Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-16/2024 09.02.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı5, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, iştirakları ilə xx.xx.1995-ci ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx.xx.1990-cı ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 2 ünvanında qeydiyyatda olan, Bakı şəhəri Səbail rayonu, ünvan 3 ünvanında yaşayan, barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, özgənin əmlakını talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 24 oktyabr 2022-ci il tarixdə, gecə saat 03 radələrində Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, ünvan 4 ünvanında yerləşən yaşayış sahəsinin saxlanc yerinə qanunsuz daxil olaraq, orada aparılan təmir zamanı quraşdırılmış ev sahibi Zərərçəkmiş şəxs məxsus hər birinin qiyməti 180 manat olan cəmi 06 ədəd 1440 manat dəyərində istilik radiatorlarını, hər birinin qiyməti 220 manat olan cəmi 04 ədəd 880 manat dəyərində “Dikamini” markalı 08 ədəd çıxışlı istilik birləşdiricisini, hər bir metrin qiyməti 01 manat olan cəmi 2000 metr uzunluğunda və 2000 manat dəyərində elektrik naqilini, hər bir metrin qiyməti 30 manat olan cəmi 08 metr uzunluğunda 240 manat dəyərində kondisioner üçün kabel və boru komplektinin dəyəri 800 manat olan bir ədəd 1x2 metr ölçüdə aliminium materialdan olan çərçivəsi ilə birlikdə qapını, dəyəri 200 manat olan bir ədəd yük qaldırmaq üçün istifadə edilən metal trosdan ibarət mühərrikini talamaqla Zərərçəkmiş şəxs ümumilikdə cəmi 5560 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da o, Azərbaycan Respublikası CM-nin 177.2.1,177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, özgənin əmlakını talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 24 oktyabr 2022-ci il tarixdə, gecə saat 03 radələrində Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, ünvan 5 ünvanında yerləşən yaşayış sahəsinin saxlanc yerinə qanunsuz daxil olaraq, orada aparılan təmir zamanı quraşdırılmış ev sahibi Zərərçəkmiş şəxs məxsus hər birinin qiyməti 180 manat olan cəmi 06 ədəd 1440 manat dəyərində istilik radiatorlarını, hər birinin qiyməti 220 manat olan cəmi 04 ədəd 880 manat dəyərində “Dikamini” markalı 08 ədəd çıxışlı istilik birləşdiricisini, hər bir metrin qiyməti 01 manat olan cəmi 2000 metr uzunluğunda və 2000 manat dəyərində elektrik naqilini, hər bir metrin qiyməti 30 manat olan cəmi 08 metr uzunluğunda 240 manat dəyərində kondisioner üçün kabel və boru komplektinin dəyəri 800 manat olan bir ədəd 1x2 metr ölçüdə aliminium materialdan olan çərçivəsi ilə birlikdə qapını, dəyəri 200 manat olan bir ədəd yük qaldırmaq üçün istifadə edilən metal trosdan ibarət mühərrikini talamaqla Zərərçəkmiş şəxs ümumilikdə cəmi 5560 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da o, Azərbaycan Respublikası CM-nin 177.2.1,177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1,177.2.3 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 24 oktyabr 2022-ci il tarixdə, gecə saat 03 radələrində, o, tanışı Saməddinlə Ağazadə ilə birlikdə çox mənzilli beş mərtəbəli binaya gəlib 5-ci mərtəbəyə qalxmışlar, orada olan mənzilə qapıdan daxil olmuşlar. Mənzilin içərisində dəyərli heçnə tapmadıqda həmin mənzilin küçəyə baxan pəncərənin çöl hissəsindəki qarnizinə çıxıb, qapısı bağlı olan qonşu mənzilə pəncərədən daxil olmuşlar. Həmin mənzildə çəkilmiş elektrik nagillərini hissə-hissə kəsib yığmışlar. Mənzildən elektrik naqillərdən başqa heçnə oğurlamamışdılar. Həmin naqillərin məftillərini lom şəklində metalların qəbulu məntəqəsinə 150 manata satmışlar. Cinayət əməlindən peşmandır. Zərərçəkmiş şəxsə 1100 manat ziyan ödənilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1,177.2.3 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 24 oktyabr 2022-ci il tarixdə, gecə saat 03 radələrində, o, tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə çox mənzilli beş mərtəbəli binaya gəlib 5-ci mərtəbəyə qalxmışlar, orada olan mənzilə qapıdan daxil olmuşlar. Mənzilin içərisində dəyərli heçnə tapmadıqda həmin mənzilin küçəyə baxan pəncərənin çöl hissəsindəki qarnizinə çıxıb, qapısı bağlı olan qonşu mənzilə pəncərədən daxil olmuşlar. Həmin mənzildə çəkilmiş elektrik naqillərini hissə-hissə kəsib yığmışlar. Mənzildən elektrik naqillərdən başqa heçnə oğurlamamışdılar. Həmin naqillərin məftillərini lom şəklində metalların qəbulu məntəqəsinə 150 manata satmışlar. Cinayət əməlindən peşmandır. Zərərçəkmiş şəxsə 1100 manat ziyan ödənilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Salyan yolu, ev 2 ünvanında yerləşən 8 nömrəli mənzil ona məxsusdur. O, mənzildə müəyyən təmir işləri aparmışdır. Hadisədən əvvəl sonuncu dəfə mənzilində 19 oktyabr 2022-ci il tarixdə, saat 17 radələrində olmuş, gedəndə mənzilin giriş qapısını və pəncərələri bağlamışdır. 26 oktyabr 2022-ci il tarixdə saat 13 radələrində mənzilin alt mərtəbəsində yaşayan qonşu ona zəng edərək mənzilindən alt mərtəbəyə su axmasını bildirmiş, o, dərhal mənzilinə gəlmiş, mənzilin giriş qapısını açmaq istədikdə, aça bilməmiş, bir müddət sonra qapını açdıqda giriş qapısına arxadan taxta dayaq qoyaraq bağlanmasını görmüşdür. Sonra o, mənzilin otaqlarına baxdıqda, mansard hissəsindəki pencərə açılaraq içəriyə oğru daxil olmasını bilmişdir. Mənzilin divar boyu çəkilmiş, cəmi 2000 manat dəyərində elektrik naqilləri naqil borusundan kəsilərək oğurlanmışdır. Sonra o, su axan borunu bağlamış və DİN-nin 102 xidmətinə zəng edib oğurluq barədə məlumat vermişdir. 26 dekabr 2022-ci i tarixdə həmin mənzildən ikinci dəfə oğurluq hadisəsi olmuş, həmin gün bu barədə o, DİN-nin 102 xidmətinə zəng edib oğurluq barədə məlumat vermişdir. Həmin zaman 102 xidmətinə zəng etdikdə danışığın audio yazını aparmışdır. Həmin audio yazını məhkəməyə təqdim etmişdir. İkinci oğurluq zamanı təmirdə istifadə edilən təmir alətləri oğurlanmışdır. İki oğurluq nəticəsində mənzildən hər birinin qiyməti 180 manat olan cəmi 06 ədəd və 1440 manat dəyərində istilik radiatorları, hər birinin qiyməti 220 manat olan cəmi 04 ədəd və 880 manat dəyərində “Dikamini” markalı 08 ədəd çıxışlı istilik birləşdiricisi, hər bir metrin qiyməti 01 manat olan cəmi 2000 metr uzunluğunda 2000 manat dəyərində elektrik naqilləri, hər bir metrin qiyməti 30 manat olan cəmi 08 metr uzunluğunda və 240 manat dəyərində kondisioner üçün kabel və boru komplekti, dəyəri 800 manat olan bir ədəd 1x2 metr ölçüdə aliminium materialdan olan çərçivəsi ilə birlikdə qapı, dəyəri 200 manat olan bir ədəd yük qaldırmaq üçün istifadə edilən metal trosdan ibarət mühərrik, dəyəri 100 manat olan bir ədəd “Bosch” markalı drel, dəyəri 80 manat olan bir ədəd “Bosch” markalı kiçik həcmli laqonda, dəyəri 250 manat olan bir ədəd “Bosch” markalı böyük həcmli laqonda, dəyəri 300 manat olan bir ədəd “Bosch” markalı drel-perforator,dəyəri 800 manat olan bir ədəd “Bosch” markalı böyük həcmli perforator oğurlanmışdır. Ona ümumilikdə 7090 manat ziyan vurulmuşdur. İstintaq zamanı ona 1100 manat ziyan ödənilmişdir. Şikayətçidir, qalan ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2022-ci ilin oktyabr ayının əvvəllərində Şahid3 yaşamağa yeri olmadığından, yaşadığı evin həyətində yarı təmirli bir otağı müvəqqəti yaşamaq üçün Şahid3 vermişdir. 2022-ci ilin oktyabr ayının ortalarında onun və qardaşı Rüstəmin xahişi ilə Şahid3 qaldığı otaqda müvəqqəti bir neçə gün qalması üçün Təqsirləndirilən şəxs1 icazə vermiş. 2022-ci ilin oktyabr ayının axırlarında dəqiq tarixi xatırlamadığı günü işdən evə döndükdə Rahidlə qardaşı Rüstəmin arasında mübahisə olmasını və Rahid həyətində qaldığı otaqdan çıxıb getməsini bilmiş. Rahid getdikdən bir neçə gün sonra Saməddin də getmişdir. Sonralar 8ci PB-nin polis əməkdaşları gəlib ondan Saməddin barədə sorğular apararkən oğurluq hadisəsi haqqında bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, fərdi olaraq Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Salyan şossesi 30 ünvanda yerləşən icarəyə götürdüyü köşkdə metal qırıntılarının qəbulu ilə məşğul olur. 16 mart 2023-cü il tarixdə saat 17 radələrində,o, işlətdiyi metal qəbulu məntəqəsində polis əməkdaşları ilə birlikdə bir nəfər əvvəllər tanımadığı şəxs gəlmiş və 2022-ci ilin oktyabr ayının axırlarında tanışları ilə birlikdə metal qırıntılarını gətirib təhvil verdiyini bildirmişdir. O, həmin şəxsi xatırlamamış və onu barəsində qeydiyyat jurnalında qeydləri aşkar etməmişdir. Həmçinin heç bir zaman oğurluq əmlakı təhvil almamışdır. İş materiallarında olan 26 oktyabr 2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokolundan görünür ki, yaşayış olmayan Bakı şəhəri, Səbail rayonu, ünvan 4 ünvanında baxış keçirilmişdir. Baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilmiş və iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan 31 oktyabr 2022-ci il tarixli AR DİN Kriminalistik Tədqiqatlar İdarəsinin məktubundan görünür ki, Zərərçəkmiş şəxs məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izlərindən bir ədəd əl izinin Təqsirləndirilən şəxs1 sol əlinin ovuc əksi ilə eynilik müəyyən edilmişdir. İş materiallarında olan 11 noyabr 2022-ci il tarixli “cinayət işin başlanması və icraata qəbul edilməsi haqqında” qərarından görünür ki, fakta görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanmış və istintaqı aparılmışdır. İş materiallarında olan 12 noyabr 2022-ci il tarixli “zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərarından görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 26 noyabr 2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində ********* nömrəli ciayət işi üzrə icraat Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 53.4-cü maddəsi ilə dayandırılmışdır. İş materiallarında olan 15 fevral 2023-cü il tarixli “cinayət əməlinin tövsif edilməsi haqqında” qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə başlanmış cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3cü maddələrinə tövsif edilərək ibtidai istintaq davam etdirilmişdir. İş materiallarında olan 13 fevral 2023-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutularaq Səbail RPİ-nin X4 təhvil verilmişdir. İş materiallarında olan 15 fevral 2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələri ilə ittiham elan edilmişdir. İş materiallarında olan 15 fevral 2023-cü il tarixli “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində iki ay müddətində həbs qətimkan tədbirinin seçilməsinə dair Səbail RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Yalçın Məmmədovun 15 fevral 2023-cü il tarixli vəsatət təmin edilmədən rədd edilmiş, Təqsirləndirilən şəxs1 dərhal saxlanıldığı MSY-dən azad edilmiş və barəsində həbslə əlaqədar olmayan qətimkan tədbiri seçilməsi məsələsinin həll edilməsi qərara alınmışdır. İş materiallarında olan 15 fevral 2023-cü il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 16 fevral 2023-ci il tarixli “ifadənin yerində yoxlanması” protokolunda” və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə bir qrup şəklində olmasını və 24 oktyabr 2022-ci il tarixdə, gecə saat 03 radələrində, Bakı şəhəri,Səbail rayonu, ünvan 7 ünvanında daxil olduqları yeri və elektrik naqillərini hissə-hissə kəsib oğurlamasına dair ifadə verərək, oğurluq etdiyi mənzilin ünvanını və naqilləri sökdükləri otaqları əyani olaraq göstərmişdir. İş materiallarında olan 03 mart 2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan 14 mart 2023-cü il il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutularaq Səbail RPİ-nin X4 təhvil verilmişdir. İş materiallarında olan 14 mart 2023-cü il tarixli 3/394 №-li rəyindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-trasoloji ekspertizasının rəyindən görünür ki, tətqiqata təqdim edilmiş 1,4,5,6,7,9,12,13 saylı daktilolentlərin səthlərindəki ovuc izləri, 2 saylı daktilolentin səthindəki “a” ovuc izi, 3 saylı daktilolentin səthindəki əl-barmaq izi, 8 saylı daktilolentin səthindəki “a” papilyar naxış izi, 10,11 saylı daktilolentlərin səthlərindəki “a” və “b” əl-barmaq izləri müqayisəli tədqiqat üçün yararlı olmuş, ********* №-li cinayət işi üzrə tədqiqata təqdim edilmiş 7 saylı daktilolentin səthindəki “a” və “b” ovuc izləri Təqsirləndirilən şəxs1 sol əlinin ovucundan qalmışdır. İş materiallarında olan 16 mart 2023-cü il tarixli “şübhəli şəxs statusuna xitam verilməsi və şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi barədə” qərarından görünür ki, Təqsirləndirilən şəxs2 şübhəli şəxs statusuna xitam verilmiş və o, Səbail RPİ-nin MSYdən həbsdən azad edilmişdir. İş materiallarında olan 16 mart 2023-cü il tarixli “ifadənin yerində yoxlanması haqqında” protokolundan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsi yerində yoxlanılmış və o, daxil olduğ mənzilləri və ordan oğurladığlarına dair ifadə verərək, oğurluq etdiyiklərinin yerini, mənzilə daxil olduğu üsulu və əşyaları götürdüyü otağı əyani olaraq göstərmişdir. İş materiallarında olan 10 aprel 2023-cü il tarixli 3/519 №-li rəyindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-trasoloji ekspertizasının rəyindən görünür ki, ********** №-li cinayət işi üzrə tətqiqata təqdim edilmiş 1,6 saylı daktilolentlərin səthlərindəki ovuc izləri Təqsirləndirilən şəxs2 sol əlinin ovucundan qalmışdır. İş materiallarında olan 20 aprel 2023-cü il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs məxsus 800 manat məbləğində pul ona təhvil verilmişdir. İş materiallarında olan 02 iyun 2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Azərbaycan Respublikası CM-nin 177.2.1,177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan ittiham elan edilmiş, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 02 iyun 2023-cü il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs məxsus 300 manat məbləğində pul ona təhvil verilmişdir. İş materiallarında olan 03 iyun 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 yeni məzmunda Azərbaycan Respublikası CM-nin 177.2.1,177.2.3, və 177.2.4-cü maddələrində nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan 22 noyabr 2023-cü il tarixli Göygöl RPŞ-nin məktubundan görünür ki, ********* nömrəli ciayət işi üzrə Təqsirləndirilən şəxs1 barəsində cinayət təqibinə Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsi ilə xitam verilmişdir. İş materiallarında olan “mülki iddiaçı qismində tanınma” qərarından görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə mülki iddiaçı qismində tanınması, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 vurulmuş 7490 (yeddi min dörd yüz doxsan) manat məbləğində maddi ziyanın, 1000 (bir min) manat mənəvi ziyanın və ödənilmiş 105(bir yüz beş) manat dövlət rüsumun tutularaq ona ödənilməsi tələbinə dair mülki iddia ilə məhkəməyə müraciət etmiş, mülki iddia icraata qəbul edilərək Zərərçəkmiş şəxs mülki iddiaçı qismində, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cavabdehlər qismində tanınmışdır. İş materiallarında olan zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş yadaş kartında olan audio yazıdan müəyyən edilir ki, Zərərçəkmiş şəxs 26 dekabr 2023cü il tarixdə AR DİN-nin 102 xidmətinə yığaraq Bakı şəhəri, Səbail rayonu, ünvan 4 ünvanında ikinci dəfə oğurluq hadisəsi barədə məlumat vermişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, 1(010) 632/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. İş materiallarında olan 10 yanvar 2024-cü il tarixli Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin məktubundan görünür ki, 14 dekabr 2023-cü il tarixli, 1(010)632/2023 saylı hökm 07 yanvar 2024-cü il tarixdə qanuni qüvvəyə minmişdir. İş materiallarında olan 02 fevral 2024-cü il tarixli Bakı Şəhər Probasiya İdarəsinin məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs2 25 yanvar 2024-cü il tarixdə qeydiyyata alınmış, 02 fevral 2024-cü il tarixədək Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, 1(010) 632/2023 sayl hökmü qəti təyin edilmiş 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 08 günü çəkmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir (27-ci bənd). Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ifadəsində dəfələrlə bildirmişdir ki, 26 dekabr 2023-cü il tarixdə Bakı şəhəri, Səbail rayonu, ünvan 4 ünvanında ikinci dəfə oğurluq hadisəsi baş vermiş, həmin oğurluq zamanı təmirdə istifadə edilən təmir alətləri oğurlanmışdır. Həmçinin məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən təqdim olunan audio yazıya baxış keçirilərkən həmin fakt müəyyən edilərək təsdiq olunmuşdur. Bununla da məhkəmə müəyyən edir ki, Bakı şəhəri, Səbail rayonu, ünvan 4 ünvanında ikinci oğurluq hadisəsinin istintaqı aparılmadan hadisə zamanı vurulmuş ziyan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verilən ittihamın məzmununa daxil edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verilən ittihamın məzmunundan “dəyəri 100 manat olan bir ədəd “Bosch”markalı drelini, dəyəri 80 manat olan bir ədəd “Bosch” markalı kiçik həcmli laqondanı, dəyəri 250 manat olan bir ədəd “Bosch”markalı böyük həcmli laqondanı, dəyəri 300 manat olan bir ədəd “Bosch” markalı drel-perforatorunu, dəyəri 800 manat olan bir ədəd “Bosch” markalı böyük həcmli perforatorunu” ifadələri çıxarılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, 26 dekabr 2023-cü il tarixdə Bakı şəhəri, Səbail rayonu, ünvan 4 ünvanında baş vermiş ikinci oğurluq hadisəsinin araşdırılması ilə bağlı Səbail rayon Prokurorluğuna məhkəmə tərəfindən məlumat göndərilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməli onların özlərinin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərini qismən təqsirli bilməsinə dair ifadələri zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxslərin qeyd edilən qaydada ifadə verməsini və özlərini onlara qarşı elan olunmuş ittihamda qismən təqsirli bilmələrini onların hüququ kimi qəbul edir və təqsirləndirilən şəxslərin dəlillərini əsaslı hesab etmir, onların həmin mövqelərinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxslərin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Bununla əlaqədar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından onlara cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxslərə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və onlara azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamasını əməlindən peşman olmasını və vurulmuş ziyanın qismən ödənilməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 13 fevral 2023-cü il tarixdən 15 fevral 2023-cü il tarixədək tutulduğu cəmi 02 (iki) gün müddət təyin olunacaq cəzadan çıxılaraq ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli 09 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalında həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməli, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 əməlindən peşman olmasını və vurulmuş ziyanın qismən ödənilməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin normalarından görünür ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilən cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmün məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-cı maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Suraxanı Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, 1(010)632/2023 saylı hökmü ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla 01 (bir) il, 03 (üç) ay azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılaraq ona cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Suraxanı Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, 1(010) 632/2023 saylı hökmü ilə təyin edilmiş çəkilmiş 16 (on altı gün) azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla 08 (səkkiz) gün müddət Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasında nəzərə alınmaqla ona cəza təyin edilməlidir. Məhkəmə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 1(010) 632/2023 saylı cinayət işi üzrə istintaq dövründə 31 iyul 2023-ci il tarixdən 02 avqust 2023-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət, hazırki cinayət işi üzrə 14 mart 2023-cü il tarixdən 16 mart 2023-cü il tarixədək, tutulduğu 02 (iki) gün müddət, cəmi 04 (dörd) gün müddət təyin olunacaq cəzadan çıxılaraq ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli 09 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalında həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməli, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. Törədilən cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanın həcmi məsələsinə hüquqi qiymət verərək məhkəmə qeyd edir ki, Cinayət Prosessual Məcəlləsinin 181-ci maddəsinə görə bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. Törədilən cinayət nəticəsində zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs maddi ziyan vurulduğu sübuta yetirildiyindən, ziyan qimən odənildiyindən və verilən ittihamın məzmunundan “dəyəri 100 manat olan bir ədəd “Bosch”markalı drelini, dəyəri 80 manat olan bir ədəd “Bosch” markalı kiçik həcmli laqondanı, dəyəri 250 manat olan bir ədəd “Bosch”markalı böyük həcmli laqondanı, dəyəri 300 manat olan bir ədəd “Bosch” markalı drel-perforatorunu, dəyəri 800 manat olan bir ədəd “Bosch” markalı böyük həcmli perforatorunu” ifadələri çıxarıldığından məhkəmə hesab edir ki, (mülki iddiaçı) Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslər (mülki cavabdehlər) Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı ziyanın ödənilməsinə dair mülki iddiası qismən təmin edilməli, (mülki cavabdehlər) Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət işi üzrə vurulmuş, ödənilməmiş 4460 (dörd min dörd yüz altmış) manat məbləğində maddi ziyan və 104.9 (bir yüz dörd manat doxsan qəpik) manat dövlət rüsumu olmaqla, cəmi 4564.90 (dörd min beş yüz altmış dörd manat doxsan qəpik) manat məbləğində pul müştərək qaydada (hər birindən 2282.45 (iki min iki yüz səksən iki manat qırx beş qəpik) manat) tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. İş üzrə 1 (bir) ədəd yaddaş kartı və fotoşəkillər cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 245.16 (iki yüz qırx beş manat, on altı qəpik) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada (hər birindən 122.58 (bir yüz iyirmi iki manat əlli səkkiz qəpik) manat) tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2-ci və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul vəsaitinin tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verilən ittihamın məzmunundan “dəyəri 100 manat olan bir ədəd “Bosch”markalı drelini, dəyəri 80 manat olan bir ədəd “Bosch” markalı kiçik həcmli laqondanı, dəyəri 250 manat olan bir ədəd “Bosch”markalı böyük həcmli laqondanı, dəyəri 300 manat olan bir ədəd “Bosch” markalı drel-perforatorunu, dəyəri 800 manat olan bir ədəd “Bosch” markalı böyük həcmli perforatorunu” ifadələri çıxarılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 istintaq dövründə 13 fevral 2023-cü il tarixdən 15 fevral 2023-cü il tarixədək, tutulduğu 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 01 (bir) il, 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün müddətinə azadlığdan məhrum etmə cəzası təyin edilsin. Cəza çəkmə müddətinin əvvəli 09 fevral 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs1 saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına təhvil verilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Konvoy Taboruna həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Suraxanı Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, 1(010) 632/2023 saylı hökmü ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla 01 (bir) il, 03 (üç) ay azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 hazırki hökmlə təyin edilmiş 02 (iki) il azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılaraq ona 02 (iki) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Suraxanı Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, 1(010) 632/2023 saylı hökmü ilə təyin edilmiş çəkilmiş 16 (on altı gün) azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla 08 (səkkiz) gün müddət təyin edilmiş azadlıqdan məhrum etmə cəzasında nəzərə alınmaqla ona 02 (iki) il, 05 (beş) ay, 22 (iyirmi iki) gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 1(010) 632/2023 saylı cinayət işi üzrə istintaq dövründə 31 iyul 2023-ci il tarixdən 02 avqust 2023-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət, hazırki cinayət işi üzrə 14 mart 2023-cü il tarixdən 16 mart 2023-cü il tarixədək, tutulduğu 02 (iki) gün müddət, cəmi 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 02 (iki) il, 05 (beş) ay, 18 (on səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəza çəkmə müddətinin əvvəli 09 fevral 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs2 saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına təhvil verilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Konvoy Taboruna həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslər (mülki cavabdehlər) Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı ziyanın ödənilməsinə dair mülki iddiası qismən təmin edilsin. Təqsirləndirilən şəxslər (mülki cavabdehlər) Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət işi üzrə vurulmuş, ödənilməmiş 4460 (dörd min dörd yüz altmış) manat məbləğində maddi ziyan və 104.9 (bir yüz dörd manat doxsan qəpik) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 4564.90 (dörd min beş yüz altmış dörd manat doxsan qəpik) manat məbləğində pul müştərək qaydada (hər birindən 2282.45 (iki min iki yüz səksən iki manat qırx beş qəpik) manat) tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə 1(bir) ədəd yaddaş kartı və fotoşəkillər cinayət işinin materiallarında saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə ekspertizalarının xərci –245.16 (iki yüz qırx beş manat on altı qəpik) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, və Təqsirləndirilən şəxs1 müştərək qaydada (hər birindən 122.58 (bir yüz iyirmi iki manat əlli səkkiz qəpik) manat) tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) köçürülsün. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə 168 (bir yüz altmış səkkiz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 3 saylı vəkil bürosunun bank hesabına köçürülsün. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 360 (üç yüz altmış) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 3 saylı vəkil bürosunun bank hesabına köçürülsün. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 360 (üç yüz altmış) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 3 saylı vəkil bürosunun bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №1(009)-16/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-16/2024
09.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver