Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-160/2022 21.09.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 5 saylı vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs , X1 iştirakları ilə xx xxxxxx 1977-ci ildə Türkiyə Respublikasının Ankara şəhərində anadan olmuş, Türkiyə Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş, Türkiyə Respublikası, Kırşehir vilayəti, Kaman rayonu, Karkınmeşə kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal "xxxx" MTK ev 8, mənzil 804-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1.-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, 26 yanvar 2022- ci il tarixdə,axşam saat 23 radələrində,etibarnamə ilə idarə etdiyi “Toyota Prius (hibrid)” markalı ** UM *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri,Səbail rayonu, Salyan şossesi ilə Bibiheybət qəsəbəsi-“Bayraq Meydanı” istiqamətində 3-cü hərəkət zolağı ilə hərəkətdə olarkən,“X6” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunlara riayət etməmiş, hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq şosse yolu sağdansola keçən xx.xx.1965-ci il təvəllüdlü piyada Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan avtomobilin qabaq hissəsi ilə vurmaqla,sonuncuya baş beyin silkələnməsi ilə müşaiyət olunan qapalı kəllə-beyin travması,alın nahiyəsinin hematoması,burun sümüklərinin qapalı sınığı,sağ qamış sümüyünün bayır kondilusunun aşağı 1/3-nin və sağ incik sümüyünün aşağı V3- nin yerini dəyişmiş açıq sınıqları,sağ baldırın aşağı 1/3-nin bayır səthinin əzilmişcırılmış yarası,sağ ayağın çıxığı ilə müşayiət olunan, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törədmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 26 yanvar 2022-ci il tarixdə, “Toyota Prius” markalı avtomobillə Bibiheybət qəsəbəsi istiqamətindən “Bayraq Meydanı” istiqamətində 3-cü hərəkət zolağı ilə saatda 75-80 km sürətlə hərəkətdə olarkən, təxminən 70 metrdən bir nəfər tanımadığı qadın piyadanın yolu sağdan sola keçməsini, onun hərəkətdə olduğu 3-cü zolağa çatdıqda, piyada onun avtomobilin görüb, geriyə dönüb hərəkət edərkən o, dərhal avtomobilin tormoz əyləcinə basmış, lakin həmin hərəkət zolağında avtomobilin qabaq sol fara hissəsi ilə qadını vurmuş, nəticədə piyada müxtəlif bədən xəsarətləri almışdır. O, təcili tibbi yardım avtomobili ilə qadını xəstəxanaya yola salmışdır. Zərərçəkmiş şəxslə aralarında barışıq olmuş və ona dəymiş zərər tamamilə ödənilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 26 yanvar 2022-ci il tarixdə saat 23:15 radələrində yaşadığı evinə getmək üçün marşrut avtobusla gəlib, Səbail rayonu, Salyan sossesinin üzü “Bayraq Meydanı” istiqamətində, “X9" Kompleksi qarşısında yerləşən avtobus dayanacaqda düşmüş və yolu əks tərəfə keçmək üçün yolun sol tərəfinə Bibiheybət qəsəbəsi istiqamətinə baxmış, avmobillərin gəlmədiyini görüb asta yerişlə hərəkət edib birinci və ikinci hərəkət zolağını keçmiş, 3-cü hərəkət zolağına daxil olarkən bir anlığa sola baxdıqda soldan Bibiheybət qəsəbəsi istiqamətindən sürətli avtomobilin gəldiyini görüb geriyə dönüb hərəkət edərkən avtomobilin qabaq hissəsi onu vurmuşdur. O, zərbədən yerə yıxılmış, bədəninin müxtəlif yerlərində ağrılar hiss etmişdir. Orada yığışmış tanımadığı şəxslər onu təcili yardım avtomobili ilə xəstəxanaya yola salmışlar. İş materiallarında olan 26 yanvar 2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi barədə” protokoldan görünür ki, hadisə yeri olan Bakı şəhəri, Səbail rayonu, Yeni Salya yolu “X9” Kompleksi yaxınlığında sürücü Təqsirləndirilən şəxs iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, hadisə yerinin sxemi, fotoşəkilləri, həmçinin nəqliyyat vasitəsinin şəkilləri çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan 27 yanvar 2022-ci il tarixli 2/3303 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, sürücü Təqsirləndirilən şəxs tibbi müayinəsi zamanı alkoqol sərxoşluğu vəziyyətinin ayıq olması müəyyən edilmişdir. İş materiallarında olan 15 fevral 22022-ci il tarixli “CD diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 26 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Salyan şossesində baş vermiş yol nəqliyyat hadisənin Azərbaycan Respublikası DİN-nin Təhlükəsiz Şəhər Xidmətinin müşahidə kamerası vasitəsi çəkilmiş və “DVD” formatlı diskə köçürülərək istintaqa təqdim edilmiş video-diskə baxış keçirildi. Baxış zamanı aşağıdakılar müəyyən edildi: bir ədəd disk “DVD” fomatlıdır. Qeyd edilən diski xidməti otaqda olan «HP» markalı kompyuterin DVD oxuyucusu vasitəsi ilə açıldıqda diskin içərisində 01 ədəd “TŞ1-219.2 2022-01-26_23h08min00s” adlı video-fayl aşkar olundu. Video-diskdə olan “TŞ1-219.2 2022-01-26_23h08min00s” video-fayıl açılaraq baxılan zaman müəyyən olundu ki, müşahidə kamərası Bakı şəhəri,Səbail rayonu, “X9” qarşısında Salyan sossesinin sağ kənarında yerləşməklə düzünə üzü “Bayraq Meydanı” istiqamətində çox zolaqlı Salyan şossesindəki nəqliyyat vasitələrin hərəkətini qeydiyyatını aparmaqla ə almaqla, .görüntü “032” dəqiqə müddətindədir. Video görüntü açıldıqda ekranın sağ üst hissəsində “26-01- 2022 23:08:00” rəğəmləri əks olunmuş,çəkilişin vaxt axını həmin saatdan başlamaqla “26-01- 2022 23:11:00” bitir. Baxış zamanı görüntü qaranlıq hava şəraitdə olmaqla, hərəkət hissələr yol kənarındakı fənər işıqları ilə işıqlanması altında,aydın quru hava şəraitində qeydə alınmışdır. Baxış zamanı Salyan şossesində çox zolaqlı hərəkət hissədə markaları və dövlət qeydiyyat nişanları müəyyən edilməyən pəqliyyat vasitələrin bir istiqamətdə hərəkətləri əks olunmuş, görüntüdə hər hansı bir yol nəqliyyat hadisəsi əks olunmamışdır.Həmçinin müşahidə kamera vasitə qeydə alınmış görüntüdə 26 yanvar 2022-ci il tarixdə,axşam saat 23 radələrində, Bakı şəhəri,Səbail rayonu, Salyan şossesində piyadanın vurulması ilə nəticələnmiş yol nəqliyyat hadisəsi üzrə əhəmiyyət kəsb edən hər hansı bir görüntü qeydə alınmamışdır. Qeyd olunan “DVD” formatlı disk qablaşdırılaraq möhürləndi və protokola əlavə edildi. İş materiallarında olan məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin, Məhkəmə-Tibb Ekspertizası və Pataloji Anatomiya Elmi Təcrübi və X7 X8 rayon şöbəsinin 17 fevral 2022-ci il tarixli 93 №-li rəyindən görünür ki,Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər-baş beyin silkələnməsi ilə müşaiyət olunan qapalı kəllə-beyin travması.alın nahiyəsinin hematoması,burun sümükləri-nin qapalı sınığı,sağ qamış sümüyünün bayır kondilusunun aşağı 1/3-nin və sağ incik sümüyü-nün aşağı 1/3-nin yerini dəyişmiş açıq sınıqları,sağ baldırın aşağı 1/3-nin bayır səthinin əzilmiş- cırılmış yarası,sağ ayağın çıxığı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə,yəni xx.xx.2022-ci il tarixində, yol nəqliyyat hadisəsi, o, cümlədən piyadanın hərəkətdə olan avtomaşının qabarıq hissələri ilə vurması nəticəsində əmələ gələ bilərdilər,dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmaya aiddirlər. İş materiallarında olan məhkəmə-yol nəqliyyat hadisələri ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 mart 2022-ci il tarixli 8/482 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən verilən məlumatlara əsasən, “Toyota Prius” markalı, 90 UM857 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X6” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Tədqiqatın dəyəri 85 (səksən beş) manatdır. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınması haqqında 09 aprel 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 28 aprel 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Dövlət Gömrük Komitəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1, 200-1.2.2, 306.1, 200-1.2.2 və 200-1.2.3-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmişdir. xx.xx.2021-ci il tarixdə cinayət işi məhkəməyə göndərilmişdir. İş materiallarında olan Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 və 206.3.2-ci maddələri ilə təqsirli bilinərək, ona 2000 (iki min) manat məbləğində cərimə cəzası təyin edilmişdir. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərardan görünür ki, 27 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 263.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 27 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş zərər ödənilmişdir, hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun həmin cinayəti törətməsi özünün etirafı ilə yanaşı, zərər çəkmiş şəxsin ifadəsi, həmçinin iş üzrə keçirilmiş ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs könüllü gəlib təqsirini boynuna aldıqda, cinayətin üstünün açılmasına fəal kömək etdikdə, cinayət nəticəsində dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri başqa yolla aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəlləsinin 72.2-ci maddəsinə əsasən, başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 72.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinə əsasən, bu Məcələnin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışmasını, onlara dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə olan cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinə əsasən xitam verilməlidir. Azərbaycan Respubikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Eyni zamanda, Təqsirləndirilən şəxs əməllərində inzibati xəta tərkibinin əlamətlərinin olması məsələsinin araşdırılması üçün qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Səbail rayon prokurorluğuna göndərilməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olaraq 150 (bir yüz əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış “yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi zamanı çəkilmiş 06 (altı) ədəd foto şəkil cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1.-ci maddəsi ilə elan edilmiş ittiham üzrə cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1.-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi zamanı çəkilmiş 06 (altı) ədəd fotoşəkil cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci - 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X3 Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №1(009)-160/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-160/2022
21.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver