Məhkəmə qərarları › İş №1(009)-160/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-160/2021

16.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-160/2021 16.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi oğlunun, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs qızının iştirakları ilə, xx xxxxxx 1992-ci ildə Yevlax rayonunun Qaramanlı kəndində anadan olmuş, Azərbaycan Respulikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Xırdalan şəhəri, Ş.Qurbanov küçəsi, məhəllə 48, mənzil 60 ünvanında faktiki yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, 05 sentyabr 2020-ci il tarixdə saat 17:12 dəqiqədə Sabunçu rayonu, ünvan 2 ünvanda yerləşən «Megastore» marketdə olan «Milliön» elektron ödəmə sistemi vasitəsilə şəxsiyyəti istintaqa məlum olmayan “Milad” adlı İran İslam Respublikasının vətəndaşının tapşırığına əsasən X2 adına “xxxx” ASC-də olan 4****5060 nömrəli bank hesabına 50 manat pul vəsaitini ödədikdən sonra “Milad” adlı şəxsin onun istifadəsində olan mobil telefon nömrəsinin ani mesajlaşma mübadilə sistemi üçün nəzərdə tutulmuş “Whatsapp” proqramında göstərdiyi Bakı şəhəri, Səbail rayonu, A.İsmayılov küçəsində yerləşən “Faiq” adlı restoranın yaxınlığına gedərək həmin ünvanda yerləşən dəmir borunun altından “Milad” adlı şəxs tərəfindən qoyulmuş içərisində satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 12 ədəd kağız bükümündə ümumi təmiz çəkisi 0,762 qram və 2 ədəd polietilen kəsiyi bükümündə ümumi təmiz çəkisi 1,075 qram olan ağ rəngli kristal hissəciklərdən ibarət maddələr, eyni tərkibli maddəmetamfetamin olan “Winston” siqaret qutusunu əldə edərək əynində olan qara rəngli şalvarın sağ ön cibində saxlamaqla daşımış, 05 sentyabr 2020-ci il tarixdə saat 20:45 radələrində DİN-nin ÇPA-nın 4-cü patrul bölüyünün əməkdaşları tərəfindən Bakı şəhəri, Səbail rayonu, Arif İsmayılov küçəsində yerləşən «Faiq» adlı restoranın yaxınlığında olan dəmir boruların yanında şübhəli şəxs qismində saxlanılaraq ünvan 3 ünvanında yerləşən Səbail RPİ-nin 8-ci PB-nin inzibati binasına gətirilmiş və onun üstünə keçirilən şəxsi axtarış zamanı içərisində 12 ədəd kağız bükümündə ümumi təmiz çəkisi 0,762 qram və 2 ədəd polietilen kəsiyi bükümündə ümumi təmiz çəkisi 1,075 qram olan ağ rəngli kristal hissəciklərdən ibarət psixotrop maddələr, eyni tərkibli maddə-metamfetamin olan “Winston” siqaret qutusu aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş itthamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, bir müddətdir ki, narkotik vasitə olan marixuanadan istifadə edir, marixuana tapmadıqda isə metamfetamindən istifadə edir. 05 sentyabr 2020ci il tarixdə o, Kəmalə adlı tanışının vasitəsi ilə tanış olduğu və əvvəllər bir neçə dəfə narkotik vasitə aldığı Milad adlı şəxslə «Wathsapp» sosial şəbəkə vasitəsi ilə yazışaraq Miladdan ona narkotik vasitə olan metamfetamin göndərməsini xahiş etmişdir. Sonra Miladın ona əvvəlcədən verdiyi kart hesabına saat 17:12 dəqiqədə ünvan 5 ünvanda yerləşən «Megastore» marketdə olan «Milliön» elektron ödəmə sisteminin terminalı vasitəsi ilə 50(əlli) manat pul ödəmiş və sonra Milad ona yazdığı ünvana, yəni Bayıl qəsəbəsində yerləşən «Faiq» kafesinin yanına gedərək mədən ərazisində olan zolaqlı boruların yanından metamfetamini götürməsini ona tapşırmışdır. Həmin günü axşam saat 20:45 radələrində o, həmin ünvana gedərək «Winston» siqaret qutusunun içində olan 14 ədəd büküm olan narkotik vasitəni götürüb cibinə qoymuş və oradan aralanmaq istəyərkən post patrul maşının yaxınlaşdığını görüb dayanmışdır. Onlar ona yaxınlaşdıqdan sonra əllərini cibindən çıxartmağı bildirib onu 8-ci PB-yə dəvət etmişlər. PB-də isə onun üstünə keçirilən baxış zamanı ondan narkotik vasitə aşkar olunaraq polis əməkdaşları tərəfindən götürülmüşdür. Metamfetamini ona satan şəxs bükümlərə bölmüşdür. Onun metamfetamini satmağa niyyəti olmamışdır. O, törətdiyi əməlindən peşman olduğunu bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində gösətrmişdir ki, Azərbaycan Respublikası DİN-nin BİTİ-nin X9 4-cü Patrul Bölüyündə polis nəfəri vəzifəsində xidmət edir. 05 sentyabr 2020-ci il tarixdə saat 20:45 radələrində Bakı şəhəri, Səbail RPİ-nin 8-ci PB-nin inzibati ərazisində polis nəfəri Şahid2 ilə birlikdə 2443 çağırış nömrəsi olan avtopatrul avtomobilində xidmətdə olan zaman Səbail rayonu, Arif İsmayılov küçəsində bir nəfər qadının özünü şübhəli apardığını görüb həmin qadına yaxınlaşaraq özlərini ona təqdim etmiş və həmin qadından şəxsiyyətini təsdiq edən sənədini təqdim etməsini xahiş etmişlər. Bu zaman qadın qaçmaq istədikdə onu tutub saxlamış və ondan qaçmasının səbəbini soruşduqda o üstündə narkotik vasitə olan şüşə, yəni metmafetamin olduğunu bildirmişdir. Bundan sonra həmin qadın onlar tərəfindən Səbail RPİ-nin 8-ci PByə gətirilərək raportla bölmə rəisinə məruzə edilmişdir. Müəyyən edilmişdir ki, saxlanılan şəxs Təqsirləndirilən şəxsdır. Raport əsasında araşdırmanın aparılması 8-ci PB-nin təhqiqatçısı, polis baş leytenantı Yasəf Rüstəmova həvalə edilmişdir. Təhqiqatçı tərəfindən müdafiəçi dəvət edilmiş, Təqsirləndirilən şəxs üzərinə videokamera ilə şəxsi axtarış aparılacağı izah olunmuşdur. Təqsirləndirilən şəxs üzərində saxlanması qadağan olunan əşya və maddə olduğu halda onları könüllü təqdim etməsi təklif edildikdən sonra o, əynində olan cins şalvarın sağ ön cibindən bir ədəd ağ rəngli “Winston” markalı siqaret qutusunu çıxarıb stolun üstünə qoymuş və həmin qutudan on iki ədəd kiçik ölçüdə siqaretin gümüşü rəngli kağızına bükülmüş və iki ədəd böyük ölçüdə sellofan bükümləri çıxardaraq bükümdəkilərin şüşə, yəni metamfetamin olduğunu, özü istifadə etmək üçün tanımadığı şəxsin kart hesabına 50 (əlli) manat köçürdükdən sonra həmin şəxsin dediyi ünvana, yəni Bakı şəhəri, Səbail rayonu, Arif İsmayılov küçəsinə gələrək “Faiq” adlı restoranın yaxınlığındakı borunun altından götürdüyünü bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs götürülmüş bükümlər zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Şəxsi axtarışın nəticəsi barədə protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Səfərova X5 Elvin Qabil oğlu ilə eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” 05 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 sentyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, 05 sentyabr 2020-ci il tarixdə Səbail RPİ-nin 8-ci PB-nin təhqiqatçısı, polis baş leytenantı Yasəf Rüstəmov tərəfindən Təqsirləndirilən şəxs üzərinə videokameradan istifadə edilməklə şəxsi axtarış aparılmış və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən “Winston” markalı siqaret qutusunun içərisində 12 ədəd qızılı falqaya bükülmüş büküm və 2 ədəd şəffaf salafan paketə bükülmüş şüşəyə bənzər maddə aşkar edilərək götürülmüş və bu barədə protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs üzərinə “şəxsi axtarış və götürmə aparılması” haqqında 05 sentyabr 2020-ci il tarixli protokol və “DVD” disk sübut növü kimi qiymətləndirilmiş və şəxsi axtarışın gedişatını əks etdirən görüntülər “DVD” diskə köçürülməklə iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-in 06 sentyabr 2020-ci il tarixli 6/1789 nömrəli Ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş üzərində “...Şübhəli şəxs Əhmədova Nərgiz (imza)...” və s. qeydlər olan zərfdəki “Vinston” siqaret qutusundakı 12 ədəd bükümlərdəki ümumi təmiz çəkisi 0,762 qram və 2 ədəd bükümlərdəki ümumi təmiz çəkisi 1,075 qram olan ağ rəngli kristal hissəciklərdən ibarət maddələr, eyni tərkibli maddə-metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq olunmuş Azərbaycan Respublikası ərazisində dövriyyə qadağan edilən psixotrop maddələr siyahısına aiddirlər. Tədqiqatın dəyəri 108,46 (bir yüz səkkiz manat qırx altı qəpik) manatdır. İş materiallarında olan “narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlənin geri qaytarılmasına dair 06 sentyabr 2020-ci il tarixli aktdan görünür ki, AR DİN Səbail RPİ-nin 8-ci PB-si tərəfindən 1,837 qram maddə qəbul edilmiş, 0,140 qram nümunə götürülmüş, 1,697 qram maddə geri qaytarılmışdır. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərardan görünür ki, 07 sentyabr 2020-ci il tarixdə Qadaşova (Əhmədova) Nərgiz Xosrov qızı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. İş materiallarında olan “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” Səbail rayon prokuroru, baş ədliyyə müşaviri Natiq Əsədovun 07 sentyabr 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmişdir. İş materiallarında olan “qətimkan tədbirinin seçilməsi haqqında” 07 sentyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 09 sentyabr 2020-ci il tarixli 2471 №-li rəyindən görünür ki, Qadaşova (Əhmədova) Nərgiz Xosrov qızında çətənə bitki preparatlarından və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “təqsirləndirilən şəxsin axtarışının elan edilməsi barədə” 10 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan “axtarışda olan şəxsin tutulması barədə” 28 fevral 2021-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs Qadaşova (Əhmədova) Nərgiz Xosrov qızı tutularaq Səbail RPİ-nin MSY-yə təhvil verilmişdir. İş materiallarında olan “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” Səbail rayon prokuroru, baş ədliyyə müşaviri Natiq Əsədovun 02 mart 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatət təmin edilmədən rədd edilmişdir. İş materiallarında olan “qətimkan tədbirinin seçilməsi haqqında” 02 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “cinayət işindən ayrıca cinayət işinin ayrılaraq icraata qəbul edilməsi haqqqında 09 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsriləndirilməsinə dair olan ********* nömrəli cinayət işindən X7 və X4, X2 barəsində CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə, X4, X2 barəsində, istintaqa məlum olmayan Zaur, Tural, Əlyar, Günay, Ergün, Elmin, Elçin, Fuad, Xəqani, Ehtibar, İran İslam Respublikasının vətəndaşı olan Milad və Devren adlı şəxslərin, mənbənin və qeyrilərinin müəyyən edilməsi faktı üzrə ********* nömrəli cinayət işi aryıca icraata ayrılmışdır. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərardan görünür ki, 10 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə yenidən ittiham elan olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 14 sentyabr 2020-ci il tarixli tələbnaməsindən görünür ki, Qadaşova (Əhmədova) Nərgiz Xosrov qızının barəsində Azərbaycan Respublikası DİN BƏSİİ-nin Əməliyyat-sorğu kartatekasında heç bir məlumat yoxdur. İş materiallarında olan 09 aprel 2021-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 12 ədəd bükümlərdəki ümumi təmiz çəkisi 0,762 qram və 2 ədəd bükümlərdəki ümumi təmiz çəkisi 1,075 qram olmaqla ümumi təmiz çəkisi 1,837 qram olan ağ rəngli kristal hissəciklərdən ibarət psixotrop maddə-metamfetamin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,697 qram psixotrop maddə-metamfetamin saxlanması üçün Səbail RPİ-nin maddi sübutların saxlandığı kameraya təhvil verilmişdir. İş materiallarında olan Abşeron Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat İstehsalat-İstismarı Təmir Birliyi 3 saylı Mənzil Təsərrüfat İstehsalat İstismar Təmir Sahəsinin 16 iyun 2021-ci il tarixli 514 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Xırdalan şəhəri, Ş.Qurbanov küçəsi, məhəllə 48, mənzil 60-da qeydiyyatsız yaşayır. İş materiallarında olan Yevlax şəhəri, Aran Qəsəbə uşaq musiqi məktəbinin direktoru tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs iş yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımağa görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun özünün, şahidlərin ifadələri, ekspertizaların rəyləri, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməlini etiraf etməsini, əməlindən peşman olmasını, əvvəllər məhkum olunmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, törətdiyi əməlin nəticələrinə dair məsuliyyəti dərk etməsini, məhkəmə baxışı zamanı üzərinə düşən cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, məhkəmə iclasındakı davranışını, işin digər mühüm və diqqətə layiq hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını məqsədəuyğun hesab edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təyin edilən azadlığın məhdudlaşdırılması cəzası cəzanın məqsədini təmin edir. Məhkəmə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 05 sentyabr 2020ci il tarixdən 07 sentyabr 2020-ci il tarixdək və 28 fevral 2021-ci il tarixdən 02 mart 2021-ci il tarixdək, yəni 04 (dörd) gün həbsdə olma müddəti ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Təqsirləndirilən şəxs üzərinə Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanı icra edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut olan Səbail rayon Polis İdarəsində saxlanılan 1,697 qram çəkidə dövriyyəsi qadağan olunmuş psixotrop maddə olan metamfetamin məhv edilməlidir. İş üzrə 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul vəsaitinin tutulmasını əsaslı hesab edir. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 108,46 (bir yüz səkkiz manat qırx altı qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-349, 351-353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs qızı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs qızının 05 sentyabr 2020-ci il tarixdən 07 sentyabr 2020-ci il tarixədək və 28 fevral 2021-ci il tarixdən 02 mart 2021-ci il tarixdək tutulduğu cəmi 04 (dörd) gün müddət, bir günə iki gün hesablanaraq 08 (səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs qızı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs qızının üzərinə Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanı icra edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs qızının üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs qızının barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs qızına barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. 200020358 saylı cinayət işi üzrə maddi sübut olan 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. 200020358 saylı cinayət işi üzrə maddi sübut olan - Səbail rayon Polis İdarəsində saxlanılan 1,697 qram çəkidə dövriyyəsi qadağan olunmuş psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci –108,46 (bir yüz səkkiz manat qırx altı qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs qızından tutularaq Azərbaycan Respublikası Mərkəzi Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X3 Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ **********0000003944, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs qızının hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 240 (iki yüz qırx) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 03 saylı vəkil bürosunun (“xxxx” ASC-nin Səbail rayon filialı, kod 200059, VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesab AZ37NABZ013501**********1944, 03 saylı Vəkil Bürosu VÖEN **********, İBAN AZ75AİİB********************) bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar