Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-16/2023 06.03.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, AR vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi ev 18, mənzil 39-da qeydiyyatda olmaqla yaşayan, Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsində istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(006)-130/2023 saylı qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1 və 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 06 mart 2023-cü il tarixdə saat 12.45-də məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd siqaretin qızılı kağızına bükülmüş bükümündə təmiz çəkisi 0,685 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib əynində olan göy rəngli cins şalvarın sağ yan cibinin üzərindəki xırda cibində saxlayaraq daşımış, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 27 aprel 2022-ci il tarixdə saat 03:10 radələrində ünvan 1 ünvanının qarşısında saxlanılıb, Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinə gətirilərək, həmin tarixdə saat 06:20 radələrində üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibinin üzərindəki xırda cibindən bir ədəd siqaretin qızılı kağızına bükülmüş bükümdə təmiz çəkisi 0,685 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022- ci il tarixdə saat 04 radələrində ünvan 3 ünvanda yerləşən “AF Business House” yaşayış kompleksinin qarşısında küçədə Zərərçəkmiş şəxs saxladığı 600 manat dəyərində olan "Forward” markalı 27.5 x 2.20 ölçülü, sürət ötürücülü, sükanı əl əyləcli velosipedi gizli olaraq talayıb Zərərçəkmiş şəxs 600 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ilkin ifadəsində ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 27 aprel 2022-ci il tarixdə saat 03:10 radələrində yaşadığı ünvan 1 ünvanın qarşısında olan zaman iki nəfər mülki geyimdə olan şəxs onu saxlamışlar və özlərini təqdim edərək onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyini deyib onu 22-ci Polis Şöbəsinə dəvət etmişlər. O, da polis əməkdaşlarının qanuni tələblərinə etiraz etməmiş və polis işçiləri ilə birlikdə Nəsimi RPİ-nin 22-ci PŞ-nə getmişdir. Polis şöbəsində müdafiəçinin iştirakı ilə onun üzrərinə şəxsi axtarış keçirilmiş və o əynində olan şalvarın cibindən bir ədəd bükümdə narkotik vasitə heroini təqdim etmişdir. Şəxsi axtarış barədə polis işçiləri tərəfindən protokol tərtib olunmuş və o protokolu imzalamışdır. 02 may 2022-ci il tarixdə saat 03:30 radələrində Səbail rayonu Nizami küçəsi ilə piyada yaşadığı evə gedərkən “Grandmart” marketin yaxınlığında yerləşən yaşayış binasının qarşısında yerə aşmış vəziyyətdə olan qara rəngli velosiped görmüşdür. O, velosipedi yerdən qaldırıb düzəltmiş və bir qədər orada dayanıb velosipedin sahibsiz olduğunu və heç kimi yaxınlaşmadığını görüb həmin velosipedi oğurlamışdır. O, velosipedə minib yaşadığı ünvan 4 ünvana gətirmiş və həmin velosipedi yaşadığı binanın birinci mərtəbəsində gizlədib evə getmişdir. 04 may 2022-ci il tarixdə Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin əməkdaşları onunla əlaqə saxlamış və onun velosipedi oğurlamağı barədə məlumatları olduğunu bildirmişlər. O, velosipedi oğurladığını etiraf etmişdir, törətdiyi əməldən peşmandır, oğurluq nəticəsində zərərçəkmiş şəxsə vurduğu ziyanı tam şəkildə ödəmiş, yəni velosipedi qaytarmışdır, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs növbəti ifadəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, 27 aprel 2022-ci il tarixdə ünvan 1 ünvanın qarşısında olan zaman iki nəfər mülki geyimdə olan şəxs onu saxlamışlar və Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə aparmışlar. Bildirmişdir ki, ilkin ifadəsində göstərilən məlumatlar həqiqəti əks etdirmir. O əslində 27 aprel 2022-ci il tarixində saat 03:10 radələrində yox, 00-01:00 radələrində saxlanmışdır. Üzərində hər hansı narkotik vasitə və ya heroin olmamışdır, onu Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinə gətirmiş və bildirmişlər ki, “sən hər bir halda narkotik vasitələrdən istifadə edirsən üzərində olmasa belə sən içəri getməlisən və təmizlənməlisən”. Gecə boyu o polis əməkdaşlarının mənəvi və psixoloji təsirinə məruz qalmış, müdafiəçi ilə təmin edilməmişdir. 27 aprel 2022-ci il səhər saatlarında vəkil ilə görüşmüşdür. Ona gecə saatlarında bütün sənədlərə qol çəkdirmişlər. Həmçinin bölmədə özünə müdafiəçi seçmək ona təklif olunmamışdır. Müdafiəçini səhər saatlarında görmüşdür. Təqsirləndirilən şəxs məhkəmədən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə münasibətdə hazırki ifadəsinin nəzərə alınmasını xahiş etdi. Onun üzərində heç bir narkotik vasitə, psixotrop maddə olmamışdır. Ona heç bir ailə üzvü ilə əlaqə saxlamaq imkanı yaradılmamışdır. Onun üzərinə axtarış müdafiəçinin iştirakı olmadan keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, “Wolt” çatdırılma şirkətində kuryer işləyir və sifarişləri özünə məxsus velosiped ilə ünvanlara çatdırır. 02 may 2022-ci il tarixdə saat 04:00 radələrində “AFF Busines House” yaşayış kompeksinə elektron siqaret sifarişini çatdırmışdır. Velosipedi binanın qarşısında səkidə saxlayaraq binaya daxil olmuş, təqribən 5-10 dəqiqə keçdikdən sonra binadan çıxarkən velospedinin saxladığı yerdə olmadığını görüb və dərhal “102” xidmətinə məlumat vermişdir. Bundan sonra Səbail Rayon Polis İdarəsi 39-cu Polis Bölməsinə ərizə ilə müraciət etmişdir. Oğurluq nəticəsində ona 400-500 manat civarında ziyan dəymişdir. Həmin velosipedi Təqsirləndirilən şəxs yaşadığı binada gizlətmişdir və polis işçiləri tərəfindən velosiped tapılaraq ona qaytarılmışdır. Həmçinin məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tam şəkildə ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 27 aprel 2022-ci il tarixdə xidmət etdiyi polis şöbəsində olan zaman Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi ev 18, mənzil 19-da yaşayan Təqsirləndirilən şəxs ünvan 5 ünvanın qarşısında qanunsuz olaraq narkotik vasitənin əldə etməsi, saxlaması və daşıması barədə məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq nəqsədi ilə ondan və Nəsimi RPİ-nin 22-ci PŞ-nin baş əməliyyat müvəkkili Şahid3 ibarət əməliyyat qrupu təşkil edilmişdir. Məlumat əsasında yaradılmış əməliyyat qrupu ilə birlikdə həmin ünvana gəlmiş və Təqsirləndirilən şəxs yaxınlaşaraq onu Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə dəvət etmişlər. Şöbədə videoçəkilişlə onun üzərinə şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs əynində olan şalvarın cibindən bir ədəd bükümdə narkotik vasitə heroin aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə bir ədəd büküm zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və zərf iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis şöbəsinin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, baş vermiş hadisədən uzun müddət keçdiyindən hadisəni dəqiq xatırlamır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı müdafiəçinin iştirak edib-etməməsini xatırlamır, təxminən mart-aprel ayları idi, üzərinə şəxsi axtarış tutulduğu vaxt, yəni gecə saatlarında aparılmışdır. Məhkəmə iclasında şahid Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin polis sahə inspektoru Şahid2 ifadəsində göstərmişdir ki, 02 may 2022-ci il tarixdə saat 04 radələrində xidməti ərazisi olan ünvan 7 ünvanda yerləşən “AFF Business House” yaşayış kompleksinin qarşısında küçədən Zərərçəkmiş şəxs məxsus velosipedin oğurlanması barədə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Zərərçəkmiş şəxs məxsus velosipedin Təqsirləndirilən şəxs tərəfindən oğurlandığı müəyyən edilmişdir. Təqsirləndirilən şəxs şəxsiyyətini və yaşadığı yeri müəyyən etdikdən sonra 04 may 2022-ci il tarixdə onunla əlaqə saxladıqda Təqsirləndirilən şəxs velosipedi oğurladığını etiraf etmiş, həmin velosipedi yaşadığı binanın blokunda saxladığını bildirmişdir. Bundan sonra onlar 04 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişlər və onun iştrakı ilə oğurladığı velosipedə baxış keçirmişlər. Təqsirləndirilən şəxs həmin velosipedi 02 may 2022-ci il tarixdə saat 04 radələrində ünvan 7 ünvanda yerləşən “AFF Business House” yaşayış kompleksinin qarşısındakı küçədən oğurladığını bildirmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında xx.xx.2022-ci il tarixli məhkəmə iclasına dəvət olunmuş şahid Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin təhqiqatçısı X13 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə bağlı sənədləşdirmə onun tərəfindən aparılmışdır. Əməliyyat müvəkkilləri Təqsirləndirilən şəxs gecə saatlarında onun xidməti otağına gətirmişlər. Anarın qollarında qandal yox idi. Sənədləşdirmə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi, müdafiəçinin iştirakı ilə aparılmışdır. Həmin gün növbədə olan vəkil X9 olmuşdur. O, vəkil dəvət etmək üçün vəkil bürosuna zəng etmişdir. Əvvəlcə şübhəli şəxsin tutulması haqqında qərar qəbul edilmiş, sonra isə protokol tərtib edilmişdir. 27 aprel 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokolu tərtib olunma saatının 05.20-dən 05.50-dək, 27 aprel 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərarın tərtib olunma saatının isə 06.25 göstərilməsini texniki səhvlə əlaqələndirilmişdir. Cinayət işinin başlanması haqqında qərarda Təqsirləndirilən şəxs saat 03.10 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində tutularaq 22-ci Polis Şöbəsinə gətirilməsi, şübhəli şəxs qismində saat 05.20-də tutulmasını onunla izah etmişdir ki, Təqsirləndirilən şəxs bölməyə gətiriləndən 2 saat ərzində əlləri açıq vəziyyətdə onun otağında olmuş, müdafiəçinin gəlməsini gözləmişlər, videçəkiliş üçün hazırlaşmışlar. Müdafiəçi X9 xx.xx.2022-ci il tarixli kimyəvi ekspertizanın təyin edilməsi haqqında qərarla şübhəli şəxsi tanış etmə protokolunu imza etməkdən imtina etməmişdir, sənədlər çox olduğundan gözündən yayınmış, imza etməmişdir. Əgər imtina etsəydi həmin protokolda bu barədə qeyd olardı. Şübhəli şəxsin dindirilməsi haqqında protokolunda dindirmənin başlanma və bitmə saatını qeyd etmək yadından çıxmışdır. Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında protokolunda başlanma saatı 06.20, bitmə saatı 07.30 qeyd edilmiş, şübhəli şəxsin tutulması haqqında qərar isə şübhəli şəxsə 06.25-də tərtib olunmuşdur. Protokolda hansı səbəbdən vaxtların belə göstərilməsini izah edə bilmir. Videoçəkilişdə müdafiəçi X9 iştirak etməmişdir. Bu prosessual hərəkətin müdafiəçinin iştirakı olmadan keçirilməsi barədə şübhəli şəxsdən ərizə alınır. Onların təcrübəsində müdafiəçi şəxsi axtarışda iştirak etmir, bu barədə həm müdafiəçidən, həm də şübhəli şəxsdən müdafiəçinin həmin hərəkətdə iştirak etməkdən imtina etməsi barədə müvafiq ərizələr alınır. Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edilmişdir, lakin videoçəkilişdə müdafiəçi iştirak etməmişdir. Tərəflərin imtinasının hansı səbədən rəsmiləşdirməməsini xatırlamır. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasına dəvət olunmuş şahid Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi X7 ifadəsində göstərmişdir ki, qeyd edilən iş onun icraatında çox az müddət olmuşdur, sonradan aidiyyatı üzrə Səbail Rayon Polis İdarəsinə göndərilmişdir, ona görə də işin xüsusatlarını tam xatırlamır. 27 aprel 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokolun tərtib olunma saatının 05.20-də, 27 aprel 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərarın tərtib olunma saatının isə 06.25 göstərilməsi nəzərindən qaçmışdır. Təqsirləndirilən şəxs qismində dindirməsi 28 aprel 2022-ci il tarixdə saat 10.30-da başlanmış, 11.15-də bitmişdir. Təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında qərar isə şəxsə 28 aprel 2022ci il tarixdə saat 11.30-da elan olunmuşdur. Əslində isə əvvəlcə təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında qərar olunur və şəxsə elan olunur, sonra isə şəxsin təqsirləndirilən şəxs qismində ifadəsi alınır. Hazırki işdə isə hansı səbəbdən əvvəlcə şəxsin dindirilməsi, sonra isə şəxsə ittiham elan olunmasının baş verməsini deyə bilmir. Şəxsin təqsirləndirilən şəxs qismində ifadəsi alınarkən adətən onun şübhəli şəxs ifadəsinə uyğun hazırlanır. Komputer onun xidməti otağında olduğundan ifadəsi otaqda hazırlanır. Şübhəli şəxs ifadəsi ilə təqsirləndirilən şəxsin ifadəsi əsasən eyni olur, təqsirləndirilən şəxs qismində ifadədə müəyyən əlavələr olur. İşin üzərindən uzun müddət keçdiyindən şəxsə ittiham elan olunması protokolu və təqsirləndirilən şəxs qismində dindirməsi protokolunda saatların hansı səbəbdən düzgün göstərilməməsini xatırlamır, təxmin edir ki, texniki səhv olub. Hər dəfə şəxsi X8 çıxarmaq olmur, adətən ifadənin yerində yoxlanılması istintaq hərəkətində və şəxsin barəsində həbs qətimkan tədbir seçilməsi üçün məhkəməyə müraciət olunduqda çıxarılır. Təqsirləndirilən şəxs ifadəsi alınarkən narkotik vasitənin ona məxsus olduğunu etiraf etmişdir. Məhkəmənin təşəbbüsü ilə məhkəmə iclasına dəvət olunmuş şahid Bakı şəhər 14 saylı Vəkil Bürosunun vəkili X9 ifadəsində göstərmişdir ki, 27 aprel 2022-ci ildə səhər saat 09:00-dan etibarən növbədə olmuş, 14 saylı Vəkil Bürosunda növbə hər gün səhər saat 9-dan növbəti gün səhər saat 9-a qədər davam edir. Həmin vaxtı büronun müdiri ona order təqdim edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi ona həvalə olunur. Bundan sonra o həmin Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinə getmiş, təqribən saat 10:00- da Təqsirləndirilən şəxsla görüşmüşdür. Təqsirləndirilən şəxs ona qarşı hər hansı bir fiziki zorakılığın olmadığını bildirmiş, bundan sonra o təhqiqatçının təqdim etdiyi hazır prokollarla tanış olmaq üçün imza atmışdır. O 27 aprel 2022-ci il tarixində gecə saatlarında bölmədə olmamışdır, həmin tarixdə orada olması mümkün olmamışdır, yəni bildirmişdir ki, vəkil bürosunda növbəlik cədvəli tərtib olunur, növbətçi vəkil isə səhər saat 09:00-dan növbəyə daxil olur. Protokoldakı imzalar ona məxsusdur, lakin təqribən saat 10:00-da Təqsirləndirilən şəxsla görüşmüşdür. Protokolları imzalayarkən həmin protokollarda tərtib olunma saatının yazılıb-yazılmamasını xatırlamır. Büronun növbətçilik cədvəlini və təhqiqatçının müdafiəçi təyin edilməsi haqqında büroya daxil olmuş üzərində “xx.xx.2022-ci il, saat 09.15, order:005340” məzmunlu dərkənar olan qərarı məhkəməyə təqdim etdi. Dövlət ittihamçısının vəsatəti ilə xx.xx.2023-cü il tarixli məhkəmə iclasına dəvət olunmuş şahid Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin təhqiqatçısı X13 əlavə ifadəsində göstərmişdir ki, hadisədən uzun müddət keçdiyindən Bakı şəhər 14 saylı Vəkil Bürosunun vəkili X4 şöbəyə saat neçədə gəldiyini, ümumiyyətlə, müdafiəçinin Telman Əliyev olduğunu xatırlamır. Əgər sənədləşdirmədə X4 adı yazılıbsa, çox güman ki, sənədləşdirmə aparılan zaman müdafiəçi X9 iştirak etmişdir. Sənədləşdirmə aparılarkən əynində olan qol saatı hazırda da qolundadır, bildirir ki, həmin qol saatı işləmir. Saat ona hədiyyə olunduğundan həmin saatı həmişə taxır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürməni əks etdirən videogörüntüyə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əynində olan göy cins şalvarın sağ yan cibinin üzərindəki cibindən 01 ədəd siqaretin qızılı kağıza bükülmüş bükümü çıxarıb masanın üzərinə qoyur. Həmin büküm açıldıqda içərisində qəhvəyi rəngli, xüsusi iyə malik narkotik vasitəyə oxşar maddə aşkar olunur. Şəxsi axtarış və götürmədə müdafiəçinin iştirakı müşahidə olunmur. Təqsirləndirilən şəxs bükülüdə olan maddənin narkotik vasitə heroin olmasını, özü şəxsi istifadə üçün aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı aşkar olunmuş bir ədəd siqaretin qızılı kağıza bükülmüş büküm olan qəhvəyi rəngli narkotik vasitəyə bənzər maddə zərfə qablaşdırılır və zərf iştirakçılar tərəfindən imzalanır. “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin təhqiqatçısı Orxan Mirzəyev tərəfindən tərtib olunmuş 27 aprel 2022-ci il tarixli protokoldan görünür ki, saxlanılmış şəxs Təqsirləndirilən şəxs üzərində narkotik maddə heroin olduğunu bildirməsi səbəbindən heç bir axtarılmadan dayandırılmış və Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins materialın sağ yan cibindən qızılı rəngli kağıza bükülmüş 01 ədəd bükümü çıxararaq təhqiqata təqdim etmişdir. Şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən heç bir şikayət olmadığı barədə yazılı qeyd verərək protokolu imzalamışdır. Ondan başqa axtarışda iştirak edən Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsinin baş əməliyyat müvəkkili Şahid1 Zahid oğlu, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsinin əməliyyat müvəkkili Şahid3 və şəxsi axtarış və götürmə zamanı videoçəkiliş üzrə mütəxəssis qismində dəvət edilmiş X12 imzalarla protokolu təsdiqləmişlər. Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi istintaq hərəkəti 27 aprel 2022-ci il tarixdə saat 06:20-də başlamış və saat 07.30-da başa çatmışdır. 27 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin təhqiqatçısı Orxan Mirzəyev tərəfindən ********* nömrəli cinayət işi başlanılmışdır. 27 aprel 2022-ci il tarixdə Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin təhqiqatçısı Orxan Mirzəyev tərəfindən Təqsirləndirilən şəxs saat 05:20-də şübhəli şəxs qismində tutulmuşdur. 27 aprel 2022-ci il tarixli qərarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi başlanılmış ********* nömrəli cinayət işi Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi Orxan Vəlixanlının icraatına qəbul edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizasının 27 aprel 2022-ci il tarixli 6/2423 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs ...” sözləri olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 0,685 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir. Heroinin təmiz çəkisi 0,685 qram, tədqiqata sərf edildi 0,050 qram, qalıq çəkisi 0,635 qram. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildirlər. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 81 (səksən bir) manatdır. 28 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-252/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi Orxan Vəlixanlının Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatəti rədd edilmiş və o məhkəmə iclas zalından həbsdən azad edilmişdir. 28 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Respublika Narkoloji Mərkəzinin 01 iyul 2022-ci il tarixli 3578 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorların qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. 05 may 2022-ci il tarixli qərarla fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. 05 may 2022-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs saat 19:00da Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. 07 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ittiham elan edilmişdir. 07 may 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs Səbail Rayon Polis İdarəsinin X8 azad edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. 27 may 2022-ci il tarixli qərarla ********* nömrəli cinayət işi ilə ********* nömrəli cinayət işi bir icraatda birləşdirilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 13 iyul 2022-ci il tarixli 9/4693 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 01 ədəd “Forward” markalı 27.5 x 2.20 ölçülü, sürət ötürücülü, sükanı əl əyləcli velosipedin istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin may ayına olan orta bazar qiyməti təxminən 600.00 manat müəyyən edilir. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manatdır. 15 iyul 2022-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci və 234.1-ci maddələrinə tövsif edilmişdir. 17 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona yenidən ittiham elan edilmişdir. 20 iyul 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarı ilə Təqsirləndirilən şəxs götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,635 qram olan (ilkin təmiz çəki 0,685 qram) narkotik vasitə-heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Bakı şəhər Səbail Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir. Cinayət işi üzrə Zərərçəkmiş şəxs məxsus 600 manat dəyərində olan 01 ədəd “Forward” markalı 27.5 x 2.20 ölçülü, sürət ötürücülü, sükanı əl əyləcli velosiped maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-467/2022 saylı, xx.xx.0022-ci il tarixli qərarı ilə Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsində istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində 08 sentyabr 2022-ci il, saat 12:20 tarixdən hesablanmaqla 04 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 yanvar 2023-cü il tarixli qərarı Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 02 ay müddətinə, yəni 08 mart 2023-cü il tarixədək uzadılmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 01 ay müddətinə, 08 aprel 2023-cü il tarixədək uzadılmışdır. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 14 may 2022ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Elektron İnformasiya sistemindən çıxarışa əsasən Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı övladı var – xx.xx.2012-ci il təvəllüdlü X5, xx.xx.2018-ci il təvəllüdlü X3, xx.xx.2019-cu il təvəllüdlü X6. Məhkəmə təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq aşağıdakı prinsip və müddəaları qeyd edir. İstintaq hərəkətlərinin gedişində mümkün sübutlarının əldə edilməsinin vacib şərtlərindən biri də həmin hərəkətlərin aparılması zamanı qanunda nəzərdə tutulmuş bütün şəxslərin iştirak etməsidir. Qanunvericilikdə irəli sürülən tələblər həm işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını, həm də proses iştirakçılarının hüquq və qanuni mənafelərinin müdafiəsini təmin etmək məqsədi daşıyır. Həmin tələblərə əməl edilməməsi müvafiq istintaq hərəkətləri zamanı əldə edilmiş sübutların qeyri-mümkün hesab edilməsinə səbəb olur. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham şəxsi axtarış və götürmə aparılması haqqında protokola, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinə əsaslandığından və bu protokolun qanuniliyi mötəbər sübutlarla təkzib edildiyindən, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ibtidai istintaq zamanı və məhkəmə iclasında verdikləri ifadələri arasında ziddiyyətlər olduğundan həmin ittiham əsaslı hesab edilə bilməz. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir, Cinayət Prosessual Məcəllənin 246.1-ci maddəsinə əsasən müstəntiq iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək, barəsində istintaq hərəkəti aparılan şəxsin paltarında, əşyalarında və ya bədənində ola bilən əşya və sənədləri, bir qayda olaraq, məhkəmənin qərarı əsasında götürə bilər. Həmin Məcəllənin 246.2-ci maddəsinə əsasən məhkəmənin qərarı alınmadan şəxsi axtarış aşağıdakı hallarda aparıla bilər: 246.2.1. şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə; 246.2.2. təqsirləndirilən şəxs barəsində həbsə alma qətimkan tədbiri tətbiq edildikdə; 246.2.3. axtarış və ya götürmənin aparıldığı binada olan şəxsin cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya və sənədləri gizlətməsini güman etməyə kifayət qədər əsaslar olduqda. 246.3. Şəxsi axtarış və götürmə zamanı videoçəkilişdən istifadə edilmədikdə barəsində şəxsi axtarış və götürmə aparılan şəxslə eyni cinsdən olan azı 2 (iki) hal şahidinin iştirakı məcburidir . Belə ki, şəxsi axtarış və götürmə, barəsində axtarış və götürmə aparılan şəxsin paltarlarının ayaqqabılarının, özü ilə gəzdirdiyi əşyaların və bədəninin axtarışını nəzərdə tutur. Şəxsi axtarış və götürmənin məqsədi bilavasitə axtarılan şəxsin paltarında, ayaqqabısında, əşyalarında və ya bədənində olan və iş üçün əhəmiyyət kəsb edə bilən əşya və sənədlərin aşkar edilməsindən və götürülməsindən ibarətdir. Tutulmuş şübhəli şəxsin və barəsində həbs növündə qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxsin şəxsi axtarışının məqsədi həm də müvəqqəti saxlama təcridxanalarında saxlanılması və istifadəsi qadağan edilən əşya və sənədlərin aşkar edilməsindən və götürülməsindən ibarətdir. Şəxsi axtarış və götürmənin əsasını axtarılacaq şəxsdə axtarılan əşya və sənədlərin olmasını güman etməyə əsas verən konkret məlumatlar təşkil edir. Şəxsi axtarış və götürmə məhkəmənin qərarı ilə keçirildikdə, bu istintaq hərəkətinin əsası qismində yalnız prosessual sübutlar çıxış edir. Məhkəmə qərarı alınmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq mühafizə orqanına gətirildikdə, təqsirləndirilən şəxs barəsində həbsə alma qətimkan tədbiri tətbiq edildikdə, axtarış və ya götürmənin aparıldığı binada olan şəxsin cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya və sənədləri gizlətməsini güman etməyə kifayət qədər əsaslar olduqda aparıla bilər. CPM-in şərh olunan 246.2-ci maddəsində müəyyən edilmiş məhkəmənin qərarının alınması tələb edilməyən hallar təxirə salına bilməyən hallara aiddir. Bu maddədə göstərilənlərdən başqa, digər təxirə salına bilməyən hallara CPM 243-cü maddəsində göstərilən digər istintaq hərəkətlərinin (baxış, götürmə və s.) aparılması zamanı qəflətən axtarış və götürmənin aparılması üçün faktiki əsasların yaranması, cinayət fəaliyyətinin davam etdirilməsinin qarşısının alınması üçün axtarış və götürmənin aparılmasının zəruriliyi, sərəncamında cinayət işi üçün əhəmiyyət kəsb edən əşya və sənədlər olan şəxsin onları məhv edəcəyi ilə bağlı məlumatların olması, axtarış və ya götürmənin azacıq ləngiməsinin axtarılacaq (götürüləcək) əşya və sənədlərin məhv edilməsinə və ya gizlədilməsinə səbəb ola bilməsi və s. hallar aid edilmişdir. Həmin hallarda da məhkəmə qərarı alınmadan şəxsi axtarış və ya götürmə aparıla bilər. Məhkəmə qeyd edir ki, cinayət-prosessual qanunvericiliyində mötəbər sübutlarının əldə edilməsi üçün şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs tutulması, polis və ya digər hüquq mühafizə orqanına gətirilməsi, təqsirləndirilən şəxs barəsində həbsə alma qətimkan tədbiri tətbiq edilməsi, axtarış və ya götürmənin aparıldığı binada olan şəxsin cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya və sənədləri gizlətməsini güman etməyə kifayət qədər əsaslar olduqda istintaq hərəkətinin məhkəmə qərarı alınmadan aparılması nəzərdə tutulmuşdur. Qeyd edilənlər obyekt üzərində pozularaq bərpa olunmayacaq dərəcədə öz sübuti əhəmiyyətini itirə bilən izlərin mövcud olması faktını təsdiq etmək baxımından da mühüm əhəmiyyət kəsb edir və işin hallarının daha tam və obyektiv müəyyənləşdirilməsinə kömək edirlər. Qanunvericiliklə müəyyən edilmiş tələblər həm işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmək məqsədi daşıyır. Həmin tələblərə əməl edilməməsi müvafiq istintaq hərəkətləri zamanı əldə edilmiş sübutların qeyri-mümkün hesab edilməsinə səbəb olur. Cinayət Prosessual Məcəllənin 95-ci maddəsinə əsasən iş üzrə hər hansı əhəmiyyət kəsb edən hallardan xəbərdar olan şəxs ittiham tərəfindən ibtidai araşdırma və ya məhkəmə baxışı zamanı, müdafiə tərəfindən isə məhkəmə baxışı zamanı çağırılıb şahid qismində dindirilə bilər. Şahidləri məhkəmə iclasında dindirilə bildikləri üçün onlar belə vəziyyətlərdə işin hallarının daha tam və obyektiv müəyyənləşdirilməsinə kömək edirlər. Şahidlər üçün qanunvericilikdə irəli sürülən tələblər həm işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmək məqsədi daşıyır. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, məhkəmə iclasında iştirak etmiş şahid X9 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması və 27 aprel 2022-ci il saat 03.10-dan saat 07.20-dək ilkin istintaq hərəkətlərinin aparılmasında iştirak etməmiş, Təqsirləndirilən şəxs 27 aprel 2022-ci il tarixdə saat 10.00-da Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsində görmüşdür. Bu onu göstərir ki, Təqsirləndirilən şəxs istintaq hərəkətləri həyata keçirilən zaman yəni 27 aprel 2022-ci il saat 03:10 –dan saat 07:20-dək müdafiəçi ilə təmin edilməmiş, həmçinin təqsirləndirilən şəxsin müdafiəçi ilə təmsil olunmasından imtina etməsi barədə hər hansı bir qeyd olmamışdır, bununla da onun müdafiə hüququ kobud şəkildə pozulmuşdur. İş üzrə şübhəli və ya təqsirləndirilən şəxslərin müdafiəçisi həmin şəxslər barəsində axtarış və götürmə istintaq hərəkətləri aparılarkən iştirak etmək hüququna malikdir. Cinayət təqibini həyata keçirən orqan tərəfindən axtarış və ya götürmə istintaq hərəkətlərinin aparılması barədə əvvəlcədən xəbərdar edilmiş müdafiəçi, bu istintaq hərəkətlərində iştirak etmək arzusunu bildirdikdə, onun bu hüququ təmin edilməlidir. CPM-in şərh olunan 244.2-ci maddəsinə görə, müstəntiq müdafiəçini qabaqcadan axtarış və ya götürmənin aparılacağı haqqında xəbərdar etməlidir. Ona görə də CPM-in şərh olunan 244.2-ci maddəsində «əvvəlcədən xəbərdar edilmiş» ifadəsi zaman baxımından bu istintaq hərəkətlərinin bilavasitə başlanılması anını nəzərdə tutur. Müstəntiq müdafiəçini dəvət edərək ona axtarışın və ya götürmənin aparılacağı barədə məlumat verməli və bundan dərhal sonra müdafiəçi ilə birlikdə axtarış və ya götürmə aparılacaq yerə getməlidir. Bundan başqa, axtarış və ya götürmə istintaq hərəkətlərinin nəticələrinin qəbul edilə bilən (mümkün, yol verilən) olmasının təmin edilməsi üçün müstəntiq tərəfindən müdafiəçinin cəlb edilərək onun iştirakına nail olunması məqsədəuyğundur. Bütün hallarda axtarışın və ya götürmənin qəflətən həyata keçirilməsi tələblərinə əməl olunmalıdır (müəyyən edilmiş vaxtda axtarış və ya götürmənin aparılmasında iştirak etmək üçün müdafiəçi müstəntiqin yanına dəvət edilir və axtarış və ya götürmənin başlanmasından bilavasitə o, bunun axtarışı və ya götürmə olduğunu öyrənir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxs barəsində axtarış və götürmənin aparılmasında onun müdafiəçisi iştirak etmək hüququna malikdir. Həmin istintaq hərəkətinin aparılması barədə müstəntiq tərəfindən əvvəlcədən xəbərdar edilmiş müdafiəçi axtarış və götürmədə iştirak etmək arzusunu bildirdikdə müstəntiq onun bu hüququnu təmin etməlidir. CPM-in şərh olunan 244.2-ci maddəsində sadalanan şəxslərin iştirakı olmadan axtarış və ya götürmənin aparılması cinayət-prosessual qanunvericiliyin kobud pozuntusu kimi qiymətləndirilir və bu yolla toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlmək üçün səbəb sayılır (CPM-in 9.2-ci maddəsi). Sadalanan maddələrin tələblərinin ittiham tərəfindən pozulması nəticəsində toplanmış materialın sübut kimi qəbul edilməsinə yalnız bir halda müdafiə tərəfinin vəsatəti əsasında yol verilə bilər. Bu halda həmin sübut digər proses iştirakçılarına deyil, yalnız şübhəli və ya təqsirləndirilən şəxsə sübut kimi aid olur. Bu da, cinayət-prosessual qanunvericiliyin tələblərinin ittiham tərəfindən pozulması kimi qiymətləndirilməlidir. Yuxarıda təsvir olunanlardan görünür ki, məhkəmə baxışı zamanı ittiham tərəfi təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirini sübuta yetirə bilməmiş və ittiham tərəfindən məhkəməyə onun əməlində cinayət tərkibinin olmasını təsdiq edən mötəbər sübutlar təqdim olunmamışdır. “Şəxsi axtarış aparılması barədə” protokol saxlanıldığı kimi dərhal deyil, 04 saat 40 dəqiqə sonra yəni saat 10:00 radələrində keçirilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 27 aprel 2022-ci il saat 05.20 radələrində saxlanılmış, müdafiəçi X9 polis bölməsinə yalnız səhər saat 10:00 radələrində gəlmiş, onun saxlanılması ilə baxışın keçirilməsi arasında 4 saatdan artıq vaxtın keçməsi həmin sübutla əldə edilməsi ilə bağlı əsaslı narahatlıq yaradır. Qeyd edilən hal sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şəraitin onların etibarlılığını və ya dəqiqliyini şübhə altına alır. Həmçinin Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş maddənin heroin olduğunu baxış keçirilən zaman bildirmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs tutulmasından dərhal sonra onun üzərinə baxış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut mövcud deyil.
1. "Şübhəli şəxsin tutulması haqqında" protokol 05:20-05:50 radələrində tərtib edilib, "Şübhəli şəxsin tutulması haqqında" qərar isə 06:25-də qəbul edilib.
2. "Şəxsi axtarış aparılması və maddi sübutların götürülməsi barədə” protokol 06:20-07:30 radələrində tərtib edilib. Belə qənaətə gəlmək olar ki, təhqiqatçı eyni zaman intervalında həm şəxsə qərarı elan edib həm də video vasitəsi ilə götürmə protokolu tərtib edib.
3. "Ekspertizanın təyin edilməsi haqqında qərarı şübhəli şəxsə elan etmək haqqında" protokolda müdafiəçinin imzası yoxdur.
4. "Şübhəli şəxsin dindirilməsi haqqında" protokol prosessual hərəkətin başlanılma və bitmə saatı qeyd edilməyib.
5. Təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar 11:50-də elan edilib lakin təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokol guya 10:30 da başlayıb və 11:15 radələrində qurtardığı qeyd edilib. Müstəntiq kobud prosessual pozuntuya yol verərək şəxsin birinci dindirib sonra təqsirləndirilən şəxs qismində cəlb edib.
6. Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında qərara əsasən Təqsirləndirilən şəxs 03:10 radələrində saxlanılıb lakin buna baxmayaraq 2 saat 10 dəqiqə statusu müəyyən olunmadan, müdafiəçi ilə təmin edilmədən bölmədə saxlanılıb və yalnız 05:20 ( protokola əsasən) tutulub. Məhkəmə bu hissədə ifadələri və iş materiallarında olan yuxarıda qeyd edilən sənədləri araşdıraraq hesab edir ki, şəxsi axtarış və götürmə haqqında protokolu tərtib edilərkən kobud pozuntulara yol verildiyindən, bu pozuntu sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şəraitin onların etibarlılığını və ya dəqiqliyini şübhə altına aldığından şəxsi axtarış və götürmə protokolu 27 aprel 2022-ci il tarixli protokol sübut növü baxımından da əhəmiyyətsiz, hüquqi qüvvəsi olmayan hesab edilməlidir. Məhkəmə hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət etmir. Həmçinin vurğulanmalıdır ki, müdafiəçinin iştirakı olmadan şəxsi axtarışın aparılması ilə bağlı şübhəli şəxs Təqsirləndirilən şəxs ərizəsi alınmamışdır. Bu hal bir daha onu sübut edir ki, müdafiəçi X9 heç bir ilkin istintaq hərəkətlərində iştirakı etməmiş və onun iştirakı təhqiqatçı Orxan Mirxzəyev tərəfindən təmin edilməmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirliliyi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 36.1-ci maddəsinə əsasən cinayət prosesinin gedişində bu Məcəllənin 55, 56-cı maddələrində nəzərdə tutulmuş şəxslərin pozulmuş hüquq və azadlıqlarının bərpasını və onlara vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir; 39.1.1-ci maddəsinə əsasən cinayət hadisəsi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur; 42.1.1-ci maddəsinə əsasən cinayət hadisəsi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 42.2.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə; 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 125.3-cü maddəsinə əsasən istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda həmin istintaq hərəkətlərinin protokollarının cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Bu halda aparılmış isintaq hərəkətinin protokolu hüquqi qüvvəsi olmayan hesab edilir və ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. 139.0, 139.0.2 və 139.0.4-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi - cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; 349.5-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir; 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “X17rşı” işi üzrə 25 sentyabr 1992-ci il tarixli qərarında göstərmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur(§ 36). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi) ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi). Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olması ilə bağlı istintaq orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından əməlində cinayət tərkibi olmaması əsası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə bəraət verilməlidir. Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(006)-130/2023 saylı qərarı ilə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CPM-in 56 və 62.1-ci maddələrinin tələblərinə görə bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası CPM-nin 356.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs onun qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə bəraət verildiyindən keçirilmiş materialların məhkəmə ekspertizasının xərci 81 (səksən bir) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhər Səbail Rayon Polis İdarəsində saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,635 qram (ilkin təmiz çəkisi 0,685) kustar üsulla hazırlanmış narkotik vasitə-heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla təqsirləndirilən şəxsə ittiham elan edilmiş Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə münasibətdə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını, üç azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 27 aprel 2022-ci il tarixdən 28 aprel 2022-ci il tarixədək, 05 may 2022-ci il tarixdən 07 may 2022-ci il tarixədək, yəni 03 (iki) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 06 (altı) gün təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri – ünvan 8 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(006)-130/2023 saylı qərarı ilə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Forward” markalı 27.5 x 2.20 ölçülü, sürət ötürücülü, sükanı əl əyləcli velosiped Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 350-353, 356, 357-358 və 384-cü maddələrini rəhbər tutaraq,
HÖKMETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilsin. Tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs izah edilsin. Bakı şəhər Səbail Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut kimi tanınmış, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,635 qram olan narkotik vasitə-heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş 27 aprel 2022-ci il tarixli 6/2423 saylı materialların məhkəmə ekspertizasının xərci 81 (səksən bir) manat dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27 aprel 2022-ci il tarixdən 28 aprel 2022-ci il tarixədək, 05 may 2022-ci il tarixdən 07 may 2022-ci il tarixədək, yəni 03 (iki) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 06 (altı) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 08 (səkkiz) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri – ünvan 8 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(006)-130/2023 saylı qərarı ilə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Forward” markalı 27.5 x 2.20 ölçülü, sürət ötürücülü, sükanı əl əyləcli velosiped Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 13 iyul 2022-ci il tarixli 9/4693 nömrəli rəyi üzrə tədqiqat xərci 50,0 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.
Hakim Ülviyyə Şükürova