Məhkəmə qərarları › İş №1(009)-16/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-16/2022

18.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-16/2022 18.02.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X4 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6, Zərəçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, X2, Təqsirləndirilən şəxs oğlunun iştirakları ilə, xx xxxxxx 1993-cü ildə Ağsu şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, ali təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, Bakı şəhəri Binəqədi rayonu Binəqədi kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs oğlu, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vuraraq təkrarən dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edərək, ona müəyyən məbləğdə veriləcək pul müqabilində birgə iş quraraq, qazanc əldə edəcəklərini yalandan vəd verib aldatmaqla, vahid niyyətlə əhatə olunmuş qəsdlə ilk dəfə 14 may 2019-cu il tarixdə işlədiyi Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti, 10 ünvanda yerləşən Mərkəzi Univermağın binasında həmin tarixə olan milli məzənnə ilə 5.950 (beş min doqquz yüz əlli) manat təşkil edən 3.500 (üç min beş yüz) ABŞ dolları məbləğdə nağd pulunu, 17 fevral 2020-ci il tarixdə isə onun xammal halında qızıl almaq istəyən tanışının olmasını bildirib aldatmaqla eyni ünvanda həmin tarixə olan milli məzənnə ilə 8.500 (səkkiz min beş yüz) manat təşkil edən 5.000 (beş min) ABŞ dollar dəyərində 1,200 qram çəkili, 99,5 əyarlı xammal qızılı Zərərçəkmiş şəxs4 alıb, sataraq pulunu həmin gün verəcəyinə yalandan vəd verərək həmin qızılı ələ keçirdikdən sonra verdiyi vədinə əməl etməyərək, Zərərçəkmiş şəxs4 ümumilikdə 14.450 (on dörd min dörd yüz əlli) manat məbləğdə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək, ona verəcəyi pulun dəyərində ucuz qiymətə qızıl məmulatı alıb baha qiymətə sataraq qazanc əldə edəcəklərini bildirib aldatmaqla, vahid niyyətlə əhatə olunmuş qəsdlə ilk dəfə 2019-cu ilin avqust ayının ortalarında işlədiyi Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti, 10 ünvanda yerləşən Mərkəzi Univermağın binasında həmin tarixə olan milli məzənnə ilə 4.250 (dörd min iki yüz əlli) manat təşkil edən 2.500 (iki niİh beş yüz) ABŞ dolları məbləğdə, 05 sentyabr 2019-cu il tarixdə eyni ünvanda həmin tarixə olan milli məzənnə ilə 8.500 (səkkiz min beş yüz) manat təşkil edən 5.000 (beş min) ABŞ dolları məbləğdə, 2019-cu ilin oktyabr ayının axırlarında eyni ünvanda həmin tarixə olan milli məzənnə Şilə 1.700 (bir min yeddi yüz) manat təşkil edən 1.000 (bir min) ABŞ dolları məbləğdə, 20 noyabr 2019-cu il tarixdə eyni ünvanda həmin tarixə olan milli məzənnə ilə 3.400 (üç min dörd yüz) manat təşkil edən 2.000 (iki min) ABŞ dollar məbləğdə, 15 fevral 2020-ci il tarixdə eyni ünvanda həmin tarixə olan milli məzənnə ilə 7.990 (yeddi min doqquz yüz doxsan) manat təşkil edən 4700 (dörd min yeddi yüz) ABŞ dolları və 2.771,40 (iki min yeddi yüz yetmiş bir manat qırx qəpik) manat təşkil edən 1.500 (bir min beş yüz) avro məbləğdə pulu, yəni həmin dövrdəki məzənnə ilə cəmi 28.611 manat 40 qəpik (iyirmi səkkiz min altı yüz on bir manat qırx qəpik) təşkil edən 15.200 ABŞ dolları və 1500 avro pulu nagd şəkildə aldıqdan sonra, dələduzluq niyyətini pərdələmək və aldıqları pulun müqabilində guya iş qurmasına inandırmaq üçün özündən aldıqları və ya digər zərərçəkmiş şəxslərdən əldə etdiyi vəsaitlərdən müxtəlif vaxtlarda və məbləğlərdə olmaqla ümimilikdə həmin dövrün məzənnəsi ilə 5100 manat təşkil edən 3000 ABŞ dollarını özünə qaytarmış, qalan məbləğdə pulu şəxsi məsrəflərinə sərf edib, verdiyi vədə əməl etməyərək aldatma yolu ilə Zərərçəkmiş şəxs2 faktiki olaraq 23.511 manat 40 qəpik məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib ona verəcəyi pulun dəyərində ucuz qiymətə qızıl məmulatı alıb baha qiymətə sataraq qazanc əldə edəcəklərini bildirib aldatmaqla, vahid niyyətlə əhatə olunmuş qəsdlə ilk dəfə 2019-cu ilin sentyabr ayının ortalarında Bakı şəhəri, Nərimanov rayonu, Səttar Bəhlulzadə küçəsində yerləşən «Taverna» pub-klubda 5.000 (beş min) manat məbləğdə, 2019-cu ilin oktyabr ayının əvvəllərində eyni ünvanda 6.000 (altı min) manat məbləğdə, 12 yanvar 2020-ci il tarixdə ünvan 4 ünvanda yerləşən «Shtutguard» mağazasının qarşısında həmin tarixə olan milli məzənnə ilə 10.200 (on min iki yüz) manat təşkil edən 6.000 (altı min) ABŞ dolları məbləğdə, 04 fevral 2020-ci il tarixdə eyni ünvanda 6.080 (altı min səksən) manat məbləğdə olmaqla cəmi 27.280 (iyirmi altı min dörd yüz səksən) manat təşkil edən pulu nagd şəkildə aldıqdan sonra, dələduzluq niyyətini pərdələmək və aldıqları pulun müqabilində guya iş qurmasına inandırmaq üçün Zərərçəkmiş şəxs1 özündən aldıqları vəsaitlərdən 800 manat özünə qaytarmış, qalan məbləğdə pulu şəxsi məsrəflərinə sərf edib, verdiyi vədə əməl etməyərək aldatma yolu ilə zərərçəkmiş şəxs Vüsal Balyevə ümumilikdə faktiki olaraq 26.480 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs6 etibarından sui- istifadə edərək, ona məxsus qızıl məmulatlarını əridib qaytaracağını bildirib aldatmaqla, işlədiyi Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti ünvanda yerləşən Mərkəzi Univermağın binasında 2019-cu ilin oktyabr ayının axırlarında həmin tarixə olan milli məzənnə ilə 22.950 (iyirmi iki min doqquz yüz əlli) manat təşkil edən 13.500 (on üç min beş yüz) ABŞ dolları dəyərində 313 qram çəkili, 750 əyarlı qızılı Zərərçəkmiş şəxs6 alıb keçirməklə verdiyi vədinə əməl etməyərək, Zərərçəkmiş şəxs6 ümumilikdə 22.950 (iyirmi iki min doqquz yüz əlli) mänät məbləğdə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs5 etibarından sui-istifadə edərək, ona verəcəyi pulun dəyərində ucuz qiymətə xalis qızıl gətirəcəyini bildirib aldatmaqla, vahid niyyətlə əhatə olunmuş qəsdlə 15 fevral 2020-çi il tarixdə işlədiyi Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti,10 ünvanda yerləşən Mərkəzi Univermağın binasında həmin tarixə olan milli məzənnə ilə 9.180 (doqquz min yüz səksən) manat təşkil edən 5.400 (beş min dörd yüz) ABŞ dolları məbləğdə nağd pulu və 16 fevral 2020-ci il tarixdə satıb pulunu ödəyəcəyini deyib aldatmaqla, eyni ünvanda həmin tarixə olan milli məzənnə ilə 1.105 (bir min yüz beş) manat təşkil edən 650 (altı yüz əlli) ABŞ dollar dəyərində 13,1 qram çəkili, 583 əyarlı iki ədəd qadın boyünbağını alıb ələ keçirdikdən sonra verdiyi vədinə əməl etməyərək, Zərərçəkmiş şəxs5 ümumilikdə 10.285 (on min iki yüz səksən beş) manat məbləğdə xeyli miqdarda maddi ziyan vurmaqlä dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə X2 etibarından sui-istifadə edərək, müvafiq işlərin görülməsi ilə bağlı sifarişlər aldığını, bunun üçün ona xalis qızıl lazım olduğunu və qızılın pulunu bir həftə ərzində verəcəyini bildirib aldatmaqla, 2020-ci ilin fevral ayının ortalarında işlədiyi Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti, 10 ünvanda yerləşən Mərkəzi Univermağın həyətində, həmin tarixə olan milli məzənnə ilə 24.240 (iyirmi dörd min iki yüz qırx) manat təşkil edən 14.400 (on dörd min dörd yüz) ABŞ dolları dəyərində 282 qram çəkili, 99,5 əyarlı qızılı alıb ələ keçirməklə, verdiyi vədinə əməl etməyərək zərərçəkmiş şəxs Çingiz Məmmədrzayevə ümumilikdə 24.240 (iyirmi dörd min iki yüz qırx) manat məbləğdə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2. və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2008-ci ildən 2020- ci ilədək Mərkəzi Univermaqda işləmişdi. Zərərçəkmiş şəxs1 başqa digər zərərçəkmiş şəxlərlə Mərkəzi Univermağda işlədiyi müddətdə tanış olmuşdur. Onlarla aralarında iş münasibəti olmuşdur, bir yerdə işləmişdilər və bütün məbləğlər, iş prosesində yaranan borclardır. Heç kimə pulu alıb pulu olmadığından qaytara bilmir deməmişdir. Zərərçəkmiş şəxs1 ilə Şahid2 vasitəsi ilə tanış olmuşdu. Vüsal Balyevdən faizə pul almış və aylıq faizi ödəmişdi. Digər şəxslərlə Mərkəzi Univermaqda işləmiş və qızıl alveri etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2018-ci ildə dostu Kamil onu Təqsirləndirilən şəxs adlı şəxslə məclisdə tanış etmişdir. Atabəy onun iş yerini və onun qazancını bilirdi. 2019-cu ilin sentyabr ayında, X11 zərgər işləyirdi, demişdir ki, qızıl işində pul var qızılı ucuz alıb baha satmaq, qazancı da 50/50 bölmək olar. Düşündü ki, pul qazanmaq olardı. 2019-cu ilin təxminən sentyabr ayının ortalarında Nərimanov rayonunda yerləşən «Taverna» adlı kafeda Atabəylə görüşüb Kamilin yanında ona 5000 (beş min) manat pul vermişdir. Atabəy pulu götürüb demişdir ki, onun verdiyi pula qızıl məmulatı alıb, onları satışa qoyacaq, həmin qızıl məmulatları baha qiymətə satıldıqdan sonra əldə etdiyi qazancı aralarında böləcək. Atabəy həmçinin demişdir ki, ona verdiyi 5000 manat çox azdır, qızıl bahadır, verdiyi pula çox qızıl əşyaları almaq mümkün deyil, əgər imkanı varsa, yenə ona pul versin. Onlar ayrılandan sonra fikirləşmişdir ki, əlavə pul tapıb ona versin ki, daha çox qazanc əldə edə bilsin. Təxminən 10 gündən sonra dostundan 6000 manat pul almışdır ki, Atabəyə versin. Bu barədə Atabəyə zəng edib demiş və 2019-cu ilin oktyabr ayının əvvəllərində Atabəylə yenə «Taverna» kafedə görüşüb ona 6000 (altı min) manat pul vermişdir. Atabəy pulu götürüb demişdir ki, qızıl düşdükdə alıb satacaq və qazanc əldə edən kimi gəlirdən ona pul verəcək. Bundan sonra onlar bir necə dəfə Atabəylə görüşüb çörək yeyərkən ondan verdiyi pula nə isə edə bildiyi ilə maraqlanmış və Atabəy hər dəfə demişdir ki, hələ ala bilməmiş, ya da deyirmiş ki, alıb satışa qoymuşdur, lakin hələ sata bilməmişdir. Təxminən bir ay yarımdan sonra o qətiyyətlə pulunun qazancını istərkən Atabəy demişdir ki, qızıl məmulatları hələ sata bilməyib, lakin onu arxayın etmək üçün özündən ona 800 manat pul verə bilər, arxayın olsun ki, qazanc olanda ona pul verəcək. Atabəy həmçinin demişdir ki, ona verdiyi 800 manatı da qazancdan çıxıb götürəcək. İstintaqda 800 manatı nağd verməsini bildirmişdir, lakin sonradan o gün içkili olduğu üçün səhv yadda saxlamışdır. Atabəy 800 manat pulu kartına köçürmüşdü. Həmin 800 manat pul qazanc kimi verib. İki gündən sonra Atabəy ona zəng edib demişdir ki, onun puluna aldığı qızılları müxtəlif mağazalara, rayonlara və tanışlarına satmaq üçün vermişdir, pul əldə olunan kimi ona qazanc verəcək. O, həmçinin demişdir ki, yenə qızıl gəlir, əlində həmin qızılları almaq üçün - pul yoxdur,ona yenə pul versin, verdyi pula həmin qızıl məmulatlarını alsın və satışa qoysun. Atabəyə inanmış və atasından 3000 ABŞ dollar və işlədiyi mağazadan avans kimi 3000 ABŞ dollar pul götürmüş, cəmi 6000 ABŞ dollar toplyayıb bu barədə Atabəyə zəng edib bildirmişdir. 2020-ci ilin yanvar ayının 12-i Atabəylə özünün işlədiyi Binəqədi rayonunda yerləşən «Ştutqard» mağazanın qarşısında görüşmüş və ona 6000 ABŞ dollar pul vermişdir. Atabəy ondan 6000 ABŞ dollar pul alıb demişdir ki, özü onunla əlaqə saxlayacaq. Bir necə dəfə Atabəydən verdiyi pulların və aldığı qızılların aqibəti ilə maraqlanarkən Atabəy hər dəfə demişdir ki, aldığı qızılları satışa qoymuşdur, lakin hələ onları sata bilməmişdir, ona görə qazanc əldə edə bilmədiyindən ona heç nə verə bilmir. 2020-ci ilin fevral ayının 4-də Atabəy ona zəng edib demişdir ki, ona qızıl dəsti, yəni bahalı qarnitur gətiriblər, onu mütləq almalıdır, onu almasa, univermaqda biabır olacaq, onu ala bilsə, yaxşı qazanc əldə edə bilər. Ondan həmin qarniturun necəyə satılmasını soruşduqda onun 20000 ABŞ dollara satıldığını demişdir. O, dayısı oğlu Samirdən 6000 manat pul alıb. Atabəyə zəng edib demişdir ki, cəmi 6000 manat pul tapmışdır, daha pul tapa bilmir. Atabəy demişdir ki, eybi yoxdur, o, özü qalan pulu ordan-burdan tapıb lazım olan məbləği düzəldər və həmin qarnituru alacaq. Atabəy həmin gün onun işlədiyi ünvan 6 ünvanda yerləşən «Ştutqard» mağazasının filialına gəlib filialın qarşısında ondan 6000 manat pulu alaraq soruşmuşdur ki, bunun üstünü heç cür düzəldə bilmir. O, da cavabında üstündə cəmi 80 manat pul olduğunu, istəyirsə onu da versin. Atabəy demişdir, ver. O, da 80 manat pulu çıxarıb Atabəyə vermişdir. Həmin gün Atabəyə 6080 manat pul vermişdir. Atabəy demişdir ki, verdiyi pulun üstünü düzəldib, həmin qarnituru alacaq və ona xeyir verəcək. O. dəfələrlə Atabəyin yaşadığı ünvana getmiş və ona verdiyi pulu tələb etmişdir, lakin o, hər dəfə bir bəhanə ilə vaxtı uzatmış, bir dəfə demişdir ki, onların torpaqı var, həmin torpağı banka qoyub kredit alacaq və pulunu qaytaracaq, sonra demişdir ki, bank pul vermir, axırda demişdir ki, pulunu qaytara bilmir, nə istəyirsə etsin. Ona görə də, o, bu barədə polisə şikayət etmək qərarına gəlmişdir. Əlavə olaraq bildirir ki, onda Atabəylə aralarında olan alverlə əlaqədar whatsapp yazışmaların surəti və onun evində olarkən Atabəyin səs yazısı vardır, onları istintaqa təqdim etmişdir. Səs yazısında Atabəy ona olan borcunu etiraf etmişdir. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs yalnız ondan deyil, bir çox şəxslərdən də nağd pul, xalis qızıl metal və ya qızıl-zinyət əşyalarını satmaq adı ilə götürmüş, lakin geri qaytarmamışdır. Təqsirləndirilən şəxs onu aldadıb pulunu ələ keçirməsi nəticəsində ona ümumilikdə 26480 (iyirmi alt dörd yüz səksən) manat maddi ziyan dəymişdir. Ona vurulan ziyan ödənilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, uzun müddətdir, Mərkəzi Univermaqda inzibatçı işləmişdir. Təqsirləndirilən şəxs təxminən 10 ildən artıqdır ki, tanıyır, o, Mərkəzi Univermaqda yerləşən qızıl-zinyət sexində zərgər işləyirmiş, Atabəy onun nəzdində olan emalatxanada zərgər işlədiyindən aralarında yaxın münasibət olmuş və onunla problemlərini bölüşürmüş, həmçinin işlədiyi müddət ərzində özünə bir qədər pul yığdığını ona demişdir. Pulunun olduğunu biləndən sonra Atabəy ona təklif etmişdir ki, onun pulunu da dövriyyəyə buraxsın, yəni onun pulu ilə qızılı xammal olaraq alsın və zinyət əşyaları düzəldərək satışını təşkil etdikdən sonra qazancı aralarında bölsünlər. Atabəyin qızılı xammal olaraq alıb zinyət əşyaları düzəldib baha qiymətə satıb, yaxşı gəlir əldə etdiyini bildiyinə görə o, Atabəyin təklifinə razılaşmışdır. Bundan sonra ilk dəfə 2019-cu ilin avqust ayının ortalarında işlədiyi Mərkəzi Univermağın binasında yalnız ikisi olduqları zaman Atabəyə 2.500 (iki min beş yüz) ABŞ dolları məbləğdə pul vermişdir. Bundan sonra aralarında sosial şəbəkə vasitəsi ilə yazışmalar olmuş və Atabəy ona gördüyü işlər barədə məlumat vermişdir. 05 sentyabr 2019-cu il tarixdə Atabəyin xahişi ilə o, yenə ikisi olan zaman Mərkəzi Univermağın binasında Atabəyə 5.000 (beş min) ABŞ dolları məbləğdə pul vermişdir. Bundan sonra yenə eyni ünvanda və ikisi olan vaxt 2019cu ilin oktyabr ayının axırlarında Atabəyə eyni iş üçün 1.000 (bir min) ABŞ dolları məbləğdə pul vermişdir. Həmin ərəfələrdə Atabəy qazanc adı ilə ona müxtəlif vaxtlarda kiçik məbləğlərdə pul verirmiş, lakin sonradan ona məlum olmuşdur ki, Atabəyin qazanc adı ilə ona verdiyi pullar elə onun Atabəyə iş qurmaq adı ilə verdiyi pulların bir qismi olmuşdur. 4-cü dəfə yenə də Atabəyin təcili tələbi ilə 2019-cu ilin noyabr ayının 19-u və 20-si tarixlərində X9 əlavə 2.000 (iki min) ABŞ dolları məbləğdə pul vermişdir. Sonuncu dəfə, 15 fevral 2020-ci il tarixdə eyni yerdə və ikisi olan vaxt Atabəyə 4.700 (dörd min yeddi yüz) ABŞ dolları və 1.500 (bir min beş yüz) euro, yəni 1.624 ABŞ dollar məbləğdə pul vermişdir. Bundan əlavə, Atabəy ondan əlavə olaraq 3.000 ABŞ dollara yaxın məbləğdə pul almışdır, lakin o, həmin məbləğdə pulu ərizəsində konkret olaraq qeyd etməmişdir, çünki Atabəy ondan son dəfə pul aldıqdan bir neçə gün sonra etiraf etmişdir ki, pulu yoxdur. Belə ki, Atabəy əvvəllər deyirmiş ki, pulları Rusiya Federasiyasına getmiş, bir nəfər adını və heç bir məlumatını vermək istəmədiyi qadına satmaq üçün vermişdir, lakin sonradan etiraf etmişdir ki. heç bir qadın yoxdur, özündən uydurmuşdur. Bundan sonra onu və Mərkəzi Univermaqda işləyən bir neçə nəfər şəxsi bir yerə yığıb bildirmişdir ki, onun əlində heç bir məbləğdə pul yoxdur, pulları xərcləmişdir və guya onlara xeyir vermişdir, ona görə də, onlar Atabəydən heç bir məbləğdə pul tələb etməməlidilər. Qeyd etmək istəyir ki, yalnız həmin vaxtı ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs yalnız ondan deyil, onun kimi Mərkəzi Univermaqda işləyən çoxsaylı şəxsləri aldatmış və pullarını ələ keçirmişdir. Ona görə də,onlar bu barədə polisə şikayət etmək qərarına gəlmişlər. Təqsirləndirilən şəxs iş qurmaq adı ilə onu aldadaraq pullarını ələ keçirməsi nəticəsində ona ümumilikdə 23511.40 (iyirmi üç min beş yüz on bir manat 40 qəpik) manat məbləğdə maddi ziyan dəymişdir. 3000 ABŞ dollar məbləğində qazanc əldə etdiyi üçün verdiyi puldan həmin qazancı çıxmışdır. Atabəyə verdiyi pulun məbləğini özündə qeyd etməmiş, ona görə ona verdiyi pula nə kimi alış-veriş etdiyini sosial şəbəkə vasitəsi ilə yazıb, ondan cavab alırmış və həmin yazılara baxıb ona ümumi verdiyi pulun və onun nə etdiyini öyrənirmiş. Atabəyə pul verdikdən sonra o, hər dəfə deyirdi ki, həmin pula qızıl alıb zinyət əşya düzəldib və onu satıb qazanc əldə edib və həmin qazancı aralarında bölüb ona çatan məbləği verir. Atabəy ona hər ay 400 ya 500 ABŞ dollar pul verirmiş. Bu müddət ərzində Atabəy ona ümumilikdə 3000 ABŞ dollar qazanc vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 2019-cu ilin fevral ayından Mərkəzi Univermaqda inzibatçı işləmişdir. Təqsirləndirilən şəxs da həmin tarixdən tanıyır, o, Mərkəzi Univermaqda yerləşən qızıl- zinyət sexində zərgər işləmişdir. 14 may 2019-cu il tarixdə Atabəy ona təklif etmişdir ki, ona 3.500 (üç min beş yüz) ABŞ dolları məbləğdə pul versin və birgə iş qursunlar. Atabəyin təklifi ilə razılaşaraq onun tələb etdiyi məbləğdə pulu ona vermişdir. Həmin gündən sonra Atabəy ona müxtəlif sifarişlər vermiş, yəni zərgərlik işləri gördürüb onun etdiyi işə görə əmək haqqı kimi ona dediyi məbləği verirmiş. Bundan sonra, 17 fevral 2020-ci il tarixdə Təqsirləndirilən şəxs ona yaxınlaşıb təklif etmişdir ki, onun xammal halında qızıl almaq istəyən tanışı var və ondan Mərkəzi Univermaqda 5.000 (beş min) ABŞ dollar dəyərində xammal qızılı götürüb aparmışdır ki, həmin günü pulunu qaytaracaq. Həmin gün axşam saat təxminən 17:30 radələrində Atabəy yenə ona zəng edib bildirmişdir ki, həmin tanışı pulu həmin gün deyil, ertəsi gün saat 12:00-dək verəcəkdir. O, Atabəyə cavab vermişdir ki, artıq Univermağın bağlanan zamanıdır və ertəsi gün pulu ona gətirsin. Lakin 18 fevral 2020-ci ildə ödəməli olmasına baxmayaraq, Təqsirləndirilən şəxs tərəfindən ona bu günkü günədək heç bir manat məbləğdə pul ödənişi olmamışdır. Atabəyin ona ümumilikdə 8.500 (səkkiz min beş yüz) ABŞ dolları məbləğdə pul ödəməli olması barədə «whatsapp» sosial şəbəkəsi vasitəsi ilə ismarıc mesajları var. Təqsirləndirilən şəxs onu iş qurmaq adı ilə aldadaraq pulunu və xammal qızılı ələ keçirməsi nəticəsində ona ümumilikdə 8.500 (səkkiz min beş yüz) ABŞ dollar, yəni təxminən 14.450 (on dörd min dörd yüz əlli) manat məbləğdə maddi ziyan vurmuşdur. O, Atabəyə 1200 qram 99,5 əyarlı qızıl vermişdir. Həmin qızılın hər bir qramı həmin dövrdə 50 ABŞ dollar olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, 2010-cu ildən Mərkəzi Univermaqda yerləşən sexdə zərgər tökmə (lityo) işləyir. Təqsirləndirilən şəxs təxminən 02 il yarım olar ki, tanıyır, o, Mərkəzi Univermaqda yerləşən qızılzinyət sexində zərgər işləyir. Təqsirləndirilən şəxs tanıdığı müddətdən etibarən onunla birgə iş görmüşlər, yəni o, əvvəllər ona tökmə zərgər kimi işlər sifariş vermiş və pulunu ödədikdən sonra sifariş malını götürmüşdür, bir müddət sonra isə Atabəy ondan nağd pul almışdır ki, guya ona xalis qızıl, yəni metal qızıl gətirsin. Təqsirləndirilən şəxs bir müddət ondan nağd pul almış və metal qızıl gətirmişdir. Bununla da onun etibarını qazanmışdır. Son dəfə, 2020-ci ilin fevral ayının 15-də və 16da Atabəy işlədiyi sexə gələrək ondan iki-üç dəfəyə 5400 (beş min dörd yüz) ABŞ dollar məbləğdə nağd pul və 650 (altı yüz əlli) ABŞ dollar dəyərində xalis qızıl metal götürdü ki, satıb pulunu ödəsin, lakin həmin gündən bir-iki gün sonra ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs yalnız ondan deyil, bir çox şəxslərdən də nağd pul, xalis qızıl metal və ya qızıl-zinyət əşyalarını satmaq adı ilə götürmüş, lakin geri qaytarmamışdır. Təqsirləndirilən şəxs onu aldadıb pulu və xalis qızıl metalını ələ keçirməsi nəticəsində ona 5.400 ABŞ dollar, yəni 9.180 (doqquz min yüz səksən) manat məbləğdə nağd pul və 650 ABŞ dollar, yəni 1.105 (bir min yüz beş) manat dəyərində qızıl metal, ümumilikdə 10.285 (on min iki yüz səksən beş) manat məbləğdə maddi ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, uzun illər Bakı şəhəri, Səbail rayonu «Azərbaycan» kinoteatrının yaxınlığında yerləşən «Köhnə Univermaq» adlanan yerdə zərgər işləmiş, lakin bir neçə aydır ki, işləmir. 2019-cu ilin əvvəllərindən Təqsirləndirilən şəxs tanıyır, onunla normal münasibətləri olmuşdur, yəni o, Atabəyə xalis xammal qızıl verirmiş, o, isə bir həftə sonra onun pulunu verirmiş, əvvəllər onunla heç bir problemi olmamışdır. 2020-ci ilin fevral ayının 10-dan 17-dək olan müddət ərzində Təqsirləndirilən şəxs onunla əlaqə saxlayaraq bildirmişdir ki, dövlət sifarişi ilə iş görməlidir bundan ötrü xalis qızıldan işləmələr etməlidir, ona görə də, ondan xalis qızıl istəmişdir. O, Atabəyə 15 fevral 2020-ci ildə 104.8, və 25.21 qram, 16 fevral 2020-ci ildə 60.2 və 90.3 qram olmaqla, ümumi məbləği 14.400 (on dörd min dörd yüz) ABŞ dollar dəyərində 282 (iki yüz səksən iki) qram çəkidə, 99,5 əyarlı qızılı özü ilə götürüb Mərkəzi Univermağın həyətinə gəlib orada Təqsirləndirilən şəxs ilə görüşmüş və ona həmin qızılı vermişdir ki, aldığı sifarişi yerinə yetirib pulunu geri versin. Atabəy demişdir ki, aldığı qızılın pulunu təxminən bir həftə ərzində verəcəkdir. Həmin vaxtdan sonra Təqsirləndirilən şəxs onun xalis qızılını geri qaytarmamış və pulunu ödəməmişdir, ona görə də, onun barəsində şikayət etmək qərarına gəlmişdir. Yalnız həmin vaxtı ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs yalnız onu deyil, onun kimi, Mərkəzi Univermaqda işləyən çoxsaylı şəxsləri aldatmış və pullarını ələ keçirmişdir. O, Təqsirləndirilən şəxs xalis qızıl verən zaman yalnız ikisi olmuşlar, başqa heç kim olmamışdır. Onun Atabəy pul barəsində danışıqları «Vatsap»-da yazılmış və onları istintaqa təqdim etmişdir. Təqsirləndirilən şəxs iş qurmaq adı ilə onu aldadaraq pullarını ələ keçirməsi nəticəsində ona ümumilikdə 14.400 (on dörd min dörd yüz) ABŞ dollar, yəni təxminən 24.480 (iyirmi dörd min dörd yüz səksən) manat məbləğdə maddi ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, istintaqda verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs tanıyır, onunla iş münasibəti olmuşdur və Atabəy ona pul borcludur və o borcu qaytarmamışdır. Ona 22.500 manat məbləğində maddi ziyan dəymişdir. Lakin indiki sağlamlıq vəziyyəti ilə bağlı o borcu tələb eləmir və şikayətçi deyil. Sonradan ona vurulan ziyanı mülki qaydada ilə tələb edəcəkdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 2014-cü ildən, Təqsirləndirilən şəxs 2016-cı ildən tanıyır, aralarında dostluq münasibətləri olmuşdur. Təqsirləndirilən şəxs Mərkəzi Univermaqda işləməsini və zərgər olmasını bilmiş, dəfələrlə Atabəyin işlədiyi sexdə olmuşdur. Bir necə dəfə Atabəyə qızıl əşya satmışdır. Atabəy onun satdığı qızıl əşyanı yoxladıqdan sonra onu alıb, pulunu vermiş, bir dəfə də onun üçün gümüşdən kulon düzəldib hədiyyə etmişdir. Təxminən 2018-ci ildə dostları ilə yığışan zaman dostu Vüsalı dostu Təqsirləndirilən şəxs ilə tanış etmişdir. Vüsalı Atabəylə tanış edəndən təxminən iki-üç il sonra dostu Vüsal onunla görüşüb demişdir ki, Atabəy ona birgə işləməyi təklif edib demişdir ki, əgər Vüsal ona pul versə, Atabəy onun puluna ucuz qiymətə qızıl-zinyət əşyaları alıb satışa qoyub satar və bununla satdığı qızıldan əldə olunan gəliri aralarında bölə bilərlər. O, Vüsala demişdir ki, Atabəyin yaxşı təklifi var, onu qəbul etsin, çünki o, həqiqətən qızıl-zinyət məmulatlarını düzəldib satışı ilə məşğul olur və Vüsala qazanc verə bilər. Tarixi dəqiq yadında deyil, 2019-cu ilin təxminən sentyabr ayının ortalarında o, Vüsal və Atabəy «Taverna» pab-kafedə oturub çörək yeyən zaman Vüsal Atabəyə 5000 manat pul vermişdir. Atabəy pulu götürüb demişdir ki, Vüsalın verdiyi pula ucuz qızıl məmulatı alıb, onları baha qiymətə satışa qoyacaq, həmin qızıl məmulatları baha qiymətə satıldıqdan sonra əldə etdiyi qazancı aralarında böləcək. Atabəy həmçinin demişdir ki, Vüsalın ona verdiyi 5000 manat pul çox azdır, qızıl bahadır, onun verdiyi pula çox qızıl əşyaları almaq mümkün deyil, əgər imkanı varsa, yenə ona pul versin. Onlara xeyir dua verib demişdir ki, qurduqları iş uğurlu olsun. Bayıra çıxanda Vüsal demişdir ki, onda pul yoxdur, lakin yaxınlarından və dostlarından pul tapa bilər. Təxminən 10 gündən sonra Vüsal ona demişdir ki, dostundan 6000 manat pul almışdır ki, Atabəyə versin və xahiş etmişdir ki, onunla birlikdə Atabəylə görüşə getsin. Razılaşıb Vüsalla birlikdə «Taverna» pub- kafedə Atabəylə görüşdülər və Vüsal Atabəyə 6000 (altı min) manat pul vermişdir. Atabəy Vüsaldan pulu götürüb demişdir ki, qızıl düşdükdə alıb satacaq və qazanc əldə edən kimi gəlirdən ona qazanc verəcək. Bir müddət sonra Vüsal onunla görüşərkən onun Atabəylə qurduğu işin nəticəsini soruşmuşdur. Vüsal demişdir ki, verdiyi pulun müqabilində Atabəydən qazancını istədikdə Atabəy demişdir ki, hələ qazanc yoxdur, lakin Vüsala özündən 800 manat verə bilər ki, arxayın olsun, qazanc olanda ona pul verəcək, lakin ona verdiyi 800 manatı da qacancdan çıxıb özü götürəcək. Bir necə vaxtdan sonra Vüsal ona demişdir ki, Atabəy dediyi 800 manat pulu onun kartına otuzdurmuşdur. Bir müddət sonra Vüsalla görüşərkən onun Atabəylə olan münasibəti və qazanc əldə edib- etməməsini soruşduqda Vüsal demişdir ki, ümumilikdə Atabəyə müxtəlif vaxtlarda 27.280 manat pul vermişdir, hətta verdiyi pulları atasından, dostlarından və qohumundan almışdır, lakin Atabəy onu aldadaraq nə qazanc vermiş, nə də aldığı pulu qaytarmışdır. Vüsal demişdir ki, Atabəy ondan başqa daha bir necə univermağın işçilərinə pul alıb, aldığı pulları qaytarmamış və qaytarmaqdan imtina etmişdir. Bu səbəbdən Vüsal polisə şikayət etmək qərarına gəlmişdir. Vüsal və Atabəylə birlikdə görüşdükləri vaxtlarda Vüsalın dəfələrlə Atabəyə pul verdiyini görmüş, lakin həmin pulların məbləğləri ilə maraqlanmamışdır. Təxminən 06 fevral 2020-ci il tarixdə Vüsal ona zəng edib demişdir ki, işdədir, işdən çıxa bilmir və ondan xahiş etmişdir ki, onun evinə getsin, ailəsinə məxsus 43.5 qram çəkisi və 583 əyarı olan qızıl trosu götürüb Mərkəzi Univermağa aparsın, orada həmin qızıl trosu Atabəyə versin ki, onu satsın və satışdan əldə etdiyi pulu ona məxsus “Rabitəbank” bank kartına köçürsün. Razılaşıb Vüsalın evinə getmiş, dediyi kimi, qızıl trosu ailəsindən götürüb Mərkəzi Univermağa aparıb, Atabəylə görüşüb Vüsalın ailəsinə məxsus qızıl trosu Atabəyə 2.000 (iki min) manata satmış, sonra Atabəylə birlikdə Mərkəzi Univermağın içərisində yerləşən “e-manat” pul köçürmə terminalına yaxınlaşıb həmin 2000 manat pulu Vüsalın ona təqdim etdiyi “Rabitəbank” bank kartına köçürmüşdür. Bundan başqa 2020-ci ilin fevral ayının ortalarında Vüsalla birlikdə Atabəyin yaşadığı Binəqədi ərazisindəki evinə gedib orada onun anası,atası və Atabəylə görüşmüşlər. Orada oturub Atabəylə söhbət etməyə başlamış və ondan nə üçün Vüsaldan aldığı pulu qaytarmadığını soruşmuşlar. Atabəy demişdir ki, bankrot olub, onun bankrot olmasının səbəbini soruşduqda ona pul atdığını demiş, lakin kim ona pul atmasını deməmişdir. Atabəyin evində oturan zaman aralarında olan danışığı özləri ilə gətirdikləri telefonda olan diktofona yazmışlar. Vüsalın ona deməsinə görə, Atabəy ondan dəfələrlə ümumilikdə 27.280 (iyirmi yeddi min iki yüz səksən) manat məbləğdə pul almış, yalnız 800 manat məbləğdə puldan başqa, ona nə qazanc, nə də aldığı 27.280 manat məbləğdə puldan heç nə qaytarmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. O, zərərçəkmiş şəxslərlə bir yerdə işləmişdir. Borc yaranmışdır onlar onu danmır və hissə-hissə ödəməyə hazırdır. Şikayət verildiyindən oğlu işləmir və bu səbəbdən borcu ödəyə bilməmişdi. İş materiallarında olan 24 aprel 2021-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında Qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınması haqqında 28 aprel 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 28 aprel 2021-ci il tarixli götürmə aparılması və baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ilə whatsapp sosial şəbəkə vasitəsi ilə aralarında olan yazışmaları təhqiqat orqanına təqdim etmiş, Bakı şəhəri Səbail RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru X12 tərəfindən 03 ədəd A4 vərəqdə olan “Whatsapp” proqramı vasitəsilə icra edilmiş ismarıc mətnləri götürülərək iş materiallarına əlavə edilmişdir. Həmin yazışmalara baxış keçirilən zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 13 000 ABŞ dolları borc istəməsi, 2500 qazanc əldə edəcəyi, Zərərçəkmiş şəxs1 14 000 manat pul tapması və həmin pulu Təqsirləndirilən şəxs götürməsi barədə razılaşmaları əks olunmuşdur. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınması haqqında 30 aprel 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 30 aprel 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ilə whatsapp sosial şəbəkə vasitəsi ilə aralarında olan yazışmaları təhqiqat orqanına təqdim etmiş, Bakı şəhəri Səbail RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru X12 tərəfindən 16 ədəd A4 formatlı vərəqdə olan “Whatsapp” proqramı vasitəsilə icra edilmiş ismarıc mətnləri götürülərək iş materiallarına əlavə edilmişdir. Həmin yazışmalara baxış keçirilən zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 borc istəməsi, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs borc verdiyi, onun geri qaytardığı və qalıq məbləğlərin əks olunduğu yazışmaların olması müəyyən edilmişdir. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınması haqqında 04 may 2021-ci il tarixli qərardan görünür ki, X5 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 04 may 2021-ci il tarixli götürmə aparılması və baxış keçirilməsi haqqında protokoldan görünür ki, X2 Təqsirləndirilən şəxs ilə whatsapp sosial şəbəkə vasitəsi ilə aralarında olan yazışmaları təhqiqat orqanına təqdim etmiş, Bakı şəhəri Səbail RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru X12 tərəfindən 06 ədəd A4 vərəqdə olan “Whatsapp” proqramı vasitəsilə icra edilmiş ismarıc mətnləri götürülərək iş materiallarına əlavə edilmişdir. Həmin yazışmalara baxış keçirilən zamanı Təqsirləndirilən şəxs X1 105 qram və 90 qram qızıl götürməsi barədə razılaşmaları əks olunmuşdur. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınması haqqında 05 may 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınması haqqında 10 may 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs5 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınması haqqında 20 may 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs6 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan Ağsu rayon İcra Hakimiyyəti Başçısının Ağsu şəhər İnzibati ərazi Dairəsi üzə nümayəndəsinin verdiyi 14 iyun 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan 24 iyun 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, istintaq zamanı ifadələr arasında ziddiyətlər olduğundan zərərçəkmiş şəxs X5 ilə Təqsirləndirilən şəxs biribirilərilə üzləşdirilmiş və üzləşdirmə zamanı onlar ifadələrində göstərdikləri xüsusatları biri-birilərinin üzünə qarşı bir daha təsdiq etmişlər. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 24 iyun 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan 27 iyun 2021-ci il tarixli götürmə aparılması və baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 tərəfindən istintaq orqanına təqdim etdiyi, adına olan **********273397 saylı "xxxx" ASC kartına 09.12.2019-cu il tarixdə köçürmə əməliyyatı və adına olan **********507128 saylı «Rabitəbank» kartına 26.12.2019-cu il tarixdə və 02.2020-ci il tarixdə olan köçürmə əməliyyatların edilməsi ilə bağlı A4 formatlı 03 ədəd kağız parçasında əks olunmuş bank çıxarışlarını, həmçinin A4 formatlı 01 ədəd kağız parçasında əks olunmuş, pul dövriyyəsinə dair Whatsapp sosial şəbəkəsi vasitəsi ilə aparılmış yazışmanı özündə ıs etdirən mesaj yazışmasına baxış keçirilmişdir. Baxış zamanı müəyyən edildi ki, Zərərçəkmiş şəxs1 təqdim etdiyi bank çıxarışları A4 formatlı 03 ədəd kağız parçasından ibarətdir. Birinci vərəqə "xxxx" ASCnin filialı tərəfindən çıxarış edilmişdir. Həmin çıxarışdan görünür ki, 09.12.2019-cu il tarixdə karta 800,00 (səkkiz yüz) manat pul, 26.12.2019-cu il tarixdə «Rabitəbank» kartına 500,00 (beş yüz) manat və 06.02.2020-ci il tarixdə «Rabitəbank» kartına 2000 (iki min) manat pul köçürülmüşdür. A4 formatlı 01 ədəd kağız parçasında olan Whatsapp sosial şəbəkə vasitəsi ilə olan yazışmaya baxış keçirilərkən aşağıdakılar müəyyən edilmişdir: A4 formatlı kağızın yuxarı hissəsində Atabəy sözü, bir az aşağıda 26 Ara 2019, ondan aşağıda 4RRN2DĞ 19:05., ondan aşağıda «Rabitəbank» kartın surəti-19:33, ondan aşağıda soldan 850-270=580azn. yazının altında Sene 500 vurdum 80 borclu qaldım-20:32 və aşağıda solda Ok-20:45 sözü yazılıb. İş materiallarında olan 25 iyun 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, istintaq zamanı ifadələr arasında ziddiyətlər olduğundan Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs biribirilərilə üzləşdirilmiş və üzləşdirmə zamanı onlar ifadələrində göstərdikləri xüsusatları biri-birilərinin üzünə qarşı bir daha təsdiq etmişlər. İş materiallarında olan 28 iyun 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, istintaq zamanı ifadələr arasında ziddiyətlər olduğundan Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs biribirilərilə üzləşdirilmiş və üzləşdirmə zamanı onlar ifadələrində göstərdikləri xüsusatları biri-birilərinin üzünə qarşı bir daha təsdiq etmişlər. İş materiallarında olan 01 iyul 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, istintaq zamanı ifadələr arasında ziddiyətlər olduğundan Zərərçəkmiş şəxs4 ilə Təqsirləndirilən şəxs biribirilərilə üzləşdirilmiş və üzləşdirmə zamanı onlar ifadələrində göstərdikləri xüsusatları biri-birilərinin üzünə qarşı bir daha təsdiq etmişlər. İş materiallarında olan 04 iyul 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, istintaq zamanı ifadələr arasında ziddiyətlər olduğundan Zərərçəkmiş şəxs6 ilə Təqsirləndirilən şəxs biribirilərilə üzləşdirilmiş və üzləşdirmə zamanı onlar ifadələrində göstərdikləri xüsusatları biri-birilərinin üzünə qarşı bir daha təsdiq etmişlər. İş materiallarında olan 12 iyul 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, istintaq zamanı ifadələr arasında ziddiyətlər olduğundan Zərərçəkmiş şəxs5 ilə Təqsirləndirilən şəxs biribirilərilə üzləşdirilmiş və üzləşdirmə zamanı onlar ifadələrində göstərdikləri xüsusatları biri-birilərinin üzünə qarşı bir daha təsdiq etmişlər. İş materiallarında olan 16 iyul 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, istintaq zamanı ifadələr arasında ziddiyətlər olduğundan Şahid2 ilə Təqsirləndirilən şəxs biri-birilərilə üzləşdirilmiş və üzləşdirmə zamanı onlar ifadələrində göstərdikləri xüsusatları biri-birilərinin üzünə qarşı bir daha təsdiq etmişlər. İş materiallarında olan 20 iyul 2021-ci il tarixli götürmə aparılması barədə protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 telefondakı diktofona və CD diskə köçürdüyü səs yazmaları iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. İş materiallarında olan 20 iyul 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 istintaq orqanına təqdim etdiyi 01 ədəd CD diskə Təqsirləndirilən şəxs və nümayəndəsi Müdafiəçi1 iştirakı ilə baxış keçirilən zamanı orada 03 (üç) ədəd AUD- 20201201 WA-117, AUD-2020120 WA-116 və AUD-20201201 WA-115 adlı qovluğ olması və 1(bir) saylı qovluğu açdıqda orada aşağıdakı məzmunlu danışıqların olması müəyyən edilmişdir. 1- ci kişi səsi: Oktay deyir ki, gedirəm bandotdelə 2- ci kişi səsi: Gedib neynəyəcək bandotdeldə? 1- ci kişi səsi: Gedib yazacaq deyir. 2- ci kişi səsi: Oktaya nə qədər atmısanki? 1- ci kişi səsi: 20000 dollar 2- ci kişi səsi: 38000 manat? 1- ci kişi səsi: 34000 manat 3- cü kişi səsi: Ay dədə vay. Ay bədbaxt. 2- ci kişi səsi: Sən bu qədər pulu neylədin,Atabəy? 1- ci kişi səsi: Özüm ölüm ortada məni görmürdin neynirdim 2- ci kişi səsi: Ortada bu qədər pul gedəmməz. Allahhaqqı, o gün Kamilə də deyirəm. 2 (iki) saylı qovluğu açdıqda orda aşağıdakı məzmunlu danışıqlar ın olması müəyyən edilmişdir. 1- ci kişi səsi: Papada məndən soruşur ki, dəqiq summa nə qədərdir? Misalçin məndən misalçin bax mənim hesabımla 27.280 manatdır. Mənim hessabıimla yəni sənin mənə verəcəyin 11.000 manat birdir. Düzdür? 2- ci kişi səsi: Düzdü. 1- ci kişi səsi: 6000 dollar birdir. Düzdür? 2- ci kişi səsi: Düzdü. 1- ci kişi səsi: Sonra..15.000 nə qədər vermişdim. 9400 qaytarmısan mənə ordan, yerdə qalıb orda 6080 manat. 11.000 manat, 6000 dollar,6080 manat nə qədər eleyir? 27.280 manat, yəni mən elə hesablamışam. Sənində hesabında elədir? 2- ci kişi səsi: Elədir. 1-ci kişi səsi: Yaxşı, indi sən bunu nə vaxt qaytarırsan? 3 (üç) saylı qovluğu açdıqda orada aşağıdakı məzmunlu danışıqların olması müəyyən edilmişdir. 1- ci kişi səsi: Cünki keçən səfər Pərviz deyir ki, bunun dəftəri yoxdur, bunun dəftəri itib. Mən ehtiyat edirəm ki. misalçində indi açığıda bir 10 gün keçər deyərsən ki, mənim borcum 27.000 deyildi.misalçin 15000 idi.misalçin. 2- ci kişi səsi: Yox, elə şey yoxdu. Ondan narahat olma.Yox o boyda indi şey olmazda Qadın səsi: Bunu şikayət eləyib tutdursalar və nətər olacaq? 2-ci kişi səsi: Bir dənə o şeyləri yola verək görək nə olur. Ondan sonra oturaq ətraflı söhbət eliyəkdə. Baxışda iştirak etmiş X10 bildirmişdir ki, 01 ədəd «CD» diskin 1-ci qovluğunda əks olunmuş səxlər, yəni 1-ci kişi səsi ona, yəni Təqsirləndirilən şəxs məxsusdur, 2-ci kişi səsi tanışı Zərərçəkmiş şəxs1 məxsusdur, 3-cü kişi səsi tanışı Şahid2 məxsusdur. «CD» diskin 2-ci qovluğunda əks olunmuş səxlər, yəni 1-ci kişi səsi tanışı Zərərçəkmiş şəxs1 məxsusdur, 2-ci kişi səsi ona, yəni Təqsirləndirilən şəxs məxsusdur. «CD» diskin 3-cü qovluğunda əks olunmuş səxlər, yəni 1-ci kişi səsi tanışı Zərərçəkmiş şəxs1 məxsusdur, 2-ci kişi səsi ona, yəni Təqsirləndirilən şəxs məxsusdur, qadın səsi onun anasına məxsusdur. Həmin səs yazısını Zərərçəkmiş şəxs1 Şahid2 ilə birlikdə onun yaşadığı evdə olarkən aralarında olan söhbəti telefona yazmışdır. İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” 21 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.2.2. və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. İş materiallarında olan 22 iyul 2021-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 178.2.2. və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan 22 iyul 2021-ci il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 27.10.2021-ci il tarixli “mülki iddiaçı qismində tanınma” qərarından görünür ki, Zərərçəkmiş şəxs1 cinayət işi üzrə mülki iddiaçı qismində tanınması və Təqsirləndirilən şəxs oğlundan 26480 (iyirmi alt dörd yüz səksən) Azərbaycan manatın, həmçinin dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) Azərbaycan manatı dövlət rüsumunun tutularaq ona ödənilməsi tələbinə dair mülki iddia ilə məhkəməyə müraciət etmiş və mülki iddia icraata qəbul edilərək Zərərçəkmiş şəxs1 mülki iddiaçı qismində tanınmışdır. İş materiallarında olan 05.11.2021-ci il tarixli “mülki iddiaçı qismində tanınma” qərarından görünür ki, Zərərçəkmiş şəxs2 cinayət işi üzrə mülki iddiaçı qismində tanınması və Təqsirləndirilən şəxs oğlundan 23 511 manat 40 qəpik məbləğində maddi ziyan, əsas borca görə ilə əlavə 5% hesablanmaqla, 1.175 manat 57 qəpik məbləğində vəsait, əldən çıxmış fayda - 10.000 manat, 30 manat dövlət rüsumu, 5.000 manat mənəvi zərər (cəmi-39.716,97 azn) tutularaq ona ödənilməsi tələbinə dair mülki iddia ilə məhkəməyə müraciət etmiş və mülki iddia icraata qəbul edilərək Zərərçəkmiş şəxs2 mülki iddiaçı qismində tanınmışdır. İş materiallarında olan 05.11.2021-ci il tarixli “mülki iddiaçı qismində tanınma” qərarından görünür ki, zərərçəkmiş şəxs X5 cinayət işi üzrə mülki iddiaçı qismində tanınması və Təqsirləndirilən şəxs oğlundan 24.240 manat məbləğində maddi ziyanın, əsas borca görə ilə əlavə 5% hesablanmaqla, 1.212 manat məbləğində vəsaitin, habelə əldən çıxmış fayda - 10.000 manatın, 30 manat dövlət rüsumunun, 5.000 manat mənəvi zərərin (cəmi- 40.482 azn) tutularaq ona ödənilməsi tələbinə dair mülki iddia ilə məhkəməyə müraciət etmiş və mülki iddia icraata qəbul edilərək X5 mülki iddiaçı qismində tanınmışdır. İş materiallarında olan 12.11.2021-ci il tarixli “mülki iddiaçı qismində tanınma” qərarından görünür ki, Zərərçəkmiş şəxs5 cinayət işi üzrə mülki iddiaçı qismində tanınması və Təqsirləndirilən şəxs oğlundan 10.285 manat məbləğində maddi ziyanın, əsas borca görə ilə əlavə 5% hesablanmaqla, 514 manat 25 qəpik məbləğində vəsaitin, habelə əldən çıxmış fayda - 5.000 manatın, 30 manat dövlət rüsumunun, 5.000 manat mənəvi zərərin (cəmi-20.829,25 azn) tutularaq ona ödənilməsi tələbinə dair mülki iddia ilə məhkəməyə müraciət etmiş və mülki iddia icraata qəbul edilərək Zərərçəkmiş şəxs5 mülki iddiaçı qismində tanınmışdır. İş materiallarında olan 12.11.2021-ci il tarixli “mülki iddiaçı qismində tanınma” qərarından görünür ki, Zərərçəkmiş şəxs4 cinayət işi üzrə mülki iddiaçı qismində tanınması və Təqsirləndirilən şəxs oğlundan 14.450 manat məbləğində maddi ziyanın, əsas borca görə ilə əlavə 5% hesablanmaqla, 722 manat 50 qəpik məbləğində vəsaitin, habelə əldən çıxmış fayda - 5.000 manatın, 30 manat dövlət rüsumunun, 5.000 manat mənəvi zərərin (cəmi-25.202,50 azn) tutularaq ona ödənilməsi tələbinə dair mülki iddia ilə məhkəməyə müraciət etmiş və mülki iddia icraata qəbul edilərək Zərərçəkmiş şəxs4 mülki iddiaçı qismində tanınmışdır. İş materiallarında olan məhkəmə prosesində zərərçəkmiş şəxs X5 tərəfindən təqdim edilmiş whatsapp mobil tətbiqi vasitəsi ilə aparılmış yazışmaların mətnindən görünür ki, Təqsirləndirilən şəxs X1 104,97 qram, 25.21 qram, 60.23 qram və 90.30 qram qızıl götürməsi barədə yazışmaları olmuşdur. İş materiallarında olan Şahid2 istifadəsində olan +99***-***-**-** və +99***-***-**-** mobil nömrələrinin 2020-ci ilin fevral ayı üzrə olan anten dairəsi barədə məlumatları "xxxx" MMC-dən, "xxxx" MMC-dən və "xxxx" MMC-dən götürülməsi barədə Səbail Rayon Məhkəməsinin 03 dekabr 2021-ci il tarixli qərarının icrası ilə əlaqədar "xxxx" MMC-dən daxil olmuş məktubdan görünür ki, qeyd edilən nömrələr Azercell şəbəkəsinə məxsus olmadığı üçün məlumatın təqdim edilməsi mümkün olmamış, "xxxx" MMC-dən və "xxxx" MMC-dən daxil olmuş 14.12.2021-ci il və 20.12.2021-ci il tarixli məktublara əlavə edilən CD disklərdəki fayıllara baxış keçirilərkən müəyyən edilmişdir ki, 2020-ci ilin fevral ayı ərzində Şahid2 Mərkəzi Univermağın yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti ünvanına və bu ünvana yaxın əraziyə getməsinə dair məlumat əks olunmamışdır. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2. və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun özünün etirafı, zərərçəkmiş şəxsin, şahidin ifadələri, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də, zərərçəkmiş şəxslərin və şahidlərin ifadəsi, işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin qeyd edilən qaydada ifadə verməsini və özünü ona qarşı elan olunmuş ittihamda özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2. və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs oğlunun cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, işin digər mühüm və diqqətə layiq hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2. və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalında həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməli, Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət Prosessual Məcəlləsinin 181-ci maddəsində göstərilmişdir ki, ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki şəxs mülki iddia verməyə haqlıdır. Bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. Törədilən əməl nəticəsində Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, X3 və Zərərçəkmiş şəxs5 maddi ziyan vurulduğu sübuta yetirildiyindən məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs2 mülki iddiası qismən təmin edilməli və Təqsirləndirilən şəxs oğlundan cinayət işi üzrə vurulmuş 23511.40 (iyirmi üç min beş yüz on bir manat 40 qəpik) manat məbləğində maddi ziyan və mülki iddia ilə bağlı ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs2 ödənilməli, mülki iddia qalan hissədə təmin edilməməlidir. Zərərçəkmiş şəxs4 mülki iddiası qismən təmin edilməli və Təqsirləndirilən şəxs oğlundan cinayət işi üzrə vurulmuş 14450 (on dörd min dörd yüz əlli) manat məbləğində maddi ziyan və mülki iddia ilə bağlı ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs4 ödənilməli, mülki iddia qalan hissədə təmin edilməməlidir. X2 mülki iddiası qismən təmin edilməli və Təqsirləndirilən şəxs oğlundan cinayət işi üzrə vurulmuş 24.240 (iyirmi dörd min iki yüz qırx) manat məbləğində maddi ziyan və mülki iddia ilə bağlı ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq X3 ödənilməli, mülki iddia qalan hissədə təmin edilməməlidir. Zərərçəkmiş şəxs5 mülki iddiası qismən təmin edilməli və Təqsirləndirilən şəxs oğlundan cinayət işi üzrə vurulmuş 10285 manat (on min iki yüz səksən beş) manat məbləğində maddi ziyan və mülki iddia ilə bağlı ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs5 ödənilməli, mülki iddia qalan hissədə təmin edilməməlidir. İş üzrə Şahid2 izahatında 06.02.2020-ci il tarixdə Vüsalın xahişi ilə 43.5 qram çəkisi və 583 əyarı olan qızıl trosu götürüb Mərkəzi Univermağa apardığını, həmin qızıl trosu Atabəyə 2.000 (iki min) manata satdığını, sonra Atabəylə birlikdə Mərkəzi Univermağın içərisində yerləşən “e-manat” pul köçürmə terminalına yaxınlaşıb həmin 2000 manat pulu Vüsalın ona təqdim etdiyi “Rabitəbank” bank kartına köçürməsini qeyd etsə də Azerfon” MMC-dən və "xxxx" MMC-dən daxil olmuş anten dairəsi barədə məlumatlarda 2020-ci ilin fevral ayı ərzində Şahid2 Mərkəzi Univermağın yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti ünvanına və bu ünvana yaxın əraziyə getməsi öz təsdiqini tapmadığından məhkəmə bu hissədə iddia tələbini sübutlarla təsdiq edilmədiyindən əsassız sayır və hesab edir ki, Zərərçəkmiş şəxs1 mülki iddiası qismən təmin edilməli, cinayət nəticəsində vurulmuş 24480 (iyirmi dörd min dörd yüz səksən) manat məbləğində maddi ziyan və mülki iddia ilə bağlı ödənilmiş 30 (otuz) manat dövlət rüsumu təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs1 ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə maddi sübut 03 (üç) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəza çəkmə müddətinin əvvəli 18 fevral 2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut 03 (üç) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə Zərərçəkmiş şəxs1 mülki iddiası qismən təmin olunsun və Təqsirləndirilən şəxs oğlundan cinayət işi üzrə vurulmuş 24480 (iyirmi dörd min dörd yüz səksən) manat məbləğində maddi ziyan və mülki iddia ilə bağlı ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs1 ödənilsin. Zərərçəkmiş şəxs2 mülki iddiası qismən təmin olunsun və Təqsirləndirilən şəxs oğlundan cinayət işi üzrə vurulmuş 23511.40 (iyirmi üç min beş yüz on bir manat 40 qəpik) manat məbləğində maddi ziyan və mülki iddia ilə bağlı ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs2 ödənilsin. Mülki iddia qalan hissədə təmin edilməsin. Zərərçəkmiş şəxs4 mülki iddiası qismən təmin olunsun və Təqsirləndirilən şəxs cinayət işi üzrə vurulmuş 14450 (on dörd min dörd yüz əlli) manat məbləğində maddi ziyan və mülki iddia ilə bağlı ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs4 ödənilsin. Mülki iddia qalan hissədə təmin edilməsin. X2 mülki iddiası qismən təmin olunsun və Təqsirləndirilən şəxs oğlundan cinayət işi üzrə vurulmuş 24 240 (iyirmi dörd min iki yüz qırx) manat məbləğində maddi ziyan və mülki iddia ilə bağlı ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq X3 ödənilsin. Mülki iddia qalan hissədə təmin edilməsin. Zərərçəkmiş şəxs5 mülki iddiası qismən təmin olunsun və Təqsirləndirilən şəxs oğlundan cinayət işi üzrə vurulmuş 10285 manat (on min iki yüz səksən beş) manat məbləğində maddi ziyan və mülki iddia ilə bağlı ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs5 ödənilsin. Mülki iddia qalan hissədə təmin edilməsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar