis əməkdaşları gəlib otağa baxış keçirmişdilər. Həmin oğurluq hadisəsindən bir neçə gün sonra,Tural anasının özündən şikayət etdiyini bilmiş və gecə saatlarında gizlincə gətirib həmin televizoru həyətə qoyaraq qaytarmış, Nailə də səhər həyətdə çıxdıqda televizoru görüb götürmüşdür. O, Nailənin yaşadığı otağın qonşuluğundakı otaqda yaşasa da, həmin televizoru Tural nə vaxt və hansı yolla oğurlamasını görməmiş, bu haqda xəbəri olmamış, o, bir çox vaxtlarda evdə olmur, çörək pulu qazanmaq üçün fəhləlik etməyə gedir, gündəlik qazandığı pula isə yemək və spirtli içki alıb içərək evə gəlib yatır, yəni o, evdə otağında olarkən bir çox vaxtları içkili və iş yorğunluğundan yatmış olur. Məhkəmə iclasında şahid kimi dindirilmiş Bakı şəhəri, Səbail RPİ-nin 8-ci PB-nin əməkdaşı Şahid2 ifadəsində göstərmişdir ki, o, Səbail RPİ-nin 8-ci PBnin sahə inspektoru, polis kapitanı vəzifəsində işləyir. ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs evindən baş vermiş oğurluq faktı onun xidmət apardığı əraziyə daxildir. Belə ki, Zərərçəkmiş şəxs yaşadığı həyət evində,sonuncu ilə bir həyətdə ayrıca bir otaqda, daimi spirtli içki qəbul edərək tüfeyli həyat tərzi keçirən keşmiş əri Sərdər Bayramov yaşayır, birgə nigahından olan oğlanları Təqsirləndirilən şəxs da tüfeyli həyat tərzi keçirdiyindən ailəsində ayrılmış və müxtəlif ərazilərdə yəni harda oldu gecəliyərək yaşayır, hərdən isə atası Sərdəran yanında qalır. Zərərçəkmiş şəxs xadimə kimi işləyərək dolandığından həftənin bir neçə günü iş yerində gecələyir və bundan istifadə edən Tural dəfələrlə anasına aid məişət və mətbəx əşyalarını oğurlayıb sataraq əldə etdiyi pula spirtli içki alaraq qəbul edir. Turalın anasının həyətindən və mətbəxindən etdiyi xırda talamalara görə Zərərçəkmiş şəxs dəfələrlə ərizə ilə müraciət etmiş və onun tərəfindən həmin xırda talamanı törətmiş oğlu T.X4 Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunaraq Səbail rayon məhkəməsinə təqdim olunmuş, rayon məhkəməsi tərəfindən inzibati həbs qərarı verilmişdir. Təqsirləndirilən şəxs 27 dekabr 2020-ci il tarixdə, anasının yaşadığı otağın nəfəslik peçərəsindən içəriyə daxil olaraq altı ədəd billur qabbalar və mis məftil qırıntalını oğurlaması və tanımadığı şəxslərə satıb.əldə etdiyi pulları spirtli içkiyə verməsini, 8ci PB-də aparılan təhqiqat araşdırması zamanı etiraf etmiş, həmin oğurluq cinayətindən sonra 03 yanvar 2021 -ci il tarixdə, anası Zərərçəkmiş şəxs DİN-nin “102” xidmətinə müraciət edərək yaşadığı otağın qapısının asma qıfılları sındırılmaqla içərisindən bir ədəd plazma televizorun oğurlanması barədə məlumat vermiş,həmin oğurluğu da törətməkdə oğlundan şübhə etdiyini bildirmişdir. O, Zərərçəkmiş şəxs oğlu Turalı müəyyən edib istintaqa təqdim etmək məqsədi ilə tədbirlər keçirərkən, 05 yanvar 2021-ci il tarixdə,Zərərçəkmiş şəxs onunla telefonla əlaqə saxlayıb səhər yaşadığı evin həyətdə oğurlanmış bir ədəd plazma televizoru aşkar etdiyini, həmin televizoru geçə saatlarında gətirib gizlincə həyətinə qoyulmasını bildirmiş, o, da Zərərçəkmiş şəxs bu haqda istintaqa gedib ifadə verməsini izah etmişd. Sonra onun və 8ci PB-nin digər əməkdaşlarının iştirakı ilə dirgə keçirilmiş əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs Bayıl qəsəbəsi ərazisində müəyyən edilib saxlanılmış, sorğular zamanı Təqsirləndirilən şəxs anasının otağından bir ədəd televizorun oğurlamasını etiraf edərək, həmin oğurluqla bağlı polis tərəfindən axtardığı bilib oğurladığı televizoru əvvəlki günü gecə saatlarında aparıb anasının həyətinə qoyaraq qaytarmasını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs ifadə verməsi üçün istintaqa təmin edilmiş, həmçinin barəsində olan inzibati protkolla Səbail rayon məhkəsinə təqdim edilmiş, 06 yanvar 2021 -ci il tarixdə barəsində bir ay müddətinə inzibati həbs seçilmişdir. İŞ MATERİALLARİNDA OLAN VƏ MƏHKƏMƏ BAXİŞİNDA TƏDQİQ EDİLMİŞ: 07 aprel 2021-ci il tarixdə ifadənin yerində yoxlanması protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs 27 dekabr 2020-ci il tarixdə, saat 23 radələrində, ünvan 3 ünvanındakı həyət evində yerləşən anası Zərərçəkmiş şəxs yaşadığı otağa daxil olduğu nəfəslik pencərəni, otaqdan kardon yeşikldən 06 ədəd billur qabları və bir polietilen torba mis məftil qırıntılarını götürüyü yeri, həmçinin təkrarən 02 yanvar 2021 -ci il tarixdə, saat 23 radələrində həmin ünvandakı anası Zərərçəkmiş şəxs yaşadığı otağa daxil olduğu qapını, otaqdaqda divardan sökərək televizoru götürdüyü yeri, televizoru və idarə etmə cihazı pultunu gizlətdiyi yeri, sonra isə geri gətirərək anası Zərərçəkmiş şəxs həyətində televizoru və pultunu qoyduğu yeri əyani olaraq göstərərək ifadə vermişdir. Təqdim etmə, götürmə və baxış keçirilməsi haqqında 07 yanvar 2021-ci il tarixli protokolundan görünür ki, bir ədəd “Skyworth” markalı, 32 düymlü televizor və bir ədəd həmin televizora aid idarə etmə cihazı pultu götürülmüş və saxlanması üçün Zərərçəkmiş şəxs təhvil verilmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizanın 04 mart 2021-ci il tarixli, 9/731 saylı ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş 1 ədəd Çin istehsalı olan “Skyworth” markalı, “32E2000” modelli, 32 düymlü televizorun istifadədə olması nəzərə alınaraq, 2021-ci ilin yanvar ayına olan orta bazar qiyməti təxminən 16 manat, 1 ədəd həmin televizora məxsus idarə etmə cihazı 3 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat təşkil edir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışından görünür ki, Təqsirləndirilən şəxs Sərdar oğlunun himayəsində 19 fevral 2012-ci təvəllüdlü X5 və 02 yanvar 2014-cü il təvəllüdlü X6 var. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM- nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini, ekspertiza rəyini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmiş, onun həmin maddələrdə nəzərdə tutulmuş əməlləri törətməkdə təqsiri sübuta yetirilmişdir və o törətdiyi cinayət əməlinə görə təqsirli bilinib cəzalandırılmalıdırlar. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Eyni zamanda məhkəmə iclasında Təqsirləndirilən şəxs öz müdafiəsi üçün heç bir dəlil gətirməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, o cümlədən, əvvəllərdə özgə əmlakını gizli olaraq talamasını, bununla əlaqədar cinayət və inzibati məsuliyyətə cəlb olunmasını, hazırda Bakı Səbail Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayətçi olmasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tələbnaməsindən və Səbail Rayon Məhkəməsinin 11 avqust 2020-ci tarixli hökmündən görünür ki, Yaqublu X3 Rayon Məhkəməsinin 11 avqust 2020-ci tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilərək, 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı şəhəri Probasiya İdarəsinin 03 may 2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sərdar oğlunun 06 (altı) ay 04 (dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması çəkilməmiş cəzası qalmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-46/2021 saylı 06 may 2021-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Sərdar oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş və 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs Sərdar oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1ci maddəsinə əsasən Səbail Rayon Məhkəməsinin 11 avqust 2020-ci il tarixli hökmü ilə təyin olunmuş və çəkilməmiş 06 ay 04 gün azadlığın məhdudlaşdırılması cəzasının hazırki hökmlə müəyyən edilmiş cəza ilə qismən toplamaq yolu ilə üzərində qəti olaraq 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs Sərdar oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə məhkum olunduğundan və Məcəllənin 18.4.1-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmadığı üçün Təqsirləndirilən şəxs cinayətlərin residivi müəyyən olunmur. Eyni zamanda, məhkəmə, hazırki cinayət işində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsi tətbiq olunmasını və cəzaların bilrləşdirilməsini əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Göstərilənləri nəzərə alaraq məhkəmə Səbail Rayon Məhkəməsinin 1(009)-46/2021 saylı 06 may 2021-ci il tarixli hökmü ilə qəti olaraq müəyyən edilmiş 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzasını hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə birləşdirilməsini əsaslı hesab edir. Məhkəmə, eyni zamanda, Təqsirləndirilən şəxs Sərdar oğlunun əməlindən səmimi peşman olmasını, gənc olmasını, himayəsində iki azyaşlı uşağının olmasını, cinayətin açılmasına fəal kömək etməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, həmçinin, Təqsirləndirilən şəxs Sərdar oğluna Səbail Rayon Məhkəməsinin 1(009)-46/2021 saylı 06 may 2021-ci il tarixli hökmünə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini nəzərə alaraq, barəsində seçilmiş “həbs qətimkan” tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını, cəzaçəkməsinin əvvəlinin Səbail Rayon Məhkəməsinin 1(009)-46/2021 saylı 06 may 2021-ci il tarixli hökmü ilə müəyyən olunmuş tarixdən, yəni 05 aprel 2021-ci il tarixdən hesablanmasını və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Sərdar oğluna xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu və 353.4.11-cu maddələrinə uyğun olaraq iş üzrə maddi sübut qismində tanınmış bir ədəd “SKYWORTH” markalı, 32 düymlü televizor və bir ədəd idarə etmə cihazının Zərərçəkmiş şəxs qaytarılmasının nəzərə alınmasını, iş üzrə ekspertiza xərcinin təqsirləndirilən şəxsdən tutulmasını, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs Sərdar oğlunun hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulacaq əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Sərdar oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Sərdar oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Səbail Rayon Məhkəməsinin 1(009)-46/2021 saylı 06 may 2021-ci il tarixli hökmü ilə təyin olunmuş, 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə müəyyən edilmiş cəza ilə qismən toplamaq yolu ilə üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Sərdar oğluna təyin olunmuş cəzanın əvvəli 05 aprel 2021-ci il tarixdən hesablansın. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut bir ədəd “SKYWORTH” markalı, 32 düymlü televizorun və bir ədəd idarə etmə cihazının Zərərçəkmiş şəxs qaytarıldığı nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manat, Təqsirləndirilən şəxs Sərdar oğlundan tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Az.MEM, VÖİN **********, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Bakı şəhəri 03 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs Sərdar oğlunun hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 180 (yüz səksən) manat, pul tutularaq Bakı şəhəri 03 saylı vəkil bürosunun “xxxx” QSC-nin Səbail filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-159/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-159/2021
08.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver