Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-159/2023 05.07.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Məmmədova Məryəmxanım Elman qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3, Bakı şəhəri 03 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, hazırda barəsində həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə Bakı şəhəri, Səbail rayon Polis İdarəsinin PPXB-nin polis nəfəri vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs məxsus olan, sonuncu tərəfindən 2021 -ci ilin avqust ayında İran İslam Respublikasından gətirilmiş, Azərbaycan Respublikası ərazisində satışı qadağan edildiyindən Bakı Baş Gömrük İdarəsi tərəfindən saxlanılmış dərman preparatlarını gömrükdən çıxaracağına dair yalandan vədlər verməklə qulluq mənafeyinə, həmçinin aralarında yaranmış münasibətlərə görə Zərərçəkmiş şəxs ona olan inam və etimadından istifadə edərək, sonuncudan 13 yanvar 2022-ci il tarixdə yaşadığı ünvan 2 ünvanının qarşısında 1000 manat, 14 yanvar 2022-ci il tarixdə isə Bakı şəhəri, Səbail rayonu İstiqlaliyyət küçəsi 31 nömrəli bina ilə üzbəüz yerləşən “İçərişəhər” metrostansiyasının arxa tərəfində, İçərişəhər qala divarlarının qarşısında 7000 manat pulu almaqla Zərərçəkmiş şəxs məxsus ümumilikdə 8000 manat məbləğində pul vəsaitini vahid qəsdlə öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui- istifadə etmə və aldatma yolu ilə ələ keçirib xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bununla da, o, Azərbaycan Respublikası CMnin 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, o, 2016-cı ildən 2022-ci ilin aprel ayınadək Səbail rayon polis idarəsinin PPXB-nin polis nəfəri vəzifəsində xidmət etmiş, xx.xx.2022-ci il tarixdə sərəncama çıxarılmışdır. Zərərçəkmiş şəxs kurs yoldaşı olmuş Şahin adlı şəxsin vasitəsi ilə tanımışdır. 2022-ci ilin yanvar ayında X3 Respublikasından gələn Azərbaycan Respublikasında satışına icazə verilməyən malları Baş Gömrük İdarəsində saxlanılmış, həmin ərəfədə o, Səbail rayon polis idarəsində işlədiyindən Fizuli ondan kömək etməyini xahiş etmişdir. Həmin vaxt adını demək istəmədiyi tanışı vasitəsi ilə Fizuliyə kömək edə biləcəyini düşünmüşdür. Buna görə tanışı ilə danışanda işin 8000 manata həll ediləcəyini bildirdikdə Fizuliyə bu barədə məlumat vermişdir. Fizuli də onunla razılaşmış, 2022-ci ilin yanvar ayında ortalarında ilkin olaraq 1000 manat pulu yaşadığı Yasamal rayonu 2-ci Alatava küçəsi 79a ünvanının qarşısında, daha sonra qalan 7000 manat pulu isə “İçərişəhər” metrostansiyasının arxasında Fizulidən almışdır. Fizulidən aldığı 8000 manatı öz ehtiyacları üçün xərcləmişdir. Fizuli ondan dəfələrlə işi ilə bağlı soruşduqda işin alınmadığını bildirmişdir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam ödəmiş, onunla barışmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2021-ci ilin avqust ayında İran İslam Respublikasından gətirilən malları Bakı Baş Gömrük İdarəsində saxlanılmışdır. Bununla araşdırma aparılmış və cinayət işi başlanması rədd olunması haqqında qərar qəbul olunmuş və mallar müsadirə olunmuşdur. Təqsirləndirilən şəxs 2022-ci ilin yanvar ayından etibarən tanımışdır. Orxan Səbail rayon polis idarəsinin PPXB-nin polis nəfəri işləmişdir. Belə ki, xx.xx.2022-ci il tarixdə Orxan malların çıxarılmasında ona köməklik edəcəyini bildirərək 8000 manat pul lazım olduğunu demişdir. O, da qeyd olunan məbləği hazırlamış və həmin gün gecə 1000 manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs yaşadığı Yasamal rayonu Alatava deyilən ərazidə, bir gün sonra isə 7000 manatı "İçərişəhər” metrostansiyasının arxasında görüşərək vermişdir. Bundan uzun müddət keçməsinə baxmayaraq Orxan nə işi görmüş, nə də ki, verilən pulu qaytarmamışdır. Bununla bağlı o, polisə şikayət etmişdir. Hazırda ona dəymiş ziyan tam ödənildiyindən Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti yoxdur, onunla barışmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 12 ilə yaxın müddətdir ki, qonşusu olaraq tanımış, yaxın dostluq münasibətləri olmuşdur. 2022-ci ilin yanvar ayında Fizuli ona Səbail rayon polis idarəsində işi olduğunu, köməklik etməsini xahiş etmişdir. Belə ki, o, Orxanı 2016-cı il tarixdən tanımış, sonuncu ilə serjant məktəbində birlikdə oxumuş və Orxanın Səbail rayon polis idarəsinin post patrul xidmətində polis nəfəri işlədiyini bilmişdir. O, davamlı olmasa da hərdən Orxanla telefon əlaqəsi saxlayıb danışmışdır. O, Fizulinin Səbail rayon polis idarəsində işi olduğunu Orxana zəng vuraraq köməklik etməsini xahiş etmişdir. Bundan sonra nə baş verməsi barədə məlumatı olmamışdır. Təxminən bir aydan sonra Fizuli ona demişdir ki, Orxan iş görmək adı ilə pul alıb onu aldatmışdır. Fizulinin Orxana hansı məqsədlə, hansı məbləğdə pul verməsini bilməmişdir. İş materiallarında olan 12 dekabr 2022-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakt üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 19 dekabr 2022ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınması haqqında 17 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs iş düzəltmək adı ilə Zərərçəkmiş şəxs aldığı 1460 manat pulun 700 manatını sonuncuya qaytarılması üçün istintaqa təqdim etmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxsun qəbzindən görünür ki, Təqsirləndirilən şəxs aldığı 800 pulun ödənilməyən 1460 manat hissəsinin 700 manatı müstəntiq tərəfindən Zərərçəkmiş şəxs qaytarılmışdı. İş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərardan görünür ki, 06 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında 06 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Səbail rayon polis idarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdən Səbail RPİ-nin PPXB-nin polis nəfəri vəzifəsində işləmiş, Bakı şəhər RPİ-nin xx.xx.2022-ci il tarixli Ə176-039-22 nömrəli əmri ilə DİO-dan xaric edilmişdir. İş materiallarında olan 11 fevral 2023-cü il tarixli cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs əməli həmin tarixdə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsindən Azərbaycan Respublikası CM-nin 178.2.3-cü maddəsinə tövsif edilmişdir. İş materiallarında olan 27 fevral 2023-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, ifadənin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiklərini təsdiq etmiş, 2022-ci ilin yanvar ayının ortalarında Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 31 nömrəli bina ilə üzbəüz yerləşən “İçərişəhər” metrostansiyasının arxa tərəfində, İçərişəhər qala divarlarının qarşısında Zərərçəkmiş şəxs iş görmək adı ilə pul aldığını bildirmiş, pul aldığı yeri əyani şəkildə göstərmiş, ifadənin yerində yoxlanması foto çəkiliş aparılaraq protokola əlavə edilmişdir. İş materiallarında olan 28 fevral 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihama dəyişiklik edilməklə ona Azərbaycan Respublikası CM-nin 178.2.3-cü və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilməsi qərara alınmışdır. İş materiallarında olan 01 mart 2023-cü il tarixli təqsirləndirilən şəxsə elan edilmiş ittihama dəyişiklik edilməklə ona yenidən ittiham elan olunması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihama dəyişiklik edilməklə ona Azərbaycan Respublikası CMnin 178.2.3-cü və 178.2.4- cü maddələri ilə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli, 1(009)-159/2023 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Səbail Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saxlanılaraq Səbail RPİ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbləri yoxdur, ona dəymiş ziyan tam ödənilmişdir. İş materiallarında olan “Kapital Bank“ ASC-nin 03 iyul 2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs adından X2 hesabına dəymiş zərərin 25 %-i olan 2000 (iki min) manat məbləğində pul vəsaiti ödənilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs və müdafiəçisinin ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsinə etiraz etmirlər. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun həmin cinayəti törətməsi özünün etirafı ilə yanaşı, zərər çəkmiş şəxsin, şahidin ifadələri, həmçinin işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.3-cü və 178.2.4-cü maddələri ilə törətdiyi əməl az ağır cinayət hesab olunur. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbləri yoxdur, ona dəymiş ziyan tam ödənilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 178.2, 179.2, 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi olmamasını, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü və 178.2.4-cü maddələri ilə olan cinayət işinin icraatına xitam verilməlidir. Azərbaycan Respubikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli, Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə maddi sübut sübut yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə və ibtidai istintaq zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 40.3, 43.1.2, 321, 344-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına, dəymiş ziyanı tamamilə ödədiyinə və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbsdən azad edilsin. İş üzrə maddi sübut yoxdur. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 240 (iki yüz qırx) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 3 saylı vəkil bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesab AZ37NABZ********************, 3 saylı Vəkil Bürosu VÖEN **********, İBAN AZ75AİİB********************) bank hesabına köçürülsün. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının istintaq zamanı müdafiə edilməsinə görə 180 (bir yüz səksən) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 3 saylı vəkil bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesab AZ37NABZ********************, 3 saylı Vəkil Bürosu VÖEN **********, İBAN AZ75AİİB********************) bank hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №1(009)-159/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-159/2023
05.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver